Hansı yolla effektiv şəkildə:
Zəhmət olmasa,
qiymətləndirin:
2 – Yüksək
prioritet 1 –vacib
0 – aidiyyəti
yoxdur
. Yardımın tələb
edə biləcəyi
konkret məsələlər
hansılardır?
SEQ plan və ya proqramın hazırlanaması prosesi çərçivəsində
Protokolun 2.6-cı maddəsinə müvafiq qaydada yerinə yetirilə
bilər (məsələn, SEQ qərarın qəbulu prosesi ilə necə
əlaqələndirilə bilər və s.)
4- və 5-ci maddələrə uyğun olmaq şərti ilə, SEQ-in həyata
keçirilmə zərurəti müəyyən edilə bilər (məsələn, öhdəliklər və
istisnalar siyahısını necə birləşdirmək olar və fərdi qaydada
təhlil nə vaxt tətbiq edilməlidir və s.) 6-cı maddənin
tələblərinin ödənməsi şərti ilə,
SEQ-in əhatə dairəsinin müəyyən edilməsi təşkil edilə bilər
(məsələn, əhatə dairəsi nə vaxt müəyyən edilməlidir, ictimai
və səlahiyyətli orqanlarla konsultasiyaların aparılması üçün
münasib metod neçə seçilməlidir, SEQ üçün texniki
tapşırıqları necə yazmalı və s.)
215
SEQ çərçivəsində ətraf mühitin ilkin vəziyyəti haqqında
araşdırma hazırlana bilər (IV Əlavə – 2, 3 və 4-cü bəndlərə
müvafiq qaydada)
SEQ çərçivəsində ekoloji məqsədlərdən istifadə etmək olar (
IV Əlavə, 5-ci bəndə uyğun).
Ətraf mühitin, o cümlədən əhalinin sağlamlığının məruz
qalacağı ehtimal olunan əhəmiyyətli təsirlərin təhlili
aparılmalıdır ( IV Əlavə, 6-cı bəndə uyğun olaraq).
Plan və ya proqramların alternativləri müqayisə edilə bilər ( IV
Əlavə, 8-ci bəndinə müvafiq qaydada).
5-ci maddənin və IV Əlavənin 5-cu bəndinin tələblərinin
ödənməsi üçün SEQ sonrası monitorinq planları hazırlamaq
olar
Transsərhəd təsirləri təhlil etmək olar ( IV Əlavə, 10-cu bəndə
əsasən).
8-ci maddənin tələblərinin ödənməsi şərti ilə SEQ hesabatının
ictimai ekspertizası təşkil edilə bilər (məsələn, əhalinin
maraqlı təbəqələrini necə müəyyən etməli, ictimaiyyəti necə
məlumatlandırmalı və rəyləri necə toplamalı, ictimaiyyətin
rəylərini necə təhlil etməli və s.)
Ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiyaları
9-cu maddəyə müvafiq qaydada təşkil etmək olar (məsələn,
müvafiq səlahiyyətli orqanları necə müəyyən etməli, SEQ
çərçivəsində onlarla effektiv şəkildə necə məsləhətləşməli və
s.)
Transsərhəd konsultasiyalar 10-cu maddəyə müvafiq qaydada
həyata keçirilə bilər (məsələn, bildiriş nə vaxt verilməlidir,
sənəd mübadiləsi hansı səviyyədə baş tutmalıdır, effektiv
transsərhəd konsultasiyalar necə təşkil edilməlidir)
Qərar qəbul edən şəxslərə SEQ-lə əlaqədar xərc və mənfəətləri
izah etmək olar
SEQ siyasətlərə və qanunvericilik aktlarına 13-cü maddəyə
müvafiq qaydada tətbiq edilə bilər.
Protokolun icrası üçün qanun və ya normativ sənədlər
hazırlamaq olar
IV. SEQ islahatlarında maraqlı olan əsas tərəflər
IV.1. SEQ prosesinə görə cavabdeh əsas institutları göstərin (əlaqə məlumatları, aparıcı vəzifəli
şəxslərin adları).
IV.2. Ölkədə SEQ/ƏMTQ islahatlarını təbliğ edən əsas maraqlı tərəfləri və şəbəkələri göstərin
(QHT-lər, ƏMTQ mərkəzləri, peşəkar qəzet və jurnallar və s.).
V. Ölkədə SEQ potensialının yaradılması üçün keçmiş, davam etməkdə olan və planlaşdırılan
təşəbbüslər
V.1. Dövlətin Protokolun icrası və təsdiqi məqsədi ilə planlaşdırdığı əsas tədbirləri təsvir edin
(pilot tədiqatlar, yeni qanun, qaydalar və s.).
216
V.2. Ölkədə SEQ sahəsində keçmiş və davam etməkdə olan bütün donor yardımı proqramlarını
təsvir edin.
V.3. Ölkədə hansı SEQ/ƏMTQ kursları (universitetlərdə, dövlət qulluqçularının hazırlanması
üçün tədris proqramları) mövcuddur və ya planlaşdırılır?
V.4. Hər hansı digər QHT, konsultasiya və ya tədris proqramlarını təsvir edin.
VI. BMTİP və REM layihəsinin ən effektiv aparıcı istiqaməti haqqında tövsiyələr
Zəhmət olmasa, müəyyən ölkələrdə SEQ üzrə pilot layihələrin hazırlanması daxil olmaqla,
müdaxilələrin və ya fəaliyyətlərin növlərini aydınlaşdırın, Protokolun icrası potensialının inkişaf
etdirilməsi baxımından effektivlik ehtimalını nəzərə almaqla əhəmiyyət sırasını müəyyən edin.
Başlıca istiqamətləri müəyyən edən zaman siz potensialın inkişaf etdirilməsinə yönəlmiş
aşağıdakı tədbirləri nəzərdən keçirə bilərsiniz:
Pilot layihələr: konkret plan və ya proqramın strateji ekoloji qiymətləndirməsinə dəstək (
yüksək prioritet hesab olunursa, hansı planlaşdırma növü üçün yardım göstərilə biləcəyini
göstərin)
Qanunvericilik islahatlarına yardım (Protokolun icrası məqsədi ilə yeni qanun və ya
qaydaların hazırlanması).
Milli rəhbər sənədlərin hazırlanması (SEQ yanaşmasının, tətbiq edilə biləcək metodların
müəyyən edilməsi və s.).
Təlim materiallarının hazırlanması və təlimçilərin təlimi.
Qərar qəbuluna, siyasətlərin hazırlanmasına görə məsul aparıcı şəxslərin, rəhbər vəzifəli
şəxslərin strateji ekoloji qiymətləndirmə ilə tanışlığının təmin edilməsi üçün təbliğat
kampaniyası (broşurların, reklam vərəqələrinin hazırlanması, internet saytın yaradılması
və s.)
217
Əlavə B1.2
SEÇİLMİŞ ŞƏRQİ AVROPA, QAFQAZ VƏ
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNDƏ PROTOKOLUN
İCRASI ÜÇÜN MILLI POTENSİALIN INKIŞAF
ETDİRİLMƏSİ STRATEGİYALARI ÜÇÜN SADƏ
TEXNİKİ TAPŞIRIQ NÜMUNƏLƏRİ
218
Giriş
Bu əlavə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada seçilmiş dörd ölkədə SEQ protokolunun
icrası məqsədi ilə milli strategiyaların hazırlanması çərçivəsini təqdim edir. Bu milli strategiyalar
sözügedən ölkələr qrupunda Protokolun gələcək icrası üçün potensialın inkişaf etdirilməsi
tələbatını aşkara çıxarmağa kömək etmişlər.
Strategiyanın hazırlanması prosesi
Hər bir strategiya aşağıdakılarla konsultasiyalar vasitəsi ilə hazırlanmışdır:
Protokolun milli strategiyanın bir hissəsini təşkil etməsinin təmin olunması məqsədi ilə
Protokol üzrə milli koordinasiya mərkəzləri
Ölkənin aparıcı ekoloji qiymətləndirmə mütəxəssisləri və QHT-lər.
Ölkədə SEQ sisteminin inkişafına dəstək verə biləcək əsas beynəlxalq təşkilatlar.
Strategiyanın təklif edilən strukturu
İlkin məlumat
Aydın və dəqiq ilkin məlumat aşağıdakılar haqqında idi:
Protokolun milli qanunvericilik sisteminə köçürülməsi üçün planlaşdırılan qrafik.
Dövlətin Protokolun köçürülməsi üçün izləyəcəyi yolun təsviri, məsələn, ətraf mühitə
təsirlərin qiymətləndirilməsi üzrə mövcud müddəaların Protokolu tələblərinə uyğun
olaraq, plan və proqramları əhatə edəcək şəkildə genişləndirilməsi və yenilənməsi;
planlaşdırma prosesinə yeni SEQ tələblərinin daxil edilməsi; yaxud tamamilə yeni
qiymətləndirmə alətləri ilə. Verilən yolun nə üçün digər alternativlərin üstün
tutulduğunun qısa izahı verilirdi.
Protokolun milli qanunvericiliyə köçürürlməsi üçün nəzərdə tutulmuş normativ sənədlər
(məsələn, yeni qnaun və ya sərəncam, yaxud mövcud qanun və ya sərəncamlrda
dəyişiklikləri, tövsiyə sənədləri və s.)
II. Ölkənin ehtiyaclarının qiymətləndirilməsi
Ölkənin ehtiyaclarının qiymətləndirilməsi üzrə əvvəlki qiymətləndirmələr səlahiyyətli orqanlar,
SEQ Protokolunun icrasına görə məsul şəxslər və SEQ mütəxəssislərin ilə əhatəli konsultasiyalar
əsasında yenilənmişdir. Ölkə üzrə qiyməytləndirmələrdə göstərilən məlumatlar tamamlanmış və
Protokol üzrə koordinasiya mərkəzləri tərəfindən rəsmi qaydada təsdiq edilmişdir.
III. Orta müddətli strategiya
219
Milli komanda ekoloji qiymətləndirmə sahəsində islahatların aparılmasında maraqlı olan başlıca
tərəflərlə (səlahiyyətli orqanlar, Protokolun icrasına görə məsul şəxslər, ətraf mühitə təsirlərin
qiymətləndirilməsi sahəsinin aparıcı mütəxəssisləri və QHT-lər) əhatəli konsultasiyalar əsasında
ölkədə SEQ potensialının inkişafı etdirilməsi üçün uzunmüddətli ümumi strategiya
hazırlanmışdır. B1 fəslinin ilkin layihəsində təqdim olunan çərçivəyə uyğun olaraq, strategiya
bütün potensial növlərini - sistem potensialını, institusional potensialı və insan potensialını əhatə
edirdi. Strategiya gələcək beş il üçün hazırlanmışdı və hər bir potensial növünün inkişaf
etdirilməsi üçün real hədəflər, və yalnız milli resursların və ya məhdud beynəlxalq yardımın
köməyi ilə istifadə oluna biləcək real alətlər təklif edirdi.
IV. Qısa müddətli prioritetlər
Ümumi strategiya hazırlandıqdan sonra 2008-ci ilə qədər üç ən vacib qısa müddətli tədbirlər
müəyyən edildi. Bu prioritet tədbirlər aşağıdakıları dəqiq müəyyən edən başlıca layihə ideyaları
formasında hazırlanmışdı:
Hədəf qruplar, maraqlı tərəflər və benefisiarlar.
Texniki tapşırıq nümunəsi
Tədbirin həyata keçirilməsi üçün təklif olunan fəaliyyət ardıcıllığı
Ölkədəki digər donor və potensialın inkişaf etdirilməsi fəaliyyətləri ilə əlaqəlilik.
Büdcə.
V. İcra tədbirləri
İcra tədbirləri müəyyən edir:
Strategiyanın icrasına nəzarətə görə cavabdeh təşkilat.
Strategiyanın rəsmi statusu və onun təsdiqi (məsələn, ekologiya nazirliyi və ya davamlı
inkişaf üzrə milli şura kimi digər müvafiq orqanlar tərəfindən)
Ölkə səviyyəsində icra məqsədi ilə resursların təmin edilməsi üçün gələcək işçi tədbirlər
(məsələn, ekologiya nazirliyinin büdcəsi, əsas donor- təşkilatlarından toplanan vəsait)
220
Birləşmiş Millətlər Təşkilatının nəşri,
Cenevrə GE.11-25822–Dekabr 2011
ECE/MP-EIA/17
Dostları ilə paylaş: |