Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


SEQ-İN İNKİŞAFINDA MÜHÜM SİYASİ VƏ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   14   15   16   17   18   19   20   21   22

SEQ-İN İNKİŞAFINDA MÜHÜM SİYASİ VƏ 
HÜQUQİ DÖNÜŞ NÖQTƏLƏRİ 
 
 
 

 
 
178 
 
Tərtibat qeydi: Bu siyahı müfəssəl deyil. Milli rəhbər sənədlər çıxarılması və veb-saytda 
yerləşdirilməlidir.  
 
1970 Birləşmiş  Ştatların Milli ətraf mühitin mühafizəsi siyasəti haqqında qanunu (1969): tələn edir - 
“ətraf mühitə əhəmiyyətli təsir edən qanunvericilik və digər mühüm federal aktlara... ətraf mühitə 
təsirlər haqqında .... ətraflı bəyanat daxil olmalıdır” (Bölmə 102 (2)(c)) 
 
 Milli ətraf mühitin mühafizəsi siyasəti haqqında qanuna uyğun olaraq, Kaliforniya Ətraf mühitin 
mühafizəsi qanunu proqramlar, planlar və  mərhələli layihələr daxil olmaqla, dövlət agentlikləri 
tərəfindən və təsdiq edilən fəaliyyətlərə şamil edilir (Rəhbər sənəd, Bölmə 15165–15168) 
 
1970-ci illərin 
ortaları 
Dövlət komitələri və mühüm təkliflərin ekoloji ekspertizası: siyasət məsələlərinin nəzərə 
alınması(məsələn, Makenzi vadisi boru kəməri komitəsi, Kanada, 1974–1977; Ranger Uranium 
ətraf mühit komitəsi, Avstraliya, 1975–1977) 
 
1978 
 
Ekoloji Keyfiyyət Şurası tərəfindən təsdiq edilmiş Milli ətraf mühitin mühafizəsi siyasəti haqqında 
qanun:  ətraf mühitə  təsirlər haqqında proqram bəyanatının  şamil edildiyi, ümumi, coğrafi və ya 
texnologiya kateqoriyalarına əsasən qruplaşdırıla bilən fəaliyyətləri müəyyən edir (Bölmə 1052.4 
(b)) 
1986 Niderland, 
Ətraf mühitin mühafizə edilməsi tədbirləri haqqında qanun (1994-cü ildə düzəliş 
edilmiş variant): dəqiq müəyyən edilmiş milli plan və proqramlara, o cümlədən  ətraf mühitə 
təsirlərin qiymətləndirilməsinin məcburi qaydada tələb olunduğu layihələrin harada yerləşəcəyini 
müəyyən edən plan və proqramlara şamil edilir. 
1989 Avstraliya, 
Resurs 
Qiymətləndirmə Komissiyası haqqında qanun: resurs siyasəti məsələləri üzrə 
müstəqil tədqiqat orqanı müəyyən edir (Komissiya 1993-cü ildə buraxılsa da, qanunvericilik 
mühafizə edildi) 
 
 Dünya Bankı, Əməliyyatlar direktivi 4.00 (düzəlişlər: 1991, 1999): sektor üzrə və regional ekoloji 
qiymətləndirmənin hazırlanmasına amil edilir (Əlavə A 6–8) 
1990 
 
Kanada,  Şura qətnaməsinə  əsasən siyasət və proqram təkliflərinin ekoloji qiymətləndirilməsi 
prosesi (1999-cu ildə düzəliş edilmiş variant): Kabinetə təqdim edilmiş təkliflərə şamil edilir 
1991 
 
Yeni Zelandiya, Təbii resurslardan səmərəli istifadə haqqında qanun: siyasət, planlaşdırma və 
tənzimlə funksiyalarını ümumi rejimdə birləşdirən davamlı inkişaf haqqında qanun  
 
Birləşmiş Krallıq, Siyasətin qiymətləndirilməsi və  ətraf mühit haqqında rəhbər sənəd: mərkəzi 
hakimiyyət orqanları üçün tövsiyə (1994-cü ildə qabaqcıl təcrübə üzrə  rəhbər sənədlə 
yenilənmişdir;1997-ci ildə düzəliş edilmiş; 1998-ci ildə yenilənmişdir) 
 
 
Sərhədlərarası kontekstdə  ətraf mühitə  təsirin qiymətlərdirilməsinə dair Konvensiyası (Espo 
Konvensiyası) 1997-ci ildə qüvvəyə minmişdir: Tərəfləri ətraf mühitə təsirlərin qiymətləndirilməsi 
prinsiplərini "mümkün dərəcədə..." siyasət, plan və proqramlara "tətbiqə  cəhd etməyə" çağırır. 
(maddə 2.7)  
 
1992 AİK-in siyasət plan və proqramların  ətraf mühitə  təsirlərinin qiymətləndirilməsinə dair pilot 
araşdırması: üzv dövlətlər tərəfindən tətbiqi tövsiyə olunur.  
  
 Honq Konq, o zamankı qubernatorun qərarı əsasında Siyasət sənədlərinin ekoloji nəticələri: icraçı 
şuraya təqdim edilən təkliflərə (daha sonra inkişaf planları) şamil edilir. 
 
Çexiyanın Ətraf mühitə təsirlərin qiymətləndirilməsi qanunu: mərkəzi dövlət orqanları tərəfindən 
hazırlanmış  və  təsdiq edilmiş çoxsaylı konsepsiyaların (siyasətlər, strategiyalar, planlar və 
proqramlar) strateji ekoloji qiymətləndirməsini tələb edir. 
 
1993 Danimarka, 
Baş Nazirin Ofisi Qanun layihələrinin və digər təkliflərin  ətraf mühitə  təsirlərinin 
qiymətləndirilməsi (1995-ci ildə düzəliş edilmiş, 1998 -ci ildə məcburi hüquqi qüvvə qazanmışdır): 
Parlamentə təqdim edilən qanun vericilik layihələrinə və Parlamentlə razılaşdırılmalı olan strateji 
təkliflərə şamil edilir.  
 
Avropa Komissiyası, Qanunvericilik proqramının ekoloji qiymətləndirməsi: qanunvericilik 

 
 
179 
 
təkliflərinə və digər aktlara şamil edilir.  
 
1994 Norveç, 
Rəsmi sənədlərin və dövlət təkliflərinin qitmətləndirilməsi:  ətraf mühitlə  əlaqədar 
müddəaları ehtiva edir, lakin əsasən iqtisadi və inzibati nəticələrə şamil edilir  
 
Slovakiya,  Ətraf mühitə  təsirlərin qiymətləndirilməsi haqqında qanun: əsas inkişaf siyasətlərinin 
seçilmiş yerlərdə ərazi planlarının və ətraf mühitə mənfi təsir edə biləcək hər hansı qanunvericilik 
təklifinin qiymətləndirilməsinə dair tələbi ehtiva edir (maddə 35) 
 
1995 Niderland, 
Ətraf mühitə  təsirlərin sınağı: qanunvericilik layihələrinə  şamil edilir, biznes 
fəaliyyətinə təsirin, icranın və həyata keçirilmənin səmərəliliyinin ətraflı təhlilinin bir hissədir 
 
1996 
 
Müəyyən plan və proqramların  ətraf mühitə  təsirinin qiymətləndirilməsi direktivi üçün Avropa 
Komissiyası tərəfindən verilən təklif (COM (96) 511; COM (99) 73 saylı sənədlər düzəliş edilmiş 
variant), bundan sonra SEQ Direktivi adlandırılacaq. 
 
1998 
 
Finlandiya, Qanunvericilik təkliflərinin  ətraf mühitə  təsirlərin qiymətləndirilməsinə dair rəhbər 
sənəd: qanunların, eləcə  də  sərəncamların, qətnamə  və  qərarların hazırlanması prosesinə  şamil 
edilir 
 
Ətraf mühit məsələlərinə dair informasiyanın  əldə edilməsi, qərarların qəbul edilməsi prosesində 
ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı Konvensiya (Orxus Konvensiyası): 
7 və 8-ci maddələrin ictimaiyyətin iştirakı haqqında müddəaları  ətraf mühitlə  əlaqədar plan, 
proqram, siyasət, qanun və qaydalara istinad edir. 
 
AİK regionunun ekologiya nazirlərinin strateji ekoloji qiymətləndirmə haqqında 
bəyannaməsi(ECE/CEP/56): ölkələr və beynəlxalq maliyyə institutları strateji ekoloji 
qiymətləndirməni "prioritet məsələ" kimi təqdim etməyə və həyata keçirməyə dəvət edir.  
 
1999  
 
Avstraliya, Ətraf Mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması haqqında qanun: siyasət, plan 
və proqramların strateji ekoloji qiymətləndirməsinin aparılmasını təmin edən müddəaları əks etdirir 
 
Finlandiya, Ətraf mühitə təsirlərin qiymətləndirilməsi proseduru haqqında qanun: siyasət, plan və 
proqramlara şamil edilir  
 
Birləşmiş Krallıq, Regional planlaşdırma rəhbər sənədinin davamlılığının qiymətləndirilməsi üzrə 
qabaqcıl təcrübə təlimatı üçün təkliflər (2000-ci ildə yekunlaşdırılmış; 2005-ci ildə təlimat sənədi 
ilə  əvəz edilmişdir Regional ərazi strategiyalarının yerli inkişaf sənədlərinin davamlılıq 
qiymətləndirməsi)  
 
2001 Avropa 
Şurası  və Parlamenti, SEQ Direktivi (2001/42/EC) qəbul edilir; 2004-cü ilin iyul ayında 
qüvvəyə minir, hal-hazırda Aİ-yə üzv dövlətlər tərəfindən milli qanunvericiliyə tətbiq edilir  
 
 Fransa, L’évaluation environnementale des plans et programmes de transport (nəqliyyat plan və 
proqramlarının strateji ekoloji qiymətləndirməsi), Fransa Ekologiya Nazirliyi tərəfindən 
 
2002 Təsirlərin Qiymətləndirilməsi Komisiyasının Təqdimatı (COM (2002) 276 yekun) (təcrübəyə 
əsasən təkrar baxışdan keçirilmişdir və daha sonra hesabat 2004-cü ildə nəşr edilmişdir: Komissiya 
heyətinin işçi sənəti, Təsirlərin qiymətləndirilməsi - rəqabətə davamlılığın və davamlı inkişafın 
dəstəklənməsi üçün növbəti addımlar (SEC (2004) 1377)) 
 
Avstriya, Ekoloji təsirlərin  əhəmiyyət dərəcəsinin qiymətləndirilməsi: SEQ çərçivəsində  tətbiq 
edilən əhatə dairəsinin müəyyən edilməsi yanaşması və meyarlar, Kənd və Meşə Təsərrüfatı, Ətraf 
Mühitin və Su Resurslarının İdarəedilməsi üzrə Federal Nazirlik 
 
2003 
 
Espo Konvensiyasının SEQ Protokolu, Kiyevdə təsdiq edilmişdir. 
 
Şotlandiya (Birləşmiş Krallıq), İnkişaf planlarının ekoloji qiymətləndirməsi, İnkişaf departamenti 
tərəfindən 
 
2003 
 
Avropa Komissiyası, 2001/42/EC direktivinin icrası:SEQ direktivinin tələblərinə dair rəhbər sənəd 

 
 
180 
 
2004 
İrlandiya, SEQ Direktivinin icrası: Yerli hakimiyyət orqanları  və planlaşdırma orqanları üçün 
rəhbər sənədin layihəsi, Ətraf Mühit, İrs və Yerli Özünüidarəetmə Departamenti  
 
2005 Birləşmiş Krallıq, Strateji Ekoloji Qiymətləndirmə üçün Praktiki Təlimat 
 
Siyasətlərin formalaşdırılması səviyyəsində strateji ekoloji qiymətləndirmə - Son irəliləyişlər, cari 
vəziyyət və  gələcək perspektivlər. Mərkəzi və  Şərqi Avropa üzrə Regional Ekoloji Mərkəz 
tərəfindən Çexiyanın Ekologiya Nazirliyi üçün hazırlanmışdır. 
 
Honq Konq, Strateji ekoloji qiymətləndirmə vəsaiti, Honq Konq xüsusi inzinati regionu  
 
Bavariya (Almaniya), ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması üçün ilkin rəhbər 
sənəd, Bavariya hökuməti, Daxili işlər və Ekologiya Nazirlikləri  
 
Avropa Komissiyası, SEQ üzrə vəsait — Nəqliyyat infrastrukturu plan və proqramlarının strateji 
ekoloji qiymətləndirməsi haqqında materiallar toplusu, Energetika və Nəqliyyat Baş İdarəsi  
 
Avstriya, Strateji ekoloji qiymətləndirmə:  Əhatə dairəsinin müəyyən edilməsindən monitorinqə 
qədər, Kənd və Meşə  Təsərrüfatı,  Ətraf Mühitin və Su Resurslarının  İdarəedilməsi üzrə Federal 
Nazirlik 
 
Təsirləri Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya SEQ - Təcrübə  və perspektivlər 
mövzusunda konfrans, Praqa 
 
2006 
 
Yaşıllaşdırma üzrə Regional İnkişaf Proqramları  Şəbəkəsi, Birlik Siyasətinin strateji ekoloji 
qiymətləndirməsi üzrə rəhbər sənəd 2007–2013 
 
İƏİT/İqtisadi İnkişaf və Əməkdaşlığı Təşkili Komitəsi, Strateji ekoloji qiymətləndirmənin tətbiqi: 
Əməkdaşlığın İnkişaf etdirilməsi üzrə Qabaqcıl Təcrübəyə dair Rəhbər sənəd  
 
2010 
SEQ Protokolunun qüvvəyə minməsi 
 
 
 

 
 
181 
 
Əlavə A1.3 
 
TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ 
BEYNƏXALQ ASSOİASİYANIN SEQ ÜÇÜN 
EFFEKTİVLİK MEYARLARI 
 

 
 
182 
 
 Yüksək keyfiyyətli SEQ prosesi, plan və proqram tərtibçilərini, qərar qəbuluna görə  məsul 
şəxsləri, təsirə məruz qalana ictimaiyyəti strateji qərarların davamlılığı barədə məlumatlandırır, 
ən yaxşı alternativin axtarışına yardım edir və demokratik qərar qəbulu prosesini təmin edir. Bu 
qərarların etibarlılığını artırır, layihə  səviyyəsində  xərc və zaman baxımından daha səmərəli 
ƏMTQ ilə  nəticələnir. Bu məqsədlə yüksək keyfiyyətli SEQ prosesi aşağıdakı keyfiyyətlərə 
malik olmalıdır: 
İnteqrasiyalı 

 
Davamlı inkişafa nail olmaq məqsədinə müvafiq bütün strateji qərarların düzgün ekoloji 
qiymətləndirməsini təmin edir. 

 
Biofiziki, sosial və iqtisadi aspektlər arasında qarşılıqlı əlaqəliliyi əhatə edir.  

 
Müvafiq sektorların və (transsərhəd) regionların siyasətləri ilə  və müvafiq hallarda 
layihələrin  ətraf mühitə  təsirlərinin qiymətləndirilməsi və  qərarın qəbulu prosesi ilə 
əlaqəlidir. 
 
Davamlılığa aparan 

 
Daha davamlı inkişaf variantlarının və alternativ təkliflərin müəyyən edilməsinə kömək 
edir
63

Məqsədyönümlü 

 
İnkişafın planlaşdırılması  və  qərarın qəbulu üçün yetərli, etibarlı  və faydalı  məlumatlar 
təmin edir.  

 
Əsas diqqəti davamlı inkişafın əsas problemlərinə yönəldir.  

 
Qərarın qəbulu prosesinin xüsusiyyətlərinə uyğunlaşdırılır.  

 
Yüksək vaxt və vəsait sərfiyyatına yol vermir. 
Hesabat vermə öhdəliyinə malikdir 

 
Strateji qərarların qəbulu üzrə aparıcı agentliklər məsuliyyəti öz üzərlərinə götürür;  

 
Peşəkarlıqla, məsuliyyətlə, vicdanla, qərəzsiz və tarazlığın qorunması ilə həyata keçirilir;  

 
Müstəqil nəzarət və yoxlamalardan keçir. 

 
Davamlılıq məsələlərinin qərarın qəbulu prosesində necə  nəzərə alındığını sənədləşdirir 
və əsaslandırır. 
                                                      
63
məsələn, Rio 1992 bəyannaməsində müəyyən edildiyi kimi ümumi davamlı inkişaf strategiyasına töhfə [Gündəlik 21, Ətraf Mühit və İnkişaf 
haqqında Rio Bəyannaməsi aşağıdakı ünvandan əldə edilə bilər: http://www.un.org/esa/dsd/agenda21/] və ölkənin konkret siyasətləri, dəyərləri 
ilə müəyyən edilir. 
  

 
 
183 
 
İştiraka təşviq edən 

 
Qərar qəbulu prosesi ərzində maraqlı tərəfləri, təsirə məruz qalan ictimaiyyəti, dövlət 
orqanları məlumatlandırır və iştiraka cəlb edir; 

 
Onların töhfələrini və narahatlıqlarını sənədləşdirmə və qərar qəbulu zamanı açıq şəkildə 
nəzərə alır.  

 
Aydın, asan başa düşülən məlumat tələblərinə malikdir, bütün müvafiq məlumatlara 
zəruri çıxışı təmin edir. 
Dövri prosesdir 

 
Qərar qəbulu prosesinə  təsir etmək və  gələcək planlaşdırmaları  təşviq etmək üçün 
qiymətləndirmə nəticələriin kifayət qədər tez hazır olmasını təmin edir. 

 
Qərara düzəliş etməyin zəruri olub-olmadığını qiymətləndirmək və gələcək qərarlar üçün 
baza yaratmaq məqsədi ilə strateji qərarın icrasının faktiki nəticələri haqqında yetərli 
məlumat təmin edir. 
 

 
 
184 
 
  
Əlavə A5.1 
 
SEÇİLMİŞ ANALİTİK ALƏTLƏRİN TƏSVİRİ 
 

 
 
185 
 
 Bu əlavə aşağıdakı texnikaları təqdim edir: 

 
Rəsmi və qeyri-rəsmi yaddaş siyahıları.  

 
Təsir, təzad və sinergizm matrisləri  

 
Kollektiv ekspert qiymətləndirmələri –  

 
Delfi metodu.  

 
Layların üst-üstə yerləşdirilməsi və GIS (Coğrafi Məlumat Sistemi).  

 
Tendensiyaların təhlili və ekstrapolyasiya 

 
Qərar ağacları, təsir sxemləri 

 
Proqnoz modelləşdirməsi və təqlidi modelləşdirmə  

 
Ssenarilərin hazırlanması.  

 
İstismar dövrü qiymətləndirilməsi (LCA)  

 
Xərc-gəlir təhlili (CBA) 

 
Çoxmeyarlı təhlil (MCA). 
Metod 
Rəsmi və qeyri-rəsmi yaddaş siyahıları. 
Təsvir 
Yaddaş siyahısı müəyyən növ plan və ya proqramın qiymətləndirilməsi 
zamanı  nəzərə alına biləcək sualların siyahısıdır. Yaddaş siyahılarında 
aşağıdakılar sıralana bilər:  

 
Adətən müəyyən plan və proqramlarla əlaqəli olan ekoloji problemlər. 

 
Müxtəlif inkişaf fəaliyyətləri üçün müvafiq ekoloji məsələlər.  

 
Müəyyən sahələrdə plan və ya proqramın dəyələrndirilməsi zamanı 
soruşula biləcək istiqamətləndirici suallar və ya göstəricilər. 
 
SEQ 
çərçivəsində 
ənənəvi tətbiq 

 
Kontekst və ilkin məlumatların təhlili 

 
Problemlərin və təsirlərin müəyyən edilməsi. 
Üstünlüklər 

 
Vəzifəyə müvafiq bütün məlumatların yadda saxlanmasına yardım.  

 
Müəyyən problemlərin plan və ya proqrama aidiyyəti olub-
olmadığının müəyyən edilməsi üçün sadə üsulun təmin edilməsi, 
potensial məsələnin nəzərdən qaçırılmamasına yardım. 
Mənfi cəhətlər 

 
Yanaşmanın analitik imkanları məhduddur.  

 
Yaddaş siyahısına daxil edilməmiş  hər hansı  əhəmiyyətli təsirə 
diqqətin yetirilməməsini təşviq edir.  

 
Siyahıya qeyri-müvafiq məlumatların daxil edilməsi qənaətin  əldə 
edilməsini çətinləşdirə bilər. 

 
 Səbəb - nəticə  əlaqələrinin mahiyyətini  əks etdirmir – ayrı-ayrı 
təsirlərin müəyyən kateqoriyalar üzrə təsnif edilməsi təşviq edə bilər, 
halbuki reallıqda bu təsirlər mürəkkəb bir sistemin bir hissəsini təşkil 
edə bilər. 
 

 
 
186 
 
Metod Təsir, təzad və sinergizm matrisləri  
Təsvir 
Təsir matrisləri təklif edilən təşəbbüslərin (məsələn, təklif edilən məqsədlərin 
və ya fəaliyyətlərin)  ətraf mühitin müxtəlif komponentlərinə potensial 
təsirlərinin aşkara çıxarılmasını və təqdim edilməsini təmin edir. Onlar yaddaş 
siyahılarına çox oxşardırlar və iki ölçülü yaddaş siyahıları kimi təsnif edilə 
bilərlər. Təsirlərin mahiyyətini yaxud təxmini miqyas və ölçüsünü göstərmək 
üçün matrisin xanalarında müxtəlif rəngli və ölçülü işarələrdən, eləcə  də 
ballardan istifadə edilə bilər. Matrisin köməyi ilə kumulyativ və dolayı 
təsirləri, eləcə də təsirlər arasında qarşılıqlı əlaqəni izah etmək olar. Məsələn, 
onlara təklif edilən müdaxilələrin ümumi təsirlərini icmalını əks etdirən sütun 
və ya sətirlər daxil ola bilər.  
 
Təqdim edilən məlumatın yoxlanıb təsdiq edilməsi asan olmalıdır, hər bir 
matris konkret təsirlərin mahiyyətini izah edən mətnlə müşayiət olunmalıdır. 
 
Təzad və sinergizm matrisləri təklif edilən müdaxilələr (məsələn, təklif edilən 
məqsədlər və ya fəaliyyətlə) və müvafiq ekoloji, yaxud digər məqsədlər 
(məsələn, daha ətraflı qiymətləndirmələrdən söhbət getdikdə) arasında əlaqəni 
nümayiş etdirməlidir. 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 

 
 Problemlərin və təsirlərin müəyyən edilməsi. 

 
 Təsirlərin qiymətləndirilməsi.  

 
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 
Üstünlüklər 

 
Təsirlərin əyani təsəvvür edilməsini və asan qavranılmanı təmin edir;  

 
Kumulyativ təsirlərin, eləcə də təsirlər arasında qarşılıqlı əlaqənin 
aşkara çıxarılması üçün adaptasiya oluna bilər;  

 
Digər üsullarla, məsələn, subyektiv qiymətləndirmələr və ya rəqəmli 
modelləşdirmnin nəticələriin təqdim edilməsi üçün faydalı alətdir.; 

 
Təsirlər və ya ətraf mühitin komponentləri arasında qarşılıqlı əlaqə 
potensialını nəzərə alacaq şəkildə hazırlana bilərlər. Onlar həmçinin 
alternativ variantların müqayisəsi üçün istifadə oluna bilərlər. 
 
Mənfi cəhətlər 
 

 
Matrislər çox vaxt yanlış birbaşa təsirləri təqdim etmək üçün istifadə 
edilirlər.  

 
Təklif edilən fəaliyyətlər və ətraf mühit komponentləri arasında bütün 
potensial qarşılıqlı 
əlaqələri nəzərə almaqla, təhlilin 
mürəkkəbləşməsinə səbəb ola bilərlər. Bu həddən artıq vaxt tələb edə 
və diqqəti əhəmiyyətsiz təsirlərə yönəldə bilər 
Əsas 
əlavə 
məlumat 
mənbələrinin 
praktiki tətbiqi 
nümunələri 
Çex Respublikasının milli inkişaf qiymətləndirmələri üçün istifadə edilmiş 
matrisin nümunəsi (Strateji Ekoloji Qiyməltəndirmənin əhalinin sağlamlığı ilə 
bağlı aspektləri və ictimaiyyətin iştirakı üzrə beynəlxalq seminarın materialları 
(2001, Regional Ekoloji Mərkəz) səh. 122 Aşağıdakı ünvandan əldə edilə 
bilər:http://archive.rec.org/REC/Publications/Proceedings/SEAproceedings.pdf
 
Alternativ qiymətləndirilməsi üçün təklif edilmiş matris metodu (karbon 
dioksidin toplanması  və saxlanması üçün SEQ tədbirləri kontekstində. 
Aşağıdakı ünvandan əldə edilə bilər: 
http://uregina.ca/ghgt7/PDF/papers/poster/143.pdf). 
 
 

 
 
187 
 
 
Metod Kollektiv 
ekspert 
qiymətləndirmələri – Delfi metodu 
Təsvir Kollektiv 
ekspert 
qiymətləndirmələri müvafiq sahələrin tananmış 
mütəxəssislərinin fikir və mövqelərini toplamağa və ümumiləşdirməyə imkan 
verir.  
 
Belə qiymətləndirmələrın alınması üçün alət kimi adi seminarlardan
problemə  həsr olunmuş müsahibə  və ya anketlərindən (məsələn, mümkün 
təsirlərin və ya risklərin qiymətləndirilməsi üçün), eləcə  də daha mürəkkəb 
metodlardan istifadə oluna bilər. Bu metodlar A5.2 Əlavəsində təsvir edilir. 
 
 Delfi metodu kollektiv ekspert qiymətləndirmələrinin formalaşdırılması üçün 
sistemli və güclü alətdir. Bu, bir-birləri ilə birbaşa ünsiyyət saxlayan geniş 
ekspertlər qrupu daxilində hakim mülahizənin müəyyən edilməsini təmin edir. 
Beləliklə bu metod xərcləri azaldır və müxtəlif coğrafi  ərazilərə  səpələnmiş 
eskpertlərin iştirakını  təmin etməyə imkan verir. O həmçinin başqa nisbətən 
vaxt aparan metodlardan (məsələn, seminar, konfrans və s.) istifadə edilməklə 
ekspert qiymətləndirmələrinin formalaşdırılması üçün effektiv ola biləcək 
prinsip və addımları müəyyən edir.  
 
Delfi metodu aşağıdakı başlıca addımlara əsaslanır:  

 
Hansı  məlumatın tələb olunduğunu dəqiqləşdirin, sualları hazırlayın, 
prosesin vaxt qrafikini müəyyən edin.  

 
Delfi panelində xidmət göstərəcək ekspertlərin müvafiq sayını 
müəyyənləşdirin və vəzifələri izah edin. 

 
İxtiyari cavabın verilməsinin mümkün olduğu və vahid bir cavabın 
verilməsini tələb edən sualların ilkin siyahısı hazırlayın və ekspertlərə 
göndərin. 

 
İlk cavabları toplayın, təhlil edin və cavabları ümumiləşdirin. 

 
İxtiyari cavabın verilməsinə imkan verən suallardan geniş istifadə 
edilmişdirsə, təhlil və cavabların təqdim olunması üçün müvafiq 
nəzəri əsasdan, tipologiya və ya strukturdan istifadə edin.  

 
Eyni sualları eyni ekspertlərə ikinci və üçüncü dəfə göndərin. Zəruri 
olarsa,  əlavə raundlardan da istifadə edilə bilər. Suallara cavabları 
əlavə edin ki, panel iştirakçıları başqalarının fikirlərini oxuyub öz 
mövqelərini uyğunlaşdıra bilsinlər. Respondentlər bir-birlərinin 
fikirlərini oxuyacaq və suala yenidən cavab verəcəklər.  İnformasiya 
mübadiləsi aparıldıqca, insanlar bir-birlərinin baxışlarını  və 
məlumatlarını öz düşünücüləri ilə birləşdirir, sonradan qərar qəbulu 
prosesində nəzərə almaq üçün vacib məsələlər haqqında kifayət qədər 
dəqiq anlayışa sahib olurlar.  

 
Hər zaman hesabatın yekun varaintını hazırlayın və panel 
iştirakçılarına paylayın. Xüsusən mütəxəssislər arasında Delfi 
panelində  iştiraka həvəsləndirən amillərdən biri də Selfi 
araşdırmasının nəticələrini hamıdan əvvəl, birbaşa öyrənmək istəyidir. 
 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 

 
Kontekst və ilkin məlumatların təhlili  

 
Problemlərin və təsirlərin müəyyən edilməsi. 

 
Təsirlərin qiymətləndirilməsi 

 
 
188 
 
 
Üstünlüklər 

 
Kifayət qədər texniki və ya mürəkkəb məsələlərin əhatə edilə bilməsi. 

 
 İdeya mübadiləsinə, coğrafi baxımdan bir-birlərindən uzaq 
ekspertlərdən ibarət böyük qrup daxilində konsensusun əldə 
edilməsinə imkan verir;  

 
İş yerlərindən və ya evlərindən qatıla bildikləri üçün iştirakçılar üçün 
rahat olması. 
Mənfi cəhətlər 

 
Təşkilatçıların vaxtını alması (bir neçə ay davam edə bilər).  

 
Proses çox vaxt apararsa, yaxud başqa öhdəlikləri ortaya çıxarda, 
ekspertlərin iştiraka marağı azala bilər.  

 
Böyük həcmdə 
məlumat diqqətlə qiymətləndirilməli və 
paylaşdrılmalıdır, odur ki, prosesin idarə edilməsi bahalı ola bilər. 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Nehiley, J. M. (2001) Delfi araşdırmasını necə aparmalı  
 
B. Dick, Delfi metodu : üz-üzə (2000, təsirlərin araşdırılması resursları); 
aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.scu.edu.au/schools/gcm/ar/arp/delphi.html. 
 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin