www.vivo-book.com
291
olmaz. Mədəm dolandan və ciyərlərimə çəkdiyim nəm və təmiz hava
beynimi təmizləyəndən (ya da mən buna ümid edirdim) sonra aĢağıya,
solarium otağına enib Eduar Delakruanın edamı haqqında yazacağam.
Bu hissəni, mümkün olduqca, sürətlə yazmağa çalıĢacağam ki,
cəsarətimi itirməyim.
Kroket meydançasından mətbəxə tərəf gedərkən düĢüncələrim
Mister Cinqlz ilə məĢğul idi – mən Persi Uetmorun onun üstünə
basaraq belini necə qırdığı və düĢməninin etdiyi əməli görəndə,
Delakruanın dəlicəsinə necə hayqırdığı haqqında düĢünürdüm – və
zibil konteynerinin yanında yarımgizli Ģəkildə dayanmıĢ Bred Dolan
əlini uzadıb biləyimdən yapıĢanadək onu görmədim.
– Bir az gəzməyəmi çıxmıĢdın, Poli? – deyə soruĢdu. Mən
səksənərək kənara atıldım və əlimi onun əlindən dartaraq azad etdim.
Bunun səbəbi, əslində, onun qəfildən danıĢaraq məni diksindirməsi idi,
bu gözlənilməz olmuĢdu – qəfil bir səs eĢidən hər kəs səksənə bilər, –
lakin mənim ondan belə kənara atılmağımın yeganə səbəbi bu deyildi.
Həmin vaxt mən məhz Persi Uetmor haqqında düĢünürdüm, yəqin
yadınızdadır. Bred Dolan da mənə onu xatırladırdı. Bunun bir səbəbi
də Bred Dolanın həmiĢə cibində balaca kitab gəzdirməsi (Persi özü ilə
həmiĢə kiĢilər üçün macəra jurnalları gəzdirirdi, Bred Dolan isə yalnız
axmaq və qəlbiqaralar üçün gülməli olan səfeh lətifələr kitabı) və
özünü Nəcis Dağının Nəcis Kralı zənn etməsi və həm də – özü də ən
www.vivo-book.com
292
əsası, – onun məkrli bir qorxaq olması və insanlara pislik etməkdən
həzz alması idi.
Mən gördüm ki, o, iĢə yenicə baĢlayıb və hətta ağ xalatını belə
geyməyə macal tapmayıb. Onun əynində cins Ģalvar və qərb tərzində
keyfiyyətsiz parçadan tikilmiĢ köynək vardı, bir əlində mətbəxdən
götürdüyü daniĢ (düzlü xəmirdən biĢirilmiĢ pirojna – tərcüməçidən)
pirojnasının qalıqlarını tutmuĢdu. O, karnizin altında dayanıb pirojnanı
yeyirdi, – yəqin yağıĢda islanmamaq üçün, bir də məni güdmək üçün,
indi buna tam əminəm. Bir Ģeydən də əminəm: özümü qorumaq üçün
mister Bred Dolan ilə ehtiyatlı davranmalıyam. Onun məndən heç
xoĢu gəlmir. Bunun səbəbi mənə aydın deyil, necə ki, Persi Uetmorun
Delakruadan nə üçün xoĢu gəlmədiyinin səbəbi heç vaxt mənə aydın
olmayıb. “XoĢu gəlmir!” – çox yumĢaq ifadədir. Balaca fransız YaĢıl
Milə gəldiyi ilk andan etibarən Persi bütün qəlbi ilə Delakruaya nifrət
edirdi.
– Bu nə plaĢdır belə, çiyninə atmısan, Poli? – deyə Bred mənim
yaxalığımı silkələyərək soruĢdu. – Bu sənin plaĢın deyil.
– Bunu dəhlizdən, mətbəxin yanındakı asılqandan götürmüĢəm,
– deyə cavab verdim. O məni Poli deyə çağıranda acığım tuturdu və
məncə, o da bunu bilirdi. Əgər bunu büruzə verib, onun məmnun
etsəm, qoy mənə də Pol deməsinlər. – Orda bunlardan bir anbardı.
Mən ki bunun heç bir yerini xarab eləməmiĢəm, sən də razılaĢarsan,
elə deyilmi?! Hara fırlatsan, onları yağıĢ üçün hazırlayıblar.
www.vivo-book.com
293
– Amma onları sənin üçün hazırlamayıblar, Poli, – o, bir də
mənim yaxalığımı dartıĢdırdı və əli ilə yüngülcə çiynimə vurdu. –
Məsələ də elə bundadır. Yağmurluqlar buranın iĢçiləri üçün nəzərdə
tutulub, burada yaĢayanlar üçün yox.
– Mən yenə də baĢa düĢə bilmirəm ki, bundan kim ziyan çəkib.
Onun üzündə güclə sezilən hiyləgər bir təbəssüm göründü.
– Məsələ kimin zərər çəkməsində deyil. Söhbət qaydalardan
gedir. Qaydalar olmasaydı, həyatımız nəyə bənzəyərdi? Poli, Poli,
Poli. – O, baĢını elə yırğaladı ki, sanki bircə məni görməsi onu
həyatdan küsdürməyə, yaĢamaq arzusunu söndürməyə kifayət idi. –
Yəqin elə düĢünürsən ki, sənin kimi qoca əntərlər daha qaydalara
məhəl qoymaya bilərlər, amma deyim ki, tamamilə səhv düĢünürsən,
Poli.
Üzümə gülümsəyir. Məndən zəhləsi gedir. Bəlkə də mənə nifrət
edir. Niyə axı? Bunun səbəbini bilmirəm. Bəzən “niyə” sualının cavabı
olmur. Qorxulu olan da elə budur.
– YaxĢı, əgər qaydaları pozmuĢamsa, sizdən üzr istəyirəm, –
dedim. Üzr istəyərkən, səsim bir az yazıq və qorxmuĢ adamın səsi
kimi çıxdı. Səsimin belə aciz çıxmasına görə özümə nifrət edirdim,
lakin mən qoca bir adamam və qocaları qorxutmaq, onları küncə
sıxıĢdırmaq çox asandır.
Bred baĢını yırğaladı.
www.vivo-book.com
294
– Üzr qəbul edildi. Ġndi isə yağmurluğu apar yerinə as. Bəsdir
yağıĢın altında boĢ-boĢuna gəzib dolaĢdın. Özü də meĢədə. ĠĢdir,
birdən yamacdan sürüĢüb yıxılsaydın, lənətə gəlmiĢ qıçını, ya da baĢqa
bir yerini sındırsaydın, onda necə olacaqdı? Hə? Səncə, kim sənin
qoca sür-sümüyünü yamacdan yuxarı qaldırmalı olacaqdı?
– Bilmirəm, – deyə cavab verdim.
Daha orda qalmaq istəmirdim, bir bəhanə ilə uzaqlaĢıb, canımı
onun əlindən qurtarmaq arzusunda idim. Mən ona nə qədər çox qulaq
asırdımsa, o mənə Persini bir o qədər çox xatırladırdı. Otuz ikinci ilin
payızında YaĢıl Milə, bizim korpusumuza gətirilmiĢ Billi Uortion adlı
dəli bir dəfə Persini boğazlayıb onu necə bərk qorxuzmuĢdusa, Persi
iĢəyib Ģalvarını batırmıĢdı. “Hələ bircə bu hadisəni kiməsə danıĢın,
görün onda baĢınıza nə gələcək, – deyə Persi bizi hədələmiĢdi, –
hamınız çörək növbəsində dayanmalı olacaqsınız”. Bu qədər uzun illər
keçəndən sonra mən, demək olar ki, Bred Dolanın da həmin sözləri elə
həmin tərzdə dediyini eĢidirdim. Həmin köhnə zamanları öz yazımda
təsvir etməklə, mən sanki keçmiĢlə gələcəyi bir-birinə birləĢdirən
hansısa naməlum bir qapını açmıĢdım: Persi Uetmoru Bred Dolana,
Cenis Eckumu Eleyn Konnelliyə, Kold Mauntin həbsxanasını
qocaların məskəni olan Corciya Paynza birləĢdirən qapı. Əgər bu fikir
bu gecə yuxumu ərĢə çəkməsə, deməli, bundan sonra heç nə mənim
yuxumu qaçıra bilməz.
www.vivo-book.com
295
Mən içəri keçmək üçün mətbəxin qapısına tərəf getməyə səy
göstərdim və o, yenə qolumdan tutub saxladı. Birinci dəfə qolumdan
tutunda onun nə fikirdə olduğunu bilmirdim, amma bu dəfə o, bunu
qəsdən, mənim biləyimi sıxaraq incitmək üçün eləmiĢdi; gözləri bir an
yerində durmur, ora-bura baxır, bu yağıĢlı səhərdə onun qayğısına
qalmalı olduğu qocalardan birini necə alçaltdığına Ģahid ola biləcək
kimsənin olmadığına əmin olmaq istəyirdi.
– Sən o cığırda nə ilə məĢğul idin? – deyə soruĢdu. – Bilirəm,
sən ora onanizmlə məĢğul olmaq üçün getmirsən, sənin o günlərin
çoxdan keçib, ona görə də de görüm, orda nə ilə məĢğul idin?
– Heç nə, – deyə cavab verdim. Öz-özümə soyuqqanlılığımı
itirməməli və onun mənə nə qədər acı verdiyini bildirməməli
olduğumu söylədim. Sakit olmalıydım, – o ki yalnız cığırdan danıĢır,
deməli, mənim sarayda gördüyüm iĢdən xəbəri yoxdur. – Mən, sadəcə,
gəzintiyə çıxmıĢdım. Beynimi, düĢüncələrimi təmizləmək istəyirdim.
– Bunun üçün çox gec qalmısan, Poli. Sənin düĢüncələrin daha
heç vaxt aydınlana bilməz. – O, yenə mənim qocalmıĢ kövrək
sümüklərimi əziĢdirərək biləyimi sıxdı. Bizi heç kimin görmədiyinə və
onun üçün heç bir təhlükə olmadığına əmin olmaq üçün gözləri bir an
belə durmadan ora-bura baxmağa davam edirdi. Bred qaydaları
pozmaqdan çəkinmirdi, onu qorxudan Ģey qaydaları pozarkən iĢ
baĢında yaxalanması idi. O yalnız bundan qorxurdu. Bu xisləti ilə də
qubernatorun qohumu olduğunu bizə bir an belə unutdurmayan Persi
www.vivo-book.com
296
Uetmoru xatırladırdı. – Belə qoca yaĢında kim olduğunu xatırlaman
belə, məncə, bir möcüzədir. Sən həddən artıq qocalmısan – hətta bizim
bu muzeyimiz üçün də. Sənə baxanda ətim ürpəĢir, sinirlərimə pis təsir
eləyirsən, Poli.
– Burax məni, – deyə dartındım və səsimdə bayaqkı yazıq
ifadənin eĢidilməməsi üçün səy göstərdim. Bu, sadəcə, məğrur
olduğumdan deyildi. DüĢünürdüm ki, acizliyimin səsimdə hiss
edilməsi, tər iyinin sinirli iti – hürsə də tutmayan – təhrik etdiyi kimi,
onu bir az da təĢviq edə bilər. Bunu düĢünərkən Con Koffinin
məhkəməsi haqqında məqalə yazmıĢ müxbiri xatırladım. Bu müxbir
Hammersmit soyadlı qorxunc bir adam idi. Onun ən qorxunc tərəfi isə
özünün necə qorxunc birisi olduğu haqqında heç nə bilməməsi idi.
Məni buraxmaq əvəzinə Dolan biləyimi bir də bərk sıxdı. Mən
inildədim. Bunu etmək istəməzdim, amma əlimdən bir Ģey gəlmədi,
çünki ağrı biləyimdən topuqlarıma qədər bütün bədənimi dəlib keçirdi.
– Sən orda nə ilə məĢğul olursan, Poli? De mənə!
– Heç nə ilə! – deyə cavab verdim. Hələlik ağlamırdım, amma
qorxurdum ki, o mənim biləyimi bu cür sıxmağa davam etsə, tezliklə
ağlamağa baĢlayacağam. – Heç nə eləmirdim, sadəcə, gəzirdim, mən
gəzməyi xoĢlayıram, burax məni!
O mənim biləyimi bir anlıq buraxdı, amma sadəcə o biri biləyimi
tutmaq üçün. O əlimin barmaqları qapalı idi.
– Aç görüm, – dedi. – Aç, ata baxsın əlində nə var.
www.vivo-book.com
297
Əlimi açdım və o nifrətlə fısıldadı. Mənim bu əlimdə qızardılmıĢ
ikinci çörəyin qırıntılarından baĢqa heç nə yoxdur. O, sol biləyimi
sıxanda ağrıdan sağ əlimdəki çörəyi sıxıb əzmiĢdim və əlimin
barmaqları yağa – əslində, marqarinə, çünki onlar burada əsl kərə
yağından istifadə eləmirdilər – bulaĢmıĢdı.
– Ġçəri gir və lənətə gəlmiĢ əllərini yaxĢı-yaxĢı yu, – deyə kənara
çəkildi və DaniĢ pirojnasından bir diĢlək də aldı. – Ġlahi!
Mən pilləkənlə yuxarı qalxdım. Ayaqlarım əsirdi, ürəyim isə
klapanları sizan və köhnə porĢenləri boĢalmıĢ mühərrik kimi
döyünürdü. Mən mətbəxə – həm də təhlükəsizliyə – açılan qapının
dəstəyindən tutan anda Dolan dedi:
– Əgər kiməsə desən ki, mən sənin biləklərini sıxmıĢam, onlara
deyəcəyəm ki, sən hallüsinasiya – qarabasma – görürsən. Qocalıq
xəstəliyinin baĢlanğıcı. Özün də bilirsən ki, onlar mənə inanacaqlar.
Əgər biləklərində qançırların olduğuna güvənirsənsə, düĢünəcəklər ki,
onu da özün eləmisən.
Bəli. Onun dedikləri həqiqət idi. Hə, yenə də qeyd etməliyəm ki,
elə Persi də bu sözləri deyə bilərdi, o Persi ki, mənim yaĢlanaraq
qocalmağıma və gücsüzləĢməyimə baxmayaraq, nə yollasa cavan və
həmiĢəki kimi xəbis qala bilmiĢdi.
– Mən heç kimə heç nə demək fikrində deyiləm , – deyə
donquldandım. – Deyəsi də bir Ģey yoxdur.
www.vivo-book.com
298
– Bax, bunu düz deyirsən, mənim qoca dostum. – Onun səsi
oynaq və istehzalı idi – əbədi cavan qalacağını düĢünən heyvərənin
(Persinin təbirincə desək) səsi kimi. – Sənin orda nə iĢlə məĢğul
olduğunu mən onsuz da öyrənəcəm. Bunu qarĢıma bir məqsəd kimi
qoyacağam. EĢidirsənmi?
Əlbəttə ki, onun dediklərini eĢidirdim, lakin sualına cavab verib
eĢitdiyimi təsdiq edərək onu məmnun etmək fikrində deyildim.
Mətbəxdən keçərək evə daxil oldum (burnuma qayğanaq ilə
biĢən sosiska iyi dəydi, amma mən artıq onu yemək istəmirdim) və
plaĢı yerinə asdım. Sonra pilləkənlə yuxarı qalxaraq öz otağıma
getdim – hər pillədə dayanıb nəfəsimi dərir, ürəyimin döyüntülərinin
yavaĢımasına imkan vermək üçün gözləməli olurdum; – yazım üçün
lazım olan materialları topladım.
Solariuma endim və rəfiqəm Eleyn öz baĢını qapıdan içəri
uzadanda mən pəncərələrin yanındakı balaca masanın arxasında boĢ-
bekar oturmuĢdum. O, çox yorğun görünürdü və mənə elə gəldi ki,
özünü yaxĢı hiss etmir. Eleyn saçlarını səliqə ilə darayıb yığmıĢdı,
amma hələ də əynində geniĢ xalat vardı. Biz qoca sevgililər səliqə
sahman məsələlərinə o qədər də çox vaxt sərf etmirik; əksər hallarda
buna, sadəcə, imkanımız olmur.
– Səni iĢindən yayındırmayacağam, – deyə asta səslə dilləndi. –
Görürəm ki, yazmağa hazırlaĢırsan...
www.vivo-book.com
299
– BoĢ sözlər danıĢma, – deyə cavab verdim. – Mənim vaxtım
Karterin qara ciyər həblərindən çoxdur. Qapıda durma, içəri gəl.
O içəri girsə də, qapının ağzında dayandı.
– Yuxuya gedə bilmədim – yenə də – və təsadüfən pəncərədən
bayıra bir az erkən baxdım... və...
– Və sən məni mister Dolan ilə söhbət edərkən gördün, – deyə
onun bitirməyə çətinlik çəkdiyi cümləsini tamamladım. Ümid edirdim
ki, onun pəncərəsi bağlı olub və o bizi yalnız görüb, mənim necə
inildədiyimi və biləyimi buraxması üçün Dolana yalvardığımı
eĢitməyib.
– Bu, elə də xoĢ söhbətə bənzəmirdi və dostcasına edilən söhbət
deyildi, – dedi. – Pol, bu mister Dolan hamını sorğu-suala tutub sənin
haqqında soruĢurdu. Sənin haqqında məndən də soruĢub – deyəsən,
keçən həftə. O vaxt buna elə bir əhəmiyyət vermədim, sadəcə,
düĢündüm ki, onun uzun burnu var və ona görə də onu hamının iĢinə
soxur. Amma indi onun sənin haqqında nə üçün suallar verdiyi məni
çox maraqlandırır.
– Deyirsən, mənim haqqımda soruĢurdu? – dedim və ümid etdim
ki, səsim özümün hiss etdiyim kimi narahat səslənmir. – Səndən nə
soruĢurdu?
– Əvvəla, sənin gəzintiyə hara getdiyini. Bir də, nə üçün
gəzməyə getdiyin haqında suallar verdi.
Mən gülməyə çalıĢdım.
www.vivo-book.com
300
– Bu adam kiminsə məĢq edə biləcəyinə inanmır, bu, tamamilə
aydındır.
– O, hesab edir ki, sənin nəsə bir sirrin var, – Eleyn bir anlıq
susdu və, – əslində, mən də elə düĢünürəm, – dedi.
Elə ağzımı açıb bunu ilk dəfə eĢitdiyimi demək istəyirdim ki,
Eleyn özünün əyri-üyrü, amma qəribə Ģəkildə qəĢəng əlini qaldırıb
ağzımdan bir söz belə çıxarmağa macal tapmamıĢ məni susdurdu.
– Əgər sənin həqiqətən nəsə bir sirrin varsa, mən onun nə
olduğunu heç bilmək də istəmirəm, Pol. Sənin Ģəxsi məsələnin yalnız
sənə dəxli var. Məni bax belə tərbiyə ediblər, amma hamı belə deyil.
Ona görə də ehtiyatlı ol. Sənə də məhz elə bunu söyləmək istəyirdim.
Ġndi isə səni burada yalqız buraxacağam ki, iĢinlə rahat məĢğul ola
bilərsən.
Eleyn getmək üçün geri döndü, amma qapıdan çıxmağa macal
tapmamıĢ, mən arxadan onu çağırdım. O, geri çevrilib gözlərində sual
dolu bir ifadə ilə mənə baxdı.
– Bu yazdıqlarımı bitirəndən sonra... – deyə sözə baĢladım, lakin
sözümü yarımçıq kəsib baĢımı buladım. Cümləni düz baĢlamamıĢdım.
– Əgər bu yazdıqlarımı bitirə bilsəm, sən onu oxuyarsanmı?
O, sanki bir anlıq fikrə gedərək düĢündü və sonra elə bir
təbəssümlə mənə gülümsədi ki, adam asanlıqla bu təbəssümə vurula
bilərdi, hətta mənim kimi yaĢı keçmiĢ qoca da.
– Mənim üçün bu böyük bir Ģərəf olardı.
www.vivo-book.com
301
– YaxĢısı burdur, Ģərəfdən danıĢmazdan əvvəl, yazdıqlarımı
oxuyana qədər gözləyəsən, – deyə etiraz etdim və həmin vaxt
Delakruanın ölümü haqqında düĢündüm.
– Mən onu istənilən halda oxuyacağam, – deyə o, israr etdi. –
Hər bir sözü. Sənə söz verirəm. Lakin bunun üçün sən əvvəlcə yazını
bitirməlisən.
O məni öz düĢüncələrimlə tək qoyub getdi, amma mən yazıya
baĢlayınca, kifayət qədər uzun bir müddət keçdi. Qələmimlə masanı
taqqıldada-taqqıldada pəncərədən çölə baxaraq, tutqun göy üzünün
arabir aydınlaĢmasına tamaĢa edərək, məni Poli deyə çağıran və tez-
tez çinlilər, irlandlar və zəncilər haqqında yersiz, axmaq və gülməli
olmayan zarafatlarından bezib yorulmayan Bred Dolan haqqında və
bir də Eleyn Konnellinin dedikləri haqqında düĢünərək təxminən bir
saat eləcə boĢ-bekar oturdum. “O hesab edir ki, sənin nəsə bir sirrin
var. Əslində, mən də elə düĢünürəm”.
Bəlkə də onlar haqlıdırlar, bəlkə mənim doğrudan da sirrim var.
Hə, ola bilsin ki, mənim sirrim var. Və əlbəttə ki, Bred Dolan bu sirri
öyrənmək arzusundadır. Ona görə yox ki, o bunun vacib bir Ģey
olduğunu düĢünür (bu belə deyil, məncə, təkcə mənim üçün bəlkə də
əhəmiyyətlidir), sadəcə ona görə ki, onun fikrincə, mənim kimi qoca
kaftarların gizli sirləri ola bilməz: nə mətbəxin yaxınlığındakı
asılqandan plaĢ götürmək, nə də sirr saxlamaq olar. Mənim kimi
qocaların hələ də insan olduqlarını da düĢünmək olmaz. Bizim belə
www.vivo-book.com
302
düĢünməyimizə nə üçün icazə verilməməlidir axı? O təbii ki, bunu
bilmir. Bu mənada da o, Persiyə bənzəyir.
Və budur, mənim düĢüncələrim çayın kor qolu kimi hərlənib-
fırlanıb yenə Bred Dolanın damın altından çıxıb, mətbəxin giriĢində
biləyimi sıxaraq kəsildiyi yerə – Persi Uetmora, kinli Persi Uetmora və
bir dəfə ona gülmüĢ insandan onun necə qisas aldığı yerə – döndü.
Delakrua özünün əlvan makarasını divara atır, Mister Cinqlz isə onu
geri gətirirdi və bir dəfə makara divara çırpılaraq kameradan dəhlizə
diyirləndi. Persi isə bu Ģansını əldən vermədi.
2
– Dur, eləmə, ay axmaq! – deyə Brutus bağırdı, lakin Persi ona
əhəmiyyət vermədi. Mister Cinqlz elə yenicə makaranı haqlamıĢdı ki,
www.vivo-book.com
303
– bütün fikri makara ilə məĢğul olduğundan, siçan köhnə düĢməninin
yaxınlıqda olduğunu görə bilmədi – Persi özünün ağır, qara ayaqqabısı
ilə siçanın üstünə basdı. Mister Cinqlzın onurğa sümüyünün Ģaqqıltı
ilə necə sındığı aydınca eĢidildi, onun ağzından qan axmağa baĢladı.
Siçanın balaca, qara gözləri hədəqəsindən çıxmıĢdı. Mən onun
gözlərində insanlara xas olan təəccüb və iztirab ifadəsini gördüm.
Delakrua dəhĢət və kədərdən dəli kimi bağırdı. O özünü kameranın
qapısına atıb əllərini barmaqlığın arasından saldı, mümkün olduqca
irəli uzadaraq siçanı təkrar-təkrar adı ilə çağırmağa baĢladı.
Persi müzəffər bir görkəmlə əvvəlcə Delakruaya, sonra isə bizə
tərəf dönərək gülümsədi.
– Bax belə! – dedi. – Bilirdim ki, gec, ya tez o mənim əlimə
düĢəcək. Bu, sadəcə, vaxt məsələsi idi. – O bizə arxasını çevirdi və
qanına qəltan olmuĢ Mister Cinqlzı linoliumun üstündə balaca qan
gölməçəsində tərk edərək tələsmədən YaĢıl Mil ilə oradan uzaqlaĢdı.
Din dizini masanın kənarına çırpıb kribbic taxtasını döĢəməyə
aĢıraraq yerindən sıçradı. DaĢlar öz dəliklərindən çıxıb yerə töküldü və
müxtəlif istiqamətlərə diyirləndi. Lakin nə Din, nə də Harri buna
əhəmiyyət verdi.
– Sən yenə nə elədin? – Din Persinin üstünə qıĢqırdı. – Sən yenə
nə oyun çıxardın, ay beyinsiz əbləh?
Persi ona cavab vermədi. O, heç bir söz demədən, barmaqları ilə
saçlarını sığallaya-sığallaya növbətçi masasının yanından keçib mənim
www.vivo-book.com
304
kabinetimə, oradan da anbar otağına getdi. Onun əvəzinə Billi Uorton
cavab verdi:
– Boss Din? Məncə, o, balaca fransızcığaza, sadəcə baĢa
salmağa çalıĢdı ki, ona gülüb məsxərəyə qoymaq heç də ağıllı hərəkət
deyildi. – O, sözünü bitirib öz dediyinə özü gülməyə baĢladı. Bu lap
kəndli gülüĢü idi, ürəkdən və səmimi. Həyatımda elə insanlarla da
(düzdü, bunların böyük əksəriyyəti qorxaq adamlardı) qarĢılaĢmıĢam
ki, onların səsi yalnız gülərkən normal çıxırdı. Azğın Billi Uorton da
məhz belələrindən idi.
Mən karıxmıĢ halda yenə döĢəmədə uzanmıĢ siçana baxdım. O,
hələ də nəfəs alırdı, amma bığlarına bulaĢmıĢ xırda qan damcıları artıq
laxtalanmağa baĢlamıĢdı və onun bir zamanlar iĢıl-iĢıl parıldayan
muncuq kimi yumru gözlərinə donuq bir ifadə çökməkdə idi. Brutus
əyilib yerdən əlvan rəngli makaranı qaldırdı və əvvəlcə ona, sonra isə
mənə baxdı. O elə lap mənim kimi karıxmıĢ görünürdü. Bizim
arxamızda isə Delakrua hələ də dəhĢət və kədərindən bağırmağa
davam edirdi. Əlbəttə, məsələ yalnız siçanda deyildi; Persi
Delakruanın müdafiə xəttində yarıq açmıĢdı və indi onun bütün
qorxuları qarĢısı açılmıĢ sel kimi bayıra axırdı. Lakin Mister Cinqlz
onun daxilində keçirdiyi hisslərin mərkəz nöqtəsi idi və onun ürək
acıdan hayqırtılarına qulaq asmaq çox çətindir.
– Aman Allahım, yox! – deyə o, hıçqırtıların və öz anlaĢılmaz
fransızcasında etdiyi dolaĢıq yalvarıĢ və duaların arasında təkrar-təkrar
www.vivo-book.com
305
qıĢqırırdı. – Aman Allahım, yox, Aman Allahım, yox, zavallı Mister
Cinqlz, mənim Mister Cinqlzım, yox, Allahım, yox!
– Onu mənə verin.
Bu qalın səsi eĢidəndə mən çaĢqınlıqla nəzərlərimi qaldırıb səsin
gəldiyi tərəfə baxdım; əvvəlcə onun kimə məxsus olduğunu ayırd
eləyə bilmədim. Səsin gəldiyi tərəfə baxanda qarĢımda Con Koffini
gördüm. O da Delakrua kimi əllərini öz kamerasının dəmir barmaqlığı
arasından uzatsa da, onun kimi ora-bura yellətmirdi. O, sadəcə
ovuclarını açaraq qollarını mümkün olduqca irəli uzatmıĢdı. O öz
ovuclarını bizə tərəf elə uzatmıĢdı ki, sanki israrla nəsə istəyirdi. Onun
səsində də bir ötkəmlik vardı və məncə, elə buna görə bu səsin ona aid
olduğunu ilk dəfədən baĢa düĢə bilməmiĢdim. Ġndi bizim qarĢımızdakı
adam bir neçə həftə bu kamerada yaĢayan və daim gözü yaĢlı, yazıq
görkəmli zənciyə heç bənzəmirdi.
– Onu mənə verin, mister Eckum! Hələ zaman var ikən, onu
mənə verin!
Elə həmin an onun mənim üçün etdiklərini xatırladım və hər Ģeyi
anladım. DüĢündüm ki, daha bundan pisi ola bilməz, lakin yaxĢı bir
Ģeyin baĢ verəcəyinə də ümid etmirdim. Mən siçanı döĢəmədən
qaldırdım və Mister Cinqlzın bədəninin müxtəlif yerlərindən çıxan
çoxsaylı xırda sümükləri barmaqlarımla hiss edəndə ətim ürpəĢdi, elə
bil, yerdən siçan yox, tüklü dəri ilə üzlənmiĢ iynə yastığı
|