ÇALĞi aləTLƏRİ DÜnyani valeh ediR


ÇOBANLARIN ÇALĞI ALƏTLƏRİ ORKESTR



Yüklə 33,97 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix09.02.2017
ölçüsü33,97 Mb.
#7873
1   2   3   4   5   6   7   8   9   10   ...   23

ÇOBANLARIN ÇALĞI ALƏTLƏRİ ORKESTR  
VƏ ANSAMBLLARDA SƏSLƏNİR
Azərbaycanda qədimdən fleyta və svirelin şərq formaları olan ney və tütək 
nəfəs çalğı alətləri geniş yayılıb. Qeyd etməliyik ki, sadə, çalğı dəliyi olmayan 
ney və tütəyin ilk nümunələrini arxeoloqlar paleolit dövrünün abidələrində ta-
pıblar [51]. Çoxgövdəli və köndələn ney və tütəklər nisbətən sonralar – erkən 
və gec Neolitdə meydana gəlib. 
Neylə eyni tipli alətlər müxtəlif adlarla dünyanın bir sıra guşələrində ya-
yılıblar. Belə ki, Ukraynada eyni alət  floyar, Moldovada – fluer, kaval, Ab-
xaziyada – açarpın, Acarıstanda – çoban-salamuri, Osetiyada – uadınz, Adı-
geyd ə – kamıl, Gürcüstanda – ueno-salamuri, avili, kavili, nay, nestvi, Er mə-
nistanda – srinq, Dağıstanda – ksyul (ləzgilərdə), şyataxi (dargilərdə) zıbızqı 
(qumuqlarda), Çeçenistanda – dutra, Başqırdıstanda – kuray, Qazaxıstanda – 
sıbızqı, Türkmənistanda – qarğı-tyudyuk, Qırğızıstanda – sarbasnay [82], ərəb 
ölkələrində – ney, Yunanıstanda – tzamara adlanır. Misir, İran və Türkiyədə 
göv dəsinin uzunluğuna görə fərqlənən çoxlu sayda ney növləri məlumdur. Mə-
sə lən, Türkiyədə ifa olunan muğamlardan asılı olaraq neyin 13 növü istifadə 
edilir: bolaheng nisfiye, bolaheng-sipürde mabeyni, sipürde, müstahsen, yıl-
dız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, da-
vud-bolaheng mabeyni, bolaheng [70]
Ney və digər nəfəs alətlərinin adları orta əsr görkəmli şairlərinin əsərlərində 
tez-tez çəkilir. Məsələn, Nizami Gəncəvi “İskəndərnamə” poemasında neyin 
yaranması haqqında əfsanə söyləyir. İmadəddin Nəsimiyə görə ney zərb aləti 
dəflə yaxşı səslənir. Məhəmməd Füzulinin “Həft-cam” (“Yeddi cam”) poema-
sında şairlə ney arasında alleqorik söhbət verilir. Şair onun səsində olan kədərin 
səbəbini soruşur. Ney cavab verir ki, o qamış olarkən qəm-qüssədən azad idi, 
torpaqda boy atırdı, su ilə qidalanır, günəşlə qızınır, küləkdən yellənir, odla 
dil tapırdı. Lakin sonradan onlar ondan üz döndərdilər, onun ürəyi bütün bu 
dərdlərə dözmədi.
Müxtəlif tarixi dövrlərdə Azərbaycanda neyin bir neçə növü yayılıb. Mə sə -
lən, alim və musiqişünas Əddülqadir Marağai onun zamanında istifadə edilən 
iki növ – ağ və qara ney haqqında xəbər verir [56]. Neyin təsvirinə orta əsr 

73
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Azərbay can  rəssamları Sultan Məhəmməd, Mirzə Əli Təbrizi, Mir Seyid Əli 
və başqalarının miniatürlərində rast gəlmək olur. Bu şəkillərdə ney kiçik dia-
metrli uzun borucuq formasında təsvir edilib. Alətin uzunluğu 700-800 mm-ə 
çatırdı. Onda çobanlar və peşəkar ustalar çalırdılar.
Azərbaycanın muzeylərində neyin qədim növləri nümayiş etdirilir. Rüs-
təm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan ne-
yin qamış gövdəsi oyma ornamentlə bəzədilib və altı yerdən dəri ilə sarınıb. 
Alə  tin  uzunluğu 453 mm-dir, gövdəsinin xarici diametri üfürülmə yerdə 21 
mm, daxili diametri 16 mm, əks ucunda isə müvafiq olaraq 16 və 13 mm təşkil 
edir, yəni gövdə aşağıya getdikcə daralır. Gövdənin aşağı hissəsində beş çalğı 
dəliyi, arxa tərəfdən isə bir dəlik açılıb. Üfürmə yeri azca yonulmuşdur [2]. 
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq 
mu siqisi  kabineti  kolleksiyasına nəfəs alətlərinin mahir ifaçısı Həsrət Hüsey-
novun uzunluğu 495 mm və diametri 16 mm olan misdən hazırlanan neyi da  -
xil dir.  Göv dəsinin divarının qalınlığı 1.1 mm təşkil edir. Üzdəki çalğı də lik lə-
ri nin  sayı 7-dir. Bir arxa dəlik üfürülən yerə yaxın yerləşir. 
Müasir ney, əvvəllərdə olduğu kimi, 345-600 mm uzunluqda və 20 mm 
dia metrdə düz silindrik içiboş gövdədən ibarətdir. 
Neylər. Neys. Нея. 
Əsasən qarğı, ərik ağacı və ya misdən hazırlanır. Səsin çıxmasını asanlaşdır-
maq üçün alətin yuxarı ucu bir qədər yonulur. Gövdənin aşağı üz tərəfində 
adətən 5-7 çalğı dəliyi və arxa tərəfdə, alətin baş hissəsinə yaxın bir dəlik də 
açı lır. Çal ğı zamanı alət çəpəki vəziyyətdə, ucu aşağı endirilmiş, baş hissəsi 
isə ağızın sol kün cünə yaxınlaşdırılmış şəkildə saxlanır. Hava axını gövdənin 
iti kənarına yönəldilir. 
Qeyd etmək lazımdır ki, sadə quruluşa malik olmasına baxmayaraq, ney 
səs çıxarılma üsullarına görə kifayət qədər mürəkkəb alətdir [64]. 
Neyin  not  ları kaman (“sol”) açarında yazılır, diapazonu kiçik oktavanın 
“lya” səsindən ikinci oktavanın “fa diyez” səsinə qə dər dir,  lakin  ma hir  ifa  çılar 
daha zil səsləri havanı güclü üfürmək və dodağı sıxmaqla ifa edə  bi lir lər.

Səadət ABDULLAYEVA
74
Azərbaycanın Əməkdar artisti İlham Nəcəfov.
Honored Artist of Azerbaian Ilham Najafov.
Заслуженный артист Азербайджана Ильхам Наджафов.
Dəlikləri barmaqlarla qismən örtməklə xromatik səssırasını almaq olur. 
Bəm registrdə neyin tembri yumşaq, zərif, məxməri və bir qədər boğuq, zil 
re gistrdə isə güclü və aydındır. 
Ney əsasən solo alətidir və ən çox çobanlar arasında yayılmışdır. Bu alətdə 
sadə və melodiya cəhətdən məhdud instrumental pyesləri, habelə xüsusi hava-
ları – “Çoban bayatı” adlanan lirik məzmunlu nəğmələri və rəqs melodiyaları-
nı ifa edir lər. Çox vaxt çalğı zamanı ifaçı özü bəm burdon səsləri çıxartmaqla 
iki səsliyə nail olur, bəzi anlarda onun bəm səsi müəyyən melodik cizgiyə ma-
likdir. 
Ney xalq çağlı alətləri orkestri və ansambllarında da istifadə edilir. Azər-
bay  c an  simfonik  musiqi  təcrübəsində ney ilk dəfə Aqşin Əlizadənin “Beşinci 
sim foniya”sının partiturasına daxil edilib. Bu alət məşhur konsert zalların da 
Fi  rəngiz Əlizadənin “Dərviş” və “Crossing” (“Çarpazlaşma”) əsərləri ifa edil-
dikdə səslənib. Həsən Adıgözəlzadə ney və simfonik orkestr üçün iki “Fan -
taziya”, İlyas Mir zəyev isə “Konsert” və “Mistik simfoniya” yazmışlar. Bi zim 
zamanımızda ney/nay çalğısının tanınan ustası İlham Nəcəfovdur.
Tütək Rusiyada sopel, Gürcüstanda – salamuri, Acarıstanda – kavali, Er-
mə nistanda – tutak, tutuk, şvi, Dağıstanda – kşul (ləzgilərdə), şuvşuv (qumuq-
larda), şetaxi (dargilərda), şutuxi (laklarda), svultram (tabasaranlarda), Taci-
kistanda – nay çuponi və ya tutak, Ukraynada – sopilka, Belorusda – dudka, 
Es toniyada – vilepilli, Latviyada – stabule, Litvada – lumzdyalis adlanır [82].
Tütəyin Qafqaz növlərində 5-8 çalğı dəliyi var, onlardan biri arxa tərəfdə 
yerləşir. 

75
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Arxeoloji tapıntılara görə, Azərbaycan tütəyi çox qədim tarixə malik -
dir [18]. Azərbaycan Milli Tarixi Muzeyinin etnoqrafiya fondunda XIX əsr də 
dü zəl di lən tütək saxlanılır. Alətin uzunluğu 390 mm və orta hissədə ən böyük 
dia met  ri  30  mm,  səs kanalının diametri isə 20 mm-dir. Onun yuxarı hissəsi 
tut ağa cından, aşağı hissəsi isə qamışdan hazırlanıb. 11.0x3.5 mm ölçüdə fit 
də liyi  göv dənin üfür mə dəliyi (ölçüsü 11x3 mm-dir) yerləşən yuxarı ucundan 
50 mm məsafədə açılıb. Diametri 7.5-8.0 mm olan və bir-birindən 25-29 mm 
mə safədə yerləşən 7 çalğı dəliyi vardır, onlardan biri arxa tərəfdə yerləşir. 
Bu muzeydə habelə Azərbaycan dramaturgiyasının banisi, alim və filosof 
Mirzə Fətəli Axundova (1812-1878) məxsus tütək nümayiş etdirilir. Qamışdan 
hazırlanan tütəyin uzunluğu 230 mm-dir; gövdəsinin xarici diametri 17 mm, 
daxili diametri isə 13 mm-dir. Gövdənin üst tərəfində bir-birindən 18-20 mm 
məsafə də, diametrləri 7.5 mm olan 6 çalğı dəliyi vardır. Gövdənin bir qədər 
yonulan aşa ğı tərəfində isə bir dəlik açılmışdır. Gövdənin yuxarı hissəsində 
ölçüləri 7x5 mm olan fit dəliyi yerləşir. Üfürülmə yeri ölçüləri 9x2 mm olan 
yarımdairə əmələ gə tirir. 
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli 
Azərbaycan yazıçısı, jurnalisti və ictimai xadim Cəlil Məmmədquluzadəyə 
(1869-1932) məxsus qamışdan hazırlanan tütək nümayiş etdirilir. Tütəyin 
uzunluğu 330 mm-ə, gövdəsinin diametri 17 mm-ə, qalınlığı isə 2.5 mm-ə 
bərabərdir, yeddi üz (aralarındakı  məsafə 22-24 mm-dir) və bir arxa çalğı 
dəliyi ilə təchiz olunub. Alətin aşağı ucu yonulmuşdur. 
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Azərbaycan xalq çal-
ğı alətləri şöbəsində görkəmli musiqiçi-ifaçı, pedaqoq Əhməd Bakıxanovun 
(1892-1973) topladığı zəngin musiqi alətləri kolleksiyasına daxil olan uzunlu-
ğu 322 mm, səs kanalının diametri 10 mm olan tütək nümayiş etdirilir. Tütəyin 
sək kiz  çal ğı  dəliyi var (yeddisi üz, biri isə arxa tərəfdə). Gövdənin yuxarı 
hissəsinə halqa ke çirilib. 
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin kol-
leksiyasında diametri 8-9 mm olan 8 çalğı dəliyi (biri arxa tərəfdədir) ilə təchiz 
edilən tütəyin uzunluğu 352 mm, gövdəsinin diametri 23 mm-dır. Səs kanalı-
nın diametri 10 mm-dir. Çalğı dəlikləri arasındakı məsafə 23-24 mm-dir. 
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində misdən hazırla-
nan ümumi uzunluğu 380 mm olan tütək təqdim edilir. Aşağı yarısında üst tə-
rəf  də nis bətən kiçik (5.5 mm) diametrə malik səkkiz çalğı dəliyi (biri arxada) 
var  dır. Fit dəliyi oturacağı 8 mm və hündürlüyü 10 mm olan üçbucaq for ma-
sında dır. 

Səadət ABDULLAYEVA
76
Sankt-Peterburqda Musiqi alətləri Sərgisində nümayiş etdirilən üç tütə-
yin göv dələri müxtəlif formalara malikdir. Onlardan biri nizamlayıcı qapaqla 
təc hiz olunub. Gövdələrin üz tərəfində 6-7, arxa tərəfində isə bir çalğı dəliyi 
var [82]. 
Quruluşca müasir tütək öz sələflərindən çox da fərqlənmir. Əvvəllərdə ol-
duğu kimi, alət qarğı və ya ağacdan (ərik, qoz, tut) hazırlanan, silindr şəkilli 
uzunluğu 280-350 mm olan borudan ibarətdir. 
Ağacın özəyində burğu ilə (keçmişdə bərk qızdırılan metal millə yandı rır-
dılar) 18-20 mm diametrdə səs kanalı açılır. Gövdənin yuxarı ucu çəp kəsiyə 
malikdir və ona söyüddən hazırlanan 30-35 mm uzunluqda tıxac – dil keçirilir. 
Dilin üst tərəfi bir qədər yonulur; bununla da gövdənin daxili divarı ilə dil ara-
sında seqment şəkilli boşluq qalır. Gövdənin üst tərəfində dilin aşağı ucunun 
qurtaracağında kvadrat şəkilli dəlik açılır.
Tütəklər. Tuteks. Тутеки. 
Beləliklə, dil və dəlik fit verən xüsusi bir quruluş təşkil edir. Alətin göv-
dəsinin üz tərəfində 7 dəlik, arxa tərəfində isə üst tərəfdəki 1-ci və 2-ci də-
liklərin arasının orta tuşunda bir dəlik açılır. Gövdənin baş hissəsinə adətən 
alə tin registrini ni zam lamaq üçün metal halqa keçirilir. Halqanı  aşağı  çəkib 
səs çıxaran dəliyi bir qədər örtməklə bəm səslər alınır. Səsi alətin gövdəsinin 
uzun  luğunu dəyişməklə də nizamlamaq olar. Ona görə də, əksər hallarda, tü tə-
yin yuxarı hissəsi siyirmə  dü  zəldilir. 
Çalğı zamanı tütəyi azacıq maili vəziyyətdə düz qarşıda tuturlar. Hava alə-
tin yuxarı ucundakı ensiz dəliyə üfürülür və buradan axın gövdədəki köndələn 
kəsi yin  tilinə yönəldilir.
Bu halda səs çıxarma olduqca yüngülləşir, havanın sərfi azalır, bununla 
da, alətin texniki və ifadə imkanları artır. Yuxarı üç üst və alt dəliklər müvafiq 
olaraq sol əlin şəhadət, orta və üzük, alt dəlik baş barmaqla, aşağı dörd üst 
dəliklər isə sağ əlin şəhadət, orta, üzük və çeçələ barmaqları ilə örtülüb açılır. 
Tütəyin tembri normal üfürmə zamanı yumşaq və incə, güclü üfürmədə isə 
uca və fışıltılıdır.

77
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Azərbaycanın Əməkdar artisti Həsənağa Sadıqov.
Honored Artist of Azerbaian Hasanagha Sadiqov.
Заслуженный артист Азербайджана Гасанага Садыхов.
Tütəyin diapazonu kiçik oktavanın “si” səsindən üçüncü oktavanın “do” 
sə sinə  qədərdir. Oberton registrlərin istifadə edilməsinə  əsaslanan bir qədər 
qüvvətli üfürülmə üsulu ilə, üçüncü oktavanın “re bemol” və “re” səslərini də 
al maq  mümkündür.
Tütəyin diatonik səsdüzümü bəm, orta və zil registrlərə bölünür. Bəm re-
gistr tutqun, xırıltılıdır, intonasiya ilə ifa çətinləşdiyindən nadir hallarda is-
tifadə edi lir; orta registr – məxməri, məlahətli və kifayət qədər gurdur; zil 
re gistr  isə in cə, ay dın və çox kəskin çalarlıdır. Tütək üçün ikibemollu və ikidi-
ye zi  tonallıqlar əlverişli dir. Melodik frazalar, tremolo, leqato çox asanlıqla alı-
nır. Sıçrayışlar, xü susən okta va daxilində, mümkündür, stakkato isə çətinliklə 
alınır. 
Tütək, ney kimi, çoban əməyinin müxtəlif məqamları ilə bağlı (sürünün 
ot  lağa çıxarılması, suvata yönəldilməsi və s.) havaların ifası üçün çobanlar 
tə  rəfin dən istifadə olunur [30]. Bu havaların bir qismi (məsələn, “Çoban ba-
yatısı”) müstəqil səciyyə daşıyaraq, əmək prosesi ilə bağlı olmadan da ifa olu-
nur. Keçmişdə bir çox tamaşalar (ilanların ovsun edilməsi, canbazların, kən-
dirbazların çıxışları, sirk tamaşalarının başlanğıcı) tütək çalğısı ilə müşayiət 
olunurdu. Tütək həmçinin peşəkar rəqqasələri müşayiət edən ansamblların 
tərkibinə də daxil edilirdi. 
Azərbaycanın bəzi rayonlarında tütək “düdük”, “sümsü”, “blül”, Naxçıvan 
MR-nin Ordubad rayonunda isə “şüvə” adları ilə də məlumdur. 
Azərbaycanın Cəb rayıl, Füzuli, Tovuz və Naxçıvan MR-nin Şahbuz ra-
yonlarında yan-tütək nə fəs aləti yayılmışdır. 

Səadət ABDULLAYEVA
78
O uzunluğu 540-600 mm, xarici diametri 20-22 mm olan, qoz və ərik ağac-
larından hazırlanır. Mis və bürüncdən hazırlanan yan-tütəklərə də rast gəlmək 
olur.  Üz tərəfinin aşağı hissəsinə yaxın 7, arxada bir çalğı dəliyi vardır. Yan 
tərəfinin aşağı hissəsində səslərin nizamlanması üçün, bir-birindən 45-50 mm 
məsafədə yerləşən iki əlavə dəlik açılır. Alətin gövdəsində adətən dairəvi qa-
novlar yonulur. Onlardan ikisi daha enlidir və gövdəni təxminən üç bərabər 
hissəyə bölür. Aləti çiyində gəzdirməkdən ötrü ipin ucları üçün gövdənin yu-
xarı və aşağı qurtaracaqlarında qanovlar açılır.
Çalğı zamanı alət çəp vəziyyətdə tutulur, üfürmə dəliyi ağızın sağ küncünə 
qoyulur və ona dodaqlarla azca toxunulur. Hava axınını gövdənin iti ucuna yö-
nəl dərək, aşağı registrdə tutqun, boğuq, orta registrdə mülayim, məxməri, yu-
xarı registrdə isə uca, fışıltılı, lakin kəskin olmayan səslər alırlar. İntonasiya nın 
yük səkliyi çalğı dəliklərinin diametrinin 3/4 və ya 1/2 hissəsini barmaqlarla 
örtməklə və dodaqların gərginliyi ilə nizamlanır. 
Yan-tütək də yalnız çoban alətidir. Onda çalınan havalar qoyun otarılma sı, 
ço banın istirahəti, qurdbasanların haylaması, sürüyə  vəhşi heyvanların bas-
qını za manı insanların çağırılması ilə bağlı olan çoban xəbərdarlıq siqnal və 
mahnıların dan  ibarətdir (“Qoyun həngi”, “Qoyun ovşarısı”, “Qaya başı”, “Ço-
ban bayatısı” və s.) [30].
Tütək çalan müasir ustalar arasında Həsən Məhərrəmov (Bakı), Heydər 
Məm  mə dov  (Salyan),  Şərbət Əhmədov (Şamaxı) və Bayram Məmmədovun 
(Gən  cə) ad ları daha məşhurdur. 
Yan-tütək. Yan-tutek.  Ян-тутек. 
Kiçik instrumental ansamblların müşayiəti ilə tütəkdə lirik melodiyalar 
(adə tən zil registrdə), muğamlar, rənglər, xalq mahnıları, rəqslər və havalar 
ifa edilir. O  habelə xalq çalğı alətləri orkestrləri və ansambllarının tərkibinə 
da  xildir. 
Azərbaycan xalq çalğı alətləri orkestrinin tərkibində həmçinin tütəyin ki-
çik (pikkolo) növündən də istifadə edilir. O adi tütəkdən bir az kiçik ölçüləri 
ilə fərq lənir (uzunluğu 265 mm-ə qədər, diametri isə 18 mm-ə çatır). Nizam-
layıcı halqa olmadıqda, gövdənin üz tərəfində bir əlavə dəlik də açılır. Kiçik 
tütək çalınma üsuluna və applikaturaya görə adi tütəyə uyğun gəlir, lakin ona 
nisbətən kvarta yu xarı səslənir. Alətin diapazonu birinci oktavanın “mi” sə-
sindən, üçüncü oktavanın “fa” səsinə qədərdir. 

79
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Ney, tütək və onun kiçik növü orkestrdə, əsasən, solo alət kimi səslənirlər 
və digər nəfəs aləti – zurna ilə bir qrup təşkil edirlər. 
Azərbaycan bəstəkarları tütəyin texniki və bədii-ifadə imkanlarından ge-
niş istifadə ediblər. Soltan Hacıbəyovun “Bolqar süitası”, Cahangir Cahan-
girovun “Misir lövhələri”, Süleyman Ələsgərovun “Bahar təranələri”, Xəlil 
Cəfərovun “Rəqs süitası”, Hacı Xanməmmədovun “Simfoniyetta”, Ağabacı 
Rzayevanın “Çoban Qara”sında onun bədii-ifaçılıq imkanları (xüsusən forte 
nüansında) qabarıq şəkildə əks olunur və başqa alətlərlə qovuşduqda zəngin 
səs palitrası yaradır. 
Beləliklə, ney və tütək xalq musiqiçiləri ilə yanaşı professionallar arasında 
da populyardır.
NAĞARA, QAVAL VƏ QOŞANAĞARANIN
RİTMLƏRİ ALTINDA
Yazılı mənbələrə görə Azərbaycanda qədimdən yayılan dərili alətlər (elmi 
ədəbiyyatda membranofonlar) quruluşlarına, ölçülərinə, formalarına, hazır-
lanma materiallarına və səslənmələrinə görə fərqlənirdilər [2,32]. Onlar bir və 
ikiüzlü, yəni səslənən dəri gövdənin bir və ya hər iki açıq üzünə çəkilirdi, eləcə 
də binar – iki gövdədən ibarət idilər. Onlardan çubuq, toxmaq, əl və barmaq-
larla alçaq, güclü, boğuq və ya gurultulu səslər çıxarılırdı.
Birtərəfli zərb alətlərinin sayı 11-ə (qaval, qoşanağara, dairə, dəf, təbil, 
düm bək, təbil-baz, kus, cift-kos, məzhər, nağarazən), ikitərəflilərin sayı isə 5-ə 
(nağa ra, davul, döhül, dumbul, təbirə) çatırdı. Bu alətlərdən vuruşlarda siqnal 
aləti ki mi, əsgərlərin döyüş ruhunu qaldırmaq üçün, tamaşa və bayramların ke-
çirildiyi vaxt, meyxana icra edəndə, dini ayinlərin, yas mərasimlərin müşayiəti 
zamanı,  yü  rüş, toy, rəqs və idman oyunlarında istifadə edirdilər. Onlar solo və 
ansambl lar  da  başqa çalğı alətlərlə birgə səslənirdilər. Bu ənənə bizim günlərdə 
də davam edir. 
Azərbaycanlıların membranlı alətlər arasında ən çox barabanın bir növü 
olan nağara (“nəqr” – taqqıldatmaq ərəb sözündən) yayılmışdır.
Nağaranın gövdəsi (sağanaq, qobul) silindr şəklindədir və ərik, qoz, tut, 
cökə ağaclarından hazırlanır. Bu məqsədlə kəsilmiş ağac parçası içəridən 5-6 

Səadət ABDULLAYEVA
80
mm qalınlığa qədər oyulur və ya 4-5 mm qalınlıqda faneri əvvəlcə isladıb, 
sonra əyirlər. Sağanaqda havanın çıxması üçün 10 mm diametrdə 1-3 sayda re-
zonator dəliyi (oyuq) açılır, əks halda gövdə havanın təzyiqindən çatlaya bilər. 
Bəzən gövdənin iç tərəfindən  şaquli istiqamətdə sağanağın möhkəmliyini 
təmin edən tamasa bərkidilir. 
Alətin üzü üçün əsasən keçi dərisindən istifadə edilir. Əvvəllər ceyran və 
ya maral dərisi tətbiq edilirdi. Dərini bir az isladır və tüklü üzü yuxarı olmaqla 
(bu halda alət daha yaxşı  səslənir) dartılır. Sonra dəri bərabər məsafədə ta-
xılan 6-12 ədəd səkkizvarı mis ilgəyi (qarmaq, üzük, halqa) olan sağanağın 
xarici diametri ölçüsündə düzəldilən girdə polad çənbərə ikiqat sırınma tikişlə 
bərkidilir. Üz çəkilmiş çənbərlər alətin açıq tərəfində yerləşdiriləndən sonra 
ilgəkdən keçən və taxta payacıqlarla burulan – çal-çarpaz dolanan ipin (kəndir, 
ciyə) köməyilə alətin gövdəsinə sıx dartılır. Bu zaman bir çənbərin ilgəyi əks 
çənbərin ilgəkləri arasında simmetriya oxunda yerləşdirilir. Membranın belə 
çəkilmə üsulu onun tarımlığını, bununla da nisbi yüksəkliyi nizamlamağa im-
kan verir. İfaçının hərəkətini asanlaşdırmaq üçün alət qayışla təchiz olunur. 
Nağara gövdəsinin diametri müxtəlif olur. Bundan asılı olaraq, alətin növ-
lərinə müxtəlif ad verilir: böyükləri – kos (koos, kus), dumbul (Şabran və Quba 
rayonlarında); orta ölçüdə olanları – orta, qoltuq, əl nağarası  və ya sadəcə 
nağara, toy (Naxçıvan MR-də); kiçikləri isə  cürə, kiçik  və ya bala  nağara 
adlanırlar. Nağaranın bütün növləri quruluşca eynidir.
Böyük nağara (kos). 
Big naghara (kos). 
Большая нагара (кос).
Qoltuq nağara. 
Goltuq (axillary) naghara.
Голтуг (подмышечная) нагара.
Cürə (bala) nağara. 
Jura (small) naghara. 
Джура (небольшая) нагара.

81
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Böyük nağaranın – kosun sağanağının diametri və hündürlüyü uyğun ola-
raq 400-450 və 500-550 mm-dir. Onun gövdəsində kvadrat şəklində rezona-
tor dəlikləri və ya kiçik dairəciklər açılır. Alət ayaq üstə çalındığından, onu 
gəzdirmək üçün qayışla təchiz olunub. Qarmaq kimi əyilmiş, ucu kürəşəkilli, 
uzunluqları 395-405 və 280-285 mm, diametrləri 13-15 və 9-10 mm olan qayış 
ilgəkli iki çubuqla (çilik, çiling) çalınır. Böyük nağara (kos) adətən gövdəsinin 
hündürlüyü 340-360 mm və diametri 300-320 mm olan kiçik növü ilə birlikdə 
səsləndirilir. Buna görə də bu qoşa alət kos-nağara adlanır. Böyük nağaraya 
ana kos, kiçik nağaraya isə bala kos deyilir. 
Orta nağaranın gövdəsinin diametri 330-360 mm və hündürlüyü 260-310 
mm olur. Ölçülərindən asılı olaraq kiçik (330x260 mm), orta (340x290 mm) və 
iri nağara (350-360x300-310 mm) adlanırlar. Nağaranın bu növləri adətən iki 
əlin və iki (yoğun və nazik) düz və ya ucları qarmaq kimi əyilmiş çubuqların 
zərbələri ilə səsləndirilir. Sonuncu halda alət çilik (çiling, çubuqnağara adını 
daşıyır. Yoğun çubuğun uzunluğu 350-360 mm, naziyinki isə 230-235 mm olur. 
Çubuqların yuxarı hissəsində dəlik açılır və ondan iribuynuzlu mal dərisindən 
olan nazik qayış keçirərək uclarını tikirlər. Çalğı zamanı qayış ilgək hər iki əlin 
şəhadət barmaqlarına geydirilir, çubuqlar baş barmaqlara dirənirlər, qalan bar-
maqlar isə çubuqlar üzərində qalır. İri nağara xüsusi sifarişlə hazırlanır. 
Kiçik (cürə, bala) nağaranın gövdəsinin diametri 240-300 mm və hündür-
lüyü 235-295 mm-dir. O uzunluğu 270 və 295 mm, diametri 11-13 mm olan 
iki toxmaqla və həmişə iri nağara ilə birgə səsləndirilir. 
Bir qayda olaraq, nağaranı güclü səsinə görə açıq havada ayaq üstündə və 
ya oturaraq çalırlar. Ayaq üstə çalanda aləti qoltuq altında saxlayıb, gövdəni 
sol qolun bazu önü ilə tuturlar. Alətin bu vəziyyətini nəzərə alaraq, onu adətən 
qoltuq nağara da adlandırırlar. Oturaraq çaldıqda, nağaranı, adətən, sol dizdə 
qoyulur, sol əllə qayışı ifaçının toqqasına bağlanan ipi tutaraq saxlayırlar. 
Nağara əllərlə və çubuqlarla çalınır. Birinci halda şəhadət, orta, üzük və 
çeçələ barmaqlarının uclarına güc verməklə və hər iki əlin ovucları ilə zərbə en-
dirilir, ya da dərinin üzərinə barmaqların çırtma vurulması və sürüşdürülməsi, 
həmçinin barmaq zərbələrinin müxtəlif kombinasiyalarından istifadə edilir. 
Bununla da müx  təlif dinamikliyin və tembr çalarının ritmik cizgiləri əldə olu-
nur. Alət təmiz, cingiltili, güclü və kəskin səs verir. 
Naxçıvan Muxtar Respublikasında “Yallı” rəqsini ifa edərkən zurnaçılar 
ansamblının tərkibində çıxış edən nağaraçı (burada o toyçu adlanır) onu boy-
nundan asaraq alt və üst üzlərinə çubuqları (yoğunu şalban adlanır) vurur.
Çalğı zamanı çilik nağara çiyindən keçirilən qayışdan asılır və ya sol əllə 
gövdəni tutan ifaçının qoltuğu altında saxlanılır. Çubuqlar bir, bəzən isə hər 

Səadət ABDULLAYEVA
82
iki membrana vurulur. Çilik nağarada çalğı zamanı müşayiətin ritmik əsası 
sağ əlin biləyini bükməklə aşağı vəziyyətdə saxlanılan yoğun çubuqla vurulur. 
Bununla da taktın güclü xanəsi vurğulanır. Bu halda sol əlin biləyinin öz oxu 
ətrafında fırlanması ilə yuxarı vəziyyətdə saxlanılan nazik çubuğun zərbəsilə 
məharətlə variasiya olunan xırda ritmlər əldə edilir. 
Çilik nağara ifaçısı 
Yüklə 33,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin