XALQIN SEVİNC VƏ QƏLƏBƏLƏRİNİN CARÇISI
Nəfəs alətləri sırasında səslənmə gücünə görə xüsusən xalq arasında “qara
zur na” adı ilə də tanınan zurna seçilir. Bu ad alətin gövdəsinin rəngi (vaxt öt-
dük cə o qaralır) və ya qeyri-adi güclü səsi ilə əlaqələndirilir. Bəzi tədqiqatçılar
qeyd edir lər ki, alətin adı “sur” (şənlik, bayram) və “nay” (qamış) sözlərindən
ya ra nıb, yəni bayram, toy ziyafət və mərasimlərini müşayiət edən alət. Alətin
adı nın kö kündə güclə hasil olan səs – “zor-ün” sözünün olması da istisna edilmir.
Zurnanın adı “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında, orta əsr
şairləri Qazi Bürhanəddin, Mustafa Zərir, Həbibi, Fədai Təbrizi, Neymətullah
Kişvəri, Seyid Əbül qasım Nəbati, Mirzə Mehdi Şükuhi
və başqalarının şeir lə-
rində çəkilir. Azərbaycan xalqı onun sədaları altında vətəni qorumaq üçün öz
oğullarını döyüşə yola salmış, əmin-amanlıq illərində isə heç bir toy, təntənəli
yürüşlər, xalq oyunları, idman yarışları, şənliklər, xoruz və qoç döyüşdürmələ-
ri onsuz keçirilmirdi. Zurnanın cazibədar sədaları altında bəyin və onun ya-
xınlarının gəlin evinə gəlməsi baş verirdi. “Gəlin atlandı” melodiyası ilə gəlin
ata minərək bəy evinə yola düşürdü, “Səhəri” havasıyla toy başa çatırdı. Zur-
nanın səsi “Zorxana” idman yarışında, “Cıdır”, “Kəndirbaz”, “Kosa və gəlin”
tamaşalarında eşidilirdi. Masqara tamaşalarında zurnaçılar çıxış edirdilər. Alət-
də həmçinin əkin və biçin vaxtı çalırdılar. Zurna dini-ayin musiqinin ifasında
is ti fadə olunurdu; qavalla birgə “Aşura günü” matəm ayinində səslənirdi.
Bu alətə münasibət insanların müxtəlif deyimlərində, atalar sözlərində öz
əksini tapıb: “zurnanın səsi uzaqdan xoş gələr”; “qız öz başına qalsa, ya na-
ğa ra çıya, ya zur na çı ya gedər”; “dumbulla gələn zurna ilə ge dər” və zərb-
məsəllərdə: “zurnaya qo yub çal maq” (yəni rüsvay, biabır, bədnam etmək),
“zurnası sonraya qalıb” (pis aqibət gözlədik də de yilir), “əlinə zurna vermək”
(yəni boş vədə), “zurna bağlamaq” (arxasınca danış maq, böhtan atmaq), “zur-
na çalmaq” (mənasız, boş danışıqlar) [3].
Azərbaycanda adları nəsildən-nəslə ötürülən mahir zurna ifaçıları yetiş-
mişdir: Qarabağda Nəcəfqulu, Məmməd, Tanrıverdi, Muxtar Manıyev, Ək-
bər, Çər kəz, Oruc, Balakişi, Həşim, Dadaş, Qaraş Allahverdiyev, İbrahim İs-
gəndərov, Fə rəc Kələntərli, Gərənalı Rəcəb, Rüstəm, Süleyman Zümürxaç,
Güloğlu Bəərçin, Ab dulla, Tovuz rayonunda – Ovlar, Gəncədə – Tüttək Bəy-
61
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
lər, Laçında – Bayramalı, Basarkeçərdə – Məcid Şıxəliyev, Quba-Xaçmaz zo-
nasında – Qaraçı Ağa, Gül baba, Usta Əlövsət, Şirvanda – Mansır Rüstəmov.
Onların ifaçılıq məharətini Hə bibullah Cəfərov, Ələfsər Rəhimov (Şəki rayo-
nu), Heydər Ağayev, Abbas İsmayılov, Əkbər Həsənov (Tovuz), Məhəmməd
Abbasov (Bərdə), Məmməd Məm mədov (Şəmkir rayonu), Əmrah Oçaqov
(Şabran), Abış Abışov (Xaçmaz), İbad İbrahimov (Ucar rayonu), Əliş Mura-
dov (Ağdam), Ağəli Əliyev (Gəncə), Abdulla Qasımov (Qazax) və başqaları
davam etdiriblər.
Belə bir fakt diqqəti cəlb edir ki, kainatda başqa mədəniyyətlərin mövcud-
luğunu aydınlaşdırmaq məqsədilə 1977-ci ildə kosmosa göndərilən iki “Vo-
yager” kosmik gəmisində Bax, Motsart və Bethoven, cazmen Lyu Armstronq,
rok-musiqiçi Çak Berri və b. əsərlərilə yanaşı zurnanın ifasında Azərbaycan
xalq melodiyalarının da yazısı var idi.
Zurna dinləyicini güclü həyəcanlandıran çox az sayda olan çalğı alət lə-
rindən dir. Bu, hər şeydən əvvəl, onun quruluş xüsusiyyətlərilə şərtlənən spe-
sifik tembri ilə əlaqədardır.
Zurnanın tərkib hissələrinə gövdə, maşa, mil, dil, tağalaq və qapaq daxildir.
Gövdə ( кötüк, каrxana) konus şəklində ərik, qoz, armud, alça, zoğal,
şüm şad və innab ağaclarından hazırlanır (zurnanı hazırlayan ustaya “ zurna
çəkir” deyirlər). Lakin daha çox üstünlük ərik ağacına verilir, belə ki, o özündə
nəmişliyi uzun müddət saxlayır. Diametri 230-300 mm, uzunluğu 370-400 mm
olan kiçik ağac tiri dörd hissəyə bölünür. Bir aydan artıq təbii surətdə quru-
dulduqdan sonra parçalanmış ağacın 300-350 mm uzunluğunda daxili hissəsi
(qalan hissələr istifadə edilmir, belə ki, özək hissə çat verir, kənarı isə əyilir)
gövdənin hazırlanmasında istifadə edilir. Əvvəlcə ağac xarici tərəfdən qeyri
bərabər yonulur: gövdənin yuxarı tərəfdən diametri 20 mm-ə, aşağı tərəfdən
isə 60-70 mm-ə çatır. Sonra burğu ilə yuxarı tərəfdən diametri 13 mm-ə qədər,
aşağıya doğru tədricən genişlənən səs novu açılır.
Gövdənin üst tərəfində onun yuxarı ucundan 20-25 mm aralı diametri
6-8-10 mm olan 8 (7-si çalğı, biri isə kökləmə – əlavə, nizamlayıcı, şeytan)
dəlik açılır. Birinci 7 dəlik arasında məsafə 24-27 mm, yeddinci və səkkizinci
dəliklər arasında məsafə isə 46-50 mm olur. Axırıncı dəlik bəzən gövdənin
yan tərəfində yerləşir və çalğı zamanı həmişə açıq qalır. Bu dəlik “re” notu-
nu dəqiq almaq məqsədilə açılır. O olmadıqda, göv dəni aşağı tərəfdən daha
geniş düzəltmək lazım gələrdi. Gövdənin arxa tərəfində birinci və ikinci üst
dəliklərin tən ortası tuşunda bir dəlik də açılır. Sonra bütün dəliklər dağlanır.
Alətin gövdəsi altıncı dəlikdən və ya “ kəmər” adlanan halqadan aşağı-
ya (ayaq hissə) genişlənərək konus şəklində diametri 90-100 mm olan boru
Səadət ABDULLAYEVA
62
əmələ gətirir. Gövdə bəzən yandırma yolu ilə naxışlarla, müxtəlif hissələri
sədəf, lacivərd, mina, gümüş və başqa metal dekorativ hissələrlə inkrustasiya
ilə bəzədilir.
Zurna geniş ağızlı (menzurlu) alət olduğu üçün onu dodaq və barmaqlarla
kök ləmək çətindir. Bu əməliyyatı asanlaşdırmaqdan ötrü gövdənin yuxarı qur-
taracağına (baş, sər, kəllə) 120 mm uzunluğunda aşağı hissəsi ikidilli çəngələ
oxşar maşa (becə, calaq) qoyulur. Onu fırlatmaqla üç üst dəliyi örtmək müm-
kün olur. O quru söyüd, qoz, fındıq, cır alça ağaclarındın hazırlanır. Maşanın
baş hissəsinin uzunluğu 15-20-30 mm olur. Maşa həmçinin səsi gücləndirir.
Zurna. Zourna. Зурна.
Mil. Pin. Штифт.
Dil. Stick.Трость.
Tağalaq. Socket. Розетка.
Maşa. Sleeve. Втулка.
Qapaq. Cap.
Колпачок.
Uzunluğu 50-60 mm olan mil (milçə) bürünc, gümüş, tunc və ya mis tə-
bə qə dən hazırlanır. Təbəqə kəsik konus şəklində kəsilir və aşağıya doğru bir
qədər ge nişlənən (burada diametri 7 mm-ə çatır) dairəvi əyilir. Təbəqənin
birləşdiyi yer gü müş və ya qalayla lehimlənir. Milin aşağı enli ucu sapla sarı-
nır və maşaya keçirilir.
Milin yuxarı ucuna sapla suvarılmayan yerlərdə bitən qamışdan hazırla-
nan kiçik ikiqat dil (qamış) bərkidilir. 20 mm uzunluğunda qamış kəsilir və
iç tərəfdən ərpi təmizlənir, üst tərəfdən isə qabığı soyulur. Qamışın bir ucu
ağız istiliyində yastılanır. O biri ucu isə çubuq üzərində çarx sapı ilə sıxılır və
milə bağlanır. Dilin ucu açılmasın deyə, azacıq dağlanır. Ehtiyat dillər zəncirlə
alətdən asılır.
Tağalaq (dayaq, sini) bir qədər dəyirmi və ya diametri 30-40 mm olan dairəvi
şəkildə olur, qalınlığı 1-2 mm-ə çatır. O sədəf, sümük, plastik kütlədən, alümin
və ya ağacdan hazırlanır. Tağalaq milin təxminən orta hissəsinə lehimlənmiş
dairə vi lövhəciyə söykənir. O dodaq üçün bir növ dayaq rolunu oynayır, bütün
63
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
hava gövdəyə üfürülür və dilin “ləçəkləri” ağızda sərbəst titrədiyindən dama-
ğın zə də lənməsinin qarşısını alır.
Dili qoruyan qapaq ( ağızlıq, qapança, sıxnaq, kip, putqal, qısqac) söyüd,
fındıq ağacından və ya üzüm tənəyindən hazırlanır. Tağalaq və qapaq, itməsin
deyə, nazik tunc, gümüş zəncirlə və ya sapla milə bağlanır.
Göründüyü kimi, zurnanın kəskin səslənməsinə səbəb onun kiçik diametr-
li dilə, milə və enli ağızlığa malik olmasıdır.
Çalğı zamanı zurna bir qədər maili vəziyyətdə düz qarşıda tutulur, ifaçının
do daqları tağalağa toxunur və hava dil (onu ağızda dik vəziyyətdə saxlayırlar),
mil və maşadan keçərək gövdəyə üfürülür.
Zurnada burunla çalğı üslubu (havanın burunla alınması və ağızla alətə
ötü rül məsi) tətbiq olunur. Bu vaxt səs uzun müddət kəsilmir. Bir qayda olaraq,
ifaçı qısa me lodik frazaları ifa edərkən ağzı ilə, uzun, davamlı səsləri çıxararkən
isə burnuyla nəfəs alır. Hava “rezervuar” rolunu oynayan ağciyər və ağız boş-
luğundan keçərək alətin səs kanalına tədricən daxil olur. Belə özünəməxsus
nəfəsalma texnikası sayəsində zur nada davamlı melodik xəttin ifası mümkün
olur. Çalğıçı sol və sağ əlin barmaqları ilə dəlikləri örtüb-açmaqla müxtəlif
ucalıqda səslər çıxarır.
Zurnanın diapazonu kiçik oktavanın “si bemol” səsindən üçüncü oktava-
nın “do” səsinə qədərdir. Üçüncü oktavanın “do diyez”, “re”, “mi bemol”,
“mi”, “fa”, “fa diyez”, “sol” səslərini də çalmaq mümkündür. Mahir ifaçılar
dördüncü oktavanın “do” səsinə qədər olan səsləri də götürə bilirlər. Bu səslər
xalq musiqiçiləri arasında “ səfil səslər” adıyla məşhurdur. Onları almaq üçün
1-ci üst və alt dəliklər örtülür və gövdəyə güclü hava axını üfürülür.
Azərbaycanın qocaman musiqiçilərinin sözlərinə görə vaxtilə gövdələri
müx təlif uzunluqda olan zurnalar yayılmışdı. Gövdələrinin uzunluğundan ası-
lı olaraq onlar “ baş tavar” ( 350-370 mm), “ orta tavar” (300 mm, indi də
istifadə edilir), “ cürə” (250 mm), “ orta cürə” (200 mm) və “ ayaq cürə” (150
mm) adla nırdı. Baş tavar orta tavardan yarım ton bəm, cürə isə yarım ton zil
səslənirdi. Ta nınan nəfəs alətləri ifaçısı Əlicavad Cavadov zurnanın iki: zil və
bəm növlərini düzəltmişdir. Zurna alətinin səsi həddindən artıq güclü olduğu-
na görə peşəkar musiqiçilər onu adətən açıq havada çalırlar.
Alət zurnaçılar ansamblının tərkibində səslənir. Buraya usta (melodiyanı
çalır) və dəmkeş (səs yüksəkliyi dəyişməyən burdon səslərlə ustanı müşayiət
edir) daxildir. Məhz “ qoşazurna”, “züy tutmaq” ifadələri bunu nəzərə alaraq
yaranmışdır. Bu dueti zərb aləti nağara da müşayiət edir. Şəki zonasında zur-
naçılar duetinə iki membranlı alət – ana kos (böyük nağara) və bala kos (bala
nağara) da qoşulur.
Səadət ABDULLAYEVA
64
Salyan rayonunda “Cəngi” (rəhbəri Manaf Məmmədov) və Şabran rayo-
nunda “Çıraqqala” (rəhbəri Nurağa Rəhmanov) zurnaçı ansamblları daha çox
məş hur idilər. “Cəngi” ansamblında yeddi zurnaçı, bir balabançı və dörd nağa-
raçı çalırdı.
1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İn cə-
sənəti Dekadasında 7 ifaçıdan ibarət zurnaçılar ansamblı çıxış etmişdir. 1962-
ci il də Ələfsər Rəhimovun rəhbərliyi altında qarışıq tərkibli ansambl təşkil
edil miş və onun tərkibində beş usta zurnaçı, beş dəmkeş zurnaçı (onlardan
iki si zurnada, üçü isə balabanda çalırdı) və üç nağaraçı iştirak edirdi.
Şirzad Fətəliyev. Shirzad Fataliyev. Ширзад Фаталиев.
Zurnada rəqslər, əsasən xalq qəhrəmanı Koroğlunun adıyla bağlı qəh rə-
manlıq melodiyaları, marşlar və alətin ənənəvi repertuarına daxil olan instru-
mental pyeslər ifa edilir.
Zurnaçı Əli Kərimovun (1874-1962) repertuarında “Çaharzən dəstgahı”-
na daxil edilən rəqs havaları: Qarabağı, Yumma Qarabağı, Şahpərdə Qarabağı,
Ba ya tı Qarabağı, Qəhrəmanı, Mirzəyi, Bəyazi [40] və Həbibillah Cəfərovun
(1896-1987) ifasında səslənən və tərkib hissələri: 1) Ağır Koroğlu, 2) Şəki yallısı,
3) Koroğlunun Şəki səfəri, 4) Cəngi Koroğlu, 5) Koroğlu qaytarması, 6) Üç
barmaq, 7) Dəli Koroğlu olan “Dəstgah Koroğlu” [19] süitayabənzər unikal
əsərlərdir.
Zurna solo alət kimi xalq çalğı alətləri orkestrinin tərkibinə daxildir. Alət
simfonik orkestrdə də istifadə olunur. Ü.Hacıbəylinin “Koroğlu” operasında
zurna alətinə böyük yer verilmişdir. Ona adətən qəhrəmanlıq və rəqslə bağlı
səhnələrin müşayiəti tapşırılır.
Cavanşir Quliyev ilk dəfə zurna və simfonik orkestr üçün “Pyes”, Kamal
Əh mədov isə zurna və xalq çalğı alətləri orkestri üçün “Cəngi” bəstələmişlər.
65
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Elnarə Da daşova zurna, balaban, ney, tütək və fortepiano üçün “Diptix” kom-
pozisiya-kvintet yazmışdır.
Xalq çalğı alətləri orkestrinin tərkibində zurnanın texniki və bədii imkan-
ları Ü.Hacıbəylinin “Cəngi”, S.Rüstəmovun “Qəhrəmanı”, A.Gərayın “Cəngi”
və S.Ələsgərovun eyniadlı əsərlərində parlaq nümayiş etdirilir.
Zurnanın yaranma məkanı dəqiq müəyyən edilməsə də, onun yayılma are-
alı məlumdur. Bu – zurnanın inkişaf etdiyi ayrı-ayrı mərkəzləri olan əsasən
türk dünyasıdır: Anadolu, Cənubi Türk (türk və Qafqaz xalqlarından yaranan
Məmlük lər sülaləsinin hökmranlıq etdiyi zamanında ərəb ölkələrini əhatə edir-
di), Şimali Türk (Kazan, Çuvaş və Balkan mərkəzləri daxil idi), Azərbaycan,
Özbək, Qazax-Qırğız və Şərqi-Türkistan (Moqol və Kalmık mərkəzləri). Qon-
şuluqda yaşayan xalqlar zurnanı bu mərkəzlərdən iqtibas etmişlər.
Əgər qərb türk aləmində zurnanın əsasən gövdəsinin uzunluğuna görə fərq-
lənən müxtəlif növlərindən – qaba, cürə, asəfi, sixabi, ərəbi, əcəmi, bəxtiyarı
yayılmışdısa, şərq türk aləmində ancaq iriölçülü (400-450 mm-ə qədər) zurna-
lardan istifadə olunurdu.
Bizim zamanımızda Azərbaycandan başqa zurna həmin adla Türkiyə, İran,
Gür cüstan, Acarıstan, Ermənistan, Dağıstan, Çeçenistan, İnquşetiya, Yunanıs-
tan, Ma kedoniya ərazilərində və ərəb ölkələrində məlumdur. Dağıstanda o həm
də zurnay (qumuqlar), zurnau (laklar), zinrav (darginlər), surmay (kubaçinlər),
Kabarda-Bal kariyada – nakıra və ya nakira adlanır [82]. Zurna tipli alətlər
Əfqanıstan, Ta cikis tan və Qara-Qalpaqda surna, Misirdə – zəmir, Əlcəzairdə
– zorna, qaita adıyla yayılıb. Uy ğurlarda o sunay və ya sona, kalmıklarda –
biçkür, buryatlarda – bişkur adı ilə ta nınır.
Göründüyü kimi, geniş məkanda bənzər çalğı alətləri, əksər hallarda eyni
və oxşar adlarla məlumdurlar.
AZƏRBAYCAN QARMONU
Klavişli-pnevmatik çalğı aləti olan qarmonun yaranma tarixi Şərq aləmi
ilə əlaqədardır. Burada onun çox qədimdən prototipləri – Çin şeni (şenq), Əf-
qan, Pa kistan və Hind harmonu və ya ərqanı, Azərbaycan cibçiqi məlumdur
[56, 60]. Onlarda səslər havanın ağız və körüklə sərbəst qalxıb-enən dillər yer-
ləşdirilən gövdəyə verilən hava ilə hasil edilirdi. Ticarət əlaqələrilə əlaqədar
Səadət ABDULLAYEVA
66
sə sin belə alınma prinsipi Avropada da məlum olur və burada musiqi alətləri
us taları tərəfindən istifadə edilir [60].
1821-ci ildə Alman ustası Fridrix Kristian Buşman dodaq qarmonikasını,
sonra birsıralı körüklü əl harmonikasını hazırlayır [59]. Daha sonra, 1830-cu
ildə Rusiyanın Tula quberniyasında, Nijeqorod yarmarkasında satışa çıxarılan
primitiv birsıralı alman harmonika nümunəsinə uyğun, silah ustası İvan Sizov
tərəfindən sağ tərəfdə 7 klaviş (dil), sol tərəfdə isə 2 bəm klapanı (düyməsi)
olan və bəsit mah nıları ifa etməyə imkan verən qarmonika (qarmoşka) düzəldir.
Sonralar, kustar üsulla 8-10 və daha çox klavişli, 2-4 bəm klapanlı qarmoni-
kalar hazırlamağa başladılar. 40-cı illərin əvvəlində Tulada bir sıra ev ema-
latxanaları qarmonika istehsalı fabriklərinə çevrilir. N.İ.Beloborodovun təklif
etdiyi konstruksiyaya əsa sən 1878-ci ildə Tula ustası L.A.Çulkov tərəfindən
qarmonikaların ikisıralı klavişli xromatik növü yaradılır [59].
Alətin təkmilləşdirmə işləri Rusiyanın müxtəlif quberniyalarında yerinə
ye tirilir. Qarmonikaların quruluşlarında çoxlu dəyişikliklər aparılır. Onlar bir-
birlərindən kökü, diapazonu, səs və registrlərin sayı, hazır akkordların daxil
edil mə imkanının olması və ya yoxluğu ilə fərqlənirdilər. Hazırlanma yerlərinə
görə Tu la, Liven, Vyatka, Boloqoyev, Saratov, Kasimov, Yeletsk və s. qarmo-
nikaları ad landırılırdı.
Alətin hər iki – diatonik və xromatik növü sadəliyinə, güclü və parlaq
səsi nə, ifa imkanlarına, çalınma üsulların öyrənilməsinin sadəliyinə, habelə
Tula və Vyat kada kütləvi istehsalına görə Rusiyada ( tatar, başqır, cuvaş, marı,
mordva), Qafqa zın şimal və cənub hissələrində məskunlaşan digər xalqlar (ka-
bardin, ləzgi, çeçen, inquş, gürcü, osetin, acar və b.) arasında da əsl xalq çalğı
aləti kimi yayılır.
XIX əsrin ikinci yarısından başlayaraq qarmonikalar Azərbaycana da gəlib
çıxır. Azərbaycan folklor mərasimləri və musiqisinin kamil bilicisi Əlihüseyn
Dağlının dərc edilən “Ozan qarəvəli” kitabında qeyd edildiyi kimi, Xəzər
dənizi və Volqa çayı üzrə yerinə yetirilən ticarət yolu vasitəsilə dənizçilər
tərəfindən qarmonikaların ilk nümunələri Azərbaycana gətirilir. Onun səsi
Azərbaycanda hələ dəmir yolu çəkilməyəndən əvvəl (yəni 1880 ildən əvvəl)
eşidilirdi [20]. Maraqlıdır ki, onlar əvvəlcə karvansara və bazarlarda sandıq al-
veri ilə məşğul olan tacirlər tərəfindən oyuncaq kimi satılırdı. Diatonik səs dü-
zümlü alətlərin 7, 12, 14, 16 və 18 ağ klavişi var idi. Tulada Akim Trofimoviç
Vorontsov tərəfindən hazırlanan girdə formalı 16 klavişi olan belə alətlərdən
biri Azərbaycan Milli Tarix Muzeyində nümayiş etdirilir. Məşhur tar ifaçısı
Bəhram Mansurovun babası Məşədi Mansur (1833-1909) yeddi klavişli alətdə
çalırdı. İstedadlı tarzən Şirin Axundov (1878-1927) yeddi yaşında olarkən
67
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
bu aləti səsləndirib. Sonra xromatik qarmonikalar istifadə edilməyə başlan-
dı. Üstünlük daha çox kazan növünə verilirdi. Bu alətin ilk ifaçılardan biri
Azərbaycan şəhəri Şuşadan olan tanınan qar monçu Kərbəlayı Lətifin (1876-
1944) atası Çəkməçi Hüseyn olub [72]. Onu qadınlar da qız toylarında qa-
val zərb alətinin ritmik müşayiəti ilə çalırdılar. Bununla yanaşı, köhnə Bakıda
(İçəri Şəhər) Seyid Həsən (XIX əsrin sonu) qarmonikada gözəl ifa edir və gənc
musiqiçiləri – ifaçıları hazırlayırdı [20].
XX əsrin birinci yarısında kiçik yaşlarında kor olan və xalq arasında Kor
Əhəd kimi tanınan Əhəd Əliyev (1893-1942) böyük şöhrət qazanır. Qeyri-adi
is tedına görə (o, saz, tar, tütək və fortepianoda da gözəl çalırdı) onu “Usta” və ya
“Qarmonçu Əhəd” də adlandırırdılar. 20-ci illərin sonunda onun məsləhəti və
tək li filə Saratov növlü qarmonika bakılı usta Arxip Karpuşkin tərəfindən
təkmil ləş di ri lir. Alətin bu variantını artıq “Azərbaycan qarmonu” adlandırma-
ğa baş la yır lar, çünki onun səssırası və tembri qarmonikanın “tula”, “saratov”,
“kazan” və baş qa növlərindən fərqlənirdi. Yeri gəlmişkən, qeyd etmək lazım-
dır ki, Azərbay ca nın Şirvan zonasında qadınların istifadə etdikləri qarmon
həmçinin “nay”, Qara bağ zo nasında isə “mizqan” adları ilə məlumdur.
Azərbaycan qarmonunun tərkib hissələrinə dördbucaqlı qutu şəklində
gövdə, körük, səs hissələri və klaviş mexanizmi aiddir. Gövdə 360х268х195
mm ölçüdə olub, alətin qalan hissələrinin bərkidildiyi və quraşdırıldığı sağ və
sol taxta çər çivələrdən ibarətdir.
Çərçivələri birləşdirən körük ( köynək) dəyişən həcmdə havanın verilməsini
təmin edən hava rezervuarı rolunu oynayır. O iki tərəfdən nazik möhkəm parça
ilə yapışdırılan büzməli kartondan hazırlanır. Körüyün kənarları gövdənin çər-
çivələrinə yapışdırılır.
Gövdənin sağ hissəsinə 18 tonlu ağ və 12 yarımtonlu qara klavişlərdən
( dil lər dən) ibarət klaviatura yerləşən tamasa-qrif bərkidilir. Rus qarmonika-
sından fərqli olaraq, Azərbaycan qarmonunun sol əl üçün “yığma” akkordları
yoxdur. On ların əvəzinə gövdədə iki sırada yerləşən (18 tonlu ağ və 12 yarım-
tonlu qara) düy mə lər dən istifadə edirlər. Onları basarkən unison səslər və ya
2-3 səsli akkordlar alınır.
Səs, sol əllə körüyün dartılıb-sıxılması ilə metal tirciklərin (plankaların)
hər iki tərəfinə pərçimlənən müxtəlif uzunluq və qalınlıqda, enli əsası və ensiz
titrəyən hissələri olan nazik elastik dillərin (lövhələrin) rəqsi ilə əmələ gəlir.
Müa sir qarmonlarda tirciklərin sayı 5-dir. Onlar müəyyən qaydada üzərində
havanın keçməsi üçün, klapanlarla örtülən dəlikləri olan ağac rezonatorlara
bərkidilir. Klapanlar qrifdəki klaviş və gövdədəki düymələrə linglərlə birləşib.
Hər bir ağ klavişin səslənməsi üçün 6 dil – ikisi zil səslərin, dördü bəm səslərin
Səadət ABDULLAYEVA
68
səs lənməsi üçün, qara klavişlərin səslənməsi üçün isə 3 dildən (biri zil, ikisi bəm
səslər üçün) istifadə edilir. Dillərin titrəyişi körüyün dartılması və ya sıxıl ması
zamanı dilin bir və digər tərəfində yaranan hava təzyiqinin fərqi he sa bına yara-
nır. Körüyün açılması və bağlanması, habelə klavişin basılması za manı sıxılmış
hava uyğun səs tirçiklərindən keçir və onun oyuğundakı di li titrədir. Titrəyən
lövhələrin ölçülərindən asılı olaraq müxtəlif yüksəklikdə səs lər alınır. Çalğı za-
manı sağ əlin şəhadət, orta, üzük və çeçələ barmaqları me lo diyanı səsləndirir
(qamma, arpecio, akkordları ifa etdikdə böyük barmaq da istifadə olunur), sol
əlin 3 və ya 4 barmağı uyğun tonallıqda dəmsaz not (pedal) saxlayır.
Qarmonun diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “fa”
sısinə qədərdir. Alətin ümumi kökü fortepiano ilə müqayisədə yarım ton aşa-
ğıdır.
İfaçı stulda əyləşərək, gövdənin sağ tərəfini sağ ayağın dizi üstündə saxla-
yır, sol əlini qısa qayışın altından, uzun qayışı isə sağ çiyninə keçirir.
Qarmon. Garmon. Гармонь.
Körüyün dartılması və ya sıxılması sol əlin hərəkətilə yerinə yetirilir.
Alətdə ayaq üstə də çalırlar. Bu vaxt körüyün dartılması və ya sıxılması sol
çiyinə keçirilən qayış vasitəsilə yerinə yetirilir.
Özünəməxsus səslənməsinə, tembr rəngarəngliyinə, geniş texniki imkan-
larına və daşınılması asan olduğuna görə qarmon tez bir zamanda Azərbaycan
xalqının məişətinə daxil olub. Təsadüfü deyil ki, Azərbaycan professional mu-
siqisinin əsasını qoyan Üzeyir Hacıbəyli qarmonun populyarlığını və texniki-
bədii imkanlarını nəzərə alaraq, təşkil etdiyi notlu xalq çalğı alətləri orkestri-
nin tərkibinə daxil etmişdir. Burada alət tar və saz kimi, yazılışından yarım ton
aşağı səslənirdi. Əhəd Əliyev Üzeyir Hacıbəylinin “Arşın mal alan” operetta-
sında yekun toy səhnəsində “Tərəkəmə” rəqsinin melodiyasını qarmonda ifa
etmək üçün dəvət almışdı.
Maraqlıdır ki, Müslim Maqomayevin “Şah İsmayıl” və Reynhold Qliye-
rin “Şahsənəm” operalarında, habelə Əfrasiyab Bədəlbəylinin “Qız qalası”
baletində rəqs melodiyaları yazıldıqda bəstəkarlar Kərbəlayı Lətifə və Əhəd
69
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Əli yevə mü raciət etmişlər [72]. 1938-ci ildə Teyyub Dəmirov tərəfindən tər ki-
binə iki qaval, nağara və qoşanağara da daxil edilən qarmonçular ansamblının
təşkili maraq doğurur.
İndi, məşhur qarmonçular Əhəd Əliyev, Teyyub Dəmirov və Məmmədağa
Ağayevin tövsiyələri əsasında, onlardan əvvəl, sələfləri tərəfindən səsləndirilən
eynitipli növlərindən fərqlənən təkmilləşdirilən qarmon Azərbaycan musiqisi-
nin bütün xüsusiyyətlərini daha tam əks etdirir. Onun səs sistemi Azərbaycan
musiqisinin 17 pilləli səsdüzümünə uyğundur.
Qarmon solo və ansambl alətidir. Əvvəllər onu zərb alətləri – qaval və ya
nağarada, yaxud da nəfəs alətləri – klarnet və balabanda müşayiət edirdilər.
Tər kibində qarmondan başqa klarnet, balaban, gitara, qoşanağara və fortepia-
no səs lənən instrumental qruplar da təşkil edilmişdi. Lakin tərkibində qarmon-
çu, klarnetçi və nağaraçı olan ansambllar, indiki kimi, daha çox populyar idi.
Qarmon rəqs melodiyalarını (“Mirzəyi”, “Tərəkəmə”, “İnnabı”, “Tura-
cı”, “Qə şəngi”, “Azərbaycanı”, “Ənzəli və s.), mahnıları (“Yadıma düşdü”,
“Sev gilim”, “Sevən könül”, “Qurban adına”, “Yeri dam üstə, yeri”, “Muğana
ceyran və s.) və instrumental muğamları (xüsusən “Bayatı-Qacar”, “Zabul-Se-
gah”, “Çahargah”, “Hümayun” ifa etdikdə) solo çaldıqda daha yaxşı səslənir.
Qarmon üçün bəstəkarlar – Süleyman Ələsgərov xüsusi olaraq “Lirik
pyes” və “Skerso”, Tofiq Bakıxanov qarmon və piano üçün “Sözsüz mahnı”,
“Daimi hərəkət”, Aygün Səmədzadə “Dağlı rəqsi” yazmışlar. Qarmonçu Zakir
Mirzəyev qarmon üçün “Muğam və rəqs” kompozisiyasını bəstələyib.
Əgər Azərbaycanda ifaçı-qarmonçuların populyarlıq xronologiyasını nə-
zər dən ke çirsək, onda XIX əsrin sonu və XX əsrin əvvəllərini İsi bəy, Abış
bəy, Kər bəlayı L ə tif, Mə şədi Əli, Xədicə Musaxanova, Abutalıb Yusifov
və Ələk bər Nəzərlinin adları ilə əla qələndirmək olar. Keçən əsrin 20-30-cu
illərində Əhəd Əliyevlə yanaşı Teyyub Də mi rov, Yusif Yusifov, Fatma Sə fə-
rova, Kamrabəyim Hüseynova və b. populyar idilər [72].
Azərbaycanda qarmon sənətinin yüksəliş dövrünü keçən əsrin 50-80-ci il-
lə rini hesab etmək olar. Bu vaxt öz ustalıqları ilə Məmmədağa Ağayev, Abbas
Abbasov, Qızxanım Dadaşova, Kübra Əbilova, Hacıbala Dadaşov, Səfərəli
Vəzirov, Abutalıb Sadıqov, Teyyub Teyyuboğlu, Bədəl Bədəlov, Səttar Hüsey-
nov, Firuz Ey vazov, Adil Hüseynov, Vaqif Şıxıyev, Türrə Hüseynova, Həmid
Haqverdiyev və b. seçilirdilər.
Respublikanın rayon mərkəzlərində İsfəndiyar Coşqun, Mətləb Abdulla-
yev (Gəncə), Rza Şıxlarov, Əflatun Ağayev, Sadıq Sadıqov, Aslan İlyasov
(Sal yan), Mahmud Xalaoğlu (Lənkəran), Əli Quliyev, Yusif Yusifov, Yelmar
Zey nalov (Ağdam), Bəylər Əhmədov (Füzuli), Mehdi Vəlixanov (Sabirabad),
Səadət ABDULLAYEVA
70
İsa Səfərov (İrəvan) kimi çoxlu sayda istedadlı ifaçı-qarmonçular pleyadası
yetişmişdi.
Bizim günlərdə Aftandil İsrafilov, Zakir Mirzəyev, Gövhər Rzayeva, Ka-
mil Vəzirov, Ənvər Sadıqov, Gülbahar Şükürlü, Gülbahar Məmmədzadə və
baş qa larının xalq kütləsi arasında qarmonun populyarlaşmasında əhəmiyyətli
dərəcədə rolu olmuşdur. İran Azərbaycanından olan Rəhman Əsədullahi də
böyük şöhrət qazanmışdır.
Lakin qarmon uzun zaman Avropadan iqtibas edilən alət sayılırdı. Ona gö-
rə də, ayrı-ayrı ifaçıların populyarlığına baxmayaraq, onlar dövlət struktur ları
tə rəfindən diqqətdən kənar qalmışdılar. Buna baxmayaraq, ədalət zəfər çalır.
Respublikanın xalq artisti adına Aftandil İsrafilov, Kamil Vəzirov, Ənvər Sa-
dıqov, əməkdar artist adına isə Zakir Mirzəyev, Gövhər Rzayeva,
Etibar Qa-
sım bəyli, Sərxan Abiyev layiq görülür. Məşhur dirijor və bəstəkar, maestro
Ni yazi Zakir Mirzəyevin virtuoz ifasını nəzərə alaraq onu “Qarmonun Paqa-
ninisi” adlandırıb.
Dövrümüzdə də qarmon ifaçılığı, əvvəllərdə olduğu kimi, çox populyar-
dır. Qar monda alınan məftunedici, parlaq səsləri əyləncəli tədbirlərdə, toy və
bayram lar da, bədii-özfəaliyyət kollektivlərin, vokal-instrumental və instru-
mental ansamlların çıxışlarında, bütün Azərbaycan xalq çalğı alətləri ansamb-
llarının tər ki bin də eşitmək mümkündür. Çox vaxt qarmonçular Şirvan, Tovuz-
Şəmkir-Qazax-Gə də bəy və Borçalı zonalarının aşıq ansambllarının tərkibinə
daxildirlər. Qarmon Fik rət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblında aparıcı alətdir.
Azərbaycanın xalq artisti Aftandil İsrafilov.
People’s artist of Azerbaijan Aftandil Israfilov.
Народный артист Азербайджана Автандил Исрафилов.
71
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Qarmonçuların ifasında peşəkar bəstəkarların əsərləri tez-tez səslənir.
Zakir Mirzəyev Tofiq Bakıxanovun üçhissəli simfonik orkestr üçün “Birinci
Konsert”ini, “Segahsayağı”sını və “Rondo”sunu, Vyanada Üzeyir Ha cı bəy-
linin büstünün açılışına həsr olunan konsertdə isə Volfqanq Motsart və Üze yir
Hacıbəylinin əsərlərini ifa etmişdir.
Qeyd etmək lazımdır ki, ustad qarmonçuların əksəri çoxsaylı rəqs melodi-
yalarının müəllifləridir. Kifayətdir ki, Aftandil İsrafilovun “Ad günü” filmində
uğurla istifadə edilən və yaddaşda qalan “Nazilə” melodiyasını xatırlayaq.
Qarmonçular Kübra Əbilova “Qəribə adam”, Hüseyn Həsənov isə “Bağlı
qapı”, “Kişi sözü”, “Nişan üzüyü”, “Araqarışdıran” filmlərində çəkilmişlər.
Azərbaycan melodiyalarını qarmonda çalanda caz elementlərindən ilk də-
fə istifadə edən Ənvər Sadıqovun ifası böyük təsir bağışlayır.
Qarmonun populyarlığı haqqında musiqi məktəb və kolleclərdə qarmon
ifaçılığı üzrə xüsusi siniflərin mövcudluğu, Azərbaycan Mədəniyyət və İncəsə-
nət Uni versitetində isə “Qarmon” ixtisasının tədris olunası ilə mühakimə ye-
rit mək olar.
Bir sıra dərs vəsaitləri dərc edilib. “Qarmon məktəbi” (müəlliflər Natiq Rə-
sulov, Sona İrzaquliyeva, Xeyrulla Dadaşov, Ceyhun Qəmərlinski, Əli Bayra-
mov, Zakir Mirzəyev), ”Qarmon” ixtisası üzrə dərs vəsaiti (Fərahim Sadıqov,
Oqtay Rə cəbov), “10 ritmik muğam” (Əbdül Haşımov), “Qarmon ifaçılığın-
da mu ğam” (Fərahim Sadıqov), musiqi məktəblərində qarmon sinifləri üçün
proqramlar (So na İrzaquliyeva, Xaqani Səmədov, Xeyrulla Dadaşov, Rauf İs-
mayılov) dərc olunub. Məmmədağa Ağayevin ifasında və bəstəkar Tofiq Qu-
liyevin işləməsində 10 rəqs melodiyası, “Qarmon və fortepiano üçün pyeslər”
(Natiq Rəsulov, iki toplu), “Azərbaycan xalq rəqsləri” (Zaur Mustafayev) nota
köçürülüb.
Azərbaycanda özünə məxsus qarmonçular məktəbi formalaşıb. Onun inki-
şafında pedaqoq-qarmonçular Bədəl Bədəlov, Xeyrulla Dadaşov, Əlövsət Pi-
riyev, Baxşəlı Əliyev, Əhsən Rəhmanlı, Zakir Mirzəyev və b. böyük rol oyna-
yıblar.
Alətin təkmilləşməsi üzərində işlər indi də davam edir. Hüseyn Həsənov
tə rəfindən çərək notları hasil etməyə imkan verən qarmon yaradılıb. Ənvər
Sadıqovun məsləhəti ilə Zahir Dadaşov “do” tonallığında üçoktavalı qarmon
hazırlayıb. Zakir Mirzəyev tərəfindən soltərəfli klaviaturalı qarmon pa tent ləş-
dirilib.
Göründüyü kimi, qarmon Azərbaycan musiqi mədəniyyətinə möhkəm və
ayrılmaz surətdə daxil olmuş və artıq yüz ildən artıqdır ki, təkmilləşərək, onda
ön cül yerlərdən birini tutur.
Səadət ABDULLAYEVA
72
Dostları ilə paylaş: |