Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


Cədvəl A3.1: III Əlavə üçün istiqamətləndirici məlumat (təsirlərin əhəmiyyətinin müəyyən



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Cədvəl A3.1: III Əlavə üçün istiqamətləndirici məlumat (təsirlərin əhəmiyyətinin müəyyən 
eidlməsi meyarları) 
III Əlavənin bəndi 
Məlumat (AK rəhbər sənədindən)  
1. Plan və ya proqramın 
əhalinin sağlamlığı daxil 
olmaqla, ekoloji amillərin 
nəzərə alınması, xüsusən də 
davamlı inkişafa yardım 
baxımından aktuallığı. 
Ətraf mühitə təsir potensialı böyük olan plan və ya proqram SEQ üçün 
güclü namizəd hesab olunur. SEQ həmçinin plan və ya proqramın 
davamlı inkişafa töhfəsini yaxşılaşdıra bilər (bənd 3.53–3.54) 
 
2. Plan və ya proqramın 
məkan, xarakter, miqyas, 
fəaliyyət 
şərtləri, yaxud 
vəsaitin ayrılması baxımından 
başqa layihələr və ya 
fəaliyyətlər üçün zəmin 
yaratma dərəcəsi. 
Plan və ya proqram çərçivəni nə  qədər dəqiq müəyyən edərsə, onun 
strateji ekoloji qiymətləndirmə  tələb ehtimalı bir o qədər yüksəkdir. 
Qanunvericiliyə  əsasən icrası icbari olan plan və ya proqramlar 
qanunvericiliklə müəyyən edilməmiş plan və ya proqramlara nisbətən 
daha mütləq səciyyəli zəmin yarada bilərlər. Yeganə  məqsədi gələcək 
layihələr üçün zəmin yaratmaq olan plan və ya proqramlar da güclü özül 
yarada bilərlər. (bənd 3.51) 
3. Plan və ya proqramın digər 
plan və proqramlara təsir 
dərəcəsi, o cümlədən ierarxiya 
qaydasında nəzərdə tutulan 
plan və ya proqram ətraf 
mühitə qarşı  mənfi təsirlərin 
azaldılmasına hansı töhfəni 
verə bilər?  
 
Əgər hər hansı plan və ya proqram digər plan və ya proqrama güclü təsir 
göstərirsə, onun ətraf mühitə  təsiri daha geniş (yaxud daha dərin) 
səciyyəli ola bilər. İyerarxiyanın daha yüksək pilləsində dayanan plan və 
ya proqramlar daha aşağı və detallaşdırılmış səviyyədə dayanan plan və 
proqramlara təsir edə bilərlər. Birbaşa başqa plan və ya proqramlar 
vasitəsi ilə  həyata keçirilməli olan və icrası icbari olan plan və ya 
proqramlar gərək ki, güclü təsirə malik olacaqlar. Lakin hər bir konkret 
halda müxtəlif plan və proqramlar arasında  əlaqəlilik ehtiyatla nəzərə 
alınmalıdır. (para. 3.52) 
4. Plan və ya proqrama 
müvafiq ekoloji, o cümlədən 
sağlamlıq problemləri. 
 
Burada plan və ya proqramın ekoloji problemləri törətdiyi, yaxud 
gücləndirdiyi, ekoloji problemlərlə  əlaqədar məhdudlaşdırıldığı, yaxud 
hər hansı yolla onların təsirinə məruz qaldığı, yaxud bu təsirlərin aradan 
qaldırılmasına, nəticələrinin yüngülləşdirilməsinə yardım etdiyi hallar 
nəzərdə tutulur. Hər halda sözügedən plan və ya proqrama aidiyyəti olan 
ekoloji problemlərin mahiyyəti və ağırlıq dərəcəsi müəyyən edilməlidir 
(bənd 3.55) 
5. Ekoloji nəticələrin baş 
vermə ehtimalı, davamlılıq, 
dövrilik, ləğv edilə bilmə 
dərəcəsi, miqyas, əhatə edilən 
ərazi kimi xüsusiyyətləri 
(məsələn, təsirə  məruz qalan 
coğrafi rayonun sahəsi, yaxud 
təsirə  məruz qalan əhalinin 
sayı). 6. Əhalinin sağlamlığı 
daxil olmaqla ətraf mühit üçün 
mövcud risklər  
7. Təsirlərin transsərhəd 
mahiyyəti. 
 8. Plan və ya proqramın milli 
və ya beynəlxalq səviyyədə 
mühafizə statusuna malik olan 
landşaftlar daxil olmaqla, 
əhəmiyyətli və 
həssas 
ərazilərə təsir dərəcəsi. 
 
Çoxsaylı qeyri-müəyyənliklər mövcuddur, yetərsiz və ya çatışmayan 
məlumat və qeyri-adekvat məlumatlar isə əhəmiyyətli təsirlərin ehtimal 
olunması ilə bağlı qərarın qəbulu prosesini mürəkkəbləşdirə bilər. Hətta 
belə hallarda təsirlərin təqribi qiymətləndirməsinin mümkün olduğu 
güman edilir. (bənd 3.57) 
 
Ehtimal olunan təsirlərin mahiyyəti və xüsusiyyətləri onların nəzərdən 
keçirildikləri kontekst daxilindəki  əhəmiyyətinə  təsir edir, məsələn, 
təsirlərin baş vermə tezliyi (təsadüfi səbəb) və ya ehtimalı çox kiçikdir, 
yoxsa sistemli səciyyə daşıyır? Bundan əlavə, təsirlər nə  qədər 
mürəkkəb olarsa (məsələn, qarşılıqlı surətdə güclənirsə, yaxud toplanıb 
böyüyürsə), geniş yayılarsa, yaxud ağır nəticələrə malik olarsa, onların 
"əhəmiyyətli təsir" kimi nəzərə alınmasının zəruri olması ehtimalı bir o 
qədər artır. (bənd 3.58) 
 
Plan və ya proqramın təsirinə  məruz qalacağı ehtimal olunan ərazi də 
eyni dərəcədə vacibdir. Yalnız qorunma statusu olan ərazilər diqqət 
tələb etmir. Təsirlərə  məruz qalacağı ehtimal edilən  ərazinin xüsusi 
əhəmiyyəti və ya həssaslığı, onun "əhəmiyyətli" kimi nəzərdən 
keçirilməli olduğunu göstərə bilər (bənd 3.59) 
 

 
 
61 
 
  
A3.4 MÜMKÜN PRAKTİKİ TƏDBİRLƏR 
Nəticələrin ictimaiyyətə açıqlanması 
55.  Əhəmiyyətli təsirlərin müəyyən edilməsi prosesinin nəticələrinin hər hansı açıqlanması 
zamanı plan və ya proqramın (yaxud onların tipinin) ayrı-ayrı  əhəmiyyətlilik meyarlarına 
müvafiq qiymətləndirmə nəticələrinin bəyan edilməsi faydalı ola bilər.  
 56. Protokol bu məlumatı "ictimai bildirişlər və ya elektron mətbuat daxil olmaqla digər 
müvafiq üsullarla" ictimaiyyətə açıqlamağı təklif edir. Geniş ictimaiyyətin bu məlumatla təmin 
edilməsi üçün zəruri tədbirlər görülməlidir. 
Plan və proqramların tiplərinin siyahısı 
57. Protokolun tələbləri arasında olmasa da, dövlətlər öz mülahizələrinə əsasən SEQ tələb edən 
olan və ya proqram tiplərinin siyahısını hazırlaya bilərlər, məsələn, SEQ-in mütləq qaydada tələb 
olunduğu tipləri müəyyən etməklə yaxud təxmini siyahı təmin etməklə. Əgər plan və ya proqram 
plan və ya proqram növlərinin müsbət (və ya başqa) siyahısında aydın müəyyən edilirsə, plan və 
ya proqram üçün SEQ-in tələb olunub-olunmadığının müəyyən edilməsinə ehtiyac qalmır.  
58. Məsələn, hər zaman strateji ekoloji qiymətləndirmənin aparılmasını  tələb edən plan və ya 
proqram növlərini müəyyən edən müsbət siyahı hazırlana bilər. Belə plan və proqramlara dövri 
qaydada təkrar nəzərdən keçirilən (bəzi ölkələrdə müxtəlif dövlət səviyyələrinsə hazırlanan) 
torpaqdan istifadə planları, tullantıların idarə edilməsi planı  və  nəqliyyat infrastrukturu üzər 
proqram misal ola bilər.  
59. Müsbət siyahıdan əlavə, zəruri olduqca, əhəmiyyətli təsirlərin də müəyyən edilməsi (maddə 
5) daxil olmaqla, hər zaman ayrıca (maddə 4) nəzərdən keçirilməli olan plan və ya proqram 
növlərini müəyyən edən ixtiyari siyahı də tərtib oluna bilər. 5).  
60. Mənfi siyahıların hazırlanması  və istifadəsi zamanı ekoloji cəhətdən həssas  ərazilərə  təsir 
edən, yaxud potensial baxımdan əhəmiyyətli nəticələrə səbəb ola biləcək plan cə ya proqramın 
səhvən strateji ekoloji qiymətləndirmədən azad edilməməsi üçün tədbirlər görülməlidir.  
61. Səciyyəvi olaraq dövlət və ya başqa orqanlar SEQ zərurətini müəyyən etmək məqsədi ilə adi 
plan və proqramlar üçün Protokolun 4-cü maddəsindən (tətbiq dairəsi) istifadə etməklə növlərin 
bir və ya daha artıq siyahısını hazırlaya bilirlər. Növlərin siyahısı yolgöstərici təlimat kimi 
paylaşdırıla, yaxud milli qanun və ya normativ aktlara daxil edilə bilər. Plan və proqramların 
tiplərinin ilkin siyahısını hazırlayan zaman tərəflər ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə 
konsultasiyaların aparılmasını  təmin etməlidirlər. Onlar həmçinin ictimaiyyətlə  məsləhətləşə 
bilərlər, lakin bu Protokolda açıq şəkildə tələb olunmur. Hər halda bir çox Tərəflər təklif olunan 
milli rəhbər sənəd, qanun və ya normativ aktla əlaqədar konsultasiyaların keçirilməsini tələb edə 
bilərlər. 
 
 
 

 
 
62 
 
 
Fəsil A4 
 
PLAN VƏ PROQRAMLARIN STRATEJİ EKOLOJİ 
QİYMƏTLƏNDİRMƏSİ 
 
 

 
 
63 
 
 A4.1 FƏSLƏ GİRİŞ 
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1. 1.  
1. Bu fəsildə  zəruri olduqda, A2.2 bölməsində göstərildiyi kimi plan və ya proqramın 
hazırlanması prosesinə inteqrasiya edilməli olan SEQ elementləri təsvir edilir. 

 
Əhatə dairəsinin müəyyən edilməsi və ətraf mühitin mühafizəsi haqqında hesabat (bölmə 
A4.2).  

 
İctimaiyyətin iştirakı (bölmə A4.3).  

 
Dövlət orqanları ilə konsultasiya (bölmə A4.4).  

 
Transsərhəd konsultasiyalar (bölmə A4.5).  

 
Qərar (bölmə A4.6). 

 
Monitorinq (bölmə A4.7). 
 2. Hər bir element üçün hüquqi öhdəliklər və mümkün praktiki mülahizələr göstərilir. 
 

 
 
64 
 
  
A4.2  ƏHATƏ DAİRƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ  VƏ  ƏTRAF MÜHİTİN 
MÜHAFİZƏSİ HAQQINDA HESABAT 
3. Bu bölmə qiymətləndirmənin  əhatə dairəsinin müəyyən edilməsinə (maddə 6) və Protokola 
əsasən yerinə yetirilən SEQ prosesində  ətraf mühitin mühafizəsi haqqında hesabatın 
hazırlanmasına həsr olunur. Bu iki müddəaya birlikdə  nəzər salınır, lakin ölkələr onların SEQ 
prosesinin ayrıca mərhələləri kimi yerinə yetirilməsinə üstünlük verə bilərlər. 
4. Bu bölmədə müvafiq hüquqi öhdəliklərin icmalından  əlavə, alternativlərin və digər praktiki 
mülahizələrin nəzərə alınması üçün tövsiyələrə yer verilir. 
 
A4.2.1 Hüquqi öhdəliklər 
5.  Əhatə dairəsinin müəyyən edilməsi (maddə 6) plan və proqramların strateji ekoloji 
qiymətləndirməsi prosesinin ilk elementidir. (SEQ Direktivində müvafiq müddəalar 5.4-cü 
maddədir.)  
6. "Əhatə dairəsi müəyyən edilməsi” dedikdə, qiymətləndirmə çərçivəsində nəzərdən keçirilməli 
olan bir sıra suallar, eləcə  də bu sualların nə  qədər dərindən və ya hansı  səviyyədə  nəzərdən 
keçirilməli olduğu nəzərdə tutulur. Beləliklə qiymətləndirmənin  əhatə dairəsinin müəyyən 
edilməsinin məqsədi  ətraf mühitin mühafizəsi haqqında hesabatında diqqətin  əhəmiyyətli 
məsələlər üzərində lazımınca cəmlənməsini və əhəmiyyətsiz problemlərə aid izafi məlumatlarla 
yüklənməməsini təmin etməkdir. «Əhəmiyyətsiz təsirlərə və məsələlərə aid, qiymətləndirmənin 
birbaşa vəzifəsi ilə  əlaqədar olmayan izafi məlumatlar hesabatın məzmunun mənimsənilməsini 
çətinləşdirir və doğrudan da əhəmiyyətli məsələlərə yetərincə diqqətin ayrılmamağına gətirib 
çıxara bilir» (AK rəhbər sənədi, § ). 5.19). 
7. Qiymətləndirmənin  əhatə dairəsi müəyyən edilən zamanı  ətraf mühiti mühafizə  və  səhiyyə 
orqanları ilə konsultasiya aparılmalıdır (maddə 6.2) və ictimaiyyətə  iştirak imkan verilməlidir 
(maddə 6.3). 
8. Ətraf mühitin mühafizəsi haqqında hesabata daxil ediləcək məlumat əhəmiyyətli (maddə 6.1) 
və 7.2-ci maddədə sıralanan meyarlara müvafiq olmalıdır (Sonuncu iki meyar SEQ Direktivinə 
daxil deyil) (bax: aşağı).  
9. SEQ prosesinin ikinci elementi SEQ-in tələn olunduğu plan və ya proqram üçün ətraf mühitin 
mühafizəsi haqqında hesabatın hazırlanmasıdır (maddə 7). (SEQ Direktivində müvafiq 
müddəalar 2 (c), 5.1, 5.2, 5.3 və 12.2-cü maddələrdir.) 
10. Aşağıdakı  fəsildə müzakirə edildiyi kimi, bu elementə dövrlər orqanları ilə konsultasiya, 
ictimaiyyətin iştirakı, ehtimal ki, transsərhəd bildirişlər və konsultasiyalar daxildir. 
 11.  Ətraf mühitin mühafizəsi haqqında hesabat plan və ya proqramın və onların rasional 
alternativlərinin icrasının ehtimal olunan mühüm ekoloji nəticələrini müəyyənləşdirməli, təsvir 
etməli və qiymətləndirməlidir (maddə 7.2). Hazırlanan sənəd plan və ya proqram haqqında 

 
 
65 
 
qərarın qəbulu zamanı istifadə olunacaq (bax: Bölmə A4.6); hesabat həmçinin plan və ya 
proqramın realizasiyasının monitorinqi ilə bağlı tədbirləri təsvir etməlidir (Bölmə A4.7). 
 12. Hesabatın məzmunu əhatə dairəsinin müəyyən edilməsi prosesinin nəticələrini əks etdirməli 
(maddə 6), lakin Protokolun IV Əlavəsində verilən siyahıya  əsaslanması (SEQ Direktivində 
müvafiq müddəaları I Əlavədə tapmaq olar) və müəyyən edilmiş dörd meyarı nəzərə almalıdır 
(maddə 7.2). 
 13.  Nəhayət,  ətraf mühitin mühafizəsi haqqında hesabat Protokolun tələblərinə cavab vermək 
üçün yetərli keyfiyyətdə olmalıdır (maddə 7.3). 
A4.2.2 Alternativlər 
14.  Ətraf mühitin mühafizəsi haqqında hesabatın mühüm xüsusiyyətlərindən biri də budur ki, 
hesabatda plan və ya proqramın layihəsi və onların məqsədəuyğun alternativlərinə eyni diqqət 
ayrılmalıdır. Bu bölmə belə alternativlərlə əlaqədar mümkün praktiki mülahizələri araşdırır SEQ 
üzrə əlavə vəsait Digər mümkün praktiki mülahizələr aşağıda 4.2.3-cü bölmədə müzakirə edilir.  
15. Plan və proqramların hazırlanması prosesinə adətən aşağıdakı variantların nəzərə alınması 
daxil olur (bax: şəkil A4.1):  

 
Plan və ya proqram tərəfindən izlənməsi olan xüsusi məqsədlər (Protokol terminlərində 
"əsas məqsədlər") və prioritetlər. Bir qayda olaraq, belə variantlar inkişaf tələblərinin 
ödənməsinə, eləcə  də arzu edilən inkişafın ümumi istiqamətlərinə (məsələn, inkişaf 
ssenarisi) bu və ya digər yanaşmanı təklif edir.  

 
Plan və ya proqramın razılaşdırılmış  məqsədləri və prioritetlərinin icrasında yönəlmiş 
fəaliyyətlər. Bu variantlar məqsədlərin müxtəlif texnoloji həll yolları (məsələn, istifadə 
olunan texnologiyalar, istehsal prosesləri, çatdırılma üsulları), təklif olunan fəaliyyətinin 
yerinə yetirilməsi üçün fərqli yerlər, yaxud fəaliyyətlərin ardıcıllığının dəyişdirilməsini 
təklif edə bilər. T 

 
Təklif olunan fəaliyyətin yerinə yetirilməsi üçün alternativ şərtlər. Bu variantlar təklif 
edilən plan və ya proqramın planlaşdırılan müsbət təsirlərinin maksimuma 
çatdırılmasının, mənfi təsirlərinin isə minimum səviyyəyə endirilməsinin təmin olunması 
məqsədi ilə görülməli olan tədbirləri müəyyən edir. Bu şərtlər, məsələn təklif edilən 
fəaliyyət haqqında qərarların qəbulu meyarlarında, bu plan və ya proqramdan törəyən 
gələcək planların, proqram və ya layihələrində sonrakı ekoloji qiymətləndirmələri üçün 
hazırlanan texniki tapşırıq layihələrində əksini tapa bilər. 
 16. Konkret bir plan və ya proqramın hazırlanması  çərçivəsində  nəzərə alınan bütün 
alternativlərin məhz həmin proses daxilində yaranmış olması mütləq deyil. Plan və ya proqram, 
məsələn, daha yüksək səviyyəli plan, proqram və ya siyasətlərdə müəyyən edilmiş  məqsəd və 
prioritetləri qəbul edə bilər. O həmçinin plan və ya proqramın hazırlanması prosesindən  əvvəl 
əlaqədar araşdırma zamanı hazırlanmış variantları daha da inkişaf etdirə bilər (məsələn, ardıcıl 
planlar arasında hazırlanmış  və  rəsmi surətdə yalnız növbəti planlaşdırma dövründə  nəzərdən 
keçirilən ssenarilər). Belə halların meydana gəlib-gəmləməsindən asılı olmayaraq, SEQ bütöv 
plan və ya proqramın təsirlərini qiymətləndirməli (başqa sözlə, onun məqsədlərini, bu 

 
 
66 
 
məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş  tədbirlərini və  həyata keçirilmə  şərtlərini), 
beləliklə plan və ya proqramın ekoloji nəticələri haqqında tam təsəvvür yaratmalıdır.  
17. Mənşələrindən asılı olmayaraq, bütün bu alternativlər aşağıdakı xüsusiyyətləri əsasənda təhlil 
edilə və qarşılıqlı surətdə müqayisə edilə bilərlər:  

 
Plan və ya proqramın müvafiq məqsədlərinin həyata keçirilməsinə yardım. 

 
Onların xüsusi təsirləri.  
18. SEQ plan və ya proqramın hazırlanması prosesinin aşağıdakı əsas elementləri çərçivəsində 
alternativlərin hazırlanmasına və müqayisəli qiymətləndirməsinə praktiki töhfə verə bilər:  

 
Plan və ya proqramın kontekst və məqsədlərinin aydınlaşdırılması  

 
Gələcək inkişaf üçün alternativ ssenarilərin hazırlanması.  

 
Plan və ya proqramın məqsədlərinin həyata keçirilməsinin alternativ yollarının müəyyən 
edilməsi. 

 
Mənfi təsirlərin qarşısının alınması, nəticələrinin yüngülləşdirilməsi və ya 
kompensasiyası üçün alternativ tədbirlərin müqayisəsi. 

 
 
67 
 
 Şəkil A4.1 Plan və ya proqramın hazırlanması prosesində nəzərə alına biləcək alyernativ 
variantlar 
 
 
19. Protokol təklif olan plan, yaxud proqramın, eləcə  də alternativ variantların 
qiymətləndirilməsinə münasibətdə eyni tələbləri irəli sürür – ətraf mühitin mühafizəsi haqqında 
hesabat rasional variantları tam şəkildə  işıqlandırmalıdır. Buna görə  də qiymətləndirmə 
predmetinin azsaylı ikinci dərəcəli alternativlərin  əlavə edildiyi, üstünlük verilən plan və ya 
proqramların deyil, bərabər hüquqlu variantlar toplusunun olduğunu nəzərə alaraq, bütün 
alternativlərə  bərabər yanaşmaq təklif olunur. Hazırlanma prosesində plan və ya proqram 
aşağıdakı kimi inkişaf edə bilər:  
(1) İlkin alternativlər komplekti (əhatə dairəsinin müəyyən edilməsi zamanı hazırlana bilər)  
(2) Seçim və təkrar nəzərdən keçirilmə –üstünlük verilən alternativlərin seçilməsi 
 (3) Təsdiq — yekun plan və ya proqramın seçilməsi. 
20. Buna görə  də artıq qiymətləndirmənin  əhatə dairəsi müəyyən edilməsi mərhələsində 
alternativlərin nəzərə alınmasına başlamaq tövsiyə olunur. 
 
21. AK rəhbər sənədində qeyd edilir ki, "SEQ Direktivi Ətraf Mühitə  Təsirlərin 
Qiymətləndirilməsi haqqında Direktivə nisbətən daha diqqətli qiymətləndirmə (alternativlərin) 
tələb edir (§ 5.6). AK rəhbər sənədinə əsaslanan əlavə tövsiyələr Haşiyə A4.1-də göstərilir. 
 
Plan və ya proqramın alternativ 
məqsəd və prioritetləri (məsələn,
inkişaf tələblərinin ödənməsinə yanaşma)
Alternativ fəaliyyətlər (vasitələr, 
məkanlar, vaxt və ya ardıcıllıq)
Alternativ icra şərtləri (müsbət təsirlərin artırılması və 
mənfi təsirlərin azaldılması tədbirləri) 

 
 
68 
 
  
Haşiyə A4.1: SEQ prosesində alternativlərin nəzərə alınması 
 
Protokol həm plan və ya proqramın layihəsində təklif olunan , həm də alternativ variantlara eyni 
diqqəti ayrılmasını tələb edir. AK rəhbər sənədində deyilir, «əsas odur ki, təklif olunan plan və 
ya proqram variantlarının, eləcə də alternativ variantların əhəmiyyətli nəticələri müəyyən edilsin, 
təsvir olunsun və müqayisəli  şəkildə qiymətləndirilsin» (§ 5.12). Daha sonra AK rəhbər 
sənədində qeyd edilir: "plan və ya proqramın təsdiqinə görə  məsuliyyət daşıyan orqan və ya 
parlamentə, eləcə  də konsultasiyalara cəlb olunmuş orqanlara və ictimaiyyətə mövcud rasional 
alternativlər və onlara nə üçün üstünlük verilmədiyi barədə  səhih məlumat verilməlidir. 
Beləliklə, seçilmiş  hər bir alternativ üçün [Əlavədə] istinad edilən məlumatlar təmin 
edilməlidir". 
 
 Protokolda  (və ya Direktivdə) "alternativ" terminin tərifi verilmir. Müxtəlif kateqoriyalı 
alternativlər nəzərə alına bilər: 
 

 
İlkin təklif edilən varianta alternativ, yəqin ki, eyni məqsədlərin həyata keçirilməsinə 
yönəlmiş plan və ya proqram;  

 
Plan və ya proqramın ayrı-ayrı elementlərinin yenə  də ehtimal ki, eyni məqsədlərin 
yerinə yetirilməsinə yönəlmiş variantları.  
 
Alternativ növlərinə  həmçinin alternativ ərazilər, torpaq istifadəsi rejimləri, inkişaf yolları, 
texnologiyalar, vaxt qrafikləri hətta müxtəlif məqsədlər daxil ola bilər. 
 
 Hansı alternativlərin daha məqsədəuyğun olduğu haqqında qərar qəbulu zamanı müxtəlif 
məhdudiyyətlər nəzərə alına bilər: coğrafi, maliyyə, yaxud məqsədlərlə bağlı (məsələn, plan və 
ya proqramın qəbul edilmiş  məqsədlərinə uyğun gəlməyən variant məqsədəuyğun variant kimi 
qəbul edilə bilməz. Alternativlər reallığa uyğun olmalıdır: "təklif olunan variantının daha uyğun 
hesab edilməsi məqsədi ilə daha ağır nəticələrə  gətirilib çıxaracaq variantların bilərəkdən 
alternativ kimi seçilməsi bu bəndim məqsədinə müvafiq deyil. Bundan başqa, reallığın düzgün 
əks etdirilməsi üçün alternativlər həm hüquqi, həm də coğrafi  ərazi baxımından aidiyyəti olan 
orqanın səlahiyyət dairəsinə aid olmalıdır" (§ . 5.14). 
 
 
 
 
A4.2.3 Digər mümkün praktiki mülahizələr 
Əhatə dairəsinin müəyyən edilməsinə  və  ətraf mühitin mühafizəsi haqqında hesabatın 
hazırlanmasına görə məsuliyyət 
22. Protokol plan və ya proqramın hazırlanmasına görə  məhz kimin məsuliyyət daşıdığını 
müəyyən etmir - bu konkret sənədin xüsusiyyətlərindən və hansı inzibati səviyyəyə aid 
olmasından asılıdır.  Ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanmasına və SEQ-in 
əvvəlki mərhələlərinin ( qiymətləndirmənin zəruri olub-olmamağı  məsələsinin araşdırılması, 
əhatə dairəsinin müəyyən edilməsi icrasında görə məsul " bir çox hallarda plan və ya proqramın 
hazırlanmasına görə məsul hüquqi və ya fiziki şəxs ola bilər" (AK rəhbər sənədi, § 5.8), lakin bu, 
milli qanunvericilik səviyyəsində müəyyən edilə bilər. 

 
 
69 
 
 
Əhatə dairəsinin müəyyən edilməsi və ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması 
üçün təklif edilən addımlar 
23. AK rəhbər sənədində qeyd edildiyi kimi, ətraf mühitin mühafizəsi haqqında hesabat ekoloji 
amillərin plan və ya proqramların hazırlanması  və  təsdiqi prosesinə inteqrasiyası üçün vacib 
vasitədir, belə ki, hesabatın hazırlanması  ətraf mühit üçün mühüm nəticələrin aşkara 
çıxarılmasını, təsvirini, qiymətləndirilməsini və  nəzərə alınmasını  təmin edir. Ətraf mühitin 
mühafizəsi haqqında hesabatın hazırlanması  və ekoloji amillərin plan və proqramların 
hazırlanması prosesinə inteqrasiyası davamlı inkişaf prinsiplərinə daha yaxşı cavab verən 
qərarların qəbuluna kömək edən iterativ prosesdir. (§ 5.2 5.2). (Direktivin 4.1-ci maddəsinə 
uyğun olaraq) AK rəhbər sənədi prosesin iterativ mahiyyətini belə müəyyən edir. 
 24. SEQ protokolu açıq  şəkildə prosesin iterativ mahiyyətinə  işarə etmir və  ətraf mühitin 
mühafizəsi haqqında hesabatın ilkin layihəsini hazırlanmasını tələb etmir, lakin zəruri olduqda, 
hesabatın hazırlanmasının əvvəlki mərhələlərə, yaxud tapşırıqlar qayıtmağa imkan verən iterativ 
proses kimi təşkil edilməsi tövsiyə edilir: 
Addım 1. Əhatə dairəsinin müəyyən edilməsi  
Addım 2. Kontekst və ilkin məlumatların təhlili   
 Addım 3. Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 
 Addım 4. Ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması  
Addım 5. Konsultasiya. 
25. Təklif edilən bu addımlar aşağıda daha ətraflı izah olunur. İzah zamanı  məcburi qüvvəyə 
malik, Protokolun tələblərinin ödənməsi məqsədi ilə strateji ekoloji qiymətləndirmənin bu və ya 
digər mərhələsində həyata keçirilməli olan metodoloji və prosedur tapşırıqlar, qabaqcıl təcrübəni 
təşviq edən əlavə (məcburi olmayan) vəzifələrlə birlikdə müəyyən edilir. Metodoloji tapşırıqların 
yerinə yetirilməsinin nəticəsi IV Əlavənin tələblərinə uyğun olaraq ətraf mühitin mühafizəsi 
haqqında hesabatın hazırlanması üçün məlumatların hazırlanması  və  təmin edilməsi olmalıdır. 
Metodologiya və prosedurla bağlı vəzifələr SEQ prosesi daxilində və sırf göstərilən addımda tam 
məcburi səciyyə daşımırlar. Yerinə yetirilməli olan vəzifələrin ardıcıllığı tövsiyə səciyyəlidir və 
yuxarıda qeyd edildiyi kimi, böyük ehtimalla prosesin dövri xarakterli olacağı gözlənilir, 
məsələn  əhatə dairəsinin müəyyən edilməsi  ətraf mühitin mühafizəsi haqqında hesabatın 
hazırlanması müddətində davam edə bilər. 
 26. Aşağıda təsvir edilən addımlar ictimaiyyətin iştirakı və dövlət orqanları ilə konsultasiyaların 
nə vaxt baş tutmalı olduğunu göstərir. Protokol həm aidiyyəti olan ictimaiyyət 
nümayəndələrinin, həm də dövlət orqanlarının  ətraf mühitin mühafizəsi hesabatı haqqında 
fikirlərini bildirmək imkanlarının olmasını tələb edir(maddə 8.1 və maddə 9.3), beləliklə, hesabat 
yekunlaşdırıldıqdan sonra, belə imkan yaradılmalıdır. Lakin, Protokol həmçinin "plan və 
proqramların  ətraf mühitə  təsirlərinin qiymətləndirilməsində ictimaiyyətin iştirakı üçün 
fürsətlərin, həllə variantlardan hər birinin seçilmək imkanı varkən, erkən, vaxtında və effektiv 
şəkildə təmin edilməsini tələb edir" (maddə 8.1, səlahiyyətli orqanlarla konsultasiyalar haqqında 
Zəruri olduqda, əvvəlki 
mərhələlərə qayıdın! 

 
 
70 
 
bənzər müddəa 9.3-cü maddədə  əksini tapır). Buna görə  də  bəzi hallarda hesabatın 
hazırlanmasının erkən mərhələlərində könüllü surətdə  əlavə  iştirak imkanlarının yaradılması 
faydalı ola bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
71 
 
 
Addım 1: Tətbiq dairəsinin müəyyən edilməsi 
Metodoloji tapşırıqlar
 
Prosedur vəzifələr
 
Əlavə, ixtiyari vəzifələr
 

 
Plan və ya proqramın 
məzmunun təsvir 
edilməsi (Əlavə IV, 
bənd. 1) 

 
Plan və ya proqramın 
əsas məqsədlərinin 
müəyyən edilməsi 
(Əlavə IV, bənd 1) 

 
Digər müvafiq plan və 
proqramların müəyyən 
olunması və onların 
təklif olunan plan və 
ya proqramla qarşılıqlı 
əlaqəsinin izah 
edilməsi (Əlavə IV, 
bənd 1) 

 
Plan və ya proqrama 
müvafiq ətraf mühit, o 
cümlədən əhalinin 
sağlamlığı məsələləri 
haqqında məlumatın 
toplanması (Əlavə IV, 
bənd. 4) 

 
Plan və ya proqrama 
müvafiq ətraf mühit, o 
cemlədən əhalinin 
sağlamlığı 
məsələlərinin müəyyən 
edilməsi (Əlavə IV, 
bənd. 5) 

 
Nəzərə alınan 
alternativlərin 
seçilməsi səbəblərinin 
təsviri (Əlavə IV, bənd 
8) 
 
 

 
Təklif olunan plan və 
ya proqramın 
məqsədləri ilə əlaqədar 
ətraf mühit 
məsələlərinin təhlili
 

 
Ətraf mühitin 
mühafizəsi haqqında 
hesabata daxil ediləcək 
məlumatlar barədə 
dövlət orqanları ilə 
konsultasiya (maddə 
6.2; həmçinin bax: 
bölmə A4.4) 

 
Ətraf mühitin 
mühafizəsi haqqında 
hesabata daxil ediləcək 
məlumatlar barədə 
dövlət orqanları ilə 
konsultasiya (maddə 
6.2; həmçinin bax: 
bölmə A4.4) 

 
Ətraf mühitin 
mühafizəsi haqqında 
hesabata daxil edilməli 
olan müvafiq 
məlumatların müəyyən 
olunması (maddə 7.1)
 
 

 
Müvafiq siyasətlərin 
müəyyən edilməsi və 
onların plan və ya 
proqramla qarşılıqlı 
əlaqəsinin izah 
edilməsi  

 
Qiymətləndirilməli 
olan mümkün təsirlərin 
müəyyən edilməsi  

 
Müvafiq qeyri-
hökumət təşkilatları 
(QHT-lər) daxil 
olmaqla, iştirak etməli 
olan aidiyəti 
ictimaiyyət 
nümayəndələrinin 
müəyyən edilməsi (5-
ci addıma qədər yerinə 
yetirilməlidir) 8.3; bax: 
bölmə A4.3) 

 
Zəruri olduqda, mənfi 
təsirə məruz qalmış 
Tərəflərin qeyri-rəsmi 
məlumatlandırılması 
və onlarla konsultasiya 
(bax: bölmə A4.5) 
 
 
 
27. Bu birinci addım əhatə dairəsinin müəyyən edilməsindən ibarətdir : ətraf mühitin mühafizəsi 
haqqında hesbaata daxil edilməli olan müvafiq məlumatların müəyyən edilməsi Yuxarıda qeyd 
edildiyi kimi, əhatə dairəsinin müəyyən edilməsi ya SEQ prosesinin ayrıca elementi, ya da ətraf 
mühitin mühafizəsi haqqında hesabatın hazırlanmasının birinci addımı hesab olunmalıdır. Bu 
bölmədə axırıncı yanaşma öz əksini tapır. Ehtimal ki, praktikada əhatə dairəsinin müəyyən 
eidlməsi və hesabatın hazırlanmasının iterativ prosesin bir hissəsi olacaq. 
 28. Əhatə dairəsinin müəyyən edilməsi zamanı həm də aşağıdakı sullara cavab verilməlidir:  

 
 
72 
 

 
Hansı coğrafi ərazilər əhatə olunmalıdır?  

 
Hansı ətraf mühit aspektləri (insan sağlamlığı, flora, fauna, biomüxtəliflik, torpaq və s.) 
araşdırılmalıdır?  

 
Hansı vaxt müddətləri əhatə olunmalıdır?  

 
Hansı metodlar (məlumatların toplanması, təsirlərin qiymətləndirilməsi, ictimaiyyətin 
iştirakı, dövlət orqanları ilə konsultasiya və s. üçün), hansı dəqiqliklə istifadə 
olunmalıdır?  

 
Məlumatla bağlı tələblər hansılardır?  

 
Hansı alternativlər nəzərə alınmalıdır?  
29. Yuxarıdakı sualların cavablandırıla bilməsi üçün əhatə dairəsinin müəyyən edilməsi zamanı 
həmçinin aşağıdakı suallara cavab verilməlidir (yuxarıdakı cədvəldə 1-ci addımda təsvir edildiyi 
kimi): 

 
Plan və ya proqramın əsas məqsədləri nələrdir? 

 
Hansı ekoloji məqsədlər plan və ya proqrama müvafiqdir və onların plan və ya proqramın 
məqsədləri ilə əlaqəsi nədən ibarətdir? 

 
Digər müvafiq plan və proqramlar hansılardır və onların təklif olunan plan və ya 
proqramla qarşılıqlı əlaqəsi nəzərdə ibarət ola bilər?  

 
Plan və ya proqramla əlaqəli ekoloji problemlər hansılardır?  
30. Nə Protokol, nə  də SEQ Direktivi strateji ekoloji qiymətləndirmənin xüsusi 
məqsədlərinin hazırlanmasını bir mənalı şəkildə tələb etmir, lakin hər iki sənəd ətraf mühitin 
mühafizəsi haqqında hesabata beynəlxalq, milli və digər səviyyələrdə müəyyən edilmiş 
məqsədlər, eləcə  də bu məqsədlərin plan və ya proqramın hazırlanması zamanı  nəzərə 
alınması haqqında məlumatın daxil edilməsini tələb edir. (Əlavə IV, bənd 5). 5). Bundan 
əlavə, təklif edilən tədbirlərin bu məqsədlərin həyata keçirilməsinə yardımının 
qiymətləndirilməsi də alternativlərin SEQ çərçivəsində tanınan müqayisə üsullarından biridir. 
Bu fəsildə  təsvir edilə SEQ prosesi qiymətləndirmə nöqteyi-nəzərindən vacib iki məqsəd 
növünün diqqətə alınmasını nəzərdə tutur:  

 
Plan və ya proqramın əsas məqsədləri.  

 
Plan və proqramlara aid ekoloji məqsədlər  
31. Aşağıda haşiyə A4.2 və  cədvəl A4.-də ekoloji məqsədlər və  əlaqədar konsepsiyalar 
müzakirə olunur. Bu, həmin məqsədlərin plan və ya proqramın məqsədləri ilə qarşılıqlı 
əlaqəsinin və uyğunluğunun araşdırılması üçün faydalı ola bilər. 
 32.  Fəsil A5-də qeyd edildiyi kimi, məqsədlərin müəyyən edilməsi və plan, yaxud 
proqramın ideyalarının hazırlanması üçün plan və ya proqramın hazırlanmasının erkən 
mərhələlərdə dövlət orqanlarının və ictimaiyyətin iştirakını  nəzərdə tutan müxtəlif 

 
 
73 
 
yanaşmalardan istifadə oluna bilər. Beləliklə, dövlət orqanları digər müvafiq plan və 
proqramlar,  ətraf mühitin vəziyyəti və bu vəziyyətin ehtimal olunan gələcək dinamikası, 
territoriya xüsusiyyətləri və problemlər, eləcə  də maraqlı  tərəflər (dövlət orqanları  və 
ictimaiyyət nümayəndələri) məlumatların toplanması üçün istiqamər verə bilərlər.  
33. Başqa hansı plan və proqramların məqsədəuyğun ola biləcəyinin və təklif olunan plan və 
ya proqramlar qarşılıqlı  əlaqələrinin nəzərə alınması zamanı plan və proqramların 
iyerarxiyasının araşdırması faydalı ola bilər (bax: aşağıda, sıralanma haqqında haşiyə A4.3).  
34. Əhatə dairəsinin müəyyən edilməsinə dövlət orqanları ilə konsultasiya (bax bölmə A4.4) 
və ixtiyari qaydada ictimaiyyətin iştirakı (bölmə A4.3) daxildir. Dövlət orqanları ilə qarşılıqlı 
fəaliyyət və ictimaiyyətin iştirakı üçün praktiki təlimata cari vəsaitin A5 fəslində yer verilir.  
35. Əhəmiyyətli transsərhəd təsirlərin ortaya çıxmaq ehtimalı varsa, prosesin sadələşdirilməsi 
üçün  əhatə dairəsinin müəyyən edilməsi zamanı qeyri-rəsmi transsərhəd konsultasiyaların 
başladılması  təklif olunur (bax:yarımbölmə A4.5.2). Əhatə dairəsinin müəyyən edilməsi 
zamanı belə konsultasiyalar aparılmadığı  təqdirə, daha sonrakı konsultasiyalar zamanı yeni 
məsələlərin ortaya çıxması və beləliklə, bu elementə təkrar qayıtmaq zərurətinin yaranması 
riski ortaya.  
36. Nəhayət, 1-ci addımda,  ətraf mühitin mühafizəsi haqqında hesabata daxil edilməli olan 
müvafiq məlumat müəyyən edilməlidir. Bölmənin  əvvəlində qeyd edildiyi kimi, Protokol 
məlumat siyahısı (Əlavə IV) və meyarları sırası (maddə 7.2) vasitəsi ilə aşağıdakı A4.2 və 
A4.3 cədvəllərində müzakirə edildiyi kimi, belə məlumatların müəyyən edilməsinə istiqamət 
verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
74 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin