Metod Xərc-Gəlir təhlili
66
Təsvir Xərc-gəlir təhlili xərc və gəlirləri pulla ifadə etməklə müqayisə edir. Gəlir
ictimai rifahı artıran, xərc isə azaldan amil kimi müəyyən edilə bilər. Öz
növbəsində ictimai rifah insanların nəyə üstünlük verməsi ilə müəyyən edilir.
66
Bu təsvir mənbələr siyahısında göstərilən Birləşmiş Krallıqda hazırlanmış hesabatdan götürülmüşdür.
196
Nələrə üstünlük verildiyi ya seçimlər və bazar davranışı, ya da anket (bazar
araşdırması) prosedurları ilə aşkar olunur. Üstünlüyün nəyə verildiyi fərdin
imtiyaza, yaxud xərclərdən yayınmaq, ya da çəkilmiş xərclərə və ya itirilmiş
mənfəətə görə kompensasiya qəbul etmək arzusu ilə ölçülür. Bu WTP
(Ekoloji mənfəətə görə ödəniş etmək istəyi) и WTA (Ekoloji ziyana görə
kompensasiya qəbul etmək istəyi) konsepsiyaları "istehlakçı qazancı"nı
hesablamağa kömək edir. Xərclər çıxılmaqla, mənfəətin artırılması məqsədi
və ya mənfəətin xərcləri ötməsi məqsədi iqtisadi səmərəlilik konsepsiyasının
kökündə dayanan amildir. Bu konsepsiyanın ümumi məqsədi isə verilən
iqtisadiyyat daxilində ictimai rifahın maksimum dərəcədə artırılmasıdır.
Bir çox hallarda WTP bazar davranşından aşkar edilə bilər, zərərlər isə
birbaşa hesablana bilər. Havanın çirklənməsinin taxılın bolluğuna təsiri buna
misal ola bilər. Onlar arasındakı qarşılıqlı əlaqəyə eksperimental və sahə
müşahidələri ilə zəmanət verilir və bu əlaqə funksional "doza- cavab
reaksiyası" asılılığı kimi tanınır. Bəhərin azalması məhsulun bazar qiyməti ilə
ölçülə bilər. "Doza- cavab reaksiyası" funksiyası və bazar qiymətinin bu
kombinasiyası istehsalat funksiyası yanaşmasının bir nümunəsidir.
Digər hallarda istinad edilə biləcək bazar mövcud deyil. Müəyyən edilmiş
seçimlərin təhlili "surroqat bazarlarda", bəzi ətraf mühit elementlərini əhatə
edən məhsul və xidmət bazarlarında yoxlanılır. Buna misal mənzil, bazar isə
mənzil bazarı ola bilər. Hər bir mənzilə qiymətinə təsir edən əlamət və
xüsusiyyətlərin boğçası kimi baxılır. Atributlar sırasına sakitlik və dinclik,
yaxud hava çirklənməsi daxil ola bilər. Mənzil qiymətlərinin əlamətlərinə
əsasən reqressiyası statistikası vasitəsi ilə "gedonist qiymət əmsalı" müəyyən
edilə bilər. Beləliklə, bir çox araşdırmalar hava çirkliliyi, xoşagəlməz mühit,
səs-küy və ev qiymətləri arasında əhəmiyyətli əlaqəlilik aşkar etmişdir.
Məlumatların gedonist qiymətlərin gəlirə müvafiq qaydada necə dəyişdiyini
və s. əks etdirən əlavə manipulyasiyası küyün azaldılması üçün WTP ölçü
meyarlarını müəyyən edir və s. Adıçəkilən üstünlüyün müəyyən edilməsi
metodları surroqat bazarlar tərəfindən müəyyən edilə bilməyən seçimləri
aşkar etmək üçün anketlərdən istifadə edirlər. Prinsip etibari ilə anketlər yeni
və ya dəyişdirilmiş məhsullar üçün ənənəvi bazar araşdırlması ilə bənzərdir.
Ehtimal qiymətləndirməsi metodu birbaşa hansı insanların ödəməyə hazır
olduqları, yəni WTP ‘X’ olduqlarına dair sual verir, burada X – müəyyən bir
ilkin məbləği bildirir. Ehtimal qiymətləndirməsi metodu (və ya birgə təhlil)
əsasında sıralama alternativləri müvafiq qaydada yerləşdirir və onlardan
birinin pul dəyərini müəyyən edir.
Seçilmiş analitik alətlərin təsviri Bu üsul fərdin ödəmək istəyini bu haqda
verilən cavablardan daha yaxşı əks etdirir.
SEQ-in
üstünlükləri
çərçivəsində
ənənəvi tətbiq
Təsirlərin qiymətləndirilməsi.
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə.
Üstünlüklər
Xərc-gəlir təhlili geniş istifadə edilən və tanınan metoddur.
qərarın qəbuluna görə cavabdeh şəxslər üçün asan başa düşülən (pulla
ifadə edilmiş) məlumat təmin edir.
Başqa yolla müqayisəsi çətin olan təsirlərin müqayisə edilməsinə
197
imkan verir, məsələn, landşaftla bağlı dəyər itkisinin avtomobil
sürücüləri üçün vaxt qənaəti ilə müqayisəsi.
Mənfi cəhətlər
Gəlir-xərc təhlilində çoxsaylı mübahisəli məsələlər mövcuddur, o
cümlədən müvafiq endirim dərəcələri, gələcək xərclərin
azaldılması, cari netto dəyər üzrə imtiyazlar, sağlamlığın, ekoloji
məhsul və xidmətlərin qiymətləndirilməsi.
Xərc-gəlir təhlilində istifadə olunan şərti qiymətləndirmə kimi
metodlarla əlaqədar çoxsaylı texniki çətinliklər və mübahisələr
mövcuddur.
Praktiki tətbiq
nümunələri və
ya əsas əlavə
məlumat
mənbələri
Birləşmiş Krallığın Ətraf Mühit, Nəqliyyat və Regionlar üzrə
Nazirliyi, Ekoloji qiymətləndirmə üzrə texniki təlimatın icmalı:
EFTEC (Ətraf mühit sahəsinin konsultantları üçün iqtisadiyyat)
tərəfindən hazırlanmış hesabat (1998).
Anthony Boardman, David Greenberg, Aidan Vining, David Weimer,
Xərc mənfəət təhlili: Konsepsiyalar və Praktika, 3-cü nəşr (Upper
Saddle River, Nyu-Cersi, Prentice Hall, 2006).
J. Dixon, L. Fallon Scura, R. Carpenter və P. Sherman, Ətraf mühitə
təsirlərin iqtisadi təhlili (London, Earthscan, 1994).
N. Hanley və C. Spash, Xərc-gəlir təhlili və ətraf mühit (Çeltenhem,
Birləşmiş Krallıq, Edward Elgar, 1993).
E. Mishan, Xərc-gəlir təhlili (London, "Allen and Unwin", 1988).
D. W. Pearce, D. Whittington, S. Georgiou və D. James, Layihə və
siyasətlərin qiymətləndirilməsi: İqtisadiyyat və Ekologiyanın
inteqrasiyası (Paris, İƏİT, 1994).
“Risk and Policy Analysts Ltd”, Ekoloji xərc və mənfəətlərə dair
tövsiyə sənədi, Ətraf Mühitin Mühafizəsi Agentliyi üçün hesabat,
yanvar 1998.
J. Winpenny, Ətraf mühit layihələrinin və siyasətlərin iqtisadi
qiymətləndirməsi (Paris, İƏİT, 1995).
Metod Çoxmeyarlı təhlil (MCA)
Təsvir Çoxmeyarlı təhlil (MCA) alternativ variantları bir neçə meyara əsasən
qiymətləndirilməsinə və bu ayrı-ayrı qiymətləndirmələrin bir ümumi
qiymətləndirmədə birləşdirildməsinə imkan verən planlaşdırma metodudur.
Təhlilin nəticələri üstünlük verilən, yaxud əksinə qeyri-məqbul alternativlərin
seçilməsi, eləcə də ətraflı təhlil edilməli olan alternativlərin siyahısı qısaltmaq
üçün istifadə edilə bilər
Çoxmeyarlı təhlil qiymətləndirməni ballara çevirməklə bu mürəkkəbliyi
aradan qaldırmağa kömək edir. Bütün çoxmeyarlı təhlil yanaşmaları
meyarların nisbi çəkiləri və səmərəlilik qiymətləndirmələri ilə ifadə edilmiş
mülahizələri özlərinə birləşdirilər. Çoxmeyarlı təhlil çərçivəsində atılmalı olan
ənənəvi addımlar aşağıdakılardır:
1. Qiymətləndirmə meyarlarını müəyyən edin. Onlar müvafiq məqsədlər və ya
onların ehtimal edilən təsirlərinə əsasən təklif edilən alternativ variantların
əsas nəticələrini müəyyən edə bilərlər. Aşağıdakıların təmin edilməsi məqsədi
ilə təklif edilən meyarları diqqətlə nəzərdən keçirin:
198
Meyarların siyahısı tamdır (çatışmayan əhəmiyyətli meyar yoxdur).
Artıq meyar yoxdur (bura əhəmiyyətsiz meyarlar və ya bütün
variantlar bərabər nisbətdə cavab verdiyi meyarlar daxil ola bilər).
Meyarların ölçülə bilməsi (meyarlar heç olmasa keyfiyyət
qiymətləndirməsi aparmağa imkan verməlidirlər - hər bir variant
sözügedən meyarla bağlı hansı göstəriciyə malikdir).
Meyarlar bir-birlərindən asılı deyil (bu, eyni təsirin iki dəfə
hesablanmasının qarşısını alınır)
2. Meyarların nisbi əhəmiyyətini (nisbi çəkisini) təhlil edin. Əksər çoxmeyarlı
təhlil metodları qərar qəbulu zamanı hər bir meyarın nisbi çəkisinin müəyyən
edilməsinə imkan verir. Nisbi çəkilərin müəyyən edilməsi metodları sadə
(nisbi çəkinin müəyyən edilməsi üçün meyarların bir-birləri ilə müqayisəsi)
və mürəkkəb (təsirə məruz qalmış icma daxilində hər bir meyarın
əhəmiyyətinin müəyyən edilməsi üçün sosioloji sorğuların keçirilməsi)
olmaqla bir-birlərindən fərlqənirlər.
3. Səmərəlilik göstəricilərinin təhlili (balların hesablanması). Səmərəlilik
göstəricilərinə görə ballar müəyyən edilməmişdən əvvəl, verilən kontekst
daxilində ən yüksək və ən aşağı səmərəliliyin nə olduğu dəqiqləşdirilməlidir.
Ballar üç əsas üsulla müəyyən edilə bilər:
Hər bir variant üçün balların verilməsi ilə (məsələn, 0-100 bal şkalası
üzrə) Ekspert rəyləri vasitəsi ilə birbaşa sıralanma.
Meyar üçün səciyyəvi funksiyaya əsasən ən pisdən ən yaxşıya doğru
təcridi irəliləyişi müəyyən edən səmərəlilik göstəricisinin müəyyən
edilməsi.
Variantların göstəricilərinin bir-birləri ilə müqayisəsi Sadə -
variantların səmərəliliklərinə görə sadə sıralamanması (məsələn, 1-ci
meyar üzrə A variantının balı daha çoxdur, B ikinci C, üçüncüdür) - və
mürəkkəb hesablamaların daxil olduğu metodlar müxtəlifdir.
4. Hər bir variantın nisbi çəkisinin bala vurulması və ümumi qiymətin
alınması. Hər bir variantın müəyyən meyar üzrə göstəricisi müvafiq müyarın
nisbi çəkisini vurulur — bu bütün meyarlar üçün tətbiq olunur.
Alınan nəticə verilən variantın ümumi nisbi balını müəyyən edir. Bütün
variantların nəticələri müqayisə və müzakirə olunur.
5. Meyarların nisbi çəkisinin və ya balların dəyişməsinə həssaslığın təhlili.
Həssaslı bal və çəkilərdəki dəyişikliklərin çoxmeyarlı təhlilin nəticələrinə
necə təsir etdiyini göstərir. Belə təhlillər aşağıdakı hallarda əhəmiyyətli ola
bilər:
Bəzi variantların seçilmiş meyarlar üzrə səmərəlilik göstəriciləri ilə
bağlı ciddi qeyri-müəyyənliklər mövcuddur,
yaxud qərar qəbuluna görə cavabdeh şəxslər və ya maraqlı tərəflər
çoxmeyarlı təhlildə istifadə olunan meyarların nisbi çəkiləri barədə
mübahisə etdikdə.
SEQ-in
üstünlükləri
çərçivəsində
ənənəvi tətbiq
Təsirlərin qiymətləndirilməsi.
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə.
199
Üstünlüklər
Çoxmeyarlı təhlil eyni vaxtda müxtəlif meyarları nəzərə alır ki, bu,
vahid bir meyara əsaslanan ənənəvi qərar qəbulu prosesi çərçivəsində
qeyri-mümkündür.
Çoxmeyarlı təhlil qiymətləndirmə çərçivəsində müxtəlif maraqlı
tərəflərin fikirlərinin bir araya gətirilməsi üçün istifadə edilə bilər.
Çoxmeyarlı təhlil şəffaf və dəqiqdir (ballar və nisbi çəkilər qeyd
edilir), auditi asandır.
Çoxmeyarlı təhlil qərarın qəbuluna görə məsul şəxs(lər) və bəzən daha
geniş ictimaiyyətlə ünsiyyətə kömək edə bilər
Mənfi cəhətlər
Çoxmeyarlı təhlil təklif edilən alternativ variantların mənfi və müsbət
cəhətləri haqqında rasional mübahisəni mücərrəd rəqəmlərin (bal və
çəkilər) müzakirəsinə çevirir.
Çoxmeyarlı təhlil metodu ilə çox təzadlı qərarlarla bağlı konsensus
əldə edilməsinə imkan vermir.
Kəmiyyət məlumatı (ümumi ballar) təqdim etməklə, çoxmeyarlı təhlil
dəqiqlik barədə yanlış təəssürat oyada bilər, baxmayaraq ki,
çoxmeyarlı təhlilin tətbiqi subyektiv qiymətləndirmələrdən çox
asılıdır;
Çoxmeyarlı təhlilə yaxşı bələd olanlar nəticələri manipulyasiya edə
bilərlər (məsələn, adətən çoxmeyarlı təhlildə istifadə edilən adi
həssaslıq təhlili nəticələrə daha çox təsir edən amilləri göstərir; bu
bilgi başqa ümumi qiymətin alınması üçün istifadə oluna bilər).
Praktiki tətbiq
nümunələri və
ya əsas əlavə
məlumat
mənbələri
Birləşmiş Krallıq, İcma və yerli hakimiyyət departamenti, Çoxmeyarlı təhlil:
Tədris vəsaiti (London, 2009), aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.communities.gov.uk/publications/corporate/multicriteriaanalysism anual
Çoxmeyarlı qərarların təhlili jurnalı ("John Wiley & Sons"), elektron jurnal
yalnız abunə yolu ilə əldə edilə bilər. Daha ətraflı məlumat aşağıdakı
ünvandan
əldə edilə bilər:
http://onlinelibrary.wiley.com/journal/10.1002/(ISSN)1099-1360
.
Birləşmiş Krallığın Ətraf Mühit, Nəqliyyat və Regionlar üzrə Nazirliyi,
Ekoloji qiymətləndirmə üzrə texniki təlimatın icmalı: EFTEC (Ətraf mühit
sahəsinin konsultantları üçün iqtisadiyyat) tərəfindən hazırlanmış hesabat
(1998).
200
Əlavə A5.2
SEÇİLMİŞ İCTİMAİYƏTİN CƏLB EDİLMƏSİ
ALƏTLƏRİNİN TƏSVİRİ
201
Bu əlavə aşağıdakı metodları təqdim edir:
Rəylərin bildirilməsinə dəvət üçün çap materialları
Təqdimat və sərgilər.
Məlumat xidməti üçün qaynar xətt/ Əməkdaşların cəlb olunduğu telefon xətləri
İnternet vasitəsi ilə konsultasiyalar
Anketlər və rəy vərəqələri. Sorğular. İctimai dinləmələr.
Seminarlar.
Məsləhətçi komitələr
Metod Rəylərin bildirilməsinə dəvət üçün çap materialları
Təsvir Çap
materialları - SEQ, plan və ya proqramın layihəsi haqqında məlumatın
təmin edilməsi və ictimaiyyətə açıqlanması, yaxud ictimaiyyətin iştirak
prosesi haqqında məlumatlandırılması üçün ən asan yoldur. Çap
materiallarının ən çox istifadə edilən növlərinə informasiya bülletenləri,
reklam vərəqələri, broşurlar, problemlər barədə hesabatlar, məruzələr,
araşdırmalar və s. daxildir. Onlar bir dəfə istifadə üçün nəzərdə tutula və ya
seriya şəklində nəşr edilə bilərlər (məsələn, xəbər bülletenləri). Çap
materialları paylaşdırıla, xüsusi poçt siyahısına əsasən göndərilə, yaxud
kommunal haqlar üçün qaimə, tariflər haqqında məlumat, yaxud digər daimi
göndərilən poçt hesablarına "hesab əlavələri" kimi qoşula bilərlər.
Çap materiallarının məqsədi maraqlı tərəflərin geniş dairəsini plan və ya
proqramın hazırlanması, eləcə də qiymətləndirmə prosesi və ya sənədlər
haqqında asan başa düşülən mətn və qrafik formada məlumatlandırmaqdır.
Paylaşdırılan, poçt qutusuna atılan, poçt vasitəsi ilə yayılan, yaxud başqa
materiallarla birlikdə göndərilən çap materialları məlumatlılığn artırılmasının
və hər hansı sual və ya təkliflə bağlı rəylərin alınmasının ən geniş yayılmış və
məşhur üsuludur. Mövcud büdcə, digər alətlərdən və açıqlama metodlarından
istifadə hansı növ çap materiallarının ehtiyacınıza daha çox cavab verdiyini
müəyyən edir.
Üstünlüklər
Çap materialı poçt göndərişləri və ya ödənişsiz sərgilər vasitəsi ilə
geniş kütlələrə çatdırıla bilər.
Belə materiallara daxil edilmiş rəy vərəqələri və ya anketlər
münasibətin öyrənilməsinə imkan verə bilər.
İctimaiyyətin iştirakı prosesinə yardım edə bilər.
Paylamaq və daşımaq asan olduğundan çap materialları qənaətcil
ictimai açıqlama vasitəsi ola bilər
Mövcud poçt siyahılarına əlavələrin edilməsi ilə kiçik xərclər hesabına
paylaşdırıla bilər
Geniş auditoriyanı əhatə etmək və ya xüsusi qruplara ünvanlanmaq
potensialına malikdir.
Daimi əlaqə, məlumatlar yenilənə bilər.
202
Mənfi cəhətlər
Əksər çap materialları ilə bağlı problem bundan ibarətdir ki, mürəkkəb
konsepsiyaların izah edilməsi üçün kifayət qədər yer olmur.
Dizayn, mətnlərin, şəkillərin hazırlanması, redaktəsi, çap edilməsi və
broşur halına salınması üçün vaxt tələb olunur.
Materialların oxunacağına zəmanət verilmir - makulatura hesab oluna
bilər.
Poçt göndərişləri halında çap materialların oxunacağına dair zəmanət
poçt ünvanlarının siyahısından asılıdır: siyahı vaxt, enerji və kağız
itkisinin qarşısının alınması məqsədi ilə müntəzəm olaraq
yenilənməlidir
Seçilmiş ictimaiyyətin cəlb edilməsi alətlərinin təsviri
Materialın zahiri görünüşü maraqlı ola bilər, lakin gözü narahat
etməlidir. Digər çoxsaylı reklam vərəqələri və hesab əlavələri arasında
gözdən qaça bilər (hesab əlavəsi kimi göndəriş halında, materialın
oxunmadan atılmamasını təmin etmək üçün rəngli kağızdan, iri
başlıqlardan istifadə edə bilərsiniz)
Vizual elementlərin istifadə olunmadıqda, çətin başa düşən insanlar
üçün anlaşılmaz ola bilər.
Məlumat anlaşılmaya və ya düzgün yozumlanmaya bilər.
Praktiki tətbiq
nümunələri və
ya əsas əlavə
məlumat
mənbələri
Beynəlxalq İctimai İştirak Assosiasiyası IAP2 İctimai İştirak Alətləri
Komplekti (2000), aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.iap2.org/
.
Metod Təqdimatlar və sərgilər
Təsvir Bu
alətlər və ya tədbirlər layihə haqqında məlumatın təqdim edilməsi və ya
xüsusi məsələlər barədə məlumatlılıq dərəcəsini artırmaq üçün nəzərdə
tutulur. Təqdimatlar interaktiv ola və forum, seminar, sərgi, konfrans və ya
başqa tədbirlərin bir hissəsi kimi istifadə edilə bilər. Təqdimatlar və sərgilər
məsələn, qısa sualların daxil olduğu blanklar vasitəsi ilə qarşı tərəfin
münasibətini öyrənmək üçün imkanlar yarada və aşağıdakıları özündə
birləşdirə bilər: rəsmlər, modellər, xəritələr, afişalar, hər hansı bir hadisəni,
təklifi və ya sualı təsvir edən digər vizual və audio informasiya təqdimatları.
İnteraktiv təqdimatlar ideyaların yazıla biləcəyi xüsusi lövhələrlə,
iştirakçıların öz qeydlərini və suallarını yaza biləcəyi kartlarla və plakatlarla
təchiz edilə bilər.
Təqdimatlar və sərgilər təklif və ya layihə haqqında daha dəqiq təsəvvürlərin
yaranmasında kömək edir. Bu metodlarla ictimaiyyətlə qarşılıqlı ünsiyyət
imkanı yaradır, plan yaxud proqramın hazırlanması, eləcə də qiymətləndirmə
zaman istifadə edilə biləcək ictimai rəylərin toplanmasını təmin edir.
Əvvəlcədən nəzərə alınmalı olan başlıca məsələlərə, metodların hazırlanması
və yerinə yetirilməsi üçün atılmalı olan addımlara daxildir:
İştirakçıların sayının çox olmasını təşviq edilməsi üçün tarix və
203
məkanın seçilməsi (adətən istirahət günləri, rəsmi bayramlar/ticarət
mərkəzləri/ictimai yerlər)
Tədbir/məsələ barədə ətraflı məlumatın verilməsi üçün bir sıra
sərgilərin/təqdimatların təşkil edilməsi.
Məsələnin/ hadisənin mənfi təsir göstərəcəyi güman edilən əhalinin ən
sıx məskunlaşdığı ictimai yerlərdə sərginin/təqdimatın keçirilməsi.
Nəzərdən keçirilən məsələnin önə çəkilməsi ilə tədbir haqqında elanın
verilməsi, ictimaiyyətə bu barədə məlumatın açıqlanması
Təqdimatın/sərginin açıq olduğu saatların elan edilməsi.
Quraşdırılma işləri üçün adekvat vaxt müddətinin ayrılması
. İşçi heyətinin düzgün komplektləşdirilməsinin təmin edilməsi,
konüllülərin işə cəlb edilməsi variantının, sığorta və təhlükəsizlik
məsələlərinin nəzərə alınması
İştirakın asanlaşdırılması və sualların cavablandırılması üçün
koordinatorların təmin edilməsi.
Rəylərin tutuşdurulması və nəticələrin dərc olunması.
Üstünlüklər
Alət ictimaiyyətin diqqətini hər hansı məsələyə yönəldir.
KİV-in marağına səbəb ola və beləliklə auditoriyanı genişləndirə
bilər.
Müxtəlif səviyyələrdə məlumat mübadiləsinin aparılmasına imkan
verir.
Alınan rəylər əsasında mövqelərin və icma məsələlərinin mənzərəsini
yaradır.
İnsanlar bu sərgilərə özləri üçün münasib zamanlarda, asudə
vaxtlarında baş çəkə bilərlər.
İstifadə olunacağı təqdirdə qrafik təsvirlər insanlara təklifi əyani
surətdə təsəvvür etməyə kömək edə bilər.
Mənfi cəhətlər
Alət iştirakın və yazılı rəylərin təşviq edilməsi üçün kuratorun
mövcudluğunu tələb edir.
Suallara cavab vermək və ya rəyləri toplamaq üçün əməkdaş
ayrılmayacağı təqdirdə, məlumat tam anlaşılmaya yaxud yanlış yozula
bilər.
İctimaiyyət iştirak üçün ruhlandırılmalıdır
. Qeyri-peşəkarlıqla həyata keçirildiyi təqdirdə, təklifin nüfuzuna xələl
gətirə bilər.
Praktiki tətbiq
nümunələri və
ya əsas əlavə
məlumat
mənbələri
Beynəlxalq İctimai İştirak Assosiasiyası IAP2 İctimai İştirak Alətləri
Komplekti (2000), aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.iap2.org/
.
Birləşmiş Ştatlar Nəqliyyat Departamenti, Federal Avtomobil Yolları İdarəsi
“İctimaiyyətin Nəqliyyat sahəsində Qərar qəbulu Prosesinə Cəlb edilməsi
Texnologiyaları: Nəqliyyat yarmarkaları” (1997),
http://www.fhwa.dot.gov/reports/pittd/tranfair.htm.
ünvanından əldə edilə bilər.
Nick Wates, İctimai Planlaşdırma üzrə Rəhbər Sənəd (London, Earthscan,
2000). Yalnız ingilis dilində aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.communityplanning.net/toolkits/UrbanGovToolkitsCPH.pdf
.
204
Metod Məlumat xidməti üçün qaynar xətt/ Əməkdaşların cəlb olunduğu telefon
xətləri
Təsvir Məlumat xidmətinin qaynar xətti telefon vasitəsi ilə planlaşdırma sənədi və ya
hər hansı məlumat haqqında əvvəlcədən lentə yazılmış məlumat və/və ya
suallara cavab və ya əlavə məlumat verə biləcək SEQ komandası üzvləri,
yaxud plan və ya proqramı hazırlayan şəxslərlə əlaqə saxlamaq imkanı yaradır
Məqsəd məsələ ilə bağlı məlumat almaq istəyənlər və ya əlavə bilgi təqdim
edə biləcək şəxslər üçün dəqiq və mütəmadi məlumatların çatdırılmasıdır.
Əməkdaşların cəlb olunduğu telefon xətti xidməti konkret plan və ya
proqramın hazırlanması və qiymətləndirilməsi müddətində ictimaiyyət və plan
və ya proqramı hazırlayanlar arasında körpü rolu oynaya, beləliklə
ictimaiyyətə prosesin fəal iştirakçısı olduğunu hiss etdirə bilər. Tətbiq üçün
əsas addımlar:
Qeyd edilməli olan məlumatın və məlumatların yenilənməsi qrafikinin
müəyyən edilməsi.
Məsələn, müxtəlif dəftərxana materialları afişa və ya yapışqanlı
etiketllər vasitəsi ilə telefon nömrəsi haqqında məlumatın verilməsi.
KİV vasitəsi ilə əlaqə nömrəsi haqqında məlumatın verilməsi.
Nömrənin mətbuatda reklam edilməsi və bütün təbliğat materiallarında
əks olunmasının təmin edilməsi.
Məlumatın lentə yazılması, yaxud telefon xəttinə birləşdirilmə vasitəsi
ilə abunəçilər üçün qaynar xətt nömrəsinin istifadəyə verilməsi. Ən
çox verilən suallar cavab ola biləcək məlumatların lentə yazılması.
Əməkdaşın cəlb edildiyi telefon xətti xidmətindən istifadə edilirsə,
zənglərə cavab verəcək şəxsin təyin edilməsi. Məlumatın təmin
edilməsi üçün təyin olunan şəxs təlimatlandırılmalı və təlim
keçməlidir, hətta "çətin" abonentlərlə belə xoşrəftar telefon danışığı
mədəniyyətinə malik olmalıdır.
Yerli sakin olmayan abonentlər üçün ödənişsiz telefon nömrəsinin
çəkilməsi.
Lent yazısından istifadə edildiyi halda, daha təfərrüatlı məlumat üçün
operatorla canlı ünsiyyətin təklif edilməsi.
Zəngləri/ümumi şikayətləri/problemləri telefon jurnalında qeyd etmək
və onları iştirak/konsultasiya prosesinə daxil etmək.
Üstünlüklər
Məlumat xidməti üçün qaynar xətt məlumatın sürətli sadə və effektiv
şəkildə yayılmasına zəmanət verən sadə və ucuz üsul təklif edir.
Planlaşdırma fəaliyyəti haqqında məlumat əldə etmək üçün
ictimaiyyətə universal xidmət təqdim edir. İctimaiyyətin məlumat əldə
etməsi və rəy bildirməsi üçün üsulları təsvir edə bilər.
Qurulma və yenilənmələr üçün məqbul qiymət təklif edir.
Təşkilatın, plan və ya proqramın hazırlanması və SEQ komandasının
ictimaiyyətə yaxın olduğu imicini yaradır.
Maraqlı tərəflərdən rəylərin alınması üçün rahat üsul. Qorxuducu
205
deyil, iştirak etmək və rəy bildirmək asandır. Əlçatanlıq hissiyyatı
yaradır.
Mənfi cəhətlər
Uğur əldə edə bilmək üçün adekvat şəkildə reklam edilməlidir.
Ştatlıdırsa, çox vaxt apara və əməkdaşları digər vəzifələrin icrasından
ayıra bilər.
Təyin edilmiş əlaqəyə görə məsul şəxs verilən sahədə yetərli biliyə
malik olmalı, suallara dəqiq və peşəkarlıqla cavab verə bilməlidir.
Praktiki tətbiq
nümunələri və
ya əsas əlavə
məlumat
mənbələri
Səhiyyə Departamenti (Flinders Universitieti) və Cənubi Afrika İcması
Səhiyyə Araşdırmaları Şöbəsi (2000) Səhiyyənin istehlakçıların iştirakı ilə
təkmiləşdirilməsi – Təşkilatlar üçün təlimat vəsaiti. (Kanberra, Birliyin
Səhiyyə və Yaşlılara Qayğı Departamenti) Aşağıdakı ünvandan əldə edilə
bilər:
http://www.healthissuescentre.org.au/documents/
detail.chtml?filename_num=226533.
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi, RCRA
67
, İctimaiyyətin iştirakı
haqqında vəsait (1996) fəsil 5 (İctimai iştirak tədbirləri); aşağıdakı ünvandan
əldə edilə bilər:
http://www.epa.gov/epawaste/hazard/tsd/permit/pubpart/chp_5.pdf
.
Birləşmiş Ştatların Ətraf Mühitin Mühafizəsi Agentliyi, Çirkləndirici maddə
tullantılarının azaldılması sistemi (NPDES) İctimaiyyətin iştirakı (2002),
aşağıdakı ünvandan əldə edilə bilər:
http://cfpub.epa.gov/npdes/stormwater/menuofbmps/
index.cfm?action=min_measure&min_measure_id=2.
Dostları ilə paylaş: |