Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


Metod  İnternet vasitəsi ilə konsultasiyalar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   14   15   16   17   18   19   20   21   22

Metod 
İnternet vasitəsi ilə konsultasiyalar 
Təsvir Bu 
alət bir qayda olaraq internet saytından ibarət olur. Məlumatın təmin 
edilməsi və  rəylərin cəlb edilməsi üçün istifadə edilir. Məlumatın mütəmadi 
yenilənməsinə diqqət yetirilməlidir. İnternet vasitəsi ilə daha interaktiv iştirak 
formaları da hazırlana bilər, məsələn, onlayn forumlar, müzakirə qrupları.  
 
İnternet vasitəli konsultasiyalar üçün potensial alətlər texniki baxımdan 
aşağıdakılardan ibarət ola bilər:  
 

 
HTML sənədlərə, rəsmlərə, qrafik (sabit və ya hərəkət edən) və audio 
fayllara elektron keçidləri olan veb səhifələr. 

 
Strukturlaşdırılmamış arqumentlərin göndərilə biləcəyi xüsusi elektron 
poçt ünvanı  

 
İctimaiyyətin konkret məsələlər haqqında rəyini aşkara çıxaran sorğu 
formaları (HTML və ya faks və ya elektron poçt vasitəsi ilə geri 
göndərilə bilməsi üçün PDF)  

 
Moderatorun iştirakı ilə, bir sıra sualların "birləşdirilmiş" 
müzakirəsinə imkan verən elan lövhəsi  

 
Çat otağından istifadə olunmaqla konkret mövzular haqqında virtual 
iclaslar.  
                                                      
67
Resursların Bərpası və Mühafizəsi haqqında Qanun (RCRA). 
  

 
 
206 
 

 
Görüşlərin və ya tədbirlərin Veb-yayımı (başqa sözlə internet vasitəsi 
ilə audio və video yayımlar) 
 
 İnternet  ənənəvi texnologiyaları  zənginləşdirə bilər, lakin onları  əvəz edə 
bilməz. Veb-saytın yaradılmasının məqsədi dəqiq ifadə olunmalı, məlumatlar 
dəqiq və aktual olmalıdır. Yaradılmamışdan  əvvəl saytın maddi xərcləri 
qiymətləndirilməli və büdcədə  nəzərdə tutulmalıdır. Saytın müstəqil  şəkildə, 
yoxsa subpodratçılara həvalə edilməklə idarə ediləcəyi, hansı  şəbəkə 
alətlərindən istifadə ediləcəyi,  əməkdaşlar üçün hansı  təlimin zəruri olduğu 
barədə qərar qəbul edilməlidir 
Üstünlüklər 

 
İnternetə çıxışı olanlar üçün məlumatın təqdim olunması və yayılması 
üçün  ən birbaşa və bahalı olmayan, resurslara qənaət etmək imkanı 
verən metod.  

 
Potensial baxımdan auditoriyası bütün dünyanı əhatə edə bilər.  

 
Çap və ya poçt xərcləri tələb olunmadğından xərclər azalır. 

 
Məlumatların, eləcə  də planlaşdırma prosesləri, qiymətləndirmə  və 
konsultasiya hesabatlarının dəqiq və vaxtında təqdim edilməsi imkanı 
 
Mənfi cəhətlər 

 
Bu maraqlı tərəflərin konkret təklif barədə münasibət bildirməyə dəvət 
edilmədi və rəylərin alınması üsuludur  

 
Müzakirə və debatların aparılmasına imkan verən interaktiv vasitəçi  

 
Yeni veb-saytın yaradılması üçün xeyli vəsait tələb olunur. 

 
İxtiyari cavabın verilməsinə imkan verən suallar verildikdə, cavabların 
təhlili çətin ola bilər 

 
Bütün maraqlı tərəflərin internetə çıxışı olmadığından, bu alət ənənəvi 
konsultasiya vasitələrini əvəz edə bilməz — informasiyanın yayılması 
üçün alternativ vasitələrdən də istifadə edilməlidir.  
 
Metod Anketlər və rəy vərəqələri 
Təsvir Anketlər məlumatların toplanması üçün istifadə olunan əsas alətdir və adətən 
hazırlanır və asan başa düşdüyündən əminlik məqsədi ilə yoxlanılır. Anketlər 
sorğuda iştirak edən hər bir şəxsə eyni sualların verilməsini təmin edir, bu isə 
nəticələrin etibarlılığı baxımından faydalıdır. Anketlər üz-üzə müsahibələr, 
telefon müsahibələri, müstəqil şəkildə tamamlanmış formalar, poçt və ya faks 
vasitəsi ilə doldurula bilər. Anketlər e-mail, eləcə  də da poçt və ya faks 
vasitəsi ilə paylaşdırıla bilər. Rəy vərəqələri seminarlarda toplana, yaxud 
seminar zamanı götürülə  və poçtla geri göndərilə bilər. Məlumat vərəqələri 
kimi mütəmadi poçt göndərişlərinə və ya hesablara əlavə edildikdə, cüzi poçt 
xərcləri ilə göndərilə bilər.  
 
Anketin hazırlanması üçün atılmalı olan addımlar 
 

 
: Sualları hazırlayın. Mümkün qədər qısa suallar verin. 

 
Qərəzsiz, sadə və çoxmənalı olmadığını müəyyən etmək üçün sualları 
kiçik pilot qrupun köməyi ilə  sınaqdan keçirin. Qarışıqlıqdan 
yayınmaq üçün sualların dili aydın olmalıdır. Anketin başlığında 
anketin məqsədini göstərin.  

 
Nəticələrin  əlavə ekstrapolyasoyası imkanı  və/vəya poçt ünvanları 
siyahısına daxil edilmə üçün yaş, cinsiyyət, ünvan, təhsil və s. kimi 
keyfiyyət səciyyəli məlumatları daxil edin. 

 
 
207 
 

 
Anketləri göndərin. 

 
Büdcə imkan verərsə, cavabların sayını artırmaq məqsədi ilə 
respondentin ödənişsiz cavab verə bilməsini təmin edin (marka ilə 
birlikdə zərf, ödənişsiz poçt qutusu və s.).  

 
Cavabları sənədləşdirin və ictimaiyyətə açıqlayın.  
 
Üstünlüklər 

 
Şəxsi və ya telefon müsahibəsindən istifadə olunmadığı təqdirdə, fərdi 
ehtiyaclara daha az uyğunlaşdırılmış olur, lakin bu zaman da 
anonimlik daha səmimi cavabların verilməsini təşviq edir. 

 
Həm keyfiyyət, həm də  kəmiyyət səciyyəli məlumatların alınması 
üçün faydalıdır.  

 
Geniş ərazidə yaşayan respondentlərin əhatə olunması zəruri olduqda, 
yaxşı nəticə verir.  

 
Görüşlərdə  və ya seminarlarda iştirak etmək ehtimalı az olanlardan 
informasiyanın alınmasını təmin edir.  

 
Poçt ünvanı siyahısının genişləndirilməsinə imkan verir.  

 
Statistik qiymətləndirmə üçün istifadə edilə bilər.  

 
Nəticələrin alt qruplar üzrə ekstrapolyasiyasına imkan verir. 

 
Respondentin anketi öz üçün münasib vaxtda doldurmasına imkan 
verir.  

 
Müsahibələrdən və telefon sorğularından daha qənaətlidir və daha az 
səy tələb edir, belə ki, kiçik xərclərlə daha çox nümunə təmin edir.  
 
Mənfi cəhətlər 

 
Cavabların sayının az olması nəticəni təhrif edə bilər. 

 
İştirakın təşviq edilməsi üçün əlavə zərfin/ödənişsiz poçt ünvanının 
təmin edilməsini tələb edir. 

 
Savadlılıq səviyyəsinin yüksək olmasından asılıdır. 
 
 
 
Metod Sorğular 
Təsvir Sorğular xüsusi bir əhali qrupundan məlumatların toplanması üçün istifadə 
olunan metoddur. Onlardan ümumi səciyyəli geniş  məlumatların toplanması, 
geniş auditoriyadan və ya geniş auditoriya haqqında məlumatların yaxud hədəf 
qruplarından müəyyən məlumatların toplanması üçün istifadə oluna bilər. 
Sorğuların məqsədi həm kəmiyyət (rəqəmlər, faktlar), həm də keyfiyyət (rəylər, 
qiymətlədirmələr) səciyyəli məlumatların axtarışı ola bilər. Sorğularda 
məlumatların toplanması üçün anketlərdən istifadə olunur ki, onlar üz-üzə 
müsahibələr zamanı, müstəqil  şəkildə tamamlanan yazılı formalar vasitəsilə
telefon sorğuları  və ya elektron sorğular zamanı doldurula bilərlər (həmçinin 
bax: anketlər və rəy vərəqələri).  
 
Yüksək səviyyədə, böyük, ixtiyari seçmə  əsasında aparılan sorğu adətən çox 
xərc tələb edir. Təsadüfi seçmə  və könüllülərdən istifadə edən kiçik miqyaslı 
sorğular nisbətən az xərc tələb edə bilər, lakin konkret bir qrup sərhədlərindən 
kənarda ümumiləşdirilə bilməyən nəticələr verə bilər.  
 
Sorğular müəyyən məsələ  və ya planlaşdırma sənədi barədə  məlumatların 
toplanması üçün nəzərdə tutulur. Sorğunun nəticələri xüsusi bir əhali qrupunun 

 
 
208 
 
demoqrafik strukturu və/və ya rəyləri haqqında məlumat təmin edir.  
 
Sorğunun hazırlanması və yerinə yetirilməsi üçün müvafiq addımlar: 
 

 
Təkrarlardan yayınmaq üçün artıq nəyin artıq məlum olduğunu və 
məsələlər ilə  əlaqədar başqa hansı sorğuların artıq keçirildiyini və ya 
planlaşdırıldığını müəyyən edin.  

 
Sualların başlıca məsələyə yönləndirilməsi üçün tərtibatçılarla və 
müvafiq səlahiyyətli orqanların nümayəndələri ilə danışın.  

 
Məlumatların necə əldə ediləcəyini müəyyən edin (bax: anketlər və rəy 
vərəqələri).  

 
Hədəf auditoriyanızı seçin. Seçməni necə yerinə yetirəcəksiniz? 
Sorğunun qrupun fikirlərini əks etdirdiyindən necə əmin olacaqsınız? 

 
Sualların asan oxunmasını  və aydın olmasını  təmin etmək üçün pilot 
sorğu keçirin.  

 
Sorğunu keçirin.  

 
Nəticələri tutuşdurun və təhlil edin, hesabat hazırlayın.  

 
Sorğunun respondentlərin, müvafiq orqanların və KİV-in hesabatı əldə 
edə bilməsinə imkan yaradın.  
 
Üstünlüklər 

 
Təhlil edilə bilən məlumatlar təmin edir. 

 
Sorğulardan məlumatlılıq səviyyəsini yüksəltmək üçün istifadə oluna 
bilər.  

 
Düzgün yerinə yetirildiyi təqdirdə, sorğu geniş örnək auditoriyanı və ya 
hədəf qrupu əhatə edə bilər. 

 
Nəticələrdən müxtəlif məlumatları əldə etmək olar. 
 
Mənfi cəhətlər 

 
Düzgün keçirilməmiş sorğu zəif nəticələr verir.  

 
Geniş auditoriya arasında sorğu aparıldıqda, bahalı ola bilər. 

 
Nəticələrin təhrif olunmasının qarşısının alınması üçün sualların necə 
ifadə olunduğuna diqqət yetirilməlidir.  

 
Götürlən seçmənin səciyyəvi örnək olduğundan  əminlik üçün ehtiyatlı 
olmaq lazımdır. 

 
Xananın işarələnməsi ilə cavab verilən sorğular  ən sürətli və sadə 
üsuldur, lakin toplanan məlumatların əhatəliliyini məhdudlaşdırır. 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Birləşmiş Krallıq, Vətəndaşların diqqət mərkəzində saxlanması: Yanaşma və 
metodlar üçün rəhbər sənəd (Edinburq, Birləşmiş Krallıq, Yerli hakimiyyət 
orqanlarının konvensiyası (COSLA), 1998). Aşağıdakı ünvandan əldə edilə 
bilər:http://www.dundeecity.gov.uk/dundeecity/uploaded_publications/publicat
ion_2 85.pdf.  
 
ABŞ-ın  Ətraf Mühitin Mühafizəsi Agentliyi, RCRA
68
,  İctimaiyyətin iştirakı 
haqqında vəsait (1996) fəsil 5 (İctimai iştirak tədbirləri); aşağıdakı ünvandan 
əldə edilə bilər: 
http://www.epa.gov/epawaste/hazard/tsd/permit/pubpart/chp_5.pdf.  
 
                                                      
68
 Resursların Bərpası və Mühafizəsi haqqında Qanun (RCRA). 
 

 
 
209 
 
Birləşmiş  Ştatlar Nəqliyyat Departamenti, “İctimaiyyətin Nəqliyyat sahəsində 
Qərar qəbulu Prosesinə  Cəlb edilməsi Texnologiyaları: İctimai rəy sorğuları”, 
aşağıdakı ünvandan əldə edilə bilər: 
ttp://www.fhwa.dot.gov/reports/pittd/surveys.htm 
 
 
Metod 
İctimai dinləmələr 
Təsvir 
İctimai dinləmələr hər hansı təklif haqqında məlumat və rəylərin mübadiləsi və 
təqdim edilməsi üçün istifadə olunan rəsmi üsuldur. Rəsmi ictimai dinləmələr 
adətən qeyri-rəsmi görüş, qrup çalışmalarının təşkili kimi daha az rəsmi görüş 
növləri ilə birləşdirildikdə daha effektiv olur.  
 
Tədbir təşkil edilməzdən əvvəl nəzərə alınmalı olan vacib məqamlar 
 

 
İctimai iclasın məqsədini və nəzərə alınmalı olan məsələləri aydın təsvir 
edin.  

 
İctimai dinləmənin bütöv proses daxilində hansı yeri tutduğunu təsvir 
edin.  

 
Əldə edilmiş  qənaətlərin nəticələrə necə  təsir edəcəyinin aydın başa 
düşülməsi. Məsələn, sorğu daxil olduqda, ictimai dinləmənin zəruri 
olub-olmadığı haqda qərar qəbul etmək 

 
Rəsmi bildiriş vasitəsi ilə ictimai dinləmə haqqında məlumat verin. 

 
İctimai dinləmə üçün müraciət etmiş hər bir şəxsə bildiriş göndərin. 

 
Maraqlı tərəflərin çıxışlarının vaxtını diqqətlə müəyyən edin və çıxışları 
zamanı məruzəçilərin sözünün kəsilməyəcəyindən əmin olun. 

 
İctimai dinləmə üçüm hesabat/qeyd hazırlayın və onu ictimaiyyətə 
açıqlayın.  
 
Üstünlüklər 

 
Belə  tədbirlərdə  əvvəlcədən razılaşdırma  əsasında ictimaiyyətə 
kontrarqument göstərmədən danışmaq üçün icazə verilir. 

 
Mövcud dəlillər üzərində sistematik qaydada işləmək olar.  

 
Alınmış şərhlər qeyd edilmiş və ictimaiyyətə açıqlanmışdır.  

 
Yaxşı keçirildikləri təqdirdə, ictimai dinləmələr digər maraqlı 
tərəflər üçün də faydalı görüş növü ola bilər 

 
. Məsul dövlət orqanının bütün maraqlı  tərəflərlə 
konsultasiyalara və  məlumat mübadiləsinə açıq olduğunu 
göstərir. 
Mənfi cəhətlər 

 
Dialoqu dəstəkləmir.  

 
Rəqabət ab-havası yarana bilər. 

 
İctimai görüşlər qorxuducu ola və maraqlı qruplar, yaxud hay-küylü 
insanların hücumuna məruz qala bilər.  

 
Azlıqların və ictimaiyyət qarşısında çıxış etməyi xoşlamayanların 
rəylərini nəzərə almaq çətindir. 

 
Sadə görünsə  də,  ən mürəkkəb və proqnozlaşdırıla bilməyən 
metodlardan biri ola bilər.  

 
Konsultasiyanın keçirilməməsi və yalnız məlumatın təmin edilməsi ilə 
nəticələnə bilər. 
 
 

 
 
210 
 
Metod Seminarlar 
Təsvir Seminar 
iştirakçılarının hər hansı  məsələnin və SEQ mərhələlərinin 
qiymətləndirmə qrupu (və ya qrupları) daxilində birgə iş üçün dəvət olunduğu 
müəyyən struktura malik forumdur. Seminarın məqsədi iştirakçıların 
məlumatın təmin edilməsindən və sualların cavablandırılmasından çox böyük 
dərəcədə fikir ayrılıqlarının aradan qaldırılması, qiymətləndirmə ilə bağlı vahid 
mövqenin formalaşdırılması  məqsədilə strukturlu mühit daxilində (yəni geniş 
və kiçik qrup fəaliyyətləri, müzakirələr və mülahizələrin yenidən 
mənalandırılması) bir araya gətirilməsidir. Alternativ kimi, seminarların hədəf 
auditoriyası müəyyən maraqlı qrup, məsələn, bir sahənin QHT-ləri və ya 
ekspertləri ola bilər.  
 
Seminarlar bütün iştirakçıları müzakirələrə  cəlb edə biləcək kuratorun 
mövcudluğunu tələb edir; bu baxımdan seminarlar ən effektiv şəkildə 
iştirakçıların sayı eyni olduqda istifadə olunan maraqlı  tərəflərin prosesə  cəlb 
edilməsi alətidir. 
 
 Fokus qruplar və baxışın formalaşdırılması daxil olmaqla seminarda müxtəlif 
alətlərdən istifadə oluna bilər.  
 
Bütün iştirakçıların hər hansı məsələ və ya təkliflə bağlı birgə hazırladıqları və 
razılaşdırdıqları, rəylər, təkliflər və  qənaətlər qeydə alınmaqla seminarın 
nəticəsi kimi hesabat hazırlana bilər.  
 
Üstünlüklər 

 
Meyarların və alternativlərin təhlilinin müzakirəsi üçün ideal ola bilər. 

 
Kiçik qruplar arasında və ya təkbətək ünsiyyəti dəstələyir.  

 
Çətin sualların cavablandırılması üçün komanda üzvlərinin seçilməsini 
təklif edir.  

 
Sahiblik və  nəticələrin etibarlılığı hissiyyatı yaradır.  İştirakçılardan 
alınan rəylərin sayını maksimum dərəcədə artırır. 

 
Çətin sualların cavablandırılması üçün digər komanda üzvlərindən 
istifadə etmək imkanı İştirakçılardan alınan rəylərin sayının maksimum 
dərəcədə artması.  

 
Problemlərin həllində ictimaiyyətin iştirakına yardım edir. (bax: aşağıda 
Beynəlxalq İctimai İştirak Assosiasiyasına istinad)  

 
Daha açıq fikir mübadiləsini və qarşılıqlı anlayışın yaxşılaşmasını təmin 
edə bilər.  

 
Mürəkkəb texniki suallarla iş üçün faydalıdır və daha dərin təhlilin 
aparılmasına imkan verir Maraqlı  tərəflərin xüsusi bir qrupu hədəf 
götürülə bilər. 
Mənfi cəhətlər 

 
Qərəzli iştirakçılar kiçik qruplara ayrılmağa qarşı etiraz edə bilər, bunu 
"parçala, hökm sür" strategiyası kimi başa düşə bilərlər. 

 
 Seminar başlamazdan əvvəl kuratorlar ictimaiyyətin yardımından necə 
istifadə ediləcəklərini bilməlidirlər.  

 
Adətən bir neçə kiçik qrup kuratoruna ehtiyac olur (bax: aşağıda IAP2 
istinadı). 

 
Effektivliyin daha çox olası üçün seminarda kiçik sayda insan iştirak 
edə bilər, buna görə seminarlarda bütün maraq dairəsi təmsil olunmur. 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
Beynəlxalq  İctimai  İştirak Assosiasiyası IAP2 İctimai  İştirak Alətləri 
Komplekti (2000), aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.iap2.org/

 

 
 
211 
 
məlumat 
mənbələri 
 
 
  
Metod Məsləhətçi komitələr 
Təsvir Konsultasiya 
komitələri bir qayda olaraq konkret bir sahədə səriştəli olan yaxud 
plan və ya proqramın layihəsində maraqlı olan ekspert qruplarından, hökumət 
və qeyri-hökumət təşkilatlarından ibarət olur. Onlar konsultasiya prosesində 
plan və ya proqramlara müvafiq dəyişikliklər barədə  təklif verə, yaxud 
müəyyən tədbirlərin tətbiqini tövsiyə edə bilərlər.  
 
İşçi qruplarla oxşarlıqlarına baxmayaraq, konsultasiya komitələri daimi struktur 
kimi fəaliyyət göstərirlər, işçi qruplar isə  qısa müddət üçün formalaşır və 
burada məqsəd konkret bir təklifin hazırlanmasıdır. 
 
Konsultasiya komitələri xüsusən ictimaiyyət nümayəndələrinin əsasən də tələb 
olunan təcrübəyə malik insanların plan və ya proqramın hazırlanması  və ya 
qiymətləndirilməsi üzrə mürəkkəb, təzadlı və ya mühüm əhəmiyyətli proseslərə 
cəlb edilməsi üçün faydalıdır.  
 
Komitələr lobbi qrupları deyillər - onların ayrı-ayrı üzvlərin maraqlarının 
fövqündə vacib ictimai vəzifələri var.  
 
Tərkibi barədə  qərar qəbul edilməmişdən  əvvəl rolları  və  vəzifələri aydın 
müəyyən edilərsə, komitələr daha effektiv ola bilər. Üzvlük üçün seçim 
meyarlarının müəyyən edilməsi də vacibdir. Komitə  və ya layihənin fəaliyyət 
dövründə komitənin dəstəklənməsi üçün vaxt və resurs təmin edilməlidir.  
 
Komitə  işin gedişi, konsultasiyaların nəticələri, qərar qəbul edən orqanların 
qənaətləri, siyasət dəyişiklikləri və ya meydana çıxan, komitənin tövsiyələrinə 
və ya roluna təsir edə biləcək məsələlər haqqında məlumatlandırılmalıdır. 
Üstünlüklər 

 
Konsultasiya komitələri əlavə tövsiyələr və bələdçilik təklif edir  

 
Onlar maraqlı tərəflərin tənqidlərinin məhdudlaşdırılmasına kömək edə 
bilərlər. 

 
 Onlar  birgə  fəaliyyətlərə sadiqlik nümayiş etdirir və maraqlı  tərəfləri 
qərar və  nəticələrə müəyyən çərçivədə  təsir edə biləcəklərinə 
inandırırlar. 
Mənfi cəhətlər 

 
Komitənin üzvləri arasında maraq toqquşması ortaya çıxa bilər.  

 
Xeyli vaxt və resurs tələb edə bilər..  

 
Onların davamlı  fəaliyyətinin təşkil edilməsi, idarə olunması  və 
monitorinqinə diqqət yetirilməlidir.  

 
Fikir ayrılığı mövcud olduqda, yaxud üzvlər qeyri-bərabər statusa, 
təcrübə və biliyə malik olduqda, yardıma ehtiyac ola bilər 
 
 

 
 
212 
 
Əlavə B1.1 
 
SEÇİLMİŞ ŞƏRQİ AVROPA, QAFQAZ VƏ 
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNDƏ 
PROTOKOLUN İCRASI ÜÇÜN İSTİFADƏ 
OLUNAN ƏTRAFLI POTENSİAL 
QİYMƏTLƏNDİRMƏSİ NÜMUNƏSİ 
 
 
 

 
 
213 
 
SEQ protokoluna uyğun olaraq, strateji ekoloji qiymətləndirmənin aparılmasını tələb edən 
plan v proqramların müəyyən edilməsi 
 
I.1. Milli qanunvericilikdə "plan" və "proqram"ın tərifi müəyyən edilmişdirmi? Müəyyən 
edilmişdirsə, zəhmət olmasa, tərifləri göstərin. 
 I.2.  Zəhmət olmasa, (aşağıdakı  cədvəlin köməyi ilə) ölkənin Protokolun tətbiq dairəsinə daxil 
olan milli, submilli (məsələn, region (rayon) və ya əyalət (oblast)) plan və proqramları göstərin.  
Sektorlar 
 
Verilən hər bir sektorda hüquqi, normativ 
və inzibati müddəalar  əsasında bütün 
səviyyələrdə dövlət orqanları  tərəfindən 
hazırlanan və  təsdiq edilən bütün strateji 
sənədləri sıralayın (plan, proqram, 
siyasət,, strategiya və s. 
adlandırılmalarından asılı olmayaraq). 
(Plan və proqramların sadələşdirilmiş 
tərifi SEQ Protokolunun 2.5-ci 
maddəsindən adaptasiya edilmişdir) 
Əsas xüsusiyyətləri qısaca 
təsvir edin (məsələn, son beş 
ilə aid planların sayı, 
qanunvericilikdə cari və 
planlaşdırılan dəyişikliklər) 
 
Kənd təsərrüfatı,  
 
 
 
Meşə təsərrüfatı,  
 
 
Balıqçılıq,  
 
 
Energetika  
 
Sənaye  
 
Dağ-mədən sənayesi,  
 
 
Nəqliyyat  
 
Regional inkişaf,)  
 
Sudan səmərəli istifadə,    
 
Telekommunikasiya,  
 
 
Turizm,  Şəhər və  kənd 
planlaşdırması  və ya 
torpaqdan istifadə  
 
 
Digər milli və ya 
subregional sənədlər 
(məsələn, Yoxsulluğun 
azaldılması üçün 
strategiya sənədləri 
 
 
 
II. Qüvvədə olan ekoloji qiymətləndirmə müddəalarının təhlili 
 
II.1. Ölkədə qüvvədə olan müddəalara (Ətraf mühitə təsirlərin qiymətləndirilməsi yaxud Dövlət 
ekoloji ekspertiza sistemi çərçivəsində) uyğun strateji qərarların qəbulu üzrə cari ekoloji 
qiymətləndirmə prosedurunu təsvir edin və onu mövcud ilə müqayisə edin:  

 
SEQ-in həyata keçirilmə zərurətinin qiymətləndirilmə mexanizmi (ilkin qiymətləndirmə) 
və onun son beş il (yaxud münasib hesab edilərsə, iki - üç il) ərzində  tətbiq edilməsi 
dərəcəsi: dövlət ekoloji ekspertizasına/SEQ proseduruna təqdim edilməzdən  əvvəl neçə 

 
 
214 
 
sənəd nəzərdən keçirilmişdir və onların neçəsinə dövlət ekoloji ekspertizası/SEQ tətbiq 
edilmişdir?  

 
SEQ hesabatının məzmunu: qanunvericiliyin tələbləri+ ekoloji qiymətləndirmənin 
aparılması üçün işlərin miqyası necə müəyyən edilir + SEQ hesabatlarının hazırlanması 
üzrə mümkün metodik tövsiyələr və ya standartlar  

 
Təkrar nəzərdən keçirilmə  tələbləri: hansı dövlət orqanları  Ətraf mühitin mühafizəsi 
haqqında hesabata rəy vermək imkanına malikdirlər, dövlət ekoloji ekspertizası sistemi 
çərçivəsində ekspertiza üçün əlavə tələblər mövcuddurmu? 

 
Potensial qiymətləndirməsinə nümunə  İctimaiyyətin iştirakı müddəalarının təsviri: 
qanunvericilik tələblərinin təsviri, ictimaiyyətin SEQ prosesində  iştirakına dair, ölkədə 
hazırlanmış metodiki tövsiyə sənədlərinə istinadlar 

 
SEQ hesabatının və ictimaiyyətin rəylərinin plan və ya proqramın hazırlanması 
prosesində nəzərə alınması mexanizmləri. 
 II.2. Hüquqi bazada mümkün gələcək dəyişiklikləri təsvir edin (mövcud olduğu təqdirdə). 
 II.3. Cari sistemin əsas üstün və  mənfi cəhətlərini və onun gələcək inkişafı  və ya 
təkmilləşdirilməsi fürsətlərini təhlil edin. 
 
III. Protokolun effektiv tətbiqi üçün prioritet məsələlərin təhlili 
Protokolun effektiv tətbiqi üçün prioritet məsələlərin təhlili konkret bir ölkədə Protokolun 
praktiki tətbiqinə görə məsul yüksək çinli məmurların mövqeyini əks etdirməlidir. 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin