Qoruyucu konstruksiyalardan istilikötürmə məsələsinin fiziki-riyazi qoyuluşu
Bircins qoruyucu konstruksiyalardan istiliyin ötürül-məsi əsasən istilikkeçirmə yolu ilə baş verir. İstilikkeçirmə prosesinin analitik tədqiqi temperaturun fəza koordinatları (x, y, z) və zamandan () asılı olaraq dəyişməsinin qanunauyğunluqlarının tapılmasını və ya funksiyasının açıq formasının müəyyən edilməsini (temperatur sahəsini) tələb edir.
İstilikkeçirmə prosesi stasionar və qeyri - stasionar şəraitdə getməklə iki növə bölünür. Temperatur sahəsi yalnız fəza koordinatlarından asılı olub, zamandən asılı deyildirsə, belə sahə stasionar temperatur sahəsi, tf(x, y, z), həm fəza koordinatlarından, həm də zamandan asılı olduqda isə qeyri- stasionar temperatur sahəsi adlanır, tf(x, y, z, ).
Dostları ilə paylaş: |