St və mks” fakultəsi “Meliorasiya və stt”


Su rejiminin ünsürləri üzərində müşahidə və onların hesablanması



Yüklə 1,1 Mb.
səhifə26/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   22   23   24   25   26   27   28   29   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

Su rejiminin ünsürləri üzərində müşahidə və onların hesablanması.
Səviyyə üzərində müşahidə. Suyun sərfinin, səviyyəsinin və axın sürətinin

zamana görə dəyişməsi su rejimi adlanır. Su rejiminin əsas ünsürləri dedikdə

səviyyə, su sərhinin meylliyi, su sərfi və axın sürəti nəzərdə tutulur. Səviyyənin dəyişməsini öyrənmək üçün onun üzərində gündəlik müşahidə aparılır.

Müşahidələr suölçən məntəqədə hər gün iki dəfə saat 800 və 2000-da yerinə yetirilir.

Səviyyə gün ərzində dəyişirsə onda (daşqın zamanı), onda əlavə vaxtlarda ölçü aparılır. Səviyyə daimi müqayisə müstəvisindən olan su səthinin yüksəkliyidir.

Daimi müstəvi çoxillik bir dövrdə müşahidə edilmiş ən alçaq su səviyyəsindən 0.5 m aşağıda götürülür. Həmin nöqtənin yüksəkliyi məntəqə qrafikinin sıfırı adlanır.

Bütün müşahidə məlumatları qrafikin nəzərən işlənir.Su ölçən məntəqələrdə səviyyə tamasalar vasitəsilə ölçülür və hesabatlar bilavasitə müşahidə sıfırından (dayağın zirvəsi) götürülür. Dayağın zirvəsinin yüksəkliyi və ya tamasının sıfırı ilə

qrafikin sıfırının yüksəkliyi arasındakı fərq artım adlanır.

Beləliklə, müşahidə olunmuş səviyyə tamasadan götürülmüş hesabatla artımın cəminə bərabər olacaqdır. Məsələn, tamasadan götürülən hesabat 46 sm, tamasa

sıfırının (və ya dayağın zirvəsinin) qrafikin sıfırından olan artımı 1.78 m olarsa, qrafikin sıfırı üzərində müşahidə olunan səviyyə 46+178=224 sm olacaqdır.

Gündəlik müşahidələrə əsasən orta gündəlik səviyyə tapılır və hər il üçün orta gündəlik səviyyə cədvəli tərtib edilir. Həmin cədvəllər “Hidroloji illiklər”də çap

olunur. Gündəlik səviyyələr cədvəlində hər ay üçün orta aylıq, orta illik, ən alçaq və ən yüksək səviyyələr də yazılır. Orta, ən alçaq və ən yüksək səviyyələr

xarakterik səviyyələr adlanır. Orta illik səviyyələr cədvəlinə əsasən səviyyənin dəyişkənliyi qrafiki tərtib edilir. Həmin qrafik səviyyənin il ərzində dəyişməsini

əyani surətdə göstərir.



Çayların səviyyə rejimi. Qeyd edildiyi kimi, səviyyə müəyyən üfüqi müstəviyə görə su səthinin hündürlüyüdür. Çaylarda suyun səviyyəsi dəyişkən

olur. Onun dəyişməsi qidalanma dəyişməsi qidalanma şəraitindən və çayın rejimindən asılıdır. Su səviyyəsi həm il ərzində (sutkalıq, aylıq, fəsillik), həm də çoxillik dövrdə tərəddüd edir.

Səviyyə qar əriməyə başladıqda və leysan yağdıqdan sonra qalxır. Yaz gursululuğu zamanı qarın əriməsilə yanaşı yağış yağdıqda səviyyə daha çox dıyişir. Qısa müddətli daşqın dövründə səviyyə artıb maksimuma çatır və getdikcə aşağı düşür.

Çay yalnız yeraltı sularla qidalandıqda səviyyə aşağı olur. Belə ki, qış və yay dövründə səviyyə ən alçaq olur və ancaq güclü yağışlar zamanı qalxır. Aran rayonlarda yay vaxtı bəziçaylar tamamilə quruyur, yəni səviyyə çay dibinin yüksəkliyinə bərabər olur.

Çayın sululuğunun çoxillik dövrdə dəyişməsi ilə əlaqədar su səviyyəsi də tərəddüd edir.

Çayın qidalanma xüsusiyyətlərindən asılı olaraq suyun səviyyəsinin dəyişməsi süni yolla tənzimlənə bilər. Əgər çay üzərində su anbarı və başqa hidrotexniki qurğular tikilərsə, onda su səviyyəsinin təbii rejimi pozulur. Bundan başqa çay yatağında yuyulma gedərsə, səviyyə enir, gətirmələr çökdükdə isə qalxır.

Su səviyyəsinin rejimi su ölçən məntəqələrdə aparılan müşahidələrə görə müəyyən edilir. Onun dəyişmə xüsusiyyətlərini əyani şəkildə göstərmək üçün gündəlik orta su səviyyələrinə görəsəviyyənin tərəddüd qrafiki tərtib edilir.

Hidroloji təhlil zamanı aşağıdakı səciyyəvi səviyyələr və onların əmələgəlmə tarixi müəyyən edilir:

• il ərzində ən yüksək su səviyəsi;

• yay və payız daşqınlarının ən yüksək səviyyəsi, yaz buz axımının ən yüksək səviyyəsi;

• ən alçaq yay səviyyəsi;

• ən alçaq qış səviyyəsi;

Ən yüksək və alçaq səviyyələrin fərqi səviyyənin tərəddüd amplitudası adlanır. Su səviyyəsinin rejimini öyrənməkdə məqsəd hidrotexniki qurğuları düzgün layihələndirmək və istismar etmək, çayətrafı sahənin su altında qalma müddətini təyin etmək və gəmiçilik üçün istifadə olunan çayların yararlılığını müəyyən etməkdir.

Çayda suyun sürətinin ölçülməsi. Axının sürətini ölçmək üçün üzgəclərdən və hidrometriya fırlanğıcından istifadə edilir. Üzgəclərlə axının səthi sürətləri ölçülür.

Sürəti ölçmək üçün bir-birindən eyni məsafədə yerləşmiş üç mövqe təyin olunur.

Mövqelər arasındakı məsafə elə seçilir ki, ən böyük sürətdə belə üzgəcin hərəkət vaxtı 30 san-dən az olmasın. Yuxarı işçi mövqeden 5-20 sm məsafədə üzgəcləri suya buraxmaq üçün əlavə mövqe seçilir. Bu mövqe elə seçilməlidir ki, üzgəc yuxarı işçi mövqeyə çatanadək axının sürətini alsın.Üzgəclər ensiz çayda sahildən, enli çaylarda isə qayıqlardan atılır. Su sərfinin təyini üsulları. Axının en kəsiyindən vahid zamanda keçən suyun həcmi su sərfi adlanır. Böyük kanalların, çayların və s. su sərfi m3/san ilə, kiçik bulaqların, quyuların, laboratoriya novlarının su sərfi isə l/san ilə ifadə olunur.

Çaylar üçün su sərfi ən əsas hidravliki ünsürdür. Su sərfinin təyini üsullarını iki qrupa bölmək olar:



1. Sərfin bilavasitə ölçülməsi;

2. Sərfin dolayı yolla təyini;

Birinci qrupa həcm və çəki üsulları aiddir. Həcm üsulunda su ölçü qabına

yığılır və onun dolma müddəti ölçülür. Su sərfini tapmaq üçün suyun həcmi zamana bölünür. Bu üsul bulaqların, kiçik quyuların debitini, laboratoriya

modellərində su sərfini ölçmək üçün istifadə edilir. Həcm üsulu çox dəqiqdir. Sərfin dolayı yolla təyini müxtəlif üsullarla yerinə yetirilir. Bu halda bilavasitə sərf deyil, axının başqa ünsürləri ölçülür. Su sərfi isə hesablama yolu ilə təyin edilir. Belə üsullara aşğıdakılar aiddir:

1. Axının en kəsik səhasini hesablamaq və sürəti ölçməklə su sərfinin təyini.

Bu üsul “sürət-sahə” üsulu adladırılır.

2. Ölçü qurğularının (suaşırıcılar, hidrometriki novlar) köməyilə sərfin təyini.

Bu halda bu halda suaşırıcıların üzərində və novun girəcəyində basqı ölçülür, sərf isə hidravliki əlaqələr vasitəsilə tapılır.

3. Qarışma üsulu (elektrolit, istilik, kalorimetriya). Bu halda sərf, suya buraxılan məhlul su ilə qarışdıqdan sonra elektrik keçirmə qabiliyyətinin dəyişməsinə görə təyin edilir.

Hidrometriyada “sürət-sahə” üsulu daha geniş tətbiq olunur. Çayın en kəsik sahəsi dərinlik ölçü işlərinin nəticəsinə görə hesablanır, sürətlər isə canlı en kəsiyinin ayrı-ayrı nöqtələrində hidrometriki fırlanğıclarla, az hallarda isə səth və dərinlik üzgəcləri ilə ölçülür.

Canlı en kəsik sahəsi və orta sürətə görə sərfin hesablanması da bu üsula aiddir. Canlı en kəsik sahəsi yenə də dərinlik ölçü işlərinə görə təyin edilir. Orta

sürəti tapmaq üçün isə su səthinin meylliyi ölçülür və yataqla subasarın xarakteri müəyyənləşdirilərək kələ-kötürlük əmsalı təyin edilir.sonra orta sürət Şezi

düsturunun köməyi ilə hesablanır və alınan nəticə en kəsik sahəsinə vurularaq su sərfi tapılır. “Sürət- sahə” üsulundan sərf 15-30 l/san-dən çox olduqda istifadə

edilməlidir. Su sərfi 0.005-10 m3/san olduqdaq onu ölçü qurğuları vasitəsi ilə təyin

etmək mümkündür. Qarışma üsulu isə sərf 0.05-dən 50 m3/san-yə qədər dəyişdikdə,dağ çaylarında istifadə edilir.

Su sərfinin hesablanması. Sürət şaqullarının müxtəlif nöqtələrində fırlanğıcla yerli sürətləri ölçüldükdən sonra, hər sürət şaqulu üçün orta sürət tapılır .


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin