Metod
İnternet vasitəsi ilə konsultasiyalar
Təsvir Bu
alət bir qayda olaraq internet saytından ibarət olur. Məlumatın təmin
edilməsi və rəylərin cəlb edilməsi üçün istifadə edilir. Məlumatın mütəmadi
yenilənməsinə diqqət yetirilməlidir. İnternet vasitəsi ilə daha interaktiv iştirak
formaları da hazırlana bilər, məsələn, onlayn forumlar, müzakirə qrupları.
İnternet vasitəli konsultasiyalar üçün potensial alətlər texniki baxımdan
aşağıdakılardan ibarət ola bilər:
HTML sənədlərə, rəsmlərə, qrafik (sabit və ya hərəkət edən) və audio
fayllara elektron keçidləri olan veb səhifələr.
Strukturlaşdırılmamış arqumentlərin göndərilə biləcəyi xüsusi elektron
poçt ünvanı
İctimaiyyətin konkret məsələlər haqqında rəyini aşkara çıxaran sorğu
formaları (HTML və ya faks və ya elektron poçt vasitəsi ilə geri
göndərilə bilməsi üçün PDF)
Moderatorun iştirakı ilə, bir sıra sualların "birləşdirilmiş"
müzakirəsinə imkan verən elan lövhəsi
Çat otağından istifadə olunmaqla konkret mövzular haqqında virtual
iclaslar.
67
Resursların Bərpası və Mühafizəsi haqqında Qanun (RCRA).
206
Görüşlərin və ya tədbirlərin Veb-yayımı (başqa sözlə internet vasitəsi
ilə audio və video yayımlar)
İnternet ənənəvi texnologiyaları zənginləşdirə bilər, lakin onları əvəz edə
bilməz. Veb-saytın yaradılmasının məqsədi dəqiq ifadə olunmalı, məlumatlar
dəqiq və aktual olmalıdır. Yaradılmamışdan əvvəl saytın maddi xərcləri
qiymətləndirilməli və büdcədə nəzərdə tutulmalıdır. Saytın müstəqil şəkildə,
yoxsa subpodratçılara həvalə edilməklə idarə ediləcəyi, hansı şəbəkə
alətlərindən istifadə ediləcəyi, əməkdaşlar üçün hansı təlimin zəruri olduğu
barədə qərar qəbul edilməlidir
Üstünlüklər
İnternetə çıxışı olanlar üçün məlumatın təqdim olunması və yayılması
üçün ən birbaşa və bahalı olmayan, resurslara qənaət etmək imkanı
verən metod.
Potensial baxımdan auditoriyası bütün dünyanı əhatə edə bilər.
Çap və ya poçt xərcləri tələb olunmadğından xərclər azalır.
Məlumatların, eləcə də planlaşdırma prosesləri, qiymətləndirmə və
konsultasiya hesabatlarının dəqiq və vaxtında təqdim edilməsi imkanı
Mənfi cəhətlər
Bu maraqlı tərəflərin konkret təklif barədə münasibət bildirməyə dəvət
edilmədi və rəylərin alınması üsuludur
Müzakirə və debatların aparılmasına imkan verən interaktiv vasitəçi
Yeni veb-saytın yaradılması üçün xeyli vəsait tələb olunur.
İxtiyari cavabın verilməsinə imkan verən suallar verildikdə, cavabların
təhlili çətin ola bilər
Bütün maraqlı tərəflərin internetə çıxışı olmadığından, bu alət ənənəvi
konsultasiya vasitələrini əvəz edə bilməz — informasiyanın yayılması
üçün alternativ vasitələrdən də istifadə edilməlidir.
Metod Anketlər və rəy vərəqələri
Təsvir Anketlər məlumatların toplanması üçün istifadə olunan əsas alətdir və adətən
hazırlanır və asan başa düşdüyündən əminlik məqsədi ilə yoxlanılır. Anketlər
sorğuda iştirak edən hər bir şəxsə eyni sualların verilməsini təmin edir, bu isə
nəticələrin etibarlılığı baxımından faydalıdır. Anketlər üz-üzə müsahibələr,
telefon müsahibələri, müstəqil şəkildə tamamlanmış formalar, poçt və ya faks
vasitəsi ilə doldurula bilər. Anketlər e-mail, eləcə də da poçt və ya faks
vasitəsi ilə paylaşdırıla bilər. Rəy vərəqələri seminarlarda toplana, yaxud
seminar zamanı götürülə və poçtla geri göndərilə bilər. Məlumat vərəqələri
kimi mütəmadi poçt göndərişlərinə və ya hesablara əlavə edildikdə, cüzi poçt
xərcləri ilə göndərilə bilər.
Anketin hazırlanması üçün atılmalı olan addımlar
: Sualları hazırlayın. Mümkün qədər qısa suallar verin.
Qərəzsiz, sadə və çoxmənalı olmadığını müəyyən etmək üçün sualları
kiçik pilot qrupun köməyi ilə sınaqdan keçirin. Qarışıqlıqdan
yayınmaq üçün sualların dili aydın olmalıdır. Anketin başlığında
anketin məqsədini göstərin.
Nəticələrin əlavə ekstrapolyasoyası imkanı və/vəya poçt ünvanları
siyahısına daxil edilmə üçün yaş, cinsiyyət, ünvan, təhsil və s. kimi
keyfiyyət səciyyəli məlumatları daxil edin.
207
Anketləri göndərin.
Büdcə imkan verərsə, cavabların sayını artırmaq məqsədi ilə
respondentin ödənişsiz cavab verə bilməsini təmin edin (marka ilə
birlikdə zərf, ödənişsiz poçt qutusu və s.).
Cavabları sənədləşdirin və ictimaiyyətə açıqlayın.
Üstünlüklər
Şəxsi və ya telefon müsahibəsindən istifadə olunmadığı təqdirdə, fərdi
ehtiyaclara daha az uyğunlaşdırılmış olur, lakin bu zaman da
anonimlik daha səmimi cavabların verilməsini təşviq edir.
Həm keyfiyyət, həm də kəmiyyət səciyyəli məlumatların alınması
üçün faydalıdır.
Geniş ərazidə yaşayan respondentlərin əhatə olunması zəruri olduqda,
yaxşı nəticə verir.
Görüşlərdə və ya seminarlarda iştirak etmək ehtimalı az olanlardan
informasiyanın alınmasını təmin edir.
Poçt ünvanı siyahısının genişləndirilməsinə imkan verir.
Statistik qiymətləndirmə üçün istifadə edilə bilər.
Nəticələrin alt qruplar üzrə ekstrapolyasiyasına imkan verir.
Respondentin anketi öz üçün münasib vaxtda doldurmasına imkan
verir.
Müsahibələrdən və telefon sorğularından daha qənaətlidir və daha az
səy tələb edir, belə ki, kiçik xərclərlə daha çox nümunə təmin edir.
Mənfi cəhətlər
Cavabların sayının az olması nəticəni təhrif edə bilər.
İştirakın təşviq edilməsi üçün əlavə zərfin/ödənişsiz poçt ünvanının
təmin edilməsini tələb edir.
Savadlılıq səviyyəsinin yüksək olmasından asılıdır.
Metod Sorğular
Təsvir Sorğular xüsusi bir əhali qrupundan məlumatların toplanması üçün istifadə
olunan metoddur. Onlardan ümumi səciyyəli geniş məlumatların toplanması,
geniş auditoriyadan və ya geniş auditoriya haqqında məlumatların yaxud hədəf
qruplarından müəyyən məlumatların toplanması üçün istifadə oluna bilər.
Sorğuların məqsədi həm kəmiyyət (rəqəmlər, faktlar), həm də keyfiyyət (rəylər,
qiymətlədirmələr) səciyyəli məlumatların axtarışı ola bilər. Sorğularda
məlumatların toplanması üçün anketlərdən istifadə olunur ki, onlar üz-üzə
müsahibələr zamanı, müstəqil şəkildə tamamlanan yazılı formalar vasitəsilə,
telefon sorğuları və ya elektron sorğular zamanı doldurula bilərlər (həmçinin
bax: anketlər və rəy vərəqələri).
Yüksək səviyyədə, böyük, ixtiyari seçmə əsasında aparılan sorğu adətən çox
xərc tələb edir. Təsadüfi seçmə və könüllülərdən istifadə edən kiçik miqyaslı
sorğular nisbətən az xərc tələb edə bilər, lakin konkret bir qrup sərhədlərindən
kənarda ümumiləşdirilə bilməyən nəticələr verə bilər.
Sorğular müəyyən məsələ və ya planlaşdırma sənədi barədə məlumatların
toplanması üçün nəzərdə tutulur. Sorğunun nəticələri xüsusi bir əhali qrupunun
208
demoqrafik strukturu və/və ya rəyləri haqqında məlumat təmin edir.
Sorğunun hazırlanması və yerinə yetirilməsi üçün müvafiq addımlar:
Təkrarlardan yayınmaq üçün artıq nəyin artıq məlum olduğunu və
məsələlər ilə əlaqədar başqa hansı sorğuların artıq keçirildiyini və ya
planlaşdırıldığını müəyyən edin.
Sualların başlıca məsələyə yönləndirilməsi üçün tərtibatçılarla və
müvafiq səlahiyyətli orqanların nümayəndələri ilə danışın.
Məlumatların necə əldə ediləcəyini müəyyən edin (bax: anketlər və rəy
vərəqələri).
Hədəf auditoriyanızı seçin. Seçməni necə yerinə yetirəcəksiniz?
Sorğunun qrupun fikirlərini əks etdirdiyindən necə əmin olacaqsınız?
Sualların asan oxunmasını və aydın olmasını təmin etmək üçün pilot
sorğu keçirin.
Sorğunu keçirin.
Nəticələri tutuşdurun və təhlil edin, hesabat hazırlayın.
Sorğunun respondentlərin, müvafiq orqanların və KİV-in hesabatı əldə
edə bilməsinə imkan yaradın.
Üstünlüklər
Təhlil edilə bilən məlumatlar təmin edir.
Sorğulardan məlumatlılıq səviyyəsini yüksəltmək üçün istifadə oluna
bilər.
Düzgün yerinə yetirildiyi təqdirdə, sorğu geniş örnək auditoriyanı və ya
hədəf qrupu əhatə edə bilər.
Nəticələrdən müxtəlif məlumatları əldə etmək olar.
Mənfi cəhətlər
Düzgün keçirilməmiş sorğu zəif nəticələr verir.
Geniş auditoriya arasında sorğu aparıldıqda, bahalı ola bilər.
Nəticələrin təhrif olunmasının qarşısının alınması üçün sualların necə
ifadə olunduğuna diqqət yetirilməlidir.
Götürlən seçmənin səciyyəvi örnək olduğundan əminlik üçün ehtiyatlı
olmaq lazımdır.
Xananın işarələnməsi ilə cavab verilən sorğular ən sürətli və sadə
üsuldur, lakin toplanan məlumatların əhatəliliyini məhdudlaşdırır.
Praktiki tətbiq
nümunələri və
ya əsas əlavə
məlumat
mənbələri
Birləşmiş Krallıq, Vətəndaşların diqqət mərkəzində saxlanması: Yanaşma və
metodlar üçün rəhbər sənəd (Edinburq, Birləşmiş Krallıq, Yerli hakimiyyət
orqanlarının konvensiyası (COSLA), 1998). Aşağıdakı ünvandan əldə edilə
bilər:http://www.dundeecity.gov.uk/dundeecity/uploaded_publications/publicat
ion_2 85.pdf.
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi, RCRA
68
, İctimaiyyətin iştirakı
haqqında vəsait (1996) fəsil 5 (İctimai iştirak tədbirləri); aşağıdakı ünvandan
əldə edilə bilər:
http://www.epa.gov/epawaste/hazard/tsd/permit/pubpart/chp_5.pdf.
68
Resursların Bərpası və Mühafizəsi haqqında Qanun (RCRA).
209
Birləşmiş Ştatlar Nəqliyyat Departamenti, “İctimaiyyətin Nəqliyyat sahəsində
Qərar qəbulu Prosesinə Cəlb edilməsi Texnologiyaları: İctimai rəy sorğuları”,
aşağıdakı ünvandan əldə edilə bilər:
ttp://www.fhwa.dot.gov/reports/pittd/surveys.htm
Metod
İctimai dinləmələr
Təsvir
İctimai dinləmələr hər hansı təklif haqqında məlumat və rəylərin mübadiləsi və
təqdim edilməsi üçün istifadə olunan rəsmi üsuldur. Rəsmi ictimai dinləmələr
adətən qeyri-rəsmi görüş, qrup çalışmalarının təşkili kimi daha az rəsmi görüş
növləri ilə birləşdirildikdə daha effektiv olur.
Tədbir təşkil edilməzdən əvvəl nəzərə alınmalı olan vacib məqamlar
İctimai iclasın məqsədini və nəzərə alınmalı olan məsələləri aydın təsvir
edin.
İctimai dinləmənin bütöv proses daxilində hansı yeri tutduğunu təsvir
edin.
Əldə edilmiş qənaətlərin nəticələrə necə təsir edəcəyinin aydın başa
düşülməsi. Məsələn, sorğu daxil olduqda, ictimai dinləmənin zəruri
olub-olmadığı haqda qərar qəbul etmək
Rəsmi bildiriş vasitəsi ilə ictimai dinləmə haqqında məlumat verin.
İctimai dinləmə üçün müraciət etmiş hər bir şəxsə bildiriş göndərin.
Maraqlı tərəflərin çıxışlarının vaxtını diqqətlə müəyyən edin və çıxışları
zamanı məruzəçilərin sözünün kəsilməyəcəyindən əmin olun.
İctimai dinləmə üçüm hesabat/qeyd hazırlayın və onu ictimaiyyətə
açıqlayın.
Üstünlüklər
Belə tədbirlərdə əvvəlcədən razılaşdırma əsasında ictimaiyyətə
kontrarqument göstərmədən danışmaq üçün icazə verilir.
Mövcud dəlillər üzərində sistematik qaydada işləmək olar.
Alınmış şərhlər qeyd edilmiş və ictimaiyyətə açıqlanmışdır.
Yaxşı keçirildikləri təqdirdə, ictimai dinləmələr digər maraqlı
tərəflər üçün də faydalı görüş növü ola bilər
. Məsul dövlət orqanının bütün maraqlı tərəflərlə
konsultasiyalara və məlumat mübadiləsinə açıq olduğunu
göstərir.
Mənfi cəhətlər
Dialoqu dəstəkləmir.
Rəqabət ab-havası yarana bilər.
İctimai görüşlər qorxuducu ola və maraqlı qruplar, yaxud hay-küylü
insanların hücumuna məruz qala bilər.
Azlıqların və ictimaiyyət qarşısında çıxış etməyi xoşlamayanların
rəylərini nəzərə almaq çətindir.
Sadə görünsə də, ən mürəkkəb və proqnozlaşdırıla bilməyən
metodlardan biri ola bilər.
Konsultasiyanın keçirilməməsi və yalnız məlumatın təmin edilməsi ilə
nəticələnə bilər.
210
Metod Seminarlar
Təsvir Seminar
iştirakçılarının hər hansı məsələnin və SEQ mərhələlərinin
qiymətləndirmə qrupu (və ya qrupları) daxilində birgə iş üçün dəvət olunduğu
müəyyən struktura malik forumdur. Seminarın məqsədi iştirakçıların
məlumatın təmin edilməsindən və sualların cavablandırılmasından çox böyük
dərəcədə fikir ayrılıqlarının aradan qaldırılması, qiymətləndirmə ilə bağlı vahid
mövqenin formalaşdırılması məqsədilə strukturlu mühit daxilində (yəni geniş
və kiçik qrup fəaliyyətləri, müzakirələr və mülahizələrin yenidən
mənalandırılması) bir araya gətirilməsidir. Alternativ kimi, seminarların hədəf
auditoriyası müəyyən maraqlı qrup, məsələn, bir sahənin QHT-ləri və ya
ekspertləri ola bilər.
Seminarlar bütün iştirakçıları müzakirələrə cəlb edə biləcək kuratorun
mövcudluğunu tələb edir; bu baxımdan seminarlar ən effektiv şəkildə
iştirakçıların sayı eyni olduqda istifadə olunan maraqlı tərəflərin prosesə cəlb
edilməsi alətidir.
Fokus qruplar və baxışın formalaşdırılması daxil olmaqla seminarda müxtəlif
alətlərdən istifadə oluna bilər.
Bütün iştirakçıların hər hansı məsələ və ya təkliflə bağlı birgə hazırladıqları və
razılaşdırdıqları, rəylər, təkliflər və qənaətlər qeydə alınmaqla seminarın
nəticəsi kimi hesabat hazırlana bilər.
Üstünlüklər
Meyarların və alternativlərin təhlilinin müzakirəsi üçün ideal ola bilər.
Kiçik qruplar arasında və ya təkbətək ünsiyyəti dəstələyir.
Çətin sualların cavablandırılması üçün komanda üzvlərinin seçilməsini
təklif edir.
Sahiblik və nəticələrin etibarlılığı hissiyyatı yaradır. İştirakçılardan
alınan rəylərin sayını maksimum dərəcədə artırır.
Çətin sualların cavablandırılması üçün digər komanda üzvlərindən
istifadə etmək imkanı İştirakçılardan alınan rəylərin sayının maksimum
dərəcədə artması.
Problemlərin həllində ictimaiyyətin iştirakına yardım edir. (bax: aşağıda
Beynəlxalq İctimai İştirak Assosiasiyasına istinad)
Daha açıq fikir mübadiləsini və qarşılıqlı anlayışın yaxşılaşmasını təmin
edə bilər.
Mürəkkəb texniki suallarla iş üçün faydalıdır və daha dərin təhlilin
aparılmasına imkan verir Maraqlı tərəflərin xüsusi bir qrupu hədəf
götürülə bilər.
Mənfi cəhətlər
Qərəzli iştirakçılar kiçik qruplara ayrılmağa qarşı etiraz edə bilər, bunu
"parçala, hökm sür" strategiyası kimi başa düşə bilərlər.
Seminar başlamazdan əvvəl kuratorlar ictimaiyyətin yardımından necə
istifadə ediləcəklərini bilməlidirlər.
Adətən bir neçə kiçik qrup kuratoruna ehtiyac olur (bax: aşağıda IAP2
istinadı).
Effektivliyin daha çox olası üçün seminarda kiçik sayda insan iştirak
edə bilər, buna görə seminarlarda bütün maraq dairəsi təmsil olunmur.
Praktiki tətbiq
nümunələri və
ya əsas əlavə
Beynəlxalq İctimai İştirak Assosiasiyası IAP2 İctimai İştirak Alətləri
Komplekti (2000), aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.iap2.org/
.
211
məlumat
mənbələri
Metod Məsləhətçi komitələr
Təsvir Konsultasiya
komitələri bir qayda olaraq konkret bir sahədə səriştəli olan yaxud
plan və ya proqramın layihəsində maraqlı olan ekspert qruplarından, hökumət
və qeyri-hökumət təşkilatlarından ibarət olur. Onlar konsultasiya prosesində
plan və ya proqramlara müvafiq dəyişikliklər barədə təklif verə, yaxud
müəyyən tədbirlərin tətbiqini tövsiyə edə bilərlər.
İşçi qruplarla oxşarlıqlarına baxmayaraq, konsultasiya komitələri daimi struktur
kimi fəaliyyət göstərirlər, işçi qruplar isə qısa müddət üçün formalaşır və
burada məqsəd konkret bir təklifin hazırlanmasıdır.
Konsultasiya komitələri xüsusən ictimaiyyət nümayəndələrinin əsasən də tələb
olunan təcrübəyə malik insanların plan və ya proqramın hazırlanması və ya
qiymətləndirilməsi üzrə mürəkkəb, təzadlı və ya mühüm əhəmiyyətli proseslərə
cəlb edilməsi üçün faydalıdır.
Komitələr lobbi qrupları deyillər - onların ayrı-ayrı üzvlərin maraqlarının
fövqündə vacib ictimai vəzifələri var.
Tərkibi barədə qərar qəbul edilməmişdən əvvəl rolları və vəzifələri aydın
müəyyən edilərsə, komitələr daha effektiv ola bilər. Üzvlük üçün seçim
meyarlarının müəyyən edilməsi də vacibdir. Komitə və ya layihənin fəaliyyət
dövründə komitənin dəstəklənməsi üçün vaxt və resurs təmin edilməlidir.
Komitə işin gedişi, konsultasiyaların nəticələri, qərar qəbul edən orqanların
qənaətləri, siyasət dəyişiklikləri və ya meydana çıxan, komitənin tövsiyələrinə
və ya roluna təsir edə biləcək məsələlər haqqında məlumatlandırılmalıdır.
Üstünlüklər
Konsultasiya komitələri əlavə tövsiyələr və bələdçilik təklif edir
Onlar maraqlı tərəflərin tənqidlərinin məhdudlaşdırılmasına kömək edə
bilərlər.
Onlar birgə fəaliyyətlərə sadiqlik nümayiş etdirir və maraqlı tərəfləri
qərar və nəticələrə müəyyən çərçivədə təsir edə biləcəklərinə
inandırırlar.
Mənfi cəhətlər
Komitənin üzvləri arasında maraq toqquşması ortaya çıxa bilər.
Xeyli vaxt və resurs tələb edə bilər..
Onların davamlı fəaliyyətinin təşkil edilməsi, idarə olunması və
monitorinqinə diqqət yetirilməlidir.
Fikir ayrılığı mövcud olduqda, yaxud üzvlər qeyri-bərabər statusa,
təcrübə və biliyə malik olduqda, yardıma ehtiyac ola bilər
212
Əlavə B1.1
SEÇİLMİŞ ŞƏRQİ AVROPA, QAFQAZ VƏ
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNDƏ
PROTOKOLUN İCRASI ÜÇÜN İSTİFADƏ
OLUNAN ƏTRAFLI POTENSİAL
QİYMƏTLƏNDİRMƏSİ NÜMUNƏSİ
213
SEQ protokoluna uyğun olaraq, strateji ekoloji qiymətləndirmənin aparılmasını tələb edən
plan v proqramların müəyyən edilməsi
I.1. Milli qanunvericilikdə "plan" və "proqram"ın tərifi müəyyən edilmişdirmi? Müəyyən
edilmişdirsə, zəhmət olmasa, tərifləri göstərin.
I.2. Zəhmət olmasa, (aşağıdakı cədvəlin köməyi ilə) ölkənin Protokolun tətbiq dairəsinə daxil
olan milli, submilli (məsələn, region (rayon) və ya əyalət (oblast)) plan və proqramları göstərin.
Sektorlar
Verilən hər bir sektorda hüquqi, normativ
və inzibati müddəalar əsasında bütün
səviyyələrdə dövlət orqanları tərəfindən
hazırlanan və təsdiq edilən bütün strateji
sənədləri sıralayın (plan, proqram,
siyasət,, strategiya və s.
adlandırılmalarından asılı olmayaraq).
(Plan və proqramların sadələşdirilmiş
tərifi SEQ Protokolunun 2.5-ci
maddəsindən adaptasiya edilmişdir)
Əsas xüsusiyyətləri qısaca
təsvir edin (məsələn, son beş
ilə aid planların sayı,
qanunvericilikdə cari və
planlaşdırılan dəyişikliklər)
Kənd təsərrüfatı,
Meşə təsərrüfatı,
Balıqçılıq,
Energetika
Sənaye
Dağ-mədən sənayesi,
Nəqliyyat
Regional inkişaf,)
Sudan səmərəli istifadə,
Telekommunikasiya,
Turizm, Şəhər və kənd
planlaşdırması və ya
torpaqdan istifadə
Digər milli və ya
subregional sənədlər
(məsələn, Yoxsulluğun
azaldılması üçün
strategiya sənədləri
II. Qüvvədə olan ekoloji qiymətləndirmə müddəalarının təhlili
II.1. Ölkədə qüvvədə olan müddəalara (Ətraf mühitə təsirlərin qiymətləndirilməsi yaxud Dövlət
ekoloji ekspertiza sistemi çərçivəsində) uyğun strateji qərarların qəbulu üzrə cari ekoloji
qiymətləndirmə prosedurunu təsvir edin və onu mövcud ilə müqayisə edin:
SEQ-in həyata keçirilmə zərurətinin qiymətləndirilmə mexanizmi (ilkin qiymətləndirmə)
və onun son beş il (yaxud münasib hesab edilərsə, iki - üç il) ərzində tətbiq edilməsi
dərəcəsi: dövlət ekoloji ekspertizasına/SEQ proseduruna təqdim edilməzdən əvvəl neçə
214
sənəd nəzərdən keçirilmişdir və onların neçəsinə dövlət ekoloji ekspertizası/SEQ tətbiq
edilmişdir?
SEQ hesabatının məzmunu: qanunvericiliyin tələbləri+ ekoloji qiymətləndirmənin
aparılması üçün işlərin miqyası necə müəyyən edilir + SEQ hesabatlarının hazırlanması
üzrə mümkün metodik tövsiyələr və ya standartlar
Təkrar nəzərdən keçirilmə tələbləri: hansı dövlət orqanları Ətraf mühitin mühafizəsi
haqqında hesabata rəy vermək imkanına malikdirlər, dövlət ekoloji ekspertizası sistemi
çərçivəsində ekspertiza üçün əlavə tələblər mövcuddurmu?
Potensial qiymətləndirməsinə nümunə İctimaiyyətin iştirakı müddəalarının təsviri:
qanunvericilik tələblərinin təsviri, ictimaiyyətin SEQ prosesində iştirakına dair, ölkədə
hazırlanmış metodiki tövsiyə sənədlərinə istinadlar
SEQ hesabatının və ictimaiyyətin rəylərinin plan və ya proqramın hazırlanması
prosesində nəzərə alınması mexanizmləri.
II.2. Hüquqi bazada mümkün gələcək dəyişiklikləri təsvir edin (mövcud olduğu təqdirdə).
II.3. Cari sistemin əsas üstün və mənfi cəhətlərini və onun gələcək inkişafı və ya
təkmilləşdirilməsi fürsətlərini təhlil edin.
III. Protokolun effektiv tətbiqi üçün prioritet məsələlərin təhlili
Protokolun effektiv tətbiqi üçün prioritet məsələlərin təhlili konkret bir ölkədə Protokolun
praktiki tətbiqinə görə məsul yüksək çinli məmurların mövqeyini əks etdirməlidir.
Dostları ilə paylaş: |