«Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri» fakültəsi «Mühəndisi sistem və quğuların tikintisi”kafedrası Fənnin adı: Tətbiqi fizika İnsaat


Müxtəlif növ materialların istilikkeçirmə əmsalları onların sıxlığından, nəmliyindən və temperaturundan



Yüklə 246,16 Kb.
səhifə5/12
tarix02.01.2022
ölçüsü246,16 Kb.
#39130
1   2   3   4   5   6   7   8   9   ...   12
tetbiqi fizika

Müxtəlif növ materialların istilikkeçirmə əmsalları onların sıxlığından, nəmliyindən və temperaturundan asılıdır. Bu asılılıqlar adətən materialı təşkil edən müxtəlif növ maddələrin miqdarı ilə müəyyən olunur. Materialın istilikkeçirmə əmsalı havanın istilikkeçirmə əmsalından kəskin şəkildə fərqlənir ( ). Məsamələri dolduran suyun istilikkeçirməsi havanın istilikkeçirməsindən təxminən 25 dəfə böyükdür ( ). Maye şəkilli nəmlik buza çevrildikdə isə onun istilikkeçiriciliyi təxminən 4 dəfə artır ( ).

Təcrübələr göstərir ki, materialın həcmi sıxlığı artdıqca onun istilikkeçiriciliyi də artır. Məsələn, köpüklü beton materialının sıxlığı olduqda istilikkeçirmə əmsalı , olduqda ,

olduqda isə olur.

İnşaat materialları üçün -nın nəmlikdən asılılığının öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Araşdırmalar göstərir ki, materialın nəmliyi artdıqca istilikkeçirmə əmsalı da artır. İstilikkeçirmə əmsalının artmasına əsas səbəb boşluqlarda olan havanın daha yüksək istilikkeçirməyə malik su ilə əvəz olunmasıdir.

Yüksək temperaturlarda nəmlik artdıqca daha sürətlə artır. Su buxarının daffuziyası hesabına istiliyin daşınması temperatur yüksəldikcə sürətlənir. Mənfi temperaturlar intervalında nəmliyin artması istilikkeçirmə əmsalı -nın artmasına səbəb olur. Belə ki, mənfi temperaturlar sahəsinə keçdikdə maye şəkilli nəmliyin hamısı dərhal buza çevrilmir. Əvvəlcə skeletlə əlaqəsi olmayan böyük boşluqlara və kapilyarlara yığılan su donur. Temperaturun sonrakı azalması nəticəsində əlaqəli nəmliyin donması hesabına buzun miqdarı artır. Bu effekt gilə oxşar kolloid materiallarda daha kəskin müşahidə olunur. Təmiz kapilyar-məsaməli materiallarda (qum, bişirilmiş keramika) isə belə effekt müşahidə edilmir, (-1 -3) 0C temperaturlarda maye şəkilli nəmlik tamamilə donmuş olur. Gil materialların bəzi növlərində isə nəmin yarısından azı t -200C-də donur, hətta t -700C temperaturda kifayət qədər donmamış maye şəkilli nəmliyin olması müşahidə olunur.

Şaxta vurmuş materialların istilikkeçiriciliyi donu açılmış haldakından bir qayda olaraq yuxarı olur. Lakin buzun miqdarı azaldıqca nisbətən böyük boşluqlarda axşamlar qırov yarana bilir ki, bunun da nəticəsində konstruksiyanın istilikkeçiriciliyi azalır.





Yüklə 246,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin