«Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri» fakültəsi «Mühəndisi sistem və quğuların tikintisi”kafedrası Fənnin adı: Tətbiqi fizika İnsaat


İnşaat materiallarının fiziki və istilik-texniki xassələri. Konstruksiyaların istilik mübadiləsaində rolu



Yüklə 246,16 Kb.
səhifə4/12
tarix02.01.2022
ölçüsü246,16 Kb.
#39130
1   2   3   4   5   6   7   8   9   ...   12
tetbiqi fizika

2.1. İnşaat materiallarının fiziki və istilik-texniki xassələri. Konstruksiyaların istilik mübadiləsaində rolu


Praktiki məsələlərin həlli zamanı istilik-texniki hesabatların dəqiqliyi konstruksiyaları təşkil edən inşaat materiallarının istilik-fiziki xarakteristikalarının nə qədər düzgün seçilməsindən əhəmiyyətli dərəcədə asılıdır. İstilik­keçirmə hesabatlarında iki əsas göstəricidən: -istilikkeçirmə əmsalı və c - həcmi istilik tutumundan istifadə edilir. c sabit qaldıqda temperaturkeçirmə əmsalından istifadə etmək daha əlverişlidir:

Bu əmsalların ədədi qiymətləri materialların tərkibindən, strukturundan və istilik-nəmlik halından asılı olaraq dəyişir.

İstilikkeçirmə əmsalı (060)0C müsbət temperaturlar intervalında (binanın konstruksiyalarının məruz qaldığı) praktiki olaraq dəyişmir. Lakin mənfi temperaturlar sahəsində məsaməli materiallarda olan su buxarının yayılması və dona bilməsi səbəbindən onların istilikkeçiriciliyi nəzərə çarpacaq dərəcədə dəyişir.

İnşaat materialları əsasən mürəkkəb kapilyar-məsaməli quruluşa malik cisimlər hesab edilir. Xarici iqlimin təsirindən kapilyarlar rütubətli hava, maye, nəm və buzla dola bilər. İnşaat materiallarının struktur xüsusiyyətləri onların istilik-fiziki xassələrinin böyük intervalda dəyişməsinə səbəb olur.

İstilikkeçirmə əmsalı, , materialın istilikkeçirmə xassəsini xarakterizə edir. Nəm materiallardan istiliyin ötürülməsi bir neçə üsulla baş verir. Bərk materialdan, eləcə də bərk-maye qatından və buzdan istiliyin ötürülməsi əsasən istilikkeçirmə yolu ilə baş verir. Maye-hava qarışığı ilə dolmuş məsamələrdə istilikkeçirmədən başqa konveksiya və şüalanma yolu ilə də istilik mübadiləsi müşahidə edilir. Nəmlik mübadiləsi zamanı konstruksiyanın en kəsiyindən istilik maye və buxar şəkilli nəmliyin diffuziya etməsi sayəsində ötürülür. Müəyyən miqdarda istilik miqdarı isə materialdan filtirasiya olunan hava ilə daşına bilər.

İnşaat materialları bir-birindən onların bərk hissələrinin (skelet) kimyəvi tərkibi və strukturu ilə fərqlənir. Qeyri- üzvi mənşəli materialların skeletinin istiliyi keçirməsi üzvi materiallarınkından kifayət qədər böyükdür. Qeyri-üzvi materialların bərk hissəsinin istilikkeçirmə əmsalı amorf struktur halında , kristallik struktur halında isə intervalında dəyişə bilər. Üzvi materialların bərk hissəsinin istilikkeçirmə əmsalı , plastmas materiallarda isə intervalında dəyişir.

Lifli struktura malik materialların əksər hallarda lif boyu istiqamətdə istilikkeçirməsi, lifin eni istiqamətindəki istilikkeçirməsindən 2-3 dəfə böyük olur.

Digər tərəfdən eyni şərtlər daxilində onların istilikkeçirmə xassəsi məsamənin böyüklüyündən də asılıdır. Birləşmiş məsamələrdə havanın konvektiv cərəyanı yaranır və istilikkeçirməni intensivləşdirir. Belə materiallarda məsamələrin artması ümumi istilikkeçirmənin artmasına səbəb olur.



Materiallardan istiliyin ötürülməsində iştirak edən mürəkkəb hadisələrin toplusu, adətən istilikkeçirməyə gətirir. Buna görə də inşaat materiallarının istilikkeçirmə əmsalı materiallarda baş verən və istiliyin örtülməsi ilə bağlı olan bütün fiziki hadisələri nəzərə alan ümumi ekvivalent əmsaldır.


Yüklə 246,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin