St və mks” fakultəsi “Meliorasiya və stt”


Hidrometrik fırlanğacla suyun sürətinin təyini



Yüklə 1,1 Mb.
səhifə39/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   35   36   37   38   39   40   41   42   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

Hidrometrik fırlanğacla suyun sürətinin təyini
Hidrometrik fırlanğıcla məcranın canlı en kəsiyində suyun sürəti aşağıdakı ardıcıllıqla təyin edilir.

Məcra üzrə canlı en kəsiyin səciyyəvi hissələrində suyun sürəti təyin olunacaq şaqullarının yerləri müəyyənləşdirilir. Bu şaqullarda suyun dərinliklərinin (h1, h2, h3, . . . hn) və daimi nöqtədən onlara qədər olan məsafələrin (lsol, l1, l2, l3, . . . ln, lsağ) ölçüləri göstərilir.




Şəkil 9. Məcranın en kəsik sxemi.
Açıq məcranın canlı en kəsiyindəki şaqullarda sürəti təyin etmək üçün 1, 2, 3 və 5 nöqtə üsullarından istifadə edilir. Bir nöqtə üsulunda sürət 0,6h; iki nöqtə üsulunda 0,2h; 0,8h; üç nöqtə üsulunda 0,2h; 0,6h; 0,8h; beş nöqtə üsulunda isə səthdə (0,1h); 0,2h; 0,6h; 0,8h və dibdə (0,9h) ölçülür. Şaqullar üzrə dərinliklər artdıqca suyun axma sürəti azaldığından saxlanma nöqtələrinin aşağıya doğru dəyişilməsilə müvafiq olaraq hidrometrik fırlanğacın pərinin fırlanmasının sürəti də azalır. Yuxarıda qeyd olunduğu kimi pərin fırlanmasının dövrlər sayı səs (zəng) və ya elektrik işıqlanması siqnalları vasitəsilə qeydə alınır.

Müəyyən edilmiş şaqullar üzrə qəbul edilmiş nöqtələrdə axın sürətinin təyini üçün saniyəölçənlə ilk və sonrakı təkrar siqnalara qədərki vaxt müddəti müəyyənləşdirilir. Aparılan ölçü işlərinin nəticələri xüsusi formada tərtib olunmuş cədvəlin müvafiq sütunlarına yazılır (cədvəl 8). Cihazın pərinn bir tsikildəki dövrlər sayı (D.S.) fırlanğacın dövrlər sayını (n0) zənglərin sayına vurmaqla ümumi dövrlər sayı N tapılır. Bir saniyədəki dövrlər sayı isə aşağıdakı düsturla hesablanır.



(25)
Burada, t -ümumi dövrlər sayına sərf olunan vaxt, san.

Şaqullar üzrə hidrometrik fırlanğacın saxlandığı dərinlikdə pərin bir saniyədəki dövrlər sayı ni təyin etməklə suyun sürəti mövcud emprik ifadədən tapılır.


(26)
Burada, -suyun axma sürəti, m/san;

n - pərin bir saniyədəki dövrlər sayı;

k-fırlanğıcın pərinin hidravliki addımı olub k=0,1140,230 qəbul edilir;

-fırlanğıcın pərinin hərəkəti üçün başlanğıc sürəti olub = 0,020,08 m/san qəbul edilir.

Axının canlı en kəsiyində qəbul edilmiş şaqullar üzrə ölçü işləri aparılacaq nörtələrin saylarına uyğun olaraq orta axın sürətləri aşağıdakı kimi təyin edilir:



  1. Ölçü işləri 1 nöqtədə aparıldıqda:


(27)

2) Ölçü işləri 2 nöqtədə aparılanda:


(28)
3) Ölçü işləri 3 nöqtədə aparılan halda:
(29)


  1. Ölçü işləri 5 nöqtədə aparıldıqda


(30)

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin