Metodoloji tapşırıqlar
Prosedur vəzifələr
(yoxdur)
Əlavə, ixtiyari vəzifələr
Ekoloji, o cümlədən əhalinin
sağlamlığı ilə bağlı amillərin
plan və ya proqramın, eləcə
də alternativ variantların
hazırlanması zamanı necə
nəzərə alındığını təsvir edin
(Əlavə IV, bənd 5)
Ehtimal olunan əhəmiyyətli
ekoloji təsirləri, o cümlədən
əhalinin sağlamlığı ilə bağlı
təsirləri müəyyənləşdirməklə,
təsvir etmək və
dəyərləndirməklə (metodlar
üçün bax: Fəsil A5)
alternativləri qiymətləndirin
(maddə 7.2 və Əlavə IV,
bənd 6 və 10)
Qiymətləndirmə
metodologiyalarının təsviri
(Əlavə IV, bənd 8)
Əhalinin sağlamlığı daxil
olmaqla, ətraf mühitə mənfi
təsirlərin qarşısının alınması,
azaldılması və ya nəticələrin
yüngülləşdirilməsi
tədbirlərinin təklif olunması
(Əlavə IV, bənd 7)
Ətraf mühitlə əlaqədar
müsbət nəticələrin
artırılması üçün
tədbirlərin təklif edilməsi
Alternativlərin ekoloji
məqsədlərin həyata
keçirilməsinə
təsirini
artırmaq və mənfi ekoloji
təsirlər daxil olmaqla,
digər ekoloji
mülahizələrin nəzərə
alınması üçün
alternativlərin
hazırlanmasında iştirak.
Alternativlərin necə
hazırlandığının qeydə
alınması.
Zəruri olduqda, dövlət
orqanları ilə alternativlər
barədə konsultasiya,
ictimaiyyətin iştirakının
təmin edilməsi.
Zəruri oduqda, mənfi
təsirə
məruz qalmış
Tərəflərlə konsultasiya
(bax: bölmə A4.5)
Seçilmiş
metodologiyaların nə
üçün seçildiyinin
əsaslandırılması
və
onların
məhdudiyyətlərinin
təsviri.
44. Hesabatın hazırlanmasının bu üçüncü addımında plan və ya proqramın alternativ variantları
formalaşmağa başlayır. Bu vaxta qədər ətraf mühitin ilkin vəziyyətinin və kontekstin təhlil
edildiyi və müvafiq olduğu təqdirdə, maraqlı tərəflərlə müzakirə edildiyi ehtimal edilir.
Alternativlərin necə hazırlandığı hesabatda təsvir edilməli olacaq, buna görə prosesə dair
qeydlərin aparılması vacibdir. Alternativlər yetərli səviyyədə hazırlanana, qiymətləndirilənə və
ətraf mühitin mühafizəsi haqqında hesabatda tam əskini tapana qədər bu mərhələnin tapşırıqları
bir neçə dəfə təkrarlana bilər.
84
45. Bu mərhələdə plan və ya proqramın (və ya onların elementlərinin) alternativ variantlarının
hazırlanmasına mümkün yanaşmalardan biri də məqsədlərin təhlilindən və alternativlərin
məqsədlərə müvafiqliyini əks etdirən cədvəlin hazırlanmasıdır. Bu yanaşma barədə daha ətraflı
məlumata SEQ alətləri haqqında A5 fəslində yer verilir. Alternativlər hazırlanar, dəqiqləşdirilər
və sayı azaldılarsa, qiymətləndirmə prosesi daha əhatəli ola və nəhayət, geriyə qalan
məqsədəuyğun alternativlərin ehtimal olunan əhəmiyyətli təsirlərin müəyyələşdirilməsini,
təsvirini və dəyərləndirilməsini ehtiva edə bilər. Alternativlərin hazırlanması üçün başqa üsullar
da mövcuddur.
46. Təsirlərin proqnozlaşdırılması və qiymətləndirməsi ilə bağlı qarşıya çıxan problemlər qeydə
alınmalıdır.
47. Əslində, mənfi təsirlərin qarşısının alınması məhdudlaşdırılması, yaxud nəticələrinin
yüngülləşdirilməsi tədbirləri yalnız seçilmiş plan və ya proqram üçün təklif edilə bilər, lakin
məqsədə müvafiq hesab olunan alternativlər üçün belə tədbirlərin seçilməsi qalıq təsirləri (başqa
sözlə, göstərilən tədbirlərin tətbiqindən sonrakı təsirləri) qiymətləndirməyə imkan verir, bununla
da alternativlərin müqayisəsi üçün əlavə məlumat təmin edir.
48. Müvafiq olduqda, nəzərdən keçirilməkdə olan alternativlərin təkmilləşdirilməsi üçün bu
addımda ictimaiyyətin iştirakının və konsultasiyaların baş tutması təklif olunur.
Addım 4. Ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması
Metodoloji tapşırıqlar
Prosedur vəzifələr
Əlavə, ixtiyari vəzifələr
Monitorinq tədbirlərinin
təklif edilməsi (Əlavə IV,
bənd 9)
Alternativlərin
qiymətləndirilməsi ilə
əlaqədar çətinlikləri,
məhdudiyyətləri, qeyri-
müəyyənlikləri və riskləri,
o cemlədən məlumat
çatışmazlıqlarını göstərin
və təsvir edin (Əlavə IV,
bənd 8)
Geniş ictimaiyyət üçün
qeyri-texniki icmal
hazırlayın (Əlavə IV, bənd
11)
Ətraf mühitin
mühafizəsi haqqında
hesabatın
hazırlanması (maddə
7.1)
Monitorinq tədbirlərinin
təklif olunması zamanı
məlumatlarla bağlı
çatışmazlıqların məlumatın
keyfiyyəti və kəmiyyəti
məsələlərinin nəzərə
alınması
Zəruri olduqda, seçilmiş
alternativlərin və
ətraf
mühitin mühafizəsi
haqqında hesabatın təkrar
nəzərdən keçirilməsi.
SEQ-in plan, ayxud
proqramın cə
alternativlərin
hazırlanmasına necə təsir
etdiyinin qeydə alınması.
Planlaşdırma və SEQ
komandaları arasında
qarşılıqlı fəaliyyətə dair
qeydlərin aparılması.
Nəticələrin izlənməsi üçün
tədbirlərin görülməsini, o
cümlədən başqa, plan,
proqram və ya layihələr
üçün tövsiyələrin
verilməsini təklif edin.
85
49. İndi ətraf mühitin mühafizəsi haqqında hesabatın formalaşması üçün hər şey hazır olmalıdır.
Xüsusən bu addımda geniş auditoriya üçün hesabatın icmalı hazırlanmalıdır, lakin bu icmalın
ilkin versiyalarından SEQ-in daha erkən mərhələlərində konsultasiyaları və ictimaiyyətin
iştirakını asanlaşdırmaq üçün istifadə oluna bilər.
50. AK rəhbər sənədi ətraf mühitin mühafizəsi haqqında hesabatın "məntiqi cəhətdən
uzlaşdırılmış mətn və ya mətnlərdən" ibarət olmasını, Əlavədə istifadə olan başlıqlara uyğun
tərtib olunmasını təklif edir. Ətraf mühitin mühafizəsi haqqında hesablar plan və ya proqramın
tərkibinə daxil edilə bilər, lakin bu halda hesabat "plan və ya proqramın ayrıca bir hissəsi kimi
aydın nəzərə çapırtdırılmalı, ictimaiyyət və dövlət orqanlarının nümayəndələri tərəfindən
asanlıqla tapıla və anlaşıla bilməlidir » (AK rəhbər sənədi, § 5.4). AK rəhbər sənədi həmçinin
hesabatın "davamlılığın qiymətləndirilməsi materiallarının tərkibinə daxil edilə biləciyini də
istisna etmir. Davamlılığın qiymətləndirilməsi materialları isə öz növbəsində plan və ya
proqramın mətninə daxil edilə bilər (§ 5.5).
Hesabatın keyfiyyəti
51. Bu bölmənin qalan hissəsində ətraf mühitin mühafizəsi haqqında hesabatın Protokol
məqsədlərinə cavab verməli olan keyfiyyətindən bəhs olunur (maddə 7.3 və Direktivin 12.2-ci
maddəsi). Mümkün praktiki mülahizələr üçün bax: aşağıda Haşiyə A4.4.
52. Hesabatın keyfiyyətinin təmin edilməsinə görə məsuliyyət hər hansı bir ölkədə institutsional
strukturdan asılıdır. Ətraf mühitin mühafizəsi haqqında hesabatı hazırlayan orqan da onun
keyfiyyət təminatında görə cavabdeh ola bilər. Milli tövsiyə sənədlərinin hazırlanmasına görə
məsul orqan keyfiyyətə nəzarəti öz üzərinə götürə bilər, yaxud bu rolu xüsusi yaradılmış
müstəqil komissiya və ya müvafiq səlahiyyətlərə malik, artıq mövcud olan bir komissiya yerinə
yetirə bilər.
53. Ətraf mühitin mühafizəsi haqqında hesabatın keyfiyyəti nəzərdən keçirilərkın aşağıdakı
məsələləri yadda saxlamaq lazımdır:
"Yetərli keyfiyyət" dedikdə, məzmun və prosedur baxımından müddəaların düzgün
tətbiqi, Protokolun tətbiqi üçün adekvat tam və etibarlı məlumatın təmin olunduğu
nəzərdə tutulur.
Hesabatın keyfiyyətinin yetərli olub-olmamağı ilə bağlı qərar konkret bir orqan
tərəfindən xüsusən Protokolun IV Əlavəsinin 7-ci maddəsinin tələblərinə əsasən qəbul
olunur.
Yetərli keyfiyyətə malik olmadıqda, milli SEQ sistemlərindən asılı olaraq, hesabata
düzəliş və ya əlavələr edilə, yaxud SEQ prosesinin bir hissəsi təkrar edilə bilər.
Hesabat yetərli keyfiyyətə malik deyilsə, bu SEQ nəticəsində qəbul edilmiş hər hansı
qərarın legitimliyini şübhə altında qoya bilər.
Protokol minimum keyfiyyət standartını müəyyən edir. Bu minimum standart müxtəlif
alətlər, o cümlədən müstəqil ekspertizalar, məzmun və prosedur tələblərin ödənməsi üçün
86
tövsiyələr, müstəqil təşkilatların qiymətləndirmə prosesində iştirakı, eləcə də inzibati
şikayətlər və məhkəmə iddiaları vasitəsi ilə yaxşılaşdırıla bilər.
Keyfiyyətin təmin edilməsinin çoxsaylı metodları var, məsələn, prosesin addımları üçün
yaddaş siyahısı. Cədvəl A4.4-də Birləşmiş Krallıqda istifadə olunan yaddaş siyahısı əks
olunur ( yalnız ətraf mühitin mühafizəsi haqqında hesabat üçün deyil, bütövlükdə SEQ
prosesinin keyfiyyət qiymətləndirilməsi üçün hazırlanmış alət).
Haşiyə A4.4: Keyfiyyət — Mümkün praktiki mülahizələr
Ətraf mühitin mühafizəsi haqqında hesabata Protokol məqsədləri üçün adekvat olan əhatəli və
ətraflı məlumat daxil olmalıdır. Protokol yetərli keyfiyyətin nə olduğunu dəqiq izah etmir, lakin
həm SEQ, həm də ətraf mühitin mühafizəsi haqqında hesabatın Protokol tələblərinə əsasən
müəyyən olunduğunu nəzərə alsaq, hesab etmək olar ki, Protokol müddəalarıının həm məzmun,
həm də prosedur baxımından düzgün tətbiqi alınmış hesabatın yetərli keyfiyyətdə olmasını təmin
etməlidir.
Əksər hallarda ətraf mühitin mühafizəsi haqqında hesabatın keyfiyyətinin yetərli olub-olmadığı
və mövcud olduqları təqdirdə, çatışmazlıqların necə aradan qaldırılmalı olduğu barədə qərar plan
və ya proqram tam təsdiq edilməmişdən əvvəl plan və ya proqramın təsdiqinə görə məsul orqan
tərəfindən qəbul edilir. Bura ətraf mühitin mühafizəsi haqqında hesabata düzəliş və əlavələrin
edilməsi və hətta SEQ-in bütövlükdə və ya qismən təkrar edilməsi daxil ola bilər. Yetərli
keyfiyyətin nə olduğunu müəyyən etmək üçün plan və ya proqrama görə məsul orqanları 7-ci
maddə və IV Əlavədə irəli sürülən Protokol tələblərinə yaxından diqqət yetirməlidirlər. Onlar
həmçinin dövlət orqanları ilə konsultasiyaların və ictimaiyyətin iştirakının nəticələrinə diqqət
yetirməli olacaqlar. Onlar yadda saxlamalıdırlar ki, nöqsanlı hesabat ona uyğun olaraq qəbul
edilmiş hər hansı qərarın və ya tədbirin legitimliyini sual altında qoya bilər.
Düzgün tətbiq və icra edildikdə, Protokolun prosedur və məzmunla bağlı tələbləri ətraf mühitin
mühafizəsi haqqında hesabatın keyfiyyətinin minimum standartı hesab edilə bilərlər. Tərəflər
əlavə tədbirlərin görülüb-görülməməsi və bu tədbirlərin nə olacağı barədə qərar qəbul edə
bilərlər. Ətraf mühitə təsirlərin qiymətləndirilməsi zamanı istifadə olunan bir çox tədbirlər
Protkolun məqsədlərinin yerinə yetirilməsi üçün tətbiq oluna bilər, məsələn, müstəqil ekspertiza
(ekspertlər qrupu və ya dövlət komissiyasının hesabatda əksini tapan məlumatların keyfiyyətini
qiymətləndirməsi); hesabatın hazırlanması üçün prosedur və məzmun tələblərini dəqiqləşdirən
tövsiyə sənədləri; (ətraf mühitin mühafizəsi haqqında hesabatın əhatə dairəsini cə təfərrüatlarını
müəyyən edən) müstəqil təşkilat; yaxud sadəcə məhkəmə iddialarına arxalanmaq.
SEQ prosesinin ətraf mühitin mühafizəsi haqqında hesabatın formalaşmasını aparan hər bir
prosedur addımının yetərli keyfiyyətdə olmasının təmin edilməsi ilə yanaşı, bütövlükdə SEQ
prosesinin keyfiyyətinin təmin edilməsinə yönəlmiş digər tədbirlərdən də istifadə oluna bilər.
Məsələn, bütün zəruri fəaliyyətlərin yerinə yetirilib yetirilmədiyini və düzgün keyfiyyətdə həyata
keçirilib-keçirilmədiyini şəffaf şəkildə nümayiş etdirən yaddaş siyahılarından istifadə etmək olar.
(Mənbə: AK rəhbər sənədindən adaptasiya, bənd 6.2–6.6)
87
Cədvəl A4.4: Keyfiyyət təminatı üçün yaddaş siyahısı
32
Məqsədlər və kontekst
Plan və ya proqramın məqsədi aydınlaşdırılmışdır.
Ekoloji problemlər və məhdudiyyətlər, o cümlədən beynəlxalq və Aİ səviyyəsində ətraf
mühitin mühafizəsi məqsədləri məqsəd və hədəflərin hazırlanması zamanı nəzərə
alınmışdır.
SEQ məqsədləri (istifadə olunduqları təqdirdə) aydın müəyyən edilmiş və müvafiq
hallarda göstəricilər və hədəflərlə əlaqələndirilmişlər.
Digər plan, proqram və siyasətlərlə əlaqəlilik müəyyən edilmiş və izah olunmuşdur.
SEQ məqsədləri, SEQ və planın məqsədləri, SEQ məqsədləri və digər planların
məqsədləri arasında təzadlar müəyyən edilmiş və təsvir olunmuşdur.
Əhatə dairəsinin müəyyən edilməsi
Ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində səlahiyyətlərə malik müvafiqn orqanlarla
ətraf mühitin mühafizəsi haqqında hesabatın əhatə dairəsi və məzmunu ilə bağlı aparılan
konsultasiyalar düzgün və vaxtında həyta keçirilmişdir.
Qiymətləndirmədə əsas diqqət vacib məsələlərə yönəldilir.
Qarşıya çıxan texniki, prosedur və digər çətinliklər müzakirə edilmişdir; ehtimallar və
qeyri-müəyyənliklər açıq şəkildə ifadə olunmuşdur.
Problemlərin nəzərə alınacaq məsələlər arasından çıxarılmasının səbəbləri göstərilmişdir.
Alternativlər
Əsas qərarların qəbulu üçün reallığa uyğun alternativlər nəzərdən keçirilmişdir; onların
seçilməsinin səbəbləri sənədləşdirilmişdir.
Müvafiq olduqda, alternativlərə "minimum fəaliyyət" və "işin ənənəvi qaydada
aparılması" ssenariləri daxil edilir.
Hər bir alternativin icrasının ekoloji (həm mənfi, həm müsbət) nəticələri
müəyyənləşdirilmiş və müqayisə edilmişdir.
Alternativlər və digər müvafiq planlar, proqramlar, yaxud siyasətlər arasında
uyğunsuzluqlar müəyyən olunmuş və izah edilmişdir.
Alternativlərin seçilməsi və ya ləğvi üçün səbəblər göstərilmişdir.
İlkin məlumat
Əhalinin sağlamlığı daxil olmaqla, ətraf mühitin cari vəziyyətinin müvafiq aspektləri və
plan və ya proqramın həyata keçirilməməsi halında bu vəziyyətdə ehtimal olunan
dəyişiklik təsvir olunmuşdur.
Əhəmiyyətli təsirə məruz qalacağı ehtimal edilən ərazilərin, o cümlədən planın icra
edildiyi məkanın fiziki sərhədləri daxilində olmayan, lakin təsirə məruz qala biləcək
ərazilərin xarakteristikası verilmişdir.
Məlumat və metodlarda çatışmazlıqların mövcudluğu kimi çətinliklər izah olunmuşdur.
Ehtimal olan mühüm ekoloji təsirlərin proqnozlaşdırılması və qiymətləndirilməsi
Müvafiq olduqda, müəyyən edilmiş təsirlərə Protokolda sadalanan növlər (insan
sağlamlığı, flora, fauna, biomüxtəliflik, torpaq, iqlim, hava, su, landşaft, təbiət obyektləri,
maddi aktivlər və mədəni irs) daxil ola bilər; ətraf mühitə digər mümkün təsirlər də
nəzərdən keçirilmişdir.
32
SEQ Direktivi üçün praktiki tövsiyə sənədininin 9-cu Əlavəsindən adaptasiya (Birləşmiş Krallıq, 2005)
88
Həm müsbət, həm mənfi təsirlər, həm də onların davam etmə müddətləri (qısa, orta və ya
uzun) nəzərə alınmışdır.
Praktiki baxımdan mümkün olduqca, ehtimal edilən ikinci dərəcəli, kumulyativ və birgə
təsirlər də nəzərdən keçirilmişdir.
Mümkün olduqca, təsirlər arasında qarşılıqlı əlaqəlilik nəzərə alınmışdır.
Təsirlərin proqnozlaşdırılması və qiymətləndirilməsi zamanı qəbul edilmiş
standartlardan, normativ sənədlərdən və hədlərdən istifadə olunmuşdur.
Qiymətləndirmədə istifadə olunan metodlar təsvir edilmişdir
Nəticələrin yüngülləşdirilməsi tədbirləri
Plan və ya proqramın icrasının mühüm mənfi təsirlərinin qarşısının alınması, azaldılması
və kompensasiyası üçün nəzərdə tutulan tədbirlər göstərilmişdir.
Layihələrin həyata keçirilməsinə icazə verilən zaman nəzərə alınmalı olan məsələlər
müəyyən edilmişdir.
Ətraf mühitin mühafizəsi haqqında hesabat
Struktur və məlumatların təqdim olunması baxımından aydın və dəqiqdir.
Sadə, aydın dildə yazılmışdır, texniki terminin istifadəsindən yayınəlmışdır, yaxud belə
terminlər izah edilmişdir.
Zəruri olduqda xəritələrdən və digər illüstrasiyalardan istifadə edir.
İstifadə edilmiş metodologiyanı izah edir.
Konsultasiyaların kiminlə aparıldığını və istifadə olunmuş konsultasiya metodlarını izah
edir.
Mütəxəssis rəyləri və mübahisəli məsələlər haqqında fikirlər daxil olmaqla, məlumat
mənbələrini müəyyən edir.
SEQ-ə ümumi yanaşmanı, planın məqsədlərini, nəzərdən keçirilmiş əsas variantları, eləcə
də SEQ nəticəsində plana edilmiş dəyişiklikləri əhatə edən qeyri-texniki icmalı ehtiva
edir.
Konsultasiya
SEQ məsələləri üzrə konsultasiya planın hazırlanması prosesinə ayrılmaz bir hissə kimi
daxil edilmişdir.
Ətraf mühiti mühafizə və əhalinin sağlamlığı sahəsində səlahiyyətlərə malik müvafiq
dövlət orqanları, eləcə də plan və ya proqramın icrası nəticəsində təsirə məruz qala
biləcək, yaxud bu prosesdə maraqlı olan ictimaiyyət nümayəndələri ilə konsultasiyalar
onlara müvafiq vaxt çərçivəsində planın və ya ətraf mühitin mühafizəsi haqqında
hesabatın layihəsi haqqında fikirlərini ifadə etmək üçün vaxtlı-vaxtında və efefktic fürsət
verəcək şəkildə və vaxtda təşkil edilməlidir
Qərarın qəbulu və qərar haqqında məlumat
Konsultasiya iştirakçılarının rəyləri və ətraf mühitin mühafizəsi haqqında hesabat
plan və ya proqramın yekunlaşdırılması və təsdiqi zamanı nəzərə alınır.
Onların necə nəzərə alındığı haqqında izahat verilir
Nə üçün nəzərdən keçirilmiş rasional alternativlər arasından təsdiq edilmş yekun
variantın seçildiyi əsaslandırılır.
Monitorinq tədbirləri
Təklif edilmiş meyarlar, aydın tətbiqi real və SEQ zamanı istifadə olunan göstərici və
məqsədlərlə əlaqəlidir.
Zəruri olduqda, plan və ya proqramın icrası zamanı, ətraf mühitin vəziyyəti haqqında
SEQ tərəfindən aşkara çıxarılmış məlumat çatışmazlıqlarının tamamlanması üçün
monitorinqdən istifadə oluna bilər.
Monitorinq gözlənilməyən mənfi təsirlərin daha erkən mərhələlərdə müəyyən edilməsinə
imkan verir. (Bu təsirlərə yanlış olduğu ortaya çıxan proqnozlar da daxil ola bilər.)
89
Mühüm mənfi təsirlərə qarşı görüləcək tədbirlər təklif edilmişdir.
Addım 5: Konsultasiya.
Metodoloji tapşırıqlar
(yoxdur)
Prosedur vəzifələr
Əlavə, ixtiyari vəzifələr
Müvafiq qeyri-hökumət
təşkilatları (QHT-lər)
daxil olmaqla, iştirak
etməli olan aidiyyəti
ictimaiyyət
nümayəndələrinin
müəyyən edilməsi (1-ci
addımda yerinə
yetirilməmişdirsə)
(maddə 8.3, bax: bölmə
A4.3)
Ətraf mühitin mühafizəsi
haqqında hesabatın dövlət
orqanları və ictimaiyyət
üçün təmin edilməsi
(maddə 8.2, bax: bölmə
A4.3; və maddə 9.2, bax
bölmə A4.4).
Zəruri olduqda, mənfi
təsirə
məruz qalmış
Tərəflərin rəsmi qaydada
məlumatlandırılması
(maddə 10, bax bölmə
A4.5).
Ətraf mühitin mühafizəsi
haqqında hesabat və
seçilmiş alternativlərlə
əlaqədar olaraq
konsultasiyaların və
ictimaiyyətin iştirakının
təmin edilməsi
Zəruri olduqda, mənfi
təsirə
məruz qalmış
Tərəflərlə konsultasiya.
Qərarın qəbulu zamanı
nəzərə alınmalı olan
rəylərin alınması. Qərar
qəbulu üçün rəsmi
qaydada təqdim edilmə
(maddə 11, bax: bölmə
A4.6).
Konsultasiya və
ictimaiyyətin iştirakının
təsviri.
"İctimaiyyət" və "aidiyyəti
olan ictimaiyyət
nümayəndələri" nin
kimlərdən ibarət olduğunun
qeyd edilməsi.
54. Konsultasiya (bölmə A4.4) və ictimaiyyətin iştirakı (bölmə A4.3) bu mərhələdə baş tutmalı,
aidiyyəti olan ictimaiyyət nümayəndələri və dövlət orqanları hesabat, plan və ya proqramın
90
alternativlərinin layihələri haqqında rəy bildirməlidirlər. Onların rəyləri plan və ya proqamın
qəbulu zamanı nəzərə alınmalı və qeydə alınmalıdır.
55. Transsərhəd təsirlərin ehtimal olunduğu müəyyən edilərsə, transsərhəd konsultasiyalar bu
mərhələdə başladılmalıdır. Təsirə məruz qalan hər hansı Tərəf də konsultasiyaların keçirilməsini
tələb edə bilər. Bax: aşağıda bölmə A4.5.
56. Nəhayət, zəruri olduqda, qərarın qəbuluna görə məsul orqanlara təqdim olunmazdan əvvəl,
rəylərin nəzərə alınması məqsədi ilə hesabata, yaxud plan və ya proqram alternativlərinə
düzəlişlər edilə bilər. Bu sənədlərin qərarın qəbulu prosesinə necə təsir etdityi A2 səflində
müzakirə olunur.
91
A4.3 İCTİMAİYYƏTİN İŞTİRAKI
57. Bu bölmədə protokol çərçivəsində SEQ prosesində ictimaiyyətin iştirakı araşdırılır (əsasən
maddə 8).
A4.3.1 Hüquqi öhdəliklər
58. 8-ci maddə hələ hər bir variantın mümkün olduğu vaxtda, plan və proqramların starteji
ekoloji qiymətləndirməsində ictimaiyyətin erkən, vaxtlı-vaxtında və effektiv iştirakı üçün
imkanın yaradılmasını tələb edir. 8.1). Plan, yaxud proqramın layihəsinin və ətraf mühitin
mühafizəsi haqqında hesabatın vaxtında ictimaiyyətə açıqlanması tələb olunur (maddə 8.2).
59. Müvafiq QHT-lər daxil olmaqla aidiyyəti olan ictimaiyyət nümayəndələri müəyyən
edilməlidir (maddə 8.3). Plan, yaxud proqramın, ətraf mühitin mühafizəsi haqqında hesabatın
layihəsi haqqında fikir bildirmək fürsəti geniş ictimaiyyət üçün deyil aidiyyəti olan ictimaiyyət
nümayəndələri (bax: bölmə A4.2, addım 4) üçün məqbul vaxt çərçivəsində təmin edilməlidir
(maddə 8.4).
60. Bundan başqa, Protokol ictimaiyyətin daha erkən mərhələdə iştirakını ixtiyari əsaslarla təmin
edir:
SEQ-in tələb olub-olunmadığı müəyyən edilən zaman, əsaslı təsirlərin müəyyən edilməsi
(maddə 5) (bax bölmə A3.2).
Əhatə dairəsinin müəyyən edilməsi (maddə 6) (bax: bölmə A4.2, addım 1).
61. İctimaiyyətin məlumatlandırılması və aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə
konsultasiyalar üzrə konkret tədbirlər müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır (maddə
8.5). Bu tədbirlərə münasibətdə V Əlavənin bəndləri nəzərə alınmalıdır (aşağı bax). SEQ
Direktivində V Əlavənin heç bir alternativi yoxdur.
62. Preambula və aşağıdakı maddələrdə ictimaiyyətin iştirakı ilə əlaqədar əlavə müddəalar əksini
tapır: 1 (c) (məqsədlər); 2.6, 2.8 (təriflər); 3.2, 3.3, 3.6 və 3.7 (ümumi müddəalar); 5.3 və 5.4
(ilkin qiymətləndirmə); 6.3 (əhatə dairəsinin müəyyən edilməsi); 7.2 (a) (ətraf mühitin
mühafizəsi haqqında hesabat); 10.4 (transsərhəd konsultasiyalar); 11 (qərar) və 12.2
(monitorinq). SEQ Direktivində Protokolun 8-ci maddəsinə alternativ əsas müddəalar 6.1, 6.2,
6.4 və 6.5-ci maddələrdə öz əksini tapır. İctimaiyyətin iştirakı ilə bağlı əlavə müddəalara
preambulada, eləcə də 2 (b) və (d), 3.7, 7.2, 8 və 9.1-ci maddələrdə rast gəlinir.
63. Protokol çərçivəsində ictimaiyyətin hüquqları aşağıdakı başlıqlar altında daha ətraflı
araşdırılır:
Ümumi hüquqlar.
Məlumat azadlığı.
İştirak hüququ.
92
Ümumi ictimai hüquqlar
64. Müəyyən məlumatın əldə edilmədi və plan yaxud proqramın, ətraf mühitin mühafizəsi
haqqında hesabatla əlaqədar konsultasiyalarda iştirak hüququ ilə yanaşı, Protokol ictimaiyyət
üçün bir sıra ümumi səciyyəli hüquqlar da müəyyən edir. Bu hüquqlar 3-cü maddədə müəyyən
edilirlər və Orxus konvensiyasında ifadə olunan hüquqlarla oxşardırlar:
Rəsmi şəxslərdən və orqanlarından müvafiq yardım və tövsiyələr.
Müvafiq assosiasiyalar, təşkilatlar və ya qruplar (məsələn, QHT) tərəfindən tanınma və
dəstək;
Protokol çərçivəsindəki hüquqların icrası:
o
Cəza, təqib, yaxud təzyiqə məruz qalma riski olmadan
o
Vətəndaşlıq, milli mənsubiyyət, yaxud yaşayış yeri əlamətlərinə görə ayrı-seçkiliyə
məruz qalmadan.
65. SEQ Direktivindən fərqli olaraq, Avropa İttifaqı qanunvericiliyi yuxarıda sadalanan
hüquqların əksəriyyətini əhatə edir.
66. 3-cü maddəyə həmçinin Tərəflərin Protokol tələblərini milli qanunvericiliyə necə inteqrasiya
etməli olduqlarına dair müddəalar daxildir.
İctimaiyyətin məlumat almaq hüququ
67. Aşağıdakı məlumatların əldə edilməsi hüququ Protokolun müxtəlif müddəalarında ifadə
olunur və cari vəsaitin müvafiq hissələrində müzakirə olunur:
o
Əhəmiyyətli təsirlərin müəyyən edilməsi prosesi nəticəsində əldə edilən qənaətlər (maddə
5.4) (bax bölmə A3)
o
.Plan, yaxud proqram və ətraf mühitin mühafizəsi haqqında hesabatın layihəsi (vaxtında
təmin edilmə) (maddə 8.2 və maddə 10.4) (bax bölmə A4.2).
o
İctimaiyyətin məlumatlandırılması və aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə
konsultasiyalar üzrə konkret tədbirlər (maddə 8.5) (bu bölmədə).
o
Plan və ya proqramın təsdiqi və s. (maddə 11.2) (bölmə A4.6).
o
Monitorinq nəticələri (maddə 12.2) (bölmə A4.7).
68. İctimaiyyətin məlumatlandırılması və aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə
konsultasiyalar üzrə konkret tədbirlər müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır Bu
tədbirlərin nələri əhatə etməli olduğu Protokolun V Əlavəsində ətraflı şəkildə müəyyən edilir.
İctimaiyyətin iştirak hüququ
69. Aidiyyəti olan ictimaiyyət nümayəndələrinin məlumat almaq hüququndan başqa, plan yaxud
proqramın və ətraf mühitin mühafizəsi haqqında hesabatın layihələri haqqında fikir söyləməklə
93
qərarın qəbulu prosesinə töhfə vermək və rəylərinin plan yaxud proqramlar haqqında qərarın
qəbulu zamanı nəzərə alınması hüquqları vardır:
Hələ variantlardan hər birinin seçilmək ehtimalı varkən, ictimaiyyətin erkən, vaxtında və
effektiv şəkildə iştirakı üçün imkan yaradılmalıdır (maddə 8.1).
Əhatə dairəsinin və əhəmiyyətli təsirlərin müəyyən edilməsi zamanı ictimaiyyətin iştirakı
mümkündür, lakin bu məcburi tələb deyil (maddə 5.3 və maddə 6.3) ( müvafiq olaraq,
fəsil A3 və bölmə A4.2).
Aidiyyəti olan ictimaiyyət nümayəndələri məqbul vaxt çərçivəsində plan yaxud
proqramın, ətraf mühitin mühafizəsi haqqında hesabatın layihəsi haqqında fikirlərini
ifadə edə bilərlər (maddə 8.4 və maddə 10.4) ( müvafiq olaraq bölmə A4.2 və A4.5
(Təsirə məruz qalmış hər hansı Tərəfin aidiyyəti olan ictimaiyyət nümayəndələri üçün)).
Aidiyyəti olan ictimaiyyət nümayəndələrinin rəyləri qərarın qəbulu zamanı nəzərə
alınmalıdır (maddə 11.1) (bölmə A4.6).
Dostları ilə paylaş: |