Statistikanın obyekti və predmeti



Yüklə 146,67 Kb.
səhifə8/14
tarix30.05.2022
ölçüsü146,67 Kb.
#60054
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Statistika imtahan sualları

10. Statistik svodka
Statistik məlumatların emalının dəqiqliyi və dərinliyinə görə svodkalar sadə və mürəkkəb olur:
Sadə svodka - vahidlər külliyyatının ümumi nəticələrinə görə hesablamalar əməliyyatıdır.
Mürəkkəb svodka - müşahidə vahidlərinin qruplaşdırılmasını, hər qrupa görə və bütöv obyektə görə nəticələrin hesablanmasını, qruplaşma və svodkanui nəticələrinin təqdim olunması üçün statistik cədvəllərin tərtib olunmasını özünə daxil edən əməliyyatlar kompleksidir. Məlumatların emalı formasına görə svodkalar mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş olur.
Mərkəzləşdirilmiş svodkalarda bütün ilkin material bir təşkilata daxil olur və başdan sonadək orada emal olunur.
Mərkəzləşdirilməmiş svodka elə svodkadır ki, məlumatlar müxtəlif dövlət subyektlərinin statistik qurumları tərəfindən toplanılır. Alman nəticələr, hesabatlar isə bütövlükdə xalq təsərrüfatını xarakterizə edən nəticə göstəricilərinin emalı üçün Dövlət Statistika Komitəsinə çatdırılır.
Yerinə yetirilmə mexanikasma görə svodkalar mexaniki və əldə hazırlanan olur:
Mexaniki svodka elə svodkadır ki, bütün əməliyyatlar elektron hesablama maşınlarında həyata keçirilir.
Əldə hazırlanan svodka heç bir elektron hesablama maşını tətbiq olunmadan, sadəcə əməliyyatların əldə hazırlanmasını nəzərdə tutur.
Mürəkkəb svodkaııın aparılması mərhələləri aşağıdakılardan ibarətdir:
- qruplaşma əlamətinin müəyyən edilməsi;
- qrupların formalaşması ardıcıllığının müəyyən edilməsi;
- qrupların və bütövlükdə tədqiqat obyektinin xarakteristikası üçün statistik göstəricilər sisteminin işlənilməsi;
- qrupların sayının müəyyən olunması;
- kəmiyyət əlamətlərinə görə külliyyatın bölünməsində intervallarm sərhədlərinin müəyyən edilməsi;
- svodkanm nəticələrinin təqdim olunması üçün statistik cədvəllər maketinin işlənilməsi.

11. Statistik qrafiklər və cədvəllər
Statistik tədqiqatların əsas “məhsullarından” biri cədvəllərdir. Statistik cədvəllər sadəcə rəqəmlərlə ifadə olunmuş sətir və sütunlar sistemi deyil, öyrənilən ümumi külliyyat və onun tərkibində olan qrupların xüsusiyyətləri haqqında məlumatlar toplusudur. Cədvəllər qurularkən tədqiqatın məqsədini, məkanıni, zamanmi ifadə edən başlıqlar olmalı, cədvəldəki informasiyanın mənbəsi qeyd edilməlidir. Əgər cədvəldəki bütün göstəricilərin vahidi eynidirsə, onda bu vahid cədvəlin başlığının sonunda verilə bilər. Əks halda vahidlər müvafiq olaraq yuxarı və yan başlıqlarda verilir. Qruplaşma və svodkanm nəticələri, bir qayda olaraq, cədvəl şəklində təsvir edilir. Cədvəldə statistik müşahidələrin materiallarının emalının yekunlan rasional və aydın şəkildə təsvir edilir. Statistik cədvəllərdə əsas elementlər mübtəda və xəbərdir.
Mübtəda - cədvəldə kəmiyyətcə xarakterizə olunan obyektdir. Başqa sözlə, hər hansı əlamətlərə görə formalaşmış külliyyatın və ya onun qruplarının statistik vahidlərinin siyahısı şəklində tədqiqat obyektidir.
Xəbər - mübtədanı və ya tədqiqat obyektini xarakterizə edən göstəricilər sistemidir. Xəbər qrafların (sütunların) başlıqlarını və onların məzmununu formalaşdırır.
Xəbərin qurulma strukturuna görə statistik cədvəllər sadə, qrup və kombinə olunmuş şəkildə olurlar. 1) Cədvəl ümumi külliyyatın bütövlükdə verilənlərini təsvir edir; 2) Cədvəldə ümumi külliyyatın hər bir elementi üçün ayn-ayn şəkildə məlumatlar verilir.
Kombinə olunmuş cədvəllərdə mübtəda iki və daha artıq əlamətə görə qruplara bölünür və ya belə cədvəllərdə tədqiqat obyektinin hər hansı əlamətinə görə bölündüyü qruplar da başqa əlamətlərə görə iki və daha artıq alt qruplara bölünürlər. Məsələn, aşağıdakı nümunə cədvəldə tədqiqatçıların yaş üzrə qrupları mübtədadır, tədqiqatçlar və alimlik dərəcəsinə görə qruplara bölünürlər. Tədqiqatçılar əlaməti öz növbəsində cins strukturuna görə (kişi, qadın), alimlik dərəcəsi isə elmlər doktoru və fəlsəfə doktoru əlamətlərinə görə alt qruplara bölünürlər.
Statistik cədvəllər qurularkən aşağıdakıları nəzərə almaq lazımdır:
-mübtədamn obyektləri və xəbərin əlamətləri təsadüfi qaydada deyil, müəyyən məntiqi ardıcıllıqla düzülməlidir;
- əgər xəbər göstəriciləri arasında həm toplanacaq, həm də nəticə göstəriciləri varsa, onda əvvəl toplanan əlamət göstəriciləri, sonra nəticə göstəriciləri qeyd olunmalıdır;
- cədvəldə sətirlər, yəni mübtəda üçün qraflar əlifbanın böyük hərfləri ilə, sütunlar, yəni xəbər üçün qraflar rəqəmlərlə ifadə olunmalıdır;
- cədvəldə boş xanalar olmamalıdır;
- xanalarda “x” işarəsi xananın doldurulmasına lüzum olmamasını, işarəsi hadisənin baş vermədiyini, işarəsi isə hadisə haqqında məlumatın olmamasını, “0,0; 0,01 ” xanada olan rəqəmin cədvəldə qəbul olunmuş dəqiqlikdən kənar olduğunu göstərir;
- xanalardakı rəqəmləri və ya kəmiyyət göstəricilərini yuvarlaq göstərmək daha məqsədəuyğundur. Yuvarlaqlaşdırma sətirin və ya sütunun bütün xanalarında eyni dəqiqliklə apanlmalıdır (bu barədə “Qruplaşmalar” mövzusunda daha geniş məlumat verilir);
- cədvəlin aşağı hissəsində mənbə qeyd edilir;
- ehtiyac olduqda cədvələ əlavələr verilir ki, burada cədvəldəki göstəricilərin hesablama metodikası əks olunur.



Yüklə 146,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin