Əsas sağlamlıq determinantları
52
52
Mənbələr: Hugh Barton, “Şəhərsalma mütəxəssisləri üçün sağlamlıq xəritəsi: sağlam və davamlı yaşayış məntəqələri üçün konseptual modelə
doğru”, Yenidən yaradılmış mühit, cild 31, Say 4 (2005), səh 339–355; Hugh Barton və Marcus Grant, “İnsanın yaşayış mühitinin sağlamlıq
xəritəsi”, "Journal of the Royal Society for the Promotion of Health" jurnalı say. 126, nömrə 6 (2006); və M. Whitehead və G. Dahlgren, “
Sağlamlığa əlaqədar qeyri adekvatlıqlar barədə nə etməli?”, "The Lancet", say. 338, nömrə 8774 (1991), səh. 1059–1063
.
160
Çex Respublikasının Sahibkarlıq və innovasiyalara dəstək üçün 2007-2013- cü illər üçün
təsərrüfat fəaliyyəti proqramının strateji ekoloji qiymətləndirməsi çərçivəsində sağlamlığa
təsirlərin qiymətləndirilməsi
53
:
Seçilmiş sağlamlıq determinantları:
Ətraf mühit amilləri: mühitdə havanın keyfiyyəti, səs-küy və zəhərli maddələr
. Sosial-iqtisadi amillər: işlə təminat və təhsil.
Sosial və kommunal şəbəkələr/təsirlər: yoxdur.
Yaşayış və iş şəraiti: Geniş istifadə olunan məhsulların və tikintinin təhlükəsizliyi
Fərdi həyat tərzi amilləri: asudə vaxtın sağlamlığa faydalı keçirilməsi üsulları(məsələn,
aqro-turizm, velosiped və s.).
SEQ komandası tərəfindən yerinə yetirilən xüsusi tapşırıqlara daxildir:
Sağlamlıq məsələlərinin nə üçün ayrıca deyil, SEQ çərçivəsində ələ alındığının
aydınlaşdırılması
. Çexiyada əhalinin sağlamlığı ilə bağlı vəziyyət haqqında qısa icmalı.
Siyasət, plan və proqramların əhalinin sağlamlığına təsirlərinin təhlilinin əsas metodoloji
məsələlərinin icmalı, o cümlədən həm ətraf mühitin vəziyyətindəki dəyişikliklərdən, həm
də sosial-iqtisadi amillərdən irəli gələn sağlamlığa təsirlərin təhlil edilməsinin
zəruriliyinin izahı.
Proqramın sağlamlığa təsirlərinin qiymətləndirilməsi üçün seçilmiş yanaşmanın izahı,
sözügedən təsərrüfat fəaliyyətinə müvafiq sağlamlıqla əlaqədar siyasətləri, plan və
proqramların icmalı ilə birlikdə.
Əsasən aşağıdakılar vasitəsi ilə sağlamlığa faktiki təsirlərin qiymətləndirilməsi: (a)
proqram çərçivəsində təklif edilən ayrı-ayrı müdaxilələrin mümkün birbaşa nəticələrini
(müsbət və mənfi) təsvir edən SEQ komandası; (b) proqram çərçivəsində həyata keçirilən
bu müdaxilələrin müvafiq sağlamlıq determinantlarına mümkün müsbət və ya mənfi
təsirlərini müəyyən edən SEQ komandası.
Aşağıdakılar daxil olmaqla, bu proqramın icrası üçün təkliflərin verilməsi: (a) bu
proqram tərəfindən təşviq ediləcək gələcək layihələrin seçilməsi meyarları və şərtləri
(ekoloji və digər şərtlər daxil olmaqla); (b) sağlamlığa təsirlərin monitorinqi üçün təklif
edilən göstəricilər.
Ümumi qənaətlərin əldə edilməsi.
Bu qiymətləndirmələr Çex Respublikasının (Milli Səhiyyə İnstitutunun) tanınmış səhiyyə
mütəxəssislərinin kollektiv ekspert rəyləri əsasında aparılmış və SEQ komandasının qalan hissəsi
tərəfindən nəzərdən keçirilmişdir.
Plan və ya proqramın təsir edə biləcəyi sağlamlıq determinantları nümunələri
54
:
53
Martin Smutny, SEQ komandasının rəhbəri, fərdi əlaqə, yanvar 2007. Daha ətraflı məlumat üçün:
martin.smutny@integranet.cz
.
54
Təsirlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyaya əsasən, Sağlamlığa təsirlərin qiymətləndirilməsi: Beynəlxalq qabaqcıl təcrübə
prinsipləri, Xüsusi nəşrlər seriyası, nömrə 5 (Sentyabr 2006). Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.iaia.org/publicdocuments/special-
publications/SP5.pdf.
161
Gəzinti və ya velosiped gəzintisinin asanlaşdırılması kimi sağlam həyat tərzinə təsir edən
amillər, sağlamlıq üçün faydalı məhsulların mövcudluğu, idman üçün ictimai yerlərin
olması, ictimai nəqliyyatın təmin edilməsi və şəxsi avtomobildən istifadədən çəkindirmə.
Sosial və ya icma, yaxud şəbəkə təsirləri ilə bağlı amillər, məsələn, icma birləşmələri,
icma ayrı-seçkilikləri və ya parçalanmaları, sosial dəstək və ya təcrid olunma, kommunal
xidmətlərdən istifadə imkanı (tibbi xidmət, sosial dəstək, alış-veriş daxil olmaqla) yerli
nəqliyyat və rabitə şəbəkələrinin mövcudluğu, torpaqdan istifadə, şəhərsalma,
təhlükəsizlik və cinayətkarlıq səviyyələri.
Yaşayış və iş şəraiti ilə əlaqədar amillər, məsələn mənzil təminatı və mənzil təminatının
keyfiyyəti, təhlükəsiz içməli su, adekvat kanalizasiya sistemi, qapalı yerlərdə havanın
keyfiyyəti, təhlükələrə məruz qalma (başqa sözlə, qəza riskləri, o cümlədən iş yerində bə
nəqliyyatda mövcud təhlükələr).
Ümumi sosial-iqtisadi amillər (məsələn, təhsil, işlə təminat və gəlir), mədəni amillər
(məsələn, ənənəvi həyat tərzi ilə əlaqədar dəyərlərə təsirlər, mədəni və dini əhəmiyyətli
yerlər) və ekoloji amillər (hava, su və torpaq çirklənməsi, səs-küy, infeksiya
daşıyıcılarının törəndiyi yerlər və s.).
Yuxarıda qeyd edilən amillərin bəziləri bir-birləri ilə əlaqəlidir və asanlıqla hər hansı
determinant kateqoriyasına aid edilə bilmədiklərindən birdən artıq kateqoriyada özlərinə yer
tapa bilərlər. Bununla belə, bu sağlamlıq determinantları çərçivəsi tam yaddaş siyahısı və ya
sağlamlıq amillərinin təsnifatı və kateqoriyalar aid edilməsi üçün mütləq şablon deyil.
Çərçivə konkret plan və ya proqramın təsir edə biləcəyi müxtəlif sağlamlıq amillərinin ilkin
müəyyən edilməsi zamanı mümkün istifadə üçün təqdim edilir.
Protokol çərçivəsində strateji ekoloji qiymətləndirmənin mərkəzində fiziki mühit dayanır.
Lakin Protokolun tətbiqi təcrübəsi inkişaf etdikcə bəzi ölkələrdə fiziki, sosial və davranış
mühitləri arasında daha mürəkkəb qarşılıqlı əlaqələrin qiymətləndirilə biləcəyi gözlənilir.
Ekoloji amillər sağlamlıq təsirlərinin müəyyən edilməsi baxımından vacib olsa da, gərək ki,
sağlamlıqla sıx əlaqəli olan sosial-iqtisadi amillər, o cümlədən gəlir və təhsil bu kontekstdə
daha əhəmiyyətli rola malikdir (bax: aşağıdakı haşiyə). Bununla belə, bir çox plan və
proqram növlərinin (məsələn, torpaqdan istifadə planları) bu sağlamlıq determinantlarına
təsirinin qiymətləndirilməsi çətin ola bilər.
Sosial iqtisadi vəziyyətin mühüm sağlamlıq determinantları olan ölçü meyarları
55
Sosial- iqtisadi vəziyyət aşağıdakılar daxil olmaqla, bir sıra dəyişənlər vasitəsi ilə ölçülə bilər:
Gəlir (fərdi və ya birgə). Gəlir maddi resurslara birbaşa təsir etsə də, sağlamlığa da təsir
edir. Gəlir maddi yaşayış standartlarının ən yaxşı vahid göstəricisidir. Lakin həssas
55
Bax: Bruna Galobardes, Mary Shaw, Debbie A. Lawlor, John W. Lynch və George Davey Smith, “Sosial-iqtisadi vəziyyətin göstəriciləri (1-ci
hissə)”, "Journal of Epidemiology and Community Health" (2006), say 60, səh. 7–12. Aşağıdakı ünvandan əldə edilə bilər:
http://jech.bmj.com/cgi/content/full/60/1/7.
162
mahiyyəti bu məlumatın toplanmasını məhdudlaşdıra bilər..
Təhsil səviyyələri (fərdi mülkiyyət). Təhsil gələcək iş təminatının və gəlir üçün güclü
determinantıdır və fərdin koqnitiv funksiyasına təsir edə bilər. Təhils səviyyələri ilə bağlı
məlumatları ölçmək asandır. Lakin bu meyarlar bir qayda olaraq təhsilin keyfiyyətini
qiymətləndirmirlər.
Peşə ilə bağlı tədbirlər. Məşğuliyyət gəlirlər sıx əlaqəlidir. Bundan əlavə, peşə sinfi
ictimai mövqeyi əks etdirir və sağlamlığa təsir edə bilər. Peşə məşğuliyyətləri həmçinin
spesifik zəhərli mühitlə bağlı, yaxud işin icrası ilə bağlı təhlükələri ehtiva edə bilər. Peşə
məşğuliyyətlərinin ölçü meyarları haqqında məlumat hər hansı adi məlumat mənbəsindən
əldə edilə bilər
Protokol yalnız ehtimal oluna və əhəmiyyətli ekoloji problemlərin qiymətləndirilməsini tələb
edir. Buna görə də ətraf mühitin mühafizəsi və səhiyyə orqanları konkret plan və ya porqamın
təsir edə biləcəyi sağlamlıq amillərin uzun siyahısının yalnız əhəmiyyətli təsirlərlə əvəz
edilməsini faydalı hesab edə bilərlər. Bu proseslər bağlı bəzi tövsiyələrlə Protokolun III
Əlavəsində yer verilir.
3.2 MÜVAFIQ TƏBİƏTİ MÜHAFIZƏ VƏ SƏHIYYƏ ORQANLARI İLƏ
KONSULTASİYA
Ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiya SEQ çərçivəsində sağlamlıq
amillərinin nəzərə alınmasında ən mühüm yeri tutur. Lakin bir çox ölkələrdə ətraf mühitin
mühafizəsi üzrə müvafiq orqanları müəyyən etmək daha asandır nəinki onların sağlamlıq üzrə
tərəfdaşlarını. Bir qayda olaraq, fərqli cavabdehliklərə malik çoxsaylı təşkilatlar mövcud olur:
Milli orqanlar çox vaxt sağlamlıq siyasətinin inkişaf etdirilməsi və icrası məsələləri üzrə
baş idarə kimi fəaliyyət göstərirlər.
Regional və yerli səlahiyyətli orqanlar yerli əhalinin operativ məsələləri ilə bağlı daha
konkret rola malik ola bilərlər.
Bələdiyyələr sağlamlığın qorunmasında və təbliğinda rol oynaya bilərlər. Bura sanitar
şəraitin yaxşılaşdırılması, su təchizatı kimi ənənəvi sağlamlıq idarəetməsi, eləcə də
sağlamlığın təbliği və ilkin tibbi yardım xidməti daxil ola bilər.
Səhiyyə orqanları nadir hallarda plan və ya proqramın hazırlanması prosesinə cəlb edilirlər.
ÜST Sağlam Avropa Şəhərləri Şəbəkəsi tərəfindən təşkil olunmuş araşdırma səhiyyə və
planlaşdırma agentliklərinin araşdırılan halların yalnız 25 faizi nisbətində müntəzəm əməkdaşlıq
etdiyini aşkara çıxarmışdır
56
. Səhiyyə orqanlarında həmçinin effektiv yardım potensialı
çatışmaya bilər və onlar - ən azı ilkin mərhələdə - adekvat dəstək və bələdçiliyə ehtiyac duya
bilərlər. Zəruri olarsa, onların yardımlarına müraciət üçün müvafiq qarşılıqlı fəaliyyət tədbirləri
və prosedurları (xidmət müqavilələri kimi) tətbiq oluna bilər (həmçinin müvafiq səlahiyyətli
orqanlarla konsultasiyalardan bəhs edən A4.4 bölməsinə nəzər salın).
56
Hugh Barton, Claire Mitcham və Catherine Tsourou (red.), Təcrübədə sağlam şəhər planlaşdrıması: Avropa şəhərlərinin təcrübəsi, Hesabat:
ÜST Sağlam şəhər planlaşdırması üzrə şəhər fəaliyyət qrupu (2003). Aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.euro.who.int/document/E82657.pdf
163
Doğrudan da başlanğıcda konkret proqram və ya plan növünün əhəmiyyətli təsirə məruz qoya
biləcəyi sağlamlıq amillərini müəyyən etmək, eləcə də plan və ya proqramların əhalinin
sağlamlığına müsbət və mənfi təsirləri haqqında qənaətə varmaq çətin ola bilər. Bu baxımdan
ətraf mühiti mühafizə və səhiyyə orqanlarının, eləcə də olan və proqram tərtibatçılarının
məlumatları bölüşməsi və aşağıdakılar haqqında tədricən qarşılıqlı anlayış əldə etməsi faydalı
olardı:
Müxtəlif plan və proqramların əhəmiyyətli təsirə məruz qoyacağının güman edildiyi
sağlamlıq determinantları.
Sağlamlıq determinantlarında baş verən dəyişikliklərlə sağlamlığa müvafiq təsirlər
arasında səbəb-nəticə əlaqələri.
Əhalinin sağlamlığına hər hansı əhəmiyyətli mənfi təsirin qarşısının alınması, azaldılması
və ya nəticələrinin yüngülləşdirilməsi tədbirləri.
Müxtəlif plan və proqramların icrası zamanı sağlamlığa faktiki təsirlərin monitorinqi
tədbirləri.
3.3 ƏHALİNİN SAĞLAMLIĞINA GÖZLƏNİLƏN TƏSİRLƏRİN
QİYMƏTLƏNDİRİLMƏSİ
Plan və ya proqramın əhəmiyyətli təsirə məruz qoyacağı ehtimal edilən əsas sağlamlıq
determinantlarının müəyyən edilməsi, plan və ya proqramın əhalinin sağlamlığına müsbət və
mənfi təsirlərinin qiymətləndirilməsi üçün özül rolunu oynaya bilər. Bu determinantlarda baş
verən dəyişikliklər əhalinin sağlamlığna aşağıdakı təsirlərlə nəticələnə bilər:
Birbaşa və ya ikinci dərəcəli.
Qısa, orta və ya uzun müddətli.
Kumulyativ və ya sinergik
Daimi və ya müvəqqəti
Aşağıdakı cədvəl fiziki mühit üçün risk amillərinin, eləcə də mümkün əlaqədar xəstəlik və
risklərin icmalını əks etdirir. Yerli şəraitə uyğunlaşdırılmış belə cədvəl müəyyən şərtlər daxilində
səlahiyyətli orqanlar üçün faydalı ola bilər. O həmçinin müxtəlif plan və ya proqram növlərinə
adaptasiya edilə bilər.
Yuxarıdakı 3.1-ci bölmədə müzakirə olunan qeyri-müəyyənlikləri və məhdudiyyətləri nəzərə
alsaq, strateji ekoloji qiymətləndirmə aparan orqanların plan və proqramlarının əhalinin
sağlamlığına müsbət və ya mənfi təsirlərini dəqiq və ya təfərrüatları ilə proqnozlaşdırmasını
gözləmək real olmazdı. Digər tərəfdən bir qayda olaraq belə təsirlərin proqnozlaşdırılması üçün
çox ətraflı araşdırılmaların aparılması praktiki baxımdan mümkün olmur. Yalnız xüsusi hallarda
yerinə yetirilən daha ətraflı araşdırmalar zamanı düzgün, sadə və praktiki yanaşmalardan istifadə
vacibdir, belə ki, strateji ekoloji qiymətləndirmə zamanı sağlamlığın adekvat şəkildə nəzərə
alınması mühüm metodoloji və prosedurla bağlı çətinliklər yaradır.
164
Bu baxımdan qeyd etmək vacibdir ki, Protokol 2-ci maddəsinin 7-ci bəndi vasitəsi ilə,
aşağıdakılar nəzərə alınmaqla, yalnız məntiqi baxımdan tələb oluna biləcək məlumatların təmin
edilməsini tələb edir.
Cari biliklər və qiymətləndirmə metodları.
Plan və ya proqramın məzmunu, əhatəlilik dərəcəsi və qərarın qəbulu prosesinin
mərhələsi
İctimaiyyətin maraqları.
Qərarın qəbul edilməsinə görə məsul orqanların məlumat ehtiyacları.
Bundan əlavə, Protokolun IV əlavəsinin 8-ci bəndi ətraf mühitin mühafizəsi haqqında hesabata
lazımi məlumatların təmin edilməsi ilə bağlı qarşıya çıxan texniki qüsur və ya bilik çatışmazlığı
ilə bağlı məlumatların da daxil edilməsini tələb edir.
Sağlamlığa təsirlərin keyfiyyət qiymətləndirməsi
Əksər hallarda sağlamlığa təsirlərin qiymətləndirilməsi keyfiyyət deyil, kəmiyyət səciyyəli
olacaq. Lakin, keyfiyyət qiymətləndirməsi təxminlərin irəli sürülməsi demək deyil: hər hansı rəy
lazımınca əsaslandırılmalı və mümkün olduqca mövcud tədqiqat və biliklərə əsaslanmalıdır.
A5.1 Əlavəsi ekspert qiymətləndirməsinə yardın edən bəzi analitik alətləri təsvir edir; tibb
sahəsindən başqa alətlər əxz oluna bilər. London Səhiyyə Observatoriyası Sağlamlığa təsirlərin
qiymətləndirilməsində istifadə üçün SEQ-ə müvafiq ola biləcək keyfiyyət və kəmiyyət
faktlarının qiymətləndirilməsi üçün bir sıra addımları ətraflı təsvir edən nəşr edilmiş faktlardan
istifadəyə dair rəhbər sənəd
57
hazırlamışdır.
57
Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.lho.org.uk/download.aspx?urlid=10846&urlt=1
165
Fiziki mühit riski amillərinə nümunələr, əlaqədar xəstəliklər və risklər (ÜST, 2006; AİK
regionuna uyğunluq məqsədi ilə adaptasiya ilə) Fiziki mühit riski amilləri
Xəstəlik və ya Risk
Fiziki mühit risk amilləri
Su
, sanitari
ya v
ə gi
gi
yena
Qa
pal
ı m
ək
an
larda havan
ın çirkl
ənm
əsi
Atmosfer h
avas
ın
ın ç
ir
kl
ənm
əsi
S
əs
Dig
ər m
ən
zil t
əminat
ı ris
kl
əri
Kim
yə
vi madd
əl
ər
İstirah
ət m
ühi
ti
Su ehti
yatl
ar
ın
ın i
da
rə
ol
un
mas
ı
To
rpaqdan
istifa
də
v
ə yenid
ən y
arad
ılm
ış
müh
it
Dig
ər ic
ma
ris
kl
əri
Ra
di
as
iya
M
əşğ
uli
yy
ət
İq
lim
də
yi
şi
kliy
i
Yüngül respirator
Kəskin respirator
İshal xəstəlikləri
Nematod
infeksiyaları
Leyşmanioz
Cinsi yolla ötürülən
xəstəliklər
İnsanın immun
çatışmazlığı virusu
(İİV)
Hepatit B və C
Vərəm
Perinatal şərait
Anadangəlmə
anomaliyalar
Yetərsiz qidalanma
Xərçəng
Psixo-nevroloji
pozuntular
Katarakta
Karlıq
Ürək-damar
xəstəlikləri
Ağ ciyərlərin xronik
obstruktiv
xəstəlikləri
Astma
Əzələ-skelet sistemi
xəstəlikləri
Hərəkətsizlik
Yol qəzaları
Yıxılma
Boğulma
Yanma
Zəhərlənmə
166
Digər qeyri-ixtiyari
zədələr
Zorakılıq
İntihar
AİK regionunda olmayan və ya az yayılmış xəstəliklər (*Mərkəzi Asiya istisna olmaqla):
Malyariya *
Traxoma
Şistosomoz
(Bilqarsioz)
Çaqas xəstəliyi
(Amerika
Tripanosomozu)
Limfa düyünlərinin
filyariatozu,
Onxosersiaz (çay
korluğu)
Denge qızdırması *
Yapon
ensefaliti
Sağlamlığın, sadəcə xəstəliyin olmaması kimi qəbul edilməməsi, rifah halını da əhatə etməsi
şərti ilə, heç olmasa, sağlamlığın nəzərə alınmasına daha müfəssəl yanaşmalarda plan və ya
proqramın çüvafiq sağlamlıq determinantlarına müsbət və mənfi təsirlərini qiymətləndirə, plan
və ya proqramın əhalinin sağlamlığı üçün əlverişli şərait yaradıb-yaratmayacağı ilə bağlı
qənaətlərə vara bilər.
Aşağıdakı cədvəl SEQ mütəxəssislərinin öz təklifləri ilə əlaqədar olaraq qaldırmalı olduqları
sağlamlıqla bağlı sualların nümunələrini, eləcə də bu məsələlərlə fərdlərin və sosial qrupların
sağlamlığı arasında müəyyən edilmiş bağlılıqlar barədə qeydləri əks etdirir. Suallar konkret və
birbaşa təsirlərdən subyektiv, rifah halı və həyat keyfiyyəti ilə bağlı təsirlərə qədər geniş
ardıcıllığı əhatə edir:
Sağlamlığa təsirlərin kəmiyyət qiymətləndirməsi
Sağlamlıq təsirlərinin kəmiyyət qiymətləndirmələrinə yanaşmaların çoxu sağlamlığa təsirlərin
qiymətləndirməsinin elementlərinə əsaslanır. Sağlamlığa təsirlərin qiymətləndirilməsi böyük
dərəcədə strateji ekoloji qiymətləndirmədən ayrılıqda inkişaf etmişdir, fərqli fənlərə əsaslanır və
strateji təkliflərin təsirlərinin proqnozlaşdırılmasına daha az diqqət ayırır. Lakin onun yanaşma
və metodlarından ehtiyatla istifadə qərarın qəbuluna görə cavabdeh şəxslər üçün plan və
proqramlarının sağlamlığa təsirləri barədə dəyərli məlumat təmin edə bilər. Aşağıdakı haşiyədə
sağlamlığa təsirlərin qiymətləndirməsinin əhatə dairəsini və metodlarının icmalına yer verilir.
Bu vəsait sağlamlıq amillərinin strateji ekoloji qiymətləndirməyə inteqrasiyasını önə çəkir və
Protokola əsasən SEQ-in tətbiq edilməli olduğu plan və ya proqramların sağlamlığa təsirlərinin
ayrıca qiymətləndirməsindən yayınmağı təşviq edir. Buna baxmayaraq, səhiyyə və planlaşdırma
orqanlarının birgə çalışdıqlarını izah edən sağlamlığa təsirlərin qiymətləndirmələri aparılmışdır
167
ki, bu da SEQ metodologiyasına birbaşa uyğun gəlir. Belə yanaşmanın bir örnəyi də Birləşmiş
Krallığın Kembricşir səhiyyə orqanının nümunəsi ola bilər
58
.
Sağlamlığa təsirlərin qiymətləndirilməsi haqqında daha ətraflı məlumat əldə etmək üçün yaxşı
başlanğıc nöqtəsi ÜST-ün veb-saytı ola bilər: http://www.euro.who.int/healthimpact; Daha ətraflı
məlumat
http://www.hiagateway.org.uk
ünvanından əldə edilə bilər. Həmçinin bax: Sağlamlıq
Təsirlərinin Qiymətləndirilməsi üzrə Təsirlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya
tərəfindən nəşr edilmiş Beynəlxalq qabaqcıl təcrübə prinsipləri
(http://www.iaia.org/publicdocuments/special-publications/SP5.pdf).
58
Kembricşir səhiyyə orqanı, “Kembricşir və Piterboro struktur planının təhlili: Sağlamlığa təsirlərin təhlili” (Mart 2002), aşağıdakı ünvandan
əldə edilə bilər: http://www.communityhealthprofiles.info/resource/item.aspx?RID=44213.
|