7. Statistik müşahidənin növləri Statistik müşahidələr zamana, müşahidə vahidlərinin ümumi hxminə və mənbəyinə görə aşağıdakı növlərə bölünür:
1) Zamana görə: fasiləsiz, periodik, birdəfəlik. Fəsiləsiz statistik müşahidələr hadisələrin baş verməsinə görə daimi, sistematik, kəsilməz şəkildə baş verir. Məsələn, boşanma, kəbin, anadanolma, vəfatetmə kimi hüquqi hadisələrin qeydiyyatı və s.
Periodik statistik müşahidələr müəyyən, adətən, bərabər həcmli zaman müddətindən bir aparılır. Buna nümunə olaraq imtahan sessiyasının nəticələrinə görə tələbələrin müvəffəqiyyət göstəricilərinin qeydiyyatı və ya əhalinin siyahıya alınması və s. hadisələr göstərilə bilər.
Birdəfəlik statistik müşahidələr bir dəfə hər hansı bir məsələnin həlli üçün və ya qeyri-müəyyən zaman müddətindən sonra, ehtiyac duyulduqda təkrar olaraq aparıla bilər. Məsələn, yaşayış fondunun və ya məktəb inventarının siyahıya alınması.
2) Tədqiq olunan obyektin vahidlərinin ümumi həcminə görə statistik müşahidələr tam və tam olmayan şəkildə aparılır.
Tam olan müşahidələrdə öyrənilən külliyyatın bütün vahidləri tədqiq olunur. Məsələn, əhalinin siyahıya alınması, hüquqi şəxslərin qeydiyyatı və s.
Tam olmayan müşahidələrdə tədqiq olunan külliyyatın yalnız bir hissəsi müşahidəyə cəlb olunur. Tam olmayan müşahidələrdə seçim üçün monoqrafik və əsas massiv metodu mövcuddur. Seçimi müşahidələrdə əsasən təsadüfilik prinsipinə üstünlük verilərək ümumi külliyyatdan vahidlər seçilir. Monoqrafik müşahidələrdə vahidlər ümumi külliyyatdan hər hansı xarakterik xüsusiyyətinə, tipinə və s. görə detallı şəkildə seçilərək tədqiq olunurlar.
8. Statistik müşahidələrin üsulları və təşkili formaları Statistik müşahidələrin keçirilmə üsulları onların təşkilolunma prinsiplərinə görə fərqlənir və aşağıdakı üsullar tətbiq olunur: hesabat, ekspedisiya, anket, müxbir, sorğulananın özünün formulyarı doldurması və sorğu yerinə gəlmə.
Hesabat üsuluna görə müşahidə aparılan təşkilatlarda mütləq şəkildə onların fəaliyyəti haqda təyin olunmuş vaxtda və müəyyən qaydada hesabatlar təqdim olunmalıdır.
Ekspedisiya üsuluna görə xüsusi təlim almış işçilər statistik müşahidənin hər bir vahidi ilə görüşür, formulyarları özləri doldurur və statistika qurumlarına təqdim edirlər.
Anket üsuluna görə statistik məlumatlar suallardan tərtib olunmuş xüsusi anketlər vasitəsilə toplanılır. Bu anketlər periodik olaraq nəşriyyatda dərc olunur və ya müəyyən şəxslərə göndərilir. Müxbir üsuluna görə statistika təşkilatlan könüllü olaraq müəyyən hadisə və prosesləri müşahidə edib təyin olunan vaxtda məlumat toplayıb statistika orqanlarına təqdim etmələri üçün müəyyən şəxslərlə danışıqlar aparırlar.
Sorğulananın özünün formulyarı doldurması elə üsuldur ki, bu zaman adından göründüyü kimi sorğulananlar özləri qeydiyyat aparırlar, xüsusi cəlb olunmuş işçilər isə sorğulananlan formulyar ilə təmin edir, instruksiya verir, formulyarları toplayır, düzgün doldurulmasını yoxlayır, müvafiq təşkilatlara təqdim edirlər.
Sorğuyagəlmə üsuluna görə statistik müşahidə zamanı qeydiyyatdan keçməli məlumatlara malik olan vətəndaşlar qeydiyyat aparılan yerə gəlməli və məlumatları təqdim etməyə məcburdurlar.