Sual Dastani Əhməd Hərami də Əhməd Hərami və Güləndəmın müqayisəli səciyyəsi


Sual 14‼️ Həbibinin həyat və yaradıcılığı



Yüklə 55,49 Kb.
səhifə13/25
tarix24.04.2022
ölçüsü55,49 Kb.
#56228
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
ədəbiyyat tarixi

Sual 14‼️ Həbibinin həyat və yaradıcılığı

Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi təqribən 1470-1475-ci illərdə, Göyçay qəzasında indiki Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Əsl adı mənbələrdə çəkilmir. Rəvayətə görə uşaqlıqda çobanlıq etmiş Həbibi təsadüf nəticəsində gənc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta Məlik üş-şüara olmuşdur.Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur.Sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir.Həbibinin yaradıcılığı Azərbaycan şerinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları), ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şerlərinin dili əksər hallarda xalq ifadə tərzinə yaxın və sadədir. Çətin anlaşılan ərəb və fars tərkibləri azdır.




Yüklə 55,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin