Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 

 
 
 
İnternet vasitəsi ilə 
konsultasiyalar 
 
 
 
 
 

 
 
Anketlər və rəy vərəqələri 
 
 
 $$    
Sorğular  
 
 $$    
 
İctimai dinləmələr 
 
 
 
 $ 
  

Seminarlar 
 
 
 
 
 

 
 
 
Məsləhətçi komitələr 
 
 
 
 
 
 

 
 

 
Açar: 
İmkan verir 
 
Bəli 
Adətən tətbiq üçün tələn olunan xərc $ 
Daha 
aşağı 
 $$ 
Daha 
yüksək 
Problemlemi həll etmək bacarığı  
 
 
Aşağı 
 

Yüksək 
Rəyin bildirilməsinin asanlığı 
 
 
 
Orta 
 
 
Yüksək 
 

 
 
121 
 
Fəsil A6 
 
SİYASƏTLƏR VƏ QANUNVERİCİLİK 
 

 
 
122 
 
  
A6.1 FƏSLƏ GİRİŞ 
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1 
 1. Bu bölmədə Protokolun siyasət və qanunvericilikdən bəhs edən 13-cü maddəsi müzakirə 
olunur. Burada əsas diqqət plan və proqramların strateji ekoloji qiymətləndirməsinə deyil, 
Protokol "prinsip və element"lərinin tətbiqinə yönəldilir. 
 2. Siyasətlərin formalaşdırılması səviyyəsində strateji ekoloji qiymətləndirmə - Son irəliləyişlər, 
cari vəziyyət və  gələcək perspektivlər, redaktə Barry Sadler. Kitab Regional Ekoloji Mərkəz 
tərəfindən Çexiyanın Ekologiya Nazirliyi üçün bu vəsaitə əlavə kimi hazırlanmışdır
37

Hüquqi öhdəliklər 
3. 13-cü maddə Tərəflərdən ekoloji amillərin siyasət və normativ aktların formalaşdırılması üzrə 
təkliflərin hazırlanması prosesinə mümkün dərəcədə inteqrasiya edilməsi və  nəzərə alınması 
üçün "səy göstərməyi" tələb edir. Bu zaman Protokolun müvafiq prinsip və elementlərini nəzərə 
almaq zəruridir. Hər hansı Tərəf 13-cü maddəni icra edən zaman qərar qəbulunun şəffaf olması 
üçün praktik tədbirlər nəzərdə tutmalıdır.  
4. Preambulada və aşağıdakı maddələrdə siyasətlər və qanunvericilik haqqında əlavə müddəalar 
əks olunur: maddə 1 (b) (məqsəd) və maddə 24.4 (qüvvəyə minmə). SEQ direktivində müvafiq 
müddəa mövcud deyil. 
Siyasət və qanunvericilik nədir? 
5. Protokolda "siyasət və qanunvericiliyin" tərifi verilmir, lakin siyasət bir qayda olaraq plan və 
proqramdan daha yuxarı  səviyyədə dayanan və daha ümumi səviyyəli strateji təkliflər hesab 
olunur. Oksford ingilis dili lüğəti siyasətə  aşağıdakı kimi tərif verir: "arzuolunan, sərfəli və 
məqsədəuyğun kimi qəbul, yaxud təklif olunan prinsip və ya fəaliyyət kursu"; [xüsusən də] 
dövlət və ya siyasi partiya və s. tərəfindən rəsmi qaydada həyata keçirilən kurs». Qanunvericiliyə 
isə belə tərif verilir: "qanunverici orqanın göstərişi və ya qanunvericilik aktının qəbulu". 13-cü 
maddədə göstərilir ki, bu maddəyə aid siyasət və ya qanunvericilik ətraf mühitə əhəmiyyətli təsir 
edəcəyi ehtimal edilənlərdir. 
Tövsiyə 
6. Protokolda ekoloji problemlərin siyasət və qanunvericiliyin hazırlanması prosesinə necə 
inteqrasiya olunacağı və necə nəzərə alınacağı haqda çox az məlumat verilir.  
                                                      
37
 Aşağldakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/eia/documents/PolicySEA/SEA of Policies volume.pdf. 
 

 
 
123 
 
7.Bununla belə, davamlı inkişafa yardım potensialı ekoloji amillərin daha yüksək strateji 
səviyyələrdə qərar qəbulu prosesinə inteqrasiya edilə bilməsi halında əhəmiyyətli hesab olunur. 
Dəqiq müəyyən edilmiş prosesin yoxluğu isə ekoloji amillərin nəzərdən keçirilməsi və siyasət və 
qanunvericilik aktları ilə bağlı  təkliflərin hazırlanması prosesinə inteqrasiyası zamanı yenilik 
nümayiş etdirməyə imkan verir. Ayrı-ayrı siyasət və qanunvericilik aktlarının fərqli mahiyyətini 
nəzərə alsaq, vəziyyətə uyğunlaşdırma məqsədi ilə asanlıqla dəyişə bilmə imkanı son dərəcə 
vacibdir. Beləliklə, bu, böyük potensiala malik həyacanverici və perspektivli bir işdir. 
8. Ekoloji amillərin nəzərdən keçirilməsi və inteqrasiyası bir qayda olaraq siyasət və 
qanunvericilik aktlarının hazırlanması zamanı müxtəlif formalar ala bilir. Məsələn, siyasətə 
potensial ekoloji nəticələrin qiymətləndirilməsi, alternativlərin nəzərdən keçirilməsi və 
ictimaiyyətin iştirakı kimi elementlər daxil olmaqla, hazırlıq prosesinin bir hissəsi kimi müəyyən 
strateji ekoloji qiymətləndirmə forması  tətbiq edilə bilər. Lakin, bu yanaşma hər zaman 
qanunvericilik kontekstində  tətbiq edilə bilməyə bilər, belə ki qanunvericiliklə bağlı  təkliflər 
Parlament tərəfindən nəzərdə tutulan qaydada və digər qanunvericilik prosedurlarına  əsasən 
müzakirə olunur və  nəzərdən keçirilir. Ekoloji məsələlər belə prosedurlar çərçivəsində  ətraflı 
surətdə müzakirə oluna bilər, lakin Protokolda nəzərdə tutulan hər hansı bu cür rəsmi 
qiymətləndirmə, bir qayda olaraq, təklif olunan qanun qanunvericilik orqanlarının diqqətinə 
təqdim edilməzdən  əvvəl aparılmalıdır. Bu vəziyyət ilə Protokolun "parlament və ya ölkə 
rəhbərliyi tərəfindən rəsmi prosedur əsasında" təsdiq edilən plan və proqramlar haqqında 
müddəaları arasında paralel mövcuddur. Belə hallarda SEQ plan və ya proqramın yekun 
variantının təsdiq edilmək məqsədi ilə  rəsmi prosedurdan keçmək üçün təqdim edilməsindən 
əvvəl yerinə yetirilir.  
9. 2-ci bənddə adı  çəkilən nəşrdə  də  təsvir edildiyi kimi, vəsaitin internet saytında 
(http://www.unece.org/env/eia/sea_manual/welcome.html) müxtəlif ölkələr tərəfindən siyasət və 
qanunvericiliklə bağlı  qəbul olunmuş müxtəlif yanaşmalar haqqında məlumatlarla tanış olmaq 
imkanı verən elektron keçidlər mövcuddur. 
 
 

 
 
124 
 
A6.2 MÜMKÜN YANAŞMALAR 
10. Bu bölmədə  Tərəfin 13-müddənin müddəalarına riayət etməsi  şərti ilə, ekoloji amillərin 
siyasət və qanunvericilik aktları ilə bağlı  təkliflərin hazırlanması prosesinə necə inteqrasiya 
edilməsi və nəzərə alınması haqda təklif irəli sürülür – aşağıda bu prosesə "nəzərdən keçirilmə 
və inteqrasiya" adı verilir.  
11. Siyasət və qanunvericilik aktlarının strateji ekoloji qiymtələndirilməsi üçün qəti tələbin 
olmaması tərəflərə ekoloji amillərin nəzərdən keçirilməsi və inteqrasiyası məsələsinə daha geniş 
yanaşmağa, pilot araşdırmalar aparmağa və tədricən təcrübə və səriştə qazanmağa imkan verir. 
Məsələn, tərəflər ilk növbədə  ətraf mühitə  təsir (müsbət və ya mənfi) potensialı  aşkar olan 
siyasət və qanunvericilik aktlarını  nəzərdən keçirməyə üstünlük verə bilərlər. Tətbiq dairəsinin 
və  əhəmiyyətlilik dərəcəsi meyarlarının dəqiq müəyyən edilməsi daha sonrakı  mərhələlərdə 
həyata keçirilə bilər.  
12. Bununla belə, nəzərdən keçirmə  və inteqrasiya prosesinin iki əsas xüsusiyyəti Protokolda 
açıq şəkildə öz əksini tapır - inteqrasiya zərurəti (maddə 1 (b) və (e)), şəffaflığın təmin edilməsi 
(maddə 13.3). Aşağıda Haşiyə A6.1-də inteqrasiyanın daha effektiv hala gətirilməsi və şəffaflığa 
təminat üsulları ilə bağlı təkliflər əksini tapır. Bu yanaşmaların icrasının praktiki metodlarına A5 
fəslində yer verilir. 
 13. Plan və proqramlar üçün nəzərə alına biləcək digər elementlər 4-12-ci maddələrdə  təqdim 
edilir ( başqa sözlə, 13.2-ci maddədə istinad edilən "prinsip və elementlər"):  

 
Tətbiq dairəsi və əhəmiyyətli təsirlərin müəyyən edilməsi. 

 
Əhatə dairəsinin müəyyən edilməsi və ətraf mühitin mühafizəsi haqqında hesabat. 

 
İctimaiyyətin iştirakı,  ətraf mühiti mühafizə  və  səhiyyə orqanları ilə  məsləhətləşmə  və 
transsərhəd konsultasiyalar.  

 
Qərarın qəbulu.  

 
Monitorinq.  
14. Lakin bu elementlərin sırf göstərildiyi ardıcıllıqda yerinə yetirilməli olduğu güman 
edilməməlidir. Çoxsaylı  təkrarlanmalar, daha əvvəlki elementlərə qayıtmaq zərurətinin 
yaranması mümkündür. Bundan başqa elementlər birləşdirilə  və ya üst-üstə düşə bilər. 
Məlumatların plan və proqramlara nisbətən daha yüksək səviyyədə  və daha təqribi  şəkildə 
toplanması qaçılmazdır. Anolji qaydada nəticələrin hər hansı proqnozu və qiymətləndirməsinin 
dəqiqliyi də plan və ya proqramlara nisbətən aşağı olacaq. Siyasət və qanunvericilik aktlarının 
strateji ekoloji qiymətləndirməyə  bənzəyən bəzi qiymətləndirmə növləri üçün ətraf mühitin 
mühafizəsi haqqında ayrıca hesabatın hazırlanması  təşviq edilmir. Əvəzində SEQ nəticəsində 
əldə edilmiş qənaətlər siyasət və ya qanunvericilik aktının hazırlanması prosesini müşayiət edən 
mövcud sənədlərə daxil edilir. Belə məlumatların daxil olduğu sənədlər ayrıca tanışlıq məqsədi 
ilə ictimaiyyət üçün əlçatan olmalıdır.  

 
 
125 
 
15. Tərəflər həmçinin  əsas prinsipləri aşağıdakı A6.1 Cədvəlində  əks olunan Siyasət, plan və 
proqram təkliflərinin  ətraf mühitə  təsirlərinin qiymətləndirilməsi haqqında Kanada Kabinet 
Direktivi üçün rəhbər sənəddən yararlana bilərlər
38
.  
16. Orxus Konvensiyasının iştirakçısı olan Tərəflər üçün aşağıda A6.2-ci Haşiyədə müzakirə 
olunduğu kimi, bu konvensiyanın 7 və 8-ci maddələrinin tətbiqi imkanı nəzərdən keçirilə bilər. 
17. Nəhayət, Tərəflər siyasət və qanunvericilik aktlarına münasibətdə Protokolun tətbiqinə 
dəstək məqsədi ilə məsləhət və ya məlumat xidmətləri yarada bilərlər. Belə xidmətlər, məsələn, 
ekologiya nazirliyi, nazirlər kabineti, maliyyə nazirliyi yaxud digər mərkəzi idarələr tərəfindən, 
yaxud birgə təşkil oluna bilər. 
Haşiyə A6.1: İnteqrasiya və şəffaflıq barədə təkliflər 
 
İnteqrasiya "nəzərdən keçirilmə  və inteqrasiya prosesinin" siyasət və ya qanunvericilik aktının 
hazırlanması prosesinin erkən mərhələlərində başladılmasını tələb edir. İnteqrasiya üçün effektiv 
başlanğıc nöqtəsi siyasət və ya qanunun məqsədlərinin daha geniş  ətraf mühiti mühafizə 
məqsədləri ilə birləşdirilməsi ola bilər.  İnteqrasiyanın effektivliyi aşağıdakı metodlarla artırıla 
bilər
39
:  

 
Ləğvi mümkün olmayan qərarlar qəbul edilməmişdən əvvəl erkən başlanğıc.  

 
Ətraf mühitin mühafizəsinin nüfuzlu müdafiəçisinin siyasət və qanunvericilik aktının 
hazırlayan qrupa daxil edilməsi  

 
Qrup daxilində  və  qərarın qəbuluna görə  məsul  şəxslərlə  nəzərdən keçirilmə  və 
inteqrasiya prosesinin, o cümlədən hər hansı ekoloji qiymətləndirmənin necə istifadə 
olunacağına dair razılığın əldə edilməsi.  

 
Nəzərdən keçirmə və inteqrasiya prosesinin konkret siyasət və ya qanunvericilik aktının 
hazırlanması prosesinə, ələlxüsus onun qrafikinə uyğunlaşdırılması  

 
Ekoloji problemlərin müzakirəsinin genişləndirilməsi üçün ekoloji qiymətləndirmə 
prinsip və elementlərinin tətbiqinin məqsəd kimi müəyyən edilməsi. 

 
Ekoloji məsələlərin inteqrasiyasına dəstək məqsədi ilə şəffaflığın təbliğ edilməsi. 
 
 Şəffaflığa müxtəlif, məsələn aşağıdakı üsullarla nail olmaq olar
40


 
İctimaiyyətin nəticələr və  səbəblər barədə  məlumatlandırılması  (
ekoloji qayğılar nəzərə 
alınmaqla siyasət və qanunvericiliyin qəbul edilmə səbəbləri
).  

 
İctimaiyyətin siyasət və ya normativ aktın hazırlanmasının ilkin mərhələlərində  və ya 
inteqrasiya prosesində  məlumatlandırılması, o cümlədən prosesin planlaşdırıldığı  və ya 
başladığı haqqında xəbərdarlığın edilməsi  

 
Ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə siyasət və ya qanunvericilik aktının ətraf 
mühitə mümkün təsirlərinin qiymətləndirilməsinin nəticələri barədə konsultasiyaların 
erkən mərhələdə keçirilməsi. 

 
Təkcə müvafiq QHT-lər deyil, həm də geniş ictimaiyyət və  zəruri olduqda Protokolun 
digər Tərəfləri daxil olmaqla ictimaiyyətin erkən mərhələdə iştirakı. 
 
                                                      
38
 Kanada Ekoloji Qiymətləndirmə Agentliyi (2000), Siyasət, plan və proqram layihələrinin ekoloji qiyməltəndirməsi haqqında Kabinet 
Direktivinin icrası üzrə rəhbər sənəd http://www.ceaa.gc.ca/default.asp?lang=En&n=B3186435-1. 
 
39
 
A3 fəslindəki müzakirə təkrar edilməklə
 
40
Plan və prorqamlara şamil edikən 7 – 11-ci maddələri təkrar etməklə 
 

 
 
126 
 
 
Cədvəl A6.1: Kanada tövsiyə sənədindən istiqamətləndirici prinsiplər 
İstiqamətləndirici prinsiplər 
Erkən inteqrasiya 
Ekoloji  mülahizələrin təhlili siyasətlərin 
hazırlanması prosesinə tam inteqrasiya 
olunmalıdır... Davamlı inkişaf prinsiplərinə 
cavab verən keyfiyyətli qərarın qəbul 
edilməsinə yardım üçün ətraf mühitə  təsirlər 
erkən, layihənin konseptual planlaşdırma 
mərhələsində, ləğv edilməsi mümkün olmayan 
qərarlar qəbul edilməmişdən  əvvəl nəzərə 
alınmağa başlamalıdır. Bu yolla [SEQ] 
variantların təhlilinə  dəstək verə, daha ətraflı 
nəzərdən keçirilməli olan məsələləri müəyyən 
edə bilər 
Nəzərdən keçirilmə 
Hər hansı [SEQ] üçün ən həlledici 
aspektlərdən biri yeni siyasətin hazırlanması 
prosesində alternativ variantların  ətraf mühitə 
təsirlərinin qiymətləndirilməsi və müqayisə 
edilməsi imkanıdır.... Bu müqayisə siyasətə 
edilən dəyişikliklərin ... ətraf mühitin məruz 
qala biləcəyi riskləri necə azalda biləcəyini 
müəyyən etməyə kömək edir. 
Tələblərə uyğunlaşma potensialı [Səlahiyyətli orqanlar] [SEQ-lərin] hansı yolla 
aparılacağını öz mülahizələrinə 
əsasən 
müəyyən edə bilərlər və öz şəraitlərini nəzərə 
almaqla analitik metod və alətləri adaptasiya 
etməyə və təkmilləşdirməyə təşviq edilirlər. 
Özünü qiymətləndirmə Öz 
siyasət layihələrinin [Strateji Ekoloji 
Qiymətləndirməsinin] aparılmasına görə 
cavabdeh olan hər bir fərd [səlahiyyətli orqan] 
.... müvafiq olduqda, qiymətləndirmənin necə 
aparılmalı olduğunu müəyyən edir, 
qiymətləndirməni aparır və qiymətləndirmənin 
nəticələri barədə hesabat verir 
Müvafiq təhlil səviyyəsi 
Ətraf mühitə potensial təsirlərin təhlilinin 
miqyası gözlənilən təsirlərin səviyyəsi ilə üst-
üstə düşməlidir. 
Hesabatlılıq [SEQ] 
dövlət tərəfindən ... açıq və hesabat 
vermək öhdəliyini ehtiva edən qərar qəbulu 
prosesinin bir hissəsi olmalıdır. Hesabatlılıq 
məqsədə uyğun olduqda, maraqlı  şəxs və 
təşkilatların cəlb edilməsi [başqa sözlə, 
iştirakı], sənədləşdirmə  və hesabatın verilməsi 
mexanizmləri vasitəsi ilə təbliğ edilməlidir. 
Mövcud mexanizmlərdən istifadə [SEQ 
zamanı, səlahiyyətli orqanlar] ətraf 
mühitə təsirin hər hansı növünü təhlili, zəruri 
hallarda ictimaiyyətin cəlb edilməsi, prosesin 
səmərəlilik qiymətləndirməsi və nəticələrin 
məruzə olunması üçün mövcud 

 
 
127 
 
mexanizmlərdən istifadə etməlidirlər. Belə 
mexanizmlər həmçinin ətraf mühitə təsirləri 
haqqında hesabat üçün istifadə olunmalıdır. 
 
 
İstinadlar 
18. Aİ-də siyasətlərin hazırlanmasının dəstəklənməsi və strukturlarının formalaşdırılmasına 
yönəlmiş  təsirlərin qiymətləndirilməsi prosesi üçün Baş Katibliyin dəstəyi daxil olmaqla, Aİ 
ekoloji amillərin siyasətlər və qanunvericilik aktları üçün təkliflərin hazırlanması prosesinə 
inteqrasiya edilməsi və bu prosesdə nəzərə alınması üçün bir sıra alətlər hazırlamışdır
41

19  Əlavə istinadlara Siyasət səviyyəsində ekoloji qiymətləndirmə — Son irəliləyişlər, cari 
vəziyyət və  gələcək perspektivlər kitabında və bu Vəsaitin veb-saytında yer verilmişdir: 
(
http://www.unece.org/env/eia/sea_manual/welcome.html
).  
20. Bundan əlavə, bəzi ölkələrdə sağlamlıq bağlı məsələlərin siyasət və qanunvericiliklə əlaqədar 
təkliflərin hazırlanması prosesinə inteqrasiyası və nəzərdən keçirilməsi metodları hazırlanmışdır. 
Birləşmiş Krallıqda istifadə olunan, sağlamlıq və rifah halının sadə ilkin qiymətləndirilməsi 
məsələlərini ehtiva edən Siyasət və  Səhiyyənin Qiymətləndirilməsi təlimatı buna nümunə ola 
bilər
42

Haşiyə A6.2: İctimaiyyətin iştirakı 
 
Orxus Konvensiyasının 7-ci maddəsində  nəzərdə tutulur (İctimaiyyətin  ətraf mühitlə  əlaqədar 
plan və ya proqramlara aid qərarların qəbulunda iştirakı)  
 
… Hər bir Tərəf ictimaiyyət üçün ətraf mühitlə  əlaqədar siyasətlərin hazırlanmasında iştirak 
imkanları yaratmaq üçün səy göstərməlidir
 
Maddə 8 (İctimaiyyətin ümumi məcburi qüvvətə malik normativ aktların və/və ya inzibati 
qaydaların hazırlanmasında iştirakı) 
 
Hər bir Tərəf ictimaiyyətin hələ bütün variantların qəbul edilə biləcəyi müvafiq mərhələdə dövlət 
orqanları  tərəfindən  ətraf mühitə  əhəmiyyətli təsir edə biləcək ümumi məcburi qüvvəyə malik 
normativ aktların və inzibati qaydaların hazırlanmasında effektiv iştirakını  təbliğ etməyə 
çalışmalıdır.  
 
Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir:  
(a) effektiv iştirakın təmin edilməsi üçün yetərli vaxt müddətləri müəyyən olunur;  
(b) Qaydaların layihələri nəşr olunmalı, yaxud hər hansı digər üsulla ictimaiyyət 
açıqlanmalıdır; (c) İctimaiyyətə birbaşa, yaxud təmsilçi konsultasiya orqanları vasitəsi ilə 
rəylərini bildirmək imkanı verilməlidir.  İctimaiyyətin iştirakının nəticələri mümkün olan 
                                                      
41
Aşağıdakı ünvandan əldə edilə bilər: http://ec.europa.eu/governance/impact/index_en.htm (bax: məsələn, Təsirlərin Qiymətləndirilməsi üzrə Aİ 
daxili tövsiyə sənədi http://ec.europa.eu/governance/impact/commission_guidelines/docs/iag_2009_en.pdf). 
 
42
 
Birləşmiş Krallıq, Siyasət və Səhiyyənin Qiymətləndirilməsi: Səhiyyə Departamentinin tövsiyə sənədi (təkrar nəşr 2004) 
http://www.dh.gov.uk/prod_consum_dh/groups/dh_digitalassets/@dh/@en/documents/digitalasset/dh_409
 
 

 
 
128 
 
maksimum dərəcədə nəzərə alınmalıdır. 
 
8-ci maddə vaxt müddətləri, bildirişlər, rəy bildirmək imkanı daxil olmaqla, əsas prosedur 
çərçivəsinin yaradılması və rəylərin mümkün qədər tez nəzərə alınması yolu ilə, hələ hər hansı 
variant qəbul edilə biləcəkkən qanunvericiliyin (və s.) hazırlanmasında ictimaiyyətin iştirakının 
təmin edilməsi üçün səylərin göstərilməsi öhdəliyi kimi təfsir edilə bilər
43

 
                                                      
43
 5414.pdf. Orxus Konvensiyasından sonra: Konvensiyanın icrası üzrə rəhbər sənəd (qeyd 34), səh. 119–122. 
 

 
 
129 
 
HİSSƏ B: TƏLİMATÇILAR ÜÇÜN VƏSAİT  
 
 
 

 
 
130 
 
Fəsil B1 
 
PROTOKOLUN İCRASI POTENSİALININ 
YÜKSƏLDİLMƏSİ KONSEPSİYASI 
 
 
 

 
 
131 
 
 
B1.1 FƏSLƏ GİRİŞ  
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1. 1. 
1. Bu fəsildə SEQ-in yerinə yetirilməsi üçün potensialın yüksəldilməsinə yönəlmiş müdaxilələrin 
ümumi effektivliyinin təmin edilməsi üçün düzgün yanaşmanın  əhəmiyyəti vurğulanır: Fəsil 
aşağıdakı məsələləri əhatə edir: 

 
Protokolun effektiv tətbiq imkanlarının artırılmasına yönəlmiş strategiyaların 
hazırlanması prosesində  təhlil edilməli olan əsas məsələlər, eləcə  də potensialın inkişaf 
etdirilməsi üçün nəzərdə tutulan alətlərin nümunələri daxil olmaqla, SEQ potensialının 
inkişaf etdirilməsi konspepsiyası (Bölmə B1.2). 

 
Potensialın qiymətləndiriməsi zamanı  nəzərdən keçirilməsi zəruri olan əsas problemlər 
daxil olmaqla potensialın qiymətləndirilməsi (Bölmə B1.3) və potensialın 
qiymətləndirilməsinin sadə üsulları. 

 
Potensialın inkişaf etidirlməsi strategiyasının hazırlanması üçün praktik tövsiyələr 
(Bölmə B1.4), potensialın inkişafı haqqında əsas fərziyyələrin təsviri  

 
Yekun rəylər (Bölmə B1.5), o cümlədən SEQ-in yerinə yetirilməsi üçün potensialın 
inkişaf etdirlməsinə sistemli yanaşmanın keyfiyyətinə təsir edən əsas amillərin təsviri.  

 
Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada beş ölkədə istifadə olunan əhatəli potensialın 
qiymətləndirilməsi anketlərinin nümunəsi (əlavə B1.1). 

 
Milli potensialın inkişaf etdirilməsi və SEQ-in tətbiqi startegiyaları, eləcə də Protokolun 
tələblərinin yerinə yetirilməsi üçün sadə texniki tapşırıq nümunələri (Əlavə B1.2). 
 

 
 
132 
 
B1.2 PROTOKOLUN İCRASI ÜÇÜB POTENSİALIN İNKİŞAF ETİDİRLMƏSİNƏ 
GİRİŞ 
B1.2.1Protokolun icrası potensialinin yüksəldilməsi konsepsiyasi 
2. SEQ sistemlərinin effektiv icrası bir qayda olaraq üç potensial növünün inkişaf etdirilməsini 
tələb edir: sistem potensialı, institusional potensial və insan potensialı. Bu potensialların 
yüksəldilməsi ilə bağlı əsas məsələlərin icmalı aşağıdakı B1.1 cədvəlində öz əksini tapır. 
Cədvəl B1.1: Protokolun icrası potensialinin yüksəldilməsi konsepsiyasi
44
 
Potensial 
növləri 
Sistem potensialı 
İnstitusional potensial 
İnsan potensialı 
Əsas 
Elementlər 

 
İnstitut və fərdlərin 
tərkibində fəaliyyət 
göstərdikləri hüquqi, 
siyasi və prosedur 
çərçivələri 

 
Hər hansı təşkilatın 
verilən sistem 
daxilində effektiv 
fəaliyyət bacarığı 
Ayrı-ayrı fərdlərin təcrübə 
və səriştələri onların işə 
ruhlandırılması 
 
Məqsədlər 
 

 
Ümumi 
qanunvericilik, 
siyasət və tənzimləmə 
çərçivələrinin 
hazırlanması 

 
İnstitutlar arası 
koordinasiyasının 
təkmilləşdirilməsi

 
Təşkilati effektivliyin 
və funksional 
imkanların artırılması 

 
Bacarıqların 
inkişaf etdirilməsi 

 
Uzunmüddətli 
motivasiya və 
işinə bağlılığın 
dəstəklənməsi 
 
Spesifik 
müdaxilələr 
(qeyri-
müfəssəl 
siyahı) 
 

 
Qanunvericilikdə, 
siyasətdə və 
tənzimləmə 
sistemlərində 
islahatlar. 

 
 SEQ prosesinin əsas 
subyektləri arasında 
qarşılıqlı fəaliyyətə 
yardım edən praktiki 
tövsiyələr  

 
Bütöv sistemin 
monitorinqi və təhlili 

 
İnstitusional auditlər  

 
Daxili idarəetmə 
təlimatları  

 
Təkmilləşdirilmiş iş 
şəraiti (məsələn, 
kommunikasiya 
alətləri və vasitələri) 
 

 
Əsas bacarıqların 
inkişaf etdirilməsi 

 
Yüksək peşəkar 
inkişaf  

 
Peşəkar 
sertifikatlaşdırma 
 
Paralel 
müdaxilələr 
(qeyri-
müfəssəl 
siyahı) 
 

 
SEQ-in məlumatlılığın artırılması ilə bağlı üstünlükləri və onun düzgün tətbiqi 
prinsipləri  

 
Müntəzəm peşəkar müzakirə və aparıcı maraqlı tərəflər arasında siyasi dialoq 
platforması (məsələn, mütəxəssis şəbəkələri, cari praktikanın müzakirəsi və 
nəzərdən keçirilməsi məqsədini daşıyan müntəzəm konfranslar)  

 
Qanunvericilik və ya rəhbər sənədlərə təklif edilən dəyişiklikləri sınaqdan keçirən 
pilot layihələr təşkilatlararası təlim çərçivəsində və iş yerində keçirilən təlimlər 
vasitəsi ilə mütəxəssislərin dəvət edilməsi ilə keçirilə bilərlər.  

 
Qabaqcıl təcrübələri müəyyən edən mükafatlandırma sxemləri 
 
 
                                                      
44
Mənbə: A. Jurkeviciute və J. Dusik ƏMTQ/SEQ islahatları üçün potensialın inkişaf etdirilməsinə REM-in Yanaşması (2004), nəşr edilməmiş 
material, Regional Ekoloji Mərkəz Ekoloji Qiymətləndirmə Komandası

  

 
 
133 
 
Sistem potensialı 
3. Sistem potensialı institutların və fərdlərin daxilində fəaliyyət göstərdikləri ümumi sistemlərin 
keyfiyyətini müəyyən edir. Sistemlər qeyri-effektiv (başqa sözlə, öz məqsədlərini yerinə yetirə 
bilməyən) yaxud səmərəsiz (yəni çox ləng, çox xərc tələb edən, mürəkkəb, resurs tələbatı yüksək 
olan) ola bilər. Sistem potensialının inkişaf etdirilməsində  məqsəd SEQ üzrə  əlavə  vəsait 
Qanunvericilikdə, siyasətdə  və  tənzimləmə sistemlərində islahatlar, praktiki təlimatların təmin 
edilməsi və effektivliyin qiymətləndirilməsi yolu ilə bütövlükdə sistemin effektivliyini 
yüksəltməkdir. 
4. Qanunvericilikdə, siyasətdə  və  tənzimləmə sistemlərində islahatlar. Protokol, məsələn 
Protokolun müddəalarının yerinə yetirilməsini nəzərdə tutan ətraf mühitin mühafizəsi haqqında 
qanunun (ətraf mühiti mühafizə haqqında çərçivə qanunu) köməyi ilə yaxud SEQ haqqında milli 
çərçivə qanununun (ətraf mühitə  təsirlərin qiymtələndirilməsini tənzimləyən ayrıca 
qanunvericilik aktı, yaxud qüvvədə olan ətraf mühiti mühafizə qanunvericiliyi və ya qanununa 
düzəliş qismində ) qəbulu və ya planlaşdırma üzrə qüvvədə olan qanunvericiliyə, yaxud sektor 
üzrə qanunlara düzəliş ediməsi vasitəsi ilə milli sənədə çevrilə bilər.  
5. SEQ üçün praktiki tövsiyə sənədi adətən potensialın yüksəldilməsinin effektiv vasitələrindən 
biri olur. Bu, ümumi tətbiq olunan, yaxud prosedurların və SEQ yanaşmasının konkret plan və ya 
proqramın hazırlanması prosesinə adaptasiya edilməsinə imkan verən xüsusi rəhbər sənəd kimi 
nəşr oluna bilər. Tövsiyə sənədinə  əsas SEQ mərhələləri, SEQ-in gözlənilən nəticələri, onların 
plan və ya proqramın hazırlanması ilə əlaqəsi, eləc də tətbi edilən alət və metodlar daxil ola bilər. 
Tövsiyə sənədlərinə hətta Protokolun tələblərinə riayətin qiymətləndirilməsi məqsədilə sualların 
yaddaş siyahısı daxil ola bilər. Praktiki rəhbər sənəd nümunələrinin siyahısı, o cümlədən elektron 
keçidləri AİK veb-saytından tapmaq olar 
(http://www.unece.org/env/eia/sea_manual/welcome.html), bu siyahı yeni nümunələr meydana 
gəldikcə yenilənəcək.  
6.SEQ sisteminin dövri qaydada bütövlükdə qiymətləndirilməsi SEQ sisteminin effektivliyi ilə 
bağlı məlumatın əldə edilməsi, eləcə də gələcək islahatların planlaşdırılması üçün istifadə oluna 
bilər. Həmçinin monitorinq və audit sisteminə ehtiyac vardır. 
Institusional potensial 
7.  İnstitusional potensial hər hansı  təşkilatın verilən sistem daxilində effektiv fəaliyyət 
bacarığıdır.  İnstitusional potensialın inkişaf etdirilməsinin məqsədi təşkilatların daxili auditi, 
SEQ üzrə daxili tövsiyə sənədləri və daxili kommunikasiya mexanizmləri vasitəsi ilə təşkilatın 
ümumi effektivliyinin artırılmasıdır.  
8.Təşkilatların daxili auditi təşkilatın SEQ sistemi çərçivəsindəki fəaliyyətinin effektivliyinin 
yoxlanması, onun daxili işindəki maneə  və nailiyyətlərin aşkar edilməsi, işin keyfiyyətinin 
yüksəldilməsi məqsədilə  tədbir və  fəaliyyətlərin təklif edilməsi üçün dövri qaydada həyata 
keçirilə bilər. Belə auditlərin keçirilməsi zamanı  təşkilat daxilində  işlərin daxili 
koordinasiyasının təhlilinə, eləcə  də  əməkdaşların bacarıqlarının və hesabat vermə 
məsuliyyətinin qiymətləndirilməsinə xüsusi diqqət yetirilə bilər.  Əməkdaşların işinin 
məhsuldarlığının və effektivliyinin qiymətləndirilməsi çatışmazlıqların aşkara çıxarılması  və 

 
 
134 
 
təkmilləşdirmə üçün təkliflərin irəli sürülməsi məqsədi ilə  təşkilatın özünü qiymətləndirmə 
prosesi çərçivəsində dövri qaydada yerinə yetirilə bilər.  
9.Müxtəlif  şöbələr arasında daxili kommunikasiyanın təkmilləşdirilməsi strateji ekoloji 
qiymətləndirmə üçün müsbət nəticələr verə bilər. Daxili kommunikasiya və  qərar qəbulu 
prosesləri daxili idarəetmə üzrə  rəhbər sənədlərdə  dəqiq müəyyənləşdirilə bilər. Lakin düzgün 
kommunikasiya mexanizmlərinin seçilməsi vacibdir və SEQ çərçivəsində istifadə olunan 
elektron vasitələr işin səmərəsini olduqca artıra bilər. Bununla belə, komanda daxilində 
müzakirələr və ekspertlərlə konsultasiyalar təzadlı mövqeləri effektiv şəkildə  aşkara çıxara və 
təşkilatın müxtəlif bölmələri arasında birgə işi təkmilləşdirə bilər. Belə konsultasiyalar həmçinin 
instisusional potensialın effektiv şəkildə inkişaf etdirilməsinə kömək edir. 
İnsan potensialı 
10. İnsan resurslarına insanların səriştə və bacarıqları daxildir və onlar SEQ çərçivəsində birinci 
dərəcəli rola malikdirlər. İnsan potensialının inkişaf etdirilməsində məqsəd aparıcı əməkdaşların 
müvafiq bacarıqlara yiyələnmələrinin və öz işlərinə sadiq olmalarının təmin edilməsidir. Buna 
əsas bacarıqların artırılması, peşəkar inkişaf və sertifikatların verilməsi vasitəsi ilə nail olmaq 
olar. 
Potensialın artırılması  
11.  Əsas bacarıqların inkişaf etdirilməsi insan potensialının yüksəldilməsi üçün başlanğıc 
nöqtəsidir. Adətən bu, SEQ üzrə, yaxud SEQ ilə əlaqəli universitet kurslarının, seminarların və 
maarifləndirmə seminarlarının və - getdikcə daha da çoxalan – internet texnologiyalar bazasında 
müvafiq maraqlı  tərəflər üçün nəzərdə tutulmuş filmlərin və  məsafəli təhsilin
45
 mövcudluğunu 
nəzərdə tutur. 
12. Peşəkar ixtisasartırma seçilmiş fənlər üzrə yüksək səviyyəli peşəkarlar üçün nəzərdə tutulan 
kurslar və ya dərslər vasitəsilə baş tuta bilər. Ekspertlərə real strateji ekoloji qiymətləndirmələrdə 
iştirak edərək qabaqcıl biliklərə yiyələnmək imkanı verən, iş yerində keçirilən təlimləri, daha 
təcrübəli əməkdaşlarla qarşılıqlı fəaliyyət də həmçinin effektiv üsullardandır.  
13. SEQ üzrə sertifikatların verilməsi insan potensialının və bacarıqların inkişaf etdirilməsi 
üsullarından biri ola bilər. SEQ sertifikatlarının verilməsi mütəxəssis-ekoloqların və ya ətraf 
mühitə  təsirlərin qiymətləndirilməsi üzrə ekspertlərin sertifikatlarla təmin edilməsi sistemi 
çərçivəsində təşkil edilə bilər. SEQ ekspertlərinin sertifikatlarla təmin edilməsinin dövri təlimlər, 
seminarlar və digər potensialın inkişaf etdirilməsi tədbirləri ilə əlaqələndirilməsi vacibdir. 
Potensialın inkişaf etdirilməsi üçün paralel müdaxilələr 
14. Müxtəlif potensial növlərinin inkişaf etdirilməsi üçün istifadə olunan konkret alətlərdən 
əlavə, yuxarıda göstərilən üç potensial növünün də inkişafı üçün "əlverişli mühit"in yaranmasına 
kömək edən bir neçə alət mövcuddur. Belə alətlərə qabaqcıl təcrübənin faydaları haqqında 
məlumatlılığın artırılması, müntəzəm peşəkar debat platformaları, pilot layihələr və 
mükafatlandırma sxemləri daxildir Rəhbərlik tərəfindən dəstəyin göstərilməsi SEQ üçün 
                                                      
45
Məsələn, Dünya Bankı və Təsirlərin Qiymətlədirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Çində hazırlanmış birgə Məsafəli Təhsil Proqramı: 
http://info.worldbank.org/etools/docs/library/107861/sea/sea/index.html.
  

 
 
135 
 
həlledici əhəmiyyətə malikdir. Buna görə  də siyasətlərin hazırlanmasına görə  məsul  şəxslər və 
digər yüksək vəzifəli dövlət əməkdaşları (ətraf mühitin mühafizəsi sahəsi ilə məhdudlaşmamaq 
şərti ilə) qabaqcıl SEQ təcrübəsinin faydalarından xəbərdar olmalıdırlar.  
15. SEQ-in üstünlükləri və onun effektiv tətbiqi prinsipləri haqqında məlumatlılığın 
yüksəldilməsi plan və proqramların hazırlanması, qərarların qəbulu ilə  məşğul olan şəxslər 
arasında bu alətə qarşı marağı artıra bilər. Dəyişən siyasi mühit şəraitində bu alət SEQ-in 
müxtəlif sahələrdə  və  səviyyələrdə  təbliği üçün istifadə oluna bilər. Bunu, məsələn, real 
nümunələri, rəhbərlərin və mütəxəssislərin rəylərini əks etdirən təbliğat materialları vasitəsi ilə 
həyata keçirmək olar.  
16. Pilot SEQ layihələrindən yeni SEQ yanaşmalarının hazırlanması, sınaqdan keçirilməsi və ya 
nümayiş etdirilməsi üçün istifadə oluna bilər. Belə layihələr praktiki təcrübə  təmin edir və 
qabaqcıl SEQ təcrübəsi kimi presedentlər yaradır. Onlardan bir qayda olaraq SEQ prosesinin 
tətbiqinin ilkin mərhələlərində istifadə olunur. Onlar mümkün SEQ formatlarını və ƏMTQ kimi 
gələcəkdə birləşdirilə biləcək mövcud bənzər praktika və prosedurlarla qarşılıqlı  əlaqələri 
sınaqdan keçirirlər. Pilot layihələr təşkilatlararası  təlim çərçivəsində  və  iş yerində keçirilən 
təlimlər vasitəsi ilə mütəxəssislərin dəvət edilməsi ilə keçirilə bilərlər. 
17. Müntəzəm peşəkar debat və aparıcı maraqlı  tərəflər arasında siyasi dialoq platforması 
mütəxəssis  şəbəkələri, cari praktikanın müzakirəsi və  nəzərdən keçirilməsi məqsədini daşıyan 
müntəzəm konfranslar, yaxud elektron müzakirə siyahıları vasitəsi ilə təşkil oluna bilər. Müxtəlif 
peşəkar sahələrin və coğrafi  ərazilərin təşkilatları  və  şəxslər arasında belə müntəzəm ünsiyyət 
bütövlükdə SEQ sisteminin inkişafına  əsaslı  təsir edə, aparıcı  təşkilatlarda potensialın inkişafı 
təşəbbüslərinə  dəstək verə  və SEQ üzrə insan potensialının inkişaf etdirilməsi məqsədi ilə 
müxtəlif müdaxilələri koordinasiya edə biləcək peşəkar müzakirələrə  gətirib çıxarır. Çoxsaylı 
ölkələrdə ofisləri olan Təsirlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya 
(http://www.iaia.org) mütəxəssislər arasında uğurlu ünsiyyətə nümunə ola bilər. 
18. Qabaqcıl SEQ təcrübələrinin müəyyən edilməsi və tanınması üçün mükafat sxemlərindən 
istifadə edilə bilər. Mükafatlandırma mərasimləri yanaşmaların, cari təcrübədə əsas problemlərin 
müzakirə edildiyi milli SEQ konfransları ilə  əlaqələndirilə bilər. SEQ mükafatları qabaqcıl 
təcrübə prinsiplərini nümayiş etdirən, uğurla tamamlanmış SEQ layihələri kimi nominasiyalar 
üzrə təqdim edilə bilər, məsələn, SEQ-in ayrı-ayrı sektorlarda tətbiqi, yaxud SEQ-in konkret bir 
elementinin (məsələn, qiymətləndirmə alətləri, ictimaiyyətin cəlb edilməsi metodları, alternativ 
variantların nəzərdən keçirilməsi, kumuyativ təsirlərin qiymətləndirilməsi və s.) 
 
B1.2.2 Potensialın inkişaf etdirlməsinin əsas problemləri 
19. Potensialı inkişaf etdirlməsi heç vaxt yekunlaşmayan prosesdir, buna görə də istənilə zaman 
diqqətin yalnız  əsas problemlərə yönəldilməsi, eyni zamanda ilkin potensialın inkişafı 
strategiyasının effektinin təkrar qiymətləndirilməsi imkanını ehtiyatda saxlamaq mümkündür.  
20. SEQ üzrə potensialın inkişaf etdirillməsi aşağıdakı suallara cavab verən strategiyanın 
hazırlanması ilə başlamalıdır: 

 
 
136 
 

 
SEQ üçün hansı potensial inkişaf etdirlməlidir?  

 
Prioritetlər hansılardır və onlara hansı ardıcıllıqla yanaşmaq lazımdır? 

 
Sinergetik effektə nail olmaq bilmək üçün potensialın inkişafı müdaxilələri necə 
əlaqələndirilməlidir?  

 
Potensialın inkişafı alətlərinin ən effektli kombinasiyası hansıdır? 
 21.  Bir  və ya bir neçə strateji istiqamətin seçilməsi mövcud vaxt və resurslardan, eləcə  də 
prosesdə  iştirak edən maraqlı  tərəflərin qarşılıqlı  fəaliyyətindən və  işdə  iştirakından asılıdır. 
Beləliklə, potensialın inkişafı strategiyasının hazırlanmasından  əvvəl maraqlı  tərəflərin və 
onların tələbat və potensiallarının təhlili aparılmalıdır. 
 
 

 
 
137 
 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin