m W ═ ──── ; n Qeyd etmək lazımdır ki, seçmə məcmunun göstəriciləri (seçmə orta kəmiyyət və nisbi tezlik) dəyişən kəmiyyətdir, yəni seçilənlərin tərkibindən asılı olaraq həmin göstəricilər dəyişə bilər.
Statistika müşahidəsinin növləri
Statistika müşahidəsi müxtəlif amil, fəaliyyət və istiqamətlər əsasında mürəkkəb sistemi təzahür etdirir.
Statistika müşahidəsi faktların qeydə alınmasına görə fasiləsiz və yaxud cari, dövri və birdəfəlik müşahidə növlərinə ayrılır. Sosial-iqtisadi hadisələrin vəziyyətində baş verən dəyişikliklər başvermə anında qeydə alınarsa, belə müşahidə cari adlanır. Cari müşahidəyə misal kimi yüklərin göndərilməsi və gətirilməsinin uçota alınmasını və s. göstərmək olar. Belə müşahidə hər hansı hadisənin dinamikasını öyrənmək məqsədilə də aparılır.
Bəlli zaman kəsiklərində, vaxtaşırı aparılan müşahidəyə dövri müşahidə deyilir. Dövrü müşahidəyə misal kimi müəssisə idarə və təşkilatların hər il statistika orqanlarına verdikləri illik hesabatları, istehsalçıların ayrı-ayrı əmtəələrinin qiymətlərinin hər ay qeydə alınmasını və s. göstərmək olar. Statistika məlumatına ehtiyac yarandıqda aparılan müşahidəyə birdəfəlik müşahidə deyilir. Birdəfəlik statistika müşahidəsinə misal muxtəlif dövrlərdə aparılan əsas fondların, cins mal-qaranın, məktəblərin və s. uçota alınmasını göstərmək olar. Statistika müşahidəsinin bu və ya digər növünün təcrübədə tətbiqi məsələsi öyrənilən sosial-iqtisadi hadisələrin xüsusiyyətlərindən, müvafiq məlumata ehtiyacdan asılı olaraq həll edilir.
Statistika müşahidəsi öyrənilən sosial-iqtisadi hadisələrin vahidlərinin əhatə olunmasına görə ümumi və qeyri-ümumi müşahidəyə ayrılır. Öyrənilən müşahidə obyektinin bütün vahidləri qeydə alınarsa, buna ümumi müşahidə, öyrənilən hadisənin vahidlərinin bir hissəsi qeydə alınarsa, belə müşahidəyə qeyri-ümumi müşahidə deyilir. Bazar münasibətləri şəraitində ümumi müşahidəyə nisbətən qeyri-ümumi müşahidədən daha çox istifadə edilir, çünki qeyri-ümumi müşahidədə vaxta və vəsaitə əhəmiyyətli dərəcədə qənaət etmək mümkündür. Statistika müşahidəsinin forma və növlərini aşağıdakı sxemlə əks etdirək mümkündür.