www.vivo-book.com
175
arxasında onun arıq və sızanaqlarla dolu sağrısı görünürdü. Harri və
baĢqalarının ilk gördükləri Ģey onun bu hissəsi oldu, çünki onlar
xəstəxanaya gələndə Uorton pəncərənin yanında dayanıb avtomobil
dayanacağına
baxırdı.
Uortona
həbsxana
paltarlarını
geyindirmədiklərinə görə Harri qraflığın Ģerifini danlayarkən və
qraflığın Ģerifi də – mənim tanıdığım bütün qraflıq rəsmiləri kimi –
Harriyə nəyin onun vəzifəsi olduğuna, nəyin isə onun vəzifəsi
olmadığına dair mühazirə oxuyarkən, Uorton geri belə çevrilmədi. O,
bir əli ilə pərdəni geri çəkib, pəncərənin yanında kukla kimi sakitcə
durmuĢdu.
Bütün bunlar Harrini təngə gətirəndən sonra (bunun üçün çox
vaxt lazım olduğunu düĢünmürəm), o, Uortona geri dönməsini əmr
etdi. O, Harrinin əmrinə itaət edərək döndü. Xırıltılı və it hürməsinə
bənzər boğuq səslə danıĢan Dinin dediyinə görə, bu oğlan bizim Kold
Mauntində iĢlədiyimiz müddət ərzində gördüyümüz minlərlə ucqar
kənd sakinindən biri idi və onlardan heç nə ilə fərqlənmirdi. Ona
diqqətlə baxanda qarĢındakının davakar və kütbeyin birisi olduğunu
görürsən. Bəzən onlarda ağciyərlik də olduğunu aĢkar edirsən,
xüsusilə də arxası divara durduqları zaman, lakin çox vaxt onların
içində ədavət və dalaĢqanlıqdan baĢqa heç nə olmur, – əgər olursa da:
daha çox ədavət və daha çox dalaĢqanlıq! Bəzi adamlar Billi Uorton
kimi insanlarda alicənablıq kimi keyfiyyətlərin olduğunu düĢünürlər,
amma mən belələrindən deyiləm. Küncə sıxıĢdırıldıqda siçovul da
www.vivo-book.com
176
vuruĢmağa baĢlayır. Bu adamın üzündəki Ģəxsiyyət ifadəsi onun
sızanaqlı sağrılarındakından daha artıq deyildi, Din bizə belə demiĢdi.
Onun çənəsi zəif, gözləri laqeyd və boĢ, çiyinləri aĢağı düĢmüĢdü,
əlləri isə əsirdi. Belə görünürdü ki, ona morfi vurmuĢdular... Tipik
narkoman və dəli – onlar belələrini çox görmüĢdülər.
Bu məqamda Persi yenə qaĢqabaqla baĢını yırğaladı.
– Al, bunu geyin, – deyə Harri çarpayının üstünə sərilmiĢ
həbsxana paltarını göstərərək əmr etdi. Paltarı bükülmüĢ olduğu
mixəyi rəngli kağızdan açıb çıxarsalar da, ona heç kim toxunmurdu. O,
həbsxana camaĢırxanasındakı kimi, bükülü vəziyyətdə çarpayının
üstünə səliqə ilə qoyulmuĢdu: onun bir qolundan ağ pambıq parçadan
qısa tuman, o bir qolundan isə bir cüt ağ corabın ucu görünürdü.
Uorton verilən əmrləri can-baĢla yerinə yetirməyə həvəsli
görünsə də, deyəsən, kənardan yardım olmadan bir Ģey edə
bilməyəcəkdi. O, əvvəlcə, birtəhər qısa tumanı geyindi, növbə Ģalvara
çatanda vəziyyət dəyiĢdi: nə qədər onu geyinməyə cəhd eləsə də, hər
dəfə bir balağa iki ayağını soxurdu. Nəhayət, hövsələsi daralan Din
ona ayaqlarını lazım olan yerlərə salmağa yardım edib Ģalvarı yuxarı
çəkdi, Ģalvarın qabağını və qayıĢını bağladı. Dinin hər Ģeyi onun
əvəzinə etdiyini görən Uorton tərpənmədən yerində duraraq, heç ona
kömək eləməyə cəhd belə göstərmirdi. O, yerində müqəvva kimi
durub, küt baxıĢlarını otaqdan bayıra zilləmiĢdi, heç kimin də ağlına
gəlmədi ki, bu adam riyakarlıq edir, yalandan özünü hər Ģeyə laqeyd
www.vivo-book.com
177
göstərir. Yox, yox, qaçmağa cəhd etmək deyil (ən azı, mən belə
olduğunu düĢünmürəm), əksinə müvafiq vaxt yetiĢəndə uĢaqlara
mümkün olduqca çox problem yaratmaq fikrində idi.
Bütün kağızlara imza atılmıĢdı. Həbs edilərkən qraflığın
mülkiyyətinə çevrilən Uilyam Uorton indi də Ģtatın mülkiyyətinə
keçmiĢdi. Onu xəstəxanadan mavi uniforma geyinmiĢ nəzarətçilərin
əhatəsində, mətbəxdən keçirərək arxa çıxıĢın pilləkənləri ilə çıxardılar.
O, baĢını aĢağı dikib addımlayırdı, bu zaman onun uzun barmaqlı
əlləri əsirdi. Kepka birinci dəfə onun baĢından düĢəndə, Din kepkanı
onun baĢına geyindirdi. Ġkinci dəfə isə Din kepkanı, sadəcə, götürüb
arxa cibinə basdı. Furqonun arxasında onun əlinə və ayağına buxov
vuranda nəzarətçilərə baĢağrısı yaratmaq üçün Uortonun ikinci Ģansı
oldu, amma o bundan istifadə etmədi. Əgər problem yaratmaq fikri
olmuĢ olsa belə (mən hələ indi də əmin deyiləm ki, onun belə bir fikri
vardımı? Əgər vardısa, o bunu etməkdə nə qədər qətiyyətli idi?), yəqin
ki, o özünü qane edəcək səs-küyü salmaq üçün orda məkanın həddən
artıq dar olduğunu, ətrafındakı adamların sayının isə çox olduğunu
düĢünüb. Beləliklə, o, əl-qoluna zəncir vurulmuĢ Ģəkildə yola davam
etməli oldu: bir dəst zəncir topuqlarında, ikinci dəst isə – bu dəstin
həddən artıq uzun olduğu sonradan bilindi – biləklərində.
Kold Mauntinə çatmaq üçün onlara bir saat vaxt lazım oldu.
Bütün yolu Uorton baĢını aĢağı dikmiĢ, zəncir vurulmuĢ əllərini
dizlərinin arasında sıxmıĢ vəziyyətdə avtomobilin sol skamyasında
www.vivo-book.com
178
oturdu. Harrinin dediyinə görə, o, hərdənbir zarıyırdı. Canına yayılmıĢ
qorxu hissini birtəhər özündən uzaqlaĢdırmağa müvəffəq olan Persi isə
deyirdi ki, bu kütbeyinin aĢağı sallanmıĢ alt dodağından, isti yay
günlərində itin dilindən axan selik kimi, ağız suyu damcılayırdı və bir
az keçəndən sonra onun ayaqlarının arasında əməlli-baĢlı bir gölməçə
yaranmıĢdı.
Onlar həbsxanaya cənub qapısından girdilər, yəqin binaya
yaxınlaĢanda mənim maĢınımın yanından keçiblər. Cənub qapısının
yaxınlığındakı gözətçi qaçaraq maĢın dayanacağı ilə gəzinti həyətinin
arasındakı böyük darvazanı açdı və onların furqonu əraziyə daxil oldu.
Bu vaxtlar adətən həyət bomboĢ olurdu, cəmi bir-iki nəfər həyətdə
gəziĢirdi, əksəriyyət isə bağda torpaqla əlləĢirdi. Məhsul yığımının
vaxtı idi. Onların maĢını birbaĢa “E” blokunun önünə gəlib dayandı.
Sürücü onlara furqonu avtomobil parkına aparıb mühərrikin yağını
dəyiĢməli olduğunu və onlarla iĢləməkdən zövq aldığını dedi.
Furqonla birlikdə əlavə nəzarətçilər də getdilər: onlardan ikisi
əllərində alma yeyə-yeyə furqonun arxasında oturmuĢdu, furqonun
açıq qalmıĢ qapıları isə maĢın hərəkət etdikcə ora-bura yellənirdi.
Əli-qolu qandallı məhbus ilə yalnız Din, Harri və Persi qalmıĢdı.
Bu qədər nəzarətçi kifayət etməli idi – əgər əlləri və ayaqları buxovlu,
baĢını aĢağı dikərək toz-torpağın içində dayanmıĢ bu arıq kəndçi
oğlanın halsız və yazıq görkəmi onların sayıqlığını yuxuya
verməsəydi. Onlar məhbusu “E” blokunun təxminən 12 addımlıq
www.vivo-book.com
179
məsafədə olan qapısına tərəf gətirdilər. Məhbusu gətirərkən, adətən
etdiyimiz kimi, sıra düzümünə keçdilər. Harri məhbusun solunda, Din
sağında, əlində öz sevimli dəyənəyini tutmuĢ Persi isə arxada gedirdi.
Bunu mənə heç kim dəməsə də, yaxĢı bilirdim ki, lənətə gəlmiĢ
dəyənək onun əlində idi, çünki Persi öz dəyənəyi ilə oynamağı çox
sevirdi. Mən isə həmin vaxt, qaynar məkanda qeydiyyatdan keçəcəyi
vaxt yetiĢənə qədər, Uotmor üçün ayrılmıĢ kamerada oturmuĢdum və
onun gəlib öz kamerasında yerləĢməsini gözləyirdim – bu, dəhlizlə
üzüaĢağı karserə tərəf gedəndə, sağdan birinci kamera idi. Əlimdə
kağızlar vardı və mən qabaqcadan hazırlanmıĢ qısa nitqimi söyləmək
və buradan mümkün olduqca tez rədd olub getməkdən baĢqa heç nə
haqqında
düĢünə
bilmirdim.
Qasığımdakı
ağrılar
yenidən
Ģiddətlənməyə baĢlamıĢdı və mən sadəcə bir Ģey istəyirdim: öz
kabinetimə çəkilmək və orada ağrıların keçməsini gözləmək.
Kameranın qapısını açmaq üçün Din irəli keçdi. O öz
kəmərindəki açar bağlamasından lazım olan açarı tapıb kilidin içinə
saldı. Din açarı burub qapının dəstəyini dartmağa macal tapmamıĢ,
Uorton birdən canlandı. O, bərkdən bağıraraq tez-tez nəsə anlaĢılmaz
kəlmələr dedi – cənub ordusunun əsgərlərinin hərbi nərəsinə bənzər bir
Ģey – və bu bağırtıdan Harri bir müddət hərəkət qabiliyyətini itirərək
yerində dondu, Persi isə baĢ verən hadisələrin sonunadək söndü və
uyuq kimi tərpənmədən yerində qaldı, elə bil, ümumiyyətlə, orda yox
idi. Mən yarıaçıq qapıdan bu qıĢqırığı eĢidəndə əvvəlcə onun insan
www.vivo-book.com
180
səsi olduğunu anlamadım, düĢündüm ki, həyətə necəsə bir it girib və
onu vurublar. FikirləĢdim ki, qəzəbli məhbuslardan hansısa onu kərki
ilə vurub.
Uorton öz əllərini qaldırdı, qollarından sallanan zənciri Dinin
baĢınıın üstündən aĢırıb boğazına keçirdi və onu boğmağa baĢladı. Din
boğuq bir səs çıxararaq irəli, bizim balaca dünyamızın soyuq elektrik
iĢığına tərəf Ģığıdı. Uorton da sevincək onun dalınca içəri girdi,
fasiləsiz olaraq anlaĢılmaz sözlər qıĢqıraraq və hətta ucadan qəhqəhə
çəkərək onun arxasına bir dürtmə də vurdu. O, dirsəklərini yuxarı
qaldırıb yumruqlarını Dinin qulaqları səviyyəsində saxladı və onun
boğazına saldığı zənciri var gücü ilə özünə tərəf çəkdi; zəncirin daha
da bərk sıxılması üçün onu, miĢarla bir Ģey kəsirmiĢ kimi, dala-qabağa
silkələyirdi.
Harri özünə gələn kimi arxadan Uortunun üstünə cumdu. Bir əli
ilə onun uzun yağlı saçlarından yapıĢdı, o bir əli ilə yumruğunu
düyünləyib, sifətinin yan hissəsinə gücü gəldikcə ağır zərbələr
endirməyə çalıĢdı. Harrinin də belindəki kəmərində həm dəyənəyi,
həm də tapançası vardı, lakin bu çaxnaĢmada baĢını itirdiyindən, nə
dəyənəyə, nə də tapançasına əl atmaq ağlına gəldi. Bizim əvvəllər də
məhbuslar ilə yaĢadığımız çətin anlar olmuĢdu, amma onlardan heç
biri Uorton kimi bizə belə qəfildən hücum etməmiĢdi. Öz
təcrübəmizdə buna bənzər hiyləgərliklə heç vaxt qarĢılaĢmamıĢdıq:
buna bənzər bir Ģey nə ondan əvvəl görmüĢdüm, nə də sonra gördüm.
www.vivo-book.com
181
Bir də onu deyim ki, o, çox güclü imiĢ. Onun üzdə göstərdiyi
süni zəifliyi birdən harasa yoxa çıxmıĢdı. Hadisədən sonra Harri dedi
ki, Uortonun üstünə atılanda ona elə gəlmiĢdi ki, elə bil, bir qalaq
sıxılmıĢ polad yayın üstünə çıxıb. Artıq dəhlizin içində, növbətçi
masasının yaxınlığında Uorton sərt bir hərəkətlə sola dönərək Harrini
öz belindən yerə fırlatdı. Uortonun belindən əlləri üzülən Harri havada
uçaraq əvvəlcə masaya çırpıldı, sonra yerə sərildi.
– Həəəə, uĢaqlar! – Uorton ucadan gülərək dedi. – ġənliyimiz
necədi, xoĢunuza gəlir? YaxĢı Ģənlənirik, ya yox?
Hələ də qıĢqırmağa və qəhqəhə çəkməyə davam edərək, o öz
zənciri ilə yenə Dini boğmağa baĢladı. Niyə də yox? Bizim hamımızın
bildiyi Ģeyi Uorton da bilirdi: onu odda yalnız bir dəfə qızartmaq olar.
– Vur onu, Persi, vur! – Harri ayağa durmağa çalıĢaraq qıĢqırdı.
Lakin ağac dəyənəyini əlində tutmuĢ Persi farağat durub baxırdı, onun
gözləri qorxusundan Ģorba boĢqabı boyda geniĢ açılmıĢdı. Deyə
bilərsiniz ki, budur, sevimli dəyənəyini iĢə salmaq, təyinatı üzrə
sınaqdan çıxarmaq üçün həmiĢə axtardığı fürsət əlinə düĢüb. Lakin o
elə qorxmuĢdu, özünü elə itirmiĢdi ki, heç yerindən tərpənməyə cürəti
çatmadı. Onun qarĢısındakı nə qorxusundan tir-tir əsən balaca fransız,
nə də öz ruhunun bədənində olmasından belə xəbəri olmayan
qaradərili nəhəng Con Koffi idi. Onun qarĢısındakı qasırğa kimi əsən
əsl bir iblis idi.
www.vivo-book.com
182
Mən əlimdəki kağızları yerə atıb 38 kalibrli tapançamı çəkərək
cəld Uortonun kamerasından bayıra atıldım. Qarnımın alt hissəsinin
yandırıb-yaxan infeksiyanı bu gün ikinci dəfə idi ki, unutmuĢdum.
Uortonun laqeyd üzü və boĢ gözləri haqqında baĢqalarının dediyi
sözlərə Ģübhə ilə yanaĢmırdım, lakin həmin gün qarĢıma çıxan adam
onların təsvir etdikləri Uorton deyildi. Mən gördüyüm üz heyvan üzü
idi – özü də ağıllı heyvanın yox, içi hiylə... qəzəb... və dəli bir sevinclə
dolub-daĢan bir heyvanın! Bəli, o nə üçün yaradılmıĢdısa, onu da
edirdi. Onun üçün yer və ya Ģəraitin heç bir əhəmiyyəti yox idi.
Mən bir də Din Stantonun qızarmıĢ ĢiĢkin üzünü gördüm. O,
gözlərimin önündə can verirdi. Uorton əlimdəki tapançanı görən anda
Dini mənə tərəf çevrildi. Ġndi onu vurmaq istəsəydim, gülləm Dinə tuĢ
gələ bilərdi. Dinin çiyninin arxasında parıldayan mavi bir göz məni
atəĢ açmağa çağırdı.
Üçüncü Hissə
Koffinin Əlləri
www.vivo-book.com
183
1
Yazdıqlarımı gözdən keçirərkən, gördüm ki, indi yaĢadığım
Corciya Pyanzı mən “qocalar evi” adlandırmıĢam. Belə bir ad, əlbəttə,
bu yeri iĢlədənlərin heç xoĢuna gəlməyəcək! Vestibüldə saxlanan və
potensial müĢtərilərə göndərilən broĢüralara görə bura “təqaüdə çıxmıĢ
yaĢlı insanlar üçün ən yeni avadanlıqlarla təchiz edilmiĢ bir
kompleksdir”. Burada hətta əyləncə mərkəzi də mövcuddur –
bukletlərdə belə deyilir. Burada yaĢamaq məcburiyyətində olan
insanlar isə (bukletdə bizi məhbus adlandırmasalar da, mən bəzən
özümüzü belə adlandırıram) oraya, sadəcə, “televizor otağı” deyirlər.
Buranın sakinləri məni adamayovuĢmaz hesab edirlər. Ona görə
ki, gün ərzində çox nadir hallarda televizor otağına enirəm. Əslində,
bunun
səbəbi
insanlar deyil, xoĢuma gəlməyən televiziya
proqramlarıdır. Uzun-uzadı seriallar, Riki Leyk, Karni Uilson,
Rolanda – dünya bizim qulaqlarımızın ətrafında dağılır və bu
insanların bütün qayğıları bu qısa yubkalı qadınların və köynəklərinin
yaxası açıq kiĢilərin kimlərlə yatıb-qalxması haqqındakı söhbətlərdən
ibarətdir. Hə, əlbəttə, Bibliyada da deyilir: “Mühakimə etmə ki, səni
də mühakimə etməsinlər”, ona görə də mən ümumi kütlədən ayrılıram.
Bunun səbəbi çox sadədir – əgər mən zibillikdə eĢələnmək istəsəydim,
www.vivo-book.com
184
onda bizdən iki mil aralıdakı “Həppi Uilz” motelinə gedərdim. Cümə
və Ģənbə günlərində, axĢamlar orada həmiĢə polis maĢınları
sirenalarını və iĢıqlarını yandırıb ora-bura Ģütüyürlər. Ən yaxın dostum
Eleyn Konnelli də eynilə mənim kimi düĢünür. Eleynin səksən yaĢı
var. Hündür, arıq və hələ də mütənasib olan gözəl qaməti var. O, çox
ağıllı və zərif qadındır. Çox asta yeriyir, çünki ombalarında nəsə
problemi var və bilirəm ki, əllərindəki artrit – oynaqların xəstəliyi –
ona əziyyət verir; lakin gözəl və uzun – lap Qu quĢu kimi – boynu,
saçlarını açandı çiyninədək tökülən uzun, gözəl saçları var.
Ən xoĢuma gələn də odur ki, o məni qəribə, ya da
adamayovuĢmaz saymır. Eleyn ilə vaxtımızın böyük hissəsini birlikdə
keçiririk. Əgər mənim yaĢım belə yöndəmsiz, gülünc olmasaydı, onun
haqqında öz sevgilimmiĢ kimi danıĢa bilərdim. Amma o, mənim ən
yaxın sirdaĢımdır – nə az, nə çox – və bu, heç də pis deyil, əksinə,
müəyyən mənada elə yaxĢısı budur. Çünki sevgililər arasında baĢ
verən problemlər, ürək ağrıları bizə yaddır, yəni artıq bunları yaĢayıb
bitirmiĢik, bərkə-boĢa düĢərək bərkimiĢik. Baxmayaraq ki, yaĢı əllidən
az olanlar indi deyəcəklərimə inanmayacaqlar, qoy olsun, amma yenə
də deyəcəyəm: bəzən hələ sönməmiĢ köz gur alovla yanan tonqaldan
yaxĢı olur. Nə qədər qəribə səslənsə də, bu həqiqətdir.
Beləliklə, gündüz vaxtı televizora baxmıram. Bəzən gəzirəm,
bəzən kitab oxuyuram, lakin son bir ay ərzində çox vaxt solyariumdakı
bitkilərin arasında oturub öz xatiratlarımı yazmaqla məĢğul oluram.
www.vivo-book.com
185
Mənə elə gəlir ki, bu otaqda oksigen daha çoxdur və bu da köhnə
xatirələrimi yada salmağıma kömək edir. Sizə deyim ki, bu, hansısa
Ceraldo Riveradan qat-qat yaxĢıdır.
Lakin gecələr yuxuya gedə bilmədiyim vaxtlarda bəzən səs-
səmir çıxarmadan pilləkənlə aĢağı enib televizoru yandırıram. Corciya
Paynzda HBO ya da baĢqa belə bir teleĢirkətin kanalı yoxdur – mənə
elə gəlir ki, belə kanallar bizim Əyləncə Mərkəzimiz üçün bir balaca
bahalıdır, – lakin əsas kabel kanalları varımızdır. Bu isə o deməkdir ki,
biz amerikan film kanalına baxa bilərik. Bu o kanaldır ki, (əgər sizin
kabel televiziya kanalınız yoxdursa, deyirəm ki, biləsiniz) orada
verilən filmlərin əksəriyyəti ağ-qaradır və bu filmlərdə qadınlar öz
paltarlarını soyunmurlar. Mənim kimi qoca kaftar üçün bu, bir növ,
sakitləĢdirici kimi təsir edir. Mən elə televizorun önündəki köhnə yaĢıl
divanın üstündəcə uzanıb yuxuya getmək üçün xumarlanaraq çox
gözəl gecələr keçirmiĢəm, ekranda isə həmin vaxt ya Frensis –
DanıĢan Qatır – yenə Donald O'Konorun tavasını alovun içindən
çıxarır, ya Con Ueyn “Docu” səliqə-sahmana salır, ya da Cimmi
kimisə iyrənc siçovul adlandırır və sonra da tətiyi çəkirdi. Bu
filmlərdən bəzilərinə arvadım Cenislə (o, sadəcə, mənim sevdiyim
qadın deyildi, həm də ən yaxın dostumdu) birlikdə baxmıĢdıq və bu
filmlər mənə rahatlıq gətirirdi. Personajların əyinlərindəki paltarlar,
onların yeriĢi, duruĢu, söhbətləri və hətta bu filmlərdəki musiqilər belə
məni sakitləĢdirirdi. Bəlkə də bu filmlər mənə sakinlərinin bir çoxunun
www.vivo-book.com
186
uĢaq əskiləri və rezin tuman geyindiyi qocalar evində son günlərini
yaĢayan güvə yemiĢ bir insan qalığını deyil, ayaqlarımın üstündə
möhkəm durduğum vaxtları xatırladırdı.
Lakin bu səhər gördüklərimdə məni sakitləĢdirəcək heç nə yox
idi. Əsla yox idi.
Eleyn bəzən mənimlə birlikdə AFK kanalının yuxudan tez
duranlar üçün saat 4:00-da baĢlayan “Səhər veriliĢləri seansı” adlı
proqramına baxardı – bu haqda çox danıĢmasa da, bilirəm ki, artriti
ona çox əziyyət verir və qəbul elədiyi dərmanlar da artıq kömək
eləmir.
Bu gün səhər o, əynində saçaqlı hamam xalatı ilə xəyallar kimi
süzərək gələndə mən bir vaxt “ayaqlar” olmuĢ sınıq-salxaq ağacların
üstündə əyri duran kələ-kötür divanda oturmuĢdum. Əsməmək üçün
dizlərimi var gücümlə sıxsam da, üĢütmə, bərk əsən soyuq külək kimi,
canıma iĢləyirdi. 1932-ci ilin payızında – Con Koffinin, Persi
Uetmorun və Mister Cinqlzın payızında – həyatımı cəhənnəmə çevirən
həmin sidik yollarının infeksiyasının kabusu kimi alıĢıb-yanan
qasığımdan baĢqa, hər yerim üĢüyürdü.
Həmin payız həm də Uilyam Uortonun payızı idi.
– Pol, – deyə Eleyn qıĢqıraraq mənə tərəf tələsdi; “tələsdi”
deyəndə, yəni onun paslı mismarları və ombalarındakı donuq ĢüĢələrin
imkan verdiyi qədər tələsdi. – Pol, sənə nə olub?
www.vivo-book.com
187
– Hər Ģey qaydasında olacaq, narahat olma, – deyə onu
sakitləĢdirməyə çalıĢdım, lakin sözlərim o qədər də inandırıcı
səslənmirdi. Mənim əsərək bir-birinə dəyən və çaqqıldayan diĢlərimin
arasından çıxan sözlər aydın tələffüz edilmirdi. – Bir-iki dəqiqə möhlət
ver, görərsən, yenə top kimi olacağam.
Eleyn yanımda oturdu və qolunu çiynimə doladı
– YaxĢılaĢacağına əminəm, – cavab verdi. – Amma de görüm, nə
olub axı? Allah xatirinə, Pol! Sənin görkəminə baxanda adama elə
gəlir, elə bil, kabus görmüsən!
“Hə, kabus görmüşəm”, – deyə düĢündüm, amma onun
təəccübdən bərəlmiĢ gözlərini görənədək heç ağlıma gəlmədi ki,
fikrimdən keçirdiklərimi bərkdən demiĢəm.
– Əslində, görməmiĢəm, – dedim və əlimi astadan onun əlinə
toxundurdum (elə astadan, elə incəliklə!); sadəcə bir anlığına. Eleyn –
aman Tanrım!
– Gördüyün kabus həbsxanada nəzarətçi iĢlədiyin vaxtdanmı idi?
– deyə soruĢdu. – Solariumda oturub haqqında yazdığın dövrdənmi?
BaĢımı yırğaladım.
– Mən, bir növ, ölümə məhkum edilmiĢlər korpusunda
iĢləyirdim...
– Hə, bilirəm...
– Biz həmin yeri YaĢıl Mil adlandırırdıq. Ona görə ki, oranın
döĢəməsinə çəkilmiĢ linoliumun rəngi yaĢıl idi. 1932-ci ilin payızında
www.vivo-book.com
188
həbsxanaya bu oğlanı gətirdilər – adı Uilyam Uorton olan həmin
azğını deyirəm. Özünü “Körpə Billi” adlandırmaqdan xoĢu gəlirdi,
hətta bir qoluna bu sözü döymə də elətdirmiĢdi. Lap cavan uĢaq idi,
amma təhlükəli uĢaq. Körtis Andersonun – həmin vaxt o, həbsxana
rəisinin müavini idi – onun haqqında yazdıqları indiki kimi
yadımdadır: “Azğın və dəlisovdur, bununla da fəxr edir. Uortonun
cəmi on doqquz yaĢı var və heç nəyi vecə almır”. Yazının bu son
cümləsinin altından xətt də çəkmiĢdi.
Mənim çiynimi qucaqlayan əl indi kürəyimi ovuĢdururdu.
YavaĢ-yavaĢ sakitləĢməyə baĢladım. Həmin anda mən Eleyn
Konnellini sevirdim və ona dediyim kimi, üzünü öpüĢlərə qərq edə
bilərdim. Bəlkə də bunu etməli idim. Ġstənilən yaĢda tək və qorxaq
olmaq dəhĢətlidir, amma məncə, ən dəhĢətlisi ahıl yaĢında tək
qalmaqdır. Bununla belə, indi ağlım tamamilə baĢqa Ģeylə məĢğul idi –
köhnə və hələ də bitirilməmiĢ bu iĢin yükü məni rahat buraxmırdı.
– Hə elədir, – dedim. – Sən haqlısan, mən burada oturub
Uortonun bizim blokumuza necə gəldiyini və Din Stantonu – Azğın
Billi həbsxanaya gələndə mənimlə birlikdə iĢləyən uĢaqlardan biri –
öldürməyə necə cəhd etdiyini xatırlayaraq qeydlər edirdim.
– O, bunu necə edə bilərdi? – Eleyn soruĢdu.
– Məkrlilik və ehtiyatsızlıq, – deyə hüznlə cavab verdim. –
Uorton məkrliydi, onu gətirən gözətçilər isə ehtiyatsız. Əsl səhv
Uortonun biləklərinə vurulan zəncirin həddən artıq uzun olması idi.
|