Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

www.vivo-book.com 

 

262 



– Siz də gəlirsiniz, uĢaqlar? 

– Yox, – Din cavab verdi. – Bizim baĢqa iĢlərimiz var. Lakin sən 

onlara göstər, göstər ki, luizianalı oğlan əlindəki çəkici yerə qoyub, əsl 

iĢə baĢlayanda nələr olur!  

–  Narahat  olma!  –  Onun  üzündə  elə  fərəh  və  xoĢbəxtlik  dolu 

təbəssüm  göründü  ki,  bir  anlıq  törətdiyi  ağır  cinayətləri  unutdum  və 

hətta  ona  ürəyim  acıdı.  Bu  necə  dünyadır  biz  yaĢayırıq,  Ġlahi,  necə 

dünya! 


Delakrua  birdən  Con  Koffi  tərəfə  döndü,  onlar  arasında  qəribə 

və  kövrək  dostluq  bağları  əmələ  gəlmiĢdi.  Buna  bənzər  dostluq 

münasibətləri ölümə məhkum edilmiĢlər arasında tez-tez yaranırdı.  

–  Göstər  onlara,  Del,  –  Koffi  ciddi  tərzdə  dedi.  –  Onun  bütün 

fəndlərini onlara göstər.  

Delakrua  baĢını  yırğalayaraq  əlini  çiyninə  tərəf  apardı.  Mister 

Cinqlz bir platformadan baĢqasına keçirmiĢ kimi onun çiynindən əlinə 

keçdi və Delakarua siçan olan əlini Koffinin kamerasına tərəf uzatdı. 

Bunu görən Con Koffi iri barmağını barmaqlığın arasından siçana tərəf 

uzatdı  və  mən  Allahın  lənətinə  gəlim  –  əgər  siçan  da,  lap  balaca  it 

kimi, boynunu irəli uzadıb, onun barmağının ucunu yalamadısa. 

–  Hə,  Del,  gəl  gedək,  bəsdir  burada  qurdalandın,  –  Burtus  onu 

tələsdirdi.  –  Bu  camaat  öz  evlərindəki  naharı  təxirə  salıb  ki,  sənin 

siçanının çıxardığı oyunlara tamaĢa eləsinlər. – Bu, əlbəttə ki, yalan idi 

–  Anderson hər  gecə saat  səkkizə qədər orda olmalı  idi;  Delakruanın 


www.vivo-book.com 

 

263 



“Ģousuna” baxmaq üçün onun gətirdiyi nəzarətçilərə gəlincə isə, onlar 

həbsxanada daha gec saatlara qədər qalmalı olacaqdılar – növbələrinin 

bitməsindən  asılı  olaraq,  gecə  saat  on  bir,  ya  da  on  ikiyəcən.  ġtatın 

paytaxtından  gəlmiĢ  siyasətçi  isə,  böyük  ehtimalla,  borca  götürdüyü 

qalstuku  taxmıĢ  idarə  qapıçısı  olacaqdı.  Lakin  Delakruanın  bütün 

bunlar haqqında bir Ģey öyrənməsi mümkün deyildi.  

–  Mən  hazıram,  –  Delakrua  dilləndi.  Onun  danıĢıq  tərzində 

insanlarla  ünsiyyət  qurmaq  qabiliyyətini  hələ  də  qoruyub  saxlamağa 

nail olmuĢ böyük bir ulduzun ədası hiss olunurdu. – Hə, gəl gedək! – 

Brutus Mister Cinqlzı çiyninə oturtmuĢ Delakruanı YaĢı Mil ilə bayıra 

müĢayiət  edərkən,  Delakrua  artıq  tamaĢa  haqqında  elan  verməyə 

baĢlamıĢdı.  

–  Messieurs  et  mesdames?  Bieavenue  au  cirque  de  mousie! 

(Xanımlar  və  cənablar!  Siçan  sirkinə  xoĢ  gəlmiĢsiniz!)  –  Bütün  fikri 

ilə  öz  xəyal  dünyasına  dalmıĢ  olsa  belə,  o,  Persidən  bir  xeyli  aralı 

keçdi və ona soyuq və etimadsız baxıĢlarını zillədi.  

Harri ilə Din, Uortonun (bu tip heç yerindən belə qımıldanmadı) 

kamerasının  qarĢı  tərəfindəki  boĢ  kameranın  önündə  ayaq  saxladılar. 

Onlar  Brutusun  gəzinti  həyətinə  çıxan  qapını  açmasına  və  Kold 

Mauntin  həbsxanasının  böyük  və  nüfuzlu  nümayəndələrinin  önündə 

tamaĢa  göstərməsi  üçün  Delakruanı  bayıra  çıxarmasına  baxdılar.  Biz 

qapı  yenidən kilidlənənə qədər  gözlədik  və sonra mən öz kabinetimə 

tərəf  baxdım.  Qadın  əndamını  xatırladan  ensiz  kölgə  hələ  də  dəhlizin 


www.vivo-book.com 

 

264 



döĢəməsinə düĢürdü və mən həddən artıq həyəcanlanmıĢ Delakruanın 

bu kölgəni görmədiyinə ürəyimdə sevindim.  

–  Bayıra  çıx  görüm,  –  kölgəyə  səsləndim.  –  Tərpənin,  uĢaqlar, 

cəld  olun!  Ġstəyirəm  ki,  biz  bu  prosesi  iki  dəfə  təkrarlayaq,  vaxtımız 

isə olduqca dardır. 

HəmiĢə  olduğu  kimi,  saçları  qarıĢıq  və  gözləri  iĢıldayan  Qoca 

Tut-Tut mənim kabinetimdən çıxdı, Delakruanın kabinetinə tərəf getdi 

və açıq qapıdan içəri daxil oldu.  

–  Otururam,  –  o  dedi.  –  Mən  oturdum,  mən  oturdum,  mən 

oturdum.  

DüĢündüm ki, əsl sirk elə burada baĢ verir və bir anlıq gözlərimi 

yumdum.  Hə,  əsl  sirk  elə  burada  idi  və  biz  də  bir  dəstə  təlim  keçmiĢ 

siçanlar idik. Sonra mən bu fikri birtəhər baĢımdan qovdum və biz öz 

məĢqimizə baĢladıq. 

 

 

 



 

8 

 

 



 

 


www.vivo-book.com 

 

265 



Birinci  məĢq  normal  keçdi,  elə  ikinci  də.  Persi  mənim  ən 

əlçatmaz arzularımda xəyal etdiyimdən də qat-qat yaxĢı hərəkət edirdi. 

Lakin  bu  o  demək  deyildi  ki,  balaca  fransızı  YaĢıl  Mil  ilə  əsl  edama 

aparmaq  zamanı  yetiĢəndə,  hər  Ģey  yağ  kimi  gedəcəkdi,  buna 

baxmayaraq  bu,  düzgün  istiqamətdə  atılmıĢ  böyük  bir  adım  idi.  Bir 

anlıq mənə elə gəldi ki,  hər Ģey  yalnız ona görə qaydasında gedir ki, 

Persi,  nəhayət,  çoxdan  arzuladığı  bir  iĢ  ilə  məĢğuldur.  Bu  vəziyyətə 

görə  içimdə  bir  nifrət  dalğasının  qalxdığını  hiss  etsəm  də,  bu  hissi 

birtəhər boğa bildim. Bunun nə əhəmiyyəti vardı axı? O, Delakruanın 

baĢına  dəbilqəni  taxacaq,  sonra  da  elektrik  cərəyanını  qoĢacaq  və 

nəhayət,  sonunda  hər  ikisi  bizim  həyatımızdan  birdəfəlik  çıxıb 

gedəcəklər.  Əgər  bu  xoĢbəxt  sonluq  deyilsə,  bəs  nədir?  Elə  Mursun 

dediyi kimi, Delakruanın beyni onsuz da biĢiriləcək, kimin öndə durub 

əmr verəcəyinin nə fərqi var?  

Bununla  belə,  məĢq  zamanı  Persi  özünü  yaxĢı  tərəfdən  göstərə 

bildi, həm də bunu yaxĢı baĢa düĢürdü. Hamımız baĢa düĢürdük. Mənə 

gəlincə, ona nifrət hissi bəsləmək üçün özümü çox yaxĢı hiss edirdim, 

ən azından hələlik. Belə görünürdü ki,  edam zamanı hər Ģey  yolunda 

olacaq.  Onun  hərəkətlərini  daha  da  dəqiqləĢdirəcək  və  gözlənilməz 

xətalardan  qoruyacaq  tövsiyələrimizə  və  xəbərdarlıqlarımıza  Persinin 

həqiqətən qulaq asdığını görəndə, bir az da rahatlandım. Əgər düzünü 

bilmək  istəyirsinizsə,  biz  bundan  çox  ruhlanmıĢdıq  –  hətta  həmiĢə 

Persidən aralı gəzməyə çalıĢan və mümkün olduqca onun haqqında az 


www.vivo-book.com 

 

266 



düĢünməyə çalıĢan Din də. Bütün bunların heç biri, məncə, təəccüblü 

deyil:  əksər  insan  üçün  cavan  birisinin  onların  verdiyi  məsləhətlərə 

diqqətlə  qulaq  asdığını  görməkdən  daha  fərəh  verici  nə  ola  bilər! 

Əlbəttə ki, biz də bu mənada istisna deyildik. Nəticədə, uĢaqlardan heç 

kim,  elə  mən  də  daxil  olmaqla,  Azğın  Billi  Uortonun  gözlərini  daha 

tavana zilləmədiyini görmədi. Lakin bilirdim ki, o daha tavana baxmır. 

Biz  növbətçi  masasının  yanında  durub  Persiyə  öz  məsləhətlərimizi 

verərkən, o,  gözlərini  bizə  dikmiĢdi. Biz məsləhətlərimizi  verirdik! O 

isə  özünü  elə  göstərirdi  ki,  bizim  dediklərimizə  diqqətlə  qulaq  asır! 

Gülməlidir,  xüsusilə  də  bütün  bunların  sonunda  nə  nəticə  alındığını 

düĢünəndə! 

Gəzinti  həyətinin  qapısının  kilidinin  içinə  salınan  açarın 

çıxardığı səs bizim məĢqdən sonrakı müzakirələrimizə son qoydu. Din 

xəbərdarlıq edirmiĢ kimi Persiyə baxdı.  

– Yaddan çıxarma, nə bir söz, nə də bir tərs baxıĢ, – Din Persiyə 

xəbərdarlıq  etdi.  –  Bizim  indicə  burada  nə  iĢlə  məĢğul  olduğumuzu 

onun  bilməsini  istəmirik.  Bu  onlara  çox  pis  təsir  edir,  ovqatlarını 

korlayır.  

Persi  dinməzcə  baĢını  yırğaladı  və  barmağını  “ağzıma  qıfıl 

vurdum” mənasında dodaqlarının önünə gətirib, ağzının bir kənarından 

o  biri  kənarına  apardı.  Onun  fikrincə,  bu  hərəkət  gülməli  olmalı  idi, 

amma  belə  olmadı.  Gəzinti  həyətinin  qapısı  açıldı  və  Delakrua 

Brutusun  müĢayiətində  içəri  daxil  oldu.  Brutus  içində  əlvan  rənglərə 


www.vivo-book.com 

 

267 



boyanmıĢ makara olan siqar qutusunu əlində tutmuĢdu, elə bil, vodevil 

–  məzhəkə  –  Ģousunda  sehrbazın  assistenti  idi  və  tamaĢanın  sonunda 

öz  ustasının  əĢyalarını  səhnədən  aparırıdı.  Mister  Cinqlz  isə 

Delakruanın  çiynində  yerini  rahatlamıĢdı.  Bəs  Delakrua  özü?  Sizi 

əmin  edirəm...  Ġnanın  mənə!  Lilli  Lanqtri    özünün  Ağ  Evdəki 

çıxıĢından sonra Delakruadan daha xoĢbəxt ola bilməzdi.  

– Onlar Mister Cinqlza valeh oldular! – deyə Delakrua elan etdi. 

– Onlar gülür, “əhsən!” – deyə qıĢqırır və əl çalırdılar.  

– Hə, bu əladır, – Persi dedi. O bu sözləri elə mərhəmət və ədəb-

ərkanla  dedi  ki,  heç  deməzdin,  bu  əvvəlki  Persidir.  –  Ġndi  isə  öz 

kamerana qayıt, köhnə sakin! 

Delakrua  ona  Ģübhə  dolu  nəzərlərlə  baxdı  və  elə  həmin  andaca 

əvvəlki  Persi  özünü  bütün  “ehtiĢamı”  ilə  göründü.  O,  istehza  ilə 

gülümsəyərək  diĢlərini  ağartdı  və  Delakruanı  tutmaq  istəyirmiĢ  kimi 

əlini irəli atdı. Əlbəttə ki, bu bir zarafat idi. Persi özünü çox xoĢbəxt 

hiss edirdi və heç kimi qamarlamaq fikrində deyildi, lakin Delakruanın 

bütün  bunlardan  xəbəri  yoxdur.  O,  yaxasını  Persinin  əlindən 

qurtarmaq  üçün  üzündə  qorxu  hissi  ilə  özünü  cəld  geri  atdı  və 

Brutusun  iri  pəncəsinə  iliĢib  yıxılaraq  peysərini  linoliuma  çırpdı. 

Delakruanın  çiynindən  vaxtında  yerə  atılmasaydı,  Mister  Cinqlz  da 

əziləcəkdi. Öz sahibinin çiynindən yerə düĢən kimi siçan YaĢıl Mil ilə 

ciyildəyə-ciyildəyə qaçaraq Delakruanın kamerasına girdi.  



www.vivo-book.com 

 

268 



Delakrua ağır-ağır yerdən qalxdı, kənarda dayanıb özündən razı 

halda  qaqqıldayan  Persini  nifrət  dolu  baxıĢla  baĢdan-ayağa  süzəndən 

sonra  baĢını  ovuĢdura-ovuĢdura  və  öz  sevimli  dostunu  çağıra-çağıra 

cəld  addımlarla  siçanın  arxasınca  getdi.  Persinin  qanacaq  və  bacarıq 

niĢanələri  göstərmiĢ  olduğundan  bixəbər  Brutus,  bir  anlıq  Persini 

nifrətlə  süzdü  və  kəmərindən  açar  dəstəsini  çıxarıb  Delakruanın 

arxasınca getdi.  

Bundan sonra olanlar isə, məncə, Persinin həqiqətən üzr istəmək 

arzusunda olmasına görə baĢ verdi... Buna inanmağın çətin olduğunu 

yaxĢı baĢa düĢürəm, lakin həmin gün o, çox qeyri-adi bir ovqatda idi. 

Əgər doğrudan da belədirsə, onda bu, bir daha yaxĢı əməlin heç vaxt 

cəzasız qalmadığına dair həyasız atalar sözünün doğru olduğunu sübut 

edir.  Yadınızdadırmı,  hələ  Delakruanın  bizim  blokumuza  gəliĢindən 

öncə Persi siçanın arxasına düĢüb onu iki dəfə qovduğunu və bunların 

birində  Prezidentin  kamerasına  çox  yaxınlaĢdığını  sizə  nağıl 

eləmiĢdim. Kameralara yaxınlaĢmaq çox təhlükəlidir, məhz buna görə 

də  YaĢıl  Mildəki  dəhliz  belə  enlidir:  dəhlizin  tən  ortası  ilə  hərəkət 

edərkən kameralardan əlini uzadıb sənə çatmaq mümkün deyil. O vaxt 

Prezident  Persiyə  heç  nə  eləmədi,  lakin  “Persi  Arlen  Bitterbakın 

kamerasına bu qədər yaxınlaĢmıĢ olsaydı, o, bir hoqqa çıxara bilərdi” 

–  deyə  fikrimdən  keçirdiyim  yaxĢı  yadımdadır.  Sadəcə,  ona  dərs 

vermək üçün. 



www.vivo-book.com 

 

269 



Bəli,  indi  nə  Prezident,  nə  də  BaĢçı  bizim  aramızda  idi,  amma 

onların  yerinə Azğın Billi Uorton gəlmiĢdi. Onun xasiyyəti Prezident 

ilə BaĢçıdan dəfələrlə pis idi və o, ümidlə özünün səhnəyə çıxacağı anı 

gözləyərək  dəhlizdə  baĢ  verənləri  diqqətlə  müĢahidə  edirdi.  Belə  bir 

imkan məhz Persi Uetmorun sayəsində onun əlinə düĢdü.  

–  Ey,  Del!  –  Persi  gülərək  qıĢqırdı  və  Brutus  ilə  Delakruanın 

arxasınca  getdi.  Bu  zaman  Uortonun  kamerasının  barmaqlığına 

təhlükəli Ģəkildə yaxınlaĢdığından xəbəri yox idi. – Ey, yumĢaq nəcis, 

səni incitmək istəmirdim! Sən çox əzil... 

Uorton  bir  göz  qırpımında  çarpayıdan  sıçrayaraq  kamerasının 

barmaqlığının  yanına  çatdı.  Nəzarətçi  iĢlədiyim  bütün  müddət 

ərzindən kiminsə belə cəld, belə sürətlə hərəkət etdiyini görməmiĢdim 

– bura sonralar Brutus ilə birlikdə uĢaq koloniyasında iĢlədiyimiz vaxt 

ünsiyyətdə  olduğumuz  idmançı  gənclər  də  daxildir.  Uorton  qollarını 

barmaqlığın  arasından  salıb,  əvvəlcə  Persinin  mavi  uniformasının 

çiyinlərindən,  sonra  isə  boğazından  yapıĢdı.  Uorton  onu  geriyə 

dartaraq kamerasının qapısına sıxdı. Persi sallaqxanada kəsilən donuz 

kimi ciyildəyirdi və gözlərindən oxudum ki, o, indi öləcəyini düĢünür. 

–  Sən  necə  də  Ģirinsən,  –  deyə  Uorton  pıçıldadı.  O,  bir  əlini 

Persinn  boğazından  çəkib,  onun  saçlarını  qarıĢdırdı.  –  YumĢaqdır!  – 

deyib,  ucadan  güldü.  –  Lap  elə  bil  qız  saçıdır.  Mən  sənin  bacının 

qabağındansa,  sənin  dalına  basardım.  –  Uorton  bu  sözləri  deyib 

ehtirasla Persinin qulağını öpdü.   


www.vivo-book.com 

 

270 



Məncə,  təsadüfən  əli  ilə  onun  qasığına  toxunduğu  üçün 

Delakruanı  –  yadınızdadırsa  –  blokda  döyən  Persi  nə  baĢ  verdiyini 

yaxĢı baĢa düĢürdü. Bütün bunları onun baĢa düĢmək istədiyinə Ģübhə 

etsəm  də,  düĢünürəm  ki,  o  hər  Ģeyi  anlayırdı;  rəngi  ağappaq  oldu  və 

onun üzündəki ləkələr xal kimi üzə çıxdı, gözləri böyüyərək nəmləndi, 

ağız suyu nazik cığır salaraq əyilmiĢ ağzının kənarı ilə axmağa baĢladı. 

Hər Ģey çox tez baĢ vermiĢdi, deyərdim ki, sadəcə, on saniyə ərzində.  

Harri ilə mən dəyənəklərimizi hava qaldırıb irəli atıldıq. Din öz 

tapançasını  çəkmiĢdi.  Lakin  biz  bir  Ģey  etməyə  macal  tapmamıĢ 

Uorton Persini buraxdı və təslim olurmuĢ kimi əllərini havaya qaldırıb 

çürük diĢlərini göstərdi. 

– Mən onu buraxdım, mən onunla bir balaca oynayıb buraxdım, 

–  deyə  bizə  səsləndi.  –  Onun  qəĢəng  baĢından  bir  tük  belə  düĢmədi. 

Odur ki,  məni  yenə  o lənətə gəlmiĢ  yumĢaq divarlı  otağa sürükləmək 

lazım deyil.  

Persi Uetmor YaĢıl Mil ilə qaçaraq Azğın Billidən uzaqlaĢdı və 

qarĢı tərəfdəki boĢ kameranın qapısına söykənərək yerində qıvrıldı. O, 

elə  ağır-ağır  və  bərkdən  nəfəs  alırdı  ki,  elə  bil,  hıçqırırdı.  Yəqin  nə 

üçün  YaĢıl  Milin  mərkəzində  gəzməli,  qapan  diĢləri  və  tutan 

caynaqları  olan  bu  baĢkəsənlərdən  isə  uzaq  durmalı  olduğunu  artıq 

baĢa düĢmüĢdü. O zaman düĢünmüĢdüm ki, o, bu dərsi məĢqdən sonra 

ona  verdiyimiz  bütün  məsləhətlərdən  daha  uzun  müddət  yadında 

saxlayar.  Onun  üzündə  mütləq  bir  qorxu  ifadəsi  həkk  olunmuĢdu, 


www.vivo-book.com 

 

271 



gözəl  saçları  isə  onunla  rastlaĢdığım  gündən  bu  yana  ilk  dəfə  idi  ki, 

dağınıq vəziyyətə düĢmüĢdü; xarici görünüĢü zorlanmaqdan möcüzəvi 

Ģəkildə canını qurtarmıĢ adamı xatırladırdı.  

Bir anlıq ətrafda elə bil hər Ģey durdu; ətrafa elə bir qulaqdeĢən 

sükut çökmüĢdü ki, onu bircə Persinin hıçqırığa bənzər xıĢıltılı nəfəsi 

pozurdu. Birdən dəli bir qəhqəhə eĢidildi. Bu, elə qəfil baĢ verdi ki, biz 

yerimizdə quruyub qaldıq. “Uorton!” – ilk fikrim bu oldu, lakin gülən 

o  deyilmiĢ.  Delakrua  öz  kamerasının  açıq  qapısının  ağzında  dayanıb 

barmağı  ilə  Persini  göstərərək  gülürdü.  Siçan  yenə  də  onun  çiynində 

oturmuĢdu və Delakrua yanında Ģeytan balası ilə durmuĢ balaca, amma 

kinli cadugəri xatırladırdı.  

–  Bir  baxın,  o  qorxusundan  Ģalvarına  iĢəyib!  –  deyə  Delakrua 

hayqırdı. – Baxın, bu nataraz axmaq neyləyib! BaĢqalarını dəyənəyi ilə 

döyür, amma onun özünə toxunanda qorxusundan Ģalvarını batırır, lap 

balaca uĢaq kimi! 

O  gülür  və  barmağı  ilə  Persini  göstərirdi.  Onun  Persiyə  qarĢı 

bütün nifrəti və qorxusu bu istehzalı qəhqəhə ilə bayıra çıxmağa imkan 

tapmıĢdı. Tərpənməyə və danıĢmağa halı olmayan Persi isə dinməzcə 

ona  baxırdı.  Uorton  yenə  öz  kamerasının  dəmir  barmaqlığına 

yaxınlaĢdı  və  Persinin  Ģalvarının  qabağındakı  nəm  qara  ləkəyə  baxıb 

gülümsündü, – bu balaca, amma nəzərə çarpan ləkənin mənĢəyinin nə 

olduğu heç kimdə Ģübhə doğurmurdu.  



www.vivo-book.com 

 

272 



– Bu bərk gedən oğlana kimsə bələk əsgisi almalı olacaq, – deyə 

gülərək yenə öz çarpayısına qayıtdı.  

Brutus  Delakruanın  kamerasına  yaxınlaĢdı,  lakin  o  yetiĢincə, 

balaca fransız kamerasının içinə çəkilib özünü çarpayıya atmağa macal 

tapdı.  

Mən əlimi Persinin çiyninə qoydum. 

– Persi, – deyə sözə baĢlasam  da, nə deyəcəyimi bilmirdim. O, 

birdən  canlanaraq  əlimi  çiynindən  silkələyib  saldı.  Sonra  Ģalvarına 

baxdı,  orada  getdikcə  yayılaraq  böyüyən  ləkəni  görəndə  üzü  al  qan 

rəngini  aldı.  BaĢını  qaldırıb  əvvəlcə  mənə,  sonra  isə  Harri  ilə  Dinə 

baxdı.  Yadımdadır  ki,  qoca  Tut-Tutun  orda  olmadığına  sevinmiĢdim. 

Əgər qoca orda olsaydı, bu əhvalat bir günün içində bütün həbsxanaya 

yayılardı.  Persinin  soyadının  nə  olduğunu  (Wetmore  –  ingiliscə  nəm 

deməkdir  –  tərcüməçidən)  nəzərə  alsaq  –  bu  kontekstə  həddən  artıq 

uğursuz alınır – bu əhvalatı hələ uzun illər ləzzətlə danıĢıb gülənlər az 

olmayacaqdı.  

–  Hələ  bircə  bu  hadisəni  bir  kimsəyə  danıĢın,  görün  onda 

baĢınıza nə gələcək, hamınız çörək növbəsində dayanmalı olacaqsınız, 

–  deyə  Persi  ilan  kimi  fısıldadı.  BaĢqa  Ģəraitdə  bu  sözlərə  görə  mən 

onun  sifətinə  yaxĢı  bir  Ģapalaq  vurardım,  amma  indi  sadəcə  ona 

acıyırdım. Məncə, ona yazığım gəldiyini hiss etmiĢdi, bu da ona daha 

pis  təsir  etməli  idi,  –  sanki  onun  açıq  yarasının  üstünə  duz 

tökmüĢdülər.  


www.vivo-book.com 

 

273 



– Burada nə baĢ verirsə, elə burada da qalır, – Din astadan dedi. 

– Buna görə narahat olmaya bilərsən. 

Persi çiyini üstündən geri qanrılıb Delakruaya baxdı. Elə həmin 

vaxt  Brutus  onun  kamerasının  qapısını  qıfıllayırdı,  içəridən  isə 

Delakruanın  istehzalı  qıqqıltısı  aydınca  eĢidilirdi.  Onun  güldüyünü 

eĢidəndə  Persi  bulud  kimi  qaraldı.  Mən  ona  ibrət  alması  üçün:  “Nə 

əkərsən,  onu  da  biçərsən”,  –  atalar  sözünü  demək  istəyirdim,  amma 

birdən fikrimi  dəyiĢib düĢündüm ki,  indi bunun üçün münasib zaman 

deyil.  

–  Ona  gəlincə,  –  deyə  Persi  sözə  baĢladı,  amma  bitirə  bilmədi. 

Bunun əvəzində baĢını aĢağı dikərək anbara quru Ģalvar dalınca getdi.  

 –  O  necə  də  qəĢəngdir,  –  Uorton  xəyalpərəst  bir  səslə  dedi. 

Harri isə onun üstünə qıĢqıraraq ağzını bağlamasını əmr etdi və ağzını 

yummazsa,  onu  karser  kamerasına  salacağı  ilə  hədələdi.  Uorton 

əllərini  sinəsində  çarpazlayıb  gözlərini  yumdu  və  özünü  yalandan 

yatmıĢ kimi göstərdi. 

 

 

 



 

 

9 

 


www.vivo-book.com 

 

274 



 

 

 



Delakruanın edamından əvvəlki gecə həmiĢəkindən daha isti və 

rütubətli  olmuĢdu:  Mən  saat  altıda  növbəyə  gələndə  inzibati  binanın 

növbətçi  otağının  pəncərəsindən  bayırda  asılmıĢ  termometrin 

göstəricisi  müsbət  32

o

  dərəcəni  göstərirdi.  Oktyabr  ayının  sonunda 



müsbət  32

o

  dərəcə,  –  təsəvvür  edin!  Üstəlik,  haradasa  qərbdə  göy 



guruldayırdı,  lap  iyul  ayındakı  kimi.  Həmin  gün  günorta  radələrində 

Ģəhərdə öz dini icmama mənsub birisi ilə görüĢmüĢdüm və o məndən 

tam ciddiyyəti ilə soruĢmuĢdu ki, belə mövsümə uyğun olmayan hava 

Qiyamət günü əlamətlərindən deyilmi? Mən tam əminliklə bunun belə 

olmadığını  desəm  də,  fikrimdən  keçirmiĢdim  ki,  bəlkə  də  Delakrua 

üçün bu, Qiyamət günü ola bilər. Hə, əslində, bu məhz belə idi.  

Bill  Doc  gəzinti  həyətinə  açılan qapının  yanında dayanıb  qəhvə 

içə-içə  siqaret  çəkirdi.  O,  ətrafına  nəzər  salandan  sonra  mənə  tərəf 

çevrilərək dedi: 

– Baxın, kim təĢrif gətirib!. Pol Eckum, həyatın özü kimi böyük 

və ondan iki dəfə çirkin. 

– ĠĢlər necədir, Billi? 

– Qaydasındadır. 

– Bəs Delakrua? 



www.vivo-book.com 

 

275 



–  O  da  pis  deyil.  Bəzən  mənə  elə  gəlir  ki,  sabah  nə  baĢ 

verəcəyini  baĢa  düĢür,  amma  bəzən  də  düĢünürəm  ki,  o,  heç  nəyi 

anlamır.  Onların  əksəriyyəti  sona  yaxınlaĢanda,  bax,  belə  vəziyyətə 

düĢürlər.  

Mən dinməzcə baĢımı yırğaladım.  

– Bəs Uorton özünü necə aparıb?  

–  O  təlxəyi  deyirsən?  Cek  Benninin  özünü  kvaker  kimi 

səslənməyə məcbur edər. O, Rolf Uotermarka deyib ki, onun arvadının 

cinsi orqanından çiyələk mürəbbəsi yeyib. 

– Bəs Rolf nə cavab verib?  

–  O  deyib  ki,  hələ  evli  deyil  və  deyib  ki,  Uorton  yəqin  ki,  öz 

anası haqqında danıĢır.  

Mən bu sözləri eĢidəndə qəhqəhə çəkib bərkdən güldüm. Bu, bir 

az  bayağı  da  olsa,  həqiqətən  gülməli  idi.  Qarnımın  aĢağı  hissəsində 

kiminsə kibrit alıĢdırmadığını hiss etmədən rahat gülə bilmək necə də 

böyük  xoĢbəxtlik  imiĢ.  Billi  də  mənimlə  birlikdə  güldü,  sonra  isə 

fincanında qalmıĢ sonuncu qəhvə damlalarını həyətə boĢaltdı. Həyətdə 

bir  neçə  məhbusdan  baĢqa  heç  kim  gözə  dəymirdi.  Bu  məhbusların 

əksəriyyəti  “min  il”ə  yaxın  idi  ki,  buradaydılar  və  bura  nə  vaxt 

düĢdüklərini özləri də xatırlamırdılar. 

Haradasa uzaqlarda göy gurultusu eĢidildi və baĢımızın üzərində 

qaralmağa baĢlayan səmada ĢimĢək çaxaraq iĢıq saçdı. Billi gülməyini 

kəsərək baĢını qaldırıb narahatlıqla səmaya baxdı.  


www.vivo-book.com 

 

276 



–  Bilirsənmi?  –  deyərək  Bill  mənə  tərəf  çöndü.  –  Bu  havadan 

heç xoĢum gəlmir. Elə bil nəsə pis bir Ģey baĢ verəcək – nəsə qorxunc 

bir Ģey!  

Bu  fikrində  yanılmamıĢdı.  Onun  dediyi  qorxunc  hadisə  həmin 

axĢam saat təxminən ona on beĢ dəqiqə qalmıĢ baĢ verdi. O vaxt Persi 

Mister Cinqlzı öldürmüĢdü.  

 

 

10 

 

 



 

 

Bizi  bezdirən  bu  istiyə  baxmayaraq,  çox  sakit  bir  axĢam 



olacağını  zənn  edirdik:  Con  Koffi  özünü,  həmiĢə  olduğu  kimi  sakit 

aparırdı,  Azğın  Billi  “Sakit  Billi”yə  çevrilmiĢdi,  Delakruanın  ovqatlı 

isə Qoca Qığılcımla görüĢə getməli olan bir adam üçün çox yaxĢı idi – 

nəzərə  alaq  ki,  bu  görüĢ  təxminən  iyirmi  dörd  saatdan  sonra  baĢ 

tutacaqdı.  

O,  baĢına  nə  gələcəyini  demək  olar  ki,  baĢa  düĢürdü  –  ən 

azından, bu haqda ümumi təsəvvürü vardı; o, son Ģam yeməyi üçün çili 

yeməyi  sifariĢ  etmiĢdi  və  mənə  mətbəxə  aid  xüsusi  tapĢırıqlarını 

verməyi də unutmamıĢdı.  


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin