Tarın gövdəsi:
rekonstruksiyadan əvvəl və sonra.
Body of the tar:
before and after reconstruction.
Корпус тара:
до и после реконструкции.
Tar. Tar. Тар.
Rezonator rolunu oynayan gövdə uzunsov, qabarıq, yan tərəflərdən sı-
xıl mış, iki hissədən – böyük və kiçik çanaqlardan ibarətdir. Ustaların təşbeh
şə kildə de diyi kimi, onlar müvafiq olaraq elə bil “ürək” və “böyrək” rolunu
oy na yırlar. Səs “ürək”də güc lə nir və “göbək”dən (böyük çanaqdan kiçik ça-
nağa keçid yeri) ke çərək “böyrək”də sü zülür. Üst tərəfdən çanaq 8 rəqəmini
xatırladır. Çanaq bütöv tut ağacı parçasından ha zırlanır.
Uzun qol üst tərəfdən yastı, alt tərəfdən isə dəyirmidir. Çalğı zamanı sol
əlin hə rəkətini yüngülləşdirmək üçün qol yuxarı uca doğru tədricən daralır.
Qo lun ha zır lanması üçün qoz ağacının özəyindən istifadə edirlər.
Səadət ABDULLAYEVA
28
Çanaq və qol konusşəkilli tut, ərik və ya qoz ağacından hazırlanan küpə
bərkidi lir.
Kəllə ön, üst və alt tərəflərdən açıq, ensiz, dərin, yan və kənarları dairəvi
və ya fi qurlu (çox vaxt ulduzşəkilli) kəsikləri olan qutu şəklindədir. Ona üst
tərəfdən üç böyük (dəyirmi başlıqlı) və üç kiçik (yastı başlıqlı) aşıx, əks
tərəfdən isə üç böyük aşıx keçirilir. Onlar əksər hallarda armud ağacından
hazırlanır. Belə aşıxlar kəllədə yaxşı “otururlar”.
Şam ağacından olan iç qol kvadrat şəklindədir. Dayağın bir ucu çanağın
daxilində onun aşağı hissəsinə, digər ucu isə qolun qurtaracağına dirənir. O
qolun aşağı, yuxarı və ya kənarlara əyilməsinə ( çəngəl) imkan vermir.
Çanağın açıq tərəfinə – səs rezonatoru rolu oynayan dekaya ( üz) membran
kimi qaramalın (camışdan başqa) ürək və ya naqqa balığın döş pərdəsi çə-
kilir.
Qola bir-birindən müəyyən məsafədə eninə 22 pərdə bağlanır. Pərdələrin
sayı demək olar ki, bir yarım oktavanı əhatə edən 22 pillədən ibarət olan
tar səs dü zü münün həcminə uyğun gəlir. Tarın əsas səsdüzümü Azərbaycan
musiqisinə xas olan 17 pilləli qammanı yaradır. Pərdələr alətə incə səslənmə
verən qoyunun acı ba ğır sağından ha zırlanır. Son vaxtlar bağırsağı ketqutla və
ya kapron sapla əvəz edir lər. Bunun nə ti cəsində tar bir qədər sərt səslənsə də,
pərdələr daha möhkəm olur.
Böyük çanağın dekasının mərkəzində böyük xərək, gövdənin alt hissəsində
alt xərək yerləşir. Kəllənin qolla birləşdiyi yerdə kiçik xərək, qolun yuxarı
kənarı nın orta hissəsində – kiçik əlavə xərəkciklər qoyulur. Onların vəzifəsi
(alt xərək dən baş qa) çanağın və qolun üzərində simləri müəyyən hündürlükdə
və bir-birindən lazımi məsafədə saxlamaqdır.
Tarın müxtəlif qalınlıqda 11 metal simi
vardır. Aşağıda yerləşən nazik qoşa
ağ, sarı və kök (dəm) simlər əsas sayılır, onlarda melodiya çalınır. Sonrakı
qır mızı rəngli bəm kök (ton) sim səslənməni zənginləşdirir və akkordlarda is-
tifadə edi lir. Kök simlərdən yuxarı təxminən iki dəfə qısa olan iki cüt ağ sim –
zəng ( cingənə) simlər yerləşir. Onlar ton simi kimi çalğı zamanı qola sıxılmır,
lakin muğam sonluqlarının səslənməsini, həmçinin frazalar arasında müəyyən
ucalıqda kadansları təmin edən rezonans rolunu oynayırlar.
Əsas (iki ağ və iki sarı) və zəng simlər böyük, bəmlər isə kiçik aşıxlara
sarınır. Simlərin bu qaydada bərkidilməsi, onları köklədikdə ifaçının bu və ya
digər simə uyğun gələn aşıxı tez müəyyən etməyə kömək edir.
Simlər diş şəklində olan mizrabla səsləndirilir. O albalı ağacının qabığı,
sümük, kəl buynuzu və ebonitdən (əvvəllər mis və ya qızıldan olan mizrablar
da istifadə olunurdu) hazırlanır.
29
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Çanaq, qol, kəllə və aşıxlar çox vaxt sədəf və bəzən rənglənən sümüklərlə
(əvvəl lər qızıl və gümüşlə naxış vurmadan da istifadə olunurdu) bəzədilir.
Belə tarlara adə tən “sədəfli tar” deyirlər. Qeyd etmək lazımdır ki, qolun üz
hissəsindəki qəşəng naxış lar estetik gözəllikdən əlavə, həm də funksional rol
oynayır: qolda pərdələrin yerləşdi yi yerləri göstərir.
Azərbaycan ustalarının hazırladığı tarlar dəfələrlə Türkiyə, İran, Hindis-
tan, Fransa və Hollandiyada nümayiş etdirilib. Onların bir qismi dünyanın
aparıcı mu zey lərində qorunur.
Tarda oturaraq çalırlar. Bu zaman tar döş qəfəsinin yuxarı hissəsində üfüqi
və ziyyətdə saxlanılır və azacıq sağ əlin biləyilə sıxılır, çanağın alt hissəsi isə
ifa çının sağ çiynindən bir qədər aşağıda yerləşir.
Mizrab sağ əlin iki (baş və şəhadət) barmaqları arasında saxlanır və simlərə
böyük çanağın ortasında vurulur. Eyni vaxtda sol əlin üç barmağı ilə (şəhadət,
orta və üzük) simlər müəyyən yerlərdə pərdələr üzərinə sıxılır və müxtəlif
ucalıqda səslər alınır, baş barmaq isə alətin qolunu saxlayır.
Azərbaycanın xalq artisti Ramiz Quliyev.
People’s Artist of Azerbaijan Ramiz Guliyev.
Народный артист Азербайджана Рамиз Кулиев.
Mahir ifaçılar muğamları ifa edərkən çanağa yaxın qol hissəsində çeçələ
barmaqdan da istifadə edirlər. Aləti lazım gəldikdə pissikato texnikasında
simləri sol əlin barmaqları ilə ilişdirməklə də səsləndirmək mümkündür.
Çalğı zamanı müxtəlif mizrab ştrixləri və üsullarından istifadə edilir: miz-
rabla yuxarıdan, aşağıdan, yuxarı və aşağıdan və ya əksinə, yüksək sürətlə
yuxarı və aşağıdan, daima yuxarıdan, aşağıdan və yuxarıdan, barmaqların sim
boyunca hərəkəti, alətin silkələnməsi, vibrasiya, qlissando, kiçik çanaqda və
ya böyük xərəyə yaxın çalğı.
Səadət ABDULLAYEVA
30
Musiqi əsərlərinin müəyyən hissələrini qabarıq vermək və onları daha
rəngarəng çatdırmaq üçün təcrübəli musiqiçilər həmçinin başqa mizrab
ştrixləri iş lədirlər ( ruh/ruxt, çahar, çırtıq, əlif, qoşa-mizrab, gülriz, zəngi-şütür
və s.) [33]. Tarda dinamik çalarların alınmasının başqa üsulları da mövcuddur:
xun və ya xum, hal mizrab, narın mizrab və s.
Sol əlin barmaqlarının istifadə xüsusiyyətlərindən asılı olaraq onlar
müxtəlif cür adlandırılır: “ adi barmaq”, “sürüşdürmə barmaq”, “dartma”,
“lal barmaq” və s.
Qoşa ağ, sarı və zəng simlər müəyyən ucalıqda unison köklənirlər, yəni
daimi kökə malikdirlər. Sarı və zəng simlər arasında yerləşən üç kök sim (dəm
və ton) də yişən, yəni ifa olunan muğam və ya əsərin lad əsasından asılı olaraq,
müxtəlif ucalıqda köklənirlər. Bu halda hər bir kök sim dəmsaz və ya harmonik
fon şəklin də muğam və ya onun şöbələrinə xas olan istinad səsi yaradır. Çal-
ğıdan əvvəl tarzən hökmən öz alətini ifa olunan muğamın tonallığına uyğun
kökləyir. Əvvəl cə qoşa ağ və sarı, sonra zəng və axırda, kök simlər köklənir.
Tarın diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “sol”, solo
çalğısında isə – “lya bemol”, “lya” səslərinə qədərdir. Tar üçün musiqi partiya-
ları messo-soprano açarında yazılır.
Azərbaycanda və ondan çox-çox uzaqlarda Mirzə Sadıq, Məşədi Zeynal,
Mə şə di Cəmil Əmirov, Şirin Axundov, Mirzə Fərəc, Qurban Pirimov, Mirzə
Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Əliağa Quliyev,
Hacı Məmmədov, Əh sən Dadaşov, Həbib Bayramov, Baba Salahov və b. ma-
hir tarzənlərin adları məş hur olmuşdur. Onların yaradıcılıq ənənələrini iste-
dadlı gənclər davam etdirirlər.
Tar solo və müşayiətedici alət kimi hələ XIX əsrin əvvəllərində yaradılmış
geniş ansamblların tərkibinə daxil edilən ilk alətlərdən biridir. Tar – tarzəndən
baş qa kamançaçı və qavalda çalan xanəndədən ibarət sazəndə dəstəsinin
əvəzedil məz “iştirakçısıdır”.
XIX əsr və XX əsrin birinci yarısında Cabbar Qaryağdıoğlu, Əbdülbaqi
Zü lalov, İslam Abdullayev, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski
və baş qalarının sazəndə ansamblları olduqca məşhur idilər [80]. Keçmişdə ol-
duğu ki mi, indi də muğam üçlükləri və ansamblları çox populyardır. Dünyanın
çox öl kə lərin də sənətinə məftun olduqları Alim Qasımovun ansamblını qeyd
etmək ki fa yətdir.
Tar Azərbaycan xalq çalğı alətlərinin orkestr və ansambllarında əsas alət-
dir. Tarın muğam operalarında bütün səhnə boyu rolu böyükdür. Azərbaycan
bəs təkarları opera, balet və musiqili komediyaların partituralarında xüsusi par-
tiyalar ayırmaqla onun imkanlarından məharətlə istifadə etmişlər.
31
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Qurban Pirimov tarı ilk dəfə solo alət kimi estradaya çıxarmışdır, Hacı
Məm mə dovun ifasında isə ilk dəfə Avropa klassiklərinin əsərləri, həmçinin
fortepianonun müşayiəti ilə Azərbaycan bəstəkarlarının vokal əsərləri
səslənmişdir. Ramiz Quliyev Moskvada Rusiya Radio və Televiziyasının est-
rada-simfonik və Rus Akademik çalğı alətləri orkestrləri ilə birgə tarda çal-
mışdır.
Hacı Xanməmmədov ilk dəfə tar ilə simfonik orkestr üçün “Konsert” yaz-
mışdır. Sonra o, daha dörd konsert bəstələyib. Tofiq Bakıxanov beş, Yaşar
Xəlilov isə iki konsert yazmışlar. Onların təcrübələrini Zakir Bağırov, Nə-
riman Məmmədov, Ra miz Mirişli, Firəngiz Babayeva, Nazim Quliyev və Ka-
mal Əhmədov davam et di rmişlər.
Tar ilə xalq çalğı alətləri orkestri üçün Səid Rüstəmov tərəfindən ilk
“Kon sert”in yazılması dinləyicilərin hədsiz rəğbətini qazanmışdı. Sonralar
Süleyman Ələsgərov və Ədviyyə Rəhmətova tar ilə orkestr üçün üç konsert
bəstələmişlər. Belə konsertlər Cahangir Cahangirov, Məmmədağa Ümidov və
Yaşar Xəlilov tərəfindən də yaradılmış dır. Süleyman Ələsgərov tar və xalq
çalğı alətləri orkestri üçün “Daimi hərəkət”, Ədviy yə Rəhmətova “Həzin
rəqs”, Nadir Əzimov “Xatirə”, Nazim Quliyev isə ”Nəgşicahan” konsertini
yazmışlar.
Tofiq Bakıxanovun tar ilə simfonik orkestr üçün “Azərbaycan” simfo-
niyası, Şəfiqə Axundovanın “Süita”, Tofiq Bakıxanovun tar və skripka ilə
simfonik or kestr üçün “İkili konsert”, Sevda İbrahimovanın tar və kamera
orkestri üçün “Qa rabağnamə”, səs, tar və simli orkestr üçün “Oda”, “Qurban-
sız qalan tarım” ele gi ya-xatirə, tar, f-no və sim li orkestr üçün “Sənin üçün
da rıxıram, “Şuşam”, El dar Mansurovun tar, iki skripka, alt və violonçel üçün
“Saqinamə”, Azər Rzaye vin səs, tar, kamança və kamera orkestri üçün “Ov-
şarı”, “Qarabağ şikəstəsi”, tar və ka mera orkestri üçün “Düşüncə”, “Qayta-
ğı”, “Heyratı”, Məmməd Ələkbərovun iki tar üçün “Pyes”, Firəngiz Babaye-
vanın tar üçün “So natina”, Elnarə Dadaşo va nın “Pyes”, Rauf Əliyevin “Va-
riasiyalar”, Nazim Quliyevin “Pyes”, Aliyə Məm mə do va nın tar və kamera
orkestri üçün “Hümayun”, Məmməd Ca va dovun iki tar və iki ka mança üçün
“Kvartet”, Yaşar İmanovun iki tar və simfonik orkestr üçün “Dost luq rəqsi”,
Sərdar Fərəcovun iki tar, iki kamança və f-no üçün “Kvintet”, Lalə Cə fə -
rovanın tar və simfonik orkestr üçün iki “Rəqs” əsərləri böyük maraq kəsb
edirlər.
Süleyman Ələsgərovun tar və fortepiano üçün “Skerso”, Xəlil Cəfərovun
“Lirik rəqs”, Ağabacı Rzayevanın “Vətənpərvərlər marşı”, Sərdar Fərəcovun
“Pyeslər toplusu”, Nazim Quliyevin Mikayıl Müşfiqə həsr etdiyi “Səni kim
Səadət ABDULLAYEVA
32
unudar” pyesi, “Qızlar bulağı”, Tahir Əkbərin solist, xor, tar, balaban və or-
kestr üçün “El oğlu, hay ver” kompozisiyası, Vasif Allahverdiyevin solo tar
üçün “”Qarabağ haqqında bal lada”, Ceyhun Allahverdiyevin tar, kamança, ba-
laban, nağara və kamera orkestri üçün “Naznazı-Kapriccio”, “Turacı” rəqsləri,
tar, kamança və kamera orkestri üçün “Skerso”, Həmid Vəkilovun tar üçün
“Şıdırğı” və “Cılğın” rəqsləri, Kamal Əh mə dovun tar ilə fortepiano üçün “So-
nata”, Yaşar Xəlilovun “Sözsüz mahnı”, Adilə Yusifovanın “Alov” fantazi-
yası, Pikə Axundovanın “Sonata” və “Konsert pye si”, Novruz Aydəmirlinin
“Qələbə marşı”, tar və f-no üçün “Ballada” əsərləri diq qətəlayiqdir.
Üzeyir Hacıbəylinin “Birinci fantaziya”, Səid Rüstəmovun “Sevinc
rəqsi”, “Azər baycan süitası”, Cahangir Cahangirovun “Misir lövhələri”,
Adil Gərayın “Şah naz sayağı”, “Baxçakürd”, “Səfikürd”, “Gülüstan”, Süley-
man Ələsgərovun “So na ti na”, “Sözsüz mahnılar”, Vasif Adıgözəlovun “Lirik
rəqs”, Həsən Rzayevin “Ça har gah”, “Skerso”, “Rəqs-tokkata”, Dadaş Dada-
şovun “Sonata”sında tara geniş yer ay rı lıb.
Azərbaycan xalq və peşəkar musiqisi tarsız çətin ki, bugünkü yüksək sə-
viy yəsinə çata bilərdi. Məhz tar və onunla sıx bağlı olan muğam sənəti va-
sitəsilə dünya Azər baycan xalq musiqisinin mahiyyətinə və spesifikasına bə-
ləd olmuşdur.
Məlum olduğu kimi, orta əsrlərdə ud bütün çalğı alətlərinin “şahı” sayılırdı.
Eyni epiteti çəkinmədən bizim zamanımızda Azərbaycanlılar öz tarına da şa mil
edirlər. Tar haqlı olaraq Azərbaycanın milli simvollarından biri hesab edi lir.
SAZ – AZƏRBAYCAN AŞIQLARININ
AYRILMAZ ALƏTİDİR
Saz – Azərbaycan xalqının ən sevimli simli-mizrablı çalğı alətlərindən bi-
ri dir. On da əsasən, qopuzun müşayiəti ilə oxuyub-çalan ozanların ənənələrini
davam etdirən aşıqlar çalır [52].
Aşıq sənətinin türkdilli və başqa xalqlar arasında geniş yayıldığına görə
saz Qaf qaz, İran, Əfqanıstan, Suriya, Türkiyə və Balkanları əhatə edən geniş
əra zidə eyni ad la tanınan, çox az rast gələn alətlərdən biridir. Türkiyədə bu
alə ti “bağlama” da adl an dı rır lar [70].
33
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Orta əsrlərdə “saz” sözü əksər hallarda, ümumiyyətlə, çalğı alətlərini qeyd
et mək üçün istifadə edilirdi. Bu məna indi də Türkiyədə saxlanır [69]. Sonralar
bu sözlə aşıq ların çaldığı alət adlanmağa başladı. “Saz” sözünün başqa mənası
– yax şı, yəni “kök lənmiş”, “sazlanmış” vəziyyətdə olan deməkdir.
Orta əsr klassik Azərbaycan poeziyasında saz çalğı alətinin adının çə kil-
məsi geniş yer alıb. Müxtəlif əsərlərdə sazın səslənməsi, quruluşu və növ ləri
haqqında söhbət açı lır. Məsələn, Xaqani Şirvani birsimli saz, Nizami Gən-
cəvi isə cürə-sazın adını çəkir. Şah İsmayıl Xətai şeirlərinin birində sazı belə
tərənnüm edir:
Bir gün ələ almaz olsam mən sazım,
Ərşə dirək-dirək çıxar mənim avazım.
Dörd iş vardır hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Çoxsaylı dəlillərə görə, əvvəllər sazlar kiçik olmuşlar. Onlara at quyruğu
tükündən və ya ipək sapından üç sim bağlanıb.
Aşıq poeziyasının yeni formalarının yaranması və muğamların təsiri sazın
tex ni ki və bədii imkanlarının təkmilləşməsini tələb edirdi. Bu çanağın öl çü-
sü nün bö yü dülməsinə, qolun uzunluğunun, sim və pərdələrin sayının ar tı rıl-
masına sə bəb ol muş dur. Sazın səs sırasının genişlənməsi bütün məlum aşıq
ha valarının ifa et mə yə imkan ver miş və bununla da sonralar alətin geniş ya-
yılmasını təmin et mişdir.
Müasir sazlar ölçülərinə, sim və pərdələrinin sayına görə fərqlənirlər. Bö-
yük öl çülü alətlər (1000-1100 mm-ə qədər uzunluğunda) tavar və ya böyük
saz, orta ölçülü alətlər (800-900 mm) – orta saz, kiçikləri isə (540-700 mm)
– cürə, qoltuq sazı adlanır. Simlərin sayı tavar sazda – 8-11, orta sazda – 8-9,
cürədə – 4-5-dir. İri sazlardan aşıqlar, kiçiklərindən isə orkestr və ansambllar-
da, həm çinin aşıqlar şagirdlərinə təlim keçərkən istifadə edirlər.
Keçmişdə 1500 mm-dək uzunluğunda, 12 simli daha böyük sazlar – baş
ta var və ya ana saz da olmuşdur. Hazırda aşıqlar 9 və ya 11 simli alətləri ana
saz ad lan dırırlar.
Azərbaycan xalq çalğı alətləri orkestri və ansambllarının tərkibinə uzun-
luğu 800 mm-ə qədər, 5-6 simli və 17 pərdəli orta ölçülü sazlar (orkestr sazı)
da xildir.
Sazın ağac hissələrinə dərin çanaq ( çömçə, qobul, gövdə), uzun qol ( bilək),
küp ( beçə, boğaz), deka ( sinə, döş, qapaq), aşıxlı ( qulaq, burğu) kəllə və xərək
aiddir.
Səadət ABDULLAYEVA
34
Saz. Saz. Саз.
Çanaq payızda kəsilmiş və 2-3 ay saxlanılan tut ağacından hazırlanır;
uzunluğu 450-500 mm, eni 300-450 mm və dərinliyi 200-300 mm-dir. Bir
qisim sazlarda göv dənin aşağı konturu qabarıq görünür (qarpızı), başqaların-
da isə bir qədər yastılan mış olur (yemişi). Dövrümüzdə gövdəsinin formasına
görə yuxarıda adları çəkilən növ lər arasında orta vəziyyət tutan Tovuz sazı
(hazırlanma yerinə görə adlandırılıb) da ha geniş yayılıb.
Əvvəllər, kötüyü xarici və daxili tərəfdən yonub, ona gövdənin formasını
ve rirdilər (məşhur Aşıq Ələsgərin sazı belə idi). Sonralar yaxşı səslənməsi və
ha zırlanmasını asanlaşdırmaq üçün gövdəni 420-450 mm uzunluğunda ağac
di limlərdən (buğum, qabırğa, yarpaq) hazırlamağa başladılar. Dilimlərin sayı
5-11 arasında dəyişir, çox vaxt – 9 olur.
650-700 m uzunluğunda olan qol, bir qayda olaraq, qoz ağacından dü-
zəl dilir. Alə tin yaxşı səslənməsi üçün, bəzən qolu dəyişdirərək içiboş edirlər.
Belə sazlar xa kəbənd adlanır. Qol üst tərəfdən kəsilir içərisi yonulur, ora bir
neçə qırma salınır, sonra üz əvvəlki yerinə yapışdırılır. Qolun bilavasitə da-
vamı olan, 120 m uzunluğunda kəllədə simlərin sayından asılı olaraq aşıxlar
üçün dəliklər (gözlər) açılır.
Küp tut, ərik və ya qoz ağacından 90-120 mm uzunluğunda hazırlanır. Ona
çanaq və qol bərkidilir.
Alətin dekası üçün 3-4 mm qalınlığında tut və ya palıd ağacı mişarlanır və
hamarlanır. Dekanın orta hissəsi yatmasın deyə, od üzərində qarsalanır. Sazın
yaxşı və güclü səslənməsi üçün dekada simlərin altında 5-6 rezonator dəlikləri
(səsliklər) açılır.
Aşıxlar qoz, ərik, armud və ya fıstıq ağacından hazırlanır və sazın kəllə
his səsində qolun üst və yan tərəflərində açılan “göz”lərə taxılır.
35
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Dekanın aşağı tərəfindən dörd barmaq məsafədə (təxminən 70-80 mm)
ərik və ya armud ağacından ayaq xərək, qolda isə aşıxlara yaxın buğa və ya
ca mış buynuzundan alçaq baş xərək yerləşdirilir.
Çanağın arxa hissəsində simlərin aşağı uclarını bərkitmək üçün sümük,
metal və ya ağacdan olan lövhə ( ayaq, daraq) pərçim edilir.
Qola qoyunun acı bağırsağından ( kiriş) hazırlanan pərdələr bağlanır. İndi
bağırsaq pərdələr kapron sapla əvəz edilib. Əvvəllər aşıq sazlarının çoxunda
səkkiz pərdə olurdu. 11 pərdə ilə bütün aşıq havalarını çalmaq mümkün idi.
Hazırda onların sayı adətən 16-17 olur. Hər bir pərdə nəsildən-nəslə keçən,
on ların qoldakı yerlərini, sazın səsdüzümünü, səs yüksəkliyini səciyyələndirən
adlara malikdir ( baş, orta, şah, divani, bayatı, beçə və s. pərdələr). Həm də
müxtəlif aşıq regionlarında pərdələrin adları fərqlənə bilərdi.
Aşıq sazında 8-9 və ya 11 sim ( tel) vardır, lakin əksər hallarda 9 simli saz-
lardan istifadə edilir. Nazik simlər eyni qalınlığa malikdirlər, polad və gümüş
xə li təsindən hazırlanır. Doqquz simli sazda üç aşağı və bir yuxarı simin ucları
üst aşıxlara, üç orta və iki yuxarı siminki isə yan aşıxlara sarınır.
Sazı gilas və ya albalı ağacı qabığından hazırlanan mizrabla ( təzənə) çalır-
lar. Tə zənə tutan sağ əlin simlər və sol əlin qol boyu pərdələr üzərində sərbəst
hə rəkəti, ifaçının yorulmamağı üçün, küp və çanağın arxa yan tərəfindəki qar-
maq lara bağlanan və çiyinə keçirilən qayış ( qaytan, aşırma) vasitəsilə saz si-
nədə saxlanır.
Əksər hallarda çanaq, qol, küp, üz taxtasının kənarları və aşıxların baş tə-
rəflə ri sə dəf ( sırğa-sədəf), şirmayı və sümükdən olan “çilik”, “aypara”, “da-
raq”, “dır naq”, “pi tik”, “paxlava”, “zəncirvarı”, “buta”, “dama”, “cida-
burnu” adla rı ilə ta nınan mü əyyən həndəsi formalı naxışlarla bəzədilir.
Sazı, adətən baş tərəfdən nazik iplə çəkilib bağlanan tünd parçadan tikil-
miş örtüdə (köynək) saxlayırlar.
Çalğı zamanı saz üfüqi vəziyyətdə saxlanılır, çanağı sinənin yuxarı his səsinə
sıxılaraq sol əllə və çiyindən arxaya aşırılan qayışla tutulur. Sağ əlin şə hadət və
baş barmaqların ucları arasında yerləşən təzənə çanaq üzərində sim lərə vurulur,
sol əlin barmaqları ( şəhadət, orta və üzük) isə sazın qolu bo yu hərəkət edərək
simləri pərdələrə sıxır. Aşıq ayaq üstə oxuyur və özünü sazda müşayiət edir.
Simlər unison köklənən üç qrupda birləşirlər: а) 3+2+3; б) 3+3+3 c) 4+3+4.
Buna görə aləti adətən üç telli saz adlandırırlar. Registrə görə 3-4 aşağı simlər
( ayaq, barmaq, əlaltı, danışan) zillər, 2-3 orta, ara simlər – bəmlər ( pəstlər),
3-4 yuxarı, üst burdon simlər isə – dəmlər ( zü tutan, orta zillər) adlanır.
Dəmsaz (pedal) rolunu oynayan dəm simlər unison köklənir və ucalığına
görə zil simlərlə müqayisədə bir az aşağıdır. Həmişə açıq qalan orta – ni-
Səadət ABDULLAYEVA
36
zamlayıcı bəm simlər səs ucalığına görə ən aşağıdır. Onlar dəm simlərlə birgə
müşayiətçi rolunu oynayaraq, unison, oktava və ya kvarta-kvinta münasibətində
köklənirlər; ayaq və üst simlərdən fərqli olaraq səslənmə ucalığı dəyişir.
Sazların köklənməsinin 7 növü vardır ( ana kök, dilqəmi, ürfanı, ayaq diva nı
və b.). Zil və dəm simlərin kökü bütün köklənmə növlərində daimidir. Müva fiq
ola raq birinci oktavanın “do” və kiçik oktavanın “si bemol” səslərinə köklə nir.
Bəm simlərinin kökü ifa olunan havanın lad-harmoniya xüsusiyyətindən ası lı
ola raq dəyişir. Onlar zil və dəm simlərə görə adətən kvinta-kvarta intervalın da
kök lənir, yəni kiçik oktavanın “fa” səsinə uyğun gəlir. Bu, sazın əsas kökü dür
( ana kök).
Aşıq başqa cür köklənən bəm simlərdən istifadə edərək, kökü dəyişməyən
dəm simlərlə onların həmahəngliyinin müxtəlifliyinə nail olur. Bundan əlavə,
aşıqlar me lodik qrup simlərindən məharətlə istifadə edirlər; barmaqları ilə
pərdəyə yalnız bir, iki və ya üç sim sıxılır və bununla melodik xətti tremolo ilə
təzənəni bir qrup simlərin üzərində yuxarıdan aşağı və əksinə aşağıdan yuxarı
vurmaqla, ya da dinamikliklə ayırırlar. Beləliklə, aşıqlar arabir dördsəsli həm-
ahəngliyə və dinamik çalarların geniş spektrinə nail olurlar.
Təzənəni bütün simlərin üzərində yuxarıdan aşağı və aşağıdan yuxarı cın-
qıl datmaq la alınan ştrixdən tez-tez istifadə edilir. Çox vaxt növbə ilə təzənə
yu xa rı dan aşağı bütün simlərə və müəyyən bir qrup simlərə vurulur. Çıxış za-
manı aşıqlar nüansların və müəyyən tembr effektlərinin alınması üçün həm-
çi nin sol əlin bar maqlarından tez-tez istifadə edirlər ( basma, sürtmə, vurma
və s.). Çalğı zamanı me lodik simlərin barmaqlarla (şəhadət, orta və üzük)
pərdəyə sıxılmasından, bar ma ğın yuxarı və aşağı cəld hərəkətindən alı nan
titrəmə, dekaya çırtıq vu rul ması, həm çinin barmaqların qolda və xə rək də, de-
kanın mərkəzində simlərə asta vu rul ması, alətin sinə üzərində bir neçə dəfə
aşa ğı və yuxarı silkələnməsi tətbiq edilir. Simlər üzərində üst və alt tə zəninin
vu rulmasının təkrarlanması sazda əsas çal ğı üsuludur.
Aşıq sənətində ancaq sazda ifa edilən aşıq havaları (onların sayı 100-dən
çoxdur) və xüsusi şeir formalarında (qoşma, gözəlləmə, müxəmməs, divani, təc-
nis və s.) aşı ğın özünün qoşduğu mahnılar vəhdət şəklində birləşirlər. Aşıqla rın
repertuarında das tanlar (qəhrəmanlıq-epik söyləmələr), ustadnamələr (öyüd-
nə si hət mahnıları), li rik və qəhrəmanlıq mahnıları mühüm yer tutur. Bir-birinə
şeir şək lində qıfılbənd tək lif edən iki, üç və ya dörd aşığın sual-cavab şəklində
yarışı – deyişməsi keçirilir.
Sazda həm solo, həm də aşıq ansambllarında çalırlar. Çox vaxt aşıq ha va-
ca tının bütün gözəlliklərini parlaq və incəliklə əks etdirən ustad aşıqlar tə rə-
findən havaların instrumental variantları da ifa edilir.
37
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Əməkdar mədəniyyət işçisi Ədalət Nəsibov.
Honored Worker of Culture Adalat Nasibov.
Заслуженный работник культуры Адалат Насибов.
Qeyd etmək lazımdır ki, muğamla yanaşı, qədim ənənələrə söykənən
Azər bay can xalq musiqisinin zəngin və müxtəlif istiqamətli şaxələrindən biri
olan aşıq sənəti ölkəmizin müxtəlif bölgələrində çoxdan yayılıb. Heç təsadüfi
de yildir ki, o
Dostları ilə paylaş: |