Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


A4.3.2 Mümkün praktiki mülahizələr



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

A4.3.2 Mümkün praktiki mülahizələr 
70. Protokol çərçivəsində ictimaiyyətin ümumi hüquqları (maddə 3) yuxarıda qeyd edildiyi kimi 
Orxus Konvensiyasının müddəaları ilə oxşardır.  
71. Bundan əlavə, cari bölmədə Protokol tələblərinə uyğun ictimai iştirakla əlaqədar praktiki 
mülahizələr ictimaiyyət haqqında aşağıdakı dörd sual vasitəsi ilə araşdırılır: 

 
Onlar kimlərdir?  

 
Protokol çərçivəsindəki ümumi hüquqlar hansılardır? 

 
Məlumat onlar üçün məlumat necə təmin edilə bilər?  

 
Necə iştirak edə bilərlər? 
İctimaiyyət kimdir? 
72.  İctimaiyyət kimdir? Məqbul vaxt çərçivəsində plan yaxud proqramın,  ətraf mühitin 
mühafizəsi haqqında hesabatın layihəsi haqqında fikirlərini ifadə etmək imkanı  təmin edilməli 
olan aidiyyəti olan ictimaiyyət nümayəndələri kimlərdir (maddə 8.4)? “Aidiyyəti olan 
ictimaiyyət nümayəndələrinin” tərifi Protokolda olmasa da, Orxus Konvensiyasında müəyyən 
edilmişdir. Əlbəttə, aidiyyəti olan ictimaiyyət nümayəndələri konkret plandan asılı olaraq dəyişə 
bilər.  
73. Aidiyyəti olan ictimaiyyətin müəyyən edilməsi zamanı  aşağıdakı mümkün praktiki 
mülahizələr nəzərə alına bilər:  

 
Protokol müvafiq QHT-lər daxil olmaqla "aidiyyəti olan ictimaiyyət nümayəndələri"nin 
(seçilməsini deyil) müəyyən edilməsini tələb edir. 

 
 
94 
 

 
"İctimaiyyət"in Protokolda müəyyən edilən tərifi Orxus Konvensiyası və SEQ Direktivi 
ilə uyğun gəlsə  də, "assosiasiya, təşkilat və qruplara" açıq  şəkildə istinad etdiyinə görə 
Espo Konvensiyasında daxil edilmiş tərifdən fərqlənir.  

 
Bu tərif "bütün fiziki və hüquqi şəxslərə aiddir" (AK rəhbər sənədi, § 7.5). «Bir çox 
hallarda təşkilat, assosiasiya, yaxud fiziki və ya hüquqi şəxs qrupları özləri hüquqi 
kimliyə malik olmaqla, birbaşa bu tərifin əhatə dairəsinə daxil olurlar. Bu ifadə belə təfsir 
edilməlidir ki, hüquqi şəxs olmayan assosiasiyalar, təşkilatlar və qruplar (o cümlədən 
qeydiyyata alınmamış QHT-lər) milli qanunvericiliyə uyğun olduğu təqdirdə, 
ictimaiyyətə aid edilə bilərlər” (AK rəhbər sənədi § 7.6). 

 
Protokolda müəyyən edilir ki, "aidiyyəti olan ictimaiyyət nümayəndələrinə məqbul vaxt 
çərçivəsində plan, yaxud proqramın və  ətraf mühitin mühafizəsi haqqında hesabatları 
barədə öz fikirlərini bildirmək üçün imkan yaradılmalıdır". Bununla belə, "aidiyyəti olan 
ictimaiyyət nümayəndələri" ifadəsinin özünə (QHT-lərin də bura daxil ola biləcəyi istisna 
olmaqla) heç bir tərif verilmir. Orxus Konvensiyası "aidiyyəti olan ictimaiyyət 
nümayəndələri"nə belə  tərif verir: "ətraf mühitin mühafizəsi ilə  qərar qəbulu prosesin 
mənfi təsirinə  məruz qala biləcək və ya məruz qalan, yaxud bu prosesdə marağı olan 
ictimaiyyət nümayəndələri; bu tərəfin məqsədləri çərçivəsində ətraf mühitin mühafizəsini 
təbliğ edən və milli qanunvericiliyin tələblərinə cavab verən qeyri-hökumət təşkilatları 
maraqlı  tərəf hesab olunmalıdırlar" (maddə 2.5). "Aidiyyəti olan ictimaiyyət" 
terminindən istifadə etməsə də, SEQ Direktivi Orxus Konvensiyasının tərifinə riayət edir.  

 
Tərəflər Protokolun məqsədlərinin həyata keçirilməsi məqsədi ilə bu tərifdən istifadə 
etməyi seçə bilərlər. Həmçinin AK rəhbər sənədinin aşağıdakı müddəaları faydalı ola 
bilər: «Qərarın qəbulu prosesinin təsir etdiyi və ya təsir edə biləcəyi, yaxud bu [hüquqi 
alətin] tətbiq dairəsinə aid qəbulu prosesində maraqlı olan ictimaiyyət ümumilikdə 
ictimaiyyətin altqrupu hesab oluna bilər... Bu müddəa [Dövlətlərdən] plan yaxud 
proqram, eləcə də ətraf mühitin mühafizəsi haqqında hesabat barədə fikirlərini bildirməyə 
imkan yaratmaq məqsədi ilə ictimaiyyətin bu alt qrupunu müəyyən etməyi tələb edir... 
Müəyyən edilmiş ictimaiyyət nümayəndələri plan və ya proqramdan asılı olaraq dəyişə 
bilər. Bəzi hallarda, məsələn, ölkə əhəmiyyətli plan və ya proqramın qiymətləndirilməsi 
halında, ehtimal olunan qərarın təsirinə  məruz qalacağı gözlənilən, yaxud maraqlı 
ictimaiyyət nümayəndələr bütövlükdə ictimaiyyəti  əhatə edə bilər. Aidiyyəti olan 
ictimaiyyətin müəyyən edilməsi zamanı bu nəzərə alınmalıdır» (AK rəhbər sənədi, § 
7.16).  

 
Mahiyyət etibarilə müvafiq QHT-lər aidiyyəti olan ictimaiyyətin bir hissəsi hesab 
olunurlar. AK rəhbər sənədində qeyd edilir: "QHT-lər maraq dairələrinə görə bir-
birlərindən fərqlənə bilərlər". Onlardan bəziləri milli səviyyədə, bəziləri isə regional 
yaxud yerli səviyyədə, ya da təbiət və ya tullantılar kimi konkret məsələlərlə bağlı daha 
aktivdirlər. Müvafiq QHT-lərin müəyyən edilməsi zamanı ... Dövlətlər diqqətlərini 
sözügedən plan və ya proqramın mahiyyətinə  və  məzmununa, eləcə  də QHT-lərin 
maraqlarına yönəldə bilərlər. Əsas fəaliyyəti yerli problemlər üzərində cəmləşmiş QHT-
lər uzaq kəndləri  əhatə edən plan və ya proqramlara maraq göstərə bilərlər. Nəzərdən 
keçirilən plan və ya proqramın maraq dairələrinə daxil olduğunun güman edilməsi üçün 

 
 
95 
 
əsas varsa, belə QHT-lərə potensial maraqlı tərəf kimi baxılmalıdır (AK rəhbər sənədi § 
7.17). 
 74. Plan və ya proqramın mənfi və ya müsbət təsirinə məruz qala biləcək bütün əhali qruplarının 
nəzərə alınması və mənfi təsirə məruz qalacağı ehtimal edilən əhali qruplarının ictimaiyyətin 
iştirakı proseslərinə cəlb edilməsi vacibdir. Bu qruplara aşağı gəliri olan, əlilliyi olan, evsiz 
şəxslər qaçqınlar və s. kimi həssas qruplar daxil ola bilər. 
 
İctimaiyyətin ümumi hüquqları nədən ibarətdir? 
Hər bir Tərəf rəsmi şəxslərin və orqanların bu Protokolla əhatə olunmuş məsələlərlə əlaqədar 
olaraq ictimaiyyətə yardım və bələdçilik etməsinə çalışmalıdır (maddə 3.2). 
75. Rəsmi  şəxslər öz funksiyalarını ictimaiyyətin maraqları naminə yerinə yetirdiklərindən, 
onların məlumat, yardım və  dəstək təmin etməklə, ictimaiyyətin bu mexanizmlərdən daha fəal 
istifadə etməsinə töhfə verəcəyini gözləmək məntiqə uyğun olardı. "Təmin etməyə" çalışmaq 
ifadəsi öhdəliyi yumşaltmaq məqsədi ilə deyil, Tərəflərin rəsmi  şəxslər tərəfindən köməyə 
zəmanət verə bilməməyi səbəbindən istifadə edilə bilər, belə ki, hər bir konkret halda belə 
yardımın cəlb olunub-olunmayacağı subyektiv hallardan asılıdır. Buna görə  də bu ifadə belə 
təfsir oluna bilər: "Tərəflərdən rəsmi  şəxs və ya orqanlar tərəfindən göstərilən yardımın təmin 
edilməsi üçün qəti tədbirlər görmələrinin tələb edilməsi, başqa sözlə, Tərəflər belə yardım üçün 
vasitələr təmin etməli, rəsmi şəxslər və orqanları üçün bu yardımı göstərmək imkanı yaratmalı, 
eyni zamanda rəsmi təlimat və potensialın inkişaf etdirilməsi tədbirləri vasitəsi ilə rəsmi şəxsləri 
və orqanları bu işə  həvəsləndirməlidirlər
33
".  İctimaiyyətin SEQ prosesində  iştirakı bu prosesin 
dəyərini və legitimliyini müəyyən edən həlledici amildir. Bir çox dövlətlər ictimaiyyətin SEQ 
prosesinə cəlb edilməsində çətinlik çəkirlər, buna görə də "məlumatın təmin edilməsi, yardım və 
dəstəyin göstərilməsi"nə yönəlmiş cəhdlərin əhəmiyyətinə dırnaqarası baxılmamalıdır. 
76. Hər bir Tərəf Protokol kontekstində  ətraf mühitin, o cümlədən  əhalinin sağlamlığının 
mühafizəsini təbliğ edən assosiasiya, təşkilat və ya qrupları tanıyır və onlara lazımı  dəstəyi 
göstərir (maddə 3.3). 
77. Tərəflər qanuni assosiasiyaların təşkilatların və ya qrupların (məsələn, QHT-lərin) 
formalaşmasını təmin etməlidirlər. bəzi ölkələr belə qrupların qeydiyyatını tələb edir, bəziləri isə 
qeydiyyata alınmamış təşkilatları və maraq qruplarını açıq şəkildə tanıyırlar. "Dəstək" müxtəlif, 
o cümlədən birbaşa (məsələn, qrantlar) və dolayı (məsələn, vergi imtiyazları  və ya iştirak 
imtiyazları) üsullarla həyata keçirilə bilər. 
Hər bir Tərəf cari Protokolun müddəalarına uyğun olaraq öz hüquqlarından yararlanan 
şəxslərin öz fəaliyyətlərinə görə hər hansı formada cəzalandırılmamalını, təqib və ya təzyiqlərlə 
üzləşməməyini təmin etməlidir. Bu müddəa milli məhkəmələrin məhkəmə  çəkişmələri zamanı 
                                                      
33
 Bax: Orxus Konvensiyası: Konvesiyanın icrası üzrə rəhbər sənəd (Birləşmiş Millətlər Təşkilatının nəşri, Satış №. E.00.II.E.3), səh. 43; 
aşağıdakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/pp/acig.htm. 
 

 
 
96 
 
məntiqi cəhətdən məqbul məhkəmə  xərcləri müəyyən etmək səlahiyyətinə  xələl gətirməməlidir. 
(maddə 3.6). 
78. Bu müddəa, məhkəmə qaydasında müəyyən edilən sanksiyalar istisna olmaqla, SEQ 
prosesində ictimaiyyət nümayəndəsi kimi iştirak edən  şəxslərin cəzalandırılmasının qarşısının 
alınması üçün nəzərdə tutulmuşdur. 
Bu Protokolun müvafiq müddəaları çərçivəsində ictimaiyyət vətəndaşlıq, milli mənsubiyyət və ya 
rəsmi yaşayış yeri əlamətlərinə görə, hüquqi şəxslər isə qeydiyyata alındıqları yerə, yaxud faktiki 
fəaliyyət mərkəzlərindən dolayı ayrı-seçkiliyə məruz qalmadan öz hüquqlarını icra edə 
bilməlidirlər. (maddə 3.7). 
79. Müddəa vətəndaşlıq, milli mənsubiyyət və yaşayış yeri əlamətlərinə görə ayrı-seçkiliyin 
qarşısının alınması üçün nəzərdə tutulur. 
Məlumat ictimaiyyətə necə çatdırıla bilər? 
80. Məlumatın ictimaiyyət üçün əlçatan olmasının təmin edilməsi məlumatın yayılması və onun 
əldə edilməsinin asanlaşdırılması üçün zəruri tədbirlərin görülməsini tələb edə bilər, baxmayaraq 
ki, Protokolun məcburi tələbi yalnız məlumatın ictimaiyyət üçün əlçatan olmasından ibarətdir. 
Məlumatın effektiv yayılmasına ictimai bildiriş (məsələn qəzet vasitəsi ilə), eləcə  də  fərdi 
müraciətlər (məsələn, poçt göndərişləri) daxil ola bilər.  
81. Elektron vasitələrdən sənədlərin vaxtında ictimaiyyət üçün təmin edilməsi kimi istifadə açıq 
şəkildə təklif olunur. Lakin ictimaiyyətin iştirakı üçün effektiv imkanların yaradılması ehtiyacı 
nəzərə alınarsa, sənədlərin yalnız elektron media vasitəsi ilə təmin edilməsi qeyri-adekvat sayıla 
bilər, çünki bu zaman ictimaiyyətin mühüm seqmentləri, məsələn, yoxsullar, təcrid olunmuş 
əhali (ucqar ərazilərdə yaşayanlar), internetdən istifadə etməyən yaşlılar kənarda qala bilər. 
 82.  Məlumatın ictimaiyyətə çatdırılması  və yayılması metodları bu vəsaitin A5 fəslində  təsvir 
edilir. 
İctimaiyyət necə iştirak edə bilər? 
83. İctimaiyyətin iştirakının praktiki üsulları A5 fəslində ətraflı öyrənilir. Aşağıda Protokolun 
müvafiq müddəaları haqqında bəzi mümkün praktiki tövsiyələr təqdim olunur.  
84. Dövlətlər ictimaiyyətin müəyyən üzvlərinə ətraf mühitin mühafizəsi haqqında hesabat, eləcə 
də plan və ya proqramın layihəsi haqqında mövqe bildirmək imkanı verməlidirlər. İctimaiyyətin 
iştirakının səbəblərindən biri də plan və ya proqramla əlaqədar qərarların qəbuluna görə  məsul 
orqanların keyfiyyətli məlumatla təmin edilməsidir.  İctimaiyyətin iştirakı  bəzən plan və ya 
proqramda, müvafiq olaraq, onların ehtimal olunan mühüm təsirlərində  əsaslı  dəyişikliklərin 
əmələ  gəlməsinə  səbəb olan yeni məlumatları  aşkara çıxara bilər. Belə hallarda ətraf mühitin 
mühafizəsi haqqında hesabatın təkrar nəzərdən keçirilməsi zəruri ola bilər və gərə dəyişikliklərin 
miqyası  əsas verərsə, ictimaiyyətlə yeni konsultasiyalar aparılmalıdır (AK rəhbər sənədindən 
adaptasiya olunmuşdur, § 7.1).  

 
 
97 
 
85. Protokola əsasən, ictimaiyyət üçün iştirak imkanı "hələ variantlardan hər hansının seçilməsi 
mümkünkən" təmin edilməlidir, başqa sözlə, münasib variantlardan birinin qanunvericilik orqanı 
tərəfindən təsdiq olunmaq üçün seçilmədiyi mərhələdə.  
86. Plan və ya proqram layihəsi, eləcə də ətraf mühitin mühafizəsi haqqında hesabat ümumilikdə 
ictimaiyyət üçün əlçatan olur, lakin qərarın qəbulu zamanı yalnız aidiyyəti olan ictimaiyyət 
nümayəndələrinin fikirləri nəzərə alınmalıdır 
 87.  İctimaiyyətin iştirakı üçün vaxt çərçivələri iştirak üçün "erkən və effektiv imkanın 
yaradılması (maddə 8.1), eləcə də aidiyyəti olan ictimaiyyət nümayəndələri üçün "məqbul vaxt 
müddətində" (maddə 8.4) öz fikrini bildirmək imkanının təmin edilməsi tələbi nəzərə alınmaqla 
müəyyən edilməlidir.  Ətraf mühitə  təsirlərin qiymətləndirilməsi üzrə daxil və transsərhəd 
təcrübələr müddətin müəyyən edilməsində oriyentir kimi qəbul edilə bilər (AK rəhbər sənədi § 
7.9). İctimaiyyətin iştirakının vaxt çərçivəsini qanunvericiliklə möhkəmləndirmək, eləcə də hər 
bir plan və ya proqram növünə həm ətraf mühitin mühafizəsi haqqında hesabat, həm də plan və 
ya proqramın layihəsi barədə  rəylərin təqdim edilməsi üçün eyni müddətin ayrılmasını  təmin 
etmək tövsiyə olunur. SEQ Direktivində müəyyən edilir ki, konsultasiyalar zamanı plan və ya 
proqramın layihəsi  ətraf mühitin mühafizəsi haqqında hesabatla müşayiət olunmalıdır (maddə 
6.2), lakin Protokolda iki sənədin birlikdə təqdim edilməsi açıq şəkildə tələb edilmir. 
 88. Növünə və mürəkkəbliyinə görə fərqli plan və ya proqramlar üçün müxtəlif vaxt çərçivələri 
uyğun gələ bilər, lakin əhatəli, mürəkkəb, silsilə problemlərə toxunan, yaxud təsir dairəsi geniş 
olan plan və ya proqramlar haqqında mövqelərin lazımınca formalaşdırılması üçün ictimaiyyətə 
yetərli möhlətin verilməsinə diqqət yetirilməlidir. Dövlət orqanlarına plan və ya proqram 
haqqında qərar qəbulundan əvvəl bu fikirləri nəzərə almaq üçün yetərli vaxt verilməlidir. Bəzən 
ictimaiyət  əlavə  məlumat tələb edə bilər; bu halda iştirak prosesinin yekun vaxt çərçivəsi 
müəyyən edilən zaman səlahiyyətli orqanın sorğuya cavab verməsi üçün tələb olunan vaxt 
nəzərə alınmalıdır (AK rəhbər sənədindən adaptasiya, § 7.10). 
 89.  (A2  fəslində müzakirə edildiyi kimi) SEQ çərçivəsindəki ictimaiyyətin iştirakı prosesini, 
plan və ya proqramın hazırlanması çərçivəsindəki ictimai iştirakla birləşdirmək faydalı ola bilər. 
İctimaiyyətin iştirakı proseslərinin birləşdirilməsi plan və ya proqrama düzəliş edilməsi ilə bağlı 
mümkün təkliflərin vahid müzakirə  və  rəylərin bildirişməsi prosesi çərçivəsində  nəzərdən 
keçirilməsi üçün imkan yaradır. 
 
 
 
 

 
 
98 
 
A4.4 DÖVLƏT ORQANLARI İLƏ KONSULTASİYA 
90. Bu bölmədə Protokola uyğun SEQ prosesində  ətraf mühiti mühafizə, o cümlədən səhiyyət 
orqanları ilə konsultasiya araşdırılır (əsasən maddə 9). 
A4.4.1 Hüquqi öhdəliklər 
91. 9-cu maddə ətraf mühiti mühafizə və səhiyyə orqanlarının plan , yaxud proqramın layihəsi, 
ətraf mühitin mühafizəsi haqında hesabat barədə fikirlərini bildirmək imkanı ilə erkən, vaxtlı-
vaxtında və effektiv şəkildə təmin edilməsini tələb edir. 9.3). 
 92. Hansı ətraf mühiti mühafizə və səhiyyə orqanlarının konsultasiyalara cəlb edilməli olduğu 
müəyyən edilməli (maddə 9.1), eləcə də onların məlumatlandırılması və rəylərinin alınması üçün 
konkret tədbirlər hazırlanmalıdır (maddə 9.4). 9.4).  
93. Təbiətin mühafizəsi və səhiyyə orqanları ilə konsultasiya SEQ prosesinin bir sıra 
mərhələlərində həyata keçməlidir:  

 
SEQ-in zəruri olub-olunmadığı müəyyən edilən zaman tələb olunduqda, əsaslı təsirlərin 
müəyyən edilməsi (maddə 5.2) (bax: bölmə A3.2). 

 
Əhatə dairəsinin müəyyən edilməsi (maddə 6.2) (bax: bölmə A4.2). 

 
Ətraf mühitin mühafizəsi haqqında hesabat (maddə 9.3) (bax: bölmə A4.2). 
 94.  Aşağıdakı maddələrdə konsultasiyalarla əlaqədar  əlavə müddəalar mövcuddur: maddə 2.6 
(təriflər), 5.2 (ilkin qiymətləndirmə), 6.2 (əhatə dairəsinin müəyyən edilməsi), 10.4 (transsərhəd 
konsultasiyalar), 11 (qərar) və 12.2 (monitorinq). SEQ Direktivində Protokolun 9-ci maddəsinə 
alternativ  əsas müddəalar 6.1, 6.2, 6.3 və 6.5-ci maddələrdə öz əksini tapır. Preambulada və 
aşağıdakı maddələrdə konsultasiya ilə əlaqədar əlavə müddəalar mövcuddur: 2 (b), 3.6, 5.4, 7.2, 
8 və 9.1-ci maddə. 
A4.4.2 Mümkün praktiki mülahizələr 
95. Qanunvericilik tələblərinə uyğun olaraq effektiv konsultasiyaların təşkil olunması üçün 
aşağıdakı tövsiyələr faydalı ola bilər (Əlavə məlumat üçün bax: aşağıda Haşiyə A4.5): 

 
Tərəflər səlahiyyətli orqanların məlumatlandırılması və onların rəylərinin alınması üçün 
konkret tədbirlər müəyyən edirlər; bu prosesin ümumi çərçivəsi qanunvericiliklə 
müəyyən edilir (maddə 9.4). 

 
“Orqan” dedikdə səlahiyyətləri inzibati və ya hüquqi tələblərə əsasən müəyyən edilmiş, 
rəsmi hakimiyyət və ya yerli özünü idarəetmə orqanları başa düşülür 

 
Konsultasiyalarda iştirak etməli olan konkret orqanlar ümumi qaydada qanunvericilik 
səviyyəsində, yaxud hər bir hal üçün ayrı-ayrılıqda, yaxud plan və ya proqramın 
növündən asılı olaraq müəyyən edilməlidir. (maddə 9.1). 

 
Həm Protokol, həm də SEQ Direktivi konsultasiya üçün səlahiyyətli orqanların müəyyən 
edilməsini tələb edir. Prosesin aydın olmasının təmin edilməsi üçün müxtəlif plan və 

 
 
99 
 
proqram növləri üzrə konsultasiya iştirakçıları haqqında ümumi qərarların  əvvəlcədən 
qəbul edilməsi məqsədə uyğundur; iştirakçıların bu cür əvvəlcədən müəyyən edilməsi 
SEQ Direktivinin tələblərindən biridir. Həmçinin  ətraf mühiti mühafizə  və  səhiyyə 
orqanları daxil olmaqla, müxtəlif konsultasiya iştirakçılarının rol və öhdəliklərinin 
aydınlaşdırılması  məqsədi ilə xidmətlərin göstərilməsi və texniki tapşırıqlar haqqında 
razılaşmların layihələrinin əvvəlcədən hazırlanması faydalı ola bilər.  

 
Hər bir konkret plan və ya proqram, yaxud plan və ya proqram tipi üçün ən adekvat 
konsultasiya forması seçilməlidir.  
96. Çoxsaylı konsultasiya metodları və texnikaları mövcuddur, məs.: 

 
Yazılı rəylərin təqdim edilməsi üçün sorğular. 

 
Müşahidə qrupları. 

 
 Fokus qrupları  

 
Məsləhətçi komitələr. 

 
 Müsahibələr  

 
İnternet vasitəsi ilə müzakirələr 
 97. A5 Fəsli belə alətlər haqqında məlumat verir. Həmçinin yuxarıda ictimaiyyətin iştirakı 
prosesinin təşkil edilməsinə aid praktiki tövsiyələrin daxil olduğu A4.3.2 bölməsinə nəzər salın. 
Bu tövsiyələrin əksəriyyəti səlahiyyətli orqanlarla konsultasiya prosesində istifadə edilə bilər. 
Haşiyə A4.5: Səlahiyyətli orqanlarla konsultasiya — Mümkün praktiki tədbirlər 
 
 “Orqan” dedikdə  səlahiyyətləri inzibati və ya hüquqi tələblərə  əsasən müəyyən edilmiş, rəsmi 
hakimiyyət və ya yerli özünü idarəetmə orqanları başa düşülür. Bunlar, məsələn, plan və ya 
proqramın ehtimal edilən nəticələrində maraqlı olan, yaxud verilən sahədə biliklərə malik ekoloji 
və sanitar nəzarət orqanları (ölkə regional və ya yerli səviyyələrə aid), ekologiya və tibb 
təmayüllü elmi tədqiqat müəssisələri, eləcə də icra hakimiyyəti (milli və ya yerli səviyyədə) və 
ya özünüidarəetmə orqanlarının bölmələri ola bilər. “Xüsusi ətraf mühiti mühafizə və ya səhiyyə 
funksiyaları” ifadəsi belə orqanların cavabdehliklərinə  şamil edilir (məsələn,  ətraf mühitin 
vəziyyətinin monitorinqi, səhiyyə sahəsində xidmətlərin göstərilməsi, müəssiələrdə ekoloji 
inspeksiyaların aparılması, araşdırmalar və s.).  
 
Konsultasiyalarda iştirak edəcək səlahiyyətli orqanlar ümumi qaydada Protokolun cirası üçün 
tətbiq olunan normativ sənədlər səviyyəsində "təyin" edilə bilərlər. Məsələn, milli ekoloji nəzarət 
orqanları bütün hallarda və ya eyni qəbildən olan bir sıra hallarda konsultasiya orqanı kimi təyin 
edilə bilərlər. Həmçinin konsultasiya üçün orqanların hər bir konkret halda ayrıca müəyyən 
edilməsi də mümkündür, lakin Protokolun icrası məqsədi ilə qəbul edilmiş milli qanunvericiliyin 
belə praktikaya yol verməsi şərti ilə.  
 
Məsələn, ekoloji və sanitar nəzarət, regional idarələrin bölmələri və s. daxil olmaqla 
qanunvericilikdə bir neçə orqanın adı sadala bilər. Plan və ya proqramın hazırlanmasına görə 
məsul orqan hazırlanan sənədin xüsusiyyətlərini nəzərə almaqla, bu siyahıdan konkret halda 
konsultasiyalarda iştirakı zəruri orqanları seçə bilər. 

 
 
100 
 
 
 Tərəflər konsultasiyaların aparılmalı olduğu,  ətraf mühiti mühafizə  və  səhiyyə sahəsində 
səlahiyyətli orqanları, daha ümumi qaydada da müəyyən edə bilərlər, məsələn, “təsirə  məruz 
qalan  ərazinin müvafiq orqanlarının yerli bölmələri”. Bu nümunə orqanların ümumi qaydaya 
əsasən müəyyən edilməsi ilə hər bir hal üçün ayrıca müəyyən edilməsi arasında aralıq variantdır.  
 
Səlahiyyətli orqanların məlumatlandırılması  və onların münasibətlərin müəyyən edilməsi üçün 
konkret tədbirlərin təmin edilməsi Tərəflərin öz öhdələrinə buraxılır. Protokolun icrası məqsədi 
ilə qəbul edilmiş qanunvericilik belə tədbirlər üçün zəruri özülü yaratmalıdır. Onlarda məsələn 
orqanların məlumatlandırılması və rəylərin alınması üsulları müəyyən edilə bilər. Tərəflər müasir 
konsultasiya üsullarını araşdıra bilərlər, məsələn internet vasitəsi ilə müzakirələr, lakin belə 
üsulların müəyyən iştirakçıları  kənarda qoymaması  şərti ilə. Yazılı  rəy sorğusu, müşahidə 
qrupları, fokus qrupları, konsultasiya komitələri, müsahibələr və s. daxil olmaqla, çoxsaylı 
konsultasiya metodları mövcuddur. Hər bir plan və ya proqram üçün ən adekvat konsultasiya 
metodu seçilməlidir. 
 
 (Mənbə: AK rəhbər sənədindən adaptasiya, bənd 7.11–7.20) 
 
 
 
 
 

 
 
101 
 
 
A4.5 TRANSSƏRHƏD KONSULTASİYALAR 
98. Bu bölmədə protokol çərçivəsində SEQ prosesində transsərhəd konsultasiyalar araşdırılır 
(əsasən maddə 10). 
A4.5.1Hüquqi öhdəliklər 
 
99. 10-cu maddəyə əsasən, bir ölkədə (Mənşə ölkə) həyata keçirilən plan və ya proqramın başqa 
bir ölkənin ərazisində (Mənfi təsirə  məruz qalan Tərəf) mühüm ekoloji nəticələrə səbəb olmaq 
ehtimalı olduqda, transsərhəd konsultasiyaların aparılması tələb olunur.  
100. Plan və ya proqramın icrasının mühüm transsərhəd nəticələrə  gətirib çıxara biləcəyini 
güman etdikdə, yaxud təsirə  məruz qalan Tərəfin sorğusuna  əsasən, mənşə ölkə  mənfi təsirə 
məruz qalan Tərəfə məlumat verməlidir (maddə 10.1). 10.1). Buna görə də birinci addım plan və 
ya proqramın mühüm transsərhəd nəticələrə  səbəb olmaq ehtimalının müəyyən edilməsindən 
ibarətdir. 
 101. Bu fəsildə  təsvir edilən SEQ prosesində transsərhəd bildirişlər və konsultasiyalar üçün 
dəqiq vaxt nəzərdə tutulmur; Protokolda yalnız bildirişlərin "plan və ya proqramın təsdiqindən 
mümkün qədər tez" verilməli olduğu göstərilir (maddə 10.1).  
102. Bildirişə aşağıdakılar daxil olmalıdır (maddə 10.2):  

 
Plan və ya proqram layihəsi.  

 
Plan və ya proqramın icrasının mümkün transərhəd ekoloji nəticələri haqqında məlumat 
daxil olmaqla, ətraf mühitin mühafizəsi haqqında hesabat 

 
Rəylərin bildirilməsi üçün müəyyən edilməsi vaxt çərçivəsi haqqında məlumat daxil 
olmaqla, qərarın qəbulu proseduru haqqında məlumat.  
103. Təsirə  məruz qalan Tərəf arzu etdikdə, bildirişlərdən sonra transsərhəd konsultasiyalar 
başlayır. Konsultasiyalar zamanı aşağıdakı məsələlərə toxunulmalıdır:  

 
Plan və ya proqramın icrasının ehtimal olunan transsərhəd ekoloji nəticələri (maddə 
10.3). 

 
Mənfi təsirlərin qarşısının alınması, azaldılması  və ya nəticələrinin yüngülləşdirilməsi 
üçün nəzərdə tutulmuş tədbirlər (maddə 10.3).  

 
Təsirə  məruz qalan Tərəfin aidiyyəti olan ictimaiyyət nümayəndələrinin və  səlahiyyətli 
orqanların məlumatlandırılması  və onlara aşağıdakılar haqqında fikirlərini bildirmək 
imkanın verilməsi üçün müəyyən edilmiş konkret tədbirlər (maddə 10.4): 
o
 
Plan və ya proqram layihəsi.  
o
 
Ətraf mühitin mühafizəsi haqqında hesabat. 

 
 
102 
 
104. Təsirə məruz qalan Tərəfin aidiyyəti ictimaiyyət nümayəndələrinin, ətraf mühiti mühafizə 
və  səhiyyə orqanlarının rəyləri lazımınca nəzərə alınmalıdır və onlara rəylərinin necə  nəzərə 
alındığı barədə məlumat verilməlidir (maddə 11). 
 105.  Preambulada  və  aşağıdakı maddələrdə transsərhəd konsultasiyalar haqqında  əlavə 
müddəalar əksini tapır: maddə 2.3, 2.4 (təriflər) və maddə 11 (qərar), III, IV-cü və (bənd 10)V 
Əlavələr. SEQ Direktivində Protokolun 10-cu maddəsinə uyğun gələn  əsas müddəalar 7-ci 
maddədə  əks olunmuşdur. Preambulada və  aşağıdakı maddələrdə transsərhəd konsultasiyalar 
haqqında əlavə müddəalar əksini tapır: maddə 2 (b), 8, 9.1 və Əlavə II (bənd 2). 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin