Fərdi və ümumi indekslərin hesablanması üsulları
Artıq qeyd edildiyi kimi, mürəkkəb sosial-iqtisadi hadisələrin ayrı-ayrı elementlərinin zaman və məkanda dəyişilməsini xarakterizə edən nisbi kəmiyyətə fərdi indeks deyilir. Fərdi indekslər, birqayda olaraq kiçik "i" hərfilə işarə edilir. İndekslər iki dövrə və ya iki məkana aid olan məlumatların müqayisəsi nəticəsində əldə edilir. Yəni, fərdi indeks müx-təlif dövrlərə və ya məkana aid olan iki mütləq kəmiyyətin müqayisəsi nəticəsində alınır. İndeks nisbi kəmiyyət kimi əmsal (bu zaman baza kəmiyyəti vahidə bərabər götürülür) və faiz (onda baza 100%-ə bərabər götürülür) şəklində ifadə oluna bilər. İndeks 1-dən (100%-dən) çox olduqda, öyrənilən hadisənin səviyyəsinin artdığını, 1-dən (100%-dən) az olduqda isə hadisənin səviyyəsinin azalmasını göstərir.
Hadisənin səviyyəsi ilə müqayisə edilən dövr əsas dövr, səviyyəsi əsas dövrlə müqayisə edilən dövr isə hesabat dövrü adlanır. Plan tapşırıqlarının yerinə yetirilməsinin xarakterizə edilməsində planda nəzərdə tutulan məlumat əsas dövr, faktiki nəticə isə hesabat dövrü kimi götürülməlidir.
Sosial-iqtisadi hadisələrin dinamik təhlilində əvvəlki dövrlərin (ayın, rübün, ilin) məlumatı əsas dövr, sonrakı dövrun məlumatı isə cari, hesabat dövrü olacaqdır. Ha-disələrin məkanda təhlili zamanı qarşıda duran vəzifədən asılı olaraq obyektin birinci məlumatı müqayisə üçün əsas kəmiyyət kimi, digər obyektin məlumatı isə hesabat məlumatı kimi götürülə bilər. Məhsul vahidinin qiymətini “P” ilə işarə etsək, fərdi qiymət indeksinin düsturunu aşa-ğıdakı şəkildə ifadə etmək olar:
p1
ip ═ ── ;
po
Burada, po- əsas dövrdə məhsul vahidinin qiyməti,
p1- hesabat dövründə məhsul vahidinin qiyməti,
ip - fərdi qiymət indeksidir.
Məhsulların ayri-ayrı növlərinin satışının və istehsalı-nın həcminin dəyişilməsini xarakterizə etmək üçün fərdi fiziki həcm indeksi hesablanır. Məhsulun fiziki həcmi “q” hərfilə işarə olunur və fərdi fıziki həcm indeksi aşağıdakı düstur şəklində yazılır:
q1
Dostları ilə paylaş: |