Sosial-iqtisadi hadisələr haqqında kütləvi statistika müşahidəsi əsasında toplanmış məlumatların yekunlaşdırılması və sistemləşdirilməsi nəticəsində onların həcminin dinamikada dəyişilməsini, yaxud bu və ya digər dəyişən əlamət üzrə statistika məcmu vahidlərinin bölgüsünü xarakterizə edən sıra statistika sırası adlanır. Statistika sırası dinamika və bölgü sıralarına ayrılır.
Sosial-iqtisadi hadisələrin zaman etibarı ilə dəyişilməsini xarakterizə edən ədədlər sırasına dinamika sırası deyilir. Statistik məcmu vahidlərinin hər hansı dəyişən əlamət üzrə qruplara ayrılmasına bölgü sırası deyilir.Bölgü sıraları böl-günün xarakteri və qanunauyğunluğu haqda aydın fıkir söyləməyə imkan verir.
Bölgü sıraları atributiv əlamətlər və kəmiyyət əlamətləri üzrə qurula bilər. Buna uyğun olaraq keyfıyyət əlamətləri üzrə qurulan sıralar atributiv bölgü sıraları, kəmiyyət əlamətləri üzrə qurulan sıralar isə variasiya bölgu sırası adlanır.
Bölgü sıraları bir qayda olaraq cədvəl formasında verilir. Bu sıralarda variant və tezlik olur. Bölgü sırasında dəyişən əlamət variant adlanır. Variantın neçə dəfə təkrar olunduğunu göstərən kəmiyyətə tezlik deyilir. Tezliklərin cəmi bölgü sırasının həcmi, ayrı-ayrı qruplardakı tezliklərin bütün tezliklərin cəminə olan nisbəti isə nisbi tezlik adlanır. Atributiv əlamət üzrə bölgü sırasına misal kimi ali məktəblərdə işləyən işçilərin elmi dərəcələrinə görə bölgüsünü göstərmək olar. Ümumilikdə ali təhsil müəssisələrində 30 minədək elmi işçi çalışır ki, bunlardan da 8 minə qədərinin elmi adı vardır. Elmi işçilərin dərəcələrə görə bölgüsü atri-butiv alamətdir. İşçilərin sayı sıranın tezlikləri, onların yekununa görə faizi isə nisbi tezlik adlanır.
Statistika məlumatları kəmiyyət əlamətləri üzrə qruplaşdırıldıqda variasiya bölgü sırası alınır. Variasiya bölgü sıraları fasiləli və fasiləsiz bölgü sıralarına ayrılır. Fasiləli bölgü sıralarında əlamətin qiyməti tam rəqəmlərlə ifadə olunur və fasilə ilə dəyişir. Belə əlamətlər üzrə tərtib edilən bölgü sıraları fasiləli bölgü sıraları adlanır. Qruplaşdırma əlaməti müəyyən fasilədə istənilən qiymətə malik olarsa, belə sıraya fasiləsiz variasiya sırası deyilir. Fasiləsiz variasiya sırasına misal olaraq müəssisələrin əsas istehsal fondlarının həcminə, ÜDM-in həcminə, istehsal normasının yerinə yetirilməsinə görə bölgüsünü və s. göstərmək olar.
Bölgü sıralarının təhlilində qrafık metoddan da geniş istifadə edılir. Diskret bölgü sıraların poliqon qrafiklə təsvir etmək məqsədəuygundur. Poliqon qrafiki bölgünün xarakterini daha əyani səkildə xarakterizə etmək imkanına ma-likdir. Fasiləsiz variasiya sıralarının xarakterini müəyyən etmək üçün histoqram qrafikindən tərtib olunmalıdır.
Əldə olunan məlumatı histoqram qrafikində təsvir etmək üçün absis oxunda hasilat normasının yerinə yetirilmə faizini, ordinat oxunda isə fəhlələrin sayını göstərmək lazımdır. Fasiləsiz bölgü sıraları sütunvari diaqramlar vasitəsi ilə təsvir olunmalıdır. Bərabər fasiləli bölgü sıralarında sütunların eni bərabər, sütunların hündürlü-yü isə variantların tezliklərinə tənasüb olmalıdır.