Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


Metod Layların üst-üstə yerləşdirilməsi və Coğrafi Məlumat Sistemləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   14   15   16   17   18   19   20   21   22

Metod Layların üst-üstə yerləşdirilməsi və Coğrafi Məlumat Sistemləri  
Təsvir . 
Layların üst-üstə yerləşdirilməsi və GIS təsirlərin hansı ərazidə paylandığını 
müəyyən etmək üçün istifadə olunan metoddur. Hər iki metod xəritələrin və 
ya məlumatların daxil olduğu layların hazırlanmasını  və bir-birinin üzərində 
yerləşdirilməsini nəzərdə tutur. Onlar:  
 

 
Əhalinin sağlamlığı daxil olmaqla təsirə  məruz qalmış  ətraf mühitin 
(həssas  ərazilər və ya resurslar, cari yüklənmələr və s.) kompleks 
mənzərəsini təmin edir;  

 
Daha əvvəlki fəaliyyətlərin nəticələrini təqdim edir. 

 
Gələcək fəaliyyətlərin potensial təsirlərini təsvir edir.  

 
Kumulyativ təsirləri, yaxud bir sıra reseptorlar üzərinə  təsirləri 
xəritələşdirirlər. 
 
 Məkan təhlilinin mühüm xüsusiyyətlərindən biri də - topoqrafik məlumatların 
nəzərə alınması imkanıdır, bu isə infrastrukturun planlaşdırılması  və ya 
müəyyən təsirlərin (küy, havanın keyfiyyəti, vizual təsirlər) təhlili üçün 
vacibdir.  
 
Layların  əl ilə yerləşdirilməsi zamanı  hər birinə bu və ya digər məlumatın 
daxil edildiyi şəffaf xəritələrdən istifadə edilir.  
 
GIS çoxqatlı elektron xəritələrin sürətlə  tərtib olunmasına imkan verir və 
qatların yerləşdirilməsini yüksək texnologiya ekvivalenti hesab oluna bilər.  
GIS həmçinin böyük həcmdə məlumatın əhatə edilməsi üçün faydalı ola bilər. 
GIS bazası hazırlandıqdan sonra, əlavə məlumatlar zəruri olduqca daxil edilə 
və ya korrektə edilə bilər; həm ilkin məlumatların həm də sistemin işinin 
nəticələrinin yenilənməsi çətinlik törətmir. 
 
SEQ-in 
üstünlükləri 

 
Kontekst və ilkin məlumatların təhlili  

 
Problemlərin və təsirlərin müəyyən edilməsi. 

 
 
189 
 
çərçivəsində 
ənənəvi tətbiq 
 

 
 Təsirlərin qiymətləndirilməsi 

 
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə.. 
Üstünlüklər 

 
Hər iki metod keçmiş, cari və  gələcək təsirlərin  əyani təsəvvür 
edilməsinə imkan verir. 
Mənfi cəhətlər 

 
Hər iki metod xeyli vəsait və vaxt tələb edə bilər 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Britaniya Geologiya Xidmətinin Hesabatı "Strateji Ekoloji Qiymətləndirmə 
(SEQ) və  İst Madlens regionunda gələcək aşqar hasilatı (2004) GIS 
istifadəsinə  əsaslanan müxtəlif yanaşma və metodların nümunələrinə yer 
verir. Aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.bgs.ac.uk/downloads/browse.cfm?sec=12&cat=136
 
 
 
Metod Tendensiyaların təhlili və ekstrapolyasiya  
Təsvir Tendensiyaların dəqiq təhlili hər hansı strateji qiymətləndirmənin  ən vacib 
aspektlərindən biridir. SEQ kontekstində tendensiyaların təhlilinə ekoloji 
gərginliklərin, eləcə də ətraf mühitdə zamanla baş verən dəyişikliklərin izahı 
kimi tərif verilə bilər.  
 
Tendensiyaların təhlil məlumat massivindən istifadə edir və  hər hansı 
tendensiyanı  və ya qanunauyğunluğu müəyyən etməyə kömək edir. 
Tendensiyalar düzxətli, eksponensial və ya dövri ola bilər; mümkün olduqda 
onlar adekvat vaxt dairəsində öyrənilməlidirlər. Tendensiyaların təqdim 
edilmə formaları  fərqli - kifayət qədər sadə (məsələn, xətti qrafik) və ya 
olduqca mürəkkəb (məsələn, üç ölçülü qrafik və ya video modelləşdirmə) ola 
bilər. Tendensiyaların təhlilini asanlaşdıran çoxsaylı kompüter proqramları 
mövcuddur (məsələn, ən sadələri elektron cədvəllər, daha mürəkkəb olanlara 
isə RATS, GAUSS, JMP və s. daxildir).  
 
Tendensiyaların təhlili ətraf mühitin yüklənməsi və ətraf mühitin vəziyyətində 
müvafiq (bəzən gecikmiş olsa da) dəyişikliklər arasında  əsas  əlaqələrin 
müəyyənləşdirilməsinə  və  təqdim edilməsinə kömək edir. Beləliklə, o, 
gələcək təsirlərin proqnzlaşdırılmasına da yardım edə bilər. Gələcəkdə 
dinamikanın dəyişməyəcəyini güman edərək bəzi tendensiyaları sadəcə 
ekstrapolyasiya etmək olar. Lakin bu zaman nəzərə almaq vacibdir ki, praktiki 
olaraq hər bir tendensiyanın  əks tərəfi vardır. Başlıca “sınma nöqtəsinə” 
(məsələn, ətraf mühitin yüklənmə potensialının aşıldığı vaxt ) qədər dəyişiklik 
tendensiyalarının xüsusiyyətlərini, yaxud nə vaxtsa əks tendensiyanın daha 
güclü ola biləcəyini nəzərə almayan, həddən artıq sadələşdirilmiş 
ekstrapolyasiya yanlış nəticələrə gətirib çıxara bilər 
 
Beləliklə,  əhəmiyyətli  əks tendensiyalar və ya sınma nöqtəsi gözlənilmirsə, 
tendensiyaların ekstrapolyasiyası  qısa və orta müddətli proqnozlaşdırmada 
mühüm rol oynaya bilər. Uzunmüddətli tendensiyalar (mümkün olduğu 
təqdirdə), yalnız modelləşdirmə vasitəsi ilə dəqiq müəyyən edilə bilər. 
 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 

 
Kontekst və ilkin məlumatların təhlili  

 
Təsirlərin qiymətləndirilməsi. 

 
 
190 
 
 
Üstünlüklər 

 
Ətraf mühitin vəziyyəti haqqında uzun müddəti  əhatə edən 
məlumatların mövcud olması  şərti ilə kumulyativ təsirlərin kəmiyyət 
qiymətləndirməsinə əhəmiyyətli töhfə verə bilər. 
Mənfi cəhətlər 

 
Çox vaxt elə vəziyyətlər yaranır ki, konkret ekoloji gərginlik haqqında 
müvafiq və ya yetərli məlumatın əldə edilməsi mümkün olmur. 

 
Məlumat çatışmazlıqları hallarında, tendensiyaların düzgün izahının 
təmin edilməsi üçün müvafiq statistika metodlarından istifadə 
əhəmiyyət qazanır. Belə təhlillər olduqca çətin ola bilər.  
 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Tendensiyaların təhlilinin müxtəlif nümunələri Britaniya nəqliyyat Nazirliyi 
tərəfindən hazırlanan "Nəqliyyatın inkişafı olan və proqramlarının strateji 
ekoloji qiymətləndirilməsi" üzrə rəhbər sənədində yer alır. Aşağıdakı 
ünvandan əldə edilə bilər: http://www.dft.gov.uk/webtag/documents/project-
manager/unit2.11.php 
 
 
 
Metod Qərar ağacları, təsir sxemləri  
Təsvir Sxem 
və sistemlər səbəb-nəticə  əlaqəsini izah edir. Onlar zəncir (şəbəkələr) 
və ya tordan (sistem diaqramları) istifadə etməklə, planlaşdırılan fəaliyyətin 
elementlərindən fəaliyyətin həyata keçirilməsinin planlaşdırıldığı  ətraf mühit 
komponentlərinədək təsirlərin yayıldığı yolu müəyyən edirlər. Bu metodlar 
plan və ya proqramların başqa plan, proqram və layihələr (qərar ağacları) 
çərçivəsində tətbiq edilən qərarlar, eləcə də birbaşa təsirlərdən dolayı təsirlərə, 
uzunmüddətli təsirlərdən yubanan təsirlərə  qədər (təsir  şəbəkələri) təsirlərin 
yayılması  təhlilləri daxil olmaqla, sonrakı  qərarlara təsirlərinin araşdırılması 
və təqdim edilməsi üçün istifadə edilə bilərlər. 
 
 Kifayət qədər məlumat mövcuddursa, kəmiyyət ölçü meyarlarının  şəbəkə 
diaqramına daxil edilməsi mümkündür. Bu metod sahə modelləşdirmə 
formasınan ibarətdir və  təsirləri, onların qarşılıqlı  əlaqəsini dəyərləndirməyə 
imkan verir (modelləşdirmə haqqında daha ətraflı məlumat üçün aşağı baxın). 
 
 Şəbəkə və ya sistemin yaradılması üçün atılmalı olan addımlara aşağıdakılar 
daxil ola bilər:  
 

 
Tədbirləri nəzərə alın və sadalayın.  

 
Hər bir fəaliyyətin digər fəaliyyətlərə, yaxud ətraf mühitin birbaşa 
təsirə məruz qalmış elementlərinə təsirlərini müəyyən edin;  

 
Digər fəaliyyətlərə  və ya ətraf mühit komponentlərinə ikinci dərəcəli 
təsirləri müəyyən edin – bu birbaşa təsirlərdən dolayı  təsirlərə  qədər 
olan yolu izləməyə imkan verir;  

 
Bu zaman hər hansı kumulyativ təsirin ətraf mühitin eyni elementində 
və ya qanunauyğunluğunda ortaya çıxıb-çıxmadığı müəyyən edin. 

 
Müvafiq olduqda, alınan rəylərin göstərilməsi üçün həlqələrdən 
istifadə edin.  

 
Müvafiq olduqda, təsirlərin qiymətləndirilməsi üçün sadə 
modelləşdirmə forması kimi kəmiyyət metodlarından istifadə edin. 

 
 
191 
 
 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 
 

 
Problemlərin və təsirlərin müəyyən edilməsi.  

 
Təsirlərin qiymətləndirilməsi.  

 
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 
Üstünlüklər 

 
Diaqramlardan istifadə təsirlərin başa düşülməsinə kömək edə bilər.  

 
Şəbəkə diaqramları səbəb-nəticə əlaqələrini eləcə də təsirlərin yayılma 
yollarını izah edir;  

 
Şəbəkə  təhlillərin kəmiyyət səciyyəsi daşımaması mümkün olsa da, 
onların köməyi ilə hansı proseslərin  əlavə  kəmiyyət təhlili və daha 
diqqətli modelləşdirmə tələb etdiyini müəyyən etmək olar. 
Mənfi cəhətlər 

 
Heç bir məkan və ya zaman şkalası təmin edilə bilməz. 

 
 Şəbəkə təhlili təsirlərin qiymətləndirilməsinə  əhatəli yanaşmadan 
istifadə edir, buna görə də tamamlanması xeyli səy tələb edə bilər;  

 
Diaqramlar həddən artıq mürəkkəb ola bilər. 
 
Metod Proqnoz 
modelləşdirməsi və təqlidi modelləşdirmə  
Təsvir Modelləşdirmə  fəaliyyət elementlərin və  ətraf mühit komponentlərinin 
simulyasiyası vasitəsi ilə ətraf mühitə təsirlərin kəmiyyət qiymətləndirməsinin 
aparılmasına imkan verən analitik vasitədir. Modellər çox vaxt təsirlərin 
proqnozlaşdırılması üçün kompüterdən istifadə edirlər. Riyazi modellər ətraf 
mühitin havanın və suyun keyfiyyəti, su resurslarını həcmi və su axınları, səs-
küy həddi, havadan torpaq və ya yaşıllıq örtüyü üzərinə çirkləndirici 
maddələrin düşməsi kimi müxtəlif aspektlərinin məkan və zaman təhlili üçün 
istifadə edilir. Digər model növlərinə sosial-iqtisadi modellər, təbii yaşayış 
mühiti modelləri və  hər hansı layihənin təsirlərini qərar qəbulu proqramı 
vasitəsi ilə müəyyən etməyə imkan verən ekspert sistemlərin daxildir. 
 
 Ən inkişaf etmiş  və  ən geniş istifadə edilən modellər havanın keyfiyyəti, 
suyun keyfiyyəti üçün nəzərdə tutulanlar, səs səviyyəsi modelləşdirmələri, 
eləcə də ekoloji və vizual modelləşmələrdir. Bu təsirlərin qiymətləndirilməsi 
üçün çoxsaylı müxtəlif modellər mövcuddur. Onlar plan və ya proqram 
çərçivəsində təklif olunan bir sıra tədbirlərin birbaşa və kumulyativ təsirlərini 
nəzərə almaq üçün istifadə edilə  və emissiyalardan, yaxud inkişaf 
təkliflərindən irəli gələn dolayı 
təsirlərin müəyyən dərəcədə 
qiymətləndirilməsinə imkan verə bilərlər.  
 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 
 

 
Təsirlərin qiymətləndirilməsi. 

 
 Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə 
Üstünlüklər 

 
Küyün və çirkləndirici maddələrini yayılması  və hidrodinamika 
modelləri yüksək inkişaf etmişdir; birbaşa və kumulyativ təsirlərin 
təhlili üçün geniş istifadə edilə biləcək standart model formaları 
işlənib hazırlanmışdır.  

 
Modelləşdirmə 
nəticələri, məsələn müxtəlif alternativlərin 
qiymətləndirilməsi üçün layların üst-üstə yerləşdirilməsi metodu ilə 
birgə effektiv şəkildə istifadə edilə bilər.  

 
 
192 
 

 
Modelləşdirmə  həmçinin zaman və  məkan boyu təsirlərin 
simulyasiyası üçün xüsusi faydaya malik alətdir. 
Mənfi cəhətlər 

 
Modellər xeyli vəsait və vaxt itkisinə səbəb olurlar.  

 
Modelin dəqiqliyi onun hazırlanması, kalibrlənməsi və istismarı 
üçün istifadə olunan məlumatların keyfiyyətindən, eləcə  də 
modelin əsaslandığı mülahizələrdən asılıdır;  

 
Təbii sistemin bütün təfərrüatlarının real əks etdirilməsi hər hansı 
model üçün çətindir; 

 
 Modellər həmçinin pessimist nəticələrinə görə tanınırlar və 
məlumatlar nisbətən asanlıqla manipulyasiya edilə bilər.  

 
Yeni modelin hazırlanması bir qayda olaraq yüksək vəsait, səriştə, 
vaxt sərfiyyatı  və ehtimalən xeyli məlumat tələb edir. Buna görə 
də daha çox iri və daha mürəkkəb layihələr üçün münasibdir.  
 
Beləliklə,  əvvəlcədən istifadə olunmuş buna görə  də adaptasiya olunmuş  və 
qəbul edilmiş modeldən istifadə daha məqsədəuyğundur. 
 
 
Metod Ssenarilərin hazırlanması 
Təsvir Ssenarilərin hazırlanması  gələcək inkişafa təsir edən  ən qeyri-müəyyən və 
vacib hərəkətverici qüvvələri  əks etdirən hipotetik vəziyyətlərin təsviri 
prosesidir. Metodun məqsədi aşağıdakı suallara cavab tapmaqdır:  
 
1 Hərəkətverici qüvvələr hansılardır?  
2.Qeyri-müəyyənliklər hansılardır?  
3.Nə qaçılmazdır?  
4.Hansı ssenari seçilməlidir? 
 
Ssenarilərin hazırlanması  bəzən proqnozlaşdırma ilə assosiasiya olunur. 
Proqnozlaşdırma da gələcək hadisələri qabaqcadan müəyyən etsə  də, bu 
zaman tarixi məlumatlara əsaslanan hesablamalardan istifadə edilir. Çoxsaylı 
ssenari hazırlama texnologiyaları mövcuddur. Ssenarilərin hazırlanmasını 
səkkiz addımlı yanaşmaya əsaslanan, Peter Schwartz-ın
64
 "Göstəricilərin uzun 
müddətli dinamikasının təhlili sənəti" adlı  əsərində  təsvir edilən metod SEQ 
üçün əhəmiyyət kəsb edə bilər. Bu səkkiz addım aşağıdakılardan ibarətdir: 
 
1.Əsas məsələ  və ya qərarı müəyyən edin. Ssenarilərin mövcudluğunun 
faydası nə ola bilər? Nəyi bilmək istəyirsiniz? 
2. Yerli mühit daxilində başlıca qüvvələri müəyyən edin. Başlıca məsələ və ya 
qərara hansı amillər təsir edir? Seçil zamanı  qərarın qəbuna görə  məsul 
şəxslər nəyi bilmək istəyəcəklər? 
3. Hərəkətverici qüvvələri müəyyən edin.  
4.Əsas qüvvələrə hansı mühüm tendensiyalar təsir edir? Əsas və təkanverici 
qüvvələri əhəmiyyət və qeyri-müəyyənlik dərəcəsinə görə sıralayın. Müəyyən 
                                                      
64
 
Göstəricilərin uzun müddətli dinamikasının təhlili sənəti: Sizin və şirkətiniz üçün strateji qavrayışa aparan yollar (Nyu-York, Doubleday, 
1991).
 
 

 
 
193 
 
edilmiş əsas və təkanverici qüvvələr diqqətlə nəzərdən keçirilməlidir, belə ki, 
onlar vacib əhəmiyyət kəsb edən müxtəlif ssenarilərin təmin edilməsi üçün 
daha vacibdirlər. Daha ətraflı araşdırmaq üçün 2-3-cü sualları seçin. 
5. Ssenarinin məntiqini seçin. Ardıcıllığa riayət edərək, ssenarilərin 
hazırlanması üçün əsas dəyişənləri müəyyənləşdirmək məqsədi ilə 
məlumatlardan istifadə edin.  
6. 2-ci və 3-cü addımlarda müəyyən edilmiş  əsas amilləri və  təkanverici 
qüvvələri nəzərdən keçirməklə ilkin ssenariləri zənginləşdirin. Hər bir başlıca 
amil və  hərəkətverici qüvvəyə ssenaridə müəyyən rol verilməlidir. Məsələn, 
əlinizdə iki əsas amil və iki hərəkətverici qüvvə varsa, bu ssenariyə daxil 
edilən biləcək dörd mümkün kombinasiya deməkdir. 
 7.  Nəticələri müəyyən edin. Ssenarilər müəyyən edildikdən sonra nəticələri 
müəyyən etməyə çalışın - müxtəlif ssenarilərdə  nə baş verə bilərdi? Bunu 
ssenarilərinizə daxil edin.  
8.  Əsas göstəriciləri və  əlamətləri seçin. Ssenariləri real vəziyyətlərlə 
əlaqələndirin - cari tendensiyalar nəzərə alınarsa, onlardan bəzilərin baş vermə 
ehtimalı daha yüksəkdir. Daha sonra verilən ssenari öz qüvvəsini itirdikdə 
sizə xəbərdarlıq edə biləcək  əlavə göstəriciləri müəyyən edin (məsələn,  əsas 
göstəriciləri).  
 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 
 

 
Təsirlərin qiymətləndirilməsi.  

 
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə 
Üstünlüklər 

 
Ssenari reallığın sadələşdirilmiş variantı  və mürəkkəb sistemlər 
haqqında ümumi anlayışın formalaşdırılması üsuludur. 

 
 Onlar  ideyaları  sınaqdan keçirmək və  nəticələri araşdırmaq üçün 
istifadə edilə bilərlər. 
Mənfi cəhətlər 

 
Ssenarilərin hazırlanması və təfsiri daha yüksək texniki səriştəlilik 
tələb edir.  

 
Ssenariyə  əsaslanan təhlil modelin özündən və istifadə edilən 
məlumatdan daha yaxşı deyil. Səhv modelə  əsaslanan qərarlar və 
ya fəaliyyətlərdən yayına bilmək üçün sınaq və yoxlamaların 
diqqətlə aparılması vacibdir.  

 
Ssenarilərə  çərin başa düşülən, texniki səriştəsi olmayan 
auditoriyaya və siyasət haqqında qərarları qəbul edən şəxslərə izah 
edilməsi çətinlik törədən mürəkkəb riyazi əməliyyatlar və ya 
qrafik təsvirlər daxil olar bilər. 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Ssenarilərin hazırlanmasında müxtəlif yanaşmalar haqqında  ətraflı 
məlumat aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.gbn.com/about/scenario_planning.php
.  
 
“Global Business Network” (
http://www.gbn.com/
). 
 
 Ssenarilərin hazırlanmasına həsr olunmuş informasiya portalları aşağıdakı 
ünvandan tapıla bilər: 
http://www.well.com/~mb/scenario/

 
.  
 

 
 
194 
 
 
Metod 
İstismar dövrü qiymətləndirməsi (LCA)
65
 
Təsvir 
İstismar dövrü qiymətləndirməsi (LCA) aşağıdakı üsullarla məhsulun (xidmətin) 
ətraf mühitə mümkün təsirlərinin və onunla əlaqədar potensial problemlərin 
qiymətləndirilməsi metodudur:  
 

 
Xərclərin və məhsul buraxılışının inventarizasiyası  

 
Bu xərclər və məhsul buraxılışı ilə əlaqəli potensial ekoloji təsirlər  

 
Inventarizasiya nəticələrinin və araşdırmanın məqsədləri ilə  əlaqədar 
olaraq təsir mərhələlərinin izahı  
 
İstismar dövrünün qiymətləndirilməsi bir qayda olaraq diqqəti  ən azı enerji 
istehlakına yönəltsə  də, hava və ya suya emissiyanı, torpaqdan istifadə  və  təbii 
resursların tükənməsini də əhatə edə bilər. 
SEQ-in 
üstünlükləri 
çərçivəsind
ə ənənəvi 
tətbiq 
 

 
Problemlərin və təsirlərin müəyyən edilməsi. 

 
 Təsirlərin qiymətləndirilməsi. 

 
 Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 
Üstünlüklər 

 
"Beşikdən qəbirə qədər" yanaşması əsasında təsirlərin ətraflı təhlili.  

 
İstismar dövrü qiymətləndirməsi ətraf mühitə təsirlərin qiymətləndirilməsi 
zamanı istifadə olunan sistem sərhədlərinin düzgünlüyünü yoxlayır. 
Mənfi 
cəhətlər 
Enerji istisna olmaqla, bütün mümkün proseslərdə tullantıların miqdarını müəyyən 
etmək çətindir, bu, tullantıların çox iri həcmli inventarizasiyasını tələb edir. 

 
Istismar dövrü qiymətləndirməsi ehtiyatla yerinə yetirilməlidir, 
inventarizasiyanın izahı zamanı subyektiv qiymətləndirmələrin nəzərə 
alınması vacibdir. Müəyyən məhsullar (məsələn, metallar, uçucu üzvi 
birləşmələr)  ətraf mühitə  təsirlərin dəqiq qiymətləndirilməsi üçün yetərli 
məlumat təmin etmir. Həmçinin istehsal prosesləri və istifadə ölkədən 
ölkəyə dəyişə bilər.  

 
İstismar dövrü qiymətləndirməsi zamanı  əldə edilmiş  rəqəmlərin 
birləşdirilməsi, eləcə də məhsulların istismar dövrü təsirlərinin müqayisəsi 
üçün etibarlı metod hələ yoxdur.  

 
Vacib problem həmçinin kommersiya sirri olan ilkin məlumatın 
məxfiliyinin istismar dövrü qiymətləndirməsinin etibarlığına zərər 
vermədən mühafizə edilməsidir.  

 
İstismar dövrü qiymətləndirməsi zaman və məkan ölçüsünə malik deyil.  

 
Əksər hallarda istismar dövrü qiymətləndirməsi ilə bir məhsul və ya 
prosesin digərindən yaxşı olmasını sonacan sübuta yetirmək mümkün 
olmur, belə ki, bir çox parametrlər belə qənaətin əldə edilməsi üçün zəruri 
dərəcədə sadələşdirilə bilməz. Bir çox istismar dövrü qiymətləndirmələri 
eyni məhsulla  əlaqədar fərqli və  təzadlı  qənaətlərin  ərsəyə  gəlməsi ilə 
nəticələnmişdir.  
                                                      
65
 Bu təsvir BEACON (Trans-Avropa nəqliyyat şəbəkəsində ətraf mühitə təsirlərin qiymətləndirilməsi üzrə konsensusun əldə edilməsi) layihəsi-
nin Aİ-nin maliyyə dəstəyi ilə təqdim etdiyi istehsal dövrü qiymətləndirməsinin adaptasiyasına əsaslanır. Bu layihə nəqliyyat sektorunun bəzi 
SEQ alətlərinin yaxşı icmalını təklif edir. Daha ətraflı məlumat üçün bax: 
http://ec.europa.eu/environment/eia/sea-studies-and-
reports/beacon_manuel_en.pdf

 

 
 
195 
 

 
 
Praktiki 
tətbiq 
nümunələri 
və ya əsas 
əlavə 
məlumat 
mənbələri 
INTERREG III B Project Alp FRail 
(http://www.lkzprien.de/de/main/alpine_freight_railway.htm). Alp dağları 
ərazisində iqtisadı  əyalətlər arasında  əlaqələrin ekoloji baxımdan səmərəli idarə 
edilməsi məqsədi ilə transalp dəmir yolu ilə yük daşımalarından istifadə haqqında 
qərar. Aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.deutscherverband2.org/cms/fileadmin/medias/PDFs_Projekte/Alp_Fra
ilKurzdarstellung-CADSES-de.pdf.  
 
İsveçrənin avtomobillərdən birgə istifadə parkının nəqliyyat vasitəsi modellərinin 
tam istismar dövrü qiymətləndirməsi. Konfrans sənədi Gabor Doka və Sabine 
Ziegler tərəfindən  İsveçrə  nəqliyyat araşdırmaları konfransı (Ascona, 1-3 mart 
2001) üçün hazırlanmışdır; aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.doka.ch/DokaMobilitySTRCproc01.pdf
  
 
Umberto – material və enerji axını sistemlərinin modelləşdirilməsi, hesablanması 
və vizual təqdimatı üçün proqram təminatı, internet ünvanı: 
http://www.umberto.de/en/
 
 
 
Gabi 4 – istimar dövrü mühəndisliyi, istixana effekti yaradan qazların 
hesablanması, sınaqların keçirilməsi və enerji səmərəlilyi, aşağıdakı internet 
ünvanından əldə edilə bilər: 
http://www.environmental-expert.com

 
Arqonn Milli Laboratoriyasının Greet modeli: nəqliyyat vasitələrinin və avtomobil 
texnologiyalarının yanacaqları üçün yanacaq tsikli modeli 
http://greet.es.anl.gov

ünvanından əldə edilə bilər. 
 
 E2database Ludwig-Bölkow-Systemtechnik – yanacaq zəncirinin təhlili ilə bağlı 
qərar qəbuluna yardım edən alət və hidrogen yanacağı  zəncirlərinin emissiya ilə 
əlaqədar, iqtsadi və regional qiymətləndirməsi üçün E3 verilənlər bazası, Agator, 
His, Schindler, 
http:// www.lbst.de 
ünvanından əldə edilə bilər.  
 
İnteqrasiya olunmuş sistemlər üçün qlobal emissiya modeli (GEMIS), aşağıdakı 
ünvandan əldə edilə bilər: 
http://www.oeko.de/service/gemis/en/index.htm
.  
 
SimaPro – məhsul və xidmətlərin təsirlərini toplayır, təhlil edir və izləyir. 
Aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.pre.nl/simapro/simapro_lca_software.htm  
 
 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin