Cari və illik hesabatlar
Müasir şəraitdə statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilati formalarından istifadə edilir:
1) hesabat;
2) xüsusi təşkil edilmiş statistika müşahidəsi;
3) registr.
Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. O,rəsmi sənəd olub, müəsissisə, idarə, təşkilatlar və s. Işləri haqqında statistika məlumatlarını əhatə edir, təşkil edilmiş formada məcburi şəkildə statistika orqanlarına təqdim edilməlidir. Müşahidənin əsas forması kimi hesabat ilk uçot məlumatına əsaslanır. Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisaslaşdırılmış hesabatlara ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəsissələri üçün eynidir. İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyyatın ayrı-ayrı sahələrinin xüsusiyyətindən asılı olaraq dəyişir. Hesabatlar verilmə müddətindən asılı olaraq cari və illik hesabatlara ayrılır. Cari hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş məlumat illik hesabatda verilir. Müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında çox ətraflı məlumatı illik hesabatda verirlər. İllik hesabatda verilən məlumat ölkənin sosial iqtisadi məsələlərini proqnozlaədırmaq, onların təhlil əsasında istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün mühüm məlumat mənbəyidir. Məlumatın verilmə üsuluna görə hesabatlar elektron, teleqraf, teletayp və poçt ilə göndərilən hesabatlara ayrılır. Ölkənin iqtisadiyyatında çox mühüm rola malik olan hadisələr haqqında məlumat teleqraf və teletayp vasitəsilə verilir. İllik hesabatlar əsasən poçt vasitəsilə təqdim olunur.
Harmonik orta kəmiyyət
Mövcud məlumatın xarakterindən asılı olaraq hesabi orta kəmiyyətdən başqa, orta kəmiyyətin digər növlərindən də istifadə edilə bilər. Təcrübədə istifadə edilən orta kəmiyyətdən biri də harmonik orta kəmiyyətdir. Harmonik orta kəmiyyət hesabi orta kəmiyyətin çevrilmiş formasıdır. Bəzi hallarda məlumat variantla tezliyin hasili şəklində ümumi məcmu kimi verilir, yəni variantların tezlikləri haqqında ayrılıqda məlumat verilmir. Belə halda orta kəmiyəti he-sablamaq üçün variantla tezliyin hasilindən ibarət olan ümumi məcmunu ayrı-ayrı variantlara bölməklə hər bir variantın çəkisini müəyyən etmək olar. Bundan sonra, ümumi prinsip əsasında, yəni hesabi orta kəmiyyətin çəkili düsturu ilə orta kəmiyyəti miiəyyən etmək mümkündür. Deməli, orta kəmiyyəti müəyyən edərkən kəsrin sürəti məchul olduqda hesabi orta kəmiyyətin çəkili düsturundan, məxrəc məchul olduqda isə harmonik orta kəmiyyətin çəkili düsturundan istifadə etmək lazımdır.
Hesabi orta kəmiyyət və harmonik orta kəmiyyət düsturlarının göstəricilərı arasında əlaqə vardır. Belə ki,
Dostları ilə paylaş: |