162) Parodontun mikrosirkulyator sxeminin əsasını ardıcıllıqla göstərin.
1. Arteriolalar
2. Prekapillyarlar
3. Kapillyarlar
4. Postkapillyarlar
5. Venulalar
A) 1, 2 , 3, 4, 5
B) 2, 3, 4, 5, 1
C) 1, 2, 4, 3
D) 2, 3, 1, 5, 4
E) 5, 4, 3, 2, 1
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
163) Parodontun innervasiyası nə ilə təmin olunur?
A) Üçlü sinirin ikinci və üçüncü şaxəsinin diş kələfləri ilə
B) Üz siniri ilə
C) Üçlü sinirin bütün üç şaxəsi ilə
D) Üçlü sinirin birinci şaxəsi ilə
E) Üçlü sinirin ikinci şaxəsi ilə
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
164) Parodont xəstəliklərinin etiologiyasında həlledici faktorlara hansı aid deyil?
A) Mikroorqanizmlərin diş ərpində toplanmış mübadilə məhsulları
B) Ağız suyunun miqdarının azalması
C) Ağız boşluğu toxumalarında metabolizmi tənzimləyən ümumi faktorlar
D) Mikroorqanizmlərin təsirini artırıb azalda bilən ağız boşluğu faktorları
E) Orqanizmin reaktivliyinin dəyişməsi, travmatik okklyüziya
Ədəbiyyat: Боровский E.В.Терапевтическая стоматология, 2004
165) Hansı dişləm anomaliyası daha çox parodont xəstəliklərinin əmələ gəlməsinə səbəb olur?
A) Distal dişləm
B) Dərin dişləm
C) Açıq dişləm
D) Çəp dişləm
E) Düz dişləm
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |