Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   2   3   4   5   6   7   8   9   ...   22

0.2
 
MƏQSƏD, HƏDƏF QRUP VƏ STATUS 
 
4.
 
Bu vəsait:  

 
Strateji Ekoloji Qiymətləndirmə haqqında protokolun (SEQ protokol) əsas tələblərini 
işıqlandırır. 

 
Protokolun təcrübədə tətbiqi üçün əsas məsələləri təsvir edir.  

 
Protokolun tətbiqini dəstəkləyən təlim və potensialın gücləndirilməsi proqramları üçün 
materiallar təmin edir. 
  
5.
 
Vəsaitin aşağıdakılar tərəfindən istifadə edilməsi gözlənilir: 

 
Protokol və onun tətbiqinin nəzəriyyəsi haqqında öyrənmək istəyənlər, o cümlədən 
hökumət və Protokolun tətbiqində  iştirak edən digər rəsmi strukturlar, Strateji Ekoloji 
Qiymətləndirmələr (SEQ) aparan praktiklər, SEQ prosesində  iştirak etmək istəyən 
maraqlı tərəflər.  
 

 
Protokolun tələbləri və SEQ-in tətbiqi haqqında təlim keçəcək və ya konsultasiya xidməti 
göstərmək istəyənlər  
 
6. Vəsait hər iki auditoriyanın tələblərini əhatə edəcək şəkildə tərtib edilmişdir. (Bax: aşağı)  
7. AİK regionuna Avropa İttifaqına (Aİ) üzv dövlətlər daxildir. Müəyyən plan və proqramların 
ətraf mühitə  təsirinin qiymətləndirilməsi haqqında  ЕС 2001/42/EC saylı (adətən SEQ direktivi 
adlandırılan) Aİ Direktivi 2004-cü ilin iyul ayına qədər icra edilməli idi. Protokolun məcburi 
qüvvəyə malik müddəaları SEQ Direktivinin müddəaları ilə əksərən üst-üstə düşür və müəlliflər 
bu vəsaitdə onlar arasındakı  fərqləri göstərməyə çalışmışlar. 2003-cü ildə Avropa komissiyası 
(AK) Aİ-yə üzv dövlətlərə SEQ Direktivnin icrasında yardım məqsədi ilə «Müəyyən plan və 
proqramların  ətraf mühitə  təsirinin qiymətləndirilməsi haqqında 2001/42/EC saylı Direktivin 
tətbiqi» adlı nəşri– AK rəhbər sənədini hazırladı. 2001/42/EC Direktivinin təcrübədə tətbiqi də 
SEQ Direktivini tətbiq edənlər üçün faydalı ola bilər. 
8. Lakin, bu vəsait SEQ protokolu və ya SEQ direktivi üçün rəsmi təlimat rolunu oynamır. 
 9.  Vəsaitdə  həmçinin  Ətraf mühit məsələlərinə dair informasiyanın  əldə edilməsi, qərarların 
qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı  və  ədalət mühakiməsinə müraciət ilə bağlı 
Konvensiyaya istinad edilir. 
10. Vəsait ingilis və rus dillərində hazırlanmışdır. Fransız dili AİK-in rəsmi dillərindən biri 
olduğundan, əlavə resurs əldə edildikdə, vəsait fransız dilinə tərcümə olunacaq. Ümid edirik ki, 
vəsait digər dillərdə də ya eyni formada, ya da ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış şəkildə 
əldə edilə biləcək (bax: aşağıda 0.4-cü bölmə). 
 
 

 
 

 
0.3
 
STRUKTUR 
 
11. Vəsait ikili oxucu auditoriyasına uyğun olaraq, iki hissədən ibarətdir:  

 
Protokol üçün müraciət edənlər üçün A hissəsi. 

 
B hissəsi isə  təlimçilər və Protokolun tətbiqi potensialını inkişaf etdorən digər  şəxslər 
üçündür.  
12. Bu hissələrin hər ikisi müstəqil, lakin bir-birləri ilə əlaqəli olan, digər mənbələrə istinad edən 
fəsillərdən ibarətdir və  hər bir fəsil Konvensiyanın veb-saytından  əldə edilə bilən elektron 
təqdimat slaydları ilə müşayiət olunur. Bu iki hissəli struktur aşağıda təsvir edilir. 
 Hissə A:Protokolun tətbiqi  
 A1  fəsli SEQ-in məqsədlərini təqdim edir, SEQ konsepsiyalarını, rollarını  və 
qiymətləndirməsini qısa  şəkildə izah edir. Dörd fəsildən ibarət seriya Protokolun plan və 
proqramlara tətbiqi üçün yardım təmin edir:  

 
A2 fəsli SEQ və plan, proqram tərtibi prosesi arasında əlaqələri müəyyən edir.  

 
A3 fəslində Protokol tələblərinə uyğun SEQ-in aparılmasının zəruri olub-olmadığının 
necə müəyyən edilməli olduğundan bəhs edilir.  

 
A4 fəsli Protokol tələblərinə uyğun SEQ plan və proqramlarını təsvir edir.  

 
A5 fəsli praktiki SEQ tətbiqi zamanı istifadə edilə biləcək  əsas alətlərin icmalını  təmin 
edir. 
 Eləcə də siyasətlər və qanunvericilik üçün:  

 
A6 fəsli Protokolun siyasətlərə  və qanunvericiliyə necə müraciət edilə biləcəyini təsvir 
edir.  
Hissə B: Təlimçilər üçün rəhbər sənəd  

 
B1 fəsli Protokolla əlaqədar olaraq potensialın inkişaf etdirilməsinin geniş konsepsiyasını 
ümumi şəkildə təsvir edir.  

 
B2 fəsli SEQ təlimləri və potensialın artırılması proqramlarında konkret nümunələr 
əsasında praktiki işin aparılması üçün istifadə oluna biləcək tapşırıqlar təklif edir.  
13. Əlavələr yuxarıdakı fəsillər üçün əlavə materiallar təmin edir.  
14. Bu vəsait SEQ Protokolundan əlavə aşağıdakı resurslara istinad edir: 
 Beynəlxalq alətlər və rəhbər sənədlər  

 
Avropa İqtisadi Komissiyasının (AİK) Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin 
qiymətləndirilməsinə dair Konvensiyası (Espo)  

 
 

 

 
Avropa İqtisadi Komissiyasının (AİK) Ətraf mühit məsələlərinə dair informasiyanın əldə 
edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət 
mühakiməsinə müraciət ilə bağlı Konvensiyası (Orxus Konvensiyası) 

 
Müəyyən plan və proqramların ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında ЕС 
2001/42/EC saylı Aİ Direktivi (SEQ direktivi). 

 
Müəyyən plan və proqramların ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında ЕС 
2001/42/EC saylı Aİ Direktivinin tətbiqi (AK rəhbər sənədi). 

 
Sağlamlığa təsirlərin qiymətləndirilməsi strateji ekoloji qiymətləndirmənin bir hissəsi 
kimi, Ümumdünya Səhiyyə Təşkilatı (WHO
2
). 
 
SEQ tətbiqi nümunələri  
 

 
Bu vəsait ölkələr nümunələr təqdim etdikcə, genişlənəcək. 
 15.  Yuxarıda qeyd edilən materiallar, tövsiyə edilən  ədəbiyyat, eləcə  də  Vəsaitin hər bir 
hissəsinə aidiyyəti olan digər faydalı  məlumatlar Vəsaitin veb-saytına təqdim 
edilməlidir:(http://www.unece.org/env/eia/sea_manual/welcome.html).  
 
 
 
 
 
 
 
 
 
 
 
                                                      
2
 
C. H. Breeze və K. Lock, red., Strateji ekoloji qiymətləndirməsnin bir hissəsi kimi, sağlamlığa təsirlərin qiymətləndirilməsi:  Əhalinin 
sağıamlığına təsirlərin qiymətləndirilməsi konspesiyasının icmalı, əhalinin sağlamlığı məsələlərinin SEQ Protokolunda nəzərə alınmasına dəstək 
metodları və praktikaları (ÜST, 2001) Aşağıdakı ünvandan əldə edilə bilər http://www.who.int/hia/network/en/HIA_as_part_of_SEA.pdf. 
 

 
 

 
0.4 VƏSAİTİN TƏKRAR NƏZƏRDƏN KEÇİRİLMƏSİ 
VƏ 
ADAPTASİYASI 
16. Bu Vəsait Protokolu imzalayan ölkələrin, daha sonra isə Protokolun iştirakçı ölkələrinin 
qərarı əsasında təkrar nəzərdən keçiriləcək və adaptasiya olunacaq. 
17. Vəsait saytlarda və CD-ROM disklərdə elektron formada təmin edilir. Bu meydana gəldikcə 
yeni resurslara elektron keçidlərin rahatlıqla  əlavə edilməsinə imkan verir. Bu yeni resurslara 
rəhbər sənədlərin, metodların, icmalların, praktiki nümunələrin və qabaqcıl təcrübə örnəklərinin 
daxil olması gözlənilir.  
18. Bundan əlavə, vəsaitin müxtəlif kontekstlərə adaptasiyası təşviq edilir. Məsələn, 2005-ci ildə 
bu vəsaitin erkən layihəsinin milli variantları Gürcüstan, Ukrayna v Moldovada hazırlanmışdır. 
19. Vəsaiti xüsusi məqsədlər üçün adaptasiya etmək istəyənlərə  aşağıdakılara diqqət yetirmək 
təklif edilir:  

 
İşə başlamazdan əvvəl, plan və proqramların ekoloji qiymətləndirmə sistemləri, eləcə 
verilən kontekstdə  tətbiq olunan siyasət və qanunvericilik aktlarını  təhlil etmək və 
daha sonra müvafiq qaydada vəsaiti adaptasiya etmək lazımdır.  

 
Adaptasiya vəsaitin adi tərcüməsi ilə məhdudlaşmır, bu zaman yerli kontekstdə vacib 
olan məsələlər, əlavə fəsillər və bölmələr əlavə edilə, eləcə də lazımsız hesab edilən 
materiallar çıxarıla bilər.  

 
Vəsaitin nəzərdə tutulduğu auditoriya tərəfindən daha düzgün və asan başa 
düşülməsi üçün müəyyən bir region və ya ölkəyə aid misallardan istifadə edilə bilər.  

 
Həm Protokol, həm də SEQ direktivi qüvvədə olduqları ölkələrdə hüquqi sənəd 
hesab olunurlar və müddəaların yanlış izah edilməsinin qarşısının alınması üçün 
ehtiyatlı olmaq lazımdır.  
20. Adaptasiya edilmiş materiallar bu vəsaiti ilkin mənbə kimi göstərməli və müəllif hüquqi 
sahiblərini tanımalıdır. 
 
 
 

 
 

 
  
HİSSƏ A: PROTOKOLUN TƏTBİQİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
Fəsil A1 
 
STRATEJİ EKOLOJİ QİYMƏTLƏNDİRMƏ HAQQINDA 
 QISA TƏQDİMAT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 
A1.1 FƏSLƏ GİRİŞ 
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1. 1. 
 1. Bu fəsildə Strateji Ekoloji Qiymətləndirmə (SEQ) anlayışı  qısaca izah olunur. Fəslin 
əvvəlində "SEQ nədir?" sualına cavab verilir (Bölmə A1.2), bu qiymətləndirmənin nələrə nail 
olmaq üçün nəzərdə tutulduğundan, SEQ-in layihələrin ekoloji qiymətləndirməsi üçün geniş 
istifadə olunan alətdən ətraf mühitə təsirin qiymətləndirməsindən (ƏTQ) nə ilə fərqləndiyindən 
bəhs edilir.  
2. Daha sonra fəsildə SEQ-lə əlaqədar xərc və mənfəət (Bölmə A1.3), habelə bəzi başlıca SEQ 
prinsipləri (Bölmə A1.4) təsvir edilir.  
3. Sonda aşağıdakılar daxil olmaqla, SEQ-ə daha geniş kontekstdə nəzər salınır (Bölmə A1.5):  

 
SEQ davamlı inkişaf vasitəsi kimi. 

 
SEQ və digər qiymətləndirmə vasitələri arasında bağlılıq.  

 
Qərar qəbulunun daha yüksək səviyyəsində strateji ekoloji qiymətləndirmə. 
 
 
 

 
 

 
 
A1.2 SEQ NƏDİR? 
4. Hüquq və ya siyasət sahəsində mövzu ilə bağlı ədəbiyyatda müxtəlif təriflər qəbul edilmişdir. 
Ümumi qəbul edilmiş anlayışa  əsasən, SEQ - təklif olunan plan, proqram və digər strateji 
fəaliyyətlərin ekoloji effektlərinin təhlili üçün istifadə edilən sistemli və qabaqlayıcı prosesdir. 
Verilən vəsaitdə "SEQ" SEQ protokolunda göstərilən təriflə üst-üstə düşən konkret məna daşıyır 
və aşağıdakılara aid edilir: 
5. Ekoloji, o cümlədən  əhalinin sağlamlığına təsirlərin qiymətləndirməsinin  əhatə dairəsinin 
müəyyən edilməsini, ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanmasını, ictimaiyyətin 
cəlb edilməsini və konsultasiyaların keçirilməsini, plan və ya proqramın hazırlanması zamanı 
ictimaiyyətin iştirakının və konsultasiyaların nəticələrinin  ətraf mühitin mühafizəsi haqqında 
hesabatın diqqətə alınmasını nəzərdə tutan qiymətləndirməsi (maddə 2, bənd 6). 
 
A1.2.1 SEQ-in Məqsədi Nədir? 
6.
 
SEQ-in məqsədi, sözün geniş mənasında, ekoloji amillərin nəzərə alınmasının və ekoloji 
cəhətdən dayanıqlı  və davamlı inkişafı  dəstəkləyən strateji qərar qəbulu prosesinə 
inteqrasiyasının təmin edilməsindən ibarətdir. SEQ prosesi xüsusən plan və proqramların 
hazırlanmasına görə  məsul dövlət orqanlarının, eləcə  də  qərar qəbulunda iştirak edən 
şəxslərin aşağıdakı amilləri nəzərə almasına kömək edir: 
  

 
Plan və ya proqramlara təsir edə bilən və ya onların təsirinə məruz qala bilən ekoloji 
tendensiyalar, potensiallar və məhdudiyyətlər  

 
Plan və proqramlara aid ekoloji məqsədlər və göstəricilər  

 
Təklif olunan variantların, plan və ya proqramların icrasının mühüm ekoloji nəticələri  

 
Mənfi nəticələrin qarşısının alınması, azaldılması və ya yüngülləşdirilməsi, eləcə də 
müsbət nəticələrin artırılması tədbirləri. 

 
Səlahiyyətli orqanların, ictimaiyyətin və  zəruri olduqda mənfi təsirə  məruz qala 
biləcək dövlətlərin mövqeləri və verdikləri məlumatlar. 
A1.2.2 Layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirməsi ilə müqayisədə SEQ-in 
təklifin etdiyi əlavə imkanlar hansılardır? 
7.
 
SEQ əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi proses və prosedurlarının prinsipləri 
əsasında formalaşmışdır və sözsüz ki, bu SEQ protokoluna da aiddir (bu sahənin 
inkişafının həlledici hüquqi və siyasi məqamları üçün bax: Əlavə A1.2). Bununla belə, 
SEQ layihələr üzrə ətraf mühit qiymətləndirməsindən əlavə imkanlar da təklif edir. Bu, 
onunla bağlıdır ki SEQ plan və ya proqramın hazırlanmasının elə bir səviyyəsində 
istifadə olunur ki, bu səviyyədə ətraf mühitə potensial təsir göstərə biləcək, ƏMTQ-nin 

 
 
10 
 
tətbiq olunduğu layihələrin, eləcə  də çoxsaylı digər təşəbbüslərin  əsasının qoyulur. Bu 
səviyyədə SEQ ayrı-ayrı layihələrin inkişaf etdirilməsi üsullarından çox fundamental 
məsələlərə münasibətdə ekoloji amillərin nəzərə alınmasına kömək edir (fəaliyyət necə, 
harada və hansı formada aparılmalıdır).  Ətraf mühitə  təsirlərin qiymətləndirilməsi ilə 
müqayisədə SEQ çərçivəsində ekoloji faydanın əldə edilməsi potensialı daha yüksəkdir.  
 
8.
 
Bu baxımdan, SEQ plan və proqramlarının konkret əlavə faydalarına daxildir:  
 

 
Layihə  mərhələsi ilə müqayisədə daha geniş alternativ və variant dairəsinin 
nəzərdən keçirilməsi imkanı. 

 
Yalnız ayrı-ayrı layihələrin hazırlanması, yaxud yerinin müəyyən edilməsi deyil, 
həm də sektor və ya regionda həyata keçirilən fəaliyyətlərin növlərinə  və hansı 
ərazidə yerləşəcəyinə təsir etmək imkanı  

 
Layihə  səviyyəsindən fərqli olaraq, vaxt və  məkan sərhədləri daxilində 
kumulyativ və daha geniş miqyaslı  təsirlərin nəzərə alınması üçün daha geniş 
imkan  

 
Plan və proqramların məqsəd və istiqamətlərinin müvafiq strategiya, siyasət və 
öhdəliklərə uyğunlaşdırılması vasitəsi ilə davamlı inkişafa yardım  

 
Layihələrin  ətraf mühitə  təsirinin qiymətləndirməsinin SEQ hesabatı ilə 
əlaqələndirmə yolu ilə (bax: Haşiyə A4.3) optimallaşdırılması  və 
təkmilləşdirilməsi, bununla da artıq müəyyən edilmiş ekoloji nəticələrlə bağlı 
suallardan (fəaliyyətin, harada, nə vaxt baş verəcəyi və növü haqqında) yayınma 
 
 
 
 

 
 
11 
 
 
A1.3 SEQ
3
 MƏNFƏƏTLƏRİ VƏ XƏRCLƏRİ 
A1.3.1 SEQ-in üstünlükləri 
 
9.
 
SEQ-in tətbiqinin birbaşa üstünlüklərinə sağlam qərarların qəbuluna, eləcə də ətraf 
mühitin mühafizəsi və davamlı inkişaf sahəsində sonrakı nailiyyətlər əldə edilməsinə 
kömək edən məlumatların toplanması aiddir. Bununla yanaşı, SEQ protokolunun 
tələblərinə əsaslanan ictimaiyyətin iştirakı və şəffaf prosedurlar prinsipinin ayrılmaz 
tərkib hissəsi olan ikinci dərəcəli üstünlüklər mövcuddur. Düzgün yerinə yetirilmiş SEQ 
prosesi aşağıdakıları təmin etməlidir: 
 

 
Yüksək səviyyəli ekoloji mühafizəsi.  

 
Plan və proqramların hazırlanmasında keyfiyyətin artırılması.  

 
Qərarın qəbulunun effektivliyinin artırılması.  

 
Yeni inkişaf fürsətlərinin müəyyən edilməsinə yardım.  

 
Yüksək məbləğli xərclərə səbəb olan səhvlərin qarşısının alınmasına yardım. 

 
İdarəetmə sisteminin təkmilləşdirilməsi.  

 
Transsərhəd əməkdaşlığın asanlaşdırılması. 
SEQ ətraf mühitin yüksək səviyyəli mühafizəni təmin edir. 
10. Ətraf Mühitin yüksək səviyyəli mühafizənin təmin edilməsi SEQ protokolunda məqsəd kimi 
müəyyən edilmişdir (maddə 1); Bu, SEQ-dın istifadənin səbəbidir.  Ətraf Mühitin yüksək 
səviyyədə mühafizəsi müxtəlif cür yozumlana bilər, lakin SEQ ən azı ləğv edilə bilməyən və ağır 
nəticələrin qarşısını almalı, mühafizə olunan sahə və obyektləri qorumalı, mühüm təbii yaşayış 
mühitlərinin və biomüxtəlifliyin mühafizəsi üçün vacib digər ərazilərin toxunulmazlığını təmin 
etməlidir. 
SEQ plan və proqramların hazırlanması keyfiyyətini artırır. 
11. Plan və proqramların hazırlanması prosesinə paralel və ya onun tərkib hissəsi kimi 
aparılmasından asılı olmayaraq, SEQ plan və proqramların keyfiyyətini təkmilləşdirmək və ya 
                                                      
3
 
Regional Ekoloji Mərkəz (REC) və BMTİP-nin (2003) hesabatı  əsasında "Starteji Ekoloji Qiymətləndirmənin Üstünlükləri" aşağıdakı 
ünvandan əldə edilə bilər: http://archive.rec.org/REC/Programs/EnvironmentalAssessment/pdf/BenefitsofSEAeng.pdf; və İqtisadi Əməkdaşlıq və 
İnkişaf Təşkilatı (OECD)/İnkişafa Yardım Komitəsi (2006), Strateji ekoloji Qiymətləndirmənin Tətbiqi:  Əməkdaşlığın  İnkişaf etdirlməsi üzrə 
Qabaqcıl Təcrübəyə dair Rəhbər sənəd – aşağıdakı ünvanan əldə edilə bilər: http://www.oecd-ilibrary.org/content/book/9789264026582-en. 
 

 
 
12 
 
möhkəmləndirmək potensialına malikdir ki, bu da daha yaxşı  nəticələrə  gətirib çıxarır. SEQ 
planlaşdırmanın keyfiyyətini bir neçə üsulla yaxşılaşdıra bilər, lakin o xüsusən məqsədyönlü, 
dəqiq, alternativlərə açıq prosesin təmin edilməsinə kömək edir, eləcə də daha davamlı inkişaf 
formalarına nail olmaq məqsədi ilə potensial nəticə və fürsətləri bütövlükdə nəzərə alır. 
 
SEQ qərarların qəbul edilməsində effektivliyi artırır. 
12. Ekoloji problemlərin müxtəlif qərar qəbulu mərhələlərində  və  səviyyələrində  nəzərə 
alınmasını təmin etməklə, SEQ qərar qəbulu prosesinin optimallaşdırılmasına kömək edir. Plan 
və ya proqram səviyyəsində razılaşdırılmış  qərarların qəbulu ilə vaxtdan (və beləliklə, maddi 
vəsaitlərdən) daha səmərəli istifadə etmək təklif olunur ki, bu da fəaliyyət dövründə, yaxud 
layihələrin  ətraf mühitə  təsirinin qiymətləndirilmə  mərhələsində  şikayət və mübahisələrin 
azalmasına gətirib çıxarır. Nəhayət, SEQ layihə  səviyyəsindəki qərar qəbulu prosesini 
dəstəkləyir, beləliklə, həmin qərarlar əvvəlcədən optimallaşdırılmış plan və proqramlara əsaslana 
bilər. Qərarın qəbulunun effektivliyi həmçinin planlaşdırma ierarxiyasının müxtəlif 
mərhələlərində əldə edilmiş məlumatların mübadiləsi hesabına arta bilər. 
SEQ yeni inkişaf fürsətlərinin müəyyən edilməsinə yardım edir. 
13. SEQ vasitəsi ilə plan və proqramların formalaşdırılması zamanı ekoloji məhdudiyyətlər, o 
cümlədən insan sağlamlığının məruz qaldığı təsirlər daha yaxşı nəzərə alınır. SEQ alternativlərin 
nəzərdən keçirilməsinə kömək edir və ekosistemlərin mövcud potensialı  çərçivəsində yeni 
fəaliyyət növləri üçün imkanlar açan qarşılıqlı  səmərəli qərar axtarışını  təşviq edir. Beləliklə, 
SEQ qərar qəbulu prosesinin əsas davamlı inkişafa doğru yönəlməsinə kömək edir. 
SEQ yükək məbləğli xərclərə səbəb olan səhvlərin qarşısının alınmasına kömək edir. 
14. SEQ ekoloji cəhətdən davamsız inkişaf variantları haqqında  əvvəlcədən xəbərdarlıq edir. 
Buna görə  də SEQ-in düzgün tətbiqi qarşısının alınması mümkün olan ziyanın qarşısının 
alınmasına və ya düzəliş  tədbirlərinə yönəlmiş, obyektlərin köçürülməsi və ya yenidən 
layihələndirilməsi kimi yüksək məbləğli xərclərin yaranması riskini məhdudlaşdırır. SEQ 
həmçinin plan və proqramların hazırlanması zamanı insan və maliyyə resurslarının mühafizə 
edilməsinə kömək edir, belə ki, davamlılıq prinsipinə zidd variantlardan ilkin mərhələdə imtina 
edilə bilər. 
SEQ idarəetmə sistemini təkmilləşdirir. 
15. SEQ qərar qəbulu prosesinin ümumi şəffaflığını artırır, planlaşdırma və proqram hazırlığının 
ilkin mərhələsində  əsas maraqlı  tərəflərin rəylərini nəzərə almağa imkan verir. Düzgün və 
məsuliyyətlə yerinə yetirilmiş SEQ plan və proqramların etibarlılığını artırır. Bu, icra zamanı 
ictimai dəstəyi səfərbər edə bilər - ictimaiyyətin dəyərləri, fikirləri və bilikləri qərar qəbulu 
prosesinin bir hissəsinə çevrilərsə, hər hansı plan və ya proqramın effektivliyi arta bilər. 
SEQ transsərhəd əməkdaşlığı asanlaşdırır. 

 
 
13 
 
16. SEQ, məsələn, birgə mühafizə olunan ərazilər, birgə istifadə olunan su yolları, nəqliyyat 
qovşaqları, eləcə  də transsərhəd çirklənmə ilə  əlaqədar çətin məsələlərlə bağlı regional 
əməkdaşlıq üçün vacib özül rolunu oynaya bilər. 
A1.3.2 SEQ-lə bağlı xərclər 
17.  Ətraf mühitə  təsirin qiymətləndirilməsinin xərc və  mənfəətlərini
4
 araşdıran Avropa 
tədqiqatına  əsasən, SEQ-in regional və yerli torpaq istifadəsi planlaşdırmasına tətbiqi adətən 
planlaşdırılma xərcləri 5-10% artırır. Bu tədqiqat həmçinin planlaşdırma xərclərini 5 faizdən çox 
artırmayan keyfiyyətli SEQ nümunələrinə istinad edir, lakin xərclərin miqdarı  məbləğdən, 
hazırlanmış alternativlərin təfərrüatlarından və qiymətləndirilməsindən asılıdır. Qəbul edildiyi il 
SEQ Direktivinin icrasının nəticələrinin öyrənilməsi məqsədi ilə Birləşmiş Krallıqda
5
, həyata 
keçirilən, strateji ekoloji qiymətləndirmə aparan 201 dövlət orqanını  əhatə edən araşdırma 
göstərdi ki, əksər strateji ekoloji qiymətləndirmələrin tamamlanması üçün bir insan üçün 
təxminən 70-80 gün tələb olunur. ( vaxtın təxminən yarısı qiymətləndirmənin  əhatə dairəsinin 
müəyyən edilməsi, yarısı isə hesabatın hazırlanmasına). Eyni zamanda bu araşdırma zamanı rəyi 
soruşulanların əksəriyyəti "SEQ-in vaxtdan və resurslardan istifadə üçün səmərəli vasitə olması" 
fikri ilə razıdırlar və ya tam razıdırlar.  
18. SEQ sisteminin işi ilə  əlaqədar  əsas xərclər SEQ-in ilkin tətbiqi mərhələsində adekvat 
yanaşma və vasitələrin sınağı, eləcə də əsas məlumatlar toplanan zaman meydana gəlir. Sonrakı 
SEQ-lər daha az xərc vəd edirlər, belə ki, bu zaman əvvəlcədən əldə edilmiş təcrübədən istifadə 
oluna bilər və yalnız standart analitik iş və prosesin idarə edilməsinə ehtiyac ola bilər. (doğrudan 
da, yuxarıda qeyd edilən araşdırma zamanı rəyi soruşulanlar təsdiq etmişlər ki, gələcəkdə SEQ 
tətbiqi zamanı xərclərin daha az olacağını gözləyirlər.) Bu xərclər plan və proqramların icrasının 
ümumi xərcləri ilə müqayisədə həddindən artıq hesab oluna bilər. 
 
 
 
                                                      
4
 
Avropa Komissiyası (1996), Ətraf mühitə təsirin qiymətləndirilməsi/SEQ xərc və mənfəətlərinin araşdırılması. Nəşr edilmir, lakin icmalını 
saytdan əldə etmək mümkündür: http://ec.europa.eu/ environment/eia/eia-studies-and-reports/eia-costs-benefit-en.htm 
 
5
 
Therivel, R. və F. Walsh (2005) "Birləşmiş Krallıqda strateji ekoloji qiymətləndirmə haqqında direktiv. Qəbul edildikdən bir il sonra" 
"Environmental Impact Assessment Review" jurnalına təqdim edilmişdir. 
 

 
 
14 
 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin