Строительные нормы и правила


  Su (duzlu su) soyuqluq təchizatı sistemləri əsasən çən-akkumulyatorla  layihələndirilməlidir.  9.7



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   31   32   33   34   35   36   37   38   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

9.6. 
Su (duzlu su) soyuqluq təchizatı sistemləri əsasən çən-akkumulyatorla 
layihələndirilməlidir. 
9.7. Soyuducu qurğuların aparatlarını soyudan suyun temperaturu və keyfiyyəti maşının texniki 
şərtlərinə müvafiq olaraq qəbul edilməlidir. 
9.8. Suyu soyudan boru üzlüklü buxarlandırıcılarda (soyuducu agentin borulararası qaynaması 
ilə) soyuducu agentin qaynama temperaturu müsbət 2C-dən, digər buxarlandırıcılar üçün isə mənfi 
2C-dən aşağı qəbul edilməməlidir. 
9.9. Hər hansı bir soyuducu maşınında 250 kq və daha çox yağı olan freon soyuducu agentli 
kompressor tipli soyuducu qurğuların, üstündəki və altındakı otaqlarda daimi və ya müvəqqəti olaraq 
(qəza hallarından başqa) insan kütləsi olduğu istehsalat, ictimai və inzibati-məişət binalarının 
otaqlarında yerləşdirilməsinə yol verilmir. 
Yaşayış binalarında, tibb müəssisələrində (stasionarlarda), qocalar və əlillər üçün internatlarda, 
uşaq müəssisələrində və mehmanxanalarda soyuducu qurğuların (avtonom kondisionerlərin soyuducu 
qurğularından başqa) yerləşdirilməsinə yol verilmir. 
9.10. İstehsalat sahələrin soyuqluq təchizatı üçün ammonyak soyuducu agentli soyuducu 
qurğuların nəzərdə tutulmasına, onları ayrıca binalarda, bitişik tikililərdə və ya birmərtəbəli istehsalat 
binalarının ayrıca otaqlarında yerləşdirilməsi ilə yol verilir. Kondensatorların və buxarlandırıcıların 
binanın divarından 2 m-dən az olmayan məsafədə açıq meydançalarda yerləşdirilməsinə yol verilir. 
Soyuducu agent ammonyak olduqda, səthli hava soyuducularının istifadə edilməsinə yol 
verilmir. 
9.11. Buxar ejektorlu soyuducu maşınlar açıq meydançalarda və ya istehsalat binalarında 
yerləşdirilməlidir. 
9.12. Bromlu-litiumlu soyuducu maşınlar açıq meydançalarda yerləşdirilməlidir. Bromlu-
litiumlu maşınları müxtəlif təyinatlı binaların ayrıca otaqlarında yerləşdirilməsinə yol verilir. 
9.13. Texniki-iqtisadi cəhətdən əsaslandırıldıqda kompressorlu və absorbsiyalı soyuducu 
maşınlar istilik nasosunun sikli üzrə iş üçün istifadə edilməlidir. 
9.14. Bromlu-litiumlu və buxar ejektorlu soyuducu maşınların və istilik nasoslarının yerləşdiyi 
otaqlar, soyuducu agent freon olduqda Д kateqoriyasına, soyuducu agent ammonyak olduqda isə Б 
kateqoriyasına aid edilməlidir. Yağın saxlanılması ayrıca otaqda nəzərdə tutulmalıdır. 
9.15. Qoruyucu klapanlardan freonun atılma borularının çıxış ucu pəncərələrdən, qapı və hava 
qəbuledici qurğulardan 2 m-dən artıq, yer səthindən isə 5 m-dən artıq hündürlükdə olmalıdır. 
Soyuducu agent üzü yuxarı istiqamətdə atılmalıdır. 
Ammonyakın atılma borularının ucu, 50 m radiusda yerləşən ən hündür binanın dam 
örtüyündən 3 m-dən artıq hündürlüyə çıxarılmalıdır. 
9.16. Soyuducu qurğuların otağında izafi istiliyi xaric etməyə hesablanmış ümumi mübadilə 
ventilyasiya nəzərdə tutulmalıdır. 
Bu halda aşağıdakıları təmin edən mexaniki sorucu ventilyasiya sistemləri nəzərdə tutulmalıdır: 
a) 11, 12, 22, 500, 502 tipli freonlar istifadə olunarkən havadəyişmənin 1 saatda 3 mislindən, 
qəza halında isə 5 mislindən az olmayaraq; 
b) ammonyak istifadə olunarkən havadəyişmənin 1 saatda 4 mislindən, qəza olduqda isə 11 
mislindən az olmayaraq. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin