St və mks” fakultəsi “Meliorasiya və stt”



Yüklə 1,1 Mb.
səhifə24/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

Yeraltı suların hərəkəti. Təbii şəraitdə yeraltı sular ağırlıq qüvvəsi və ya molekulyar qüvvələrinin təsiri ilə daim hərəkətdə olur. Səth sularının hərəkətinə nisbətən yeraltı suların hərəkəti nisbətən zəifdir.

Yeraltı suların süxurlarda hərəkəti süxur boşluqlarının böyüklüyündən, sulu layın hidravliki meyilliyindən və suyun temperaturundan asılıdır.

Süxurların məsaməliyindən asılı olaraq yeraltı suların iki rejimdə hərəkəti müşahidə edilir: laminar turbulent.

Kiçik məsamələrə malik olan süxurlarda suyun hərəkəti laminar, böyük məsaməli və çatlı süxurlarda isə turbulent xarakter daşıyır. Laminar hərəkətli suların axın sürətini müəyyən etmək üçün Darsi düsturundan istifadə edilir:

v=K•i

burada, K-filtirasiya və ya sukeçirmə əmsalı, sm/san, m/saat və ya m/sutka; ihidravlikimeyllikdir və suyun basqısının h (m) keçdiyi yolun uzunluğuna l (m)



olan nisbətinə bərabərdir, (h/l).

Beləliklə, Darsi düsturundan aydın olur ki, yeraltı suların laminar hərəkəti zamanı axının sürəti hidravliki meylliliklə mütənasibdir. Əgər i=1 olarsa, onda v=K, yəni meyllik vahidə bərabər olur.

Yeraltı sular iri dənəvər və çatlı süxurlardan keçdikdə nisbətən ən böyük sürətli və burulqanlı olması ilə səciyyələnir, yəni turbulent xarakter daşıyır.

Turbulentli hərəkətli yeraltı və səth sularının axın sürəti Şezi düsturuna görə təyin edilir.

Yeraltı suların axın sürətini bilərək onların sərfini hesablamaq olar. Sulu layın en kəsiyinin sahəsindən vahid zamanda keçən suyun miqdarına su sərfi deyilir və o, aşağdakı düsturla hesablanır:

Q or = ω• V

burada,

Q-su sərfi, m3/saat və ya m3/sutka; vor-yeraltı suyun orta sürəti,m/sutka; ω-sulu layın en kəsik sahəsi, m2.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin