A3.2.1 Maddə 2.5 və 4, Əlavələr I və II
5. Plan və proqramların Protokola uyğun strateji ekoloji qiymətləndirməsinin aparılması üçün
birinci tələb onların plan və proqramların tərəfinin hər iki yarımbəndinin şərtlərinə cavab
verməsidir (maddə 2.5). Başqa sözlə, onlar “dövlət orqanları tərəfindən hazırlanmalı və/və ya
qəbul edilməli, yaxud dövlət orqanı tərəfindən Parlament və ya hökumət tərəfindən rəsmi
prosedurlara müvafiq qaydada təsdiq edilmək üçün hazırlanmalı” və “qanunvericilik, inzibati və
tənzimləyici aktlara əsasən tələb olunmalıdırlar”. Əlavə tələblər 2.5-ci maddənin tələblərinə
cavab verən hansı plan və proqramlar üçün SEQ-in tələb olunduğunu dəqiqləşdirən 4-cü
maddədə əksini tapır. 4-cü maddəyə nəzər alınmalı olan meyarlar daxildir; plan və ya proqramlar
bu meyarlara cavab verirsə, SEQ zəruridir. (SEQ Direktivində müvafiq müddəalar 3-cü
maddənin 1-4 və 8-9-cu maddələridir.)
6. Bir çox plan və proqramlar strateji ekoloji qiymətləndirmə tələb etmirlər, bəzi siyasət,
strategiya, layihə, konsepsiya, qanun və normativ aktlar və s. üçünsə əksinə SEQ zəruridir. Bu
bölmə sizə Protokolun tətbiq dairəsinə aid plan və ya proqramları və onlar üçün SEQ-in zəruri
olub-olmadığını müəyyən etməyə kömək edəcək.
Protokola əsasən SEQ-in tələn olunub-olunmadığını götür-qoy edərkən aşağıdakıları nəzərdə
saxlamaq lazımdır:
“Plan və ya proqram” termini yetərli əsas təşkil etmir.
47
Bütün plan və proqramlar deyil, yalnız bir sıra şərtlərə cavab verən plan və proqramlar
SEQ tələb edir.
Protokolda müəyyən edilən tərifə uyğun gələn bəzi siyasət, konsepsiya və strategiyalar
starteji ekoloji qiymətləndirmə tələb edirlər. Yenə də tələblərə cavab vermək şərti ilə,
bəzi qanunvericilik aktlarının və normativ aktlarının Protokolun tətbiq dairəsinə aid
olması mümkündür.
SEQ-in tələb olunduğu plan və ya proqramların müəyyən edilməsi üçün əhatəli sınaqlara
ehtiyac ola bilər.
8. Başqa aşağıdakılar olmaqla, Protokol çərçivəsində SEQ-in tələb olunub-olunmadığının
müəyyən edilməsi üçün namizəd plan və ya proqram, yaxud plan və ya proqrama ediləcək
düzəlişlər haqqında bir sıra suallar verilməlidir (bax: para. 23):
Plan və ya proqramın yeganə məqsədi milli müdafiə və ya fövqəladə vəziyyətlərdə mülki
müdafiəyə xidmət etməkdir, yoxsa söhbət maliyyə və ya büdcə planı, yaxud
proqramından gedir? Bu halda SEQ tələb olunmur.
Plan və ya proqram kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, dağ-mədən sənayesi
daxil olmaqla, enerji sahəsi, nəqliyyat regional inkişaf, tullantıların emalı, sudan səmərəli
istifadə, telekommunikasiya, turizm, çıhır və kənd planlaşdırması və ya torpaqdan
istifadə üçünmü hazırlanır? Bu halda SEQ avtomatik olaraq tələb olunur, lakin aşağıda
11-ci bəndə nəzər salın.
9. Birinci sualın cavabı "hə", ikinci sualın cavabı "yox"dursa, bu halda daha iki sual verilməlidir:
Bu plan və ya proqram Protokola 1 Əlavədə sadalanan layihələrin gələcəkdə həyata
keçirilməsi üçün icazə zəmini yaradırmı?
Bu plan və ya proqram Protokola II Əlavədə sadalanan layihələrin gələcəkdə həyata
keçirilməsi üçün icazə zəmini yaradırmı və müvafiq layihələr milli qanunvericiliyə
əsasən SEQ tələb edirmi?
10. Bu suallardan hər hansına "bəli" cavabı verilərsə, bu halda bir qayda olaraq, Protokola əsasən
SEQ tələb olunur. Lakin Plan və ya proqram yerli səviyyədə kiçik bir sahənin istifadəsini
müəyyən edir, yaxud cüzi bir düzəlişdən ibarətdirsə (maddə 4.4),SEQ yalnız 5-ci maddəyə (İlkin
qiymətləndirmə) uyğun olaraq, plan və ya proqramın əhəmiyyətli ekoloji nəticələrə gətirib
çıxaraağı ehtimal olunduğu təqdirdə tələb olunur.
11. Yuxarıda müəyyən edilən, strateji ekoloji qiymətləndirmə tələb edən plan və proqramlardan
əlavə, Protokolun 40-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq, plan və ya proqram gələcəkdə
layihələrin həyata keçirilməsi üçün zəmin yaratdıqda və 5-ci maddəyə əsasən əhəmiyyətli
təsirləri olacağı güman edildikdə, strateji ekoloji qiymətləndirmə tələb edə bilər.
A3.2.2 Maddə 5 və əlavə III
12. Əhəmiyyətli təsirlərin müəyyən edilməsi 5-ci maddəsi təsvir edilir və aşağıdakılara əsaslanır:
48
Ayrı-ayrı hadisələrin nəzərdən keçirilməsi.
Plan və proqramların tipinin müəyyən edilməsi.
Yuxarıdakı iki üsulun birgə istifadəsi.
(SEQ Direktivində əksərən eyni olan müddəalara 3-cü maddənin 5.7-ci bəndlərində rast gəlmək
olar.)
13. Bu zaman III Əlavədə müəyyən edilmiş meyarlar (SEQ Direktivinin II Əlavəsinə bənzər)
nəzərə alınmalıdır.
14. Əhəmiyyətli təsirlərin müəyyən edilməsi zamanı müvafiq ətraf mühiti mühafizə və səhiyyə
orqanları ilə konsultasiya aparılmasıdır (maddə 5.2) və ictimaiyyətə iştirak imkanı verilməlidir
(maddə 5.3). Bununla belə, çoxsaylı plan və ya proqramların əhəmiyyətli təsirinin müəyyən
edilməsinə ehtiyac qalmayacaq, belə ki, onlar üçün SEQ tələb olunub-olunmadığı artıq aydın
olacaq.
15. 5.4-cü maddəyə uyğun olaraq, dövlət orqanları əhəmiyyətli mənfi təsirlərin müəyyən
edilməsi prosesinin nəticələrini (başqa sözlə, 5-ci maddənin tələblərinin yerinə yetirilməsini) ya
plan və proqramların tiplərinin siyahısı hazırlanan zaman (aşağı baxın), ya da ayrı-ayrı plan və
proqramlat nəzərdən keçirilən zaman ictimaiyyətə açıqlamalıdırlar. Bu zaman təmin edilən
məlumata daxildir:
Testin nəticələri, başqa sözlə, plan və ya proqram, yaxud plan və ya proqramın tipi üçün
SEQ tələb olunurmu.
SEQ-in tələb olunmamasının səbəbləri.
16. SEQ-in tələb olunub-olunmadığını müəyyən edən bu prosesin səmərəsi hər zaman (yaxud bir
qayda olaraq) SEQ-in yerinə yetirilməsini tələb edən plan və ya proqram növlərinin siyahısına
istinad edilməklə daha da artırıla bilər. Siyahıların tərtibi aşağıda A3.4-cü bölmədə müzakirə
olunur.
49
A3.3 TESTLƏRİN ƏTRAFLI TƏSVİRİ
17. Bu bölməyə Protokolun tətbiq dairəsini (maddə 2.5 və maddə 4) müəyyən edən doqquz şərti
özündə birləşdirən, plan və proqramlara münasibətdə strateji ekoloji qiymətləndirmənin
keçirilməsi zərurətinin olub-olmadığının müəyyən edilməsi metodları sxemi daxildir. Onuncu
şərt (əhəmiyyətli təsirlərin müəyyən edilməsi - maddə 5) plan və ya proqramın ətraf mühitə
əhəmiyyətli təsir göstərmək ehtimalının müəyyən edilməsi üçün lazım ola bilər.
18. Şəkil A3.1 müvafiq qanun müddəalarının ayrı-ayrı plan və ya proqramlar üçün SEQ-in zəruri
olub-olmadığının müəyyən edilməsi üçün tam metodikanın yaradılması məqsədilə əsas kimi
istifadə edilməsi üsullarını nümayiş etdirir. Şəkildə göstərilən şərtlərin hər biri bu bölmədə təsvir
edilir.
Plan və ya proqramın tərifi (maddə 2.5)
Şərt 1
1: Plan və ya proqram (və ya onlara düzəliş) qanunvericilik, tənzimləyici və ya inzibati
aktlarla tələb olunurmu,(Maddə 2 bənd 5a)
Şərt 2
2: Plan və ya proqram səlahiyyətli orqan tərəfindən hazırlanır və ya qəbul edilir və ya
səlahiyyətli orqan tərəfindən parlament və ya hökumət tərəfindən rəsmi prosedurla qəbul
edilmək üçün hazırlanırmı, (Maddə 2 bənd 5b).
Tətbiq dairəsindən kənarda qalma (maddə 4.5)
Şərt 3
3: Plan və proqramın yeganə məqsədi milli müdafiə və ya mülki sferada fövqəladə hallarla
bağlı ehtiyacların ödənilməsidirmi və ya o maliyyə və ya büdcə plan və proqramıdırmı?
(Maddə 4 bənd 5)
İcbari tətbiq (maddə 4.2)
Şərt 4
4: Plan və ya proqram kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, energetika, dağ-mədən sənayesi
də daxil olmaqla sənaye, nəqliyyat, regional inkişaf, tullantıların emalı, su təsərrüfatı,
telekommunikasiya, turizm, şəhər və kənd rayonlarının inkişafının planlaşdırılması və ya
torpaqdan istifadə üçün hazırlanırmı? (Maddə 4 bənd 2)
Şərt 5
5: Plan və ya proqram gələcəkdə I əlavədə qeyd edilmiş layihələrin həyata keçirilməsinə
razılıq üçün çərçivə təşkil edirmi?
Şərt 6
6: Plan və ya proqram gələcəkdə II əlavədə qeyd edilmiş istənilən digər layihələrin həyata
keçirilməsinə razılıq üçün çərçivə təşkil edirmi?
Şərt 7
7: II əlavədə qeyd edilmiş müvafiq layihə milli qanunvericiliyə uyğun olaraq EİA tələb
edirmi? (Maddə 4 bənd 2)
Qeyri- icbari tətbiq (maddə 4.3 və maddə 4.4)
Şərt 8
8: Plan və ya proqram gələcəkdə I və ya II əlavədə qeyd edilib edilməməsindən asılı
olmayaraq layihələrin həyata keçirilməsinə razılıq üçün çərçivə təşkil edirmi?
Şərt 9
9: Plan və proqram yerli səviyyədə kiçik bir ərazinin istifadəsini müəyyənləşdirirmi, və ya
plan və proqramda cüzi dəyişiklik edirmi? (Maddə 4 bənd 4)
Əhəmiyyətli təsirlərin müəyyən edilməsi (maddə 5.1)
Şərt 10
10: Plan və proqram əhəmiyyətli ekoloji nəticələrə səbəb ola bilərmi (I II əlavədə qeyd edilmiş
meyarları nəzərə alınmaqla) ? (Maddə 5 bənd 10
50
Şəkil A3.1: Protokol çərçivəsində konkret bir plan və ya proqram üçün SEQ-in tələb
olunub-olunmadığının müəyyən edilməsi üçün bələdçi:
1: Plan və ya proqram (və ya onlara
düzəliş) qanunvericilik, tənzimləyici və
ya inzibati aktlarla tələb
olunurmu,(Maddə 2 bənd 5a)
2: Plan və ya proqram səlahiyyətli
orqan tərəfindən hazırlanır və ya qəbul
edilir və ya səlahiyyətli orqan
tərəfindən parlament və ya hökumət
tərəfindən rəsmi prosedur əsasında
qəbul edilmək üçün hazırlanırmı,
(Maddə 2 bənd 5b).
3: Plan və proqramın yeganə məqsədi
milli müdafiə və ya mülki sferada
fövqəladə hallarla bağlı ehtiyacların
ödənilməsidirmi və ya o, maliyyə və ya
büdcə plan və proqramıdırmı? (Maddə 4
bənd 5)
4: Plan və ya proqram kənd təsərrüfatı,
meşəçilik, balıqçılıq, energetika, dağ-
mədən sənayesi daxil olmaqla, sənaye,
nəqliyyat, regional inkişaf, tullantıların
emalı, su təsərrüfatı,
telekommunikasiya, turizm, şəhər və
kənd rayonlarının inkişafının
planlaşdırılması və ya torpaqdan istifadə
üçün hazırlanırmı? (Maddə 4 bənd 2)
5: Plan və ya
proqram gələcəkdə
I əlavədə qeyd
edilmiş layihələrin
həyata
keçirilməsinə
razılıq üçün zəmin
yaradırmı?
6: Plan və ya proqram
gələcəkdə II əlavədə qeyd
edilmiş istənilən digər
layihələrin həyata
keçirilməsinə razılıq üçün
zəmin yaradırmı?
7: II əlavədə qeyd edilmiş
müvafiq layihə milli
qanunvericiliyə uyğun
olaraq ƏMTQ tələb edirmi?
(Maddə 4 bənd 2)
8: Plan və ya proqram
gələcəkdə I və ya II
əlavədə qeyd edilib
edilməməsindən asılı
olmayaraq, layihələrin
həyata keçirilməsinə
razılıq üçün zəmin
yaradırmı?
Yox
Yox
Yox
Yox
Yox
Yox
Hə
Hə
Yox
Hə
Hə
SEQ
Protokoluna
əsasən tələb
olunmur
Hə
51
9: Plan və proqram
yerli səviyyədə
kiçik bir ərazinin
istifadəsini əhatə
edirmi, və ya plan
və proqramda cüzi
dəyişiklik edirmi?
(Maddə 4 bənd 4)
SEQ
Protokoluna
əsasən tələb
olunur
.
Şərt 1
Plan və ya proqramın hazırlanması (yaxud onların düzəlişi) qanunvericilik,
normativ, yoxsa inzibati qaydada tələb olunur? 2.5 (a))
19. Namizəd plan və ya proqram birinci şərti ödəyə bilmədikdə, Protokol çərçivəsində heç bir
SEQ tələb olunmur. Şərt ödənərsə, 2.-ci şərtlə davam edin.
20. İlk öncə plan və proqramların necə müəyyən edilə biləcəyinə nəzər salmalıyıq. Aydındır ki,
ad yetərli əsas təşkil edə bilməz: bütün plan və ya proqram adlandırılanlar Protokolun qəbul
etdiyi tərifə cavab verməyə bilər, bu halda Protokolun şərtləri tətbiq olunmur.
21. Bənzər qaydada plan və proqramlar da hər zaman müvafiq adlara malik olmurlar. siyasətlər,
layihələr, rəhbər sənədlər və stratehiyalar - plan və proqranlara çamil edilən adlardan bir
neçəsidir. Plan və ya proqramın nə olduğunun qət edilməsi üçün obyektiv yanaşmaya ehtiyac
var. AK rəhbər sənədindən götürülmüş bəzi göstəricilər:
Protokolun geniş əhatə dairəsinin və məqsədinin qəbul edilməsi.
Ətraf mühit üçün əhəmiyyətli nəticələrin meydana çıxma ehtimalının nəzərə alınması
24
Gələcək fəaliyyətlərin istiqamətini müəyyən edən hər hansı rəsmi bəyanatın nəzərə
alınması
Plan nümunələrinə daxildir:
Sxem və ya siyasətin necə həyata keçirilməsinin təklif edildiyini təsvir edən sənəd
Torpaqdan istifadə planları və inkişaf meyarları
24
AK rəhbər sənədinin 3.4-cü bəndi.
SEQ
Protokoluna
əsasən tələb
olunmur
Hə
10: Plan və proqram
əhəmiyyətli ekoloji nəticələrə
səbəb ola bilərmi (III əlavədə
qeyd edilmiş meyarlar nəzərə
alınmaqla) ? (Maddə 5 bənd
10
Yox
Hə
Hə
Hə
Hə
52
Tullantıların idarə edilməsi planları
Su resurslarından istifadə planları
Nəqliyyat planları.
Proqram verilən ərazi üçün nəzərdə tutulan bir sıra layihələrdən ibarət ola bilər, məsələn,
bir sıra ayrı-ayrı tikinti layihələrini özündə birləşdirən şəhər ərazisinin bərpası sxemi
22. Plan və proqramı bir-birindən fərqləndirmək zəruri deyil: Protokol hər iksini eyni qaydada
şamil olunur.
23. Protokol həmçinin plan və proqramlara edilə düzəlişlərə şamil olunur. Mövcud torpaq
istifadəsi planının dövri qaydada (ehtimal ki, hər beş ildən bir) təkrar nəzərdən keçirilməsi buna
yaxşı nümunə ola bilər. Təkrar nəzərdən keçirilmiş planın hazırlanması, bir qayda olaraq, SEQ-
in yerinə yetirilməsini tələb edəcək. Mümkündür ki, plan və ya proqram üzərində az əhəmiyyətli
səbəblərdən aparılan düzəliş (məsələn, ayrı-ayrı layihələrdə plan və ya proqramın ətraf mühit
üzərində təsirində əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq dəyişikliklər) SEQ-dən azad ola
bilər, lakin hər zamankı kimi belə istisnalar da ehtiyatla araşdırılmalıdır. Hər halda başlıca sual
bundan ibarət olacaq: sözügedən düzəliş ətraf mühit üzərində əhəmiyyətli təsirə malik olacaqmı?
24. Hər hansı plan və ya proqrama edilən düzəliş hələ qiymətləndirməmiş əhəmiyyətli ekoloji
nəticələrə gətirib çıxara bilər. Bu nəticələr düzəlişin mahiyyətindən və ya ətraf mühitin
vəziyyətindəki dəyişiklikdən irəli gələ bilər.
25. Həmçinin güman etmək olar ki, ilkin plan və ya proqramın hazırlanmasından bu yana yeni
bilikləri (tədbirlər, ətraf mühit və təsirlər haqqında) əldə edilib və ilkin plan və ya proqramın
strateji ekoloji qiymətləndirməsi o vaxt SEQ haqqında qanunun qüvvəyə minmədiyi üçün
aparılmayıb.
26. Vəsait çərçivəsində plan və ya proqram dedikdə, həmçinin onlara edilən düzəlişlər nəzərdə
tutulur.
27. Plan və ya proqram (yaxud onların düzəlişi) qanunvericilik, normativ və ya inzibati qaydada
tələb olunmalıdır. Tərəflər belə müddəalara əsasən, məcburi qaydad SEQ tələb etməyən plan və
ya proqramların strateji ekoloji qiymətləndirməsini aparmamaq qərarını qəbul edə bilərlər.
“İnzibati prosedurlar qəbulu adətən yeni qanun hazırlanan zaman tətbiq edilən prosedurların
istifadəsini nəzərdə tutmayan, qanun qüvvəsinə malik olmaya bilən, fəaliyyətin yerinə
yetirilməsinin təmin edilməsi məqsədini daşıyan rəsmi tələblərdir”. (AK rəhbər sənədi bənd
3.16) Beləliklə, inzibati müddəaların öz-özlüklərində icbari səciyyəli olmasalar da, belə
müddəaya əsasən hazırlanması tələb olunan plan və ya proqramlar Protokolun tərifinə uyğun
gəlirlər. Məsələn, Birləşmiş Krallıqda hazırlanmış SEQ Direktivi üzrə praktiki rəhbər sənədində
deyilir
25
:
Ehtimal ki, “inzibati müddəaların xarakteristikası” bundan ibarətdir ki, onlar ictimaiyyət
üçün əlçatandırlar, güman ki, maraqlı tərəflərlə konsultasiyalardan istifadə olunmaqla
rəsmi qaydada hazırlanırlar. İnzibati müddəalar müddəa hesab olunmaq üçün kifayət
25
Strateji Ekoloji Qiymətləndirmə Direktivi üçün Praktiki Rəhbər sənəd (Birləşmiş Krallıq, Baş Nazir Müavinin Ofisi, 2005), para. 2.6.
Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.communities.gov.uk/publications/planningandbuilding/practicalguidesea.
53
qədər rəsmi olmalı və plan, yaxud proqramın hazırlanmasını sadəcə təşviq edən yox,
tələb edən dillə yazılmalıdır.
Şərt 2
Plan və ya proqram dövlət orqanı tərəfindən hazırlanmalı və/və ya təsdiq
olunmalıdırmı, yaxud parlament və ya hökumət tərəfindən təsdiq edilmək üçün
rəsmi prosedur vasitəsi ilə təsdiq olunmaq üçün hər hansı dövlət orqanı tərəfindən
hazırlanmışdır? (maddə 2.5 (b))
28. Namizəd plan və ya proqram ikinci şərti ödəyə bilmədikdə, Protokol çərçivəsində heç bir
SEQ tələb olunmur. Şərt ödənərsə, 3-cü şərtlə davam edin.
29. Plan və ya proqram dövlət orqanı tərəfindən hazırlanmalı və/və ya təsdiq edilməlidir. Bu
halda AK rəhbər sənədindən (bənd 3.11–3.13) götürülə biləcək göstəricilərə aşağıdakılar
daxildir:
Dövlət orqanı tərəfindən hazırlanma və ya təsdiq bu şərtə cavab verir.
Plan və ya proqram bir dövlət orqanı tərəfindən hazırlana və digəri tərəfindən təsdiq
edilə, bununla belə şərti ödədə bilər.
Dövlət orqanına aşağıdakı kimi tərif verilə bilər:
Hüquqi formasından və səlahiyyət dairəsindən (dövlət, regional və ya yerli) asılı olmayaraq,
dövlət nəzarəti altında dövlət qulluğu öhdəliyinin yerinə yetirilməsi həvalə edilmiş və bununla
əlaqədar olaraq, ayrı-ayrı şəxslər arasında əlaqələrə münasibətdə tətbiq edilən adi qaydalardan
irəli gələn səlahiyyətlərin sərhədlərini aşan xüsusi səlahiyyətlərə malik orqan” (AK rəhbər
sənədi, bənd 3.12)
26
.
Rəsmi orqana, məsələn, “özəlləşdirilməmiş rejimlərdə dövlət orqanları tərəfindən” yerinə
yetirilə bilsə də, söhbət dövlət orqanı funksiyasına aidiyyəti olmayan kommersiya
mənfəətindən getdiyi üçün bu məqsədlə plan hazırlaya bilməyən, planın hazırlanması
mərhələsində özəlləşdirilmiş kommunal xidmət müəssisəsi kimi fəaliyyət göstərən
təşkilatlar aid ola bilər.
30. Rəsmi orqan tərəfindən hazırlanan və/və ya təsdiq edilən plan və ya proqrama alternativ
kimi onlar, bəzi ölkələrdə olduğu kimi, “rəsmi orqan tərəfindən parlament, yaxud rəsmi prosedur
əsasında dövlət tərəfindən təsdiq edilmək" üçün hazırlana bilərlər. Ölkədə müxtəlif səviyyələrdə
(məsələn, dövlət, regional, əyalət və ya yerli) birdən artıq parlamentin ola biləcəyini nəzərə
almaqla, Protokol hansı parlament və ya hökumətin nəzərdə tutulduğunu dəqiqləşdirmir.
(Həmçinin bax: AK rəhbər sənədi, para. 3.14.)
Şərt 3
Plan və ya proqramın yeganə məqsədi milli müdafiə və ya fövqəladə vəziyyətlərdə
mülki müdafiəyə xidmət etməkdir, yoxsa söhbət maliyyə və ya büdcə planı, yaxud
proqramından gedir? (maddə 4.5)
26
Həmçinin bax: Foster və digərləri British Gas-a qarşı C-188/89 saylı iş üzrə Avropa Ədalət Məhkəməsinin hökmü Aşağıdakı ünvandan əldə
edilə bilər: http://eurlex.europa.eu/smartapi/cgi/sga_doc?smartapi!celexplus!prod!CELEXnumdoc&lg=en&numdoc=61989J01 88.
54
31. Namizəd plan və ya proqram üçüncü şərti ödəyə bilmədikdə, Protokol çərçivəsində heç bir
SEQ tələb olunmur. Şərt ödənərsə, 4-cü şərtlə davam edin.
32. Bu şərtin AK rəhbər sənədindən götürülmüş əsas göstəricilərinə (bax: 3.62–3.63-cü bəndlər)
aşağıdakılar daxildir:
İstisna yeganə məqsədi dövlət təhlükəsizliyinə xidmət və ya fövqəladə hallarla mübarizə
olan plan və proqramlara aiddir. Bu, tərkibində belə məqsədlərə xidmət elementlər olan
plan və proqramlara aid deyil.
Fövqəladə hadisələrə antropogen və təbii fəlakətlər daxildir. Plan və ya proqram
qabaqlayıcı tədbir (məsələn, meşə yanğınlarının qarşısının alınması planı) kimi deyil,
artıq baş vermiş konkret fövqəladə vəziyyətə cavab tədbiri kimi hazırlanmalıdır.
Büdcə planlarına müxtəlif dövlət səviyyələrinə aid büdcələr daxil ola bilər. Maliyyə
planlarına layihələrin maliyyələşdirilməsi və ya maliyyə paylaşdırması aid edilə bilər.
Şərt 4
Plan və ya proqram kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, dağ-mədən
sənayesi daxil olmaqla, enerji sahəsi, nəqliyyat regional inkişaf, tullantıların emalı,
sudan səmərəli istifadə, telekommunikasiya, turizm, şəhər və kənd planlaşdırması
və ta torpaqdan istifadə üçünmü hazırlanır? (maddə 4.2)
33. Bu mərhələyə çatmış namizəd plan və ya proqram Protokolun 2.5-ci maddəsində göstərilən
tərifə uyğun gəlir. 4, 5 və 6-cı şərtlər birlikdə Protokolun 4.2-ci maddəsinin tələblərinə cavab
verir. 4-cü şərt ödənmədikdə, 8-ci şərtə keçmək lazımdır, belə ki, bu, plan və ya proqram üçün
SEQ-in tələb olunmadığını göstərmir: 4.3-cü maddə yenə də SEQ-in zəruri olduğunu müəyyən
edə bilər. 4-cü şərt ödənərsə, 5-ci şərtlə davam edin.
34. Bu şərt plan və ya proqramın sadalanan sektorlardan birinə aid olub-olmadığını aydınlaşdırır.
“Şəhər və kənd planlaşdırması”, “torpaqdan istifadənin planlaşdırılması” terminləri müxtəlif
dövlətlərdə istifadə olunur və bir-birlərini əvəz edə bilərlər. (Bax: AK rəhbər sənədi, para. 3.31.)
Şərt 5
Bu plan və ya proqram Protokola 1 Əlavədə sadalanan layihələrin gələcəkdə
həyata keçirilməsi üçün icazə zəmini yaradırmı? (maddə) 4.2)
35. İndi isə soruşulur: nəzərdən keçirilən plan və ya proqram, I Əlavədə sadalanan gələcək
layihələr üçün zəmin yaradılmır. Bu şərt ödənmirsə, 6-cı şərtə keçmək və layihənin II Əlavəyə
daxil olub-olmadığını aydınlaşdırmaq lazımdır. Əgər cavab müsbətdirsə, 9-cu şərtə keçilməlidir.
36. Plan və ya proqram layihələrin gələcəkdə təsdiqi üçün zəmin yaratmalıdır. AK rəhbər
sənədindən götürülmüş müvafiq göstəricilərə (paraqraf 3.23-3.28) daxildir:
"Gələcəkdə layihələrin təsdiqi üçün zəminin yaradılması" ifadəsinin mənası Direktivin
təfsiri üçün həlledici əhəmiyyətə malikdir, baxmayaraq ki, Direktivin mətndə bununla
55
bağlı tərif verilmir. Adətən belə tərif plan və ya proqramın razılığı verən orqana qərarın
qəbulu üçün istiqamət göstərən meyar və ya şərtlər ehtiva etdiyini nəzərdə tutur. Belə
meyarlar verilən ərazi üzrə təsdiq gözləyən fəaliyyət və ya hazırlıqları məhdudlaşdıra və
ya icazənin veriləcəyi təqdirdə iddiaçı tərəfindən yerinə yetirilməli olan şərtlər ehtiva edə
bilər; yaxud da onlar sözügedən ərazinin müəyyən xüsusiyyətlərinin qorunması
istiqamətində tərtib oluna bilərlər (məsələn, ərazinin iqtisadi davamlılığına yardım
məqsədi ilə torpaqdan istifadə növlərinin birləşdirilməsi)” (bənd 3.23).
Eyni ifadə çərçivəsinin yaradılması yollarını sadalayan III Əlavədə (2-ci bənd) istifadə
olunur: yerləşmə yerinə, ölçüyə və istismar şərtlərinə, yaxud ayrılan vəsait əsasında. AK
rəhbər sənədinə görə, Direktivib müvafiq siyahısı "müfəssəl deyil, nümunə səciyyəli"dir.
“Resurslar” təbii, insan və ya maliyyə resursları ola bilər, lakin maliyyə və büdcə plan və
ya proqramlarının istisna təşkil etdiyini unutmaq olmaz (maddə 4.5). AK rəhbər
sənədində həmçinin qeyd edilir ki, "maliyyə resurslarının ümumiləşdirilmiş
paylaşdırılması çərçivənin yaradılması üçün yetərli olmayacaq". 3.25). Ehtimal ki,
resursların paylaşdırılması icazənin necə veriləcəyini şərtləndirəcək, məsələn, fəaliyyət
kursunun müəyyyən edilməsi, yaxud həll yollarının məhdudlaşdırılması ilə.
AK rəhbər sənədindən qeyd edildiyi kimi, “ ümumiyyətlə torpaqdan istifadə planları
müəyyən ərazilərdə mümkün olan müəyyən inkişaf növlərini təyin edən meyarları
özündə birləşdirir və gələcək inkişaf layihələri üçün zəmin yaradan planların səciyyəvi
nümunəsidir” (bənd 3.6) 3.26). Belə plan gələcək inkişaf layihələri ilə əlaqədar bir və ya
daha artıq konkret, yaxud ənənəvi olmayan şərtlər müəyyən etməlidir.
Plan və ya proqramlar ya bu yolla, ya da təsdiq edildikdən sonra layihələrin həyata
keçirilməsinə icazə verməklə şərtləri müəyyən edə bilərlər. Məsələn, şəhərin bərpası
proqramı proqramın şərtlərinə cavab verən bir sıra tikinti layihələrindən ibarət ola bilər.
Sektor planları və ya proqramları gələcək layihələrin yerləşmə, yaxud texnologiya ilə
bağlı şərtlərini müəyyən edə bilərlər, məsələn, nəqliyyat infrastrukturunun təxminən
harada inkişaf etdirilməli olduğunu və hansı nəqliyyat növlərinin istifadə ediləcəyini
göstərməklə.
37. Protokola I Əlavədə əksini tapan siyahı əsasən SEQ Direktivinin ( 3 mart 1997-ci il tarixli,
№ 97/11/EС saylı Avropa Şurası Direktivi – ƏMTQ Direktivi ilə düzəliş edilmiş Müəyyən
dövlət və özəl sektor layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə 27 iyun 1985-ci
il tarixli, СЕ № 85/337/EEC saylı Direktivə I Əlavə) müvafiq siyahısı ilə eynidir. (Aİ-yə üzv
dövlətlər həmçinin AK rəhbər sənədinin 3.32-ci bəndində müzakirə edilən "Təbii yaşayış
mühitinin qurunması" Direktivnin meyarlarını tətbiq etməlidirlər
27
.)
Şərt 6
Bu plan və ya proqram Protokola II Əlavədə sadalanan hər hansı digər
layihənin gələcəkdə həyata keçirilməsi üçün icazə zəmini yaradırmı? (maddə
4.2)
27
Vəhşi təbiətin, yabanı floranın və təbii yaşayış mühitin qorunması haqqında 92/43/EEC saylı, 21 May 1992-ci il tarixli Şura Direktivi
.
56
Şərt 7
Milli qanunvericiliyə əsasən, müvafiq Əlavə II layihəsi ƏMTQ tələb edirmi?
(maddə 4.2)
38. Bu iki şərt birlikdə nəzərdən keçirilə bilər. Bu iki şərtdən heç biri ödənməzsə, 8-ci şərtlə
davam edin. Hər iki şərt ödənirsə, 9-cu şərtlə davam edin
39. 6-ci və 5 -ci şərtlər və Protokola II Əlavə oxşar olsalar da, SEQ Direktivinin müvafiq siyahısı
ilə identik deyillər. Lakin 7-ci şərt Protokol və Direktiv arasında vacib bir fərqi təcəssüm etdirir:
Protokolun II Əlavəsində sadalanan və qanunvericilik qaydasında ətraf mühitə təsirin
qiymətləndirilməsini tələb etməyən layihələr üçün strateji ekoloji qiymətləndirmə aparılmaya
bilər, Əksinə, SEQ Direktivinin müvafiq siyahısında sadalanan bütün layihələr, mill
qanunvericiliyə əsasən layihə səviyyəsində ətraf mühitə təsirin qiymətləndirməsinin tələb
olunub-olunmamağından asılı olmayaraq strateji ekoloji qiymətləndirmədən keçirilirlər.
Şərt 8
Plan və ya proqram I və ya II Əlavədə sadalanıb-sadalanmadıqlarından asılı
olmayaraq gələcəkdə layihələrin həyata keçirilməsi üçün zəmin yaradırmı? (maddə
4.3)
40. Nəzərdən keçirilən plan və ya proqram 4, 6, yaxud 7-ci şərti ödəməsə belə 8-ci şərti, eləcə
də, əhəmiyyətli ekoloji nəticələr üzrə (10-cu) şərti ödədikdə, SEQ tələb edir. 8-ci şərt
ödənmədikdə, Protokola əsasən heç bir SEQ tələb olunmur.
41. 4.3-cü maddə gələcək layihələrin həyata keçirilməsinə icazənin verilməsinə zəmin yaradan
və ətraf mühit üçün əhəmiyyətli nəticələri olan plan və proqramları daxil etməklə, Protokolun
əhatə dairəsini genişləndirir. Bu müddəaya 4.2-ci maddəyə daxil olmayan sektorlar üzrə layihələr
(Şərt 4), eləcə də verilən sektorlarda hazırlanan, lakin əlavədə sadalanmayan layihələr (5, 6 və7-
ci şərtlər) aiddir.
Şərt 9
Plan və ya proqram yerli səviyyədə kiçik bir sahənin istifadəsini müəyyən edir, yoxsa
bu plan və ya proqrama cüzi bir düzəlişdirmi? (maddə 4.4)
42. Bu şərt ödənirsə, Protokola əsasən SEQ tələb olunur. Hətta bu şərt ödənsə belə, plan və ya
proqram avtomatik olaraq istisna təşkil etmir, belə ki, hələ də əhəmiyyətli təsirlərin müəyyən
edilməsinə (10-cu Şərt) ehtiyac var
43. Bu şərtin AK rəhbər sənədindən götürülmüş əsas göstəricilərinə (bax: 3.33–3.36-cı bəndlər)
aşağıdakılar daxildir:
"Kiçik" anlayışı "ətraflı götür-qoy" tələb edir və müxtəlif ölkələrdə, hətta eyni ölkənin
müxtəlif hissələrində fərqli mənalara malik ola bilər. Məsələn, "kiçik" sözü bərpa edilmiş
kənd təsərrüfatı sahəsi ilə müqayisədə tarixi bir şəhərdə daha fərqli başa düşülə bilər. AK
rəhbər sənədində məhdud ərazidə tikinti üçün konkret çərçivələr müəyyən edən "inşaat
planı" nümunə göstərilir.
57
Sadəcə "yerli" əvəzinə "yerli səviyyə" sözü yerli hakimiyyət orqanlarının səviyyəsini
bildirə bilər. "Yerli səviyyədə kiçik ərazi" yerli hakimiyyət orqanının tabeliyində olan
bütöv ərazinin istisna (yəni, 9-cu şərtə əsasən) hesab olunmasının qarşısının alınması
kimi başa düşülə bilər.
«Kiçik düzəlişlər» dedikdə, plan və ya proqramın dəyişmə dərəcəsi deyil, belə
dəyişikliklərin ətraf mühit üçün ehtimal olunan nəticələri başa düşülməlidir.
Təsirlərin əhəmiyyəti 8 və 9-cu şərtlər üçün başlıca amildir.
Şərt 10
Plan və ya proqramın əsaslı ekoloji təsirinin olması gözlənilirmi (III Əlavədə
müəyyən edilən meyarlar nəzərə alındıqda)? (maddə 5.1)
44. Yalnız Protokolun tərifinə (maddə 2.5 – 1 və 2-ci şərtlər) uyğun gələn, aşağıdakı şərtlərdən
birinə cavab verən və plan və proqramların siyahısına əsasən strateji ekoloji qiymətləndirmə
tələb etdiyi hələ müəyyən edilməmiş plan və ya proqramların ətraf mühitə əhəmiyyətli
təsirlərinin yoxlanması zəruridir:
Adıçəkilən sektorlardan birinə aid olan və I yaxud II Əlavələrdə sadalanan (və milli
qanunvericiliyə əsasən tələn olunan) (maddə 4.2 – 4-7-ci şərtlər), lakin yerli miqyasda
kiçik bir ərazidən istifadə yollarını müəyyən edən yaxud cüzi düzəlişdən ibarət olanlar
(maddə 4.4, şərt 9),
yaxud I və ya II Əlavədə sadalanıb-sadalanmadıqlarından asılı olmayaraq gələcəkdə
layihələrin həyata keçirilməsi üçün zəmin yaradanlar (maddə 4.3, şərt 8)
45. Bu şərtin əsas xüsusiyyətləri (maddə 5) aşağıdakılardır:
Əhəmiyyət meyarlarından (SEQ direktivin II Əlavəsi ilə bənzər olan III Əlavədə) istifadə
edilməklə təhlil
Dövlət orqanları ilə məcburi konsultasiya
İctimaiyyətin iştirakı (ixtiyari).
Nəticələrin ictimaiyyətə açıqlanması.
46. Əvvəlki şərtlər (1-9 – tətbiq dairəsi) vahid bir orqan daxilində tətbiq edilə bilsə də, 10-cu şərt
(əhəmiyyətli təsirlərin müəyyən edilməsi) ən azı ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə
konsultasiyaların aparılmasını tələb edir. 10-cu şərt həmçinin açıq şəkildə ictimaiyyətin iştirakını
xatırladır, lakin bu müddəanın icrası icbari səciyyəli deyildir (və SEQ Direktivinin tələblərinə
daxil deyil). İctimaiyyətin iştirakı və dövlət orqanları ilə konsultasiyanın ətraflı təsvirinə müvafiq
olaraq A4 fəslinin A4.3 və A4.4 bölmələrində yer verilir.
47. Yenə də əvvəlki şərtlərdən fərli olaraq, Protokola əsasən əhəmiyyətli təsirlərin müəyyən
edilməsinin nəticələrinin ictimaiyyətə açıqlanması tələb olunur. Bu yuxarıda 15-ci və aşağıda 55-
ci bənddə müzakirə olunur.
58
48. Bu şər III Əlavədə göstərilən plan və ya proqramların xarakteristikaları və onların təsirləri
(əhəmiyyətlilik meyarları) ilə əlaqədar meyarları nəzərə alınmalıdır:
Davamlı inkişafa yardım.
Gələcək layihələr üçün zəminin yaradılması dərəcəsi
Digər plan və proqramlara təsir.
Müvafiq ekoloji problemlər.
Təsirlərin mahiyyəti, o cümlədən transsərhəd səciyyəli olub-olmamağı
Risklər.
Qiymətli və həssas ərazilərə təsir.
49. Bütün meyarlar birlikdə nəzərdən keçirilməlidir, bundan sonra hansı meyarın uyğun
gəldiyinin müəyyən edilməsi məqsədi ilə ekspert rəyinə müraciət etmək olar. Əgər plan və ya
proqramın əhəmiyyətli nəticəsinin olub-olmayacağını müəyyən etmək mümkün deyilsə, ehtiyat
tədbiri kimi SEQ-in yerinə yetirilməsi tövsiyə olunur.
50. AK rəhbər sənədi müvafiq əhəmiyyətlilik meyarlarına əsasən, plan və proqram növlərinə
kəmiyyət meyarlarının və yol verilən hədd qiymətlərinin tətbiqi zamanı SEQ Direktivinə
ekvivalent müddəa kimi “ yalnız layihələrin ölçüsü və ya maliyyə hədləri, yaxud hazırlanan plan
və ay proqramın aid olduğu fiziki əraziyə əsasında ... [əhəmiyyətliliyi yoxlayan sistemlərdən]
yayınmağı” tövsiyə edir. 3.47).
51. AK rəhbər sənədində həmçinin belə yanaşmanın nə üçün tövsiyə edilmədiyini izah edən
misal çəkilir
28
: “Hətta miqyasca kiçik bir layihə ekoloji amillərin... ən kiçik dəyişikliklərə belə
həssas olduğu əraziyə aid olduğu təqdirdə, ətraf mühit üçün əhəmiyyətli nəticələrə səbəb ola
bilər. Analoji olaraq, miqyasından asılı olmayaraq, mahiyyəti etibarı ilə bu amillərdə əhəmiyyətli
və ləğvi mümkün olmayan dəyişiklik yaratmaq riski daşıyan layihələrin əhəmiyyətli nəticələrə
səbəb olmaq ehtimalı yüksəkdir. (bənd 3.60).
52. III Əlavədə əksini tapan əhəmiyyətlilik meyarları Cədvəl A3.1-də müzakirə olunur.
Təsirlərin əhəmiyyətinin müəyyən edilməsi üçün başqa meyarlardan da istifadə edilə bilər. Bu
baxımdan, məsələn, təsirlərin kumulyativ, yoxsa daimi olacağının müəyyən edilməsi üçün 2.7-ci
maddədə müəyyən edilən "ekoloji reseptorlar" və IV Əlavədə istinad edilən məlumatlar faydalı
ola bilər. Bundan başqa, SEQ Direktivinə Protokolda qeyd edilməyən, lakin təsirlərin
əhəmiyyətinin müəyyən edilməsi üçün yararlı ola biləcək iki əlavə meyar daxildir:
Təsirlərin kumulyativ mahiyyəti.
28
Avropa Ədalət Məhəkəməsinin ƏMTQ üzrə müvafiq işlə bağlı hökmü (C-392/96, 21 sentyabr 1999 Komissiya İrlandiyaya qarşı) Qərarı
aşağıdakı ünvandan əldə etmək olar:
http://eurlex.europa.eu/smartapi/cgi/sga_doc?smartapi!celexplus!prod!CELEXnumdoc&lg=en&numdoc=61996J03 92.
59
Mənfi təsirlərə məruz qalacağı ehtimal edilən ərazinin aşağıdakılardan irəli gələn
əhəmiyyəti və həssaslığı:
Xüsusi təbii keyfiyyətlər və ya mədəni irs
Ekoloji keyfiyyət standartlarının, yaxud tullantı hədlərinin pozulması
Torpaqdan intensiv istifadə.
53. Təsirlərin III Əlavədə sadalanan əhəmiyyət meyarları əhəmiyyətinə görə ardıcıl
sıralanmasalar da, qruplaşdırıla bilərlər: ümumiyyətlə, 1-4-cü bəndlər plan və ya proqramın
xüsusiyyətlərinə, 5-8-ci bəndlər isə onların nəticələrinə aiddir.
54. Nəzərdən keçirilən hər hansı meyar, plan və ya proqramın böyük ehtimalla əhəmiyyətli
nəticələrinin olacağını müəyyən edərsə, əhəmiyyətin müəyyən edilməsi prosesinin davam
etdirilməsinə ehtiyac qalmır: SEQ prosesinin başladılması üçün bu meyar kifayətdir. Lakin bir
çox plan və ya proqramların ətraf mühitə əhəmiyyətli təsir etmək ehtimalının dəqiq müəyyən
edilməsi çətin ola bilər. “Ehtimal” ifadəsi belə vəziyyəti nəzərdə tutur, belə ki, nəticələrin
məntiqi baxımdan məqbul baş vermə ehtimalı çərçivəsində gözlənilən olduğunun nümayiş
etdirilməsi tələb olunur.
|