B1.3 POTENSİALIN QİYMƏTLƏNDİRİLMƏSİ
B1.3.1 Potensialın qiymətləndirilməsi – məqsəd və vasitələr
22. Yaxşı planlaşdırılmadığı təqdirdə, Protokolun icrasında yönəlmiş heç bir potensialın inkişaf
etdirilməsi cəhdi effektiv olmayacaq. Problemlər üçün optimal həll yollarının seçilməsi üçün
potensial çatışmazlıqlarının əlamətləri, eləcə də onların səbəbləri yaxşı başa düşülməlidir
46
.
23. Potensialın inkişaf etdirilməsi üçün hər hansı effektiv müdaxilənin planlaşdırılmasına
mövcud potensialın təhlili ilə başlamaq lazımdır. Bu təhlil aşağıdakıları aşkara çıxara bilər:
Aparıcı maraqlı tərəflərin SEQ-lə bağlı ehtiyacları
Əsas çatışmazlıqlar və potensialın inkişafına yardım göstərilərkən diqqətin əsasən hansı
məqamda cəmlənməsi arzuolunandır.
Potensialın inkişaf etdirilməsi təşəbbüslərini icra edə biləcək və ya onlara nəzarət edə
biləcək tərəflər.
Potensialın inkişaf etdirilməsi proqramları çərçivəsində risklər və təxminlər.
24. Potensialın qiymətləndirilməsi hər zaman maraqlı tərəflərlə- ətraf mühiti mühafizə orqanları,
planlaşdırma orqanları, SEQ-də cəlb olunacağı gözlənilən konsultantlar və QHT-lərlə
konsultasiyalar vasitəsi ilə yerinə yetirilməlidir.
25. Potensialın qiymətləndirilməsi müxtəlif metodlardan istifadə edilməklə, mövcud vaxt və
resurslar, eləcə də potensialın inkişafı strategiyasının miqyası diqqətə alınmaqla yerinə yetirilə
bilər.
26. Adətən seminarlar daha az maliyyə və vaxt sərfi tələb edirlər - onlar iştirakçılar qrupundan
asılı olaraq iki saat, iki gün yaxud daha artıq davam edə bilərlər.
27. Müsahibələr və sorğular isə daha çox vaxt tələb etsələr də, adi seminarla müqayisədə daha
geniş və dərin təsəvvür yaradırlar. B1.1 Əlavəsində təsvir edildiyi ki, Protokolun tətbiqi üçün
potensialın qiymətləndirilməsi məqsədi ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada beş ölkədə
müsahibə və sorğular keçirilmişdir.
B1.3.2 SEQ potensialının qiymətləndirilməsi üçün əsas suallar
28. Potensialın qiymətləndirilməsi sistemin əsas zəif tərəflərini, aparıcı iştirakçıları, eləcə də
potensial inkişaf etdirilməsi üzrə ən qabaqcıl mümkün təcrübələri müəyyən etməlidir
. 29. Sistem və problemlərin təhlili aşağıdakıları əhatə etməlidir:
46
Peter Morgan, "Potensial və potensialın inkişafı – bəzi strategiyalar". Kanada Beynəlxalq İnkişaf Agentliyinin Siyasət Şöbəsinin Dövlət və
Sosial Siyasət Bölməsi üçün hazırlanmış qeydlər, Kvebek. Aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.impactalliance.org/ev_en.php?ID=4051_201&ID2=DO_TOPIC
138
Planlaşdırmanın kökündə dayanan sistemin nəzərdən keçirilməsi
. SEQ-in tətbiq olunacağı olan və proqramların müəyyən edilməsi.
Mövcud ekoloji qiymətləndirmə növlərinin plan və proqramlara tətbiqi təcrübəsinin
nəzərdən keçirilməsi.
Protokolun təcrübədə tətbiqinin ən çətin aspektləri.
30. Maraqlı tərəflərin təhlili aşağıdakıları əhatə etməlidir:
SEQ islahatlarının keçirilməsində maraqlı olan əsas tərəflər və onların şəbəkələri
SEQ potensialının inkişaf etdirilməsi xidmətinin əsas təminatçıları və onların,
tamamlanmış, davam etməkdə olan və planlaşdırılan potensialın inkişafı təşəbbüsləri ilə
əlaqədar mövcud resurslar.
31 Belə prinsiplərə söykənən potensialın qiymətləndirilməsi sistemi Protokolun Şərqi, Avropa,
Qafqaz və Mərkəzi Asiyada beş ölkədə tətbiqi potensialının qiymətləndirilməsi məqsədi ilə
BMTİP və REM tərəfindən istifadə edilmişdir. Potensialın qiymətləndirilməsi B1.1.51
Əlavəsində əksini yapan anketdən istifadə olunmaqla müsahibələrin və sorğuların köməyi ilə
aparılmışdır.
139
B1.4 SEQ POTENSİALININ İNKİŞAF ETDİRİLMƏSİ STARTEGİYASININ
HAZIRLANMASI ÜÇÜN TÖVSİYƏLƏR
32. Potensialın inkişaf etdirilməsi strategiyası və ya proqramı özündə SEQ potensialının
qiymətləndirilməsi zamanı müəyyən edilmiş konkret sahələrdə potensialın yüksəldilməsi
məqsədi ilə uzunmüddətli strategiya (məqsəd və prioritetlər), eləcə də qısa müddətli plan
(təxirəsalınmaz prioritet fəaliyyətlər) ehtiva etməlidir. Potensialın inkişaf etdirilməsi
strategiyaları hazırlanan zaman nəzərə alınmalı olan bəzi məsələlər B1.2. Əlavəsində təsvir
edilir.
33. İdeal hallarda potensialın inkişafı strategiyasının hazırlanması səlahiyyətli orqanları,
mütəxəssislər, potensialın inkişafı xidmətlərinin təminatçıları (dövlət qulluqçularını hazırlayan
universitetlər, milli institutlar və s.) və SEQ islahatlarının keçirilməsində maraqlı digər tərəflər
(məsələn, QHT-lər) arasında konsultasiyaların keçirilməsinə yardım etməlidir. Bu halda həmin
strategiya hər hansı bir qrupun ehtiyac və ya planlarına qarşı qərəzli yanaşmadan prioritet
məsələlər üzrə ümumi rəyi əks etdirə bilər.
34. Adətən strategiyada müxtəlif prioritet fəaliyyətlərin icrasına görə hansı təşkilatların cavabdeh
olduğunun müəyyən edilməsi, eləcə də qısa müddətli fəaliyyət planının yekununda strategiyaya
yenidən baxışın nəzərdə tutulması faydalı olur. Belə təkrar baxış planın icrasının
qiymətləndirilməsi, çıxarılmış dərslərin müəyyən edilməsi, məqsədlərin təkrar nəzərdən
keçirilməsi və növbəti dövr üçün planın hazırlanması məqsədi ilə aparıcı maraqlı tərəflər və ya
onların nümayəndələri arasında keçirilən iclasla birləşdirilə bilər.
35. Potensialın inkişaf etdirilməsi strategiyasının hazırlanması nadir hallarda düz xətt üzrə
inkişaf edən prosesdən ibarət olur – strategiya bir neçə dəfə təkrar baxışdan keçirilə və yeni
məlumatlar ortaya çıxdıqca, dəyişikliklərə məruz qala bilər.
36. Protokolun icrası potensialının inkişaf etdirilməsi prosesi hər hansı digər institusional və ya
struktur potensialının yüksəldilməsi ilə oxşar olduğundan, həmçinin potensialın inkişafı üçün
hazırlanmış digər resursları gözdən keçirmək tövsiyə olunur, məsələn, BMT-nin Ətraf Mühit
Proqramının ətraf mühitə təsirlərin qiymətləndirmənin tədrisi üzrə təlim vəsaiti
47
, BMTİP-in
potensialın inkişaf etdirilməsi alətləri və resursları
48
47
BMT-nin Ətraf Mühit Proqramı, İqtisadiyyat və Ticarət Şöbəsi (2002), 2-ci nəşr, aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.unep.ch/etu/publications/EIAMan_2edition_toc.htm.
48
BMTİP, Potensialın Qiymətləndirilməsi Təcrübəsi haqqında Qeyd (2008) və digərləri, aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.beta.undp.org/content/undp/en/home/librarypage/capacity-building.html
.
140
B1.5 YEKUN QEYDLƏR
37. Protokolun icrasına görə məsul dövlət orqanları, məlumatlılığın artırılması, SEQ sahəsində
milli qanunvericiliyin icrasına nəzarət vasitəsi ilə mühüm rol oynaya bilərlər. Müəyyən
sadələşdirmələrlə bu qənaətə gəlmək olar ki, potensialın inkişafı prosesinin keyfiyyəti hər bir
ölkədə effektiv SEQ sisteminin yaradılmasına real marağın göstəricisidir.
38. SEQ üzrə məsul aparıcı təşkilatlar SEQ potensialının inkişaf etdirilməsi zərurətini etiraf
etmədən potensialın sistemli inkişafı mümkün deyil. Bu siyasi vəziyyətdən asılı ola bilər, belə ki,
bəzi ölkələr potensial çatışmazlığını etiraf etmək istəməyə bilərlər. Lakin, bu etiraf hər hansı
sistem potensialının inkişafı üçün vacib ilkin şərtdir.
39. Halbuki belə etiraf hər hansı potensialın sistemli inkişafı üçün ilkin şərtdir. Təşəbbüsün
göstərilməsi vaxt və səylərin düzgün koordinasiyasına imkan yarada bilər. Lakin real addımların
atılması icra üçün yetərli resursun ayrılmasını tələb edəcək.
141
Fəsil B2
PROTOKOLLA ƏLAQƏDAR TƏLİM KURSLARINDA İSTİFADƏ ÜÇÜN NƏZƏRDƏ
TUTULAN PRAKTİKİ TAPŞIRIQLARIN NÜMUNƏVİ STRUKTURU
142
B2.1 FƏSLƏ GİRİŞ
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir.
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu
hər zaman həm də "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1.
B2.1.1 Praktiki tapşırığın məqsədi
1. Effektiv təlim adətən nəzəri bilgilərlə tanışlığın, real və ya uydurulmuş nümunələr əsasında
praktiki işlə birləşdirilməsindən ibarət olur.
2. Vəsait daxilində nəzəri məlumat A1-A6 fəsillərində təmin edilir. Cari fəsildə isə bu fəsillərdə
təmin edilən başlıca məlumatlar əsas diqqətin seçilmiş plan və ya proqramın hazırlanmasına
ümumi yanaşmanın formalaşdırılmasına yönəldiyi praktiki tapşırıqlara tətbiq edilir
3. Təklif olunan tapşırıqlar və müzakirə elementləri vahid struktur kimi formalaşdırılmışdır.
Təlimçi bu çərçivə suallarını potensialın yaradılması tapşırığına və təlim kursu iştirakçılarının
mövcud biliklərinə uyğunlaşdırmalıdır.
B2.1.2 Mümkün nəticələr
Bu praktiki tapşırıq iştirakçıların SEQ və onun plan və proqramın hazırlanması prosesi ilə
əlaqəsini daha yaxşı başa düşməsinə kömək etməlidir. Tapşırıq səciyyəvi olaraq aşağıdakılar
barədə müzakirə üçün istifadə oluna bilər:
Plan və ya proqramın hazırlanması prosesinə xüsusi yanaşma üçün münasib SEQ
proseduru; sözügedən prosedur bu plan və ya proqram hazırlama rejimi üçün SEQ üzrə
rəhbər sənədin hazırlanmasına yardım üçün istifadə oluna bilər.
Konkret plan və ya proqramın hazırlanması üçün ətraflı SEQ yanaşması, bu, belə bir SEQ
üçün texniki tapşırıqların hazırlanmasının asanlaşdırılması məqsədi ilə də tətbiq oluna
bilər.
B2.1.3 Praktiki tapşırıq çərçivəsində vəzifələr
Bu fəsil belə bir praktiki tapşırığın aşağıdakı ardıcıllıqla yerinə yetirilməsini təklif edir:
1-ci vəzifə: Plan və ya proqramın hazırlanması prosesinin təhlil edin.
2-ci vəzifə: SEQ-in plan və ya proqram üçün zəruri olub olmadığının nə vaxt və necə
müəyyənləşdirilməli olduğunun müzakirə edin
3-cü vəzifə: Əhatə dairəsinin müəyyən edilməsi üçün praktiki tədbirləri müzakirə edin
. 4-cü vəzifə: Ətraf mühitin mühafizəsi haqqında hesabatda təmin edilməli olan
məlumatları və onun plan və ya proqramın hazırlanması prosesi ilə məntiqi əlaqəliliyini
müzakirə edin.
143
5-ci vəzifə: Müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiya üçün
nəzərdə tutulan praktiki tədbirləri müzakirə edin.
6-cı vəzifə: İctimaiyyətin iştirakı üçün nəzərdə tutulmuş praktiki tədbirləri müzakirə edin.
7-ci vəzifə: SEQ çərçivəsində əlavə edilmiş məlumatların plan və ya proqramın
hazırlanması prosesində nəzərə alınması üçün müəyyən edilmiş praktiki tədbirləri
müzakirə edin.
8-ci vəzifə: SEQ-in plan və ya proqramın hazırlanması prosesi ilə koordinasiyası üçün
praktiki tədbirləri müzakirə edin.
9-cu vəzifə: Monitorinq hazırlığı və SEQ-in sonrakı ekoloji qiymətləndirmələrlə
əlaqələndirilməsi üzrə praktiki məsələləri müzakirə edin
10-cu vəzifə: Verilən plan və ya proqrama üçün təklif edilən SEQ yanaşmasını təqdim
edin.
B2.1.4 Tapşırığın mürəkkəbliyi
6. Hədəf auditoriyanın ehtiyaclarından, plan və ya proqramın hazırlanması prosesi ilə tanışlıq
dərəcəsindən, praktiki iş üçün sərf etmək üçün mövcud vaxtından asılı olaraq, praktiki müzakirə
aşağıdakıları əhatə edə bilər:
Verilən plan və ya proqramın hazırlanması prosesi daxilində strateji ekoloji
qiymətləndirmənin aparılmasına ümumi yanaşma. Bu ən bəsit müzakirə auditoriyadan
Protokolun tələbləri ilə tanışlıq, müvafiq plan və ya proqramın hazırlanması prosesinin
addımları və ya prosedurları haqqında ümumi bilik tələb edir, auditoriya həmçinin SEQ-
in plan və ya proqramın hazırlanması prosesinə inteqrasiyasına imkan verən müxtəlif
variantlardan xəbərdar olmalıdır. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi bir
qayda olaraq iki- beş saat vaxt tələb edə bilər.
Konkret plan və ya proqramın strateji ekoloji qiymətləndirməsi çərçivəsində izlənməli
olan əhatəli prosedurlar. Daha mürəkkəb səciyyəli bu müzakirə auditoriyadan Protokolun
tələbləri ilə ətraflı tanışlıq, müvafiq plan və ya proqramın hazırlanması prosesinin
addımları və ya prosedurları haqqında əhatəli bilik tələb edir, auditoriya həmçinin SEQ-
in plan və ya proqramın hazırlanması prosesinə inteqrasiyasına imkan verən müxtəlif
variantlardan xəbərdar olmalıdır. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi bir
qayda olaraq altı- səkkiz saat vaxt tələb edə bilər.
Plan və ya proqramın hazırlanmasına sözügedən yanaşma üçün müvafiq SEQ metodları
və alətləri. Daha mürəkkəb səciyyəli bu müzakirə auditoriyadan Protokolun tələbləri ilə
ətraflı tanışlıq, müvafiq plan və ya proqramın hazırlanması prosesinin addımları və ya
prosedurları haqqında əhatəli bilik tələb edir, auditoriya (a) həmçinin SEQ-in plan və ya
proqramın hazırlanması prosesinə inteqrasiyasına imkan verən variantlardan, (b) ətraf
144
mühitin mühafizəsi haqqında hesabatda, eləcə də konsultasiyaların aparılması və
ictimaiyyətin iştirakı məqsədi ilə istifadə oluna biləcək analitik və maraqlı tərəflərin
prosesə cəlb edilməsi alətlərindən xəbərdar olmalıdır. Plan və ya proqramın hazırlanması
prosesinin mürəkkəbliyindən asılı olaraq, bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi
bir qayda olaraq 9- 15 saat vaxt tələb edə bilər.
Verilən plan və ya proqramın strateji ekoloji qiymətləndirməsi üçün ətraflı texniki
tapşırıq. Bu ən mürəkkəb müzakirə auditoriyadan aşağıdakılara bələd olmağı tələb edir:
o
Protokolun tələblərinə təfərrüatları
o
Plan və ya proqramın hazırlanması prosesinə təfərrüatları ilə
o
SEQ ilə plan və ya proqramların hazırlanması prosesi arasında məntiqi əlaqəliliklərə
təfərrüatları ilə
o
Ətraf mühitin mühafizəsi haqqında hesabatda; (b) konsultasiyaların aparılması
və ictimaiyyətin iştirakı üçün istifadə olunan metodlar
o
SEQ-in plan və ya proqramın hazırlanması prosesinə mümkün inteqrasiya dərəcələri
o
Plan və ya proqramın hazırlanması prosesinin mürəkkəbliyindən asılı olaraq, bu
tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi bir qayda olaraq 15- 30 saat arası vaxt
tələb edə bilər.
B2.1.5 Tapşırıqdan əvvəl toplanmalı olan məlumatlar
Praktiki tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi plan və ya proqramın hazırlanması
prosesinin, yaxud konkret plan və ya proqramın xüsusiyyətləri haqqında aşağıdakı məlumatların
təmin olunmasını tələb edir:
o
Plan və ya proqramın hazırlanması prosesində əsas diqqət nəyə yönəldilir? Plan və ya
proqramı kim hazırlayır və kim təsdiq etməlidir?
o
Plan və ya proqramın hazırlanması prosesi üçün prosedur addımları və ya prosesin
nəticələrini müəyyən etməyə kömək edə biləcək hər hansı tələb və ya təlimat
mövcuddurmu?
o
Plan və ya proqramın hazırlanması prosesi çərçivəsində ekoloji amillərin nəzərə alınması
və ya ekoloji təhlilə dair tələb mövcuddurmu?
o
Plan və ya proqramın hazırlanması prosesi çərçivəsində dövlət orqanları ilə konsultasiya
prosesi nədən ibarətdir? Kiminlə? Nə vaxt?
o
Plan və ya proqramın hazırlanması çərçivəsində ictimaiyyətin iştirakına dair hər hansı
tələb mövcuddurmu? Kiminlə? Nə vaxt?
145
B2.2 NÜMUNƏLƏR ƏSASINDA İŞ TAPŞIRIQLARI
1-ci vəzifə: Plan və ya proqramın hazırlanması prosesinin təhlil edin.
8. Bu giriş tapşırığı iştirakçılara SEQ-in tətbiqi üçün seçilmiş plan və ya proqramın hazırlanması
prosesi ilə tanış olmağa kömək etməlidir. Bu məlumat verilən konkret kontekstdə effektiv,
adaptasiya olunmuş SEQ yanaşmasının təklif edilməsi üçün zəruridir. Əlbəttə, abstrakt SEQ
prosedurunun hazırlanmasına başlamamışdan əvvəl, verilən plan və ya proqramın hazırlanması
prosesinin faktiki olaraq necə baş verdiyini və SEQ-lə əlaqədar çatışmazlığın nə olduğunu
bilmək faydalı olardı. Bu məlumat SEQ-in verilən plan və ya proqramın hazırlanması prosesinə
necə daxil edilməli olduğu barədə daha sonrakı müzakirələr üçün baza rolunu oynayacaq.
9.Plan və ya proqramın hazırlanması prosesinin təhlili plan və ya proqramın xarakteristikası
haqqında başlıca məlumatların toplanması ilə başlamalıdır. İştirakçılar plan və ya proqramın
mənşəyi, onun hazırlanmasına görə məsul orqan və qərarı qəbul edən şəxsin rolu barədə
məlumat əldə etməlidirlər. Plan və ya proqramın necə icra ediləcəyini bilmək də faydalı ola bilər
(məsələn, plan və ya proqramda konkret layihələr nəzərdə tutulacaqmı, yoxsa ondan sonra daha
əhatəli plan və ya proqramın hazırlanması gözlənilir və s.).
10.Ümumi kontekst aydınlaşdırıldıqdan sonra plan və ya proqramın hazırlanması prosesinin
aşağıdakı məqamları müzakirə edilməlidir:
Plan və ya proqramın hazırlanmasına yönəlmiş konkret vəzifələr hansılardır? Plan və ya
proqramın hazırlanması ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması prosesi ilə
əlaqələndirilməli olan hər hansı ekoloji təhlil nəzərdə tuturmu?
o
Bu ekoloji təhlillər plan və ya proqramın hazırlanmasının hansı mərhələrində yerinə
yetirilir?
o
Səlahiyyətli ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiyalar artıq plan və
ya proqramın hazırlanması prosesinə daxildirmi?
o
Konsultasiyalar hansı orqanlarla və plan və ya proqramların hazırlanmasının hansı
mərhələsində aparılır? Plan və ya proqramın hazırlanması prosesi ictimaiyyətin
məlumatlara çıxışının təmin edilməsini və ictimai iştirakı nəzərdə tuturmu?
o
İctimaiyyətin hansı hissəsi məlumata çıxış əldə edə və bilir və iştirak imkanı plan və ya
proqramın hazırlanmasının hansı mərhələsində təmin edilir?
11. Plan və ya proqramın hazırlanması prosesinin bu daha ətraflı təhlili aşağıdakı B2.1
Cədvəlinin köməyi ilə asanlaşdırıla bilər.
12. Plan və ya proqramın hazırlanması prosesinin ətraflı təhlilinə yolgöstərici kimi aşağıdakı
qeydlərdən istifadə etmək olar:
Plan və ya proqramın hazırlanması üzrə tapşırıqlara məlumatların toplanması və təhlili ilə
əlaqədar fəaliyyətlər, digər maraqlı tərəflərlə ünsiyyət, planın mərhələ və dövrlərinin
planlarının hazırlanması və s. daxil ola bilər. Bu tapşırıqlar müvafiq qanunvericilik
146
aktlarında müvafiq plan və ya proqramların hazırlanması üçün rəhbər sənədlərdə və ya
keçmiş oxşar plan və ya proqramların nümunələri əsasında müəyyən edilə bilər.
Plan və ya proqramın hazırlanması üzrə vəzifələr müəyyən edildikdən sonra, iştirakçılar
plan və ya proqramın hazırlanmasının bir hissəsini təşkil edəcək, ehtimal olunan ekoloji
təhlilləri müəyyən etməyə başlamalıdırlar. İştirakçılar bilməlidirlər ki, bəzi başlıca
ekoloji təhlillər plan və ya proqramın hazırlanması prosesində dövri qaydada təkrarlana
bilər. Belə təhlillərin əhatə dairəsindən xəbərdar olmaq onların ətraf mühitin mühafizəsi
haqqında hesabatın hazırlanması prosesi ilə əlaqələndirilməsi üçün faydalı ola bilər.
Dövlət orqanları ilə konsultasiyalar adətən hər bir plan və ay proqramın hazırlanması
prosesinin tərkib hissəsini təşkil etdiyindən, plan və ya proqramın hazırlanması
çərçivəsində ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə hər hansı konsultasiyanın
artıq nəzərdə tutulub-tutulmadığını və nə vaxta planlaşdırıldığını müəyyən etmək yaralı
ola bilər.
Plan və ya proqramın təhlili plan və ya proqram üzərində işin davametmə müddəti
ərzində ictimaiyyətin məlumatlara çıxışının və ictimai iştirak tədbirlərinin təhlili ilə
yekunlaşa bilər.
Cədvəl B2.1: Plan və ya proqramın hazırlanması prosesinin təkrar nəzərdən keçirilməsinin
mümkün strukturu
Plan və ya
proqramın
hazırlanması prosesi
çərçivəsində yerinə
yetirilməli olan
vəzifələr
Mövcud ekoloji
təhlillər
Dövlət orqanları ilə
konsultasiya.
İctimaiyyətin
məlumatlara çıxışı
və aidiyyəti olan
ictimaiyyət
nümayəndələri ilə
konsultasiyalar
2-ci vəzifə: SEQ-in plan və ya proqram üçün zəruri olub olmadığının nə vaxt və necə
müəyyənləşdirilməli olduğunun müzakirə edin.
13. Bu tapşırıq iştriakçılara SEQ-in plan və ya proqram üçün zəruri olub-olmadığının nə vaxt və
necə müəyyənləşdirilməli olduğunu müzakirə etməyə kömək etməlidir. İştirakçılar bilməlidirlər
ki bu zərurətin müəyyənləşdirilmə vaxtı təklif olunan SEQ prosesinin effektivliyinə əsaslı təsir
edəcək. Bu zərurətin gec müəyyənləşdirilməsi strateji ekoloji qiymətləndirmənin daha az effektiv
olmasına və ləngimələrə səbəb ola bilər.
14. Müzakirə edilməli olan ilkin məsələlərə aşağıdakılar daxildir:
Verilən plan və ya proqramın hazırlanması proses üçün SEQ-in tələb olunub-
olunmadığının müəyyənləşdirilməsi üçün hansı məlumat zəruridir?
SEQ verilən plan və ya proqramın hazırlanması prosesinə avtomatik tətbiq edilməlidir,
yoxsa bu qərarın qəbulu konkret haldan asılıdır?
147
Belə qərarın qəbulu nə vaxt daha effektiv ola bilər?
15. İştirakçılar qərarın konkret haldan asılı olaraq qəbul edilməli olduğunu qət edərlərsə,
aşağıdakı məqamlar müzakirə olunmalıdır:
"Əhəmiyyətlilik dərəcəsi" meyarlarının müəyyən edilməsi üçün hansı yanaşmalardan
istifadə olunmalıdır?
Müvafiq orqanlarla (və ehtimal ki, aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə)
konsultasiyalar necə aparıla bilər?
Qərarın qəbulunun nəticələri haqqında məlumat ictimaiyyətə necə çatdırıla bilər?
16. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsaitdə əksini tapan
Protokola əsasən strateji ekoloji qiymətləndirmənin tələb olunub-olunmadığının müəyyən
edilməsi haqqında məlumat, o cümlədən ödənməli olan şərtlərin ətraflı təsviri ilə tanışlıq tələb
edir (bax: fəsil A3).
17. Bu tapşırığın sonunda iştirakçılar bilməlidirlər ki, plan və ya proqramın strateji ekoloji
qiymətləndirməsinin keçirilməsi tələbi plan və ya proqramın hazırlanması prosesi çərçivəsində
mümkün qədər tez müəyyən edilməlidir. SEQ zərurətinin erkən müəyyən edilməsi üçün praktiki
tədbirlər dəqiqləşdirilməlidir.
Dostları ilə paylaş: |