Strateji ekoloji qiymətləndirmədə sağlamlıq: plan və proqramların əhalinin sağlamlığına
mümkün təsirləri
Plan və proqramların əhalinin sağlamlığına mümkün təsirlərinin müəyyən edilməsinə kömək edə
biləcək suallara nümunələr və bu məsələlərlə sağlamlıq arasında bilinən bağlılıqların əsaslandığı
dəlillər haqqında qeydlər. (Suallar nümunə üçündür və müvafiq qaydada istifadə edilə və ya
uyğunlaşdırıla bilər.)
59
Göstərilənlərin xaricindəki dəlillər əsaslanır: Ben Cave, Peter Molyneux və Adam Coutts,
Sağlam davamlı icmalar: Nə nəticə verir?
(Vellinqboro, Birləşmiş Krallıq, Milton Keyns və CənubiMidlend Səhiyyə və sosial qayğı qrupu, 2004). Aşağıdakı ünvandan əldə edilə bilər:
www.apho.org.uk/resource/view.aspx?RID=93661.
Sağlamlıq
determinantlarında
mümkün dəyişiklilərlə
bağlı suallar
Əlaqədar SEQ
mövzuları
Dövlət
siyasətləri
Sağlamlığa mümkün təsirlər və dəlil
bazası (ədəbiyyat və/və ya internet
linklərə istinad oluna bilər)
59
Plan və ya proqram tibbi
müəssisələrin təmin
edilməsini əhatə edirmi,
məsələn, ümumi profilli
cərrah kabinetləri,
sağlamlıq mərkəzləri və
ya hospitallar?
Əhali
Ümumi profilli həkim
konsultasiyasının daha yüksək
göstəricisi daha böyük sosial və
iqtisadi məhrumiyyətlə bağlıdır, lakin
sağlamlığın itirilməsi riskinə daha çox
məruz qalan icmalar profilaktik
tədbirlərdən istifadə imkanı az
olanlardır
Plan və ya proqram
istirahət komplekslərini,
məsələn, idman
mərkəzlərini
əhatə
edirmi?
Əhali
İdman etməməyin artan ürək-damar
xəstəliyi riski ilə bağlılığı mövcuddur.
Plan və ya proqram
sağlamlıq və ya istirahət
komplekslərinə
təsir
edirmi?
Əhali
Xidmətlərdən istifadə imkanının
olmasından (məsələn, piyada və ya
münasib qiymətli nəqliyyat vasitəsi ilə
ünvana çatmaq) qeyri-proporsional
şəkildə qadınlar, məktəblilər, yaşlılar
və əlilliyi olan şəxslər əziyyət çəkirlər.
Xidmətlərdən istifadə imkanının aşağı
olması sosial təcrid olunma ilə bağlı
mühüm amildir və sağlamlıq
problemlərinə aidiyyəti mövcuddur.
Plan və ya proqram su
və aya havaya
emissiyaları
nəzərdə
tutulan fəaliyyətləri
əhatə edirmi?
Torpaq, su, hava
Havanın çirklənməsinin həm qısa,
həm də uzun müddətli zərərverici
təsirləri vardır, ağ ciyər və ürək
xəstələrinin vəziyyətini daha da
pisləşdirə uzun ömürlülük səviyyəsini
azalda bilər.
169
60
Göstərilənlərin xaricindəki dəlillər əsaslanır: Ben Cave, Peter Molyneux və Adam Coutts,
Sağlam davamlı icmalar: Nə nəticə verir?
(Vellinqboro, Birləşmiş Krallıq, Milton Keyns və CənubiMidlend Səhiyyə və sosial qayğı qrupu, 2004). Aşağıdakı ünvandan əldə edilə bilər:
www.apho.org.uk/resource/view.aspx?RID=93661.
61
Ekoloji Sağlamlıq İnstitutu, Küyün eşitmə xaricində təsirləri haqqında hesabat (Lester, Birləşmiş Krallıq, 1997), səh. 90
Sağlamlıq
determinantlarında
mümkün
dəyişiklilərlə bağlı
suallar
Əlaqədar SEQ
mövzuları
Dövlət
siyasətləri
Sağlamlığa mümkün təsirlər və
dəlil bazası (ədəbiyyat və/vəya
internet linklərə istinad oluna
bilər)
60
Plan və ya proqramın
çirkləndirilmiş
torpaqlar, yaxud
tullantıların idarə
edilməsi və ya
yerləşdirilməsi ilə
əlaqəsi varmı?
Torpaq, su, hava
Ağır metal, neft, asbest, bioqaz
kimi çirkləndirici maddələr
sağlamlığa zərərlidir.
Tullantıların yerləşdirilməsi
təhlükəsizliyi və hava keyfiyyətinə
potensial mənfi təsirlər daxil
olmaqla, yol nəqliyyatının, səs və
tozun əsas mənbəyi ola bilər
Plan və ya proqram
əhalinin başqa növ
təsirlərə
məruz
qalmasına gətirib
çıxara bilərmi?
Əhali
Ətraf mühitdə səs-küy bir çox
insanlar üçün narahatlıq yarada,
yatmağa mane ola bilər.
Səs-küy, yüksək təzyiq və ürək
xəstəlikləri arasında səbəb-nəticə
əlaqəsinə dair dəlillər
mövcuddur
61
.
Plan və ya proqram
daşqın riski əmələ
gətirə bilərmi?
Su, torpaq
Daşqından irəli gələn sağlamlıq
təsirlərinə aydın hiss edilənlərlə
yanaşı qastoentrit, aşağı nəfəs
yollarının infeksiyaları, astma,
oynaqların bərkiməsi və stressdən
irəli gələn psixoloji problemlər
daxil ola bilər
Plan və ya proqram
iqlim dəyişikliklərinə
gətirib çıxaracaqmı?
İqlim amilləri,
hava
İqlimin qeyri-stabilliyi və dəniz
səviyyəsinin yüksəlməsini
sağlamlığa ciddi uzun müddətli
təsirləri olur. Mənfi təsirlərdən
yayınma və
nəticələrin
yüngülləşdirilməsi fərq yarada
bilər.
Plan və ya proqram
fərdi avtomobillərdən
deyil, ictimai
nəqliyyatdan və ay
alternativ nəqliyyat
vasitələrindən
istifadəni təşviq
edirmi?
Hava, iqlim
amilləri
.. Avtomobillərdən daha az istifadə
edilməsi işlənmiş qaz tullantılarının
birbaşa təsirinə məruz qalma
səviyyəsini aşağı salır.
Nəqliyyatın daha az yüklənməsi və
səs-küyün azalması
həyat
keyfiyyətini və rifah halını
yaxşılaşdıra bilər.
Karbon emissiyasının hər hansı
170
mədudlaşdırılması, nə qədər az da
olsa, iqlim dəyişiklikləri
məqsədlərinin həyata keçirilməsinə
kpmək edir
Plan piyada və ya
velosipedlə gəzintini
təşviq edirmi?
Hava, əhali
Fiziki fəaliyyət ümumi səhhətin
yaxşılaşdırılması və artıq çəkinin
azaldılması üçün ən yaxşı
üsullardandır.
Qonşuluqda torpaqdan müxtəlif
məqsədlərlə istifadə olunması,
əhalinin və iş təminatının yüksək
olması, digər küçələrə çıxışın
mövcudluğu, piyadalar üçün
əlverişli infrastruktur və
təhlükəsizlik daha çox fiziki
aktivliyi təşviq edir və artıq çəki
göstəricisini azaldır.
Bu xüsusiyyətlər ən çox yaşlı
insanların sosial təcrid olunma
hallarının azaldılması üçün
faydalıdır
Plan və ya proqram
kənd və sahilyanı
ərazilərə daha yaxşı
gediş-gəlişin təmin
edilməsini
əhatə
edirmi?
Əhali, landşaft,
biomüxtəliflik
Gəzinti və velosiped gəzintisi üçün
daha çox fürsətlərin olması fiziki
sağlamlıq üçün faydalıdır.
Təbiətlə daha çox ünsiyyət zehni
sağlamlıq üçün faydalıdır,
Məişət təminatı üzrə
plan və ay proqramlar
enerjidən səmərəli
istifadə, istilik,
ventilyasiya,
ehtiyaclara
uyğunlaşdırıla bilmə
kimi amilləri nəzərə
alacaqmı?
Əhali, iqlim
amilləri
rütubətli evlərin qan-damar və qab
dövranı
xəstəliklərlə
əlaqəsi
məlumdur.
Yanacaq yoxsulluğu zehni
sağlamlığa təsir edir və sağlamlıqla
bağlı qeyri-bərabərliklərin
artmasına yardım edir.
Mənzil şəraiti əlilliyi olan insanlar,
ailələr və yaşlı insanlar üçün
münasib olmalıdır.
Plan və ya proqram iş
yeri, mağaza, məktəb,
tibbi xidmət
müəssisələri və sosial
fəaliyyət məkanlarına
asanlıqla getmək üçün
davamlı imkan
yaradırmı?
Əhali
Zəif nəqliyyat sistemi iş, təhsil,
tibbi xidmət, ərzaq bazarlığı kimi
insan həyatını
zənginləşdirən
fürsətlərdən yararlanmaq
imkanlarını
məhdudlaşdıraraq
sosial təcrid olunmaya gətirib
çıxara bilir.
Fiziki baryerlər (məsələn, nəqliyyat
infrastrukturu) və psixoloji
171
baryerlər (məsələn, yolun
təhlükəsizliyi ilə bağlı qorxu)
səbəbindən icma daxili parçalanma
səyahət imkanlarını məhdudlaşdırır
və işlə təminat, təhsil, tibbi
xidmətlə əlaqədar gediş-gəlişə
mənfi təsir göstərə bilər.
Xidmətlərdən istifadə imkanının
olmasından (məsələn, piyada və ya
münasib qiymətli nəqliyyat vasitəsi
ilə ünvana çatmaq) qeyri-
proporsional
şəkildə qadınlar,
məktəblilər, yaşlılar və əlilliyi olan
şəxslər əziyyət çəkirlər.
Xidmətlərdən istifadə imkanının
aşağı olması sosial təcrid olunma
ilə bağlı mühüm amildir və
sağlamlıq problemlərinə aidiyyəti
mövcuddur.
Plan və ya proqram
kollektiv
təhlükəsizlik, kimlik
və sosial birlik hissini
təşviq edirmi?
Əhali, mədəni
irs, landşaft,
biomüxtəliflik
Yüksək səviyyəli
şəhərsalma
icmanın ətraf mühitə daha çox
sahib çıxmasını
təşviq edir,
vandalizmi və imkanlardan
natamam istifadəni məhdudlaşdırır.
Kollektiv kimlik və kollektivə
mənsubiyyət duyğusunun
sağlamlığı bəslədiyi və rifah hissi
oyatdığı məlumdur.
Cinayət qorxusu sosial həmrəyliyi
məhdudlaşdırır və mənfi fiziki
təsirə məlikdir. Evi tərk etmək
qorxusu yaşlı insanları daha çox
təcrid olunmağa vadar edir və daha
da həssaslaşdırır. Yüksək səviyyəli
şəhərsalma cinayəti istisna etməyə,
icma təhlükəsizliyini artırmağa
kömək edə bilər
Plan və ya proqram
yaşıllıq
ərazilərinə
yerli səviyyədə gediş-
gəlişi təmin
edəcəkmi?
Əhali,
biomüxtəliflik,
fauna və flora,
mədəni irs,
landşaft
. Təhlükəsiz yaşıllıq əraziləri sosial
ünsiyyəti, idmanı təşviq edir və
aşağı cinayət səviyyəsi ilə
assosiasiya olunur.
Evlərindən ağacları və ya yaşıl
sahələri görən insanlar daha yüksək
sağlamlıq və rifah halı haqqında
məlumat vermişlər.
Plan və ya proqramın
aidiyyəti olan sosial
Əhali
Ayrıca qapalı dairədə həyata
keçirilən fəaliyyətlər həssas
172
SEQ və Sağlamlığa təsirlərin qiymətləndirilməsi: oxşarlıqlar və fərqlər
Sağlamlığa təsirlərin qiymətləndirilməsi heç bir beynəlxalq hüquqi alətdə müəyyən edilmir, lakin
Təsirlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya bu qiymətləndirməyə belə tərif verir:
“hər hansı siyasət, plan, proqram və ya layihənin əhalinin sağlamlığına potensial və bəzən qeyri-
ixtiyari təsirlərini və bu təsirlərin əhali arasında paylanmasını sistemli qaydada qiymətləndirən
prosedur, metod və alətlərin birləşməsi. Sağlamlığa təsirlərin qiymətləndirməsi bu təsirlərin idarə
edilməsi üçün müvafiq tədbirlər müəyyən edir
62
”
SEQ və Sağlamlığa Təsirlərin Qiymətləndirilməsi arasında oxşarlıqlar çoxdur. Hər ikisinin
məqsədi qərar qəbulu prosesi üçün məlumat təmin etmək və bu prosesə təsir etməkdir. Hər ikisi
ilkin qiymətləndirmə, əhatə dairəsinin müəyyən edilməsi, hesabat kimi elementləri özündə
birləşdirən prosedurlardan istifadə edir və konsultasiyaya böyük əhəmiyyət verirlər.
Lakin bir sıra vacib fərqlər də mövcuddur:
Sağlamlığa təsirlərin qiymətləndirilməsi çox vaxt adi strateji ekoloji qiymətləndirmənin
plan və proqram kimi strateji təkliflərin təsirlərinin "ex ante" proqnozlaşdırılması
konteksti xaricində tətbiq olunur, məsələn, konkret xidmət, fəaliyyət və ya davranışın
təsirlərinin müəyyən edilməsi üçün.
Bir çox kontekstdə sağlamlığa təsirlərin qiymətləndirilməsi sosial elmlər, epidemiologiya
və toksikologiya kimi sahələrdə aparılan tədqiqatların müəyyən etdiyi biliklərə əsaslana
bilər; bu strateji ekoloji qiymətləndirmə üçün müvafiq olandan daha ətraflı və da
kəmiyyət səciyyəli ola bilər, baxmayaraq ki, sağlamlığa təsirlərin qiymətləndirilməsi
zəruri olduqda strateji və keyfiyyət yanaşmasına riayət edə bilər.
Bundan əlavə, qeyd edilməlidir ki, bəzən səhiyyə sektorunda plan və ya proqram kimi
terminlər bir qayda olaraq SEQ çərçivəsində başa düşülən mənadan fərqli anlayışları
ifadə etmək üçün istifadə edilir (məsələn, sağlamlıqla bağlı qeyri-bərabərlikləri
azaldılması planı, yaxud peyvənd planı).
62
Sağlamlığa təsirlərin qiymətləndirilməsi: Beynəlxalq qabaqcıl təcrübə prinsipləri, qeyd 56
qruplar üçün işsizliklə
bağlı
nəticələri
olacaqmı?
qrupların təcrid olunmasına gətirib
çıxara bilər.
Yaşayış yerlərinə yaxın ərazilərdə
iş fürsətlərinin olması piyada və
velosipedlə gəzinti imkanı yaradır.
İşsiz insanlar zəif fiziki və əqli
sağlamlıq və daha qısa ömürlülük
riskinə daha çox məruz qalırlar.
Aşağı
gəlirli təhlükələrdən
sığortalanmamış iş təminatı daha
yüksək qəza, infeksiya, ürək
xəstəliyi riski yaradır və siqaretin
çəkilməsi kimi sağlamlığa ziyan
gətirən davranışları artırır.
173
Sağlamlığa təsirlərin qiymətləndirilməsində istifadə edilən bəzi metodlar və onların əsaslandığı
bilik bazası hazır şəkildə plan və proqramların insan sağlamlığına, sağlamlıqla bağlı qeyri-
bərabərliklərə, potensial təsirlərinin müəyyən edilməsi və mənfi təsirlərin kompensasiya
edilməsi, müsbət təsirlərin artırılması ilə bağlı təkliflərin verilməsi məqsədi ilə strateji ekoloji
qiymətləndirməyə tətbiq edilə bilər. Lakin digər ekoloji təsirlərdə olduğu kimi, strateji ekoloji
qiymətləndirmənin proqnozlaşdırma xüsusiyyəti və plan və proqramların sağlamlığa təsirlərinin
bir çoxunun qeyri-müəyyən və dolayı təsirləri dəqiq və ətraflı proqnoz səylərini qeyri-mümkün
və ya hətta arzuolunmaz edə bilər.
174
3.4 ƏTRAF MÜHITIN MÜHAFIZƏSI HAQQINDA HESABATIN ƏHATƏ DAIRƏSININ
MÜƏYYƏN EDILMƏSI VƏ HAZIRLANMASI
Vəsaitin A4.2.3 bölməsi ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması və əhatə
dairəsinin müəyyən edilməsi addımlarını təsvir edir. Bu bölmədə bu addımlar çərçivəsində
sağlamlıq məsələlərinin əhatə edilməsi üçün bəzi praktiki tövsiyələr verilir, eləcə də hesabatın
məzmunu haqqında əlavə təlimata yer verilir (A4.2 cədvəlindən əlavə). Aşağıdakı cədvəldə
əksini tapan təkliflər tam və mütləq çərçivə kimi qəbul edilməməlidir. Ətraf mühitin mühafizəsi
haqqında hesabatda sağlamlıq məsələlərini ələ alan şəxslər yanaşmalarını verilən plan və ya
proqramın məxsusi mahiyyət və kontekstinə, eləcə də əhatə dairəsinin müəyyən edilməsi zamanı
səhiyyə orqanlarından alınmış rəylərə uyğunlaşdıra bilərlər.
Ətraf mühitin mühafizəsi haqqında hesabatda sağlamlığın ələ alınmasına mümkün
yanaşmalar
Ətraf mühitin mühafizəsi haqqında hesabatın
elementləri (Protokol, Əlavə IV)
1. Plan və ya proqramın məzmunu və ya əsas
məqsədləri, digər plan və ya proqramlarla əlaqəsi.
Sağlamlıq məsələlərinin nəzərə alınmasına
mümkün yanaşmalarla əlaqədar tövsiyələr Vəsaitdə
A4.2 -ci Cədvəl bu məsələni tam əhatə edir.
2. Əhalinin sağlamlığı daxil olmaqla, ətraf mühitin
cari vəziyyətinin müvafiq aspektləri və plan və ya
proqramın həyata keçirilməməsi halında bu
vəziyyətdə ehtimal olunan dəyişiklik.
3. Əsaslı təsiri məruz qalacağı ehtimal edilən
sahələrdə ətraf mühit xüsusiyyətləri.
4. Plan və ya proqrama müvafiq ekoloji, o
cümlədən sağlamlıq problemləri.
Bu üç element (2–4) üst-üstə düşə bilərlər, lakin
plan və ya proqramın əhatə etdiyi və təsirə məruz
qoyacağı ehtimal edilən ərazilərin sağlamlıq
şəraitinin müxtəlif aspektləri ilə əlaqəlidirlər.
2-ci bənddə, müvafiq aspektlər ərazidə əhalinin
sağlamlıq vəziyyəti ilə
əlaqədar ümumi
tendensiyanı təsvir edə bilər.
3-cü bənddə sağlamlıqla bağlı müvafiq ümumi
tendensiyalar sağlamlıq göstəricilərin yüksək
olduğu (ictimai yerlər, idman üçüm ayrılmış
məkanlar və s.) və lokal sağlamlıq problemlərinin,
yaxud sağlamlıqla əlaqədar qeyri-bərabərliklərin
olduğu, eləcə də əhalinin sıx məskunlaşdığı
ərazilərə xüsusi istinadlar edilməklə təsvir edilə
bilər.
4-cü
bənddə sağlamlıq problemləri
xəritləşdirilməlidir. Strateji ekoloji
qiymətləndirmədə sağlamlıq məsələlərinin nəzərə
alınması üçün daha ətraflı bir yanaşma müəyyən
edildikdə, sağlamlıq determinantları müəyyən
edilməli və həyat tərzi, sosial, kommunal təsirlər,
yaşayış və iş şəraiti kimi amilləri yaxud ümumi
sosial-iqtisadi, mədəni və ekoloji amilləri əhatə
etməlidir.
5. Onun hazırlanması zamanı plan və ya proqrama
müvafiq, beynəlxalq, milli və ya digər səviyyələrdə
müəyyən edilmiş ətraf mühiti mühafizə məqsədləri,
eləcə də bu məqsədlərin həyata keçirilməsi üsulları,
habelə digər ekoloji, o cümlədən əhalinin
sağlamlığı amilləri nəzərə alınmışdır.
Sağlamlıq məqsədlərinə plan və ya proqramların
ehtimal olunan əhəmiyyətli təsirlərinə, yaxud səbəb
olduqları problemlərə müvafiq beynəlxalq, yaxud
regional (məsələn ÜST və ya ÜST-ün Avropa
Regional Ofisi), milli və daha lokal məqsədlər
daxil ola bilər.
175
6. 2-ci maddənin 7-ci bəndinə uyğun olaraq*/,
ehtimal edilən əhəmiyyətli ekoloji, o cümlədən
sağlamlığa təsirlər
*/ Belə təsirlərə ikinci dərəcəli, kumulyativ, birgə,
qısa, orta və uzun müddətli, daimi, müvəqqəti,
müsbət və mənfi təsirlər daxil olmalıdır.
2-ci maddənin 7-ci bəndində sadalanan, nəqliyyatın
səs-küyünə, yaxud havanı çirkləndirən maddələrin
təsirinə məruz qalmaq kimi digər komponentlərin
kontekstində nəzərə alınmalıdır. Bu komponentlər
arasında əlaqənin təsviri vacib ola bilər, belə ki
bununla komponentlərin ayrı-ayrı araşdırılması ilə
müəyyən ediləndən əlavə və daha əhəmiyyətli
təsirlər aşkar edilə bilər.
2-ci maddənin 7-ci bəndində sadalanan, nəqliyyatın
səs-küyünə, yaxud havanı çirkləndirən maddələrin
təsirinə məruz qalmaq kimi digər komponentlərin
kontekstində nəzərə alınmalıdır. Bu komponentlər
arasında əlaqənin təsviri vacib ola bilər, belə ki
bununla komponentlərin ayrı-ayrı araşdırılması ilə
müəyyən ediləndən əlavə və daha əhəmiyyətli
təsirlər aşkar edilə bilər. Sağlamlığın, sadəcə
xəstəliyin olmaması kimi qəbul edilməməsi, rifah
halını da əhatə etməsi şərti ilə, sağlamlığın nəzərə
alınmasına daha müfəssəl yanaşmalarda plan və ya
proqramın müvafiq sağlamlıq determinantlarına
müsbət və mənfi təsirlərini qiymətləndirə, plan və
ya proqramın əhalinin sağlamlığı üçün əlverişli
şərait yaradıb-yaratmayacağı ilə bağlı qənaətlərə
vara bilər.
7. Sağlamlıq daxil olmaqla, ətraf mühitə qarşı plan
və ya proqramın icrasından irəli gələ biləcək hər
hansı əhəmiyyətli mənfi təsirin qarşısının
alınmasına, azaldılmasına və ya nəticələrinin
yüngülləşdirilməsinə yönəlmiş tədbirlər
Ətraf mühitin mühafizəsi haqqında hesabatda təklif
edilən nəticələrinin yüngülləşdirilməsi tədbirlərinin
özləri sağlamlığa mənfi təsir edə bilərlər və ya
əksinə. Hər hansı belə təsir nəzərə alınmalıdır.
8. Alternativlərin seçilmə səbəblərinin, eləcə də
məlumatın təmin edilməsi ilə əlaqədar üzə çıxan,
texniki çatışmazlıq, biliyin olmaması kimi
çətinliklər daxil olmaqla, qiymətləndirmənin necə
aparıldığının təsviri.
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə
edir
9. Plan və ya proqramın icrasının ətraf mühitə,
eləcə də əhalinin sağlamlığına təsirlərinin
monitorinqi üçün nəzərdə tutulmuş tədbirlər.
Əhalinin sağlamlığına aid monitorinq məsələlərinə
aşağıdakılar daxil ola bilər:
Qısa və uzun müddətli təsirlərin
monitorinqi. Fiziki mühitdə dəyişikliklər
qısa müddətli nəticələrə gətirib çıxara bilər,
məsələn nəqliyyat və torpaqdan istifadə ilə
bağlı dəyişiklik qəza göstəricilərinə dərhal
təsir edə bilər. Havanın keyfiyyəti və iqlim
dəyişikliyi kimi digər ekosistem
dəyişiklikləri daha uzun müddətli təsirlərə
səbəb ola bilərlər.
Sağlamlıqla bağlı qeyri-bərabərliklərə
təsirlərin (sağlamlıq vəziyyətindəki
fərqlərin) monitorinqi. Əhatə dairəsinin
müəyyən edilməsi və ətraf mühitin
mühafizəsi haqqında hesabatın
hazırlanması mərhələsində sağlamlıqla
bağlı qeyri-bərabərliklər nəzərə
alınmışdırsa, bu göstəricilərin monitorinq
176
mərhələsinə daxil edilməsi faydalı ola
bilər. Bu, ətraf mühit və səhiyyə
mütəxəssisləri üçün faydalı olacaq və
aidiyyəti olan ictimaiyyətin məlumatla
təmin edilməsinə dəstək verəcək.
Sağlamlıq təsirlərin monitorinqinin mümkünlüyünə
aşağıdakı yollarla məlumatların əldə edilə
bilməsindən asılı olacaq:
Mövcud milli, regional və ya yerli məlumatlardan
istifadə. Ehtimal ki, ətraf mühiti mühafizə və
səhiyyə orqanları özlərinin artıq mövcud ətraf
mühitin və əhalinin sağlamlığının monitorinqi
proqramlarına malik olacaqlar.
Sağlamlıq göstəricilərindən istifadə. Bəzən əhatə
dairəsinin müəyyən edilməsi və ətraf mühitin
mühafizəsi haqqında hesabatın hazırlanması
mərhələlərində seçilmiş sağlamlıq göstəricilərindən
istifadənin plan və ya proqramın sağlamlığa
təsirlərinin monitorinqi zamanı da davam
etdirilməsi yararlı ola bilər. Bu, SEQ çərçivəsində
təhlillərin məntiqi ardıcıllığının təmin edilməsinə
imkan verir. Lakin, yeni sağlamlıq göstəricilərinin
daxil edilməsi üçün mövcud monitorinq
sistemlərində
tənzimləmələrin aparılması
həddindən artıq səy tələb edə bilər. Buna görə də,
yeni monitorinq sisteminin yaradılmasının
mümkünlüyü təsdiq edilməmişdən əvvəl diqqətlə
təhlil edilməlidir.
10. Ehtimal olunan əhəmiyyətli transsərhəd ekoloji,
o cümlədən sağlamlıq təsirləri.
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə
edir.
11. Təmin edilmiş məlumatın qeyri-texniki icmalı.
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə
edir.
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə
edir.
177
Əlavə A1.2
Dostları ilə paylaş: |