15 . TARİXİ MAKSİMAL SƏRFİ NƏZƏRƏ ALMAQLA NƏZƏRİ TƏMİNAT ƏYRİSİNİN QURULMASI
Bir çox alimlər, o cümlədən S.N. Kritski və M.F. Mengel göstərmişlər ki, çaylardan keçən hesabi sərflərin təyin olunmasında (proqnozlaşdırılmasında) müəyyən müddətdən bir az təsadüf edilən tarixi maksimal sərf də nəzərə alınmalıdır. Belə ki, həmin halda daha düzgün və etibarlı nəticə əldə olunur.Onu da qeyd etmək lazımdır ki, tarixi maksimal (ekstremal) sərfi nəzərə almaqla, nəzəri təminat əyrisinin parametrləri iki hala uyğun təyin edilir. Birinci halda tarixi maksimal sərf (QN) və onun təkrar olunma müddəti (N) müşahidə məlumatlarından ibarət sıraya daxil olmur. Ikinci halda isə tarixi maksimal sərf müşahidə dövründə qeydə alınır və N il ərzində ondan böyük sərfə rast gəlinmir. Odur ki, ikinci halda nəzəri təminat əyrisinin parametrləri təyin edilərkən, tarixi maksimal sərf (QN) sıraya daxil edilir.
Qeyd olunan birinci və ikinci hallara uyğun qurulacaq nəzəri təminat əyrisinin parametrlərindən sıranın orta qiyməti ( ) və assimetriya əmsalı ( ) aşağdakı kimi təyin edilir.
Birinci hala uyğun nəzəri təminat əyrisinin parametrləri aşağıdakı kimi hesablanır:
(12)
(13)
Ikinci halda tarixi maksimal sərf hidrometrik müşahidə məlumatlarına daxil olduqda isə nəzəri təminat əyrisinin parametrləri aşağıdakı kimi hesablanır.
(14)
(15)
Burada QN - tarixi maksimal sərf, m3/san;
n - fasiləsiz müşahidə illərinin sayı;
N - tarixi maksimal sərfin təkrar olunma illəridir.
Onu da qeyd etmək lazımdır ki, mövcud sıra məlumatlarına əsasən ( ) və ( ) parametrlərini təyin etmək üçün əvvəlcə müəyyənləşdirilməsi tələb olunan modul əmsalları – ,eləcə də , , göstəriciləri cədvəl şəklində hesablanır. Sonra isə 1 saylı laboratoriya işində olduğu kimi şərtindən assimetriya əmsalı təyin edilir.
Nəhayət assimetriya əmsalı və müxtəlif təminat faizlərinə (P) uyğun cədvəl 1-dən foster əmsalı –F seçilərək, düsturuna əsasən modul əmsalı - təyin edilir.
Nəhayət maksimal sərfi nəzərə almaqla tələb olunan təminat faizli maksimal sərf - aşağıdakı kimi hesablanılır:
Dostları ilə paylaş: |