A1.4 SEQ-İN TƏTBİQİNİN BAŞLICA PRİNSİPLƏRİ
19. Bu vəsaitdə SEQ Protokolunun tətbiqinin konkret tələblərinə və nisbətən az da olsa, SEQ
Direktivinə nəzər salınır. Bununla belə, faydalı ola biləcək bir sıra ümumi prinsiplər də
mövcuddur. Bura mövzu üzrə milli rəhbər sənədlərdə və nəşrlərdə əksini tapan müxtəlif fikirlər
aid edilə bilər. Bundan əlavə, burada SEQ prosesinin keyfiyyətinin qiymətləndirilməsi üçün
Təsirlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən hazırlanmış effektivlik
meyarları qeyd edilə bilər (bax: Əlavə A1.2).
20. Bəzi fərqliliklərə baxmayaraq, effektiv icra üçün tələb olunan başlıca SEQ prinsipləri və
fəaliyyətləri ilə bağlı müəyyən həmrəylik mövcuddur: Bura aşağıdakılar daxildir:
SEQ plan və ya proqramlara görə məsul səlahiyyətli orqan tərəfindən yerinə
yetirilməlidir. İdeal halda, SEQ plan və proqramların hazırlanması prosesinin tərkin
hissəsi olmalı və bu prosesin əsaslandığı məntiqə uyğunlaşdırılmalıdır.
SEQ qərarın qəbulu prosesində mümkün qədər tez, bütün alternativ və variantların
nəzərdən keçirilməsinin mümkün olduğu vaxtda tətbiq edilməlidir. Plan və ya proqramın
hazırlanması prosesinin müvafiq mərhələlərində, strateji ekoloji qiymətləndirmə aparılan
zaman əsas diqqət başlıca mühüm məsələlər üzərində cəmlənməlidir. Bu prosesin
vaxtında, ən az xərclər və etibarlı şəkildə yerinə yetirilməsinə kömək edəcək.
SEQ prosesində bir sıra məntiqi baxımdan məqbul alternativlər qiymətləndirilməlidir. Bu
zaman alternativlərin miqyasının qərar qəbulu səviyyəsindən asılı olaraq dəyişə biləcəyi
qəbul edilməlidir. Mümkün və zəruri olduqda, SEQ ətraf mühitin mühafizəsi üçün ən
optimal və əlverişli variantı müəyyən etməlidir.
SEQ prosesin erkən mərhələlərindən etibarən, dəqiq prosedurlardan istifadə etməklə əsas
maraqlı tərəflərin, eləcə də ictimaiyyətin iştirakı üçün adekvat imkanlar yaratmalıdır.
İdeal hallarda tətbiqi adan olan və hədəf qrupları üçün münasib konsultasiya
metodlarından istifadə olunmalıdır.
SEQ münasib və iqtisadi cəhətdən səmərəli metod və analiz texnikasından istifadə
edilməklə yerinə yerinə yetirilməlidir. SEQ məqsədlərinə mövcud məlumat, vaxt və
resurslar çərçivəsində nail olmalıdır. Məlumatlar yalnız əsaslandırılmış qərarın qəbulu
üçün tələb olunan həcmdə və əhatəlilikdə toplanmalıdır.
21. SEQ məqsədlərinə nail olmaq və yuxarıda qeyd edilən mənfəətlərin əldə edilməsi üçün bu
rəhbər prinsiplərə birlikdə əməl edilməlidir. Belə olan halda, bu prinsiplər Protokoluna ruhuna
uyğun olan və tələblərinə cavab verən keyfiyyətli prosesin təşkilinə kömək edə bilər. Sözsüz ki,
bu hüquqi müddəalar SEQ prosesinin planlaşdırılması və tətbiqi zamanı ilk növbədə nəzərə
alınmalıdır.
15
A1.5 BƏZİ ÜMUMİ ANLAYIŞLAR
22. Sonda qeyd edilməlidir ki, SEQ protokolundan kənar rol və miqyas yozumları mövcuddur,
lakin onları heç vəchlə hamı tərəfindən qəbul edilmiş hesab etmək olmaz. Bunlar haqda vəsaitdə
qısa məlumat verilir, belə ki, onlar hələ də davam edən mübahisə mövzularıdır və bəzi ölkələrdə
və beynəlxalq təşkilatlarda tətbiq olunmaq üzrədirlər və ya tətbiq edilmək üçün təklif
olunmuşlar.
A1.5.1 SEQ davamlı inkişaf vasitəsi kimi
23. Vacib və mübahisəli məsələlərdən biri də budur ki, SEQ plan və proqramların (və ya başqa
strateji təşəbbüslərin) davamlı inkişafa təsirlərini birbaşa əhatə etməlidir, yaxud yalnız ətraf
mühit məsələlərini diqqətdə saxlamağa davam etməlidir. İlk mövqeyə gəldikdə isə, bu
yanaşmanın necə həyata keçiriləcəyinə dair çoxsaylı suallar meydana gəlir. Hal-hazırda bu
məsələlərlə bağlı iki elmi düşüncə istiqaməti (və orta mövqedə dayanan çoxsaylı yozumlar)
mövcuddur:
(1) SEQ yalnız və birinci növbədə ekoloji təsirlərlə məşğul olmalıdır. SEQ zamanı
qanunvericiliyin müəyyən etdiyi və ya strateji qiymətləndirmə sahəsində qabaqcıl təcrübə kimi
geniş şəkildə qəbul edilmiş prinsiplərə riayət edilməlidir. Beləliklə, bu proses davamlı inkişafa
yardım edə bilər. Bu yanaşma əksəriyyətin mövqeyi adlandırıla bilər. Bu mövqeni çoxsaylı
idarəçilər və SEQ-i tətbiq edən mütəxəssislər bölüşürlər. Daha bir variant müəyyən sosial
aspektlər həm də ətraf mühitə təsir kontekstində nəzərdən keçirilməsidir. Ayrı-ayrı sosial
aspektlər artıq ətraf mühitin bir hissəsi kimi nəzərdən keçirilirlər, məsələn, insanların sağlamlığı
və mal-material qiymətliləri (mənzil).
(2) SEQ ekoloji nəticələrin təhlilindən əlavə, davamlı inkişafla bağlı nəticələrin də
qiymətləndirilməsi üçün müfəssəl "mümkün olan ən yaxşı" cəhdləri əhatə etməlidir. Eyni
zamanda bu yanaşmanın məhdudiyyətləri də etiraf edilir. Bu kontekstdə SEQ-in iki əsas
istiqamətdə təkrar yönləndirilməsi üçün arqumentlər irəli sürülmüşdür, daha dəqiqi:
Təklif edilən plan, proqram və digər strateji təşəbbüslərin ekoloji cəhətdən davamlılığının
təmin edilməsi, məsələn, zərərin (qalıq təsirin) kompensasiyası və ya aradan qaldırılması
daxil olmaqla, ehtiyatlılıq prinsipi çərçivəsində bir tərəfdən təsirlərin, digər tərəfdən
təhlükəsiz minimum və ya yol verilən həddin əhəmiyyətinin qiymətləndirilməsi yolu ilə.
Ekoloji qiymətləndirmənin effektivliyi üzrə beynəlxalq araşdırma çərçivəsində
yaradılmış bu yanaşma bəzi ölkələrdə və beynəlxalq səviyyədə qismən tətbiq edilməsinə
baxmayaraq, hələ də azlığın mövqeyini əks etdirir.
Təklif olunmuş plan, proqram və ya digər strateji təşəbbüslərinin ekoloji, iqtisadi cə
sosial nəticələrin təhlili və ya davamlılıq qiymətləndirməsi, məsələn, Böyük Britaniyada
torpaq istifadəsinin yerli və regional səviyyədə planlaşdırılması çərçivəsində və ya siyasi
və ya qanunvericilik təşəbbüslərinin təsirlərinin Aİ səviyyəsində qiymətləndirilməsi
16
prosedurunda olduğu kimi
6
. Böyük Britaniyada qəbul edilmiş yanaşma həmçinin SEQ
Direktivinin müddəalarını icra edən, əsaslı planlaşdırma islahatının bir hissəsi kimi irəli
sürülmüşdü. Bu halda bu istiqamət SEQ və davamlılıq qiymətləndirməsinin qarşılıqlı
əlaqəsinin praktiki nəticələrinin sınaqdan keçirilməsi kimi böyük diqqət çəkə bilərdi.
A1.5.2 SEQ və digər qiymətləndirmə alətləri arasında məntiqi əlaqə
24. Son nailiyyətlərə baxmayaraq, plan və proqramların davamlılıq qiymətləndirməsi böyük
dərəcədə bu vəsaitin çərçivəsindən kənarda qalan bir sıra institutsional və metodoloji çətinliklər
yaradır. Bununla belə, SEQ Protokolu hər ki istiqamətin qiymətləndirmənin mahiyyəti ilə
əlaqədar fərqliliklərə baxmayaraq oxşar məntiqdən yararlandığını qəbul etməklə, sosial iqtisadi
qiymətləndirmə ilə bir sıra potensial uyğunluqlara istinad edir. Birləşmiş Millətlər Təşkilatının
Ətraf Mühit Proqramı (UNEP)
7
tərəfindən hazırlanmış yanaşmaya uyğun olaraq, Protokol
həmçinin inteqrasiyalı qiymətləndirmə və davamlı inkişaf planlaşdırmasının əsas prinsipləri ilə
uyğunluq təşkil edir. Bu yanaşmanın sınağına yönəlmiş bir sıra pilot layihələr müxtəlif
qiymətləndirmə alətlərinin əlaqələndirilməsi imkanını aşkara çıxarmışdır. Bu imkanlar aşağıdakı,
SEQ ilə sosial iqtisadi qiymətləndirmə və davamlılıq qiymətləndirməsi arasındakı mümkün
əlaqəliliyi izah edən Cədvəl А1.1-də göstərilir. Əlbəttə, bu kontekstdə, belə yanaşmanın bir
hissəsi kimi yerinə yetirilmiş SEQ mütləq surətdə SEQ protokolunun təməl məqsəd və
tələblərinə uyğun olmalıdır.
A1.5.3 Qərar qəbulu prosesinin daha yüksək səviyyəsində SEQ
25. SEQ-in qərar qəbulu prosesinin daha yüksək strateji səviyyəsində istifadəsi zəruridirmi və
necə həyata keçirilməlidir? Bu sual açıq qalır. SEQ üzrə ədəbiyyatda xüsusən plan və
proqramların hazırlanmasının təməl prinsiplərini və kontekstini müəyyən etdiyi hallarda, SEQ-in
ən yüksək - siyasətin formalaşdırılması səviyyəsindən başlayaraq tətbiq edilməsi lehinə güclü
arqumentlər irəli sürülür. Lakin bununla bağlı konsensus əldə edilməmişdir. SEQ-i praktiki
olaraq həyata keçirən bir çox mütəxəssislər ümumilikdə və ayrı-ayrı ölkələrdə bu yanaşmanın
həyata keçirilməsi yolunda mövcud praktiki və institutsional baryerlərə diqqət çəkirlər.
Həmçinin SEQ-in siyasi qərarların qəbulu zamanı tətbiqi ilə bağlı müxtəlif rəylər mövcuddur,
6
Birləşmiş Krallıq, Regional ərazi planlaşdırması strategiyası və yerli inkişaf sənədlərinin davamlılıq qiymətləndirməsi (London, Baş Nazir
Müavininin ofisi, 2005) Aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.communities.gov.uk/documents/planningandbuilding/pdf/practicalguidesea.pdf.
7
BMT-nin Ətraf Mühit Proqramı (2004) Davamlı İnkişaf üçün İnteqrasiyalı Qiymətləndirmə və Planlaşdırma: Pilot layihələr üçün rəhbər
sənəd,BMT-nin Ətraf Mühit Proqramı, aşağıdakı ünvandan əldə edilə bilər:
http://www.unep.ch/etb/events/Events2005/midTermReview/IAPGuidePilPro.pdf
17
lakin eyni zamanda bu prosesin plan və proqramların hazırlanması ilə müqayisədə daha dövri,
tez uyğunlaşdırıla bilən xüsusiyyətə malik olduğu da etiraf edilir.
26. Protokol Tərəfləri ekoloji amillərin siyasət və ya qanunvericilik aktlarının hazırlanması
prosesinə adekvat şəkildə inteqrasiyasını , eləcə də prosesin icrası zamanı Protokol prinsiplərinin
və elementlərinin nəzərə alınmasını təmin etməyə təşviq edir, lakin məcburi tələb irəli sürmür.
(Daha ətraflı məlumat üçün bax: Fəsil A6). BMT Avropa İqtisadi Komissiyasına üzv olan bir
neçə ölkə, eləcə də Aİ artıq siyasət və qanunvericilik aktlarına şamil edilən SEQ sistemindən və
ya demək olar ekvivalent qiymətləndirmə proseslərindən istifadə edirlər. Bu səviyyədə əldə
edilmiş təcrübə plan və proqramların strateji ekoloji qiymətləndirilməsi ilə müqayisədə daha az
olsa da, diqqətə layiqdir. Bəzi ölkələrdə siyasətin formalaşdırılması səviyyəsində SEQ-in tətbiqi
praktikası Çexiyanın Ekologiya Nazirliyinin sifarişi ilə bu vəsait üzrə əlavə məlumat kimi
hazırlanmış nəşrdə təsvir edilmişdir
8
. Bu nəşrə həmçinin SEQ protokolunun başlıca
elementlərinin siyasət və qanunvericiliyə necə tətbiq edilə biləcəyinin, eləcə də digər mümkün
yanaşmaların qısa nəzəri icmalı daxildir. Bu material, xüsusən də yeddi AİK-ə üzv dövlətin milli
təcrübəsinin təhlili SEQ Protokolunun tələblərini daha geniş kontekstə daşımaq istəyənlər üçün
maraqlı ola bilər.
8
B. Sadler, red., Siyasət Səviyyəsində Strateji Ekoloji Qiymətləndirmə — Son irəliləyişlər, cari vəziyəti və gələcək perspektivlər (Praqa, Çexiya
Ekologiya Nazirliyi, 2005). Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/eia/documents/PolicySEA/SEA of Policies
volume.pdf
.
18
Cədvəl A1.1: SEQ çərçivəsində yerinə yetirilməli olan ənənəvi vəzifələr, sosial və iqtisadi
qiymətləndirmələr, eləcə də davamlılıq qiymətləndirmələri arasında məntiqi əlaqəlilik
9
SEQ
Sosial və iqtisadi
qiymətləndirmə
Davamlılığın
qiymətləndirilməsi
Ətraf mühitin ilkin vəziyyəti
İlkin iqtisadi və sosial
vəziyyət
Cari inkişaf tendensiyaları və
qanunauyğunluqlarının
davamlılıq qiymətləndirməsi
Müvafiq ekoloji məqsədlərin
müəyyən edilməsi və onların
plan və ya proqramın
hazırlanması prosesində necə
nəzərə alındığının
qiymətləndirilməsi
Müvafiq iqtisadi və sosial
məqsədlərin müəyyən
edilməsi və onların plan və ya
proqramın hazırlanması
prosesində necə
nəzərə
alındığının qiymətləndirilməsi
Müvafiq davanlılıq
məqsədlərinin və
prinsiplərinin müəyyən
edilməsi və onların plan və ya
proqramın hazırlanması
prosesində necə
nəzərə
alındığının qiymətləndirilməsi
Təklif edilən variantların ətraf
mühitə
təsirlərinin
qiymətləndirilməsi və onların
optimallaşdırılmasına töhfə
Təklif edilən variantların
iqtisadi və sosial təsirlərinin
qiymətləndirilməsi və onların
optimallaşdırılmasına töhfə
Davamlılıq məqsədləri
(istəklər) və davamlı inkişaf
məhdudiyyətləri (aşağı hədlər)
nəzərə alınmaqla, təklif edilən
variantların iqtisadi, sosial və
ekoloji nəticələrinin
qiymətləndirilməsi və
qarşılıqlı səmərəli variantların,
yaxud müxtəlif inkişaf
elementlərinin ən effektiv
şəkildə birləşdirilməsindən
ibarət variantların təklif
edilməsi
Əhəmiyyətli mənfi təsirlərin
mənfi nəticələrinin
yüngülləşdirilməsi
tədbirlərinin, eləcə də plan və
ya proqramın icrası zamanı
onların monitorinqinin təsviri
Əhəmiyyətli mənfi təsirlərin
mənfi nəticələrinin
yüngülləşdirilməsi
tədbirlərinin, eləcə də plan və
ya proqramın icrası zamanı
onların monitorinqinin təsviri
Əhəmiyyətli mənfi təsirlərin
mənfi nəticələrinin
yüngülləşdirilməsi
tədbirlərinin, eləcə də plan və
ya proqramın icrası zamanı
onların monitorinqinin təsviri
9
Belə əlaqələrin geniş müzakirəsi üçün bax:İƏİT nəşri "Strateji Ekoloji Qiymətləndirmənin Tətbiqi". Qeyd 3
19
Fəsil A2
SEQ-IN PLAN VƏ PROQRAMLARIN
HAZIRLANMASI PROSESINƏ INTEQRASIYASI
20
A2.1 FƏSLƏ GİRİŞ
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir.
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu
hər zaman həm də "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1.
1. Bu fəsildə plan və ya proqramların strateji ekoloji qiymətləndirməsinin plan və ya
proqramların hazırlanması prosesinə inteqrasiyası və ya əlaqələndirilməsi imkanlarına nəzərə
salır.
2. Buna görə də cari fəsil protokolun tətbiqi üzrə başlıca məsələləri konkret plan və ya proqramın
hazırlanması kontekstində öyrənir. və üç hissədən ibarətdir:
A2.2 bölməsi səciyyəvi plan və ya proqram hazırlama prosesinin ümumi təsvirini təmin
eidr. Sonra Protokola uyğun olaraq, Protokolun effektiv tətbiqi üçün SEQ prosesinin plan
və ya proqramın hazırlanması prosesinə inteqrasiyasının nə üçün zəruri olduğu daxil
olmaqla, strateji ekoloji qiymətləndirmənin əsas elementlərinə keçir. Belə inteqrasiyanın
faydaları daha sonra siyasətlər və qanunvericilik haqqında A6 fəslində müzakirə edilir)
Sonda bu bölmədə plan və ya proqramın hazırlanması prosesləri və SEQ arasında məntiqi
əlaqəliklər ayırd edilir. Bu əlaqələrə iki prosesin koordinasiyası və nəhayət, SEQ-in plan
və proqrmların hazırlanması prosesinə inteqrasiyası fürsəti kimi baxılır.
A2.3 bölməsi bu əlaqələrin nəzəri deyil, praktiki plan və proqram hazırlama prosesində
necə müəyyən edilə biləcəyinə nəzər salır. Bölmə həmçinin SEQ-in plan və proqramların
hazırlanması prosesinə inteqrasiya yollarının axtarılması lehinə bəzi praktiki səbəbləri
araşdırır.
Nəhayət, A2.4 bölməsində aşağıdakı inteqrasiya variantları müzakirə edilir: heç bir
inteqrasiyanın olmamalı, nisbi inteqrasiya və tam inteqrasiya.
21
A2.2 PLAN VƏ PROQRAMIN HAZIRLANMASI, SEQ VƏ ONLAR ARASINDA
ƏLAQƏLİLİKLƏR
3. Bu bölmədə ilk növbədə plan və proqramların hazırlanması prosesinin ənənəvi vəzifələrinə,
daha sonra isə plan və proqramların strateji ekoloji qiymətləndirməsinin əsas elementlərinə nəzər
salır. Bölmə bir tərəfdən plan və proqramların hazırlanmasına aid vəzifələr, digər tərəfdən isə
SEQ elementləri arasındakı məntiqi əlaqələrin araşdırılması ilə yekunlaşır. A2.3 və A2.4
bölmələrində bu əlaqələr daha dərindən öyrənilir və SEQ-in plan və proqramların hazırlanması
prosesinə inteqrasiyası imkanlarına nəzər salınır.
A2.2.1 Plan və proqramların hazırlanmasına aid ənənəvi vəzifələr
4. Plan və proqram adətən aşağıdakı vəzifələri ehtiva edən təkrarlanan (dövri) prosesdən ibarət
olur (bax: aşağıda şəkil A2.1):
Bir qayda olaraq plan və proqramların əhatə dairəsi hazırlanması prosesi ilkin təşəbbüs
mərhələsində - müvafiq plan və ya proqramın mahiyyəti, ümumi məqsədləri, eləcə də
həll edilməli olan məsələlər müəyyən edilən zaman dəqiqləşdirilir.
Kontekst və ilkin məlumatların təhlilinə adətən diqqətə alınmalı olan cari tendensiyaların
icmalı, gələcək inkişafın məhdudiyyətləri və imkanları, eləcə də plan və ya proqramın
həll etməli olduğu digər spesifik məsələlər daxil olur.
Plan və ya proqramın alternativlərinin hazırlanması və müqayisəli təhlili çox vaxt plan və
ya proqramın təklif etdiyi əlavə məqsədlərin, prioritetlərin, bu məqsədlər çərçivəsində
həyata keçirilməsi təklif edilən fəaliyyət növü variantlarının, yaxud realizasiya
mexanizmlərinin (başqa sözlə, münasib fəaliyyətlərin seçilməsi, meyarlarının, sonrakı
qiymətləndirmələr üçün texniki tapşırıqların və s.) nəzərə alınması vasitəsi ilə yerinə
yetirir.
Plan və ya proqramın icrası və monitorinq proqramının tərtibi üçün rol və
cavabdehliklərin müəyyən edə biləcək sənədləşdirmə.
Müvafiq səlahiyyətli orqanlar və ictimaiyyətlə konsultasiya.
Daha sonra layihə planı qərarın qəbulu üçün təqdim edilməsi üçün yekunlaşdırılır.
5. Göstərilən vəzifələr yalnız misallarla izah üçündür və ayrıca tədbir kimi həyata keçirilməyə
bilər. Əslində, onlar ayrı-ayrı plan və ya proqramları hazırlanması prosesinin və onların formal
prosedur mərhələsinin əsaslandığı məntiqdən asılı olaraq, birləşdirilə və ya hissələrə bölünə
bilərlər. Plan və proqramların hazırlanması prosesinin xüsusi məntiqi, vəzifələri və formal
mərhələləri A2.3.1-cü mərhələdə göstərildiyi kimi plan və ya proqramın hazırlanması prosesinin
təhlili vasitəsi ilə müəyyən edilə bilər.
22
Şəkil A2.1: Plan və proqramların hazırlanmasına aid ənənəvi vəzifələr
A2.2.2 Plan və proqramların strateji ekoloji qiymətləndirməsinin elementləri
6. Protokol 6-12-ci maddələrində plan və proqramların strateji ekoloji qiymətləndirməsinin
aparılması prosesini müəyyən edir:
Ətraf mühitin mühafizəsi haqqında hesabatın məzmunun dəqiqləşdirilməsi üçün əhatə
dairəsinin müəyyən edilməsi (Maddə 6)
Ətraf mühitin mühafizəsi haqqında hesabat (maddə 7).
İctimaiyyətin iştirakı (maddə 8).
Təbiətin mühafizəsi və səhiyyə orqanları ilə konsultasiya (maddə 9).
Transsərhəd konsultasiyalar (maddə 10).
Plan və ya proqramın təsdiqi haqqında qərar (maddə 11).
Nəticələrin monitorinqi (maddə 12).
7. Bu vəsait strateji ekoloji qiymətləndirməni prosesi kimi təsvir etsə də, praktikada isə yuxarıda
göstərilən addımlar özlərini ayrıca, paralel inkişaf edən proses kimi deyil, plan və ya proqramın
hazırlanması prosesinə (daha sonra bu fəsildə izah ediləcəyi kimi) inteqrasiya edilmiş göstərirlər.
8. Belə inteqrasiya SEQ-in Protokolun tələbin uyğun olaraq, plan və ya proqramın
hazırlanmasına təsir edən qabaqlayıcı vasitə ola bilməsi üçün zəruridir.
Protokolun preambulasına əsasən "strateji ekoloji qiymətləndirmə plan və proqramların
hazırlanmasına və müvafiq olduqda siyasətlərin və qanunvericiliyin qəbulu və
hazırlanması zamanı mühüm rol oynamalıdır..."
1-ci maddədə Protokolun məqsədi bəyan edilir: "insanların sağlamlığı daxil olmaqla ətraf
mühitin yüksək səviyyədə mühafizəsinin təmin edilməsi ... ekoloji, o cümlədən əhalinin
Plan və ya proqramın miqyasının
müəyyən edilməsi
Kontekst və ilkin məlumatların
təhlili
Alternativlərin hazırlanması və
müqayisəsi
Sənədləşdirmə
Müvafiq səlahiyyətli orqanlarla və
ictimaiyyətlə məsləhətləşmə
Qərarın qəbulu
Dövlət orqanları
ilə mümkün
məsləhətləşmələr
İctimaiyyətin
məlumat almaq və
iştirak imkanı
Təkrarlanan proses
23
sağlamlığı ilə bağlı amillərin plan və proqramların hazırlanması zamanı ehtoyatla nəzərə
alınmasının təmin edilməsi; ...»
2.6-cı
10
maddə SEQ-i mümkün ekoloji nəticələrin qiymətləndirilməsi çərçivəsini aşan bir
proses kimi müəyyən edir: «...plan və ya proqramda ətraf mühitin mühafizəsi haqqında
hesabatın, eləcə də ictimaiyyətin iştirakının və konsultasiyalarının nəticələrinin nəzərə
alınması».
11-ci maddə hər bir Tərəfdən plan və ya proqram qəbul edilən zaman ətraf mühitin
mühafizəsi haqqında hesabata daxil edilmiş qənaətlərin lazımınca nəzərə alınmasının
təmin edilməsini tələb edir. Lakin, “ətraf mühitin mühafizəsi haqqında hesabata daxil
edilmiş qənaətlər”in tərifi müəyyən edilməmişdir. Ehtimal ki, ətraf mühitin mühafizəsi
haqqında hesabata bir sıra qənaətlər daxil edilə bilər, məsələn, plan və ya porqama
aidiyyəti olan əhalinin sağlamlığının mühafizəsi şərtləri və ilkin ekoloji vəziyyət
haqqında; plan və ya proqramın ətraf mühiti mühafizə ilə əlaqədar məqsədləri; mənfi
təsirlərin qarşısının alınması, azaldılması və ya nəticələrin yüngülləşdirilməsi tədbirləri;
plan və ya proqramın alternativlərinin seçilməsi səbəbləri və monitorinq haqqında. Bu
müxtəlif qənaətlərin plan və proqramın hazırlanması prosesinin sonunda, yəni plan və ya
proqramın hazırlanması prosesini yekunlaşdıran vahid qərarla necə nəzərə alına
biləcəyini təsəvvür etmək çətindir. Buna görə də ətraf mühitin mühafizəsi haqqında
hesabat üzrə qənaətlərin plan və ya proqramın hazırlanması prosesi ərzində ortaya
çıxdıqca, eləcə də plan və ya proqram təsdiq edilən zaman nəzərə alınması təklif olunur.
Bu baxımdan SEQ Direktivinin müddəaları daha dəqiqdir, belə ki, direktivin 8-ci
maddəsi ətraf mühitin mühafizəsi haqqında hesabatın və konsultasiya nəticələrinin "plan
və ya proqramın hazırlanması zamanı, qəbulundan və ya qanunvericilik prosesuru üçün
təqdim edilməzdən əvvəl" diqqətə alınmasını tələb edir.
9. SEQ elementlərinin icmalı aşağıda Cədvəl A2.1-də və Şəkil A2.2.-də verilir. Bu elementlər
plan və proqramların strateji ekoloji qiymətləndirməsinin nəzərdən keçirildiyi A4 fəslində daha
ətraflı təsvir edilir. Fəsil həmçinin bu elementlərin plan və proqramların hazırlanması prosesinə
inteqrasiyası imkanlarına nəzər salır.
10
Bu vəsaitdə «maddə X.Y» dedikdə X maddəsinin Y bəndinə istinad edilir.
|