AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
“ST və MKS” fakultəsi
“Meliorasiya və STT” kafedrası
Fənnin adı: Hidrologiya
Mövzu 17:Hidrometrik firlanğacdan istifadə etməklə axının sürətinin və sərfinin
təyini.
Mövzuya aid suallar:
1. Hidrometrik firlanğacdan necə istifadə olunur?
2. Hidrometrik firlanğacdan hansı hissələrdən ibarətdir?
3. Axın sərflərinin təyini
Məruzəçi: Aqrar elmləri üzrə fəlsəfə doktoru V.H.Səlimova
Qrup 330a1a2
ƏDƏBIYYAT
Bağırov Ş.N., Aslanov H.Q., Hidrologiya, hidrometriya və axının nizamlanması. Dərslik, Bakı, 1982
Məmmədov M.Ə., İmanov F.Ə., Mahmudov R.N., Hidrometriya.
Dərslik, Bakı, 2000
Məmmədov M.Ə., İmanov F.Ə., Ümumi hidrologiya.Dərs vəsaiti, Bakı, 2003
B.Melikov “ Hidrologiya”.
BAKI-2021
17. HİDROMETRİK FIRLANĞACDAN İSTİFADƏ ETMƏKLƏ AXININ SÜRƏTİNİN VƏ SƏRFİNİN TƏYİNİ.
Məlumdur ki, çayların və açıq konstruksiyalı kanalların canlı en kəsikləri üzrə üfüqi və şaquli istiqamətlərdə suyun sürəti dəyişir və müxtəlif olur. Belə halları nəzərə almaqla məcranın canlı en kəsiyi üzrə üfüqi və şaquli istiqamətlərdə istənilən nöqtələrdə suyun sürətinin təyin olunmasında daha çox hidrometrik fırlanğaclardan istifadə olunur. Belə ki, hidrometrik fırlanğacları canlı en kəsiyin istənilən yerində (suyun səthində və istənilən dərinliyində) saxlamaqla sürətin ölçülməsi mümkündür. Bu da məcranın canlı en kəsiyini şaqullara bölməklə oradan keçən orta axın sürətlərinin və sərflərin daha dəqiq təyin olunmasına imkan verir.
Hidrometrik fırlanğaclar konstruksiyalarına və işləmə prinsiplərinə görə bir-birindən fərqlənirlər.
Fırlanğaclarda mexanizmlərinin quruluşuna görə hər bir tsiklin başa çatması müddəti mexaniki üsulla –səs siqnalları və ya elektrik siqnalları əsasında qeydə alınır. Tsikl fırlanğacın markasından asılı olaraq bir qapalı gedişdəki dövrlər sayıdır.
Hidrometrik fırlanğaclar aşağıdakı hissələrdən ibarətdir: fırlanğacın pəri, pərə sərt bərkidilmiş ox, fırlanğacın gövdəsi, qapayıcı mexanizm, fırlanğacın istiqamətləndirici quyruq hissəsi olan stabilizator, fırlanğacı suya salmaq üçün istifadə olunan avadanlıq və s.
Hazırda hidrometrik ölçmə işlərində daha çox istifadə olunan QR-21M fırlanğacının əsas hissələri şəkil 8-də göstərilmişdir.
Şəkil 8. Hidrometrik fırlanğac QR-21M və onun əsas hissələri.
a) ümumi görünüş; b) əsas hissələr: hərəkət edən hissə, gövdə, istiqamətləndirici hissə.
Fırlanğacla axın sürətinin ölçülməsi çay və kanallar üzərində hidrometrik məntəqə kimi qəbul edilmiş körpülər üzərində xüsusi işarələnmiş nöqtələrə uyğun şaqullar üzrə yerinə yetirilir.
Fırlanğacla axının sürəti ölçülərkən aşağıdakı avadanlıqlardan da istifadə edilir: ştanq (və ya tros), lampalı və ya zəngli siqnal, elektrik batareyası, elektrik keçirici naqil, saniyəölçən.
Məcranın canlı en kəsiyi üzrə istənilən şaqullardakı nöqtələrdə axın sürətini təyin etmək üçün suyun dərinliyi h≤3,0 m olduqda fırlanğacların saxlanılması üçün şaquli ştanqalardan, h>3,0 m olduqda isə troslardan istifadə olunur.
Hidrometrik fırlanğaclardan istifadə etməklə suyun sürətinin ölçülməsi əsasən məcrada axın sürətinin =0,02-5,0 m/san olan hallarında səmərəli hesab olunur.
Dostları ilə paylaş: |