Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


-cü vəzifə: Əhatə dairəsinin müəyyən edilməsi üçün praktiki tədbirləri müzakirə edin



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

3-cü vəzifə: Əhatə dairəsinin müəyyən edilməsi üçün praktiki tədbirləri müzakirə edin. 
18.  Əhatə dairəsinin müəyyən edilməsi SEQ-in ən vacib elementlərindən biridir. Bu tapşırıq 
iştirakçılara plan və ya proqramın hazırlanması prosesi ilə  əlaqədar strateji ekoloji 
qiymətləndirmənin  əhatə dairəsinin necə müəyyən edilməli olduğunu müzakirə etməyə kömək 
etməlidir.  
19.  İştirakçılar başa düşməlidirlər ki, Protokol əhatə dairəsinin müəyyən edilməsini dəyişməz 
prosedur mərhələsi kimi müəyyən etmir (həmçinin  əhatə dairəsinin müəyyən edilməsi barədə 
qərarın qəbulu ilə əlaqədar tələb mövcud deyil). Onlar yadda saxlamalıdılar ki, əhatə dairəsinin 
müəyyən edilməsi ya vahid bir prosedur addım, ya da ilkin tövsiyənin verilməsi ilə başlayan və 
ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması müddətində müxtəlif mərhələlərdə 
davam edən dövri proses ola bilər.  
20. Müzakirə edilməli olan məsələlərə aşağıdakılar daxildir: 

 
Ətraf mühitin mühafizəsi haqqında hesabatın müvafiq əhatə dairəsinin müəyyən edilməsi 
üçün əhatə dairəsinin müəyyən edilməsi prosesində hansı məlumatlar əldə olunmalıdır?  

 
SEQ-in  əhatə dairəsinin effektiv şəkildə müəyyən edilməsi üçün minimum hansı 
məlumatlar zəruridir və plan və ya proqramın hazırlanması prosesi çərçivəsində bu 
məlumat nə vaxt əldə edilə bilər?  

 
Müvafiq orqanlarla (və ehtimal ki, aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə) 
konsultasiya üçün hansı praktiki tədbirlər görülməlidir? 

 
 
148 
 

 
Əhatə dairəsinin müəyyən edilməsi vahid bir prosedur addımdan ibarət olmalıdır, yoxsa, 
ilkin tövsiyənin verilməsi ilə başlayan plan və ya proqram üzərində  iş getdikcə 
təfərrüatları artan dövri proses olmalıdır? 
 21. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsaitdə  əksini tapan, 
əhatə dairəsinin müəyyən edilməsi, eləcə  də SEQ çərçivəsindəki alternativlər haqqında 
məlumatlara bələd olmağı tələb edir (bax: Bölmə А4.2). 
22. Bu tapşırığın sonunda iştirakçılar başa düşməlidirlər ki, əhatə dairəsinin müəyyən edilməsi 
erkən başlamalı və plan və ya proqramın hazırlanması prosesi ilə əlaqələndirilməlidir. 
4-cü vəzifə: Ətraf mühitin mühafizəsi haqqında hesabatda təmin edilməli olan məlumatları 
və onun plan və ya proqramın hazırlanması prosesi ilə məntiqi əlaqəliliyini müzakirə edin. 
23. Bu tapşırıq iştirakçılara  ətraf mühitin mühafizəsi haqqında hesabatda təmin edilməli olan 
məlumatları  və onun plan və ya proqramın hazırlanması prosesi ilə  məntiqi  əlaqəliliyini 
müzakirə etməyə kömək etməlidir.  
24.  İştirakçılar Protokol tələblərinə  əsasən  ətraf mühitin mühafizəsi haqqında hesabatda təmin 
edilməli olan məlumat növlərini ayırd etməlidirlər. Daha sonra onlar gəldikləri qənaətləri 1-ci 
tapşırıqda göstərildiyi kimi müvafiq plan və ya proqramın hazırlanması zamanı aparılan ekoloji 
təhlil və plan və ya proqramın hazırlanması üzrə addımların icmalı ilə müqayisə edə bilərlər. 
Belə müqayisə ətraf mühitin mühafizəsi haqqında hesabata daxil olan məlumatların plan və ya 
proqramın hazırlanması prosesi ilə  əlaqələndirilməsi imkanlarını müzakirə etməyə kömək edə 
bilər.  
25. Müzakirə edilməli olan məsələlərə aşağıdakılar daxildir:  

 
Verilən plan və ya proqram növü üçün ətraf mühitin mühafizəsi haqqında hesabatda 
hansı  məlumat təmin edilməlidir. SEQ üzrə  əlavə  vəsait (verilən plan və ya proqramla 
əlaqədar strateji məsələlər və qiymətləndirməyə müvafiq təfərrüatların daxil edilməsi 
zərurəti nəzərə alınmaqla)?  

 
Ətraf mühitin mühafizəsi haqqında hesabata daxil olan məlumat plan və ya proqramın 
hazırlanması müddətində yerinə yetirilmiş  təhlildən necə  fərqlənəcək və onların 
sinergizmi üçün oxşarlıq və ya fürsətlər mövcuddurmu? 

 
SEQ komandası, plan və ya proqramı hazırlayanlardan hansı  məlumatları almalıdır və 
SEQ komandası plan və ya proqramın hazırlanmasına hansı töhfəni verə bilər?  

 
İxtiyari əsasda: kəmiyyət və ya keyfiyyət haqqında hansı məlumat təqdim edilməlidir və 
onun çatdırılması üçün hansı analitik alətdən istifadə edilə bilər (bax: fəsil А5)?  
26. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsaitdə əksini tapan, ətraf 
mühitin mühafizəsi haqqında hesabatla bağlı  məlumatlarla (Bölmə A4.2), SEQ ilə plan, yaxud 
proqramın hazırlanması arasında məntiqi  əlaqəliliklərlə (Fəsil A2) və ixtiyari əsasda SEQ 
çərçivəsində istifadə olunan əsas analitik alətlərin icmalı (Fəsil) ilə tanışlıq tələb edir.  

 
 
149 
 
27. Bu tapşırığın sonunda iştirakçılara başa düşməlidirlər ki, ətraf mühitin mühafizəsi haqqında 
hesabatın hazırlanması müvafiq plan və ya proqramın hazırlanması prosesi ilə effektiv şəkildə 
əlaqləndirilə və birləşdirilə bilər ( hesabatın özünün plan və ya proqramın layihəsindən ayrılmalı 
olmasında baxmayaraq). 
5-ci vəzifə: Müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiya üçün 
nəzərdə tutulan praktiki tədbirləri müzakirə edin. 
28. Bu tapşırıq iştirakçılara SEQ zamanı müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə 
konsultasiya üçün praktiki tədbirləri müzakirə etməyə kömək etməlidir.  
29.  İştirakçılar SEQ Protokolunun tələblərinə  əsasən konsultasiyaların keçirilməsinin zəruri 
olduğu səlahiyyətli orqanları qeyd etməlidirlər. Daha sonra onlar 1-ci tapşırıqda göstərildiyi 
kimi, öz təkliflərini müvafiq plan və ya proqramın hazırlanması çərçivəsində müvafiq orqanlarla 
keçirilən konsultasiyaların icmalı ilə müqayisə edə bilərlər. Bu müqayisə  əsasında onlar ətraf 
mühiti mühafizə  və  səhiyyə orqanları ilə SEQ-lə  əlaqədar konsultasiyaların ayrıca bir proses 
təşkil etməli olduğu, yaxud plan və ya proqramın hazırlanması çərçivəsində müvafiq orqanlarla 
aparılan konsultasiyalarla birləşdirilməli olduğu barədə müzakirə apara bilərlər.  
30. Müzakirə edilməli olan məsələlərə aşağıdakılar daxildir:  

 
SEQ prosesi çərçivəsində hansı orqanlarla konsultasiyalar aparılmalıdır?  

 
Əhəmiyyətli töhfənin verilməsi üçün bu konsultasiyalar nə vaxt və necə keçirilməlidir?  

 
Təklif edilən konsultasiyalar səlahiyyətli orqanlarla mövcud konsultasiyalardan necə 
fərqlənirlər?  

 
SEQ və plan və ya proqramın hazırlanması prosesi üçün ayrıca konsultasiyalar təşkil 
olunmalıdırmı, yoxsa rəylərin alınması üçün vahid sistemin olması daha yaxşıdır? 
31. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsaitdə  əksini tapan, 
səlahiyyətli orqanlarla konsultasiyalar (Bölmə A4.4), SEQ və planın yaxud proqramın 
hazırlanması prosesi arasında məntiqi əlaqəliliklər (Fəsil A2) və ixtiyari əsasda, SEQ üçün əsas 
konsultasiya alətləri (Fəsil A5) haqqında məlumatlarla tanış olmağı tələb edir. 
32. Bu tapşırığın sonunda iştirakçılar bilməlidirlər ki, SEQ çərçivəsində  səlahiyyətli orqanlarla 
aparılan konsultasiyalar müvafiq plan və ya proqramın hazırlanması prosesində  səlahiyyətli 
orqanlarla aparılan konsultasiyalarla effektiv şəkildə əlaqələndirilə və birləşdirilə bilər. 
6-cı vəzifə: İctimaiyyətin iştirakı üçün nəzərdə tutulmuş praktiki tədbirləri müzakirə edin. 
33. Bu tapşırıq iştirakçılara ictimaiyyətlə konsultasiyalar üçün praktiki tədbirləri müzakirə 
etməyə kömək etməlidir.  
34.  İştirakçılar Protokolun tələblərini  əsas götürməklə, ictimaiyyətin iştirakının təmin edilməsi 
üçün nəyin tələb olunduğunu qısaca təsvir etməlidirlər. Daha sonra onlar 1-ci tapşırıqda olduğu 
kimi öz təkliflərini müvafiq plan və ya proqramın hazırlanması prosesinin ictimaiyyətin 
iştirakının təmin edilməsinə və məlumata çıxışın təmin edilməsinə yönəlmiş tədbirlərinin icmalı 
ilə müqayisə edə bilərlər. Bu müqayisə əsasında onlar SEQ çərçivəsində ictimaiyyətin iştirakının 

 
 
150 
 
ayrıca bir proses kimi yerinə yetirilməli olduğu, yoxsa plan və ya proqramın hazırlanması 
çərçivəsindəki ictimaiyyətin iştirakı prosesi ilə birləşdirilməli olduğu barədə müzakirə apara 
bilərlər. 
 35. Müzakirə edilməli olan məsələlərə aşağıdakılar daxildir: 

 
Strateji ekoloji qiymətləndirmə zamanı ictimaiyyətin hansı  məlumatlara çıxışı  təmin 
edilməlidir?  

 
SEQ-ə aidiyyəti olan ictimaiyyət nümayəndələrinin müəyyən edilməsi zəruridirmi 
(zəruridirsə, necə müəyyən edilməlidir)?  

 
Konsultasiya prosesi bir mərhələdə  təşkil edilməlidir, yoxsa dövri prosesdən ibarət 
olmalıdır? 

 
SEQ çərçivəsindəki konsultasiyalar artıq plan və ya proqram hazırlanması  çərçivəsində 
ictimaiyyətlə aparılan konsultasiyalardan nə ilə fərqlənir, SEQ və plan və ya proqramın 
hazırlanması prosesi üçün ayrıca konsultasiyalar təşkil olunmalıdırmı, yoxsa rəylərin 
alınması üçün vahid sistemin olması daha yaxşıdır?  

 
İxtiyari  əsasda:  İctimaiyyətin iştirakının asanlaşdırılması üçün hansı konsultasiya 
alətlərindən istifadə edilə bilər? (Əlavə müzakirələr üçün yetərli vaxt qalarsa, onlar 
həmçinin belə strateji ekoloji qiymətləndirmə zamanı istifadə edilə biləcək müvafiq 
konsultasiya alətlərini də təklif eəd bilərlər (bax: fəsil A5).) 
 36. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsiatdə  əksini tapan, 
ictimaiyyətin iştirakı (Bölmə A4.3), SEQ və planın yaxud proqramın hazırlanması prosesi 
arasında məntiqi əlaqəliliklər (Fəsil A2) və ixtiyari əsasda, SEQ üçün əsas konsultasiya alətləri 
(Fəsil A5) haqqında məlumatlarla tanış olmağı tələb edir. 
 37. Bu tapşırığın sonunda iştirakçılar başa düşməlidirlər ki, SEQ çərçivəsində ictimaiyyətin 
iştirakının təmin edilməsi tədbirləri müvafiq plan və ya proqramın hazırlanması prosesinin 
ictimai iştirak rejimi ilə effektiv şəkildə əlaqələndirilə və birləşdirilə bilər. 
7-ci vəzifə: SEQ çərçivəsində əlavə edilmiş məlumatların plan və ya proqramın 
hazırlanması prosesində nəzərə alınması üçün müəyyən edilmiş praktiki tədbirləri 
müzakirə edin. 
38. Bu tapşırıqda plan və ya proqramı hazırlayan şəxslərə və ətraf mühitin mühafizəsi haqqında 
hesabatı hazırlayanlara, yaxud müvafiq plan və ya proqram haqqında qərar qəbul edən orqanlara 
SEQ prosesində  əldə edilmiş  məlumatın təsdiqdən  əvvəl plan və ya proqramın hazırlanması 
prosesində nəzərə alındığına zəmanət verməyə imkan verən tədbirlər müzakirə edilməlidir. 
 39. Müzakirə edilməli olan əsas məqamlar aşağıdakılardır: 
o
 
SEQ üzrə əlavə vəsait Aşağıdakı hallarda plan və ya proqramın hazırlanması zamanı 
strateji ekoloji qiymətləndirmənin nəticələrinin (ətraf mühitin mühafizəsi haqqında 
hesabat və hesabatda mənfi təsirlərin qarşısının alınması, azaldılması, yaxud nəticələrinin 
yüngülləşdirilməsi üçün müəyyən edilmiş tədbirlər; müvafiq səlahiyyətli orqanlarla 

 
 
151 
 
konsultasiyaların və ictimaiyyətin iştirakının nəticələri;) nəzərə alındığına necə təminat 
vermək olar: 
o
 
SEQ plan və ya proqramın hazırlanması prosesinə qismən inteqrasiya edilməli olduqda, 
(başqa sözlə, SEQ plan və ya proqramın hazırlanması ilə eyni vaxtda yerinə yetirilir və 
plan, yaxud proqramın hazırlanmasının  əsas mərhələlərinə töhfə verir).SEQ 
mütəxəssisləri və plan yaxud proqramı hazırlayan mütəxəssislər arasında müəyyən 
məsələlər barədə konsensus əldə edilə bilmədikdə, nə baş verir? SEQ plan və ya 
proqramın hazırlanması prosesinə tam inteqrasiya edilməli olduqda. Yenə  də SEQ 
mütəxəssisləri və plan yaxud proqramı hazırlayan mütəxəssislər arasında müəyyən 
məsələlər barədə konsensus əldə edilə bilmədikdə, nə baş verir?  
o
 
SEQ plan yaxud proqramın hazırlanmasından kənar ayrıca bir proses kimi, yaxud yalnız 
plan və ya proqram artıq yekunlaşdırıldıqdan sonra başladıldıqda. SEQ artıq layihəsi 
hazırlanmış plan və ya proqrama əsaslı dəyişikliklərin edilməsini təklif etdikdə nə baş 
verir? 
8-ci vəzifə: SEQ-in plan və ya proqramın hazırlanması prosesi ilə koordinasiyası üçün 
praktiki tədbirləri müzakirə edin. 
40. Bu tapşırıq iştirakçılara plan və ya proqramın hazırlanması prosesində strateji ekoloji 
qiymətləndirmənin aparılması üçün tələn olunan praktiki tədbirləri müzakirə etməyə kömək 
etməlidir.  
41. Bundan əvvəlki tapşırıqlar iştirakçılara SEQ-in əhatə dairəsinin müəyyən edilməsi (Tapşırıq 
3), ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması üçün zəruri məlumatların alınması 
(Tapşırıq 4), SEQ çərçivəsində səlahiyyətli orqanlarla konsultasiyaların aparılması (Tapşırıq 5), 
SEQ-ə aidiyyəti olan ictimaiyyətin iştirakının təmin edilməsi (Tapşırıq 6) və SEQ prosesində 
əldə edilmiş məlumatların plan və ya proqramın hazırlanması üçün nəzərə alınması (Tapşırıq 7) 
üçün  ətraflı  şərtləri müzakirə etməyə kömək etdi. Daha əvvəl aparılan bu müzakirələrdə  əldə 
olunan qənaətlər  əsasında iştirakçılar təklif edilən SEQ prosesini aparmalı olan ekspertlərin işi 
üçün konkret şərtləri aydınlaşdırmalıdırlar.  
42. Müzakirə edilməli olan məsələlərə aşağıdakılar daxildir: 
o
 
Plan və ya proqramın hazırlanmasından kənar ayrıca bir prosesi kimi həyata keçirilən, 
yaxud ləngidilən və plan və ya proqramın layihəsi artıq hazırlandıqdan sonra başlayan 
strateji ekoloji qiymətləndirmənin əsas üstünlükləri və mənfi cəhətləri nələrdir? 
o
 
SEQ-in plan və ya proqramın hazırlanması prosesinə qismən inteqrasiya olunmasının 
üstünlükləri və mənfi cəhətləri nələrdir?  
o
 
SEQ-in plan və ya proqramın hazırlanması prosesinə tam inteqrasiya olunmasının 
üstünlükləri və mənfi cəhətləri nələrdir? 
 43. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsaitdə  əksini tapan, 
SEQ prosedurunun elementləri (Fəsil A2), qərarın qəbulu (Bölmə A4.6), SEQ ilə plan və ya 
proqramın hazırlanması arasında məntiqi əlaqəliliklər haqqında məlumatlarla tanış olmağı tələb 
edir. 

 
 
152 
 
 44. Bu tapşırığın sonunda iştirakçılar plan və ya proqramın hazırlanması zamanı SEQ-in yerinə 
yetirilməsinin müxtəlif variantları ilə  əlaqədar  əsas üstünlüklərdən və problemlərdən xəbərdar 
olmalıdırlar. 
9-cu vəzifə: Monitorinq hazırlığı və SEQ-in sonrakı ekoloji qiymətləndirmələrlə 
əlaqələndirilməsi üzrə praktiki məsələləri müzakirə edin 
45. Bu tapşırıq iştirakçılara plan və ya proqram üçün monitorinq sisteminin hazırlanması  və 
strateji ekoloji qiymətləndirmənin sonrakı ekoloji qiymətləndirmələrlə  əlaqələndirilməsi ilə 
əlaqədar olaraq SEQ ekspertlərinin ehtimal edilən vəzifələrini müzakirə etməyə kömək etməlidir.  
46. Müzakirə edilməli olan məsələlərə aşağıdakılar daxildir: 

 
SEQ sonrası monitorinqin hazırlanması zamanı adətən nə gözlənilir? 

 
SEQ sonrası monitorinq plan və ya proqramın monitorinqi ilə necə əlaqələndirilməlidir? 

 
SEQ sonrakı ekoloji qiymətləndirmələrlə necə əlaqələndirilməlidir (başqa sözlə, plan və 
ya proqramın çərçivəsini müəyyən etdiyi konkret layihələrin  ətraf mühitə  təsirlərinin 
qiymətləndirilməsi ilə, yaxud sonrakı olan və proqramların strateji ekoloji 
qiymələtndirmələri ilə)? 
 47. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsaitdə  əksini tapan 
monitorinq haqqında məlumatla (bax: Bölmə А4.2) tanış olmağı tələb edir. 
 48. Bu tapşırığın sonunda iştirakçılar monitorinqin tətbiqinin  əsas çətinlikləri, SEQ və daha 
sonrakı ƏMTQ və SEQ-lər arasındakı praktiki əlaqəliliklərdən xəbərdar olmalıdırlar. 
10-cu vəzifə: Verilən plan və ya proqrama üçün təklif edilən SEQ yanaşmasını təqdim edin. 
49. Bu yekun tapşırıq təklif edilən SEQ yanaşmasının təqdim edilməsinə kömək edir. Bu, verilən 
sEq prosesi üçün texniki tapşırığın hazırlanması üçün faydalı ola bilər.  
50. İştirakçılar təklif edilən yanaşmanın əsas üstünlüklərini və zəif tərəflərini qısa təsvir etməli 
və onun tətbiqi ilə bağlı ehtimal və riskləri açıq  şəkildə etiraf etməlidirlər. Vaxt qalarsa, 
iştirakçılar SEQ-in tam yerinə yetirilməsi üçün tələb olunan günlərin sayını hesablaya, SEQ 
mütəxəssisləri üçün zəruri bacarıqları, eləcə  də belə SEQ təqdim olunan zaman qeyd edilməli 
olan digər məsələləri müəyyən edə bilərlər.  
51. Beləliklə, iştirakçılardan aşağıdakıları  qısaca təsvir etməklə  təklif edilən SE! yanaşmasının 
icmalını vermək xahiş edilə bilər:  

 
SEQ çərçivəsində yerinə yetirilməli olan əsas vəzifələr və onların plan və ya proqramın 
hazırlanması prosesinə aid vəzifələrlə əlaqəsi. 

 
Plan və ya proqramın hazırlanması prosesində SEQ ekspertlərin rolu (vəzifələri, 
səlahiyyətləri).  

 
Təklif edilən yanaşmanın  əsas üstünlükləri və  zəif cəhətləri, onun effektivliyi ilə bağlı 
təxminlər (risklərə münasibətdə realist olmaq şərti ilə). 

 
 
153 
 

 
SEQ-in tamamlanması üçün gözlənilən iş günlərinin sayı. 

 
SEQ ekspertləri üçün tələb olunan bacarıqlar və s. 
52. Bu tapşırığın sonunda iştirakçılar təklif edilən SEQ yanaşmasını SEQ-in yerinə 
yetirilməsində maraqlı olan səlahiyyətli orqanlara, maraqlı tərəflərə və konsultantlara təqdim edə 
bilməlidirlər. 

 
 
154 
 
ƏLAVƏLƏR 
 

 
 
155 
 
  
Əlavə A1.1 
 
ƏHALİNİN SAĞLAMLIĞI 
 

 
 
156 
 
1 ƏLAVƏYƏ GİRİŞ 
Bu  əlavə Protokolun tələblərinə uyğun olaraq, insan sağlamlığının strateji ekoloji 
qiymətləndirmənin bir hissəsi kimi nəzərə alınması üçün tövsiyələr verir. 2-ci bölmədə 
sağlamlığın  əhəmiyyəti və Protokolun sağlamlıqla  əlaqədar müddəaları müzakirə olunur. 3-cü 
bölmədə mümkün praktiki tədbirlərə nəzər salınır. 
 Bu  Əlavə  həm plan və ya proqramların insan sağlamlığına potensial təsirlərini başa düşmək 
istəyən SEQ mütəxəssisləri, həm də  məlumat və tövsiyə almaq üçün müraciət edilə biləcək 
(məsələn, qanunla nəzərdə tutulmuş konsultant kimi), yaxud səhiyyə  məsələlərinin tam əhatə 
edilməsini təmin etmək istəyən ətraf mühiti mühafizə və səhiyyə orqanları üçün nəzərdə tutulub. 
Bütövlükdə bu vəsait kimi, bu Əlavə də rəsmi hüquqi və ya peşəkar tövsiyədən ibarət deyil və 
Protokolun izahedici rəhbər sənədi kimi çıxış etmir.  
Tərəflər öz şəraitlərində sağlamlığın necə  nəzərə alına biləcəyini öyrənmək, pilot araşdırmalar 
aparmaq Protokolun tələblərinə cavab verən prosedurlar hazırlamaq və öz institusional 
ehtiyaclarına və kontekstə uyğun tövsiyə  sənədi hazırlamaq üçün bu əlavədəki fikirlərdən 
istifadə edə bilər. 
 
2 SAĞLAMLIQ NƏ ÜÇÜN MÜHÜMDÜR 
 “Avropanın Ətraf Mühit və Əhalinin Sağlamlığı ilə əlaqədar Fəaliyyət Planında (2004–2010)” 
qeyd edildiyi kimi
49
:  
Hər kəs özü, uşaqları üçün və cəmiyyətimizə bəxş etdiyi geniş iqtisadi və sosial mənfəətlərə görə 
sağlamlıq arzulayır. O, uzun müddətli iqtisadi artım və davamlı inkişaf baxımından mühüm rola 
malikdir – getdikcə artam dəlillərin də göstərdiyi kim sağlam olmaq üçün zəruri xərclər zəif 
səhhətdən irəli gələn xərclərdən daha yüksəkdir (tibbi xidmətin göstərilməsi, dərmanların 
qəbulu, xəstəlik səbəbi ilə götürülən məzuniyyət, aşağı  məhsuldarlıq,  əlillik və erkən yaşlarda 
təqaüdə çıxmaq baxımından). 
 Ətraf mühitin vəziyyəti ilə  əhalini sağlamlıq vəziyyəti arasında aşkar bağlılıq dövlətlərarası 
"Ətraf Mühit və Sağlamlıq" prosesinin başladılmasına gətirib çıxarmışdır.  Ətraf Mühit və 
Sağlamlıq haqqında 1999-cu ilin London Bəyannaməsi SEQ Protokolunun hazırlanması üçün 
səaslı təkan oldu, daha sonra 2004-cü ildə Budapeştdə qəbul edilən bəyannamə Protokola uyğun 
olaraq, strateji təkliflərin qiymətləndirilməsi zamanı  əhalinin sağlamlığı amillərinin nəzərə 
alınması ilə bağlı öhdəliyi bir daha təsdiq etdi
50
.  
                                                      
49
 Avropa Komissiyası, COM(2004) 0416 yekun. Aşağıdakı ünvandan əldə edilə bilər: 
http://eurlex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:52004DC0416:EN:HTML

 
50
 
Nazirlər səviyyəsində üçüncü ətraf mühit və əhalinin sağlamlığı konfransının bəyanatı (EUR/ICP/EHCO 02 02 05/18 Red.5) (London, 1999), 
aşağıdakı ünvandan əldə edilə bilər: http://www.euro.who.int/__data/assets/pdf_file/0007/88585/E69046.pdf; və Nazirlər səviyyəsində dördüncü 
ətraf mühit və əhalinin sağlamlığı konfransının bəyanatı
 
(EUR/04/5046267/6) (Budapeşt, 2004), aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.euro.who.int/document/e83335.pdf
 

 
 
157 
 
Bunun nəticəsidir ki, Protokol əhalinin sağlamlığı amillərin plan və ya proqramların strateji 
ekoloji qiymətləndirməsinin ayrılmaz hissəsi kimi diqqətə alınmasını nəzərdə tutur. 
 
MÜMKÜN PRAKTİKİ MÜLAHIZƏLƏR 
Bu bölmə  əsas diqqəti aşağıdakılara yönəltməklə,  əhalinin sağlamlığının strateji ekoloji 
qiymətləndirmənin bir hissəsi kimi nəzərə alınmasına praktiki yanaşmaları, eləcə  də  təfsir və 
metodologiya ilə bağlı çətinlikləri tədqiq edir: 

 
Əhalinin sağlamlığına əhəmiyyətli təsirlərin müəyyən edilməsi (bölmə 3.1). 

 
Müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiya (bölmə 3.2).  

 
Sağlamlığa təsirlərin kəmiyyət və keyfiyyət qiymətləndirməsi daxil olmaqla, əhalinin 
sağlamlığına gözlənilən təsirlərin qiymətləndirilməsi (bölmə 3.3). 

 
Ətraf mühitin mühafizəsi haqqında hesabatın  əhatə dairəsinin müəyyən edilməsi və 
hazırlanması (bölmə 3.4)  
3.1 Əhalinin sağlamlığına əhəmiyyətli təsirlərin müəyyən edilməsi 
Protokolda sağlamlığın tərifi verilmir. Əvəzində, müvafiq ətraf mühiti mühafizə  və  səhiyyə 
orqanları ilə konsultasiyaların nəticəsi diqqətə alınmaqla, hər bir plan və ya proqram üçün strateji 
ekoloji qiymətləndirmə  çərçivəsində hansı müvafiq sağlamlıq amillərinin və ya problemlərinin 
nəzərə alınmalı olduğunun müəyyən edilməsi tələb olunur. 
 Müvafiq səlahiyyətli orqanlar bu amillər müəyyən edilən zaman aşağıdakı şəkildə qısaca təsvir 
edilən sağlamlıq determinantları çərçivəsinin nəzərə alınmasını faydalı hesab edə bilərlər: Plan 
və ya proqramın icrasının hansı determinantlara və ya sağlamlığa təsir edən hansı amillərə əsaslı 
mənfi təsir göstərə biləcəyinin müəyyən edilməsi vacibdir. Plan və ya proqramın, məsələn, 
müvafiq ekoloji məqsədlərə uyğun olaraq, sağlamlığı necə mühafizə  və təbliğ etdiyinin nəzərə 
alınması faydalı ola bilər.  
Ümümdünya Səhiyyə  Təşkilatının geniş sağlamlıq konsepsiyasının özü — təkcə  xəstəliyin 
yoxluğu hələ sağlamlıq demək deyil — plan və proqramların bir çox yolla sağlamlığa təsir edə 
biləcəyini nəzərdə tutur. Onların bəzi təsirləri aşkar və birbaşa səciyyəlidir — bunların da 
əksəriyyəti artıq praktikada yaxşı bilinir — digərləri isə dolayı və proqnozlaşdırılması çətin olan 
təsirlərdir.  Əksər ekoloji təsirlər kimi fiziki mühit amilləri ilə sağlamlığın mühafizəsi 
tədbirlərinin nəticələri arasındakı yol mürəkkəb ola və çox vaxt apara bilər. Həmçinin bilmək 
vacibdir ki, plan və proqramların  əhalinin sağlamlığına təsirləri çox vaxt həm müsbət, həm də 
mənfi nəticələr yaradan müxtəlif növ təsirlərin birləşməsi ilə sinergik olur.  
Bundan  əlavə,  əhalinin sağlamlığı haqqında mövcud məlumatın strateji ekoloji 
qiymətləndirməyə müvafiqliyi ilə bağlı mühüm məsələlər mövcuddur, belə kimi həmin 
məlumatlar müxtəlif məqsədlər üçün toplanmışdır və çox vaxt strateji ekoloji qiymətləndirmə 
üçün yararlı olmayacaq səviyyədə ümumi səciyyəlidirlər. Xəstəlik və ölüm statistikası heç də 
həmişə icra olunan plan və ya proqramın nəticələrinin monitorinqi üçün izahedici ilkin məlumat 

 
 
158 
 
və ya əsaslı baza təmin etmir. Müxtəlif determinantların nisbi əhəmiyyəti və onların mürəkkəb 
qarşılıqlı  əlaqələri ilə  əlaqədar qeyri-müəyyənlik olsa da, şəkildə göstərilən determinantlar 
sağlamlığa təsir edən başlıca amillər kimi tanınır. Beləliklə, onlar plan və ya proqramın əhalinin 
sağlamlığına ehtimal edilən  əhəmiyyətli təsirlərin qiymətləndirilməsi üçün başlanğıc nöqtəsi 
kimi istifadə edilə bilər.  
Məsələn, plan və proqramlar, nəqliyyata, mənzil təminatına, təhsilə və sosial xidmətə təsir edə, 
beləliklə, sosial birliyi, kommunal xidmətlərdə asan istifadə imkanını  təbliğ edə, insanları 
idmana təşviq edə avtomobillərin idarə edilməsi ehtiyacını azalda bilər. Beləliklə, nəqliyyatla 
əlaqədar plan aşağıdakı sağlamlıq determinantlarına təsir edə bilər: fərdi həyat tərzi (məsələn, 
fiziki aktivliyin təşviq edilməsi və ya əksinin təbliğ edilməsi ilə); sosial və kommunal şəbəkələr 
və onların təsirləri (kommunal xidmətlərin əvəzlənməsi və ya kommunal bölgüdə dəyişikliklər); 
yaşayış  və  iş  şəraiti (məsələn, yol qəzası hadisələrinin sayının dəyişməsi vasitəsi ilə); ekoloji 
şərtlər (məsələn, havanın çirklənməsi və  səs-küy)
51
.  Əlavə, praktiki nümunə ilə  aşağıdakı 
haşiyədə tanış olmaq olar. 
                                                      
51
 Mənbə: Margaret Douglas, Martin Higgins və Sheila Beck, “Strateji ekoloji qiymətləndirmə və əhalinin sağlamlığı”, Şotlandiyanın Sağlamlığa 
təsirlərin qiymətləndirilməsi şəbəkəsi üçün arayış sənədi (2005). Aşağıdakı ünvandan əldə edilə bilər 
http://www.healthscotland.com/documents/1250.aspx

 

 
 
159 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin