157) Dişlər təmizləndikdən nə qədər sonra «erkən» diş ərpi əmələ gəlir?
A) 4-5 saat
B) 24 saat
C) 12 saat
D) 2 saat
E) 7-8 saat
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
158) «Dayanıqlı» diş ərpi hansı müddət ərzində əmələ gəlir?
A) 2-3 sutka ərzində
B) 6-7 sutka ərzində
C) 4-5 sutka ərzində
D) 1 aydan çox müddətə
E) 7 sutkadan çox müddətdə
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
159) Bu toxumalar kompleksindən hansı parodont anlayışına daxildir?
A) Diş əti və dişin dairəvi bağı
B) Diş əti, sümüküstlüyü, sement toxuması
C) Periodont, diş əti, sümüküstlüyü, diş
D) Diş əti, dişin sement toxuması
E) Diş əti, sümüküstlüyü, alveol sümüyü, periodont, diş toxumaları
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
160) Parodontun funksiyaları hansılardır?
A) Baryer, amartizə edici
B) Baryer, reflektor, plastik
C) Reflektor
D) Baryer, trofik, reflektor, plastik, amortizə edici
E) Amortizə edici
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
161) Sadalananlardan hansı parodontun baryer funksiyasının həyata keçirilməsində rol oynamır?
A) Diş ətinin innervasiyası
B) Mukopolisaxaridlərin vəziyyəti
C) Çoxqatlı yastı epitelin buynuzlaşması,diş əti cibi mayesinin funksiyası
D) Diş ətinin turqoru
E) Tüpürcəyin antibakterial funksiyası
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |