St və mks” fakultəsi “Meliorasiya və stt”



Yüklə 1,1 Mb.
səhifə23/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   19   20   21   22   23   24   25   26   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

Kimyəvi tərkibi. Suda müxtəlif birləşmələrin həll olma prosesi fərqlidir.

Yeraltı minerallaşması süxurların xarakterindən asılıdır. Ən asan həll olunan xlorlu, azotlu, karbonlu süxurlar, duzlardan isə kalsium və natrium duzlarıdır. Suda

bu duzların miqdarı bəzən 40%-ə çatır. Duzların və qazların həll olması temperaturdan, təyziqdən və suda olan duz və qazların miqdarından asılıdır.

Temperaturun artması ilə suda həll olunan duzların miqdarı artır və əksinə, qazlar azalır. Yeraltı sularda karbon (CO2), oksigen (O2), kükürd (H2S), metan (CH4), azot (N2), hidrogen (H2) qazları olur.

Suda həll olmuş duzlar qazların həll olmasını zəiflədir. Belə ki, az minerallamaşaya malik olan suyun tərkibində oksigen və digər qazlar çox olur.

Suda oksigenin və karbonun artması ilə onun həlletmə qabiliyyəti artır.

Tərkibində 0.25-dən 1 q/l-ə qədər karbon qazı və kükürdlü-oksigenli kalsium, maqnezium duzları olan yeraltı sulara cod sular deyilir. Həmin duzların miqdarı

0.25 q/l-ə qədər olarsa, o, yumşaq su hesab edilir. Suda olan bu və ya digər maddələr ona müəyyən dad verir. Suda üstünlük təşkil edən həll olmuş ion maddələri yer səthinə çıxan yeraltı suların və bulaqların dadını müəyyən edir.

Məsələn, suda duz qarışıqlarının miqdarı 1-5 q/l olduqda o, az şorlaşmış, 5-10 q/l olduqda çox şorlaşmış, 50 q/l olduqda duzlu və 50 q/l-dən çox olduqda isə çox

duzlu hesab edilir.

Bütün mineral bulaqlar, adətən, temperatur və kimyəvi tərkibinə görə təsnif olunur. Bəzi mineral bulaqlar çox yüksək temperatura (İstisu) malik olur ki, bu da

onların vulkanik mənşəli olmalarını göstərir.

Demək olar ki, bütün mineral bulaqlar müalicə əhəmiyyətinə malikdir.

Yeraltı sulardan istifadə edilərkən onlarda olan bakteriyaların miqdarını nəzərə almaq lazımdır. Müəyyən edilmişdir ki, yeraltı suların çıxdığı dərinlik

artdıqca bakteriyaların miqdarı azalır.

Yeraltı suların temperaturu onların çıxdığı dərinliklə müəyyən edilir. Yer səthinə yaxın olan sulu layda suyun temperaturu sutkalıq və illik tərəddüdə məruz

qaldığı halda, dərin qatlarda demək olar ki, sabit qalır. Yeraltı sular və mineral bulaqlar töküldüyü çayların kimyəvi və termik rejiminə təsir edir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin