Səadət Abdullayeva
AZƏRBAYCAN
ÇALĞI ALƏTLƏRİ
DÜNYANI VALEH EDİR
БАКЫ–2016
Müəllif kitabın nəşrinə köməklik göstərdiyinə görə
Ülvi Mütəllim oğlu Qasımova
dərin minnətdarlığını bildirir
Elmi redaktor: Alla Bayramova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi
Abdullayeva S.A. Azərbaycan çalğı alətləri dünyanı valeh edir.
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2016, 288 s.
Kitabda qədim dövrlərdən Azərbaycan ərazisində yayılan və indi geniş istifadə
edilən çalğı alət ləri: simli – tar, saz, kamança, ud, qanun, nəfəs – balaban, zurna,
qarmon, ney, tütək, dərili – na ğ ara, qaval və qoşanağara təsvir edilir. Onların inkişaf
tarixi, yayılma hüdudla rı, etimo lo gi yası, hazırlanması, quruluşu haqqında bilgilər
verilir. Texniki və bədii-ifadə imkanlarına, xalq və professional musiqinin ifasında
səslənmə xüsusiyyətlərinə baxılır. Tanınan ifaçıların və bəs tə karlar tərəfindən bu
alətlər üçün xüsusi yazılmış əsərlərin adları çəkilir.
Kitabın əsas əyani bazasını Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Mu ze yinin çalğı alətləri kolleksiyası təşkil edir.
Kitabın bədii tərtibatında Nizami Gəncəvinin “Xəmsə” minatürlərindən,
Şöhrət Ələkbərovun rəsmlərindən və Azərbaycanın rəmzlərindən olan
“buta” əsasında yaradılan naxışlardan istifadə edilib.
MÜNDƏRİCAT
Çalğı alətlərı̇ – xalqın sərvətı̇dı̇r
4
Qədı̇m Azərbaycan çalğı alətlərı̇
10
Dünya mahı̇yyətlı̇ çalğı alətı̇
25
Saz – Azərbaycan aşıqlarının ayrılmaz alətı̇dı̇r
32
Alətlərı̇n ən ahənglı̇sı̇
38
Dı̇nləyı̇cı̇nı̇ məftun edən çalğı alətı̇
43
Azərbaycan qanunu
49
Balaban – türk dünyasının çalğı alətı̇dı̇r
53
Xalqın sevı̇nc və qələbələrı̇nı̇n carçısı
60
Azərbaycan qarmonu
65
Çobanların çalğı alətlərı̇ orkestr və ansambllarda səslənı̇r
72
Nağara, qaval və qoşanağaranın rı̇tmlərı̇ altında
79
İnstrumental muğam ı̇façılığı – ənənələrı̇n varı̇slı̇yı̇ kontekstı̇ndə
88
Çalğı alətlərı̇ və xalqların etnomədənı̇ əlaqələri
98
Ədəbı̇yyat
101
Səadət ABDULLAYEVA
4
ÇALĞI ALƏTLƏRİ – XALQIN SƏRVƏTİDİR
Çalğı alətləri sivilizasiyanın vacib atributlarındandır və mədəniyyətin in-
kişaf səviyyəsini göstərir. Ehtimala görə, əvvəlcə onlar insanın əmək fəaliyyəti
ilə əlaqədar siqnal alətləri kimi meydana gəliblər. Sırf musiqi funksiyalarını
yerinə yetirən alətlər çox sonralar yaranıb. Təbii ki, əvvəlcə onlar sadə idilər.
İnsanların düşüncələri və mədəni səviyyələri artdıqca çalğı alətləri mü rək-
kəbləşiblər: simli alətlərdə müxtəlif formalı gövdələrə çəkilən simlərin və qol-
da pərdələrin sayı artıb; fıştırıq və tütəklərin borucuqlarında çalğı dəlikləri
açılıb, onlara dilçək və ya səs çıxaran qurğu taxılıb; ölçüləri ilə fərqlənən zərb
alətlərinin dairəvi ağac, gil və ya metal gövdələrinə bir və ya iki tərəfdən hey-
van dərisindən hazırlanan, çubuq, əl və hər iki əlin barmaqları ilə vurulan dəri
çəkilib. İlk vaxtlar ancaq iki daşdan ibarət olan özənsəsli (özüsəslənən) alətlər
arasında bitki mənşəli materiallardan və misdən düzəldilən müxtəlif zənglər,
zınqırovlar və sinclər meydana gəlib [62].
Yeni çalğı alətlərinin yaranması və onların təkmilləşməsi – xalqın düşüncə
və estetik zövqlərinin inkişafının yekunudur. Bu çoxəsrlik proses xalqın üslub,
musiqi, lad və janrlarının tədricən formalaşmasına səbəb olub.
Azərbaycan xalqı əsrlər boyu, istər dinclik dövründə, istərsə də vətənin
mü dafiəsində səslənən zəngin musiqi nümunələri yaradıb [1,8,11,44]. Onların
da səs lən dirilməsi üçün melodiyanın məzmununu daha tam çatdıran müx təlif
çalğı alətləri meydana gəlib [2,32,46,49,50,57,66,67]. Əvvəlcə onları hə vəs-
kar, sonra isə peşəkar ifaçılar səsləndiriblər. Mədəniyyətin inkişafı ilə əlaqədar
müxtəlif musiqi janrları və folklor kollektivləri yaranıb, onların musiqi ilə
müşayiəti üçün simli, nəfəs, zərb və özənsəsli alətlərdən istifadə edilib.
Azərbaycanlıların məskunlaşdığı ərazilərdə arxeoloji qazıntılar zamanı aş-
kar edilən maddi-mədəniyyət nümunələri [1,2,27], orta əsr musiqişünasların
risalələri [5,77,78], poeziya klassiklərinin əsərləri [2,67], miniatür rəngkarlıq
nümunələri [47], di var rəsmləri, səyyahların yol qeydləri [2,68,81], mu-
zey kolleksiyaları [2,16] göstərir ki, Azərbaycanda müxtəlif çalğı alətlərinin
müşayiəti ilə mahnı, melodiya və muğamla rı qoşmaq, oxumaq və qulaq asma-
ğı, rəqs etməyi sevirdilər. Bunu folklor musiqisinin zən ginliyi və çalğı alət-
5
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
lə rinin müxtəlifliyi təsdiq edir. Orta əsr Azərbaycanın yazılı abi dələrində 32
simli, 23 nəfəs, 16 dərili və 17 özən səsli alətlərin adlarına rast gəlirik [2].
Xalqın milli sərvəti və mədəniyyətinin daşıyıcısı olan Azərbaycan çalğı
alət ləri özünəməxsus xarici görünüşlərinə və səslənmələrinə görə seçilirlər.
Alət lərin konstruksiya və səslənməsinə əsaslanaraq, xalqın musiqi düşüncəsi,
onun es tetik zövqü barədə mühakimə yürütmək olar. Çünki onların hər biri
sosial, mə dəni və mənəvi tələbatlara uyğun yaranıb.
Ənənəvi çalğı alətləri birləşərək müxtəlif musiqi qrupları əmələ gətirirlər.
Məşhur muğam “üçlüyünü” – sazəndəni təşkil edən, qavalda çalan xanəndə,
tar zən və kamançaçı, sazı səsləndirən aşıqlar, balabançılar və zurnaçılar an-
samblları, həmçinin nağaraçı dəstələri böyük xalq məhəbbətini qazanmışlar.
Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü. Azərbaycanın xalq artistləri Mələkxanım
Əyyubova, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança).
Mugham trio named Jabbar Garyagdy. People’s Artists of Azerbaijan Melekkhanym
Eyubova, Mohlat Muslimov (tar) and Fakhraddin Dadashov (kamancha).
Мугамное трио им. Джаббара Гарягды. Народные артисты Азербайджана
Мелекханым Эюбова, Мохлат Муслимов (тар) и Фахраддин Дадашев (кяманча).
Azərbaycanın bütün guşələrində – mənzərəli düzənliklərində, möhtəşəm
dağ la rında, şəhər və kəndlərində tarın, sazın, kamançanın, qanunun, udun tək -
rar edil məz səs ləri, balabanın incə, zurnanın gur, qarmon, tütək və neyin ürək-
açan səs ləri eşi dilir. Azərbaycanın şimal və şimal-qərb rayonlarında dambur-
dan, Nax çı vanda isə yan-tütək və musiqiçilərin saatlarla çaldığı tulumdan isti-
fa də edilir.
Ustad ifaçılar bu və ya digər alətlərdə fərdi çalğıları ilə məşhurlaşıblar.
Azər bay canda belə ifaçılar az deyildir.
Səadət ABDULLAYEVA
6
Əllərində xalq çalğı alətləri səslənən ifaçılar xalq çalğı alətləri orkestri
və ansambl ların tərkibinə daxildirlər [54,73] və xalq melodiyaları ilə yana-
şı, simfo nik orkestrlərdə olduğu kimi, bəstəkarların iri əsərlərini (konsertlər,
süitalar) ifa edirlər [55]. Opera və operettalarda Azərbaycan musiqi alətləri
simfonik or kestr lərin səslənməsini milli koloritlərlə zənginləşdirirlər.
Aşıqlar ansamblı. Ensambl of ashiqs. Ансамбль aшыгов.
“Çövkən” oyununu müşayiət edən
zurnaçılar ansamblı.
Zurna ensemble accompanying
the game “Chovkan”.
Ансамбль зурначей,
сопровождающая игру “Човкан”.
Balabançılar aşıq dəstəsini müşayiət edirlər.
Balaban-players accompany ashig ensemble.
Балабанисты сопровождают ашыгский ансамбль.
7
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
“Natiq Ritm Qrupu”. Rəhbər Azərbaycanın əməkdar artisti Natiq Şirinov.
“Rhythm group Natik”. The head of the Honored artist of Azerbaijan Natig Schirinov.
“Ритм-группа Натик”. Руководитель заслуженный артист Азербайджана Натиг Шири нов.
Fikrət Əmirov adına Azərbaycan xalq çalğı alətləri orkestri.
Dirijor Azərbaycanın xalq artisti Ağaverdi Paşayev.
Orchestra of the Azerbaijani folk musical instruments named Fikret Amirov.
Conductor People’s Artist of Azerbaijan Aghaverdi Pashayev.
Оркестр азербайджанских народных музыкальных инструментов им. Фикрета
Амирова. Дирижёр народный артист Азербайджана Агаверди Пашаев.
Bəstəkarlar tar, kamança, saz, ud, qanun, qarmon, balaban, ney, zurna, tü-
tək, na ğa ra və qaval üçün konsertlər, sonatalar, pyeslər və digər musiqi əsər lə ri
yaradıblar.
Səadət ABDULLAYEVA
8
Milli alətlərdə öz çalğısıyla çoxlu sayda musiqiçilər məşhurlaşıblar. Onlar
yük sək mükafatlara və ehtiramlara layiq görülüblər. Alətləri hazırlayan ustalar
da sə nət kar lıqları ilə seçilirlər. Belə ustalara Azərbaycanın müxtəlif yerlərində
rast gəl mək mümkündür.
Çalğı alətləri və ifaçılar ədəbiyyat və təsviri sənətin ən sevilən süjet lər -
dən dir. Onlara şeirlər həsr olunub, rəngkarlıq, qrafik, heykəl və tətbiqi-sə nət
nü mu nə lərində təsvir ediliblər [4].
YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ
si yahısına Azərbaycan musiqi mədəniyyətindən tarın hazırlanma ustalığı və
ifaçı lıq sənəti, tar, kamança və qavalın müşayiətilə ifa edilən Azərbaycan mu-
ğamı, əl lərində saz tutan Azərbaycan aşıqlarının sənəti, müxtəlif çalğı alətləri
ifaçılarının iştirakı ilə keçirilən Novruz ümumxalq bayramı daxil edilmişdir.
Zurnaçılar ansamblının müşayiəti ilə keçirilən çövkən – Qarabağ atüstü oyun
ənənəsi qeyri-maddi mədəni irsin siyahısındadır.
Son illər unudulmuş çalğı alətlərinin bərpası və onların ansamblların tər-
ki bi nə daxil edilməsi üzrə böyük işlər görülüb. Artıq bir sıra alətlər “həyata”
qay ta rı lıb [81]. Bərpa edilən çalğı alətlərindən təşkil olunan, Məcnun Kərimin
yaratdığı Qə dim Azərbaycan Musiqi Alətləri Ansamblı iyirmi ildən artıqdır ki,
mü vəf fə qiy yət lə fəaliyyət göstərir.
“Qədim musiqi alətləri” Dövlət ansamblı.
Bədii rəhbər Azərbaycanın əməkdar artisti Munis Şərifov.
The State ensemble Ancient musical instruments”.
Artistic director Honored Artist of Azerbaijan Munis Sharifov.
Государственный ансамбль “Древние музыкальные инструменты”.
Художественный руководитель заслуженный артист Азербайджана Мунис Шарифов.
9
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Azərbaycan xanəndələri və çalğıçıları tez-tez xarici ölkələrə gedərək,
orada zəngin musiqi mədəniyyətimizi layiqincə təqdim edirlər.
Xarici dinləyicilərin milli çalğı alətlərimizə maraq göstərmək halları da az
de yildir. Çox vaxt onlar özləri də bu və digər alətlərdə ifaçı olurlar. Məsələn,
amerikalı Çefri Verbok muğamları kamança, tar və udda, Çefri Uinborq – ka-
mançada, Fransanın Lill konservatoriyasının professoru Mark Lüpüyi udda
gö zəl çalırlar. Azərbaycan və xarici ölkə musiqiçilərin birgə çıxışları da böyük
maraq doğurub. Bütün bunlar onu göstərir ki, çalğı alətləri Qərb və Şərq
dünyasının mə dəniyyətlərini yaxınlaşdırır.
Azərbaycanın xalq artisti Mənsum İbrahimov.
The People’s Artist of Azerbaijan Mansum Ibrahimov.
Народный артист Азербайджана Мансум Ибрагимов.
Cefri Verbok (ABŞ). Jeffrey Werbock (USA). Джефри Вербок (США).
Səadət ABDULLAYEVA
10
Müxtəlif tərkibli xalq çalğı alətləri ansambl və orkestrləri bizim günlərdə
hər yerdə – orta və ali tədris müəssisələrində, mədəniyyət saraylarında fəaliyyət
göstərirlər. Ölkəmizdə bir dənə də olsun bədii özfəaliyyət kollektivi tapılmaz
ki, orada milli alət lərdə çalmasınlar.
Peşəkar ifaçı-çalğıçılarımızın uğurları da danılmazdır. Onlardan ən yax-
şıları Azərbaycan musiqi incəsənətini dünyanın əksər ölkələrində təmsil edir-
lər. Azər baycan xalqı haqlı olaraq onlara heyran olur, onlarla fəxr edir.
Zamanımızda çalğı alətlərinin bərpası, təkmilləşdirilməsi və onların orta
və ali tədris müəssisələrində öyrədilməsi – Azərbaycanın etnomusiqişünasları,
or qa noloqları, müəllimləri və alətləri hazırlayanların qarşısında duran ən
mühüm m ə sələlərdən biridir.
Çalğı alətləri xalqın düşüncələrini, ümidlərini, onun zövqünü, gözəlliyi
duy mağını ifadə edirlər və millətin mənəvi şüurunun mühüm göstəricisidir.
QƏDİM AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ
Bakıdan cənub, cənub-qərbdə 60 km məsafədə, YUNESKO-nun Ümum-
dünya irsi obyektlərinin siyahısına daxil edilən Qobustan Milli Tarix-Bədii Qo-
ruğu ərazisində, Cingirdağın şimal-şərq ətəyində təbii litofon – iki daş dayaq
üzərində qavaldaş yer ləşir. Ona kiçik daşlarla vurduqda metal cingiltisinə ox-
şar səslər alınır. Qayanın zərbə vurulan hissəsindən asılı olaraq ən azı müxtəlif
yük səklikdə üç səs alınır. Tanınmış arxeoloq və etnoqraf İshaq Cəfərzadənin
(1895-1982) fikrinə görə bu daş çalğı aləti rolunu oynayırdı. Belə daş Böyük-
daşın alt terrasında, Cingirdağdan 7 km cənub-qərbdə də tapılıb [75]. Daş qa-
vallarda çalınan ritmlər altında qədim tayfalar dini mərasim rəqsləri ifa edir-
dilər. Rəqs səhnələri arxeoloqların mezolit – orta-daş dövründən (bizim e.ə.
10-7 mi nilliklər) – orta əsrə aid etdikləri məşhur Qobustan qayaüstü rəsm-
lərində də təsvir edi lib.
Qədim Azərbaycan şəhərciyi Cığamışda tapılan [39], yaşı təxminən 8 min
il olan saxsı qabın üzərindəki şəkillərin birində çalğıçılar, rəqqaslar və onla-
rı alqışlayan tamaşaçılarla əhatə olunan, əlində simli alət tutan şəxs, başqa
şəkildə isə əlini qulaq ardında tutan (xanəndəyə xas olan duruş) müğənni və
11
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
çalğı alətlərini – çəng, şaxnəfir, qoşanağara və təbili səsləndirən musiqiçilər
təsvir edilib.
Azərbaycanın başqa şəhərciyi – Ziviyədə tapılan bizim eramızdan əvvəl
IV əsrə aid tunc camın üzərində saza oxşar simli alətdə çalan atəşpərəst muğ
kahininin şəkli vardır.
Rəvayətə görə, Gədəbəy rayonunda Böyük Qaramurad kəndinin yaxınlı-
ğındakı dağın ətəyində yerləşən Zəngqaladakı zəngin səsi ilə düşmənin yaxın-
laşmasını xə bərdarlıq edərdilər.
Bərdə şəhəri yaxınlığında, Şatırlar kəndi ətrafında arxeoloji qazıntılar za-
manı bizim eramızdan əvvəl IV-III əsrlərdə hazırlanan, üzərində çəng çalan
qadın təsviri olan saxsı qab qırığı tapılıb.
Ağstafa şəhərinin Ölkəşünaslıq Muzeyində bizim e.ə. IV əsrə aid olan
Gümbəz adlanan yerdə aşkar edilən fıştırıq – burbuğ saxlanılır. O alt hissəyə
doğru daralan kiçik gil səhəngini xatırladır. Quş şəklində olan burbuğlar Azər-
baycanın Qəbələ, İsmayıllı və Quba rayonlarında (bürünc dövrü), Bakıda İçə-
ri şəhərin qala divarı yaxınlığında (XII-XIII əsrlər) də müəyyən edilib [2].
Ucar rayonunda, Qaratəpə adlanan yerdə tapılan gümüş üzüyün üzərində
nəfəs aləti balaban çalan insan fiquru həkk edilib. Üzüyün yaşı iki min ildən
artıqdır [18].
Qəbələ rayonunda qazıntı işləri apararkən mis zəng və gildən hazırlanan,
içinə üç xırda daş salınan kürəşəkilli qumrov aşkar edilib [2].
Mingəçevir şəhəri yaxınlığında, Gədəbəy rayonu və Xocavənd rayonu-
nun Do lanlar kəndi ərazisində aparılan qazıntılar zamanı yaşı eramızdan əvvəl
II minilliyin sonu – I minilliyin əvvəlinə aid edilən zınqırovlu bürünc asma
bəzəklər ta pılıb [1].
Ayin rəqsləri. Qobustan, Böyükdaş.
Ritual dances. Gobustan, Beukdash
Ритуальные танцы. Гобустан, Беюдаш.
Qavaldaş. Gavaldash. Гавалдаш.
Səadət ABDULLAYEVA
12
Cığamış şəhərində tapılan saxsı qab üzərində çalğı alətlərinin təsviri.
The image of musical instruments in the ceramic ware found in town Jigamysh.
Изображение музыкальных инструментов на керамической посуде,
найденной в городе Джигамыш.
Tunc piyalə.
Ziviyə, Urmiya.
Bronze bowl.
Ziwiye, Urmia
Бронзовая чаша.
Зивие, Урмия.
Gümüş üzük. Qaratəpə
məskanı, Uçar rayonu.
Silver ring. Place Qaratepe,
Ujar area.
Серебряное кольцо. Местечко
Каратепе, Уджарский район.
Sinc. Masallı rayonu,
Hişkədərə kəndi.
Sinj. Masalli area, village
Hishkedere.
Синдж. Масаллинский
район, село Хишкедере.
Qumrov.
Qəbələ rayonu
Gumrov.
Gabala area.
Гумров.
Габалинский район.
Çəng çalan qadın.
Saxsı qab qırığı.
Şatırlar kəndi.
Harpist.
Chip ceramic tableware.
Shatyrlar village.
Арфистка.
Обломок керамической
посуды. Селение Шатырлар.
Burbuğlar.
Ağstafa rayonu,
Günbəz məskanı.
Burbugs.
Gumbez place,
Agstafa area.
Бурбуги.
Местечко Гюмбез,
Агстафинский район.
13
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Füzuli rayonunda, Yedditəpə adlanan yerdə V əsrə aid iki daş məzarda iki
cüt boşqaba oxşar mis sinc aşkar edilib [18].
Masallı rayonunda qədim zərb alətləri müəyyən edilib (Hişkədərə kəndinin
mu zeyində saxlanılır). Onlardan biri içi oyulmuş, yan tərəfdən kiçik dəlik açıl-
mış palıd kö tü yündən hazırlanan təbildir. Səs kötüyün bütöv üst kəsiyinə çu-
buqları vurmaqla alınır. Armud şəkilli üzərinə dəri keçirilmiş digər alətin taxta
gövdəsi vardır. Üçüncü alət – sinc qabarıq dairəvi lövhə şəklindədir və onun
orta hissəsinə əldə saxlanılması üçün ip bağlanıb [45].
Ermitajda (Sankt-Peterburq şəhəri) saxlanılan, III-VII əsrlərə aid gümüş
qabın üzə rin də rəqqasələrin şəkilləri həkk edilib. Onlardan biri əlində dəsmal,
o bi risi isə şaxşax tu tub.
Məzmunu VI-VII əsrlərə aid olan qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qor-
qud”un boylarında qopuz (simli), zurna, boru, düdük (nəfəs), nağara, davul,
kus və təbil-baz (membranlı) kimi çalğı alətlərinin adlarına rast gəlirik [11, 28].
Orta əsrlərdə Azərbaycanda istifadə edilən çalğı alətlərinin öyrənilməsində
klassik şairlərin əsərləri qiymətli mənbələrdir. Onlardan Qətran Təbrizi (1012-
1081), Xaqani Şirvani (1126-1199) Nizami Gəncəvi (1141-1209), Əhvədi Ma-
rağai (1274-1338), Əssar Təbrizi (1325-1390), Qazi Bürhanəddin (1344-1398),
Yusif Məddah (XIV əsr), İmadəddin Nəsimi (1369-1417), Cahanşah Həqiqi
(1397-1467), Nematullah Kişvəri (1445-1525), Həbibi (1470-1520), Şah İsma-
yıl Xətai (1487-1524), Məhəmməd Füzuli (1494-1556), Əbdibəy Şirazi (1515-
1589), Mə həmməd Əmani (1536-1610), Fədai Təbrizi (XVI əsr), Qövsi Təbrizi
(1568-1640), Rüknəddin Məsud Məsihi (1579/80-1655/56), Saib Təbrizi
(1601-1677) və başqalarını göstərmək olar. Çalğı alətlərinin adları, simlərin və
ifa dəliklərinin sayı, gövdələrinin formasının təsviri, hazırlanma materialları,
tərkib hissələri və ifa üslubları naməlum müəllifin “Dastani-Əhməd Hərami”
poemasında (XIII əsr), coğrafi “Əcaib əd-dünya” (“Dünyanın möcüzələri”,
XIII əsrin əvvəlləri) və İsgəndər bəy Münşinin (1560-1634) “Tarix-i aləmara-yi
Abbasi” (“Abbasın düny anı bəzəyən tarixi”, 1616) tarixi əsər lər də verilir .
Görkəmli Azərbaycan musiqişünası Səfiəddin Urməvinin (1217-1294)
“Kita bül-Ədvar” (“Dairələr kitabı”) risaləsinin əlyazmasında (Oksford, Bod-
lean ki tab xa nası, 1333-1334) beş qoşa simi və qısa qolunda 7 pərdə olan udun
şəkli vardır. Onun digər “Şə rəfiyyə” risaləsində ud ən mükəmməl alətlər sı-
rasına aid edilir. “Kitabül-Əd var”ın baş qa əlyazmasında (Qahirə, Milli kitab-
xana) 34 simli çəngin təsviri verilir. Sitra tipli horizontal səkildə saxlanılan
alətlər sırasında Səfiəddin Urməvi trapesiya formalı gövdəsi olan qanunu və
düzbucaq şəkilli nüzhəti ayırır. Müasirləri təsdiq edirlər ki, o, iki alət – nüzhə
(əl-nüzhə) və müğni (əl-müğənnə) icad etmişdir [78].
Səadət ABDULLAYEVA
14
Azərbaycan musiqişünası, bəstəkarı, şairi, müğənnisi və musiqiçisi Əb-
dül qa dir Marağainin (1353-1435) əsərlərində musiqi müşayiətinin forma və
növlərinə, sə sin nizamlanması və hasil etmə üsullarına, ifa yolları və texni-
kasına baxılır [5,78]. O, “Məqasidül-əlhan” (“Nəğmələrin məqsədləri”) və
“Fə vaid-i əşərə” (“On fayda”) ri salələrində çalğı alətlərinə (bunların sayı
40-a yaxındır) ayrıca fəsil həsr etmişdir. Ə.Marağai özünün icad etdiyi çalğı
alətlərini də təsvir edir. Belə ki, çini sazı kasat müxtəlif ölçüdə və üç sırada
yer ləşən, hündürlükləri bir tə rəfə azalan 76 çini kasadan ibarət idi. Kasalara su
doldu rulurdu və onlara zərbə endirilərkən müxtəlif yüksəklikdə səslər alınırdı.
Zahirən müasir ksilofonu xatırladan sazı əlvah aləti üç cərgədə düzülmüş 46
mis lövhədən (birinci cərgədə 10, ikinci və üçüncü cərgələrdə 18 ədəd) ibarət
idi. Əbdülqədir Marağayi qeyd etdiyi kimi, qanuni-mürəssəi müdəvvər əvvəlki
musiqişünasların əsərlərində də xatırlanırdı, lakin onun vaxtında o unudulmuş-
du. Alətin bərpası üçün, içi oyulmuş ağac göv dəsindən istifadə edərək, onun
açıq tərəfinə 36 sim çəkmişdir. Alətə bağlanan iki dartılan ip vasitəsilə gövdə
fırlandığı zaman, mizrabı simlərə toxundurmaqla səslər alınırdı.
Əbdülmömin Səfiəddinin “Behcətül-Ruh” (“Ruhun sevinci”, XVII əsr) ri-
sa ləsində ərğənun, bərbət, qanun, kamança və tənburun quruluş xüsusiyyətləri
sə ciyyələndirilir. Şeirlə melodiya dairələrini bədii şəkildə izah edilən bölmədə
çəng və çəğanənin adları çəkilir.
XVIII əsr əlyazmasında bizə gəlib çatmış “Şərq musiqisi üzrə dərslik”də
qanun, cəng, ərğan, kamança və ney səciyyələnir. Daha ətraflı 5 simi və 29
pərdəsi (adları ilə) olan tənbur, eləcə də ney və onun növləri (batdal, davud,
şah-mansur, bolahəng, müstahsən, hətti-bənd, sipürdə) təsvir edilir.
Naməlum azərbaycanlı müəllifin “Ədvar” (“Dairələr”, XVIII əsr) ri-
saləsinin beşinci bölməsində ud, çəng və nayın kökləri nəzərdən keçirilir [12].
Şəhər sakinlərinin musiqili həyatı, o cümlədən çalğı alətləri haqqında
mü va fiq olaraq 1471-1473 və 1474-1478-ci illərdə Azərbaycana gəlmiş ve-
nesiyalı səy yah və diplomatları Katerino Zeno və İosafat Barbaro, italyanlı
səyyah Pyetro della Vale (1617), rus taciri Fyodor Kotov (1623-1624), alman
alimi və səyyahı Adam Oleari (1636-1638), türk səyyahı Evliyə Çələbi (1647,
1655-1656), holland sənətçisi və səyyahı Yan Streys (1672), alman təbiətşü-
nası, həkim və səyyahı Engelbert Kempfer (1683,1684), holland rəssamı və
arxeoloqu Korneli de Bruin (1703), rus diplomatı Artemi Volınski (1716),
fran sız yazıçısı Aleksandr Düma-Ata (1858-1859) öz qeydlərində məlumat
ver mişlər [2].
Sultan Məhəmmədin (1470-1555) rəhbərlik etdiyi Təbriz məktəbinə və
digər mək təblərə mənsub olan rəssamlarının bəzədiyi əlyazmaların səhifələ-
15
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
rin də musiqi hə yatı səhnələri olan çoxlu sayda miniatürlər vardır. Onlara görə
çalğı alətinin xarici gö rünüşü, ayrı-ayrı hissələrinin quruluş xüsusiyyətləri, ifa
tərzi, ansamblların tərkibi haq qında mühakimə söyləmək olar [4].
Yuxarıda göstərilən mənbələrə istinad edərək, orta əsr Azərbaycanında is-
ti fadə edi lən çalğı alətlərini şərh edirik.
Dostları ilə paylaş: |