Сədvəl A2.1: SEQ elementləri
Element
İzah
Əhatə dairəsinin
müəyyən edilməsi
Plan və ya proqramın SEQ tələb etdiyi müəyyən edildikdən sonra qiymətləndirmənin
birinci elementi ətraf mühitin mühafizəsi haqqında hesabatın əhatə dairəsinin müəyyən
edilməsi olur. Ətraf mühitin mühafizəsi haqqında hesabatın əhatə dairəsinin müəyyən
edilməsi həmçinin hesabatın hazırlanması üçün zəruri olan təhlillərin miqyasının müəyyən
edilməsini nəzərdə tutur. Əhatə dairəsinin müəyyən edilməsi, hesabatda diqqətin
ictimaiyyətin, dövlət orqanlarının və qərarların qəbuluna görə məsul orqanların
hesabatdan maksimum fayda götürməsini təmin edəcək mühüm məsələlər üzərinə
cəmlənməsinə imkan verir. Sonrakı mərhələdə zəruri olduğu aşkar olarsa, hesabatın əhatə
dairəsinin dəyişdirilə biləcəyi istisna olunmur. Ətraf mühitin mühafizəsi və səhiyyə
orqanları əhatə dairəsinin müəyyən edilməsi prosesində danışıqlara cəlb edilməlidirlər,
ictimaiyyətə də iştirak imkanı verilə bilər.
Ətraf mühitin
mühafizəsi haqqında
hesabat
İkinci element ətraf mühitin mühafizəsi haqqında hesabatın (əhatə dairəsinə müvafiq
qaydada) hazırlanmasından ibarətdir. Hesabat konsultasiyaların aparıldığı dövlət
orqanlarına və ictimaiyyətə plan və ya proqramın ekoloji nəticələri haqqında məlumat
təmin edəcək.
İctimaiyyətin iştirakı
Üçüncü element ictimaiyyətin iştirakıdır. Bu prosesə hətta əhatə dairəsinin müəyyən
edilməsi zamanı və ya Protokola əsasən plan və ya proqram üçün SEQ-in tələb olunub-
olunmadığı müəyyən edilən zaman start verilə bilər (bax: Fəsil A3). Plan və ya proqramın
layihəsi, ətraf mühitin mühafizəsi haqqında hesabat ictimaiyyət tərəfindən əldə edilə
bilməlidir, aidiyyəti olan ictimaiyyət nümayəndələrinə isə plan və ya proqramın layihəsi,
eləcə də ətraf mühitin mühafizəsi hesabatı haqqında fikirlərini bildirmək imkanı
verilməlidir.
Konsultasiya
Dördüncü element ətraf mühitin mühafizəsi və səhiyyə orqanları ilə konsultasiyadan
ibarətdir. Onlara plan və ya proqramın layihəsi, eləcə də ətraf mühitin mühafizəsi hesabatı
haqqında fikirlərini bildirmək imkanı verilməlidir. Konsultasiya və ictimaiyyətin iştirakı
eyni vaxtda təmin edilə bilər. (SEQ direktivinin 6-cı maddəsinə uyğun olaraq, ictimaiyyət
və dövlət orqanları ilə birgə konsultasiyalar aparılır).
Transsərhəd
konsultasiyalar
Plan və ya proqram mühüm transsərhəd nəticələrə (Protokolun hər hansı digər Tərəfi
üçün) malik olduqda, yaxud potensial təsirə məruz qala biləcək Tərəfdən sorğu daxil
olduqda, təsirə məruz qalan Tərəfə və ya Tərəflərə bildiriş verilməlidir, yaxud onlar
konsultasiyalara dəvət olunmalıdırlar. İctimaiyyətin iştirakı ilə, dövlət orqanları, aidiyyəti
olan ictimaiyyət nümayəndələri, ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə
konsultasiyalarla eyni vaxtda keçirilə biləcək bu transsərhəd konsultasiyalar zamanı ,
təsirə məruz qalan Tərəfə plan və ya proqramın layihəsi, ətraf mühitin mühafizəsi hesabatı
haqqında öz fikrini bildirmək imkanı verilməlidir.
Qərarın qəbulu
Altıncı element plan və ya proqramın təsdiqi haqqında qərarın qəbuludur. Bu qərar qəbul
edilən zaman həm ölkənin, həm də hər hansı təsirə məruz qalan Tərəfin, aidiyyəti olan
ictimaiyyət nümayəndələrinin rəyləri, eləcə də ətraf mühitin mühafizəsi haqqında hesabata
daxil olan qənaətlər nəzərə alınmalıdır. Qərarı qəbul edən orqan məlumatların nəzərə
alınması prosesinin icmalını ehtiva edən, eləcə də təklif edilmiş rasional alternativlər
kontekstində konkret plan və ya proqramın nə üçün qəbul olunduğunu təsvir edən bəyanat
verməlidir. Təsdiq edilmiş plan və ya proqram, qərar və qərarın qəbul edilməsinin əsasları
ictimaiyyət tərəfindən əldə edilə bilməlidir.
Monitorinq
Son element monitorinqdir. SEQ plan və ya proqramın qəbul edilməsi qərarı ilə
yekunlaşmır. Ətraf mühitə əhəmiyyətli təsirlər plan və ya proqramın icrası müddətində
proqnozlaşdırılmamış mənfi təsirlərin aşkara çıxarılması və müvafiq düzəliş tədbirlərinin
görülməsi məqsədi ilə izlənməlidir. Monitorinqin nəticələri dövlət orqanları və ictimaiyyət
üçün əlçatan olmalıdır.
25
Şəkil A2.2: Plan və proqramların strateji ekoloji qiymətləndirməsinin elementləri
A2.2.3 Plan və proqramların hazırlanması ilə Protokolun tələbləri arasında məntiqi
əlaqəlilik
10. Aşağıdakı sadələşdirilmiş və ideallaşdırılmış sxem SEQ və plan və proqramların
hazırlanması zamanı tez-tez yerinə yetirilən vəzifələr arasında potensial məntiqi əlaqəlilikləri
nümayiş etdirir. Lakin bu sxem yalnız izahat məqsədi daşıyır, belə ki, plan və proqramların
hazırlanması prosesində dəqiq vəzifə ardıcıllığından istifadə olunmur: reallıqda bəzi vəzifələr
buraxıla, yaxud sxemin əhatə etmədiyi yeni vəzifələr əlavə edilə bilər. Bundan əlavə, sxemə
ictimaiyyətin iştirakı və konsultasiyalar daxil deyil, belə ki, onlar plan və ya proqramın
hazırlanması prosesinin ayrılmaz hissəsi, yaxud SEQ prosesi daxilində ayrıca prosedur mərhələsi
ola bilərlər.
11. Plan və proqramların hazırlanması və SEQ məqsədlərinə görə bir-birlərindən fərqlənsələr də,
(yəni plan və proqramın hazırlanmasının məqsədi plan və ya proqramın hazırlanmasıdırsa, SEQ-
in məqsədi plan və ya proqramların təhlili və onların təkmilləşdirilməsi üçün tövsiyələrin
verilməsidir) çox vaxt hər iki proses bənzər analitik düşüncə tələb edir. Mahiyyət etibarilə həm
plan və ya proqramın hazırlanması həm də SEQ-lər:
Plan və ya proqramın hazırlanması zamanı nəzərə alınması olan əsas məsələləri müəyyən
etməlidirlər.
Plan və ya proqramın kontekstini, plan və ya proqram icra edilməyəcəyi halda ehtimal
olunan gələcək tendensiyaları təhlil etməlidirlər.
Optimal alternativ variantlar təklif etməlidirlər.
Optimal monitorinq və idarəetmə sistemləri təklif etməlidirlər.
Protokola əsasən SEQ-in tələb olunub-
olunmadığının müəyyən edilməsi (bax
fəsil A3)
Ətraf mühitin mühafizəsi haqqında
hesabatın əhatə dairəsinin müəyyən
ediləməsi (və beləliklə
qiymətləndirilməsi) maddə
Ətraf mühitin mühafizəsi haqqında
hesabat maddə 7 və Əlavə IV
Qərarın qəbulu: maddə 11 (amillərin
nəzərə alınması)
Müvafiq səlahiyyətli orqanlarla və
ictimaiyyətlə məsləhətləşmə
Monitorinq: maddə 12
Səlahiyyətli
orqanlarla
konsultasiyalar:
dd 9
İctimaiyyətin
iştirakı: maddə 8
Təkrarlanan proses
Transsərhəd
konsultasiyalar:
maddə 10
26
Müvafiq dövlət orqanlarına, ictimaiyyətə və qərarların qəbuluna görə məsul orqanlara
plan və ya proqram, eləcə də onun ehtimal olunan nəticələri haqqında məlumat
verməlidirlər.
Şəkil A2.3: Plan və proqramın hazırlanması prosesinə aid vəzifələr və SEQ elementləri
arasında məntiqi
əlaqəlilik
12. Aşağıda Cədvəl A2.2 plan və ya proqramların hazırlanması və SEQ arasında mövcud ola
biləcək əsas məntiqi əlaqəlilikləri təsvir edir.
13. Plan və proqramların hazırlanması və qiymətləndirmə sistemləri, Şərqi Avropa, Qafqaz və
Mərkəzi Asiyada fərqli şəkildə inkişaf etmişdir. Bir tərəfdən Protokolun tələblərinə uyğun həyata
keçirilən SEQ, digər tərəfdən bu regionda plan və ya proqramların hazırlanması və
qiymətləndirmə sistemləri arasında əlaqələrin təhlili BMTİP-in Regional Ekoloji Mərkəz və
Plan və ya proqramın hazırlanması
SEQ
Plan və ya proqramın əhatə dairəsinin
müəyyən edilməsi
Kontekst və ilkin məlumatların təhlili
Sənədləşdirmə
Müvafiq dövlət orqanları və
ictimaiyyətlə konsultasiya
Qərarın qəbulu
Realizasiya zamanı ümumi monitorinq
Protokola əsasən SEQ-in tələb olunub-
olunmadığının müəyyən edilməsi
Ətraf mühitin mühafizəsi haqqında
hesabatın əhatə dairəsinin müəyyən
edilməsi (və beləliklə
qiymətləndirilməsi)
Ətraf mühitin mühafizəsi haqqında
hesabat
Kontekst və ilkin
məlumatların təhlili
Alternativlərin
hazırlanması və
müqayisəsinə töhfə
Ətraf mühitin mühafizəsi
haqqında hesabatın
Müvafiq dövlət orqanları və
ictimaiyyətlə konsultasiya
Qərar qəbulu prosesinə töhfə
Realizasiya zamanı ekoloji monitorinq
Qeyd: İctimaiyyətin iştirakı, dövlət orqanları ilə məsləhətləşmə və transsərhəd konsultasiyalar bu sadələşdirilmiş diaqrama
tam daxil edilməmişdir.
27
BMT AİK ilə birgə hazırlanmış nəşrində əks olunur
11
. (Qərbi Avropada plan və proqramların
hazırlanması prosesləri olduqca müxtəlifdir).
11
J. Dusik, A. Cherp, A. Jurkeviciute, H. Martonakova və N. Bonvoisin, SEQ Protokolu: Seçilmiş keçmiş Sovet İttifaqı ölkələrində ilkin
potensial gücləndirilməsi (REC, 2006). Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/eia/documents/SEA_CBNA/UNDP-REC-
UNECE_SEAbulletin_no.2_en.pdf.
28
Cədvəl A2.2: Plan və proqramların hazırlanması, SEQ, dövlət orqanları ilə konsultasiyalar və ictimaiyyətin iştirakı arasında məntiqi
12
SEQ Protokolu, əlavə IV, bənd 1
13
SEQ Protokolu, əlavə IV, bənd. 4
14
SEQ Protokolu, əlavə IV, bənd. 5.
15
SEQ Protokolu, əlavə IV, bənd. 8
16
SEQ Protokolu, əlavə IV, bənd. 6
Addım
Plan və proqramların hazırlanmasına aid
ənənəvi vəzifələr
Məntiqi baxımdan uyğun SEQ vəzifələri
SEQ çərçivəsində dövlət orqanları ilə
konsultasiyalar, ictimaiyyətin məlumat
əldə etmək imkanı və ictimaiyyətin
iştirakı
Strateji ekoloji qiymətləndirmənin
aparılması zərurəti hüquqi öhdəliklərə
istinad (məsələn, hər zaman SEQ-in
tətbiqini tələb edən plan və proqramların
siyahısı), yaxud konkret plan və ya
proqramın Protokol şərtlərinə əsasən SEQ
tələb edib-etmədiyinin ayrıca təhlil edilməsi
vasitəsi ilə müəyyən edilən bilər (bax: fəsil
A3)
Müvafiq ətraf mühiti mühafizə və səhiyyə
orqanları ilə konsultasiya və ictimaiyyətin
məlumatlandırılması
Tətbiq dairəsinin müəyyən edilməsi Aşağıdakıların müəyyən edilməsi məqsədi
ilə plan və ya proqramın (çox vaxt ilkin
təşəbbüs mərhələsində müəyyən edilən)
əhatə dairəsi qanuna və s. əsasən, xüsusi
göstəriş və ya konsultasiyalar vasitəsi ilə
müəyyən edilə bilər:
Plan və ya proqramın ümumi
məqsədləri
Plan və ya proqram ilə digər
plan və proqramlar arasında
əlaqə
Plan və ya proqram
çərçivəsində həll edilməli olan
ümumi məsələlər.
SEQ-in
əhatə dairəsi aşağıdakıların
aydınlaşdırılması ilə müəyyən edilən bilər:
Plan və ya proqramın ehtimal
edilən məzmunu və ya əsas
məqsədləri, digər plan və ya
proqramlarla (və ehtimalən
siyasətlərlə) əlaqəsi.
12
Plan və ya proqramla əlaqəli
ekoloji problemlər
13
Plan və ya proqrama müvafiq
olaraq beynəlxalq, milli və ya
digər səviyyələrdə müəyyən
edilmiş ekoloji məqsədlər
14
Alternativlər və onların
seçilməsinin səbəbləri
15
Qiymətləndirilməli olan ekoloji
təsirlərin ilkin siyahısı
16
.
Məsləhətləşmələrin aparılmalı olduğu
dövlət orqanlarının və iştirak etməli olan
ictimaiyyət nümayəndələrin müəyyən
edilməsi
Müvafiq ətraf mühiti mühafizə və səhiyyə
orqanları ilə konsultasiya.
İxtiyari: İctimaiyyət nümayəndələri ilə
konsultasiya.
29
17
SEQ Protokolu, əlavə IV, bənd. 3
18
SEQ Protokolu, əlavə IV, bənd. 2.
19
SEQ Protokolu, əlavə IV, bənd. 6 və 10.
20
SEQ Protokolu, əlavə IV, bənd. 7.
Addım
Plan və proqramların hazırlanmasına aid ənənəvi
vəzifələr
Məntiqi baxımdan uyğun SEQ vəzifələri
SEQ çərçivəsində dövlət orqanları ilə
konsultasiyalar, ictimaiyyətin məlumat əldə etmək
imkanı və ictimaiyyətin iştirakı
Kontekst və ilkin məlumatların təhlili
Müvafiq plan və proqramların, ilkin məlumatların
təkrar nəzərdən keçirilməsi (müvafiq inkişaf
tendensiyalarının xüsusiyyətləri).
Gələcək inkişafla əlaqədar məhdudiyyət və fürsətlərin
müəyyən edilməsi.
İlkin vəziyyət təhlillərində diqqəti əhatə dairəsinin
müəyyən edilməsi prosesində aşkara çıxarılan
məsələlər üzərində cəmləşdirilməsi və aşağıdakıların
təhlili:
Əsaslı təsiri məruz qalacağı ehtimal edilən
sahələrdə ətraf mühit xüsusiyyətləri.
17
Ətraf mühitin cari vəziyyəti və plan yaxud
proqramın icra edilməyəcəyi halda ətraf
mühitdə gözlənilən dəyişikliklər
18
.
İxtiyari:
Qiymətləndirmənin əhatə dairəsini daha da inkişaf
etdirilməsi
İxtiyari:
Dövlət orqanları və ictimaiyyətlə kontekst və müvafiq
məsələlər barədə konsultasiya, rəylərin qeyd edilməsi.
Alternativlərin hazırlanmasına və müqayisəsi.
Alternativlərin hazırlanmasına və müqayisəsi zamanı
adətən aşağıdakılar nəzərə alınır:
Plan və ya proqramların konkret
məqsədləri.
Bu məqsədlərə nail olmaq üçün yerinə
yetiriləcək fəaliyyətlər.
Seçilmiş
fəaliyyətin icrasının
optimallaşdırılmasına yönəlmiş tədbirlər.
Alternativ variantlarda ekoloji məqsədlərin və digər
ətraf mühitin məsələlərinin necə nəzərə alındığının
təsviri.
. Ehtimal olunan əhəmiyyətli transsərhəd təsirlər daxil
olmaqla gözlənilən ekoloji nəticələtrin (müxtəlif
metodlarla, bax: fəsil A5) qiymətləndirilməsi
19
. SEQ
plan və ya proqramın müvafiq alternativ variantlarını
ehtimal olunan əhəmiyyətli ekoloji nəticələrinə əsasən
qiymətləndirə və beləliklə variantların hazırlanmasına
və müqayisəsinə kömək edə bilər.
Belə qiymətləndirmə optimal variantları müəyyən edə
və hər hansı əhəmiyyətli mənfi təsirin qarşısının
alınması, məhdudlaşdırılması və ya nəticələrinin
yüngülləşdirilməsi tədbirlərini təsvir edə bilər.
20
O həmçinin nəzərə alınanlar arasında üstünlük
verilməli olan alternativi də təklif edə bilər.
Məsləhətləşmələrin aparılmalı olduğu dövlət
orqanlarının və iştirak etməli olan ictimaiyyət
nümayəndələrin müəyyən edilməsi
Müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə
konsultasiya.
İxtiyari: İctimaiyyət nümayəndələri ilə konsultasiya.
Addım
Plan və proqramların hazırlanmasına aid ənənəvi
vəzifələr
Məntiqi baxımdan uyğun SEQ vəzifələri
SEQ çərçivəsində dövlət orqanları ilə
konsultasiyalar, ictimaiyyətin məlumat əldə etmək
imkanı və ictimaiyyətin iştirakı
30
.
21
SEQ Protokolu, əlavə IV, bənd 9.
22
SEQ Protokolu, əlavə IV, bənd 11
Sənədləşdirmə
Aşağıdakılar daxil olmaqla plan və ya proqramın
layihəsinin hazırlanması:
Təklif edilən icra və monitorinq tədbirləri
Plan və ya proqramın layihəsinin qısa təsviri.
Plan və ya proqram layihəsinin sənədləşdirilməsi.
Plan və ya proqram layihəsini müşayiət edən ətraf
mühitin mühafizəsi haqqında hesabatın hazırlanması:
Alternativlərin necə hazırlandığının qeydə
alınması.
Qarşıya çıxan çətinliklər daxil olmaqla,
qiymətləndirmənin necə aparıldığının qeydə
alınması
. Planın icrasının ekoloji nəticələrinin
monitorinqi üçün tədbirlərin müəyyən
edilməsi
21
.
Qeyri-texniki icmalda məlumatların qısa xülasəsi
22
Müvafiq səlahiyyətli orqanlar və ictimaiyyətlə
məsləhətləşmə
Konsultasiya
İctimaiyyətin iştirakı, müvafiq dövlət orqanları ilə
məsləhətləşmə və transsərhəd konsultasiyalar.
İctimaiyyətin və dövlət orqanlarının plan və ya
proqramın layihəsi, eləcə də ətraf mühitin mühafizəsi
haqqında hesabat ilə təmin edilməsi.
Dövlət orqanları və ictimaiyyətlə plan və ya proqramın
layihəsinə və ətraf mühitin mühafizəsi haqqında
hesabata dair məsləhətləşmə.
Zəruri olduqda, mənfi təsirə məruz qalmış Tərəflərin
məlumatlandırılması və onlarla konsultasiya.
Qərarın qəbulu zamanı nəzərə alınmalı olan rəylərin
toplanması.
31
Addım
Plan və proqramların hazırlanmasına aid
ənənəvi vəzifələr
Məntiqi baxımdan uyğun SEQ vəzifələri
SEQ çərçivəsində dövlət orqanları ilə
konsultasiyalar, ictimaiyyətin məlumat
əldə etmək imkanı və ictimaiyyətin
iştirakı
Qərarın qəbulu
Plan və ya proqram barədə rəsmi qərarın qəbulu zamanı səlahiyyətli orqanlardan və
ictimaiyyətdən alınmış rəylərin, eləcə də ətraf mühitin mühafizəsi haqqında hesabatın
nəzərə alınması.
Müvafiq səlahiyyətli orqanların (ətraf
mühitin mühafizəsi və səhiyyə orqanları
daxil olmaqla) və ictimaiyyətin
məlumatlandırılması
Monitorinq
Plan və ya proqramın icrasının monitorinqi.
Ekoloji monitorinq.
İctimaiyyətin və dövlət orqanlarının
monitorinqin nəticələri ilə təmin edilməsi.
32
A2.3 SEQ-İN PLAN VƏ PROQRAMLARIN HAZIRLANMASI PROSESİNƏ
İNTEQRASİYASINA PRAKTİKİ YANAŞMA
14. A2.2 bölməsində nəzəri vəziyyətlər gözdən keçirilir. Bu bölmədə real plan və proqram
hazırlama prosesləri və SEQ-in plan və proqramların hazırlanması prosesinə inteqrasiya
yollarının axtarılması lehinə bəzi praktiki səbəblər müzakirə edilir.
A2.3.1 SEQ və plan yaxud proqramın hazırlanması arasında effektiv əlaqəliliklərin
müəyyən edilməsi
Plan və ya proqramın hazırlanması prosesinin təkrar nəzərdən keçirilməsi
15. A2.2 bölməsində qeyd edildiyi kimi, plan və proqramların hazırlanması prosesləri bir-
birlərindən fərqlənirlər - onlardan bəziləri dəqiq müəyyən edilmiş prosedurlar (məsələn, ərazi
planlaşdırması, çay hövzələrinin və sahilyanı ərazilərin idarə olunması), digərləri isə (məsələn,
tullantıların idarə edilməsi, enerji sahəsinin planlaşdırılması) strukturu dəqiq müəyyən edilməmiş
yanaşmalar əsasında həyata keçirilir.
16. Buna görə də SEQ-in daxil olmalı olduğu plan və ya proqramların hazırlanması sistemi
haqqında ətraflı spesifik biliklərə malik olmadan SEQ-in plan və proqramların hazırlanması
prosesinə daxil edilməsi üçün optimal nöqtələrin müəyyən edilməsi mümkün deyil. Bu bilikləri
plan və proqramların hazırlanması proseslərinin öyrənilməsi vasitəsilə əldə etmək olar, bu isə iki
səviyyədə həyata keçirilə bilər:
Prosedurların nəzərdən keçirilməsi (məsələn, plan və ya proqramın hazırlanması
sahəsinin prosedur və metodoloji tələbləri) ayrı-ayrı plan və proqram hazırlama
rejimlərinin səviyyələrinin başa düşülməsinə kömək edə bikər. Bu, məsələn, müəyyən
plan və ya proqram hazırlanma proseduru üçün SEQ üzrə xüsusi rəhbər sənədin
hazırlanması zamanı faydalı ola bilər.
Ayrı-ayrı plan və ya proqramların (məsələn, meşə təsərrüfatının inkişaf etdirilməsi planı)
hazırlanması zamanı istifadə edilən prosesin nəzərdən keçirilməsi bir sıra digər plan və
proqramların hazırlanmasında xüsusi SEQ yanaşmalarının strukturu haqqında faydalı
təsəvvürlərin əldə edilməsini təmin edə bilər.
Təkrar baxış üçün təklif olunan əsas məqam
17. SEQ-in konkret proqram və ya planın hazırlanması prosesinə daxil edilməsi nöqtələrinin
müəyyən edilməsi üçün aşağıdakıların nəzərdən keçirilməsi faydalı ola bilər:
Plan və ya proqramın hazırlanmasının rəsmi, yaxud qeyri-rəsmi məntiqi, yaxud plan və
ya proqramın hazırlanması üzrə əsas vəzifələrin ardıcıllığı
Bir qayda olaraq, ayrı-ayrı plan və ya proqram hazırlama prosesləri çərçivəsində yerinə
yetirilən ətraf mühitlə bağlı vəzifələr.
Plan və ya proqramın hazırlanması çərçivəsində ətraf mühitin mühafizəsi və səhiyyə
orqanları ilə konsultasiya.
33
İctimaiyyətin plan və ya proqramın hazırlanmasında iştirakı ilə əlaqədar hər hansı
müddəaya və ya məlumata çıxış imkanı
18. Belə təhlil plan və ya proqramın hazırlanması üçün yerinə yetirilməli olan işlərdən effektiv
istifadə edən (onları əvəzləməyən, yaxud təkrarlamayan) ehtiyaclara uyğunlaşdırılmış SEQ
prosesinin hazırlanması üçün faydalı məlumat təmin edə bilər.
A2.3.2 SEQ-in plan və ya proqramların hazırlanması prosesinə inteqrasiyasının praktiki
səbəbləri
19. Strateji ekoloji qiymətləndirmənin plan və proqramların hazırlanması prosesinə daxil
edilməsinin, A4 Fəslində təsvir edildiyi ki, SEQ-in plan və proqramların hazırlanması prosesinin
erkən mərhələsində və effektiv istifadəsi ilə bağlı qanunvericilik tələblərin sərhədlərindən kənara
çıxan praktiki səbəbləri mövcuddur.
20. Qərar qəbulu prosesinin mürəkkəbliyi plan və proqramların hazırlanmasını
mürəkkəbləşdirəcək deyil, bu prosesə yardım edəcək effektiv alətlərin istifadəsini tələb edir:
Ümumiyyətlə, SEQ prosesləri aşağıdakı hallarda effektiv və səmərəli hesab olunmalıdır:
Plan və proqramların hazırlanması zamanı ətraf mühitin məsələlərinin effektiv qaydada
nəzərə alınmasına imkanın yaradılması. SEQ-in ətraf mühiti mühafizə məsələlərini plan
və ya proqramın hazırlanması prosesinə inteqrasiya etmək potensialı böyük dərəcədə
SEQ-in plan və proqramların hazırlanması prosesinə hansı formada və zaman
çərçivəsində töhfə verdiyindən asılıdır. Təbii ki, plan və ya proqramın hazırlanmasının
müvafiq mərhələsində erkən və operativ yardım təmin edən SEQ daha effektiv olmalıdır,
nəinki retrospektiv
23
və ayrı-ayrılıqda aparılan qiymətləndirmələr.
Fikir ayrılıqlarının və maraq toqquşmalarının müəyyən edilməsinə yardım edir, beləliklə,
qərar qəbulu prosesinin etibarlılığını artırır. Bu, rasional müzakirələrin aparılmasına və
problemlərin həll edilməsinə, eləcə də maraqlı tərəflər arasında etimadın yaradılmasına
kömək edir.
Gərəksiz olmadığı halda plan və ya proqramın hazırlanması prosesinin müddətini
uzatmır. Protokol tələblərinin tətbiqi plan və ya proqramın hazırlanması prosesində SEQ-
in ehtiyatla təşkil edilməsi yolu ilə ixtisar edilə biləcək müəyyən vaxt məhdudiyyətləri
yaradır.
İqtisadi cəhətdən əsaslandırılmamış xərclərə səbəb olmur. Ətraf mühitin mühafizəsi
haqqında hesabatın hazırlanması, dövlət orqanları və ictimaiyyətlə Protokolun müəyyən
23
“Retrospektiv” (ex-post) "faktiki nəticələrə əsaslanan və ya gözlənilənlərlə deyil faktiki nəticələrlə müəyyən edilən" deməkdir. Bu "ilkin"
(exa-ante) terminin əksidir. "Ex-ante" "proqnozlara və ya gözlənilən nəticələrə əsasıanan, gözlənlən" deməkdir. Mənbə: Oksford ingilis dili lüğəti
(Birləşmiş Krallıq, Oksford Universitetinin mətbəəsi, 2011).
34
etdiyi konsultasiyaların keçirilməsi əlavə xərclər nəzərdə tutur. SEQ plan və ya
proqramın hazırlanması birgə həyata keçirildikdə və SEQ artıq olan və proqramın
hazırlanması prosesində aparılan konsultasiyalara, təhlillərə və toplanmış məlumatlara
əsaslandıqda əlavə xərclər məhdudlaşdırıla bilər.
21. Yuxarıdakı icmal SEQ ilə plan və proqramların hazırlanması prosesinin düzgün
koordinasiyasının əhəmiyyətini vurğulayır. Bunun məqsədi SEQ-in plan və proqramların
hazırlanması prosesinə effektiv və erkən töhfəsinin, eləcə də plan və proqramların hazırlanması
zamanı ekoloji aspektlərin ehtiyatla nəzərə alınmasının təmin edilməsidir (bax: Protokolun 1(a)
maddəsi).
22. Reallıqda SEQ mütəxəssisləri effektiv koordinasiyanın əldə edilməsi və nəhayət, SEQ-in
plan və ya proqramın hazırlanması prosesinə inteqrasiyası ilə bağlı çoxsaylı çətinliklərlə
qarşılaşa bilərlər.
A2.3.3 Nəzərə alınmalı olan məsələlər
23. Bir tərəfdən plan və proqramların hazırlanmasına aid vəzifələr, digər tərəfindən SEQ-ə aid
vəzifələr arasında məntiqi əlaqəliliklərdən düzgün istifadə Protokol məqsədlərindən birinin
həyata keçirilməsinə daha dəqiq desək "əhalinin sağlamlığı daxil olmaqla ekoloji amillərin plan
və proqramların hazırlanmasında ətraflı şəkildə nəzərə alınmasının təmin edilməsinə" (maddə 1
(a)) kömək edə bilər.
24. Yalnız praktikada aşağıdakı səviyyələrdə əlaqəlilik mövcud olduğu təqdirdə SEQ ilə plan və
ya proqramın hazırlanması prosesi arasında açıq məntiqi əlaqəliliklər aşkar edilə bilər:
Plan və ya proqramın, ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması.
Dövlət orqanları ilə konsultasiya.
İctimaiyyətin iştirakı
25. Plan və ya proqramın hazırlanması ilə ətraf mühitin mühafizəsi haqqında hesabatın tərtib
olunması arasında əlaqəlilik praktikada aşağıdakılarla nəticələnə bilər:
Məlumatlardan birgə istifadə.
Məqsədəuyğun alternativlərin hazırlanmasına birgə yardım
Alternativlərin müqayisəsi zamanı plan və proqramların hazırlanması ilə əlaqədar və ya
ekoloji problemlərin (istifadə edildiyi təqdirdə) modelləşdirmə və s. yolu ilə həlli.
26. Dövlət orqanları ilə konsultasiyalar arasında əlaqəlilik praktikada aşağıdakı nəticələri verə
bilər:
Dövlət orqanları ilə birgə konsultasiya prosesləri
35
Alınmış rəylərin birgə qiymətləndirilməsi və s.
27. İctimaiyyətin iştirakı səviyyəsində əlaqəliliklər praktika aşağıdakılarla nəticələnə bilər:
İctimaiyyətin sənədlərə çıxışını asanlaşdırmaq üçün vahid sistem.
İctimaiyyətlə konsultasiyalar üçün vahid sistem.
Alınmış rəylərin qiymətləndirilməsi və s. üçün vahid sistem.
Dostları ilə paylaş: |