www.vivo-book.com
161
dəyiĢdiyini hiss etdiyi an siçan onun gah bir baĢına, gah da o biri
baĢına keçirdi. Makara Delakruanın ayağına dəyənədək siçan onu
diyirlətdi. Sonra baĢını qaldırıb bir anlıq Delakruanın üzünə baxdı,
sanki ona baĢqa bir tapĢırığın olub-olmadığını bilmək istəyirdi (bəlkə
həll etməsi üçün bir neçə riyazi tapĢırıq; ya da qrammatik təhlil üçün
latın dilində bir neçə cümlə). Öz əməlinin nəticəsindən böyük
ehtimalla razı qalmıĢ Mister Cinqlz siqar qutusuna qayıtdı və orada öz
yerini rahatladı.
– Bunu ona sənmi öyrətmisən? – soruĢdum.
– Bəli, ser, boss Ekcum, – təbəssümünü gizlətməyə çalıĢan
Delakrua cavab verdi. – O, hər dəfə makaranı geri gətirir. Cin kimi
ağıllıdır, elə deyilmi?
– Bəs makara? – deyə soruĢdum. – Eddi, bəs sən haradan bildin
ki, onun üçün makara tapmaq lazımdır?
– Makara istədiyini o özü mənim qulağıma pıçıldadı, – Delakrua
sakit tərzdə cavab verdi. – Bir vaxt öz adını mənim qulağıma
pıçıldadığı kimi.
Delakrua öz siçanının bu məharətini baĢqa uĢaqlara da
göstərirdi... hamıya, bircə Persidən baĢqa. Persinin ona siqar qutusu
təklif etməsinin və sonra da onun içini döĢəmək üçün pambıq tapıb
gətirməsinin Delakrua üçün heç bir əhəmiyyəti yox idi. Delakrua bu
xasiyyəti ilə bəzi itləri xatırladırdı: onları bir dəfə vur və sonra onlara
nə qədər yaxĢılıq eləyirsən elə, sənə bir də heç vaxt etibar eləməzlər.
www.vivo-book.com
162
Mən indi də Delakruanın necə qıĢqırdığını eĢidirəm: “Ey,
uşaqlar! Bir bura gəlin! Baxın görün, Mister Cinqlz nə oyunlardan
çıxır!” Və onlar mavi uniforma geyinmiĢ bir qrup Ģəklində aĢağı
enirlər – Brutus, Harri, Din və hətta Bill Doc. Onların da hamısı, lap
mənim kimi, gördüklərinə məəttəl qalırlar.
Mister Cinqlz makara ilə bu hoqqanı eləməyə baĢlayandan üç, ya
da dörd gün sonra Harri Tervilliger karser otağında saxladığımız
lazımsız əĢyaların arasında bir xeyli qurdalanıb mum karandaĢları
tapdı və üzündə xəcalət çəkən adama xas təbəssümlə onları gətirib
Delakruaya verdi.
– DüĢündüm ki, bəlkə sən bu makaranı müxtəlif rənglərlə
bəzəmək istəyərsən, – Harri dedi. – Onda sənin balaca dostun əsil sirk
siçanı olar.
– Sirk siçanı! – deyə Delakrua bərkdən qıĢqırdı. Onun
xoĢbəxtlikdən lap vəcdə gəldiyi aĢkar bəlli olurdu. Məncə, bu onun ən
xoĢbəxt anı idi və o özünün bütün miskin həyatı boyu belə xoĢbəxt
anlar yaĢamamıĢdı.
– Əslində, elədir ki var! Sirk siçanı! Buradan çıxanda, o məni
çox varlı edəcək! Lap sirkdə olduğu kimi! Görərsiniz!
Persi Uetmor olsaydı, heç Ģübhəsiz, Delakruaya deyərdi ki, o,
Kold Mauntindən həyəcan siqnalını və iĢıqlarını yandırmasına heç bir
ehtiyac olmayan təcili yardım maĢınında çıxacaq, lakin yaxĢısını Harri
bilirdi. O, sadəcə, Delakruaya dedi ki, makaranı istədiyi rəngə boyaya
www.vivo-book.com
163
bilər, amma bunu mümkün olduqca tez etməlidir, çünki nahardan
sonra karandaĢları geri götürməli olacaq.
Del onu rəngbərəng boyalarla bəzədi. Boyama iĢi baĢa çatanda
makaranın bir ucu sarı, o biri ucu yaĢıl, ortadakı baraban isə
yanğınsöndürmə deposu kimi qırmızı rəngdə idi. Biz Delakruanın
anlaĢılmaz nitqini eĢitməyə vərdiĢ etmiĢdik: "Maintenant, m'sieurs et
mesdames! Le cirque presentement le mous' amusant et amazeant!
(Diqqət, xanımlar və cənablar! Sirkimiz sizə əyləncəli və möhtəşəm
siçanı təqdim edir). Əlbəttə, bu heç də belə deyilmir, lakin onun
danıĢdığı fransız dili təxminən belə səslənirdi. Sonra o öz səsini
getdikcə alçaldaraq boğazında udurdu – düĢünürəm ki, bunu yəqin ki,
tez-tez döyəclənən baraban səsini eĢitdirmək üçün edirdi, – sonra isə
makaranı yerə atırdı. Mister Cinqlz isə bir göz qırpımında onun
dalınca düĢür, makara çatıb onu ya burnu, ya da ön pəncələri ilə geri
diyirlədirdi. Məncə, ikinci üsula baxmaq üçün lap sirkdə pul da
ödəmək olardı. Con Koffi bizim mühafizəmiz və qayğımız altına
keçənədək, Delakrua, onun balaca siçanı və əlvan rənglərə boyanmıĢ
makara əsas əyləncə vasitəmizə çevrilmiĢdi və hər Ģey bir müddət elə
belə də davam etdi. Sonra bir müddət sakitləĢmiĢ sidik yolunun
infeksiyası yeni qüvvə ilə geri qayıtdı, ondan sonra isə blokumuza
Uliyam Uorton gəldi və cəhənnəm həyatı yenidən baĢladı.
www.vivo-book.com
164
10
Tarixlərin hamısı, demək olar ki, xatirimdən silinib. Köhnə
qəzetlərə baxaraq bəzi tarixləri tapması üçün, yəqin, nəvəm
Danielladan xahiĢ etməli olacam, amma heç bilmirəm buna dəyərmi?
Delakruanın kamerasına gəldiyimiz və siçanın onun çiynində
oturduğunu gördüyümüz gün, ya da Uliyam Uortonun bloka gəldiyi və
az qala Din Stantonu öldürəcəyi gün kimi ən vacib tarixlər qəzetlərdə
onsuz da olmayacaqdı. Bəlkə də ən yaxĢısı, indiyə qədər etdiyim kimi,
elə belə də davam etməkdir. Əslində, düĢünürəm ki, əgər hadisələrin
hansı ardıcıllıqla baĢ verdiyini xatırlayırsansa, tarixlərin o qədər də
böyük əhəmiyyəti yoxdur.
BaĢa düĢürəm ki, bəzən hadisələr sıxılaraq bir-birinin içinə girir.
Delakruanın edam tarixi ilə bağlı sənədlər, nəhayət ki, Körtis
Andersonun kabinetindən mənə gəldi. Sənədlərə baxanda çox
təəccübləndim, çünki bizim fransızı dostumuzun Qoca Qığılcımla
görüĢəcəyi tarix gözlədiyimiz gündən irəli çəkilmiĢdi. Bu,
görünməmiĢ hadisə idi, özü də o zamanlar ki, bir nəfəri edam etmək
üçün cənnətin yarısını və yerdəkilərin hamısını hərəkətə gətirməyə
ehtiyac yox idi. DəyiĢiklik cəmi iki gündən ibarət idi. Səhv
www.vivo-book.com
165
eləmirəmsə, edamın tarixi oktyabr ayının iyirmi yeddisindən iyirmi
beĢinə çəkilmiĢdi. Dediyim tarixlərin dəqiqliyinə əmin deyiləm, amma
təxminən o günlərdə idi, çünki hələ o zaman Tut-Tutun öz siqar
qutusunu gözlədiyindən də tez geri alacağını düĢündüyümü
xatırlayıram.
Uorton isə əksinə, blokumuza gözlədiyimizdən daha gec gəldi.
Ona görə ki, məhkəmə Andersonun etibarlı mənbələrinin güman
etdiyindən daha uzun çəkmiĢdi (söhbət Azğın Billidən gedəndə, heç nə
etibarlı olmur və biz tezliklə bunun Ģahidi olacağıq – zamanın
sınağından çıxmıĢ və ehtiyatsız davranıĢlardan qorunduğunu güman
etdiyimiz nəzarət metodlarımızın olmasına baxmayaraq). Günahkar
olduğu sübuta yetiriləndən sonra onu müayinə edilməsi üçün
Ġndianoladakı xəstəxanaya köçürdülər. Sənədlərdə deyildiyinə görə,
məhkəmə zamanı onun bir neçə dəfə ürəkkeçməsi olub, özü də iki dəfə
kifayət qədər ciddi. Bu tutmalar zamanı o, döĢəməyə yıxılıb və yerdə
uzanaraq tir-tir əsib, ayaqları ilə döĢəməni döyəcləyib. Onu müdafiə
etmək üçün məhkəmə tərəfindən təyin edilmiĢ vəkilin dediyinə görə,
Uorton epilepsiya xəstəliyindən əziyyət çəkirmiĢ və bu cinayətləri də
epileptik tutmaların təsiri altında olarkən, yəni ağlı baĢında olmayan
vəziyyətdə törədib. Ġttihamçı isə vəkilin sözlərinə etiraz edərək bildirib
ki, bu tutmalar qabaqcadan düĢünülmüĢ oyundur və qorxaq, həm də
ümidini itirmiĢ bir adamın fırıldaq yolu ilə canını xilas etmək
cəhdindən baĢqa bir Ģey deyil. Güman edilən tutmaları öz gözləri ilə
www.vivo-book.com
166
müĢahidə edəndən sonra andlılar da qərara gəliblər ki, ürəkkeçmələr
simulyasiyadır, həqiqi deyil. Hakim andlıların rəyi ilə razılaĢsa da,
hökm oxunandan onun icrasınadək olan müddət ərzində bir sıra
analizlərin keçirilməsini təyin edib. Allah bilir nə üçün, bəlkə də
sadəcə, iĢin əsli ilə maraqlandığından.
Uortonun xəstəxanadan qaçmayacağını yalnız axmaq adam
düĢünə bilərdi (qəribə təsadüfdən rəis Mursun arvadı Melinda da
onunla eyni vaxtda həmin xəstəxanada yatırdı), amma o qaçmadı.
Yəqin onun palatasının yanında çoxlu gözətçilər qoyulmuĢdu, bəlkə də
o, epilepsiya xəstəliyi səbəbi ilə – əgər belə bir xəstəlik aĢkar edilərsə
– onu öz hərəkətləri üçün qeyri-məsul hesab edəcəklərinə hələ də ümid
bəsləyirmiĢ.
Lakin onun xəstə olduğu aĢkar edilmədi. Həkimlər onun
beyinində heç bir qeyri-normallıq – ən azında fizioloji – tapmadılar və
“Körpə” Billi Uortonu, nəhayət, Kold Mauntinə göndərdilər. Onun
bizim həbsxanaya gəliĢi, xatırladığıma görə, ya on altı, ya da on səkkiz
oktyabrda olmalıdır. Səhv etmirəmsə, Uorton Koffidən təxminən iki
həftə sonra, Delakruanın YaĢıl Millə keçməsindən isə on gün əvvəl
gəlmiĢdi.
Bizim yeni psixopatın “E” blokuna gəliĢi mənim üçün
hadisələrlə zəngin bir gün oldu. Həmin gün qasığımdakı zoqquldayan
ağrıdan və penisimin alıĢıb yanması, ağırlaĢması və ĢiĢməsi hissindən
səhər saat dörddə ayıldım. Ayaqlarımı hələ çarpayıdan yerə salmamıĢ
www.vivo-book.com
167
baĢa düĢdüm ki, sidik yollarımdakı infeksiya, bütün ümidlərimə
baxmayaraq, hələ də yaxĢılaĢmağa doğru getməyib. Deməli, sadəcə,
bir müddət ağrılarım yüngülləĢibmiĢ, vəssalam; indi isə bu müddət
baĢa çatıb.
Mən təbii ehtiyacımı ödəmək üçün evdən bayıra çıxdım – bu,
həyətimizdə ilk tualet tikdiyimiz vaxtdan, ən azı, üç il əvvəl baĢ
vermiĢdi; elə evin küncündəki odun qalağının yanına çatmıĢdım ki,
daha dözə bilməyəcəyimi anladım. Öz pijamamın Ģalvarını düz sidiyin
axmağa baĢladığı an aĢağı çəkməyə macal tapdım. Bu, həyatımda ən
ağrılı məqam idi. 1956-cı ildə mənim öd kisəmdən daĢ çıxmıĢdı,
deyilənə görə, bu çox ağrılı bir prosesdir, lakin o səhər sidiyə çıxarkən
hiss etdiyimlə müqayisədə, öd kisəsindən çıxan daĢın verdiyi ağrı
mədə qıcqırmasının ağrısına bənzəyir. Ağrıdan ayaqlarım altımdan
qaçdı və bütün ağırlığımla dizlərimin üstünə çökdüm, özümün
yaratdığım gölməçəyə üzüstə yıxılmamaq və müvazinətimi qorumaq
üçün qıçlarımı geniĢ açdığımdan, pijamamın Ģalvarı ikiyə bölündü.
Əgər sol əlimlə odun cərgəsindəki parçaların birindən tutmasaydım,
yenə də yıxılacaqdım. Məni narahat edən, incidən yeganə Ģey
cızdağımı çıxaran bu ağrı idi; qarnımın aĢağı hissəsinə elə bil od
düĢmüĢdü, penisim isə – insanın hiss edə biləcəyi ən güclü həzz və
ləzzət yaĢatdığı anlar istisna olmaqla, mən adətən bu orqanı
unudurdum – elə bil indicə əriyəcəkdi. Mənə elə gəlirdi ki, onun
www.vivo-book.com
168
ucundan qan axdığını görəcəyəm, lakin axan mayenin adi sidik
Ģırnağından baĢqa bir Ģey olmadığı bəlli oldu.
Bir əlimlə hələ də odun cərgəsindən tutmuĢdum, o bir əlimlə
ağzımı bərk-bərk sıxdım ki, qıĢqırmayım. Arvadımı öz qıĢqırığımla
oyadıb qorxuzmaq istəmirdim. Mənə elə gəlirdi ki, sidiyim heç vaxt
qurtarmayacaq, elə hey axacaq, amma Ģırnaq yavaĢ-yavaĢ zəiflədi və
nəhayət, bitdi. ĠĢəməyimi bitirəndə ağrı artıq qarnımın dərinliyinə və
xayalarımın içinə nüfuz etmiĢdi və saralmıĢ, çürük diĢlər kimi məni
içəridən yeyirdi. Uzun müddət – bəlkə də təxminən bir dəqiqə – ayağa
qalxa bilmədim. Nəhayət, ağrı getdikcə azalmağa baĢladı və birtəhər
ayağa qalxa bildim. Artıq çox hissəsi torpağa hopmuĢ sidik
gölməçəsinə baxaraq düĢündüm: bu qədər az miqdarda maye çıxarkən
bu qədər ağrı-acı doğuran bir aləmi hansı allah yarada bilərdi...
Mən xəstə olduğumu iĢə xəbər verib, nəhayət, həkim Sedlerin
yanına gedə bilərdim. Doğrudur, həkim Sedlerin ürək bulandıran və
kükürd iyi verən həblərini qəbul etmək istəmirdim, lakin hər halda, bu
həblər boğazına tıxanmıĢ hayqırtını birtəhər boğmaq üçün bütün
iradəni səfərbər edərək odun cərgəsinin yanında yerə çökməkdən və
elə həmin anda sanki sənin həcəmətinə neft töküb yandırıblarmıĢ kimi
ağrılı hislər keçirməkdən min dəfə yaxĢıdır.
Sonra qonĢu otaqda yatmıĢ Cenisin asta xorultusuna qulaq asa-
asa mətbəxdə aspirin həbi qəbul etdim və birdən yadıma düĢdü ki,
Uilyam Uortonu bizim bloka bu gün gətirəcəklər. O da yadıma düĢdü
www.vivo-book.com
169
ki, Brutus da orda olmayacaq – növbətçilik cədvəlinə görə o,
həbsxananın baĢqa bölməsində olacaq və kitabxanadan qalmıĢ əĢyaları
və xəstəxana avadanlıqlarını yeni binaya köçürməyə yardım edəcək.
Keçirdiyim ağrılara baxmayaraq, baĢa düĢürdüm ki, Uortonu Din ilə
Harrinin öhdəsinə buraxmaq olmaz. Onlar etibarlı insanlar olsalar da,
Körtis Andersonun raportunda qeyd edilirdi ki, Uilyam Uorton çox
təhlükəli birisidir. “Bu adamın heç nə vecinə deyil,” – o, raportda belə
yazmıĢ və altında da imza etmiĢdi.
Çəkdiyim ağrı bir qədər yüngülləĢdikdən sonra düĢünmək
qabiliyyətim geri qayıtdı. Mənə elə gəldi ki, həbsxanaya səhər tezdən
getsəm yaxĢıdır. Səhər saat altıda həbsxanaya çata bilərdim, elə rais
Murs da iĢə, adətən, həmin vaxtlarda gəlirdi. O, Uortonu qəbul etmək
üçün lazım olan müddətə Brutusu “E” blokuna keçirə bilər və mən də
həkimlə çoxdan gecikmiĢ görüĢümə gedərdim. Deməli, yolum Kold
Mauntinə idi.
Həbsxanaya gedən otuz beĢ kilometrlik yolda məni qəfil
sıxıĢdıran balaca ehtiyacımı ödəmək üçün iki dəfə dayanmalı oldum.
Hər iki dəfəsində də mən özümü çətinə salmadan maĢını bir kənara
çəkib bu problemi həll edə bildim (əsasən ona görə ki, belə saatda
kənd yollarında hərəkət, demək olar ki, olmur).
Bu ifraz proseslərinin heç biri gecəki qədər ağrılı olmadı, lakin
hər iki dəfədə yıxılmamaq üçün öz balaca “Ford-kupe”min sərniĢin
www.vivo-book.com
170
qapısının dəstəyindən tutmalı oldum və iĢəyərkən üzümdən necə tər
axdığını hiss etdim. Mən xəstə idim, özü də əməlli-baĢlı.
Nəhayət, həbsxanaya çatdım, cənub qapısından içəri girib
maĢınımı həmiĢəki yerində saxladım və birbaĢa rəisin yanına getdim.
Saat təxminən altı olardı. Miss Hannanın kabineti boĢ idi – o, nisbətən
məqbul vaxt olan yeddidən tez gəlməzdi, – lakin Mursun kabinetində
iĢıq yanırdı; iĢığın yandığını donuq ĢüĢədən görə bilirdim.
Etinasızlıqla qapını döydüm və açdım. Belə erkən saatda heç kimi
gözləməyən Murs səksənərək baĢını qaldırdı. Özüm də onu belə
miskin görkəmdə, üzündə aciz bir ifadə ilə görməmək üçün çox
Ģeydən keçərdim. Onun, adətən, səliqə ilə daranmıĢ ağ saçları bu dəfə
pəriĢan idi, hərəsi bir tərəfə baxırdı. Kabinetinə girəndə o, əlləri ilə
baĢını tutub oturmuĢdu, qızarmıĢ gözlərinin altındakı dəri ĢiĢərək
tuluqlanmıĢdı. Məni ən çox pərt edən isə onun oturduğu yerdə tir-tir
əsməsi idi. Onu heç vaxt belə görməmiĢdim, elə bil, çox soyuq havada
bütün gecəni bayırda gəzib yenicə içəri gəlmiĢdi.
– Hal, bağıĢla, səni narahat etmək istəmirdim, mən sonra
gələrəm, – deyə kabinetdən çıxmaq istədim.
– Yox, – deyə dilləndi. – XahiĢ edirəm getmə, Pol. Qapını bağla
və içəri keç. Bir bilsən, indi kiminləsə dərdləĢməyə nə qədər ehtiyacım
var! Qapını bağla və içəri keç.
Yuxudan durandan ilk dəfə olaraq öz ağrı-acımı yaddan
çıxararaq, onun xahiĢini yerinə yetirdim.
www.vivo-book.com
171
– Onun beynində ĢiĢ var, – Murs dedi. – Həkimlər onun baĢını
rentgenə salanda, beynində ĢiĢ olduğu məlum olub. Çəkdikləri rentgen
Ģəkillərindən də çox razı qalıblar. Həkimlərdən biri mənə dedi ki, bu
Ģəkil onların indiyədək çəkdikləri rentgen Ģəkilləri arasında bəlkə də
ən yaxĢısıdır. Hə, bir də dedi ki, onlar bu Ģəkilləri Nyu-Enqlandda bir
tibbi jurnalda qonorar qarĢılığında dərc etdirmək istəyirlər. Onlar mənə
dedilər ki, ĢiĢ limon boydadır və dərinə gedir. Ona görə də onu
cərrahiyyə yolu ilə götürmək mümkün olmayacaq. Bir də dedilər ki,
onun çox az ömrü qalıb, heç milad bayramınadək yaĢamaz. Mən
bunları ona deməmiĢəm. Təsəvvür edə bilmirəm ki, bunu ona necə
deyim. Ondan sonra necə yaĢayacağımı da təsəvvür edə bilmirəm.
Bunları deyəndən sonra hönkür-hönkür, içini çəkə-çəkə
ağlamağa baĢladı. Onun hönkürtüləri, içini çəkməyi məndə həm
mərhəmət, həm də bir növ qorxu hissi yaratdı – Hal Murs kimi özünü
ən çətin anlarda belə ələ almağı, soyuqqanlılığını qorumağı bacaran
insanın birdən-birə belə hala düĢməsinə baxmaq adamı vahiməyə salır.
Bir müddət yerimdən tərpənmədən baxdım, sonra ona yaxınlaĢdım və
qolumu boynuna doladım. O, suda batan adam kimi hər iki əlini
uzadıb məni qucaqladı və üzünü sinəmə dayayıb, ağlamağa davam etdi
və deyəsən, bu ona bir qədər yüngüllük gətirdi. Çünki bir qədər sonra
özünü ələ alıb, məndən üzr dilədi. Üzr istəyəndə üzümə baxmadı, elə
bil, ömrü boyu yaddan çıxara bilməyəcəyi dərəcədə ayıb bir iĢ görmüĢ
adam kimi utanırdı. Ġnsan hətta özünü belə bir vəziyyətdə görmüĢ
www.vivo-book.com
172
birisinə nifrət etmək həddinə də çata bilər. Məncə, Mursun vəziyyəti
dediyimdən bir qədər yaxĢı idi, lakin mən bura nə üçün gəldiyimi
yaddan çıxardım və müzakirə etmək istədiyim iĢ barəsində bir söz belə
demədim. Mursun kabinetindən çıxandan sonra öz maĢınıma dönmək
əvəzinə “E” blokuna tərəf addımladım. Aspirin təsirini göstərməyə
baĢlamıĢdı və qarnımın alt hissəsindəki ağrı asta nəbz döyüntüsü
səviyyəsinə enmiĢdi. DüĢündüm ki, bu günü birtəhər yola verə
bilərəm; Uortonu kamerasına yerləĢdirərəm, günortadan sonra gedib
Hal Mursa bir də baĢ çəkərəm və günün sonunda sabah üçün xəstəlik
kağızı alaram. Mənə elə gəlirdi ki, ən pis anlar artıq arxada qalıb, heç
təsəvvürümə də gətirə bilməzdim ki, bu gün bizi nələr gözləyirmiĢ.
11
www.vivo-book.com
173
“DüĢündük ki, o, hələ də müayinə zamanı qəbul etdiyi narkotik
dərmanların təsiri altındadır”, – Din axĢamtərəfi dedi. Onun səsi
alçaqdan, xırıltılı çıxırdı, itin hürməsini xatırladırdı və boynunda tünd-
bənövĢəyi qançırlar gözə dəyirdi. DanıĢarkən acı çəkdiyini açıq-aĢkar
görə bilirdim, ona görə də bir anlıq ona daha danıĢmaması, baĢ
verənləri ürəyinə salmamasını məsləhət görmək istədim, lakin fikrimi
dəyiĢdim, çünki bəzən susmağın daha ağrılı olduğunu xatırladım.
– Biz hamımız onun narkotik dərmanların təsiri altında olduğunu
düĢünürdük, elə deyilmi?
Harri Tervilliger bir söz demədən baĢını yırğaladı. Hətta kənarda
düĢüncələrə qərq olaraq təkbaĢına oturmuĢ Persi də mənim
dediklərimlə razılaĢaraq baĢını yellədi.
Brutus mənə tərəf baxdı və baxıĢlarımız bir anlıq toqquĢdu. Biz
bunun necə baĢ verdiyi haqqında, demək olar ki, eyni Ģeyləri
düĢünürdük. Budur, sən öz həyatını yaĢayırsan, hər Ģeyi yalnız
qaydalara görə eləyirsən, lakin buraxdığın bir səhv və – tarap – səma
sizin baĢınıza yıxılır. Onlar elə düĢünürdülər ki, o, hələ də narkotik
dərmanların təsiri altındadır – əslində, məntiqə uyğun bir fərziyyədir, –
lakin onun həqiqətən narkotik dərmanlar qəbul edib-etmədiyi ilə heç
kim maraqlanmadı. Mənə elə gəldi ki, Brutusun gözlərində nəsə baĢqa
Ģeylər də gördüm: Harri və Din öz səhvlərindən ibrət götürəcəkdilər;
xüsusilə də Din, çünki o, çox asanlıqla öz ailəsinin yanına ölmüĢ
vəziyyətdə qayıda bilərdi. Persi nəticə çıxarmaz. Persi bəlkə də heç
www.vivo-book.com
174
nəticə çıxarmaq iqtidarında deyil. Persinin edə biləcəyi yeganə Ģey
qaĢqabağını salladıb acıqlı-acıqlı bir küncdə oturmaqdır, çünki yenə
boğazadək zibilə düĢüb.
Azğın Billi Uortonu həbsxanaya gətirmək üçün Ġndianolaya
yeddi nəfər getmiĢdi: Harri, Din, Persi, arxada baĢqa iki nəzarətçi (indi
xatırlaya bilməsəm də, bir vaxtlar onların adlarını bildiyimə əminəm)
və daha iki nəfər öndə. Onlar bizim “Dilican” adlandırdığımız maĢınla
getmiĢdilər – gövdəsi poladla gücləndirilmiĢ və güllə keçirməyən
ĢüĢələrlə təchiz edilmiĢ “Furqon Ford”la. Avtomobil məhbus daĢıyan
polis maĢını ilə zirehli avtomobilin qarıĢığına bənzəyirdi.
Harri Tervilliger bu ekspedisiyanın rəhbəri idi. O özü ilə
gətirdiyi sənədləri qraflığın Ģerifinə verdi (Homer Körbisə yox, onun
kimi yontalanmamıĢ baĢqa bir əbləhə), o da öz növbəsində mister
Uilyam Uortonu, Delakruanın dili ilə desək, müstəsna qalmaqalçını,
fitnəkarı onlara təhvil verdi. Kold Mauntin həbsxanasının məhbuslar
üçün uniforması öncədən ora göndərilsə də, Ģerif və onun adamları
Uortona bu formanı geyindirmək haqqında düĢünmək əziyyətinə
qatlaĢmamıĢdılar; bu iĢi bizim uĢaqların öhdəsinə buraxmıĢdılar. Onlar
Uilyam Uortonu ilk dəfə Mərkəzi Xəstəxananın ikinci mərtəbəsində
görəndə, onun əynində pambıq parçadan xəstəxana pijaması,
ayaqlarında isə ucuz keçə Ģap-Ģuplar vardı. Onun arıq bədəni, dar
sızanaqlı üzü vardı: gur, sarıĢın, uzun və dolaĢıq saçları səliqəsiz
Ģəkildə çiyinlərinə tökülmüĢdü. Bir balaca aĢağı sürüĢmüĢ pijamasının
|