4. Statistikada sosioloji tədqiqat metodları Sosial tədqiqatlardan istifadənin əsas səbəblərindən biri cəmiyyətin geniş, məzmunlu və aktual informasiyaya daim ehtiyacının olmasıdır. Sosial tədqiqatları reallığı öyrənməyin ən mükəmməl vasitəsi kimi nəzərdən keçirən Cohen və Manion (1994) əlavə edirlər ki, cəmiyyət üçün əhəmiyyət kəsb edən problemi öyrənmək və onun həlli yollarını işləyib hazırlamaq da sosioloji tədqiqatın məqsədlərindən biridir.
Yəni, sosial tədqiqat problemi şərh edən, onun həlli yollarını təklif edən, eləcə də gələcək üçün inkişaf perspektivlərini müəyyənləşdirən elmi-metodoloji fəaliyyətdir. Hər bir problemin, hadisənin, yaxud prosesin öyrənilməsi üçün tədqiqat metodologiyasından istifadə edilir.
Sosial tədqiqat tərkib və məqsədinə görə belə təsnifatlandırılır:
Təsviredici. Mahiyyətcə təsviredici olan araşdırmaların əsas məqsədi keçmiş, mövcud, yaxud gələcək vəziyyətin xüsusiyyət və göstəricilərini təsvir etməkdən ibarətdir.
İzahedici. Baş verən hadisələri və mövcud vəziyyətin yaranma sə- bəblərini öyrənən tədqiqat mahiyyətcə izahedici hesab olunur
Kəşfiyyat tədqiqatı. Mahiyyətcə müəyyən dərəcədə izahedici tədqiqata bənzəsə də, kəşfiyyat araşdırmasının başlıca məqsədi və səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, burada tədqiqat probleminin kəmiyyət və keyfiyyət xüsusiyyətləri dərindən öyrənilir, onların ümumi kontekst çərçivəsində başa düşülməsinə çalışılır.
Qiymətləndirici tədqiqat. Bu qəbildən olan araşdırmaların məqsədi adətən görülən bir işin səmərəliliyini, effektivliyini və keyfiyətini müəyyənləşdirməkdən ibarət olur.
Qərarverici tədqiqat. Qərarverici modellərdə məsələyə və problemə dair həlli yolları və ya qərar qəbuletmə üçün tövsiyələr işlənir.
Müqayisəli tədqiqat. İki və ya daha çox subyektin bir-biri ilə müqa- yisəli şəkildə tədqiq və təhlili müqayisəli tədqiqat adlanır.
Eksperimental tədqiqat. Bu qəbildən olan araşdırmalarda hipotezin yoxlanılması və ya dəyişənlər arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi nəzərdə tutulur.
Elmdə tez-tez işlədilən terminlərdən biri hipotezdir. Hipotez təbiət və ictimai elmlərdə hər hansı bir hadisə və prosesin başvermə səbəbinə dair irəli sürülən, lakin təsdiqini tapmamış fikri istifadə edir. Lakin sosial elmlərdə heç də hər bir tədqiqatın hipotezi olmur – mümkündür ki, kəşfiyyat məqsədli araşdırma hipotez irəli sürməsin.