Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 25. Azərbaycan Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   25   26   27   28   29   30   31   32   33
Azərbaycan İqtisadiyyatı

Sual 25. Azərbaycan Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı. 

Müstəqilliyi bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk 

əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı 

kimi təsnifləşdirmək olar:  

1. İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;  

2. İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;  

3. Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı 

– 1992 - ci il;  

4. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;  

5. Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda – 1993-

cü il;  

6. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;  

7. Avropa Şurası – 25 yanvar 2001-ci il. 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra 

dünyanın ikinci ən nəhəng beynəlxalq təşkilatıdır və 4 qitəni təmsil edən 57 



 

72 


 

üzvü vardır. İƏT 1969-cu ildə təsis edilmiş və əsas məqsədi İslam dünyasının 

maraqlarını müdafiə etmək, iqtisadi inkişaf və sülhü təşviq etməkdən ibarətdir. 

Baş qərargahı Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində yerləşir, Baş katibi isə 

2016-cı ildən etibarən Yusif Əl-Otaymendir (Səudiyyə Ərəbistanı). Azərbaycan 

Respublikası 1991-ci ilin dekabrında İƏT-ə üzv seçilib. İƏT-ə üzv dövlətlərlə 

Elm və Texnologiyalar üzrə Komitə (COMSTECH) və İqtisadi və Ticarət 

Əməkdaşlığı Daimi Komitəsi (COMCEC) çərçivəsində əməkdaşlıq edilir.  



Ümumdünya Ticarət Təşkilatı (ÜTT) haqqında. ÜTT 1995-ci ildə yaradılıb. 

Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq 

təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş 

Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 164 ölkəsi ÜTT-nin üzvüdür. 

Bundan başqa, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi 

statusuna malikdir. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələrin 

payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət 

münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi 

bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə 

ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli 

məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum 

dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla 

da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin 

yaxşılaşdırılmasıdır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının 

Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında 

üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir. 

Funksiyaları: 

- ÜTT-nin funksiyaları qurumun hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət 

sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə 

nəzarətin həyata keçirilməsi, 

-üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi, 

-üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi, 

-digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi, 

-üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik 

göstərilməsi, 



 

73 


 

-beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanılması, 

öyrənilməsi və təqdim olunmasıdır. 

Azərbaycan və ÜTT 

Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 

iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmişdir. Azərbaycanın 

ÜTT-yə üzv olma prosesinin sürətləndirilməsində ən vacib məsələlərdən biri 

olan çoxtərəfli danışıqlar davam etdirilir. 16 iyul 1997-ci ildə Azərbaycan üzrə 

ÜTT katibliyində yaradılmış İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə 

təşkil olunmuşdur. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl 

olaraq keçirilir. 2008-ci ildə ilk dəfə olaraq bir il ərzində İşçi Qrupunun 2 iclası 

keçirilmişdir. Belə ki, 2008-ci ilin 6 may və 11 dekabr tarixlərində Cenevrədə 

İşçi Qrupunun 5-ci və 6-cı iclasları təşkil olunmuşdur. 5-ci iclasın sonunda 

Azərbaycan üzrə ilk ümumiləşdirici sənədin - Faktlar İcmalının - hazırlanmasına 

dair qərar qəbul edilmişdir. Sənəd ÜTT Katibliyi tərəfindən hazırlanaraq 

Azərbaycan tərəfinə təqdim olunmuşdur. Sənədə dair aidiyyəti qurumlar 

tərəfindən rəy və təkliflər bildirilmişdir. Sənədin növbəti variantı Danışıqlar 

Qrupunun üzvlərinə rəy bildirilməsi üçün paylanılmış və İşçi Qrupun 10-cu 

iclasında yenidən müzakirə edilmişdir. 2012-ci ildə Cenevrədə İşçi Qrupun 2 

iclası keçirilmişdir: 24 fevral tarixində 9-cu iclas və 7 dekabr tarixində 10-cu 

iclas. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı sonuncu, 

14-cü iclas 28 iyul 2017-ci il tarixdə Cenevrə şəhərində keçirilmişdir. İclasda 

baş danışıqçı, xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev 

qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı Dövlət Proqramları, 2020-ci 

ilədək icrası nəzərdə tutulan Strateji Yol Xəritələri haqqında üzv ölkələrə 

məlumat verdi. O qeyd etdi ki, hazırda ticarətin asanlaşdırılması, logistika və 

ticarət infrastrukturunun inkişafı ölkə üçün prioritet məsələdir. İclasda İşçi 

Qrupun 13-cü iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış 

suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilmişdir. Həmçinin 

üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrup Hesabat Layihəsinin bölmələri 

üzrə suallar verilmiş və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən 

cavablandırılmışdır. İclasdan sonra ABŞ, Aİ və Türkiyə tərəfindən Azərbaycana 

suallar təqdim olunmuş və ticarətlə əlaqəli müxtəlif sahələri əhatə edən bu 

sualların cavablandırılması məqsədilə aidiyyəti işlər görülmüşdür. Üzv 

dövlətlər: Azərbaycan Respublikası, Belarus Respublikası, Ermənistan 

Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Moldova 

Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan




 

74 


 

Özbəkistan Respublikası və Ukrayna. Tarixi: MDB 8 dekabr 1991-ci il tarixində 

Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk 

şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 

Saziş” əsasında təsis edilmişdir. 22 yanvar 1993-cü ildə Minsk şəhərində MDB-

nin Nizamnaməsi qəbul edilmişdir. Sözügedən sənəd Ukrayna və Türkmənistan 

tərəfindən imzalanmamışdır. Beləliklə, bu ölkələr de-yure olaraq MDB üzv 

dövləti deyil, MDB-ni təsis edən ölkələr olmaqla, sadəcə iştirakçı dövlətlər 

hesab olunurlar. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin