6. Statistik müşahidələrin proqram-metodoloji və təşkilati məsələləri İstənilən statistik müşahidə hazırlıq mərhələsini keçməli və proqram - metodoloji və təşkilati məsələlərə uyğun tərtib olunmuş plana görə həyata keçirilməlidir. Proqram - metodoloji məsələlər dedikdə aşağıdakılar nəzərdə tutulur:
statistik müşahidənin məqsədinin və vəzifələrinin müəyyən edilməsi;
statistik müşahidənin proqramının hazırlanması və aprobasiya olunması;
əsas və köməkçi vasitələrin hazırlanması;
tədqiqatın məqsədinə və əsas məsələlərinə uyğum olaraq müşahidənin növünün, formasının və üsullarınm seçilməsi.
Təşkilatı məsələlərə aşağıdakılar aid olunur:
statistik müşahidənin təşkilati planlarının işlənilməsi;
müşahidə orqanlarının göstərişləri;
müşahidənin keçirilməsi üçün məkanın müəyyən olunması;
müşahidə keçiriləcək yerlərə sənədlərin və instrumentariyalann (vasitələrin) çoxaldılaraq göndərilməsi;
bəzi hallarda məşq müşahidələrin keçirilməsi;
kadrların seçilməsi, təlimləndirilməsi və yerləşdirilməsi;
müşahidə materiallarının qəbulu və təhvil verilməsi üçün zaman və qaydaların müəyyən edilməsi.
Statistik müşahidələri təşkil edərkən ilk növbədə obyekt və vahidlər müəyyən olunmalıdır.
Müşahidə obyekti haqqında statistik məlumatlar toplanılan, vahidləri bir-biri ilə qarşılıqlı əlaqədə olan, məkan və zamana görə məhdudlaşdırılmış müəyyən tam çoxluqdur.
Müşahidə vahidi - müşahidə obyektinin ayrılmaz tərkib elementidir. Bu element uçotun əsası və müəyyən vahidlər toplusunun daşıyıcısı kimi çıxış edir ki, statistik müşahidə prosesində onların varlığı və ya olmaması öyrənilən külliyyatın hər bir vahidi üçün fiksə olunmalıdır.
Müşahidə proqramı - hər bir əlamət məntiqi olaraq tədqiqatın məqsədi və əsas məsələləri ilə bağlı olduqda müşahidə olunacaq və qeydiyyata keçəcək əlamətlər çoxluğudur.