A4.5.2 Mümkün praktiki tədbirlər
106. Transsərhəd təsirlər ən gec ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması
zamanı müəyyən edilə bilər, lakin daha əvvəl müəyyən edilərsə, bildirişin də daha erkən - əhatə
dairəsinin müəyyən edilməsi zamanı verilməsi daha yaxşı olardı, bu, qərarın qəbulu ilə bağlı
ləngimələri azalda bilər. Lakin belə erkən bildiriş qeyri-rəsmi olmalıdır, belə ki, rəsmi bildirişə
həm də ətraf mühitin mühafizəsi haqqında hesabat daxil olmalıdır. AK rəhbər sənədindən
adaptasiya olunmuş aşağıdakı bəndlərdə transsərhəd konsultasiyalarla bağlı əlavə tövsiyələr
əksini tapır (bənd 7.26–7.29).
107. Protokol transsərhəd konsultasiyalar üçün məqbul vaxt çərçivəsinin təmin edilməsini tələb
edir. Ölkə daxili konsultasiya üçün müəyyən edilən vaxt müddətlərindən fərqli ola biləcək bu
vaxt çərçivələri maraqlı Tərəflər arasında əlaqənin yaradılması, təsirə məruz qalan Tərəfin
aidiyyəti olan ictimaiyyət nümayəndələrinin, ətraf mühiti mühafizə və səhiyyə orqanlarının
müəyyən edilməsi, onlarla konsultasiyaların aparılması, eləcə də alınmış rəylərin mənşə ölkənin
müvafiq orqanları tərəfindən nəzərdən keçirilməsi üçün yetərli olmalıdır. Tərcümənin
hazırlanması kimi praktiki məsələlər də bu prosesi uzada bilər.
108. Transsərhəd konsultasiya mexanizminə start verildikdən sonra, maraqlı Tərəflər təsirə
məruz qalan tərəfin ictimaiyyət nümayəndələri, ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə
konsultasiyaların təmin edilməsi üçün konkret tədbirləri ətraflı şəkildə razılaşdırmalıdırlar.
109. Hər bir hal üçün konkret transsərhəd konsultasiya (və bildiriş) proseduru ayrıca hazırlana
bilər. Lakin layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi təcrübəsi (Espo Konvensiyası
çərçivəsində) göstərir ki, konsultasiya prosesi, transsərhəd konsultasiyaların təşkilati çərçivəsini
müəyyən edən ikitərəfli və çoxtərəfli razılaşmaların köməyi ilə asanlaşdırıla və sadələşdirilə
bilər. Belə razılaşmalarda əlaqə məntəqələri, birgə işçi qruplar, dillə bağlı məsələlər, o cümlədən
tərcümə ehtiyacı və qaydası, xərclərin ödənməsi prinsipləri, təsirlərin qiymətləndirilməsinin
razılaşdırılmış meyarları, ictimaiyyətin iştirakı üçün tədbirlər və fikir-ayrılıqlarının
tənzimlənməsi proseduru müəyyən edilə bilər. Espo Konvensiyasının "İkitərəfli və çoxtərəfli
sazişlər üzrə qabaqcıl təcrübə haqqında rəhbər sənədi" bu məsələlərlə bağlı tövsiyələr ehtiva edir
34
. Nümunə kimi həmçinin Espo Konvensiyası çərçivəsində bağlanan ikitərəfli və çoxtərəfli
sazişlərdən plan və proqramların spesifik xüsusiyyətlərinə uyğunlaşdırmaq üçün düzəlişlər
edilməklə istifadə edilə bilər.
34
Bax: Konvensiya iştirakçılarının İclasının qərarı III/4 (ECE/MP.EIA/2004/5, əlavə).
103
110. Bu baxımdan Espo Konvensiyasının üçün İctimaiyyətin transsərhəd kontekstində ətraf
mühitə təsirlərin qiymətləndirilməsində iştirakına dair rəhbər sənədi də yararlı ola bilər
35
.
A4.6 QƏRAR
111. Bu bölmədə protokola müvafiq SEQ çərçivəsində qərarın qəbulu prosesi araşdırılır (maddə
11).
A4.6.1Hüquqi öhdəliklər
112. Qərarı qəbul edən orqan plan və ya proqramın alternativ variantlarından hansının, yaxud
plan və ya proqram daxilindəki hansı alternativ elementlərin təsdiq olunmalı olduğunu
müəyyənləşirdi, yaxud da variantlardan heç birinin təsdiq edilməli olmadığı barədə qərar qəbul
edir (maddə 11; SEQ Direktivində müvafiq müddəalar 8 və 9-cu maddələrdə əksini tapır). Plan
və ya proqramın təsdiqi haqqında qərar qəbul edilən zaman ətraf mühitin mühafizəsi haqqında
hesabatın qənaətləri, o cümlədən plan və ya proqramın müxtəlif alternativ variantlarının icrasının
mənfi nəticələrinin qarşısının alınması, azaldılması, yaxud nəticələrinin yüngülləşdirilməsi
tədbirləri nəzərə alınmalıdır. Qərar qəbul edən orqan aşağıdakıların irəli sürdüyü fikirləri nəzərə
almalıdır (maddə 11.1):
o
Müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları.
o
Aidiyyəti olan ictimaiyyət nümayəndələri.
o
Təsirə məruz qalan hər hansı Tərəf.
113. Plan və ya proqramın təsdiqindən sonra qəbul edilmiş qərar haqqında müvafiq ətraf mühiti
mühafizə və səhiyyə orqanlarına, eləcə də ictimaiyyətə (yalnız aidiyyəti olan ictimaiyyətə deyil,
geniş ictimaiyyətə), təsirə məruz qalan Tərəflərə məlumat verilməlidir (maddə 11.2). Onlar
təsdiq edilmiş plan və ya proqramla birlikdə, aşağıdakı məlumatların daxil olduğu bəyanatla
təmin edilməlidirlər:
(Ətraf mühitin mühafizəsi haqqında hesabatda əksini tapan) Ekoloji məsələlərin təsdiq
edilmiş plan və ya proqrama necə inteqrasiya edildiyi barədə qısa icmal.
Onların rəylərinin necə nəzərə alındığı haqqında qısa icmal (ictimaiyyətdən söhbət
getdikdə "maraqlı ictimaiyyət nümayəndələrinin" rəyi)
Nəzərdən keçirilmiş rasional alternativlər arasından təsdiq edilmiş plan və ya proqramın
seçilməsinin səbəblərinin icmalı.
Aİ-yə üzv dövlətlər üçün qəbul edilmiş monitorinq tədbirlərinin təsviri (SEQ Direktivinin
9.1 (c) maddəsi).
35
ECE/MP.EIA/7; aşağıdakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/eia/publications.html
104
A4.6.2Mümkün praktiki mülahizələr
114. Plan və ya proqramın təsdiqi zamanı qərar qəbul edən orqan xüsusən aşağıdakılar nəzərə
almaq istəyə bilər:
Plan və ya proqramın məqsədlərinin ekoloji məqsədlərə uyğunluğu
Ətraf mühit üçün qalıq təsirlər.
115. İctimaiyyətin məlumatlandırılması və bəyanata daxil edilən məlumatlarla bağlı tələb Orxus
Konvensiyasına uyğundur. Məlumatın məxfiliyi barədə müddəa mövcud deyil. AK rəhbər
sənədinə uyğun olaraq, "məsul orqanlar ekoloji məlumatların necə əldə oluna biləcəyi haqqında
yetərli məlumat təmin etməlidirlər". Bunun üçün məsələn informativ nəşrlərdən istifadə oluna,
rəsmi nəsrlərdə və ya rəsmi veb-saytlarda, televiziya və ya radioda elan verilə bilər; bundan
başqa mövcud ekoloji məlumatları və onların necə əldə edilə biləcəyini təsvir edən kataloqlara
belə məlumat daxil edilə bilər (§ 7.31).
116. Əvvəllər də qeyd edildiyi kimi, SEQ prosesinin bəzi elementləri plan və ya proqramın
hazırlanması prosesinə daxil edilə bilər. Beləliklə, ideal hallarda SEQ daxilində yerinə yetirilən
təhlillər bütövlükdə plan və ya proqramın hazırlanması prosesi üçün məlumat təmin etməlidir.
Buna görə də plan və ya proqramın layihəsi SEQ-in plan və ya proqramın hazırlanmasına necə
təsir etdiyini izah etməlidir.
105
A4.7 MONİTORİNQ
117. Sonuncu bölmədə Protokol çərçivəsində yerinə yetirilə strateji ekoloji qiymətləndirməsnin
monitorinqi araşdırılır (maddə 12).
A4.7.1Hüquqi öhdəliklər
118. 12-ci maddə təsdiq edilmiş plan və ya proqramın icrasının mühüm ekoloji təsirlərinin
monitorinqini nəzərdə tutur. (SEQ direktivində müvafiq müddəa 10-cu maddədə öz əksini tapır.)
Protokol monitorinq nəticələrinin müvafiq ətraf mühiti mühafizə, səhiyyə orqanları, eləcə də
ictimaiyyət üçün əlçatan olmasını tələb edir (maddə 12.2). Monitorinqin aparılması üçü açıq
şəkildə ifadə olunan yeganə səbəb gözlənilməz mənfi nəticələrin müəyyən edilməsi və aradan
qaldırılması üçün tədbirlərin görülməsinin təmin edilməsidir (maddə 12.1).
A4.7.2 Mümkün praktiki mülahizələr
119. Monitorinqin yuxarıda qeyd edilənlərdən əlavə faydaları mövcuddur. Buna görə də
monitorinqdən aşağıdakı məqsədlərlə istifadə olunmalıdır:
Gözlənilən və faktiki nəticələrin müqayisəsi, beləliklə, plan və ya proqramın icrası
haqqında məlumatın təmin edilməsi
Gələcək strateji ekoloji qiymətləndirmələrin (keyfiyyətə zəmanət vasitəsi kimi)
təkmilləşdirilməsi üçün təcrübənin təmin edilməsi
Müvafiq orqanlar tərəfindən müəyyən edilmiş ətraf mühit şərtlərinə riayətin yoxlanması.
Mənfi təsirlərin qarşısının alınması, azaldılması və ya nəticələrinin yüngülləşdirilməsi
üçün nəzərdə tutulmuş tədbirlər daxil olmaqla plan və ya proqramın təsvir edildiyi kimi
icra edilib -edilmədiyinin yoxlanması.
120. Protokola monitorinqin kimin tərəfindən, harada nə vaxt və ya necə həyata keçirilməli
olduğunda, nəticələrin əlçatan olmasının kim tərəfindən təmin edilməli olduğuna, monitorinqin
predmetinə, hansı məlumatın ictimaiyyət açıqlanmalı olduğuna (birbaşa nəticələr, yoxsa onların
təhlilinin nəticələri), monitorinqin harada, hansı müddətdən bir və hansı vaxt çərçivəsində
keçirilməli olduğuna həyata keçirilməli olduğuna, məlumatların ictimaiyyətə nə zaman
açıqlanmalı olduğuna, monitorinq və məlumatın yayılması üçün hansı məlumatların istifadə
edilməli olduğuna dair göstərişlər ( plan və ya proqramın icrasının ətraf mühitə əhəmiyyəti
təsirləri ilə bağlı ümumi təkliflər istisna olmaqla) yoxdur. Tərəflər mövcud monitorinq və ya
informasiyanın əlsə edilməsi sistemlərindən istifadə edə, yaxud məxsusi olaraq SEQ məqsədləri
üçün onları daha da möhkəmləndirə bilərlər.
121. Monitorinqin mahiyyəti plan və ya proqramların növlərindən asılı olaraq dəyişə bilər.
Torpaqdan istifadə planını dövri qaydada təkrar baxışdan keçirilməsi zamanı proqnozlaşdırılan
nəticələrin həyata keçib-keçmədiyini bu məlumatları planın yeni variantını hazırlanması və
qiymətləndirməsi zamanı istifadə etmək üçün izləmək tələb oluna bilər. Lakin çox vaxt plan və
proqram səviyyəsində səbəb-nəticə əlaqəsinin müəyyən edilməsi çətin olur. Belə monitorinqin
nəticələri plana növbəti baxış dövründə açıqlana bilər. Nəqliyyat infrastrukturunun inkişafı
proqramının monitorinqi zamanı əsas diqqət gözlənilməz mənfi nəticələrin aşkara çıxarılmasına
106
yönəldilə bilər, burada məqsəd proqrama, yaxud proqram çərçivəsində ayrı-ayrı layihələrə
düzəliş etməklə, bu vəziyyəti dərhal aradan qaldırmaqdır. Belə hallarda monitorinq müddəti
əvvəlkinə nisbətən çox daha uzun ola bilər, monitorinq nəticələrinin ictimaiyyətə açıqlanması
isə, məsələn, məlumatların müntəzəm və operativ qaydada proqramın internetdəki saytında dərc
edilməsi ilə həyata keçirilə bilər.
122. AK rəhbər sənədinə əsasən, (§ 8.4) müşahidə olunan ekoloji nəticələrin ekoloji
qiymətləndirmə zamanı aşkara çıxarılan ehtimal və mülahizələrə uyğun olub olmadığının
yoxlanılması məqsədinə uyğunlaşdırılmış monitorinq metodlarından istifadə etmək tövsiyə
olunur. Metodların seçimi üçün vacib meyarlardan biri də plan və ya proqramın icrasının nəticəsi
olan gözlənilməz mənfi nəticələrin erkən müəyyən edilməsi, beləliklə, düzəliş tədbirlərin
vaxtında görülməsi imkanıdır. Bundan əlavə, qeyd edilir ki, monitorinq nəticəsində əldə edilməli
olan məlumatın mahiyyəti (başqa sözlə, kəmiyyət və ya keyfiyyət haqda olması, təfərrüat
dərəcəsi) plan və ya proqramın xarakter və xüsusiyyətlərindən, eləcə də ətraf mühit üçün
proqnozlaşdırılan təsirlərdən asılıdır.
123. Tələb proqnozlaşıdırılmamış mənfi təsirlərin müəyyən edilməsindən ibarət olsa da,
monitorinq ətraf mühitin mühafizəsi haqqında hesabatda müəyyən edilmiş müvafiq əhəmiyyətli
ekoloji təsirlərə əsaslana bilər. "Proqnozlaşdırılmamış" sözü gözlənilən bir təsirin gözlənilməyən
miqyas və ya intensivliyinə şamil edilə bilər, məsələn enerji sektorunun inkişafı planın icrası
nəticəsində kükürd dioksid emissiyasının gözləniləndən artıq olması. Lakin monitorinq
proqramına əvvəlcədən nəzərdə tutulmamış nəticələrin aşkar edilməsi məqsədini daşıyan
elementlər də daxil edilə bilər. Məsələn, çoxsaylı ekoloji parametrlər arasından təsadüfi seçmə
yolu ilə aparılan yoxlama plan və ya proqramın təsirinə məruz qalacağı gözlənilməyən hər hansı
parametrdə dəyişiklik olduğunu aşkara çıxara bilər.
124. AK rəhbər sənədində qeyd edilir ki, "icra, yalnız plan və ya proqramlar çərçivəsində
nəzərdə tutulmuş layihələri (tikinti və istismar daxil olmaqla) deyil, həmçinin plan və ya
proqramın (və ya onların icrasının) bir hissəsini təşkil edən digər fəaliyyətləri (məsələn, davranış
statistikaları və ya idarəetmə sistemlərinin formalaşdırılması) əhatə edir" (§ 8.9).
125. Protokolda əvvəlcədən nəzərdə tutulmamış nəticələrin aşkar olunması halında hansı
tədbirlərin görülə biləcəyinə yer verilmir. Nəticədə plan və ya proqrama düzəliş etmək qərarı
qəbul edilərsə, 2 və 4-cü maddələrin tələbləri ödəndiyi təqdirdə, əlavə strateji ekoloji
qiymətləndirmənin aparılması tələb oluna bilər.
126. Nəhayət, izlənməli olan mühüm təsirlərə transsərhəd təsirlər də daxil ola bilər. Espo
Konvensiyasının layihə sonrası təhlil haqqında müddəalarından (maddə 7) belə təsirlərin
monitorinqi ilə əlaqədar bir neçə ideya əxz oluna bilər. Hər hansı monitorinq nəticələrinin təsirə
məruz qalmış Tərəflə bölüşdürülməsinə dair hər hansı tələb mövcud deyil, lakin bu məlumat
asanlıqla əldə edilə bilməlidir, ərazisində monitorinqin təşkil edilməsi üçün təsirə məruz qalmış
Tərəfin yardımı tələb oluna bilər.
127. Əsas SEQ vasitələri haqqında A5 Fəsli monitorinqli bağlı praktiki tövsiyələr təmin edir. AK
rəhbər sənədinin 8-ci bölməsi və I Əlavəsinə monitorinq haqqında tövsiyələr daxildir. Həmçinin
bax: Avropa İttifaqı Şəbəkəsi üçün Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun Tətbiqi və
İcrası (IMPEL), yekun hesabat IMPEL LAYİHƏSİ: 2001/42/EC saylı SEQ Direktivinin 10-cu
107
maddəsinin icrası, aşağıdakı ünvandan əldə edilə bilər:
http://ec.europa.eu/environment/eia/pdf/impel_final_report.pdf.
108
Fəsil A5
ƏSAS SEQ VASİTƏLƏRİNİN İCMALI
109
A5.1 FƏSLƏ GİRİŞ
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir.
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu
hər zaman həm də "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1.
1. Bu fəsildə SEQ Protokolunun prosedur və prinsiplərinin (A2 və A4 Fəsillərində təsvir edilən)
həyata keçirilməsi və beynəlxalq səviyyədə tanınmış qabaqcıl təcrübə standartlarına uyğunluq
üçün qiymətləndirmənin necə aparılmalı olduğu təsvir olunur.
2. Fəsil aşağıdakı məsələlərə işıq salan üç bölmədən ibarətdir:
SEQ və plan və ya proqramın hazırlanması prosesi arasında qarşılıqlı əlaqə, xüsusən
onların əsas yanaşmaları və metodoloji çərçivələri (Bölmə A5.2)
Plan və proqramın hazırlanması prosesinin effektivliyinin artırılması üçün SEQ zamanı
istifadə oluna biləcək analitik yanaşma və alətlər (Bölmə A5.3)
Plan və proqramın hazırlanması prosesinin effektivliyinin artırılması üçün SEQ zamanı
istifadə oluna biləcək ictimaiyyətin iştirakı yanaşması və alətləri (Bölmə A5.4)
110
A5.2 ANALİTİK VƏ MARAQLI TƏRƏFLƏRİN SEQ PROSESİNƏ CƏLB EDİLMƏSİ
ALƏTLƏRİ
A5.2.1. Giriş
3. Protokol təhlil və ya konsultasiyaların necə aparılmalı olduğunu müəyyən etməyən prosedur
çərçivə sənədidir. Bununla belə, Protokolda metodoloji mətnaltı fikirlərə və ya məzmuna rast
gəlmək olar.
4.Bu baxımdan qeyd edilməlidir ki, SEQ-in yerinə yetirilməsi üçün vahid ən yaxşı metodologiya
yoxdur və SEQ zamanı istifadə oluna bilən çoxsaylı analitik və konsultasiya alətləri mövcuddur.
Bu alətlər üç əsas mənbədən qaynaqlanırlar:
Ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı istifadə olunan SEQ çərçivəsində tələb
olunan əhatəlilik dərəcəsi və miqyasa uyğunlaşdırılmış alətlər.
Siyasətlərin təhlili, plan qiymətləndirməsi, plan və ya proqramların hazırlanması üçün
istifadə olunan, Protokol tələblərinə uyğun təhlilin aparılması üçün adaptasiya olunmuş
alətlər.
Protokolun tələblərinə uyğun olaraq, insan sağlamlığına əsaslı təsirlərin nəzərə alınması
məqsədi ilə İnsan Sağlamlığına Təsirlərin Qiymətləndirilməsi (HIA) zamanı istifadə
olunan alətlər.
5. Hər halda SEQ metodları və yanaşmaları konkret plan və ya proqram çərçivəsində həll
ediləcək problemlərə müvafiq olmalıdır. Yanaşma işlərin miqyasının müəyyən edilməsi
mərhələsində seçilir.
6. A3 fəslində təsvir edildiyi kimi, Protokol gələcək inkişaf layihələri üçün zəmin yaradan
müəyyən olan və proqramlara şamil edilir. Bu kontekstdə layihələrin ətraf mühitə təsirlərinin
qiymətləndirilməsi zamanı istifadə olunan metodlar müəyyən növ torpaqdan istifadə növlərini və
ya layihələri şərtləndirən plan və proqramların strateji ekoloji qiymətləndirməsi üçün, başqa
sözlə, səbəb-nəticə əlaqəsinin asanlıqla müəyyən edilə bildiyi hallarda adaptasiya oluna və
istifadə edilə bilərlər. Belə hallarda aşağıdakı alətlər müvafiq hesab edilə bilər:
Rəsmi və qeyri-rəsmi yaddaş siyahıları.
Təsir matrisləri.
Təsir sxemləri.
Presedentlərin müqayisəsi və kollektiv ekspert qiymətləndirmələri
Layların üst-üstə yerləşdirilməsi və Coğrafi Məlumat Sistemləri.
Proqnoz modelləşdirməsi
İstismar dövrünün qiymətləndirilməsi
Çoxmeyarlı təhlil
111
7. Plan və proqramların, yaxud onların ayrı-ayrı komponentlərinin ətraf mühitə təsiri dolayı və
ya ümumiləşdirilmişdirsə, strateji təşəbbüslərin və ya planların qiymətləndirilməsi üçün istifadə
olunan alətlər daha münasib hesab oluna bilər. Strateji təşəbbüslərin və ya planların
qiymətləndirilməsinə aşağıdakılar nümunə ola bilər:
Siyasət və ya hüquqi normaların gözdən keçirilməsi.
SWOT- təhlil (ingilis dilində güclü tərəflər, zəifliklər, fürsətlər və təhlükələr mənasını
verən sözlərinin baş hərflərinin birləşməsi) və məhdudiyyət və fürsətlərin sxematik
təsvirinə digər yanaşmalar
Ssenarilərin hazırlanması.
Təzad və sinergizm matrisləri.
Qərar ağacları.
Tendensiyaların təhlili və ekstrapolyasiya
Təqlidi modelləşdirmə
Alternativlərin qiymətləndirilməsi. Müqayisəli risk qiymətləndirməsi
8. Xatırlatmaq vacibdir ki, bir çox hallarda eyni qiymətləndirmə metodu bütün ekoloji
təsirlərə uyğun gələ bilir.
9. Lakin plan, proqram və ya onların ayrı-ayrı komponentlərinin sağlamlığa təsiri
əhəmiyyətli olduqda, əhalinin sağlamlığına təsirlərin qiymətləndirilməsi zamanı istifadə
olunan alətlər daha uyğun hesab oluna bilər. Sağlamlığa təsirlərin qiymətləndirilməsi
metodlarına aşağıdakılar nümunə ola bilər:
Sağlamlığa zərərli maddələrin yaddaş siyahısı (çeklist)
Riskin kəmiyyət və keyfiyyət qiymətləndirməsi.
Sağlamlıq riskinin qavranılmasının araşdırılması
Riskin xarakteristikası və risk haqqında məlumatların çatdırılması metodları və alətləri
İnsan sağımlığın və ətraf mühitə qarşı risklərin, eləcə də insan sağlamlığına təsirlərin
ekoloji determinantlarının sürətli qiymətləndirilməsi metodologiyaları.
10. İstisna hallarda qərar qəbulu kontekstində sağlamlıq göstəriciləri sisteminin
modelləşdirilməsi zamanı DPSEEA (təkanverici qüvvələr – Təzyiq – Vəziyyət – Təsirə
məruz qalma – Təsir – Fəaliyyət) modelinin tətbiqi faydalı ola bilər. Lakin DPSEEA
modelinin məhdudiyyətlərini, xüsusən də onun mürəkkəbliyini və kifayət qədər dəqiq
olmamasını qeyd etmək vacibdir.
A5.2.2 SEQ və plan və proqramların metodoloji nöqteyi-nəzərdən hazırlanma prosesi
112
11. A2 fəslində qeyd edildiyi kimi, SEQ və plan yaxud proqramının hazırlanması prosesi
qarşılıqlı əlaqəli funksiyaları vasitəsi ilə bir-birlərini tamamlayırlar. Onların sıx qarşılıqlı
əlaqəsini nəzərə almaqla, plan yaxud proqramın hazırlanması zamanı istifadə olunan təhlil və
konsultasiya alətləri SEQ zamanı istifadə üçün adaptasiya edilə bilər.
12. Kiçik düzəlişlərlə ətraf mühitə müvafiq təsirlərin təhlili üçün adaptasiya oluna biləcək
alətlərə aşağıdakılar nümunə ola bilər:
Kontekst və başlıca problemlərin müəyyən edilməsi alətləri (yaddaş siyahıları\, SWOT-
təhlillər, matrislər)
Alternativlərin hazırlanması alətləri (ssenarilərin hazırlanması və ya nəticələr əsasında
planlaşdırma)
Təsirlərin qiymətləndirilməsi alətləri (modelləşdirmə, GIS və s.), yaxud alternativləri
müqayisə etmək və qənaətləri təqdim etmək imkanı verən alətlər (çoxmeyarlı təhlil, xərc-
gəlir təhlili və s.)
13. Buna görə də ilk növbədə plan və ya proqramların hazırlanması zamanı istifadə olunan hansı
metodların ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədi ilə tətbiq oluna biləcəyi
qiymətləndirilməli, beləliklə Protokola əsasən tələb olunan məlumat əldə edilməlidir.
14. Bu və ya digər yanaşma və ya metodun istifadəsi haqqında qərar hər bir hal üçün fərdi
qaydada, plan yaxud proqramın mahiyyəti, məlumatlar və miqyas nəzərə alınmaqla, qərar qəbulu
prosesinə yardım amili, plan və proqramın hazırlanması prosesinin təkmilləşdirilməsi hesaba
qatılmaqla qəbul edilməlidir. Məsələn, torpağın istifadəsi planların strateji ekoloji
qiymətləndirməsində bir qayda olaraq, müəyyən bir ərazidə mövcud resurs potensialı, ekoloji
potensial və məhdudiyyətlə əsas götürülür. Əsas SEQ vasitələrinin icmalı Bu zaman GIS
(Coğrafi Məlumat sistemi), yaşayış mühitinin analizi, yaxud həssas yerlərin xəritələşdirilməsi
kimi alətlərin köməyi ilə yerli səviyyədə ilkin vəziyyətin, eləcə də təklif edilən dəyişikliklərin
ekoloji nəticələrinin diqqətlə öyrənilməsi tələb olunur. Əksinə, sektor plan və ya proqramlarının
strateji ekoloji qiymətləndirməsi zamanı birləşmiş təsirlərə daha çox diqqət yetirilir, məsələn,
Kyoto protokolunda müəyyən edilmiş məqsədlər nəzərə alınmaqla, havanın keyfiyyətində və ya
karbon emissiyalarında artış
36
.
15. Bu nümunələr SEQ-in planlaşdırma prosesinin kontekstinə və xarakteristikasına
uyğunlaşdırılması haqqında yuxarıda verilən tövsiyəyə aydınlıq gətirir. Plan və ya proqramın
hazırlanması zamanı istifadə olunan alətlərin SEQ ilə inteqrasiyasına optimal yanaşmanın
seçilməsinə istiqamətin verilməsi üçün aşağıdakı qaydalar faydalı ola bilər:
Müəyyən plan, yaxud proqramın hazırlanmasının əsasında dayanan məntiqi, analitik
metodları, maraqlı tərəflərin cəlb edilməsi alətlərini təhlil edin.
36
Bax: http://unfccc.int/kyoto_protocol/items/3145.php.
113
Plan və ya proqramın hazırlanmasında istifadə olan metod və alətlərdən hansıların
Protokolun tələblərinə cavab verən məlumatların toplanmasını təmin edəcəyini müəyyən
edin.
Bu metod və alətlərin hansı yolla adaptasiya oluna biləcəyini qiymətləndirin. SEQ
çərçivəsində əlavə təhlil və konsultasiya zərurətini qiymətləndirin və adekvat alətləri
seçin.
Dostları ilə paylaş: |