Udlar. Ouds. Уды.
Alətin ümumi uzunluğu 850 mm təşkil edir. Gövdənin uzunluğu 480-500
mm, eni 350-360 mm, dərinliyi 180-200 mm, qolun uzunluğu 195-200 mm,
kəl lə nin uzunluğu isə 215-230 mm-dir. Gövdə 20-yə qədər 3 mm qalınlığında
ağac di limlərindən quraşdırılır və yuxarı ucları küpə bərkidilir. Yan tərəfdən
üst di limlər əlavə olaraq dekaya içəridən bərkidilən kiçik ağac tirciklərə yapış-
dı rılır.
70-80 mm uzunluğunda küpə 35-50 mm enində və 22-30 mm hündürlüyün-
də qol, onun da yuxarı ucuna kəllə bərkidilir. Kəllənin yuxarı yan tərəfində 6,
alt tə rəfdə isə 5 aşıx yerləşir. 5 mm qalınlığı olan taxta dekada kəsmə naxışlı
1-3 re zo na tor də likləri açılır. Dekanın aşağı hissəsində uzunluğu 130 mm və
hün dür lü yü 7 mm olan tax ta xərək və simləri saxlayan qın yerləşir.
Səadət ABDULLAYEVA
48
Üzdən başqa, alətin bütün hissələri qoz, armud və səndəl ağacından ha-
zırla nır. Yastı deka isə küknar və ya şam ağacından düzəldilir.
Adətən udun beş qoşa simi olur. Son zamanlar alətə əlavə tək sim də qoşu-
lur. Birinci və ikinci qoşa simlər bağırsaqdan, qalanları isə metaldandır.
Qeyd edildiyi kimi, qolda pərdələr yoxdur. Alət sümük ucluğu olan lələk
şə kil li mizrabla səsləndirilir. Çalğı zamanı ud sinə üzərinə sıxılır, gövdəsinin
yan tə rəfi isə oturan çalğıçının bükülən dizinə söykənir. İfaçı sol əlin dörd
barmağı ilə ça lır.
Ud üçün notlar kaman açarında yazılır və yazılışından bir oktava aşağı səs-
lənir. Udun diapazonu böyük oktavanın “mi” səsindən ikinci oktavanın “fa”
səsinə qədərdir. Simlər sekunda-kvarta intervalında köklənirlər. Udda passaj-
lar, tremolo, qlissando və melodik frazaların ifası mümkündür. Udun müla-
yim, məxməri səsi müxtəlif muğamların və lirik xalq havalarının solo ifasında
onun istifadəsini şərtləndirir.
Ud xalq çalğı alətləri orkestri və ansambllarında əsasən müşayiətçi alət
ki mi səsləndirilir. Digər alətlərlə birgə onun səslənməsi nəzərə çarpacaq də-
rə cədə güc lənir və bununla da tembr müxtəlifliyi yaranır. Melodik xətt tək-
rar landıqda, başqa simli alətlərindən tembrlə kəskin fərqləndiyindən, ud özü-
nəməxsus həmahəng lik yaradır. Bu cəhət, Süleyman Ələsgərovun qanun və
xalq çalğı alətləri orkestri üçün “Poema” və 14 saylı “Sözsüz mahnı”da, Fi rən-
giz Əlizadənin “Dərviş” əs ə rində özünü gözəl büruzə verir.
Azərbaycanın əməkdar artisti Yasəf Eyvazov.
Honored Artist of Azerbaijan Yasaf Eyvazov.
Заслуженный артист Азербайджана Ясаф Эйвазов.
49
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Firəngiz Əlizadə ud və kamera ansamblı üçün “İlğım” (“İpək yolu” se-
riyasından), Nailə Mirməmmədli isə ud və simfonik orkestr üçün “Konsert”
yazmışlar.
Bu alətin Azərbaycanda geniş yayılmasında çox istedadlı tarzən Əhsən
Da da şovun (1924-1976) böyük rolu olub. İndiyə kimi dinləyicilərin yaddaşla-
rın da onun ifasında “Şur” muğamı və “Qaraxal yar” mahnısı qalıb. Bizim za-
ma nı mız da Ya səf Eyvazov, Mircavad Cəfərov və Əsgər Ələkbərovun çalğısı
gö zəl təəs sürat bağışlayır.
AZƏRBAYCAN QANUNU
Qanun musiqi alətinin yaranması qədin Misir arfası ilə əlaqələndirilir.
On dan fərqli olaraq, bu alətdə çoxsaylı simlər ağac gövdədə üfüqi vəziyyətdə
yerləşir lər.
Qanun Avropa ölkələrində yayılan qusli, simbalı və sitra ilə qohum alət
sayı lır. Oxşar ada görə güman edilir ki, qanun antik kanondan, yəni onun bir
siminə hə lə qədimdən əlavə simlər çəkilən monoxorddan əmələ gəlib [74].
Təsadüfi deyil ki, tacik musiqişünası, müğənni və çəng ifaçısı Dərviş Əli (XVI
əsrin ikinci yarısı - XVII əsrin birinci yarısı) onu ellin dünyasının irsi hesab
edir [77].
Yazılı mənbələr təsdiq edir ki, bizim eradan əvvəl onun yayılma arealı
Qədim Misiri, Anadolunu və Mesopotamiyanı əhatə edirdi. Sonra qanun İra-
na, Qafqaza, Mərkəzi Asiyaya, Pakistana, Hindistana və Çinə miqrasiya edib
[69,79].
Qanun orta əsr Azərbaycanında geniş yayılan alətlərdən biri idi. Azər bay-
can ədəbiyyatının bir çox klassikləri qanunu tərənnüm edərək, bu alətə xas
olan bir sıra spesifik xüsusiyyətlərini sadalayırlar. Belə ki, Nizami Gəncəvi
insan şüuruna tə sir edən qalın və nazik simlərinin məlahətli səslərini qeyd edir.
Mə həmməd Füzuli “Yed di cam” alleqorik poemasında qanunu “dərdli, incə
nəğ mə” eşidilən “sirlər sandığı” ilə müqayisə edir, çoxsaylı simlərini nəzərə
alaraq məs ləhət görür ki, ona heç nə de yil məsin, çünki onun “yüz dili” var.
Orta əsrlərdə qanunun ölçülərinə görə fərqlənən üç növü yayılmışdı:
Türkiyə (ki çik), Bağdad (orta) və Misir (iri). Azərbaycan qanunu Türkiyə
Səadət ABDULLAYEVA
50
və Ərəbistan növ lə rindən oktavasında 17 pilləni daxil edən səsdüzümü ilə
fərqlənirdi [29].
Bu dövrdə yayılan qanunun xarici görünüşü haqqında görkəmli şairlərin
əsərlərinin əlyazmalarındakı miniatürlərə görə müəyyən mülahizə irəli sürmək
mümkündür. Bir qayada olaraq, onlarda saraylarda hökmdarların şənlikləri əks
olunub. Belə miniatürlərdə zərb alətinin müşayiəti ilə simli və nəfəs alətlərin-
də çalan ifaçılar arasında, ayaqlarını çarpazlaşdıraraq dizləri üstündə, gövdəsi
müasir şəklindən fərqlənən qanunu saxlayan musiqiçi (əsasən qadın) də gö-
rünür. Əgər yuxarıdan baxılsa, onun gövdəsinin forması royalın qapağını xa-
tırladar. Bu radan belə nəticəyə gəlmək olar ki, qanunun konstruksiyası XVII-
XVIII əsrlər dən sonra əsaslı dərəcədə dəyişikliyə məruz qalıb. Maraqlıdır ki,
1840-1850-ci il lərdə Azərbaycanda olmuş rus rəssamı və qrafiki məşhur “Şa-
maxı rəqqasələri” akvarelinin müəllifi knyaz Qriqori Qaqarinin (1810-1893)
çəkdiyi qanun xarici görünüşünə görə müasir növünə oxşayır.
Dövrümüzdə qanun ərəb ölkələrində ənənəvi ərəb musiqisini ifa etmək
üçün populyar alətdir. Bununla yanaşı, bu alət Türkiyə, İran, Azərbaycan,
Ermənistan, Öz bə kistan və Türkmənistanda, habelə “kanonaki” adla Yunanıs-
tanda geniş yayılıb. Yayılma arealına görə qanun ərəb dünyasının başqa popul-
yar simli aləti olan udu üs tə ləyir. Müxtəlif ölkələrdə istifadə edilən qanunlar
xarici görünüşlə oxşardırlar, yalnız simlərinin sayına görə fərqlənirlər.
Qanunun gövdəsi iti bucağı 30
0
təşkil edən düzbucaqlı trapesiya for-
masına malikdir. O əsasən çinardan hazırlanan bir-birinə yapışdırılan ağac
pərçimlərin dən quraşdırılır. Alətin uzunluğu 890-900 mm, eni 380-390 mm,
hündürlüyü isə 60 mm-ə çatır.
Qanunun dekasının çox hissəsi ağacdandır. Yaxşı səslənməsi üçün onda bə-
zəkli səsliklər – rezonator dəlikləri açılır. Onun 3-4 bərabər bölmələrə bölünən
aşağı hissəsinə nərə, çəpiş və ya qoyun dərisi çəkilir. Dəri membran üzərində,
ona üç və ya dörd ayaqcıqları ilə söykənən kiçik xərək, çəp tərəfdə isə böyük xə-
rək yerləşdirilir. Xərəklər və deka üzərindən 24-25 üçər bağırsaq (hazırda onlar
kapron saplarla əvəz edilib) sim çəkilir. Əvvəllər nazik simlər ipəkdən, qalınları
isə çəpiş, quzu, buzov bağırsaqlarından hazırlanırdı. Simlərin ümumi sayı 72-
75 təşkil edir. Gövdənin aşağı hissəsində 7 qalın (diametri 0.9-1.0 mm), yuxarı
hissəsində 7 ən nazik (0.6 mm), orta hissədə isə 0.7-0.8 mm qalınlıqda simlər
yerləşir. Simlərin bir ucları düzbucaq əmələ gətirən gövdənin yan tərəfində
açılan dəliklərdən keçərək, düyünlənir. Düyünlər yan tərəfə geydirilən siyirmə
xətkeşlə örtülür. Simlərin digər ucları əvvəlcədən çəp tərəfdə yerləşən paya-
larda açılan dəliklərdən keçirilərək sarınır. Payalar tunc, mis və ya bürüncdən
olan xüsusi açarla burulur. Payalara yaxın, hər bir üçər simin altında tuncdan
51
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
hazırlanan iki qatlanan ling yerləşir. Onların vasitəsilə simləri qaldırıb və ya
endirməklə müvafiq səslərin yüksəkliyini yarım ton dəyişdirmək mümkündür.
Simlər hər iki əlin şəhadət barmaqlarına geydirilən xüsusi üsküklər altında qo-
yulan buynuz və ya metal lövhələrdən ibarət olan mizrablarla ilişdirilir. Çalğı
zamanı uzun tərəfi çalğıçıya tərəf dizlər üzərinə qoyulur.
Qanun üçün notlar kaman və bas açarlarda yazılır və onlar yazılışından
bir ton yuxarı səslənir. Qanunun diapazonu böyük oktavanın “sol” səsindən
üçüncü oktavanın “do” səsinə qədərdir. Qanunun tembri olduqca incə və yum-
şaqdır. Alətin 3.5 oktava həcmində olan diatonik səsdüzümü bəm, orta və zil
registrlərə bölünür. Arpecio, akkord və zəif səslənmədə əllərin bütün barmaq-
ları iştirak edir. Qanunda səslərin ucalığını linglərlə dəyişdirmək mümkün ol-
duğu üçün, bütün bemol və diyezli qammaları çalmaq mümkündür.
İfa texnikası arpecio, qlissando, passaj və başqa üsulları istifadə etməyə im-
kan verir. Sekunda, tersiya, kvarta və kvinta intervallarını götürmək mümkün-
dür. İkili notlar, seksta, septima və oktavalı intervallar tremolo ilə alınır. Okta-
vadan böyük intervallar, üç və dördsəsli akkordların çalınması da mümkündür.
Alətin texniki imkanları mürəkkəb əsərləri çalmağa imkan verir.
Qanun. Qanun. Канун.
Demək olar ki, XX əsrin 30-cu illərində alətə (bəyəm bir ona qarşı?!) olan
saymazlıqdan yaranan yarım əsrlik “susmadan” sonra, bəstəkarlar Süleyman
Ələs gərov və Səid Rüstəmovun səyləri nəticəsində qanun 1959-cu ildə Mosk-
vada Azər baycan Ədə biyyatı və Mədəniyyəti Dekadasının açılışında iştirak
edən din lə yicilər qarşısın da yenidən səsləndi. SSRİ Böyük Teatrı səhnəsində
qanunda solo Asya Tağıyeva ça lırdı. Bundan sonra qanuna olan həvəs çox art-
dı. Qanun bütün xalq çalğı alətləri ansambllara, habelə müxtəlif folklor, kame-
ra və estrada ansambllara daxil edildi. Yetişməkdə olan musiqiçilər nəslinin
Səadət ABDULLAYEVA
52
qanunda çalmalarına fikir verilməyə başladılar. Pioner və məktəblilər sara-
yında (indiki Tofiq İsmayılov adına Uşaq və Gənc Ya ra dıcılıq Sarayı) Gülarə
Tağıyeva tərəfindən qanunçalan qızların həvəskar ansamblı ya radıldı.
Azərbaycanın Əməkdar artisti Təranə Əliyeva.
Honored Artist of Azerbaijan Tarana Aliyeva.
Заслуженный артист Азербайджана Тарана Алиева.
Sonra istedadlı qanunçalan Təranə Əliyeva Azərbaycan Milli Konserva-
toriyası məzunlarından – 7 ifaçıdan ibarət “İnci” ansamblını təşkil edir. On-
lar yüksək sə viy yədə “Bayatı-Şiraz”, “Mahur-hindi” muğamları ilə yanaşı
həmçinin xarici ölkə bəs təkarlarının – Eduardo di Kapuanın “O sole mio”
(“Mənim günəşim”), Konsuelo Velaskesin “Besame muço” (“Məni möhkəm
öp”), Zekinya de Abreunun “Tiko-Tiko” və s. əsərlərini ifa edirlər [29]. An-
sambl indi də müvəffəqiyyətlə çıxış edir.
Qanun – əsasən peşəkar ifaçıların alətidir. O xalq çalğı alətləri orkestrləri
və ansambllarının tərkibinə daxildir. Orkestrdə solo və müşayiətçi alət kimi
ayrıca qrup (4 alətdən az olmamaqla) fəaliyyət göstərir. Qanun xüsusən sim-
li alətlər – saz, ud və tarla qoşalaşanda daha güclü təsir göstərir. Səslənmə
xüsusiyyətlərini nəzərə alaraq, çox vaxt qanuna aparıcı alət rolu həvalə edilir.
Cingiltili, parlaq və yumşaq səsləndiyinə görə qanun tez-tez muğamların
(əksər hallarda “Bayatı-Şiraz” və “Çahargah”) və xalq mahnılarının solo ifa-
sında istifadə edilir. Professional musiqi nümunələrindən ilk dəfə Zakir Bağı-
rovun iki arfa və qanun üçün “Rapsodiya”sı çalınıb. Azərbaycan bəstəkarları
qanun üçün parlaq əsərlər yazmışlar. Məsələn:
Süleyman Ələsgərov. Qanun və xalq çalğı alətləri orkestri üçün “Poema”,
“Şalaxo” (əslində “Şələqoy”) rəqs melodiyası;
53
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Kamal Əhmədov. “Rapsodiya;
Dadaş Dadaşov. Qanun və fortepiano üçün “Pyes”, “İthaf” poeması, sker-
so janrında “Çinarənin sevinci”, qanun və simfonik orkestr üçün “Konsert”;
Oqtay Zülfüqarov. “Ballada”, “Poema”, “Pyes”, “Beşik mahnısı”;
Elnarə Dadaşova. “Pyes”;
İlham Abdullayev. Qanun və fortepiano üçün iki “Pyes” və s. bəstələmişlər.
Qanunun özünəməxsus səslənməsi Fikrət Əmirov və Elmira Nəzirovanın
fortepiano və simfonik orkestr üçün yazdıqları “Konsert”də xüsusilə nəzərə
çarpır.
Qanunun lirik və incə səslənməsi Hacı Xanməməmdovun “Arzu rəq si”,
“Yaz süitası”, Süleyman Ələsgərovun xalq çalğı alətləri orkestri üçün
“Kon sert”, “Poema”, “Bahar təranələri”, “Sözsüz mahnılar” əsərlərində və
“Qa ra bağ təranələri” rapsodiyasında ol duqca yaxşı verilir.
Firəngiz Əlizadənin beynəlxalq musiqi festivallarında Nəsiminin sözlərilə
ifa olu nan violonçel, skripka və xalq çalğı alətləri üçün “Dərviş” septeti və
“Crossing” (“Car
pazlaşma”) böyük müvəffəqiyyət qazanıb. Bu əsərlərdə
bəstəkar qanundan is ti fadə etməklə onlara “şərq nəfəsi” verməyə cəhd etmiş
və buna da nail olmuşdur. Fə rəhli hal dır ki, bəstəkar “İntizar” operasının par-
titurasına qanunu da daxil et miş dir.
İndi qanun sinifləri Azərbaycan Milli Konservatoriyasında və ölkəmizin
müx təlif şəhərlərindəki (Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Ağdam,
Şuşa) Musiqi kol leclərində fəaliyyət göstərirlər. Respublikanın Əməkdar artis-
ti Təranə Əliyeva tə rə findən “Qanun məktəbi” dərc olunub. Belə ki, qanunun
gələcəyi etibarlı əllərdədir.
BALABAN – TÜRK DÜNYASININ ÇALĞI ALƏTİDİR
Yazılı mənbələrə görə Azərbaycanın ərazisində vaxtilə quruluş, səs hasil
olun ma üslubuna və səslənməsinə görə bir-birindən fərqlənən 20-dən çox nə-
fəs (üfləmə) çalğı aləti istifadə edilirdi. Onlar, müasir təsnifata uyğun olaraq,
do daq (ney, ksul, yan-tütək, nay, musiqar, kələnay, mizmar, tütək, burbuğ), dil-
çək (sümsü, sümsü-balaban, tulum, şapbır-balaban, balaban, zurna, ər ğan) və
mü ş tüklü (buğ, boru, gavdum, kərənay, nəfir, şaxnəfir, şeypur)) nə fəs alətlər
növ lərinə aid idilər [2,66].
Səadət ABDULLAYEVA
54
Hazırda sadalanan çalğı alətlərindən yarısından azı istifadə edilir, onlar dan
da ən geniş yayılanları balaban, zurna, tütək, ney və tulumdur. Onların arasında
da çox vaxt yastılanan müştüyünə görə “yastı balaban” adlandırılan incə, məx-
məri, son dərəcə lirik və ahəngdarlığı ilə balaban seçilir. “Balaban” sözü mə na
kəsb edən iki hecadan ibarətdir: “bala” (kiçik) və “ban” (səs). Naxçı van MR-
də, Gəncə-Qazax və Qarabağ zo nalarında “balaman”, “mey” adı ilə ta nınır.
Balaban qədim nəfəs alətlərindən biridir. Onun adına Azərbaycan poeziya-
sı klas siklərinin şeirlərində rast gəlirik.
Balaban quruluşca gövdə, qamış, xərək və qapaqdan ibarətdir.
Balabanlar. Balabans. Балабаны.
Müştük (Qamış).
Mouthpiece (Cane).
Мундштук (Трость).
Qapaq.
Cap.
Калпачок.
Xərək.
Regulator.
Регулятор.
Gövdə ərik (əksər hallarda), qoz, armud, şümşad, tut, zoğal, cır alça və
eləcə də innab ağaclarından hazırlanan (alətin hazırlanma prosesi “balaban
çəkmək” ad la nır) 280-320 mm uzunluğunda və 20-22 mm enində içərisi boş
silindrik bo ru şəklindədir. Gövdənin yuxarı ucu (baş, küp) girdə formaya salı-
nır, aşağı ucu (ayaq) isə azca yonulur. 10 mm diametrdə səs novu burğu ilə açı-
lır. Üz tə rəfində 8 də lik (səs pərdəsi) açılır. Alətin muzey nümunələri onların
sayının keçmişdə 6-7 olma sını göstərir. Gövdənin arxa tərəfində – üz tərəfdəki
1-ci və 2-ci dəliyin ortasına tuş gələn daha bir dəlik açılır. Alətin kökünü və
tembrini yaxşılaşdırmaq məqsədilə bəzən aşağı ucda arxa tərəfdə əlavə dəlik
– nizam pərdəsi də açılır.
Çalğı dəliklərinin adları alətin funksional (üzdəki 1-ci – baş pərdə, 4-cü –
şah pərdə, 6-çı – açıq pərdə, 8-ci – ayaq pərdə və arxa tərəfdə olan – arxa
pərdə), lad-intonasiya (2-ci və 5-ci – Segah pərdəsi, 7-ci – Mahur pərdəsi və
s.) və akustik (nizam pərdəsi) əlamətlərini əks etdirir.
Gövdənin baş hissəsinə dəmyə (suvarılmayan) yerdə bitən qamışdan hazır-
lanan müştük – qamış (qəmiş, qarğı, dil) taxılır. Belə qamışlar nəm çəkmir.
55
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Qamış xarici qa bığı soyulan tərəfdən yastılatdırılaraq ikiqat dilçək əmələ
gətirir. Bu tərəfdən ona bo yunduruq şəklində nizamlayıcı xərək keçirilir. Qa-
mışın digər ucuna diametri 7-12 mm olan ağac mil taxılır. Buğumdan bir qədər
aşağıda iplə çəkilib sıxılır və sarınır. Bu ona görə belə edilir ki, xərəyi aşağı
çəkəndə qamış yastılanmasın. Ona kərə yağı çəkərək alovlanan kömür və ya
yanan şam üzərində dağlayırlar. Müştüyün uzunluğu 90-110 mm, eni isə yuxa-
rı yastılanan hissədə 20-25 mm təşkil edir. Bu uc çalğı vaxtı ifaçının dodaqları
arasında saxlanılır.
Xərək ( boğazlıq, boyunduruq, ulama, əgmə) uzunluğu 60 mm və eni 10
mm olan söyüd və ya tənək budağından hazırlanır. Budaq uzununa istiqamətdə
iki his səyə bölünür. Cilalanandan və qaynar suda yumşaldıqdan sonra ağacın
əyilmiş ucları bir-birinə sapla bağlanır və qamışın təxminən ortasına keçiri-
lir. Xərəyin müş tük boyu hərəkəti ilə onun ehtizaz edən hissəsinin uzunluğu
dəyişir. Bununla da alə tin kökünü dəyişirlər – yuxarı vəziyyətdə o bəmləşir,
aşağı vəziyyətdə isə zilləşir.
İfadan sonra qamışı zədələnməkdən qorumaq üçün ona söyüd, fındıq, zo-
ğal və ya tut ağacından hazırlanan qapaq ( qısqac, ağızlıq, kip, bənd, yaşmaq,
sıxnaq, qapança) taxılır. Qapaq itməsin deyə, onu iplə xərəyə birləşdirirlər.
Çalğı zamanı balaban bir qədər maili vəziyyətdə düz qarşıda tutulur və
hava ağız vasitəsilə alətin qamışına üfürülür. Üfürülən havanın təsirilə nazik
qarğı lövhələri titrəyir və səs alınır. Səsin ucalığı hər iki əlin barmaqları ilə
çalğı də lik lərini örtüb-açmaqla dəyişir.
Alətin kökü xərək vasitəsilə, səs pərdələrinin genişlənməsi və müştüyün
aşa ğı və yaxud yuxarı çəkilməsi ilə nizamlanır. Alətin kökünü yarımton və ya
bir ton azaltmaq üçün müştük geriyə çəkilir və ya gövdənin uzunluğunu 8-10
mm artı ran yedək ta xılır.
Yarımtonlar çalğı dəliklərinin yarıya qədər örtülüb-açılması ilə əldə edilir.
Məsələn, “sol diyez” səsini almaq üçün “lya” səsi çıxaran dəliyi yarı, “sol
bemol” səsini əldə etmək üçün isə alt dəliyi yarı örtmək lazımdır. Bu vaxt
gövdənin üst tərəfindəki yarı qapanan dəliklər yan tərəfdən açılır və ya bağla-
nır. Alt dəlik isə aşağıdan yuxarıya doğru açılır və ya əksinə, yəni yuxarıdan
aşağıya bağlanır. Xalis yarımton səsləri almaq üçün barmaqların orta hissələri
dəliklərin mərkəzlərinə toxundurulur.
Balabanın diapazonu kiçik oktavanın “sol” səsindən, ikinci oktavanın
“do” səsinə qədərdir. Mahir çalğıçılar dodaq əzələlərinin gərginləşməsi ( do-
daq sıxma) və üfürülən hava sütununu gücləndirməklə ikinci oktavanın “do
diyez”, “re”, “mi bemol” və “mi” səslərini də çıxara bilirlər. Başqa ifa üslubu
ilə ( boğaz vurma) səs lərin qırıq-qırıq alınmasında işlədilir.
Səadət ABDULLAYEVA
56
Balaban bəm registrdə tutqun, cingiltili, orta registrdə yumşaq, lirik, zil
re gistrdə isə həzin və aydın səslənir. Balabançılar üfürməni nizamlamaq və
də likləri yarı örtüb-aç maqla, orta və zil registrlərdə qamışı sıxmaq dərəcəsini
də yiş məklə xromatik səsləri alırlar.
Qeyd edildiyi kimi, balabanın səsi insan qəlbinə nüfuz edən son dərəcə
inçə, gözəl, şirin və yumşaqdır. Alətin belə səslən mə sini ifa zamanı çalğıçı-
nın ona ötürdüyü hava sütunu ilə ehtizaz edən ikiqat dili təmin edir. Bundan
başqa, burun vasitəsilə ha vanın ağız boşluğuna dolması və, tərsinə, yaranan
hava dövranı ilə havanı fasiləsiz gövdəyə üfürmək, bununla da ifaçının istəyilə
melodiyanı daha dolğun vermək mümkün olur. Nəfəs alətlərində belə ifa etmə
xüsusiyyəti yalnız balabana və zurnaya xasdır.
Azərbaycanın əməkdar artisti Əlixan Səmədov.
Honored Artist of Azerbaijan Alikhan Samedov.
Заслуженный артист Азербайджана Алихан Самедов.
Azərbaycanda Həsən Əliyev, Əli Kərimov, Şahalı İsmayılov, Mehdi
Nəzər li, Həsən Baxşalıoğlu, Müseyib Abbasov, Əlipaşa Qaytaranoğlu, Şah-
murad Tahi rov, Həs rət Hüseynov, İzzətalı Zülfüqarov, Bəhruz Zeynalov, Rza
Məmmədov, Qa raçı İsmayıl, Cənnətalı Haçıyev, Ağası Ağasızadə, Məhərrəm
Mövsümov, Ma naf Məmmədov, Ağasəf Seyidov, Ələfsər Rəhimov, Ələkbər
Əsgərov, Həsən Mə hərrəmov, Əlicavad Cavadov, Əşrəf Əşrəfzadə, Mübariz
Atayev, Fərhad Hüseynov və b. kimi məşhur virtuoz balabançıların çoxlu say-
da davamçıları yetişib. Son illər bu alətə qızlar da həvəs göstərirlər.
İndi qoşabalaban musiqiçi duetləri daha çox populyardır: onlardan biri –
usta havanı ifa edir, digəri – dəmkeş, züytutan, züyçü – onu burdonla, yüksəkliyi
də yiş mə yən aramsız bəm səslə müşayiət edir. Bu duetlə mahnı, rəqs və ins-
trumental pyes lər ifa edilir. Toylarda, bayram şənliklərində çıxış edərkən və
57
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
rəqslərin mü şayiəti zamanı bu duetə membranlı alətlər – qaval, nağara və ya
qoşanağara çalan ifaçılar da qoşulur lar.
“Balabançılar dəstəsi” adıyla iki balaban və bir zərb alətindən ibarət olan
ansambl xalq arasında məşhurdur. Keçmişdə, sazəndə ansambllarının tər ki-
bində səslənərkən, tar və kamança ilə yanaşı, vokal partiya fasiləsində ba la ban-
çı fəal iştirak edirdi və yaxud onlara üstünlük verərək burdon səslər çı xa rır dı.
Bundan əlavə, balabanda tətbiqi məqsəd kimi çoban havalarını (“Çoban ba-
yatısı”, “Qoyun ovşarı”) və kədərli oxşamalar (“Matəm avazları”) ifa edir dilər.
Balaban aşıq ansambllarında da çalınır. Bu zaman çox vaxt onun saza kök-
lənən kiçik növündən ( cürə) istifadə edilir. Belə balabanın müştüyü nazik qa-
mışdan hazırlanır, ona görə də daha zil səslənir. Aşıq ansambllarında o havanın
melodiyasını təkrarlayır və ya lad tonikasında burdonla fon yaradır. Aşıq oxu-
malarının instrumental girişlərində balabançı əsas melodiyanı çalır, aşıq isə
sazda onu harmonik həmahənglə müşayiət edir. Aşığı müşayiət edən balabançı
çox vaxt eyni zamanda rəqs də edir.
Alətin tembr-dinamik imkanları balabançılar duetinin muğamın solo ifası
zamanı özünü daha parlaq göstərir, halbuki onun səsdüzümü muğamın bütün
şö bələrinin ifa edilməsinə imkan vermir. Bu səbəbdən muğam dəstgahları ba-
labançılar tərəfindən adətən qısaldılmış şəkildə ifa olunur. Bu halda, alətin di-
apazonunu nəzərə alaraq, muğamlara və onların şöbələrinə xas olan tonallıqlar
seçilir.
Muğamların vokal-instrumental ifası variantında usta balabançının rolu
tez-tez dəyişir. Müəyyən hallarda o, yalnız burdon səsləri ifa edərək arxa pla-
na çə kilir. Başqa hallarda isə, xüsusilə vokal partiyada uzun fasilə zamanı,
muğam şö bələrinin ifasında melodiyanın səsləndirilməsində fəal rol oynayır.
Balaban böyük texniki və bədii-ifadə imkanlarına malikdir. Ona görə də
ondan ən universal nəfəs aləti kimi müxtəlif orkestr və ansamblların tərkibində
istifadə edirlər. Xalq çalğı alətləri orkestrlərində balabanlar iki qrup təşkil
edirlər, onlar da öz növbəsində iki partiyaya bölünür. Bu vaxt balabanların
bir-birlərindən registlərinə görə fərqlənən bütün növləri – kiçik ( pikkolo), adi,
tenor və bas ( bəm) istifadə edilir.
Xalq çalğı alətləri orkestrində solo ifada balabana melodik frazalar həvalə
edilir, müşayiətçi alət kimi isə ondan harmonik akkordları və burdon səsləri
çalmaq üçün istifadə edilir.
Dinləyicilərdə, xüsusən, solo partiyaların balabanda simfonik əsərlərin:
Üze yir Ha cıbəylinin “İkinci fantaziya”, Müslim Maqomayevin “Azərbaycan
çöl lə rində”, Ha cı Xanməmmədovun “Simfoniyetta”, Xəlil Cəfərovun “Rəqs
süitası”, Oqtay Zülfüqarovun “Naməlum əsgərin xatirəsinə” poemasının ifa-
Səadət ABDULLAYEVA
58
sında yaxşı təəssürat yaradır. Bu əsərlərdə zil və bəm registrlərdə simfonik or-
kestrin xoş tembr rəngarəngliyini təmin edən balabanlardan məharətlə istifadə
edilib.
Balabanın ifasında xalq musiqisinin bütün janrları – muğamlar (xüsusən
“Şüştər”), mahnılar (“Sarı gəlin”, “Apardı sellər saranı”, “Sən gəlməz oldun”,
“Dil bərim”), rəqs melodiyaları (“Heyvagülü”, “Qoçəli”, “Tərəkəmə”) çalınır.
Üzeyir Hacıbəylinin “Sev gili canan”, “Sənsiz”, Fikrət Əmirovun “Gözəlim
sən sən”, Səid Rüstəmovun “Sə nin dir” romansları, Frans Şubertin “Serenada”,
Sezar Kyüinin “Orieyental”, Pyotr Çay kovs kinin “Payız nəğməsi” və Revaz
Logidzenin “Tbilisi haqqında mahnı”sı din lə yi ci lərə böyük təsir edir.
Balabanın texniki-bədii imkanlarını nəzərə alaraq Azərbaycan bəstəkarları
tez-tez onu öz iri əsərlərinin partituralarına daxil edirlər və onun üçün xüsu-
si əsərlər bəsləyiblər. Bunların sırasında Süleyman Ələsgərovun balaban və
xalq çalğı alətləri orkestri üçün “Xəyala dalarkən”i; Aydın Əzimovun dörd
balaban üçün “Pyes”i, Həsən Adıgözəlzadənin tar-solo, balaban və kamança
üçün “Vətənin rəngləri” pyes silsiləsini, Rüfət Ramazanovun orqan və bala-
ban üçün “Muğam və dialoq”u, Cəlal Abbasovun 8 balaban, tütək və qoşa-
nağara üçün “Yallı”nı, Adilə Yusifovanın kamera orkestri, uşaq səsləri, ba-
laban və klavesin üçün “Nənəmin sandığında” süitanı, fortepiano triosu və
ba laban üçün “Paralellər”i, səs, simli kvartet, qoboy, balaban və fortepiano
üçün “Xəyallarımdakı şəhər” fantaziyanı, Elnarə Dadaşovanın balaban, zurna,
ney və tütək üçün “Kvartet”i, Yaşar Xəlilovun balabanlar kvarteti üçün üç xalq
rəqsini, Nazim Quliyevin balaban üçün “Pyes”i göstərmək olar.
XX əsrin 50-ci illərində tədris-metodik dərsliklər – “məktəblər” üzrə bala-
banda çalmağın öyrədilməsi peşəkar musiqi təhsili sisteminə daxil edilmişdir.
Onun əsasında Milli Konservatoriyada təhsil keçirilir. Burada tərkibində alətin
bütün növləri səslə nən ba labançılar qrupu təşkil edilib. Bu qrupun ifasında
dünya musiqi mədəniyyəti klassiklərinin yazdıqları mürəkkəb əsərlər səslənir.
Tanınan ifaçı Əlixan Səmədov tərəfindən “Balaban metodu” vəsaiti
tərtib edilib və “Balaban” adı altında 7 albomu işıq üzü görüb. Onun ifasın-
da Azərbaycan melodiyaları Hollivud və Avropa ölkələrində çəkilən filmlərdə
səslənir.
Balabanda hasil edilən melodiyalarla musiqinin bütün incəlik və gö zəl lik-
lərini parlaq əks etdirmək mümkündür. Ona görə də bu çalğı aləti Azərbaycan
xalqının ən sevimli alətlərindən biridir.
Alət eyni adla İranda yayılıb [22]. Bu balaban quruluş cəhətcə türk me yinə
oxşardır. Azərbaycan balabanından fərqli olaraq, ləzgilərin balabanının (dar-
ginlərin “bumbuti”, avarların “lalu”, lakların “ppelyüti”) yuxarı ucuna birqat
59
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
çər tilmiş dilçəyi olan silindrik qamış borucuq taxılır. Kabarda-Balkariya (ba-
laban və ya kamıl), Özbəkistan və Tacikistanda (balaban, bulaman, balabon)
eyni tipli alətlər də birqat çərtilmiş dil çəklə təchiz edilib [82]. Onlar yaxın
keçmişdə Azər baycanda istifadə edilən balabanın sələfi – sümsü-balabanı xa-
tırladır. Türk mən lilərin qamış balamanının gövdəsinin bir ucu bağlıdır, ağac
balabanda isə qamış müştük taxılır.
Ermənistanda eynitipli aləti “duduk”, Gürcüstanda isə – “duduki” adlan-
dırırlar. Gürcü duduki geniş yayılmasına baxmayaraq, Şərq ölkələrindən iq-
tibas edilmiş sa yılır və onun hüdudunda XVII əsrdən istifadə edilir [88]. Er-
mə nistanda isə hesab edir lər ki, bu alətin vətəni qədim Ermənistandır [89].
Belə bir nəticəyə dəlil kimi alətin göv dəsinin hazırlanmasında istifadə edilən
ərik ağacının latın adının Prunus armeniaca (böyük rus botaniki, akademik
P.M.Jukovskinin nəticəsi nə görə səhvən belə ad ve rilib) olması göstərilir. La-
kin bunun əksinə, bu ağacın dünya da vətəni qeyd-şərtsiz Çin qəbul edilib.
Əhəmiyyəti az olmayan belə bir faktı da nəzərə çatdırmaq lazımdır. Yu xarıda
qeyd edildiyi kimi, balabançılar duetində iki ifaçı – usta və dəmkeş çıxış edir -
lər. Bu sözlər Gürcüstan və Ermənistanda da ya yıl mışdı. Əgər Gürcüstanda
“usta” və “dəmkeş” məfhumları bizim günlərdə də gün dəlik həyatda və nəşr
olunan işlərdə iş lə dilirsə, lakin Ermənistanda danışıq di lində və məişətdə on-
lardan istifadə edilsə də, ədə biyyatda bu adların çə kil mə sin dən qaçınırlar, çün-
ki bu sözlər orada ana dilinə aid de yillər.
Balabanın yayıldığı türk dünyası.
Turkic world spread Balaban.
Тюркский мир распространения балбана.
Balabana oxşar alətlər ha-
belə Çin, Ko reya və Yaponiya-
da da yayılıb. Çində quanszi
(quan) uyğurlardan [90], Ko-
re yada xuanpiri və Yaponiyada
xi çikari (xitiriki) isə çinlilərdən
alınma hesab edilir [91]. Yəni
adları çəkilən alətlərin yaran-
ma məkanı qədim türk qrupu
xalqı nın məskunlaşdığı Çinin
Sintz yan – Uyğur Muxtar Res-
publikasıdır.
Bütün bu faktıar Kiçik Asiyadan Uzaq Şərqə kimi böyük ərazidə yaşayan
xalqlar arasında geniş mədəni əlaqənin olmasını təsdiqləyir. Yuxarıda qeyd
edi lən məlumatlar, YUNESKO-nun Reprezentativ siyahısına daxil edilən er-
məni “du duk”unun türklərin yaşadığı arealda icad edildiyini inandırıcı su rətdə
göstərir.
Səadət ABDULLAYEVA
60
Dostları ilə paylaş: |